Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2695/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh X5 qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: torpaq sahəsinin boşaldılması və maneələrin aradan qaldırılması tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi İddiaçı və vəkili Vəkil İsgəndər oğlunun ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2301/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il ta rixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi. İşin halları Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 05.03.2015-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X2, X8 və X4 adına Qəbələ rayonu Yemişanlı kəndində 0,06 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 86 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyest ri Xidmətinin 05.03.2015-ci il qeydiyyat tarixli ******* qeydiyyat nömrəli «Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış»ın təsdiq edilmiş surətindən görünür ki, İddiaçı, X2, X8 və X4 adına Qəbələ rayonu Yemişanlı kəndində 0,38 ha həyətyanı torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində 105 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. JN-075F (Kod: ********) nömrəli «Torpağın mülkiyyətə verilməsinə dair» şəhadətnamədən görünür ki, Qəbələ Rayon AİK-ın 20 dekabr 1999-cu il tarixli 20 nömrəli qərarına əsasən X10, X6, X11 və X3 ümumi birgə mülkiyyətinə 1,31 ha həyətyanı torpaq sahəsi verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X5 qarşı “qanunsuz zəbt edilmiş torpaq s ahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair məhkəmədə iddia qaldıraraq, cavabdeh tərəfindən ******* saylı çıxarış üzrə mülkiyyətlərinə verilmiş 0,38 ha torpaq sahəsinin zəbt olunmuş 0,10 ha ağacla hasarla bağlanmış hissəsinin sökülməsi, 0,10 ha torpaq sahəsindən və bar verən qoz ağacından istifadəyə və həmçinin onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların cavabdehin öz hesabına sökülməsi (çıxarılması) və törədilən maneələrə son qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 rayon AİK-nin 20.12.1999-cu il tarixli 20 saylı qərarı ilə dörd nəfər ailə üzvlərinin mülkiyyətinə verilmiş JN-078A saylı kodu 40615048 olan dövlət aktı ilə adlarına rəsmilə şdirilmiş 0,32 ha torpaq sahəsinin islahata qədər tərəfindən pozulmuş xəndəyi doldurmaqla mülkiyyətlərinə aid olan torpaq sahəsini və həmin sahədə olan bar verən qoz ağacının da daxil olduğu torpaq sahəsinin 0,10 hektarını zəbt edərək kənarını ağacla hasarlayaraq bağlanmış, istifadəsinə maneələr yaratmışdır. Hazırda həmin torpaq sahəsi seriya RX № ******* saylı çıxarışla adlarına rəsmiləşdirilmişdir. Bundan əlavə cavabdeh ümumi istifadədə olan yolun onun həyətinə daxil olan hissəsinə dəmir turbalar basdırmaqla yoldan istifadəsinə maneə yaradır. Hər iki qanunsuz hərəkətləri ilə mülkiyyətindən istifadəsinə maneə törətdiyinə görə dəfələrlə cavabdehə xahiş etsə də, nəticəsi olmamışdır. Əksinə ona fiziki zor göstərmiş və bu zorakılığa görə polisə müraciət etmişdir. Yerli icra nümayəndəliyinə mü raciəti olmuşdur, nəticəsi cavabdeh zor tətbiq etməklə davam edir. Yemişanlı kənd İƏN-yi də məhkəməyə müraciət etməyini tövsiyə etmişdir. Hesab edir ki, cavabdehin qeyd olunan maneələrini məhkəmə qərarı ilə qarşısını almaq mümkündür. Qəbələ Rayon İcra Hakimiyyəti başçısının Yemişanlı kənd İƏD tərəfindən verilmiş 01 iyul 2020-ci il tarixli 173 nömrəli arayışdan görünür ki, İddiaçı Qəbələ rayonu Yemişanlı kənd sakinidir, hazırda həmin kənddə yaşayır, qonşusu Cavabdeh ilə aralarında çəpər yeri üstündə dəfələrlə mübahisələri olmuşdur. Müraciətə əsasən nümayəndəlik olaraq hadisə yerində olmuşlar, baxış keçirmişlər və hər ikisini qane edəcək təkliflər vermişlər. Mübahisə davam etdiyindən mülki məsələ olduğu üçün məhkəməyə müraciət etmələri tövsiyə olunmuşdur. xxxx” MMC-nin 09.09.2020-ci il tari xli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən görünür ki, Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.03.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin hüdudları müəyyən edilmişdir və bu barədə Autocad və ArcMap proqramlar vasitəsilə hazırlanan plansxem-ortofotoplanda rəyə əlavə olunmuşdur. Həmçinin rəydə Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.03.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemi.anlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmaması, lakin cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilməsi göstərilmişdir. Qəbələ Rayon Məhkəməsinin (hakim Abbas Əliyev) 24 sentyabr 2020-ci il tarixli 2(025)802/2020 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “qanunsuz zəbt edilmiş torpaq sahəsinin boşaldılması və maneələrə son qoyulması” tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçı Azərbaycan Respublikasının ƏMDK yanında DƏDRX-nin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən (reyestr nömrəsi – **********78; qeydiyyat nömrəsi – **********; qeydiyyat tarixi – 05.03.2015) Çıxarışa əsasən İddiaçı və 3 nəfərdən ibarət ailə üzvlərinə birlikdə verilmiş Qəbələ rayonu Yemişanlı kəndində yerləşən 0,38 ha torpaq sahəsinin zəbt olunmuş 0,10 ha ağacla hasarla bağlanmış hissəsinin sökülməsi, 0,10 ha torpaq sahəsindən və bar verən qoz ağacından istifadəyə və həmçinin onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların cavabdehin öz hesabına sökülməsi (çıxarılması) və törədilən maneələrə son qoyulmasını tələb edir. Lakin cavabdeh ilk əvvəl iddiaçıya məxsus torpaq sahəsini zəbt edib-etməməsini bilmədiyini, bu məqsədlə ekspertiza keçirilməsini xahiş etmiş, ekspert rəyi alındıqdan sonra isə iddianın əsaslandığı hallara etiraz olaraq ekspert rəyind ə göstərildiyi kimi iddiaçıya məxsus torpaq sahəsini zəbt etmədiyini bildirmişdir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən 0,10 ha torpaq sahəsinin cavabdehin zəbtində olmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin zəbtində olması barədə iddiaçının tələbi isə ekspert rəyi ilə təkzib olunmuşdur. Eləcə də iddia ərizəsində bütün tələb qeyd olunan “0,10 ha torpaq sahəsinin zəbt olunaraq həmin sahədən onun istifadəsinə maneçilik törədilməsiüzərində qurulmuşdur. Lakin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir zəbti məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 157.4, Azərbaycan Respublikası Torpaq Məc əlləsinin 84, 111.1, 111.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək qətnamənin qismən ləğv edilməsi, cavabdeh tərəfindən onun həyətinə giriş darvazasının yaxınlığında basdırılmış dəmir boruların çıxarılması və ekspertiza xərclərinin cavabdehlə onun arasında bərabər hissədə bölüşdürülməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər G.Abbasov - sədrlik edən və məruzəçi, M.Hüseynov və E.Hüseynov) 03 dekabr 2020-ci il tarixli 2(107)-2301/2020 nömrəli qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, Qəbələ Rayon Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli 2(025)- 802/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını və ya prosessual hüquq normalarını pozmamış, gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmışdır, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyətli hallar sübut edilmişdir və məhkəmənin qərarında göstərilmiş nəticələri işin hallarına uyğun gəlir. Məhkəmə qeyd etmişdir ki, İddiaçı tərəflər arasında mübahisələndirilən 0,10 ha torpaq sahəsinin cavabdehin zəbtində olmasına dair məhkəməyə heç bir sübutu onda olmaması səbəbindən təqdim edə bilməmişdir. Mübahisəli torpaq sahəsinin cavabdehin zəbtində olması barədə iddiaçının tələbi isə ekspert rəyi ilə təkzib olunmuşdur. Eləcə də iddia ərizəsində bütün tələb qeyd olunan “0,10 ha torpaq sahəsinin zəbt olunaraq həmin sahədən onun istifadəsinə maneçilik törədilməsi üzərində qurulmuşdur. Lakin iddiaçıya məxsus torpaq sahəsinin hər hansı bir zəbti məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, “xxxx” MMC-nin 09.09.2020-ci il tarixli, 317 saylı məhkəmə mühəndis-texniki ekspertizasının rəyində cavabdeh tərəfindən iddiaçıya məxsus olan 0,38 ha torpaq sahəsinin cənub hissəsindən istifadəsinə maneəçilik törədilməsi göstərilsə də, bu maneənin konkret nədən ibarət olması öz əksini tapmamışdır. Həmçinin iddiaçı iddia ərizəsində ona məxsus olan 0,38 ha torpaq sahəsinin 0,10 ha torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunduğunu, məhz həmi n 0,10 ha torpaq sahəsinin ağac hasarla bağlanmış hissəsinin sökülməsi, həmçinin həmin sahədə yerləşən qoz ağacından istifadəyə və həmçinin onun mülkiyyətinə gedən yola aid hissədə bağlanmaqla maneə yaratmaq üçün basdırılmış dəmir turbaların sökülməsini tələb etmişdir. Lakin ekspert rəyindən də göründüyü kimi, iddiaçıya məxsus 0,38 ha torpaq sahəsinin 0,10 ha hissəsi cavabdeh tərəfindən zəbt olunmamışdır. Lakin iddiaçının iddia ərizəsində qeyd etdiyi maneələr zəbt olunduğunu iddia etdiyi 0,10 ha torpaq sahəsi ilə bağlı olmuşdur. Həmçinin iddiaçı məhkəmə iclasında verdiyi ifadəsində ekspert rəyində göstərilmiş maneənin onun zəbtində olan bələdiyyəyə məxsus 0,06 ha torpaq sahəsi hissəsindən olduğunu bildirmişdir. Lakin məhkəməyə zəbtində olan 0,06 ha torpaq sahəsinin bələdiyyə tərəfindən o na hansı əsaslarla verilməsini təsdiqləyən sübut əlavə etməmişdir. Bu səbəbdən iddia tələbi törədilən maneələrə son qoyulması hissəsində də təmin edilməməlidir. Məhkəmə qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübut etmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınarsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. İddiaçı kassasiya şikayəti verərək Şəki Ape llyasiya Məhkəməsinin Mülki kollegiyasının 03 dekabr 2020-ci il tarixli 2(107)-2301/2020 nömrəli qətnaməsinin ləğv edilib, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəki Apellyasiya Məhkəməsi qanunvericiliyin tələblərinə riayət etməmiş, işin hallarını tam və hərtərəfli aydınlaşdırmamış, işdəki sübutları müqayisəli şəkildə tədqiq etməyərək, işin faktiki hallarına uyğun olmayan nəticəyə gəlmişdir ki, bununla da qətnamə maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı və vəkili Vəkil İsgəndər oğlu kass asiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Cavabdeh X12 işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə v asitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edi lmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədə n, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mü bahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, m əhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi cavabdehin şikayətinin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyə n maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-2301/2020 nömrəli iş üzrə 03 dekabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.