Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2695/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh Mənzil Tikinti Kooperativinə qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin təhvil verilməsi, maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X5 ibarət tərkibdə, İddiaçı Cavabdeh MTK-ya qarşı “mənzilin təhvil verilməsi və sair” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1460/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inz ibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı (bundan sonra – iddiaçı) ilə Cavabdeh Mənzil Tikinti Kooperativi (bundan sonra – cavabdeh və ya MTK) arasında bağlanmış 20 mart 2019-cu il və 01 iyul 2019-cu il tarixli müqavilələr ilə MTK-nın ünvan 1 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 11-ci mərtəbəsində (yaşayışın 9-cu mərtəbəsi) ümumi sahəsi 184,73 kv.metr təşkil edən 4 otaqdan ibarət 3 nömrəli; ünvan 2 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində (yaşayışın 6-cı mərtəbəsi) ümumi sahəsi 102,35 kv.metr təşkil edən 2 otaqdan ibarət 3 nömrəli və ünvan 3 ünvanında inşa edilən hündürmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsində ümumi sahəsi 100,42 kv.metr təşkil edən 2 otaqdan ibarət 2 nömrə li mənzilləri (bundan sonra – mübahisəli mənzillər) iddiaçının sahibliyinə və istifadəsinə verməyi, iddiaçı isə həmin mənzillərin dəyərini cavabdehə ödəməyi öhdəsinə götürmüşdür.
2. Cavabdeh tərəfindən iddiaçıya mənzillərin tam dəyərinin ödənilməsi barədə maliyyə arayışları təqdim olunmuş, 2019-cu ilin sentyabr ayında mənzillərə dair iddiaçının hüquqları daşınmaz əmlakın dövlət reyestrində qabaqcadan qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi və əlavə ərizə ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzillərin cavabdeh tərəfindən ona təhvil verilməsi, qeyd olunan mənzillərə sahiblik və istifadə hüququna dair cavabdeh tərəfindən yaradılmış maneələrin aradan qaldırılması, həmin mənzillərdə təm ir işlərinin aparılmasına cavabdeh tərəfindən maneə yaradılmasının qadağan olunması, mənzillərə 3-cü şəxslərin daxil olmasına maneə yaradılmasının qadağan edilməsi, cavabdehin üzərinə liftdən istifadəyə şərait yaradılması vəzifəsinin qoyulması, həmin mənzillərə su, elektrik, qazın verilməsinin dayandırılmasının cavabdehə qadağan olunmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir.
4. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, qeyd olunan müqavilələr ilə iddiaçının istifadəsinə verilən mənzillərə cavabdeh MTK rəhbərliyi tərəfindən ustalar təmirə buraxılmır, onların işlərinə maneçilik törədilir, mənzillərin təmiri üçün alınan xammal isə yararsız vəziyyətə düşür və iddiaçı ailəsi ilə birlikdə həmin mənzilləri yaşayış üçün istif adə edə bilmir. Bununla bağlı dəfələrlə cavabdehdən qeyd edilən mənzillərin üzərindəki sahiblik hüququna qarşı yaradılan süni maneələrin aradan qaldırılmasını xahih etsə də bununla bağlı heç bir tədbir görülməmişdir.
5. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək bildirmişdir ki, iddia tələbində qeyd edilən mənzillər Saleh Abdullayev adlı şəxsə cavabdeh MTK üçün müəyyən işlərin görülməsi müqabilində təminat olaraq verilmişdir. Baş Prokurorluqda idarə rəisi olan Natiq Abdullayevin atası Saleh Abdullayev cavabdehə yaşayış binalarının tikintisi ilə bağlı müvafiq dövlət qurumlarında sənədləşmə işlərinin aparılmasında köməklik göstərilməsi müqabilində cavabdeh tərəfindən inşa olunan yaşayış binasında müxtəlif mənzilləri müvafiq olaraq X1, İddiaçı, X4, X2, X3 adına rəsmiləşdirilməsini tələb etməklə əldə etmişdir. Adlarına mənzillər rəsmiləşdirilmiş şəxslər Saleh Abdullayevin yaxın qohumlarıdır. Qeyd olunan adlarına mənzillər rəsmiləşdirilmiş şəxslərdən heç biri cavabdeh MTK-nın ofisinə gəlməmişlər və onların hər hansı bir formada mənzil almaq niyyətləri olmamışdır. Bu günədək Saleh Abdullayev tərəfindən bu mənzillərin müqabilində cavabdehə heç bir köməklik göstərilməmiş və sonuncu tərəfindən həmin mənzillərə görə hər hansı bir vəsait ödənilməmişdir.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(009)-2184/2022 nömrəli, 02 dekabr 2022-ci il tarixli qətnaməsi (hakim İlkin Rüstəmli) ilə iddia təmin edilmişdir.
7. Birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçı tərəfind ən dəyəri tam olaraq ödənilmiş mənzilləri iddiaçının sahibliyi və istifadəsinə vermək öhdəliyinin daşıyıcısı olsa da, müqavilə öhdəliklərini tam icra etməkdən yayınaraq, müqavilə ilə razılaşdırılmış və dəyəri iddiaçı tərəfindən tam ödənilmiş mənzilləri iddiaçıya təhvil verməkdən imtina edir. Buna görə də, iddiaçının müqavilə ilə şərtləndirilmiş mənzillərin ona təhvil verilməsini cavabdehdən tələb etməsi tam əsaslıdır.
8. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 385, 386.1, 399.1, 405.1, 407.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 119, 220.5-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəm əsində icraat
9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti iddiaya etirazın dəlillərinə uyğun əsaslandırılmışdır.
11. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra - apellyasiya instansiya məhkəməsi) 2(103)-1460/2023 nömrəli, 07 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakimlər: F.Babayev (sədrlik edən və məruzəçi), R.Eyvazov və G.Axundova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
12. Məhkəmə birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşaraq hesab etmişdir ki, məhkəmə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir
13. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə qeyd etmişdir ki, cavabdeh istinad etdiyi halları təsdiq edən hər hansı sübutu nə birinci instansiya məhkəməsinə, nə də apellyasiya instansiya məhkəməsinə təqdim etməmişdir.
14. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 385, 386.1, 399.1, 405.1, 407.2, 425.1, 426.2.1, 442, 448.1, 452.1-ci, MPM-in 14.2, 77.1, 384.0.1, 385.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
15. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, mülki işin yenidən araşdı rılması üçün apellyasiya baxışına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri
17. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
18. Apellyasiya instansiyası məhkəmə sinin qətnaməsi cavabdeh tərəfindən tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə
19. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.
20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.
21. Maddə
385. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
23. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur.
24. Maddə 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır.
25. Maddə 407.2. Sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır.
26. Maddə 425.1. Öz h üquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
27. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
28. Maddə 448.1. Əgər bu Məcəllə və Müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ü çün cavabdehdir.
29. Maddə 452.1. Fərdi-müəyyən əşyanı kreditorun mülkiyyətinə və ya əvəzli istifadəsinə vermək öhdəliyi icra edilmədikdə kreditor həmin əmlakın borclunun əlindən alınmasını və öhdəlikdə nəzərdə tutulan şərtlərlə ona verilməsini tələb edə bilər. Mülki Prosessual Məcəllə
30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 407.2. Kassasiya şikayətində işin halla rının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
35. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
36. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Kassasiya şikayətinin dəlilləri əsasən iddianın və apellyasiya şikayətinin dəlilləri ilə eynidir. Məhkəmə kollegiyası maddi və prosessual hüquq normalarının tətbiqinə dair birinci və apellyasiy a instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır.
39. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.
40. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı Cavabdeh Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1460/2023 nömrəli, 07 mart 2023-c ü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.