Məhkəmə qərarları › İş №2(102)-2691/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2691/2022

25.04.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2691/2022 25.04.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Mənzil Tikinti Kooperativinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə, Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRAR iş № 2(102)-2691/2022 Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması Bakı şəhəri, 25 aprel 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5369/2020 nömr əli iş üzrə 21 feral 2022-ci il tarixli qərardadından cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 aprel 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (hakim Ə.Səmədov) 2(008)-701/2020 nömrəli iş üzrə 22 yanvar 2020-ci il tarixli qətnaməsi ilə İddiaçı MTK-nın iddiası təmin edilərək, Seriya MH № 057377 saylı, 15.01.1997-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında X4 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, mənzil 20, 17.12.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh5 məxsus Bakıxanov qəsəbəsi, Mədəniy yət küçəsi 28, mənzil 7, Seriya MH № 049078 saylı, 14.11.1996-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh11 Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 4, 16.12.1995-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh12 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 17, mənzil 5, 11.08.1993-cü il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh13 məxsus Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 6, Seriya MH № ******* saylı, 12.04.2006-cı il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh3 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, mənzil 10, 07.12.2001-ci il tarixli qeydiyyat vəsiqəsi əsasında Cavabdeh17 məxsus ünvan 2,Seriya MH №01666122 saylı, 21.06.2008-ci il tarixli çıxarışla Cavabdeh18 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 3,2008-ci il tarixli çıxarı şla Cavabdeh19 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, mənzil 4, Seriya MH № ******* saylı, 26.11.2011-ci il tarixli çıxarışla Cavabdeh20 məxsus Bakıxanov qəsəbəsi Mehmandarov küçəsi 19, 5 saylı mənzil, Seriya RX № ******* saylı, 07.01.2014-cü il tarixli çıxarışla X5 məxsus Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, 18 saylı mənzillərin dövlət qeydiyyatının ləğv edilməsi qət olunmuşdur. Qətnamədən Cavabdeh5 apellyasiya şikayəti verərək, qətnamənin ona aid hissədə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər X.Sarıyev, E.Mehdiyev və Ş.Məmmədov) 2-(103)-5369/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, birinci instansiyası məhkəməsinin 22 yanvar 2020-ci il tarixli, 2(008)-701 /2020 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilməklə, iddia təmin olunmuşdur. Cavabdeh5 həmin qətnamədən kassasiya şikayəti verərək, ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər İ.Xəlilov, M.Əhmədova və Ə.Əliyev) 2(102)- 3521/2021 nömrəli iş üzrə 08 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, 18 fevral 2022-ci il tarixdə digər cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin Bakı şəhəri, S abunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, mənzil 6; Bakı şəhəri, Sabunçu rayonu, Mədəniyyət küçəsi 28, mənzil 10; Bakı şəhəri, Sabunçu rayonu, ünvan 2; Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 19, mənzil 3; ünvan 1 ünvanında yerləşən daşınmaz əşyalara dair dövlət qeydiyyatının ləğv olunması hissəsində ləğv edilməsini, İdarə tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsini və işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin (hakimlər X.Sarıyev, E.Mehdiyev, N.Cəfərov) 21 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası, gəldiyi nəticəni onunla əsaslandırılmışdır ki, apellyasiya məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi kassasiya instansiyası tərəfindən tam yoxlanıldığından, həmin qətnamədən digər cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, Cavabdeh5 kassasiya şikayəti əsasında sözügedən qətnamə kassasiya qaydasında yoxlanılmış və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 08 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Beləliklə, DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin kassasiya şikayəti əsasında həmin qətnamənin kassasiya qaydasında yoxlanılması zərurəti aradan qalxmışdır. Cavabdeh DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi həmin qərardaddan kassasiya şikayəti verərək, ləğv edilməsini, apellyasiya instansiyası məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən verdiyi kassasiya şik ayətinin icraata qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamənin əsaslandırıcı və nəticə hissələrində qeyd olunan Bakıxanov qəsəbəsi, Mədəniyyət küçəsi 28, mənzil 10 və ünvan 2 ünvanında yerləşən mənzillər özgəninkiləşdirilmiş, buna baxmayaraq, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən həmin mənzillərin məhkəmə prosesi dövründə faktiki vəziyyəti araşdırılmamış, bunun nəticəsi olaraq əvvəlki mülkiyyətçilərin hüquqları ləğv edilmiş, hazırkı mülkiyyətçilərə münasibət bildirilməmiş və onlar tərəf kimi işə cəlb olunmamışlar. Eyni zamanda, qətnamədə mübahisəli mənzillərə dair dövlət qeydiyyatı ləğv olunarkən Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 17, 6 saylı mənzilin X2 tərəfindən X6, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 19, 3 saylı mənzilin X7 tərəfindən X8, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi 19, 4 saylı mənzilin isə Cavabdeh19 tərəfindən X1 qeyd olunsa da, həmin mənzillərin sökülməsi, onlara dair hüquqların adları çəkilən alıcıların ərizəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində ləğv olunması halları nəzərə alınmamışdır. Qeyd olunan qətnamədən verdiyi kassasiya şikayəti isə apellyasiya məhkəməsi tərəfindən prosessual hüquq normalrına uyğun dəqiq araşdırılmamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (bundan sonra - MPM) Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hi ssəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi v ə prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərard adının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apellyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14 oktyabr 2020-ci il tarixli qərardadı Apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayəti verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya k assasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Məhkəmə aktlarının kassasiya qaydasında yoxlanılmış hissələrindən verilmiş kassasiya şikayətinin (və ya şikayətlərinin) icraata qəbulundan kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 411-ci maddəsinə əsasən imtina edilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya instansiya məhkəməsinin qeyd olunan qərardadı prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiy a şikayətini geri qaytararkən, mübahisələndirilən qətnamənin digər Cavabdeh5 kassasiya şikayəti əsasında tam yoxlanılaraq, qanuni qüvvəsini aldığına, buna görə də, mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılmasının yolverilməz olduğuna istinad etmişdir. Qeyd olunmalıdır ki, məhkəmə aktlarının bir tərəfin (və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi, yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılaraq hüquqi qiymət verilmiş hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxı lması üçün prosessual əsasların olmamasına görə kassasiya instansiyası məhkəməsi tərəfindən MPM-in 411-ci maddəsinə əsasən şikayətin icraata qəbulundan imtina edilməli və şikayət geri qaytarılmalıdır. Baxılan işdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 09 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh5 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunaraq, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmuş, iş üzrə yeni qətnamə qəbul edilməklə iddia təmin olunmuşdur. Həmin qətnamədən Cavabdeh5 kassasiya şikayəti vermiş və Ali Məhkəmənin 08 iyun 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmış, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi, kassasiya məhkəməsi tərəfindən apellyas iya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirlən hisssədə, yəni Cavabdeh5 aid hissədə yoxlanılmaqla, məhkəmə tərəfindən yalnız həmin hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmadığına qiymət verilmişdir. Belə olan halda, apellyasiya instansiyası məhkəməsi tərəfindən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətini məhkəmə aktının tam yoxlanılması əsası ilə geri qaytarılması prosessual baxımından düzgün olmamışdır. Odur ki, qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv olunmalı və mülki iş kassasiya şikayətinin MPM-in 402 -407-ci maddələrinin tələblərinə uyğunluğunun yenidən yoxlanılması məqsədilə həmin məhkəməyə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5369/2020 nömrəli iş üzrə 21 fevral 2022-ci il tarixli qərardadı ləğv edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)- 5369/2020 nömrəli iş üzrə 09 sentyabr 2020-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayətinin MPM-in 402 və 407-ci maddələrinin tələblərinə uyğunluğunun ye nidən yoxlanılması məqsədilə iş həmin məhkəməyə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar