Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2694/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə, Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmək münasibətlərindən irəli gələn mübahisələr; işəgötürənin təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğv edilməsi, işə bərpa (ƏM-nin 70-ci maddəsinin ç bəndi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əs əd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə, Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)-53/2025 nömrəli, 25 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəlikl ərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması və Cavabdeh2 müdiri Nümayəndə3 bu əmrdən irəli gələn vəzifələrin icrasının təmin edilməsi əmr edilmiş, əsas olaraq isə Cavabdeh2 11 mart 2024-cü il tarixli, 23 nömrəli taqdimatı və Şərur Rayon Təhsil X7 Komitəsinin 11 mart 2024-cü il tarixli, 01 nömrəli protokolu göstərilmişdir.
2. Muğancıq Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi və ixtisası üzrə məktəbdə müəllim saxlanılması, Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinə müvəqqəti nəzarətin təlim-tərbiyə işləri üzrə direktor müavini X2 həvalə edilməsi, Cavabdeh2 kadr üzrə məsləhətçi Türkanə Həsənovanın bu əmrdən irəli gələn vəzifələrin icrasını təmin etməsi əmr edilmiş, əsas olaraq isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri göstərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompens asiya şəkildə ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
4. İddiaçı tələbini əsaslandıraraq ərizəsində qeyd etmişdir ki, o, 1999-cu ildən etibarən Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində riyaziyyat fənnini tədris etmişdir. Daha sonra isə 2020-ci ilin fevral ayından etibarən həmin məktəbin direktoru vəzifəsinə təyin olunmuşdur. Lakin heç bir əsas olmadan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri ilə xx.xx.2024-cü il tarixdən tutduğu vəzifədən azad olunmuşdur. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmri işdən azad edilərkən ona təqdim edilməmişdir. O, əmək kitabçasını əldə edərkən mübahisəli əmrlə işdən çıxarıldığını bilmişdir. Buna görə də tərəfindən Naxçıva n MR Təhsil Nazirliyinə əmri rəsmi şəkildə əldə etmək üçün 29 may 2024-cü il tarixdə ərizə ilə müraciət edilmişdir. Lakin əmr bu günədək ona rəsmi qaydada təqdim edilməmişdir. Əmr rəsmi qaydada əldə edildikdən sonra zərf ilə birlikdə məhkəməyə təqdim ediləcəkdir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrinə əsasən, guya o əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəlikləri lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə uyğun olaraq vəzifədən azad edilmişdir. Cavabdeh tərəfindən qəbul edilən əmr tam əsassız və qanunsuzdur. Belə ki, xx.xx.2024-cü il tarixdə direktoru olduğu Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbində yoxlama aparılmış və yoxlamanın nəticəsi xx.xx.2024-cü il tarixli akt tərtib olunmuşdur. xx.xx.2024-cü il tarixli aktla bağlı qeyd edir ki, ərizəyə əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan da göründüyü kimi aktda monitorinq zamanı aşkar edilmiş, yəni sinif jurnallarındakı qüsurlar özü tərəfindən törədilməmişdir. Direktor kimi o üzərinə düşən vəzifəni yerinə yetirmişdir və məktəb müəllimlərinin dərs keçmə fəaliyyətindən irəli gələn səhvlərini müvafiq olaraq sinif jurnallarında qeyd edərək aradan qaldırılması üçün lazımi tapşırıqları vermişdir. Yəni onun məktəb direktoru vəzifəsindən azad olunmağı üçün həmin aktda qeyd olunanlar mötəbər əsas deyildir. Çünki aktda əks olunmuş faktlar bilavasitə onun əmək fəaliyyəti ilə əlaqədar deyildir. Müəllimlərin səhvlərinə gəldikdə isə, onları müvafiq sinif jurnallarında qeyd edərək öz vəzifəsini yerinə y etirmişdir. Bundan başqa aktdan da göründüyü kimi məktəbdə aparılmış monitorinq zamanı 2021-2022, 2022-2023 və 2023-2024-cü tədris illərinin sinif jurnallarına baxış keçirilmiş və nəticələri qeyd olunmuşdur. Əgər həmin aktda qeyd olunmuş nöqsanlar əsasında onu tutduğu vəzifədən azad etmişlərsə, nəzərə alınmalı idi ki, göstərilən xətaların əksəriyyətinə görə ona intizam tənbehi verilməsi üçün müddət keçmişdir. Digər hallar isə əmək qanunvericiliyində nəzərdə tutulmuş ən ağır intizam tənbehini, yəni AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndini tətbiq etməyə, ümumiyyətlə, əsas yaratmır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən, intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsə rrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Aktda qeyd olunmuş nöqsanlar üçün həm müddəti ötürülmüş, həm də müddəti ötürülməmiş digər hallarla bağlı qeyd edir ki, xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “b” bəndində qeyd olunmuş “İ sinif xx.xx.2022-ci ilə qədər həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparılmasına dair qeyd yeri dəyişik yazılıb, bu hal İİİ sinif jurnalında da təkrarlanmışdır” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, İ və İİİ siniflərdə həftəlik sinif saatlarının uçotu ilə sinif jurnallarının aparı lmasına dair qeyd yerinin dəyişik yazılması dərs müdirinin səhvi olub, vaxtilə həmin səhvləri özü aşkar etmiş və bu barədə hər iki jurnalda nöqsan olaraq qeyd aparmışdır. xx.xx.2024-cü il tarixli aktın 2-ci hissəsinin “c” bəndində “İV sinifdə fizikitərbiyə fənnindən Aytən Bağırova BSQ-də 5 şagirddən 4-nün qiymətləri ağardılmışdır” nöqsanı qeyd olunmuşdur. Bununla bağlı qeyd etmək istəyir ki, bu nöqsan dərs müdiri tərəfindən jurnalın arxasına yazılıb. Təkrar olmasın deyə o yenidən yazmamışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “a” bəndində qeyd olunmuş “Əmr kitabında Səkinə Cəfərovaya bu tədris ilində dərs nəzərdə tutulmasa da, tarif cədvəlində müəllimənin adına 10 saat Azərbaycan dili və ədəbiyyat dərsi verilmişdir” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, əmr kitabında Səkinə Cəfərovaya dərs nəzərdə tutulmayıb, çünki müəllim analıq məzuniyyətində olub. Onun dərsləri Əliyeva Münəvvər və Məmmədov Kamilə verilib. Mühasibatlığa tarif cədvəlinə müəllimin adının salınması bildirilib. Müəllimin adı tarif cədvəlinə salınıb. Dərslərin digər müəllimlər arasında bölünməsi ilə bağlı ikinci əmr yazmamışdır. Çünki dərs bölgüsü pedaqoji şuranın iclası keçirilərkən aparılır, tarif cədvəli isə həmin iclas keçirildikdən sonra hazırlanır. Əvvəlcədən bu proseslər baş verdiyi üçün əmr də həmin vaxt yazılmışdır. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “b” bəndində qeyd olunmuş “İİİ sinifdə xx.xx.2023-cü il tarixdə keçirilən KSQ-də bal yazılmadan qiymət yazılmışdır” nöqsanı ilə bağlı qeyd etmək lazımdır ki, həmin nöqsana görə sinif jurnalında həm dərs müdiri A.Bağırova, həm də özü qeyd aparmışlar. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “c” bəndində qeyd olunmuş “Vİİ sinifdə xx.xx.2023-cü il tarixdə 11 şagirddən 8-nə qaib yazılsa da, dərs keçirilmişdir” nöqsanı ilə bağlı qeyd etmək istəyir ki, 11 şagirddən 8-nə qaib yazan müəllim xx.xx.2023-cü il tarixdən bir neçə gün sonra öz hesabına məzuniyyətə çıxdığı üçün həmin vaxt heç nə edə bilməmişlər. xx.xx.2024-cü il tarixli aktın 3-cü hissəsinin “d” bəndində “X sinifdə informatika fənnindən isə xx.xx.2024, fransız dili fənnindən isə xx.xx.2023-cü tarixləri yazılmamışdır” nöqsanı qeyd olunmuşdur. Aktda göstərilən bu nöqsanların hamısı ilə bağlı jurnalın arxasında tərəfindən qeyd aparılmışdır. Hətta X sinif jurnalını yoxlayarkən aşkar etdiyi və aktda qeyd olunmamış digər nöqsanlar da vaxtilə tərəfindən qeyd kimi jurnalın arxasına yazılmış, müvafiq göstərişlər verilmiş, müəllimlərin izahatlarının alınması tapşırılmışdır. Məktəblərdə hər il monitorinq keçirilir və yoxlamanın yekunları barədə yekun akt tərtib olunur. Bu zaman belə çıxır ki, əvvəlki tədris illərində Cavabdeh2 əməkdaşları tərəfindən aparılmış yoxlamanın nəticələri onun direktorluq vəzifəsindən azad olunmağı üçün əsas olmamış, lakin 2024-cü ildə əsas olmuşdur? Həmçinin cavabdeh onunla əmək münasibətlərinə xitam verərkən onun təqsirinin olub-olmamasını müəyyənləşdirmək üçün ondan izahat almamış, əgər intizam xətasına yol vermişdisə, onun səbəbləri aydınlaşdırılmamışdır. Belə ki, AR Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci bəndinə əsasən, intizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İ şçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir. 4 illik direktorluq fəaliyyəti dövründə heç vaxt intizam məsuliyyətinə cəlb edilməmiş və vəzifə öhdəliklərini daim tam şəkildə, hətta yüksək səviyyədə icra etmişdir. İşdən çıxarılma əmrində AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin istifadə edilməsi onun illər ərzində çəkdiyi zəhmətin yerə vurulması deməkdir. Bu da onun növbəti iş kariyerasına ciddi təsir göstərməklə yanaşı, illər ərzində qurduğu kariyerasının əsassız yerə mənfi nəticələnməsinə səbəb olmuşdur. Əlavə olaraq, cavabdeh tərəfindən ona daha yüngül intizam tənbeh tədbirləri tətbiq edilmədən birbaşa Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci bəndində göstərilən “ç” yarımbəndindəki intizam tənbehi tətbiq edilm işdir, yəni əmək müqaviləsi həmin məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv edilmişdir. Buna görə də onun barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünün tətbiq edilməsi məhkəmə tərəfindən əsassız hesab olunmalıdır. Qeyd etmək lazımdır ki, işəgötürən işçi barəsində AR Əmək Məcəlləsinin 186-cı maddəsində nəzərdə tutulmuş ən ağır intizam tənbeh növünü tətbiq etməmişdən əvvəl, digər yüngül intizam tənbeh növlərindən istifadə etməli idi. Bundan başqa, AR Əmək Məcəlləsinin 186.3-cü bəndinin tələblərinə görə işəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Qeyd olunanların heç biri cavabdehlər tərəfindən nəzərə alınmamış, onun konstit usion hüquqları pozulmuşdur. Buna görə də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin xx.xx.2024-cü il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsinə, onun işə bərpa olunmağına və işə bərpa olunanadək olan müddət ərzindəki orta aylıq əmək haqqının hesablanmaqla ona kompensasiya şəklində ödənilməsinə dair qətnamə çıxarılmalıdır. Tərəfindən xx.xx.2024-cü il tarixdə mediasiya təklifi ilə cavabdehə müraciət edilmişdir. Lakin müvafiq cavab məktubu verilmədiyi üçün xx.xx.2024-cü il tarixdə mediasiya müraciəti ilə mediasiya təşkilatına ərizə ünvanlanmışdır. xx.xx.2024-cü il tarixli, MŞM/24C-00790 nömrəli mediasiya sessiyasında iştirak edilməməsi ilə bağlı arayışdan da göründüyü kimi aralarında əmək mübahisəsinə dair razılıq əldə edilməmişdir.
5. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Na zirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə göndərərək ərizəsində qeyd etmişdir ki, İddiaçı tərəfindən cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair iddia ərizəsi Naxçıvan MR Naxçıvan şəhər Məhkəməsinin icraatındadır (iş nömrəsi 2(078)-1085/2024). İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddət ötürülmüşdür. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilm əsi üçün işçi hüququnun pozulduğu aşkar edildiyi gündən 1 təvqim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir. İddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmr 15 mart 2024-cü il tarixlidir. İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı Mediasiya Təklifi yalnız xx.xx.2024-cü il tarixində yazılmışdır. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əmək kitabçasını alarkən xəbər tutmuş ona görə də xx.xx.2024-cü il tarixində sor ğu vermişdir. Buna qədər yalnız Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə tanış olmuşdur. Lakin həmin əmrin özündə də əmrin əsası olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri olduğu görünür. İddiaçı Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən məlumatlıdır. Hətta bu əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı Mediasiya təklifi göndərmişdir. Yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olmamışd ır. Bundan başqa iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizə xx.xx.2024-cü il tarixlidir. İddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, əmri əldə etmək üçün müraciəti xx.xx.2024-cü il tarixindən sonra edərdi, lakin iddiaçı kitabçasını əldə etmədən əvvəl artıq xx.xx.2024-cü il tarixində sorğunu vermişdir. Yekunda da qeyd edir ki, İddiaçı mübahisələndirdiyi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən tanış olsa da bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarıl anadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Odur ki, qeyd olunanları nəzərə alaraq Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq kənd orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsi ilə iddian ın qismən təmin edilməsi, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı Şərur Rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru vəzifəsinə bərpa olunması, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən İddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi, iddianın cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə və Şərur Rayon MuğancıqMehrab kənd tam orta məktəbinə münasibətdə rədd edilməsi qət edilmişdir (HakimGülsüm Əliyeva).
7. Birinci instansiya məhkəməsi öz mövqeyinin əsaslandırılması baxımından ilk növbdədə qeyd etmişdir ki, cavabdeh tərəfindən əmək kitabçası nın və əmrin iddiaçıya verilməsinə təşəbbüs göstərilməsini və ya həmin sənədlərin vaxtında ona verilməsini təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin sənədlər iddiaçıya cavabdehin təqsiri səbəbindən verilməmişdir. Həmin sənədləri iddiaçıya təqdim etmək cavabdehin vəzifəsidir, iddiaçının bununla bağlı cəhd etməli olması qanuvericiliklə müəyyən edilmir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya əmək kitabçası 24 may 2024-cü il tarixdə təqdim olunmuş, həmin vaxta qədər nə işçinin işdən çıxarılması barədə Naxçıvan MR Təhsil Nazirliyinin əmri, nə də iddiaçının əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlər yalnız iddiaçının müraciətindən sonra ona təqdim edilmişdir.
8. Halbuki Azərbaycan Respublikas ı Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir.
9. Qeyd olunan qanunvericilik normasının tələbindən də göründüyü kimi cavabdeh tərəfindən əmək kitabçası və işdən çıxarılma barədə əmrin surəti işəgötürənin son haqqhesabı ilə birlikdə sonuncu iş günü iddiaçıya verilməli olduğu halda verilməmiş, iddiaçıya əmək kitabçası onun müraciətindən sonra 24 may 2023-cü il tarixdə verilmiş, əmrin surəti isə onun müraciətindən sonra 10 iy un tarixində poçt vasitəsilə ona göndərilmişdir. İddiaçı 15 iyun 2024- cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 01 iyul 2024-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayış verilmişdir. Bundan sonra iddiaçı Naxçıvan Şəhər Məhkəməsinə müraciət etmiş, iddiaçının iddia ərizəsi 08 iyul 2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. İşin araşdırılması zamanı isə iddiaçıya son haqq hesabın verilməsi ilə bağlı hər hansı bir sübut cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Həmçinin məhkəmə qeyd edir ki, iddiaçının mübahisələndirdiyi əmr Naxçıvan MR Təhsil Nazirliyinin əmri olsa da Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 müdiri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İş materiallarında isə onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd yoxdur.
10. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə xahiş etməsi əsassızdır və təmin edilə bilməz.
11. Məhkəmə qeyd edir ki, ilkin olaraq hazırki mübahisə üzrə İddiaçı işdən çıxarılmasına əsas olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrinin qanuniliyi yoxlanılmalıdır.
12. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı ilə olan əmək müqaviləsi ləğv edilərkən müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş, həmkarlar ittifaqı təşkilatının razılı ğı alınmamışdır. Cavabdeh2 həmkarlar ittifaqının iclası keçirilsə də məhkəmə qeyd edir ki, işin araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış edir və onun işəgötürmə işdən çıxarılma əmrini nazir imzalayır. Göründüyü kimi hazırki mübahisə üzrə işəgötürən qismində Naxçıvan MR Təhsil Nazirliyi çıxış etdiyinə görə iddiaçının işdən çıxarılmasına razılıq verilməsi üçün həmkarlar ittifaqına müraciət də onun tərəfindən olunmalı və müraciət əsasında onun həmkarlar ittifaqının iclası keçirilməli idi. Lakin işin araşdırılması zamanı məhkəməyə təqdim olunan sənədlərdən görünür ki, Cavabdeh2 müdirinin müraciəti əsasında Cavabdeh2 həmkarlar ittifaqının iclası keçirilmiş və iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsini 70-ci maddəsin in ç bəndi ilə işdən çıxarılmasına razılıq verilmişdir. Həmkarlar ittifaqına müraciət işə götürən tərəfindən olmadığından və işə götürən qismində çıxış edən idarənin həmkarlar ittifaqının iclası keçirilmədiyindən məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılarkən həmkarlar ittifaqı təşkilatına müraciət edilməmiş və onun razılığı alınmadan iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.
13. Qeyd olunan maddənin tələbindən də göründüyü kimi həmkarlar ittifaqı təşkilatının üzvü olan işçinin əmək müqaviləsi onun üzv olduğu həmkarlar ittifaqı təşkilatının razılığı alınmadan ləğv edilə bilməz, cavabdeh təşkilat iddiaçı ilə olan əmək müqaviləsini ləğv etməmişdən əvvəl həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış ya zılı təqdimatla müraciət etməli, təqdimata müvafiq əsaslandırma sənədlərini əlavə etməli, həmin məsələyə həmkarlar ittifaqı təşkilatı tərəfindən baxılaraq qərar qəbul edildikdən sonra işçinin əmək müqaviləsinin ləğvi məsələsinə baxılmalı idi. Lakin cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavini tərəfindən İddiaçı Şəməsddin qızının əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilərkən qeyd olunan tələblərə əməl edilməmişdir. Məhkəmə tərəfindən cavabdeh təşkilata yuxarıda qeyd olunan sənədlərin məhkəməyə təqdim edilməsi təklif edilmiş, cavabdeh təşkilat tərəfindən isə Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 müdirinin müraciəti əsasında keçirilmiş həmkarlar ittifaqının iclas protokolu və qərarı məhkəməyə təqdim edilmişdir. Məhkəmənin yuxarıda da qeyd etdiyi kimi həmin müraciət əsasında keçirilən həmkarlar ittifaqının iclası qanunvericiliyin tələbinə uyğun olaraq nəzərə alına bilməz.
14. Qanunvericiliyin sadalanan normalarının da tələbindən göründüyü kimi Həmkarlar İttifaqı işçilərin əmək hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün yaradılan bir təşkilatdır, Həmkarlar İttifaqları işçinin əmək hüququnun müdafiəsi üçün yaradılsa da hazırki mülki iş üzrə müəyyən edilmişdir ki, Cavabdeh2 həmkarlar ittifaqı təşkilatı işə götürən sayılmayan şəxs tərəfindən verilmiş təqdimata baxaraq iddiaçının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmasına razılıq verməklə nəinki işçinin hüquqlarını müdafiə etmiş hətta birbaşa işçinin əmək hüquqlarını pozmuşdur.
15. Həmçinin cavabdeh tərəfindən məhk əməyə təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçının işdən çıxarılma məsələsi onun iştirakı ilə araşdırılmamış, əmək müqaviləsinin ləğv edilməsi ilə bağlı iddiaçı dinlənilmədən, ondan izahat alınmadan onun əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmr verilmişdir.
16. İddiaçının işdən çıxarılması ilə bağlı əmrdə Muğancıq-Mehrab kənd tam orta məktəbinin direktoru İddiaçı əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilməsi qeyd olunmuşdur. Məhkəmə bununla bağlı qeyd edir ki, mübahisələndirilən əmr əmək qanunvericiliyinin tələblərinə əsasən lazımi qaydada əsaslandırılmamış, iddiaçının hansı əmək funksiyasının yerinə yetirməməsi, hansı vəzifəsini icra etməməsi, iddiaçının fəaliyyətində hansı nöqsanların aşkarlandığı əmrdə qeyd olunmamışdır.
17. Yuxarıda qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilərkən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə arqumenti əsaslı hesab edilə bilməz, belə ki, iddiaçının öz vəzifə funksiyalarını lazımi şəkildə yerinə yetirməməsi və bu vəzifə funksiyalarının yerinə yetirilməməsi nəticəsində müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması, mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi işin faktiki hallar ı ilə sübut olunmur. Ziyan formal və ümumi mülahizələrdən ibarət olmamalı, əmlakda azalma və ya başqa şəkildə real mənfi vəziyyətin varlığı ilə təsdiqlənməlidir. Lakin cavabdeh, iddiaçının əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə istinad edərkən bunun nəticəsində işin, istehsalın, əmək və icra intizamının normal ahənginin pozulması və ya kiminsə hüquqlarına və mənafelərinə hər hansı formada ziyan dəyməsi barədə konkret fakta istinad etməmiş və bununla bağlı hər hansı bir sübut təqdim etməmişdir.
18. Həmçinin məhkəmə onu da qeyd edir ki, cavabdeh tərəf Şərur rayon MuğancıqMehrab kənd tam orta məktəbində aparılan monitorinq zamanı məktəb direktorun fəaliyyətində bir sıra nöqsanlar aşkar edildiyini, bu səbəbdən İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verildiyini qeyd etsələr də, iş materiallarına əlavə edilmiş və cavabdeh tərəfdən məhkəməyə təqdim edilmiş aktlardan görünür ki, məktəbdə aparılan monitorinqin nəticəsini əks etdirən aktların əksər hissəsi 12 mart 2024-cü il tarixdə tərtib edilmişdir. Ancaq iddia ərizəsinə əlavə edilmiş İddiaçı əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmrdən görünür ki, həmin əmrin verilməsi üçün əsas olan Cavabdeh2 müdirinin təqdimatı 11 mart 2024-cü il tarixdə verilmişdir.
19. Yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi cavabdeh tərəf iddiaçı ilə bağlanmış əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edərkən yuxarıda sadalanan tələblərə əməl etməli idi. Ancaq cavabdeh Azərbayca n Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən əmək müqaviləsinə xitam verilərkən Əmək Məcəlləsinin tələbləri pozulmuşdur. Halbuki, Azərbaycan Respublikasının Əmək Məcəlləsi əmək münasibətlərində tərəflərin hüquq bərabərliyinin təmin edilməsi; mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması; maddi, mənəvi, sosial, iqtisadi və digər həyati tələbatlarını ödəmək məqsədi ilə əqli, fiziki və maliyyə imkanlarından sərbəst istifadə etməsinin təmin edilməsi; əsasən əmək müqaviləsi (kontrakt) üzrə öhdəliklərinin icrasına hüquqi təminat yaradılması prinsiplərinə əsaslanır. Həmçinin, məhkəmə onu da qeyd edir ki, qeyd olunanlar ilə bağlı sübut etmə yükü cavabdehin üzərinə qoyulmalıdır.
20. Belə ki, bu kateqoriya mübahisələrdə iddiaçının irəli sür düyü tələblərin əksini sübut etmə yükü iqtisadi baxımdan işçidən daha güclü mövqedə olan işəgötürənin üzərinə düşür, digər tərəfdən əmək və icra intizamı ilə əlaqədar bütün sənədləşdirmələr işəgötürən tərəfindən aparıldığı üçün müvafiq sənədlər də onda olur. Hazırki əmək mübahisəsindən və iş materiallarından göründüyü kimi iddiaçının tələblərini təkzib edəcək hər hansı mötəbər sübutlar mövcud deyil.
21. Cavabdeh Naxçıvan MR Təhsil Nazirliyinin nümayəndəsi tərəfindən monitorinq zamanı Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbin sabiq direktoru İddiaçı tərəfindən öz qulluq mövqeyindən istifadə edərək müvafiq üsullarla sənədləşdirməklə əvəzçilik qaydasında dərs məşğələlərinin saatlarının mənimsənilməsi, o cümlədən həmin dərs saatlarına görə bir neçə müəllimdən hər ay nağd şəkildə pul v əsaitinin alınması hallarına yol verməsinin müəyyən edildiyini, nəticədə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186.1, 186.2, 310 və 313-cü maddələri əsas götürülərək sabiq direktor İddiaçı tərəfindən yol verilmiş qanun pozuntusuna hüquqi qiymət verilməsi ilə bağlı müvafiq sənədlərin tərtib edilərək Şərur Rayon Prokurorluğuna göndərildiyini, Şərur Rayon Prokurorluğu tərəfindən 08C-24 saylı material üzrə araşdırma aparıldığını, İddiaçı tərəfindən dövlətə vurmuş olduğu maddi ziyanı və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanı qanunla müəyyən edilmiş məbləğdə dövlət büdcəsinə ödədiyindən barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası CPM-in 40.3-cü maddəsilə yəni şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş hallar müəyyən edildiyi üçün cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərar qəbul edildiyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 72-ci maddəsinin “f” bəndində isə iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallara aid edildiyini, məktəb direktorunun mövcud qanunvericiliyin tələblərinə zidd olaraq əmək vəzifələrini kobud şəkildə pozaraq iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan əməllərə yol verməsi həmin dövrdə məktəbdə təhsilin, əmək və icra intizamının normal ahənginin pozulmasına, habelə əmək kollektivinin hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəyməsi ilə nəticələndiyini qeyd e tsə də, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr verilərkən onun tərəfindən cinayət əməli törədilməsi və onun həmin əməldə təqsirli sayılması ilə bağlı hər hansı bir araşdırmanın nəticəsini əks etdirən sənədə istinad edilməmiş, həmin əmrdə bu halla bağlı heçnə göstərilməmiş, iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra yəni 30 mart 2024-cü il tarixdə monitorinqin nəticələrinin araşdırılması üçün prokurorluğa müraciət edilmişdir. Şərur Rayon Porkurorluğunun cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı isə 25 aprel 2024-cü il tarixdə qəbul edilmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən onun iş yerində hər hansı b ir cinayət əməlini törətməsi və bununla bağlı təqsirli sayılmasını əks etdirən hər hansı bir məhkəmə hökmü mövcud olmamışdır.
22. Məhkəmə bu halla bağlı qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.1-ci maddəsinə əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır.
23. Göründüyü kimi cavabdeh təşkilat tərəfindən iddiaçının işdən çıxarılması üçün Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 tərəfindən Naxçıvan MR Təhsil Nazirliyinə təqdimat verildikdən (11 mart tarixindən) sonra tərtib edilmiş aktlara və prokurorluq tərəfindən qəbul edilmiş qərara istinad edilməsi əsassızdır və işçinin əmək funksiyasını pozma sı kimi qiymətləndirilməklə iddiaçının işdən çıxarılması barədə əmrin verilməsi üçün əsas sayıla bilməz. Həmin aktlar və qərar sübut kimi qiymətləndirilə bilməz.
24. Məhkəmə qeyd edir ki, akt müəyyən edilmiş fakt və hadisələri təsdiq edən sənəddir. Bir qayda olaraq o bir neçə şəxs və ya xüsusi olaraq təyin edilmiş şəxs tərəfindən həmin fakt və ya hadisənin baş verdiyi vaxt tərtib edilir.
25. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nazir vəzifələrini müvəqqəti icra edən nazir müavininin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsi hissəsində tələb əsaslı hesab edildiyindən və iddiaçı əvvəlki iş yerinə bərpa olunmalı olduğundan, iddia tələbi işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının iddiaç ıya ödənilməsi hissəsində də təmin edilməlidir.
26. İddiaçının tələbinin cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinə qarşı olan hissəsinə münasibətdə isə məhkəmə qeyd edir ki, iddiaçının 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə cavab verməli olan şəxs Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbi deyildir, digər cavabdehdir. Buna görə də məhkəmə belə hesab edir ki, iddiaçının iddia tələbi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2nə və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinə dair hissədə iddiaya cavab verməli olmayan şəxslərə qarşı qaldırıldığına görə rədd edilməlidir.
27. Məhkəmə gəldiyi nəticəni Əmək Məcəlləsinin 7.2, 42.1, 43.1, 44, 68.1, 69.3, 70 “ç”, 71.3, 72, 80, 80.1, 80.2, 186, 187.1, 187.2, 311 və 373-cü maddələrinə; Mülki Prosessual Məcəllənin əsaslandırmışdır. 14.2, 77.1, 217.3 və 217.4-cü maddələrinə istinadla b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
28. Məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 23 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
29. Həmçinin məhkəmənin qətnaməsindən narazı qalan cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 24 yanvar 2025-ci il tarixdə apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına müraciət edərək Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)- 1085/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Naxçıvan Şəhər Məhkəməsinin 24 yanvar 2025-ci il tarixli, e-2(078)- 1085/2024 saylı qərardadı ilə apellyasiya şikayətinin ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılması qərara alınmışdır.
30. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 25 yanvar 2025-ci il tarixdə elektron kabinet v asitəsilə yenidən apellyasiya şikayəti ilə məhkəməyə müraciət etmişdir.
31. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 verdiyi apellyasiya şikayətini əsaslandıraraq, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsində “iş materiallarına əlavə olunmuş Şərur Rayon Prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X9 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, toplanmış 08C-24 saylı material üzrə İddiaçı barəsində cinayət işinin başlanmasının rədd edilməsi, qərarın surətinin İddiaçı göndərilməklə, qərardan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, yaxud məhkəməyə şikayət vermək hüququnun izah edilməsi və məktəbin Azərbaycan dili və ədəbiyyat müəlliməsi X6 və məktəbin coğrafiya müəlliməsi X5 əməlində heç bir cinayət tərkibi və ya inzibati xəta olmadığından barəsində cinayət işi və inzibati icraat başlanmaması qərara alınmışdır”, deyə qeyd edildiyini, lakin bu hissədə Şərur rayon prokurorluğunun müstəntiqi İİ dərəcəli hüquqşünas X9 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrində cinayət əməlini törətdiyinin qeyd edilmədiyini, toplanmış material üzrə işə bəraətverici əsaslarla xitam verilmədiyini, belə ki, İddiaçı törətdiyi əməli etiraf etdiyini və buna görə də Şərur rayon Muğancıq-Mehrab kənd orta məktəbinə vurulmuş maddi ziyanın 356 (üç yüz əl li altı) manat 87 qəpik pul vəsaitini və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanın qanunla müəyyən edilmiş 25 faizini ödədiyini, məhkəmənin qərar qəbul edərkən bu halları nəzərə almadığını və bu barədə qeyd etmədiyini, İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddətin ötürüldüyünü, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan başqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə biləcəyini, həmin Məcəllənin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandır ılması məsələsinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edildiyini, iddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmrin 15 mart 2024-cü il tarixli olduğunu, iddiaçının cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq-Mehrab kənd orta məktəbinə qarşı mediasiya təklifinin yalnız xx.xx.2024-cü il tarixində yazıldığını, iddiaçının iddia ərizəsində, onun Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əmək kitabçasını alarkən xəbər tutduğunu, ona görə də xx.xx.2024-cü il tarixində sorğu verdiyini, buna qədər yalnız Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024- cü il tarixli, 61 nömrəli əmri ilə tanış olduğunu qeyd etdiyini, lakin həmin əmrin özündə də əmrin əsası olaraq Na xçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli əmri olduğunun göründüyünü, iddiaçının Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən məlumatlı olduğunu, hətta bu əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq-Mehrab kənd orta məktəbinə qarşı mediasiya təklifi göndərdiyini, yuxarıda qeyd edilənlərdən göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olmadığını, bundan başqa iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizənin xx.xx.2024-cü il tarixli olduğunu, iddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitab çasında tanış olsa idi, əmri əldə etmək üçün müraciətin xx.xx.2024-cü il tarixindən sonra olacağını, lakin iddiaçının kitabçasını əldə etməzdən əvvəl artıq xx.xx.2024-cü il tarixində sorğunu verdiyini, İddiaçı mübahisələndirdiyi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən tanış olsa da, bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərdiyini, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edildiyini, iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olduğunu, Azərbaycan Respublikası Əmə k Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur Rayon Muğancıq-Mehrab kənd orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdiklərini, iş üzrə cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etdiyini və iddia müddətinin tətbiq edilməsini xahiş etdiyini, lakin məhkəmənin qətnamədə “iş materiallarında onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənədin olmadığını qeyd etdiyini, işə baxan birinci instansiya məhkəməsinin bu normaya (MM-nin 375-ci maddəsi) xüsusi fikir vermədiyini, daha doğrusu qeyd edilən normanı düzgün tətbiq etmədiyini bildirərək, birinci instansiya məhkəməsinin əsassız olaraq, cavabdehin lazımi tədbirləri görməməsi qənaətinə gələrək maddi normaların tələbini pozduğunu qeyd etmişdi. Ona görə də, Naxçıvan Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(078)-1085/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
32. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Cavabdeh2 nümayəndəsi Nümayəndə3 cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 verdiyi apellyasiya şikayəti ilə eyni məz munlu apellyasiya şikayəti ilə müraciət etmişdir.
33. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 83.2 və 296-cı, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88ci maddələrinə istinad etmişlər.
34. İddiaçı apellyasiya şikayətini qəbul etməyərək izahatında, ona Təhsil Nazirliyinin əmrinin təqdim olunmadığını, ona Təhsil şöbəsinin müdiri Nümayəndə3 müəllimin öz yazdığı əmri təqdim etdiyini və “səni mən işdən azad edirəm” deyə bildirdiyi, özünün də o əmrlə ilk dəfə müraciət etdiyini, əmək kitabçasının ona, direktorları n əmək kitabçasının Təhsil Nazirliyində saxlanıldığına görə verilməli olduğunu, onu vəzifədən azad edəndə həm əmri, həm də əmək kitabçasını verməli olduqlarını, belə ki, özünün müvafiq sənədləri şəxsi işi ilə birlikdə məktəbə təqdim etməli olduğunu, çünki özünün artıq sıravi müəllim olduğunu, sənədlərinin məktəbdə saxlanılmalı olduğunu, daha sonra özünün gedib əmrini qarşı tərəfdən tələb etdiyini, özünün Təhsil Nazirliyinin əmrindən xəbəri olmadığını, mediasiyaya müraciət edərək dərhal Təhsil şöbəsinin əmrini mübahisələndirdiyini bildirərək, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)1085/2024 nömrəli qətnaməsinin qüvvədə saxlanılmasını kollegiyadan xahiş etdi.
35. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(108)53/2025 nömrəli, 25 aprel 2025 -ci il tarixli qətnaməsi ilə İddiaçı cavabdehlər Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbinə dair mülki iş üzrə Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)- 1085/2024 nömrəli qətnaməsindən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərinin təmin edilməməsi, Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)-1085/2024 nömrəli qətnaməsinin dəyişdirilmədən sax lanılması qət olunmuşdur (X12 Gennadiyevna (sədrliyi və məruzəsi ilə), X1 və X3 ibarət tərkibdə).
36. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan məhkəmə kollegiyası öz mövqeyini belə əsaslandırmışdır ki, cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 tərəfindən və cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətlərini yuxarıda qeyd edilən prosessual normaların tələbləri ilə qarşılıqlı şəkildə yoxlayaraq bildirir ki, cavabdeh tərəfin verdiyi apellyasiya şikayəti mübahisələndirilən Naxçıvan Şəhər Məhkəməsinin 10 dekabr 2024-cü il tarixli, e-2(078)1085/2024 nömrəli qətnaməsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə aktı tam yoxlanılmalıdır.
37. Kollegiya cavabdeh Naxçıv an Şəhər Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində qeyd etdiyi “Şərur Rayon Prokurorluğunun müstəntiqi, İİ dərəcəli hüquqşünas X9 tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarında İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 179.2.2-ci və 179.2.3-cü maddələrində cinayət əməlini törətdiyinin qeyd edilməsi, toplanmış material üzrə işə bəraətverici əsaslarla xitam verilməsi, belə ki, İddiaçı törətdiyi əməli etiraf etməsi və buna görə də Şərur Rayon Muğancıq-Mehrab kənd orta məktəbinə vurulmuş maddi ziyanın 356 (üç yüz əlli altı) manat 87 qəpik pul vəsaitini və cinayət məsuliyyətindən azad olunmaq üçün cinayət nəticəsində vurulmuş maddi ziyanın qanunla müəyyən edilmiş 25 faizini ödəməsi, məhkəmən in qərar qəbul edərkən bu halları nəzərə almaması və bu barədə qeyd etməməsi dəlilinə münasibətdə aşağıdakı nəticəyə gəlir.
38. İş materiallarında olan İddiaçı məxsus əmək kitabçasına nəzər yetirdikdə aydın görünür ki, İddiaçı 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirmədiyinə görə 15 mart 2024-cü il tarixdən tutduğu vəzifədən azad edilmiş və ixtisası üzrə məktəbdə müəllim saxlanılmışdır. İddiaçının əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilməsi barədə əmr verilərkən əmrdə onun tərəfindən cinayət əməlinin törədilməsi və onun həmin əməldə təqsirli sayılması ilə bağlı hər hansı bir araşdırmanın nəticəsini əks etdi rən sənədə istinad edilməmiş, həmçinin həmin əmrdə bu məsələyə dair heç bir əsaslandırma yer almamışdır. İddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verildikdən sonra yəni, 30 mart 2024-cü il tarixdə monitorinqin nəticələrinin araşdırılması üçün prokurorluğa müraciət edilmiş, lakin Şərur Rayon Prokurorluğunun 25 aprel 2024-cü il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Bu isə göstərir ki, istintaq orqanı tərəfindən iddiaçının hər hansı cinayət əməlini törətməsi ilə bağlı araşdırma aparılmış, lakin belə bir əməl üzrə cinayət təqibinə əsas olmadığı qənaətinə gəlinmişdir. Göründüyü kimi iddiaçı ilə bağlanan əmək müqaviləsinə xitam verilərkən onun iş yerində hər hansı bir cinayət əməlini törətməsi və bununla bağlı təqsirli sayılmasını əks et dirən hər hansı bir məhkəmə hökmü mövcud olmamışdır.
39. Beləliklə, kollegiya qeyd edir ki, cavabdeh tərəfin Şərur Rayon Prokurorluğu tərəfindən qəbul edilmiş 25 aprel 2024-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərara istinad etməsi əsassızdır və işçinin əmək funksiyasını pozması kimi qiymətləndirilməklə iddiaçının işdən çıxarılması barədə əmrin verilməsi üçün əsas sayıla və sübut kimi qiymətləndirilə bilməz.
40. Kollegiya cavabdeh Naxçıvan Şəhər Təhsil Nazirliyinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətində qeyd etdiyi İddiaçı tərəfindən iddia qaldırılması üçün Əmək Məcəlləsi ilə müəyyən edilmiş prossesual müddətin ötürülməsi, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən hallardan ba şqa qalan bütün hallarda fərdi əmək mübahisələrinin həll edilməsi üçün işçinin hüququnun pozulduğunu aşkar etdiyi gündən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilməsi, həmin Məcəllənin 7-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsinin “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilməsi, iddiaçının ləğvini tələb etdiyi 57 nömrəli əmrin 15 mart 2024-cü il tarixli olması, iddiaçının cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur Rayon Muğancıq-Mehrab kənd orta məktəbinə qarşı mediasiya təklifinin yalnız xx.xx.2024-cü il tarixində yazılması, iddiaçının iddia ərizəsində, onun Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmrindən əm ək kitabçasını alarkən xəbər tutması, ona görə də xx.xx.2024-cü il tarixində sorğu verməsi, buna qədər yalnız Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024- cü il tarixli, 61 nömrəli əmri ilə tanış olduğunu qeyd etməsi, lakin həmin əmrin özündə də əmrin əsası olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri olaraq Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmr olduğunun görünməsi, iddiaçının Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 18 mart 2024-cü il tarixli, 61 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən məlumatlı olması, hətta bu əmrin ləğv edilməsi üçün xx.xx.2024-cü il tarixində Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur Rayon Muğancıq-Mehrab kənd orta məktəbinə qarşı mediasiya təklifi göndərməsi, yuxarıda qeyd e dilənlərdən göründüyü kimi iddiaçının iddia ərizəsində bildirdiyi kimi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə əmək kitabçasını alarkən tanış olması, bundan başqa iddiaçının əmək kitabçasının verilməsi üçün müraciət etdiyi ərizənin xx.xx.2024-cü il tarixli olması, iddia ərizəsində bildirdiyi kimi bu əmrlə əmək kitabçasında tanış olsa idi, əmri əldə etmək üçün müraciətin xx.xx.2024cü il tarixindən sonra olması, lakin iddiaçının kitabçasını əldə etməzdən əvvəl artıq xx.xx.2024-cü il tarixində sorğunu verməsi, İddiaçı mübahisələndirdiyi Naxçıvan MR Təhsil Nazirliyinin 15 mart 2024-cü il tarixli, 57 nömrəli əmri ilə 18 mart 2024-cü il tarixindən tanış olsa da, bununla bağlı mediasiya təklifini xx.xx.2024-cü il tarixində yəni, 2 aydan çox müddət keçdikdən sonra göndərməsi, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddətinin yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilməsi, iddia müddətinin keçməsinin məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsas olması, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsini rəhbər tutaraq İddiaçı cavabdehlər Naxçıvan MR Təhsil Nazirliyi, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 və Şərur rayon Muğancıq-Mehrab kənd orta məktəbinə qarşı 57 nömrəli əmrin ləğvi, işə bərpa və işə bərpa olunanadək olan müddət ərzindəki əmək haqqının ödənilməsi tələbi üzrə iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmələri, iş üzrə cavab deh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 29 noyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ilə müraciət etməsi və iddia müddətinin tətbiq edilməsini xahiş etməsi, lakin məhkəmənin qətnamədə “iş materiallarında onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənədin olmamasını qeyd etməsi, işə baxan birinci instansiya məhkəməsinin bu normaya (MM-nin 375-ci maddəsi) xüsusi fikir verməməsi, daha doğrusu qeyd edilən normanı düzgün tətbiq etməməsi, birinci instansiya məhkəməsinin əsassız olaraq cavabdehin lazımi tədbirləri görməməsi qənaətinə gələrək maddi normaların tələbini pozduğunu qeyd etməsi dəlillərinə münasibətdə aşağıdakıları qeyd edir.
41. İş materiallarında olan sənədlərlə müəyyən olu nur ki, cavabdeh tərəfindən əmək kitabçasının və işdən azad olunma əmrinin iddiaçıya təqdim olunması ilə bağlı qanunla müəyyən edilmiş vəzifələr vaxtında icra edilməmişdir. Belə ki, cavabdeh həmin sənədlərin iddiaçıya təqdim olunmasına dair təşəbbüs göstərməmiş və ya həmin sənədlərin vaxtında iddiaçıya verilməsini təsdiq edən hər hansı bir sübut nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiyası məhkəməsinə təqdim etməmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödə nilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Qeyd olunan qanunvericilik normasının tələbində də görünür ki, həmin sənədləri iddiaçıya təqdim etmək cavabdehin vəzifəsidir.
42. Həmçinin kollegiya qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının əmək kitabçası 24 may 2024-cü il tarixdə ona təqdim olunmuş, həmin vaxta qədər nə işçinin işdən çıxarılması barədə Naxçıvan MR Təhsil Nazirliyinin əmri, nə də iddiaçının əmək kitabçası iddiaçıya təqdim edilməmişdir. Həmin sənədlər yalnız iddiaçının müraciətindən sonra ona təqdim edilmişdir. Cavabdeh tərəfindən işçinin əmək kitabçası və işdən çıxarılma barədə əmrin surəti işəgötürənin son haqq-hesabı ilə birlikdə sonuncu iş günü iddiaçıya verilməli olduğu halda, bu sənədlər verilməmiş, əmək kitabçası 24 may 2023- cü il tarixdə təqdim edilmiş, əmrin surəti isə onun müraciətindən sonra 10 iyun tarixində poçt vasitəsilə ona göndərilmişdir. İddiaçı hazırki mübahisə ilə bağlı 15 iyun 2024-cü il tarixdə mediasiya təşkilatına müraciət etmiş, 01 iyul 2024-cü il tarixdə ilkin mediasiya təşkilatında iştirak edilməməsi barədə arayış verilmiş və iddiaçı 08 iyul 2024-cü il tarixdə Naxçıvan Şəhər Məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir.
43. İddiaçının mübahisələndirdiyi əmr Naxçıvan MR Təhsil Nazirliyinin əmri olsa da, Naxçıvan MR Təhsil Nazirliyi Cavabdeh2 müdiri tərəfindən iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir. İş materiallarında isə onun Naxçıvan MR Təhsil Nazirliyinin adından çıxış etmək üçün səlahiyyətinin olmasını təsdiq edən hər hansı bir sənəd mövcud deyi ldir. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiq edilməməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, cavabdeh tərəfin iddia müddətini tətbiq edilməsi barədə göstərdiyi dəlil əsassızdır və təmin edilə bilməz.
44. Cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verdiyi apellyasiya şikayətinin hüquqi həllinə gəldikdə isə kollegiya aşağıdakıları bildirir. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd edilir ki, “Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz”. Kollegiya iş materiallarını yuxarıda qeyd edilən hüquq norması ilə qarşılıqlı şəkildə tədqiq edərək göstərir ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Əsasnamənin 8.34-cü bəndinə görə məktəb direktorunu həmin vəzifəyə təyin və azad etmək Naxçıvan Muxtar Respublikası təhsil nazirinin səlahiyyətinə aiddir. Mülki iş materiallarından Cavabdeh2nə isə Nazirlik tərəfindən təmsilçilik qaydasında belə bir səlahiyyətin verilməsi öz təsdiqini tapmadığından, həmin orqanın İddiaçı işdən azad edilməsi və ya onun mübahisəli vəzi fəyə təyin edilməsini mübahisələndirmək səlahiyyəti qanunvericiliklə müəyyən edilmədiyindən, yəni belə bir subyektiv hüquqa malik olmadığından kollegiya Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Cavabdeh2 nümayəndəsi Nümayəndə3 tərəfindən verilmiş apellyasiya şikayətini əsaslı saymır.
45. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7, 10, 42, 43, 44, 68, 70-ci maddəsinin “ç” bəndinə, 71, 80, 186, 296 və 311-ci maddələrinə, MPMnin 14.2, 77.1, 384 və 385-ci maddələrinə istinadla əsaslandırmışdır. a) Kassasiya şikayətinin dəlilləri
46. Qətnamədən cavabdeh Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi (Vəkil2) kassasiya şikayəti verərək Naxçıvan Muxtar Respublikası AliMəhkəməsinin Mülki Kollegiyasının 2(108)-53/2025 saylı, xx.xx.2025-ci il il tarixli qətnaməsinin ləğv e dilməsini və iddianın rədd edilməsi barədə iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir.
47. Kassasiya şikayəti apellyasiya şikayətinin məzmunları ilə oxşarlıq təşkil etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
48. İddiaçı kassasiya şikayətinə qarşı etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək kassasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi
49. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
50. Maddə 71 (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmə k müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
51. Maddə 72 (“c”bəndi). İşçi tərəfindən təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir.
52. Maddə
83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəz ərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
53. Maddə 186 ( 1-ci hissə). İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
54. Maddə 186 (2-ci hissəsinin “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, y axud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona intizam tənbeh növlərindən biri olan əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv edə bilər.
55. Maddə 187.
1. İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
2. İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
3. İntizam xətasının törədildiyi gündən altı ay keçdi kdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir.
56. Maddə 300
1. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər.
2. İşəgötürən və işçi fərdi əmək mübahisəsinin məhkəmədə həlli prosesində qarşılıqlı razılıqla yazılı barışıq sazişi bağlayarlarsa, hakim tərəflərin həmin sazişlə müəyyən edilmiş öhdəliklərin icrasının təmin edilməsi barədə qərardad qəbul edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
57. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
58. Maddə 77.1. Hə r bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
59. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
60. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
61. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
62. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddind ə baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
63. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
64. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
65. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.
66. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
67. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edi lməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
68. Hazırkı kassasiya şikayətində apelyasiya instansiyası məhkəməsinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
70. Məhkəm ə kollegiyası kassasiya şikayətinin bu dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 372.1- ci maddəsinin tələblərinə riayət olunmaqla, tam hüquqlu məhkəmə kimi işdə olan sübutlara səlahiyyətləri çərçivəsində tam, ətraflı hüquqi qiymət verilmişdir.
71. Həmçinin, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq müəyyən etmişdir ki, iddiaçı işdən azad olunarkən qanunvericiliyin müəyyən etdiyi qaydada işəgötürənin razılığı alınmamış, əmr əsaslandırılmamışdır.
72. Kassasiya kollegiyası həmçinin qeyd edir ki, sübutların mahiyyətinə qiymətin verilməsi, işin hallarının düzgün müəyyən edilməməsi kassasiya icraatının baxış predmeti ola bilməz. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi m övqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
73. Odur ki, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, mübahisələndirilən qətnamə qəbul edərkən işin faktiki halları tam, hərtərəfli və obyektiv araşdırılmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir.
74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının 25 aprel 2025-ci il tarixli, 2(108)-53/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir