Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2693/2019 24.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ə.Ə.Şadiyev (sədrlik edən və məruzəçi), Q.Ə.Allahverdiyev və İ.R.Xələfovdan ibarət tərkibdə, Ş.Ə.Allahverdizadənin katibliyi, iddiaçı X2, cavabdehlərin vəkili Vəkil, cavabdeh və eyni zamanda Cavabdeh1 nümayəndəsi x1 iştirakları ilə, cavabdehlər Cavabdeh1, x1 və onların vəkili Vəkil Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə (Ş.Ə.Məhərrəmova, iş 2(001)-1699/18) iddiaçı X2 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı ümumi istifadədə olan həyətyanı sahədə sərbəst giriş və çıxış üçün yolun verilməsi tələbinə dair iddia tələbinin təmin edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsi, 18 saylı tikilinin ümumi istifadədə olan həyətyanı sahəsində X2 yaşadığı A tikilisinə sərbəst şəkildə giriş və çıxışın təmin edilməsi üçün A tikilisinin çıxışından 3 metr sonra 3 metr enində avtomobil yolunun ayrılmasına maneəçilik törədilməsinin cavabdehlər Cavabdeh1, x1na, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilməsi və yolun ayrılmasının X2 vəsaiti hesabına həyata keçirilməsi qət edilmiş, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, x1ndan, Cavabdeh 3, Cavabdeh5 Ağamirzə oğlundan və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Dövlət büdcəsinə köçürülmüşdür. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 10 dekabr 2018-ci il tarixli qətnaməsi ilə (İ.K.Xəlilov (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.Ə.Kərimli, iş 2(103)-12640/2018) Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 05 sentyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdehlər Cavabdeh1, x1 və onların vəkili Vəkil kassasiya şikayəti verib qətnamənin ləğv edilməsi və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişlər. Məhkəmə kollegiyasının iclasında cavabdehlərin vəkili Vəkil, cavabdeh və eyni zamanda Cavabdeh1 nümayəndəsi x1 kassasiya şikayətinin məzmununa uyğun izahat verib şikayətin təmin edilməsi barədə qərar qəbul ed ilməsini xahiş etdilər. İddiaçı X3 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada xəbər verilmiş, digər cavabdehlər üzürsüz səbəbdən məhkəmə iclasına gəlmədiklərindən kassasiya kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İŞİN HALLARİ: İddiaçı X3 cavabdehlər Cavabdeh1 və digərlərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərə məxsus Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsi, 18 saylı evin plan-sxeminin B tikilisində göstərilən istifadəsiz və yararasız olan 2,18 m tikilisini və onun evinin qarşısında inşa etdikləri 2x2 m əlavə tikililərin sökülməsi, həmçinin yaşadıqları 18 saylı evə sərbəst daxil olmaları üçün ümumi istifadə olan sahədən 3 metr enində olmaqla evinə qədər maşın yolunun verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdehlər Cavabdeh1, x1 və onların vəkili Vəkil kassasiya şikayətini onunla əsaslandırmışlar ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur. Məruzəçini, cavabdehlərin vəkili Vəkil, cavabdeh x1nı dinləyib, şikayətin dəlillərini və iş materiallarını müzakirə edən məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya in stansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanılmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. İş materiallarında olan Binəqəd i rayonu Leyla nikah evi tərəfindən verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin notarial qayada təsdiq edilmiş surətindən görünür ki, X21 ilə X4 arasında 17 fevral 2001-ci ildə nikah bağlanmışdır. İşdə olan Binəqədi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş 29 avqust 2012-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qayada təsdiq edilmiş surətindən məlum olur ki, X21 21 avqust 2012-ci il tarixində vəfat etmişdir. İş materiallarında olan Binəqədi rayon İcra Hakimiyyəti Başçısının Biləcəri qəsəbəsi üzrə nümayəndəsi tərəfindən məhkəməyə ünvanlanmış 14.08.2018-ci il tarixli cavab məktubundan görünür ki, Biləcəri qəsəbəsi, Aşıq Şəmşir küçəsi, ev 18 ünvanı ev kitabında həmin ünvanda aşağıda adları göstərilənlər qeydiyyatdadır, lakin göstərilən ünvanda yaşamırlar (şahidlik aktına əsasən): X22, X5, X17, X18, X23, X10, X6, X7, X8 və X9. Aşağıda adları göstərilən iki ailə halhazırda həmin ünvanda qeydiyyatdadır və yaşayır (şahidlik aktına əsasən): Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X19 və X11, həmçinin X3, X12 və X20. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin Bakı şəhər ərazi idarəsinin 16 avqust 2018-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Aşıq Şəmkir küçəsi, 18 saylı fərdi yaşayış evinin dövlət reyestrində qeydiyyatdan keçməsi haqqında məlumat idarənin arxivində aşkar olunmamışdır. İş materiallarından görünür ki, iddiaçının tələb etdiyi yolun açılmasının mümkünlüyü ilə bağlı Bakı şəhəri, Binəqədi rayon məhkəməsinin 06 noyabr 20 17-ci il tarixli qərardadı ilə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspert qarşında aşağıdakı suallar qoyulmuşdur:
1. Tikililərə dair tərtib edilmiş plan sxemdə nəzərdə tutulmamış hər hansı qanunsuz tikili mövcuddurmu;
2. Əgər mövcuddursa X2 hüquqlarına toxunurmu; 3.Həmin evin plan sxemində göstərilənləri əvvəlki vəziyyətə qaytarmaq mümkündürmü;
4. Mübahisəli tikililərinnin inşası tikinti normalarına əməl edilməklə aparılmışdırmı;
5. Bakı şəhəri, Binəqədi rayonu, Aşıq ünvan 1 evin A tikilisinə X1 şəkildə daxil olmağından ötrü həmin tikilinin həyətyani sahəsindən hansı qaydada istifadə oluna bilər; 6.Göstərilən tikiliyə maneəsiz daxil olmaq üçün ümumi istifadədə olan torpaq sahəsindən 3 metr enində olmaqla 18 saylı evin A tikilisinə yol ayrılması mümkündürmü. İş material larında olan tikinti-texniki ekspertizasının 25.06.2018-ci il tarixli 3924 saylı rəyinə əsasən: 1-ci sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Aşıq ünvan 1 evin B tikilisində həmin tikililərə dair tərtib plan-sxemdə nəzərdə tutulmayan pilləkan meydançasının olduğu və həmin tikili Ruhiyə Urfulla qızının yaşayış evinə gediş-gəliş yolunun üzərində inşa olunduğu sxemdə göstərilən (pilləkan meydançası) tikili söküldükdən sonra əvvəlki vəziyyətə qaytarmaq mümkün ola bilər, 2-ci sual üzrə: Bakı şəhəri, Binəqədi rayonu, Aşıq ünvan 1 ünvanda yerləşən tikililər üzrə layihə, digər texniki sənədlər və tikintiyə dair müvafiq icazələr mülki iş materiallarında olmadığından, bu suallar üzrə tədqiqat aparılmalıdır, 3-cü sual üzrə: Bakı şəhəri, X27 küçəsində yerləşən 18 saylı evin A tikilisində X1 şəkildə da xil olmaqdan ötrü ümumi istifadədə olan torpaq sahəsindən 3 metr enində olmaqla 18 saylı evin A tikilisində yolun ayrılması mümükündür. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə gedişi zamanı iddiaçı tikililərin sökülməsi tələbindən əl çəkmiş və ancaq yaşadığı evə yolun açılması ilə bağlı iddiasını müdafiə etmişdir. İşin mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı, Cavabdeh1 mərhum qardaşının həyat yoldaşı olmuşdur. İddiaçının əri vəfat etdikdən sonra iddiaçı ilə münasibətləri pisləşmişdir. Onlar eyni həyətdə müxtəlif evlərdə yaşayırlar və mübahisəli vəziyyətdədirlər. Onların mübahisələri dəfələrlə polis orqanlarında araşdırılmışdır. İddiaçının evinə dar bir keçiddən giriş yolu var. İddiaçı evinə giriş-çıxış üçün 3 metr enində yol açılmasını istəyir. Həmin yolun ümum i istifadədə olan torpaq sahəsindən açılmasını tələb edir. Ümumi istifadədə olan torpaq sahəsinə dair tərəflərin rəsmi sənədləri yoxdur. Tərəflər uzun illərdir ki, həmin ərazidə məskunlaşmış, müxtəlif evlərdə yaşayırlar və evləri köhnə tikililərdir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh tərəf torpaq sahəsinə iddiaçının istifadə hüququ olmadığını, torpağın ümumi istifadədə olduğu üçün yolun açılmasının mümkün olmadığını mübahisələndirir. İş materiallarından məlum olur ki, iddiaçı mübahisəli ərazidəki A tikilisində yaşayır. Həmin ərazidə daha üç B tikilisi var. İş üzrə keçirilmiş ekspert rəyindəki cizgidən görünür ki, B tikilisində olan evlərə qapı açılması mümkündür. Həmin qapının açılması yeri cizgidə yaşıl rənglə işarələnmişdir. Həmin qapının açılması uçün heç bir tikilinin sö külməsinə ehtiyac yoxdur. Belə qapı açılarsa B tikilisində yaşayanlar ondan sərbəst istifadə edə bilərlər. Ümumi istifadədə olan torpaq sahəsini sərhədləməklə ümumi istifadədə olan torpaq sahəsinin ayırmaqla iddiaçıya yol açmaq mümkündür. Ekspert rəyində bunun mümkünlüyü təsdiq olunaraq qırmızı xətlərlə bölgü sərhədləri müəyyən edilmişdir. Həmin bölgü sərhəddi B tikililərinin kənarından, iddiaçının sərhəddəniə və ümumi istifadədə olan torpaq sahəsinə bitişik yerdən ayrılmışdır və onların hüquqlarını pozmur. Bölgü sərhəddindən 3 metr eində yolun çəkilməsi ilə iddiaçıya yol açılması mümkündür. Mübahisənin bu cür həlli tərəflər arasında mövcud olan mübahisələrə son qoymuş olar. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmuş dur. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının mülkiyyətindən öz istədiyi kimi istifadə edə bilmədiyini nəzərə alaraq, sərbəst şəkildə giriş və çıxışın təmin edilməsi üçün A tikilisinin çıxışından 3 metr sonra 3 metr enində avtomobil yolunun ayrılmasına maneəçilik törədilməsini cavabdehlərə qadağan etmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi işə mahiyyəti üzrə baxarkən tərəflərin mübahisələndirdiyi həyətyanı torpaq sahəsinin hüquqi statusu ilə bağlı belə nəticəyə gəlmişdir ki, mübahisəli əmlak dövlət reyestrində qeydə alınmasa da, həmin ev faktiki olaraq mövcuddur və tərəflər uzun müddətdir ki, həmin əmlakdan istidadə edirlər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi “Nor mativ hüquqi aktlar haqqında” qanunun 13.1-13.2-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 11.1ci maddəsinə istinad edərək, mübahisəli əmlak özbaşına tikili hesab edildiyindən və özbaşına tikililərlə bağlı məsələləri tənzimləyən normalar olmadığından analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll etməklə düzgün nəticəyə gəlmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan normaların tələblərini nəzərə alan kassasiya kollegiyası Apellyasiya Məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnamə ilə razılaşır və hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin gəldiyi nəticə düzgündür. İşdə qətnamənin ləğv edilməsi üçün əsaslar olmadığından qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsassızdır. Bakı Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının bu iş üzrə olan 10 dekabr 2018-ci il tarixli, 2(103)-12640/18 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.