Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2698/2019 22.04.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Rüstəmov Əli Məhəmməd oğlundan ibarət tərkibdə, Xnın katibliyi, İddiaçı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə, iddiaçının vəkili Vəkil2, Cavabdeh1 və onun vəkili Vəkil1, Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8 və Cavabdeh5 iştirakları ilə, Cavabdeh1 tərəfindən Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)9705/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsindən verilmiş kassa siya şikayəti üzrə işə baxaraq, Müəyyən etdi: Bakı şəhəri Qaradağ rayon məhkəməsinin (hakim Teymur Qurbanov) 2(002)-417/2018 saylı, 25 iyun 2018-ci il tarixli qətnaməsi ilə ilkin iddianın təmin edilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X8, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi 12 saylı evin 13 saylı mənzilindən çıxarılmaları, qarşılıqlı iddia ərizəsinin qismən təmin edilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi 12 saylı evin 13 saylı mənzilinə çəkilən xərc 22000 manatın Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyindən tutularaq Cavabdeh1, X2, X9, Cavabdeh3 və Cavabdeh5 ödənilməsi qət edilmiş, qarşılıqlı iddia tələbinin qalan hissədə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kol legiyasının (hakimlər Sənan Hacıyev - sədrlik edən və məruzəçi, Rafael Eyvazov, Fuad Talışinski) 10 oktyabr 2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 25 iyun 2018-ci il tarixli qətnaməsi qarşılıqlı iddianın təmin edilmiş hissəsində ləğv edilmiş, qarşılıqlı iddia tələbi rədd edilmişdir. İşin halları: İddiaçı Təsərrüfatı Birliyi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X3, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Cavabdeh8 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edilərək, cavabdehlərin Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 12 saylı evin, 13 saylı mənzildən çıxarılmaları barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüf atı Birliyi Bakı şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin tabeliyində mənzil-kommunal xidməti sahələri bazasında idarəetmə orqanı kimi yaradılmış və ona rayon təsərrüfatını əhatə edən mənzil fondunun və kommunal təyinatlı obyektlərin isismar səviyyəsinin yüksəldilməsi, abadlaşdırılması, onların qorunması sahəsində tədbir görülməsi, rayonun sanitariya vəziyyətinin normal səviyyədə saxlanılması, dövlət idarə ictimai taşkilatlara məxsus mənzil fondunun, habelə kooperativ yaşayış binalarının və vətəndaşların xüsusi mülkiyyətində olan yaşayış evlərinin vəziyyətinə və istismarına nəzarət vəzifələri həvalə edilmişdir. Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin verdiyi səlahiyyətlər həddində Qaradağ rayonu Mənzil-Kommunal Təsərrüfati Birliyi mənzil-kommun al təsərrüfatı üzrə idarəetmə orqanı funksivalarını həvata keçirir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 12 saylı yaşayış binası əvəllər X31 Kombinatının mənzil fonduna aid olmuş, sonradan Qaradağ rayon İcra Hakimiyyəti Başçısmm 04.07.2008-ci il tarixli, 327 saylı sərəncamı ilə dövlət mənzil fonduna keçirilməklə Qaradağ rayon MənzilKommunal Təsərrüfatı Birliyinin balansına 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xidmət dairəsinə verilmişdir. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 12 saylı evin, 13 saylı mənzili Cavabdeh1 ailə üzvləri ilə birlikdə qeyri-qanuni zəbt edilməsini bildirməklə, mənzilin boşaldılması və Dövlət mənzil fonduna təhvil verilməsi tələbini irəli sürür. Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin tabeliyində olan həmin əraziyə xidmət edən 132 saylı Mənzil-Kommunal İstismar Sahəsinin məlumatına əsasən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 12 saylı evin, 13 saylı mənzil vaxtı ilə boş olmuşdur. Sonradan Cavabdeh1 ailə üzvləri ilə birlikdə həmin mənzili zəbt etmişlər. Onu da bildirir ki, X31 Kombinatı tərəfindən Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, 6 saylı evin, 70 saylı mənzil növbəlik əsasında Həşimovanın ailəsinə verilmişdir. Lakin orada məcburi köçkün X22 ailəsi ilə birgə məskunlaşdığma görə, bu mənzilə köçə bilməmişlər. Bir müddətdən sonra, Paşayevlər ailəsi Ələt qəsəbəsindən köçmüşlər və həmin mənzil boş olduğu üçün Cavabdeh1 mənzilə köçürülmə tələbinə dair iddia ərizəsi ilə ray on məhkəməsinə müraciət etmişdir. 05 iyun 2015-ci il tarixdə Qaradağ rayon məhkəməsinin 2(002)-2250/2015 nömrəli qətnaməsi ilə N. Həşimovanın iddiası təmin edilmişdir və ona məxsus mənzil boşaldılmışdır. Lakin, mübahisə predmeti olan, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi 12 saylı evin, 13 saylı mənzil bu günə qədər boşaldılaraq dövlətə təhvil verilməmişdir. Məsələnin həlli istiqamətində Cavabdeh1 bir neçə dəfə idarəyə dəvət edilmiş, mənzilin boşaldılması və təhvil verilməsi tələb olunmuşdur. Ona bildirilmişdir ki, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Kamil Məmmədov küçəsi, 6 saylı evin, 70 saylı mənzili olduğuna görə, mübahisəli mənzilə ehtiyacı yoxdur. Lakin, o, mənzilə ehtiyacı olduğuna və mənzilin ona məxsus olduğunu bildirmişdir. Beləliklə Bakı şəhəri, Qar adağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi 12 saylı evin, 13 saylı mənzil heç bir hüquqi əsas olmadan cavabdehlər tərəfindən zəbt edilmişdir və ona görə də Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, X14, Cavabdeh7. Cavabdeh8 mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmalıdır. Birinci instansiya məhkəməsi baxışı zamanı Cavabdeh1, X4, X15, Cavabdeh3 və Cavabdeh5 cavabdeh Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinə qarşı qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi, 12 saylı evin, 13 saylı mənzilinə çəkilən 30000 manat xərcin İddiaçı Təsərrüfatı Birliyindən tutularaq ödənilməsini xahiş etmişlər. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, İddiaçı Təsərrüfatı Birliyi bu müddət ərzində gözləyərək h azırda məcburi köçkünlər onun əziyyəti nəticəsində çıxarıldıqdan sonra iddia verməsinə izah verməlidir. Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 6, mənzil 70 order əsasında ailə üzvlərilə birgə Cavabdeh1 verilmişdir. Lakin keçən müddət ərzində özünə məxsus olan mənzilə köçüb yaşaya bilməmişdir. Belə ki, həmin mənzil məcburi köçkün düşmüş ailə tərəfindən zəbt olunmuşdur. Dəfələrlə sözügedən mənzilin boşaldılması barədə cavabdehlərlə danışıqlar aparsa da, sonuncular bundan imtina etmişlər. Bu səbəbdən də, o, ailəsi ilə birlikdə müxtəlif ünvanlarda yaşamağa məcbur olmuşdur. Məcburi köçkünlərə onlara məxsus mənzili boşaldılmasını dəfələrlə təklif etsə də, cavabdehlər qanuni icarədar hüquqları olan mənzili zəbt edərək məcburi köçkün olduqlarını bildirməklə mənzildən çıx maqdan imtina etmişlər. Bununla da mənzilə olan qanunla qorunan hüquqlarını pozaraq, mənzilə olan hüquqlarını məhdudlaşdırırlar. Halbuki məcburi köçkünlər dövlət tərəfindən evlə təmin olunmuşlar. Məhkəmədən X12, X1, X6, X10, X5 və X11 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küşəsi, ev 6, mənzil 70-dən çıxarılmaları, mənzilin boşaldılması və iddiaçıların həmin mənzilə köçürülmələrinə dair müvafiq qətnamə qəbul edilməsi xahiş olunmuş və icrasına nail olaraq mənzilə köçmüşdür. Bütün bu müddət ərzində iddiaçının zəbt etdiyini iddia etdiyi mənzilə külli miqdarda vəsait cəlb etmişdir. Belə ki, MKTB bu müddət ərzində evdə yaşamaqlarına şifahi razılıq verdiyindən mənzili bərbad vəziyyətdən təmir edərək mənzilə çevirmişdir. Mənzilə 30000 manat yaxın vəsait cəlb etmişdir, uzun illər ərzində mənzildə yaşamış, mənzilin sanitar qovşağını belə öz vəsaiti hesabına təmir etdirmiş və pul xərcləmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və kassasiya şikayətinə qarşı etiraz: Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. O, həmin evə köçüb istifadə etməyə başlayarkən ev tam təmirsiz və yaşayışa yararsız halda olmuş, yaşayış üçün yararlı hala salınması üçün bütün xərclər onun tərəfındən çəkilmişdir. Həmin manzildə o, 10 il yaşadıqdan sonra qarşılıqlı iddia ərizəsi üzrə cavabdehin balansına keçmişdir. Həmin müddət ərzində o, mənzildən istifadəyə görə bütün kommunal xərclərı Qaradağ MKTB yə ödəmişdir. Sonradan MKTB ondan qcyri-qanuni pul istəmiş, o buna razı olmadığına görə, MKTB belə bir iddia ilə məhkəməyə müraciət etmişdir. Tərəflərin izahatları: Cavabdeh1 və onun vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər. İddiaçı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə və iddiaçının vəkili Vəkil2 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3, X8 və Cavabdeh5 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilmədi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə digər cavabdehlər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassas iya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Məhkəmə kollegiyası məruzəçini, Cavabdeh1 və onun vəkili Vəkil1 və iddiaçı Qaradağ rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin nümayəndəsi Nümayəndə və vəkili Vəkil2 izahatarını dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin müəyyən edilən hallarından görünür ki,Qaradağ rayon İcra Hakimiyyəti Başçısının 14 iyul 2008-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, 12 saylı yaşayış binası mövcud vəziyyətdə Qaradağ rayon MKTB-nin balansına verilmişdir. Bununla yanaşı Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 6, mənzil 70 Cavabdeh1 adına özəlləşdirilmişdir. Halhazırda həmin mənzildə yaşayış yoxdur. Cavabdehlər hazırda mübahisəli - Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi 12 saylı evin 13 saylı mənzilində məskunlaşan zama n həmin mənzilin özlərinə aid olmamasından məlumatlı olmuşlar. Birinci instansiya məhkəməsi baxışı zamanı da cavabdehlər-qarşılıqlı iddia üzrə iddiaçılar ilkin iddianı qismən qəbul edərək, iddianı etiraf etmişlər və qətnamə həmin hissədə də mübahisələndirilməmişdir. Bundan başqa iş materiallarında olan Ələt Bələdiyyəsinin 12/2 saylı, 23 noyabr 2007-ci il tarixli Protokolundan çıxarışın surətindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, E.İmanov küçəsi, ev 6, mənzil 70-də qeydiyyatda olan Cavabdeh1 Ələt qəsəbəsi, Baş Ələt küçəsi, 3-cü massiv, 177 “A” saylı sahədə fərdi yaşayış evinin tikilməsi üçün 300 kvadrat metr torpaq sahəsinin ayrılması qərara alınmışdır. Qaradağ rayon məhkəməsinin 05 iyun 2015-ci il tarixli qətnaməsinin surətindən göründüyü kimi, iddia tələblərinin təmin edilməsi, X22, X7, X16, X19, X13 və X20 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 6, mənzil 70-dən çıxarılsınlar və qeyd edilən mənzil boşaldılması, Cavabdeh1, X4, Cavabdeh3, X15, Cavabdeh5 Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, K.Məmmədov küçəsi, ev 6, mənzil 70-ə köçürülmələri qət edilmişdir Hazırda qətnamədən kassasiya şikayəti verən Cavabdeh1 qətnaməni qarşılıqlı iddia tələbinin təmin edilməyən hissədə, yəni mənzilə çəkilmiş xərcin tutulmasının rədd edilməsini mübahisləndirir. “Qiymətləndirmə Xidməti Mərkəzi”nin 03 may 2018-ci il tarixli rəyindən göründüyü kimi, Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi 12 saylı evin 13 saylı mənzilində görülmüş təmir-tikinti və bərpa işlərinin 03 may 2018-ci il tarixə bazar dəyəri 22000 manat müəyyən edilmişdir Birinci instansiya məhkəməsi qarşılıqlı iddianı qismən təmin etməklə hesab etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçılar qeyd edilən mənzildə əsaslı yenidənqurma və yaxşılaşdırma işləri apardıqlarından hazırki vaxtadək vicdanlı sahib kimi Qaradağ rayon MKTB-nin mülkiyyətində olan evdə aparmış oduğu yenidənqurma və yaxşılaşdırma işlərinin əvəzi qaytarılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmamış və qeyd etmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçıların Qaradağ rayon MKTB-nin balansında olan evə vicdanlı sahiblik etmələri işin faktiki halları ilə müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 157.5-ci maddəsinə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir; 157.6-cı maddəsinə əsasən istər vicdanlı sahib, istərsə də vicdansız sahib isə öz növbəsində əmlakdan gəlirin mülkiyyətçiyə düşdüyü vaxtdan sonra əmlaka sərf etdiyi zəruri məsrəflərin əvəzinin ödənilməsini mülkiyyətçidən tələb edə bilər; 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi sadalanan normalara istinad edərək qeyd etmişdir ki, nə qədərki Cavabdeh1 ailəsi ilə birgə Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, Eduard İmanov küçəsi 12 saylı evin 13 saylı mənzilə köçən zaman həmin mənzilin ona aid olmadığını bildiyi halda, onun sahibliyinin qanunun dilində vicdanlı hesab edilməsi qanunauyğun hesab edilə bilməz. Belə olan halda Cavabdeh1 və qeyrilərinin mübahisəli mənzilə dair vicdanlı sahib hesab etməklə birinci instansiya məhkəməsi səhv nəticəyə gəlmişdir. Cavabdeh1 mənzilə dair sahibliyinin vicdanlı olmadığı halda, onun tərəfindən edilmiş yaxşılaşdırılmaların əvəzinin tələbi yuxarıda istinad edilən maddi hüquq normaları baxımından yolverilməzdir. Qaradağ rayon MKTB tərəfindən Cavabdeh1 qarşı bu müddət ərzində yaşamasına etirazın edilməməsinə münasibətdə isə apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu hal Cavabdeh1 ayrılmış yaşayış sahəsinin məcburi köçkünlər tərəfindən zəbt edilməsi səbəbindən yaşayış sahəsinə ehtiyyacının olmasının nəzərə alınmasından irəli gəlmişdir. Bu baxımdan bu hal Cavabdeh1 vicdanlı sahib kimi qiymətləndirilməsi üçün əsas hesab edilə bilməz. Cavabdeh1 tərəfindən mənzilin təmirinə çəkilmiş xərclər özünün qanuni sahib kimi dərk etməsindən deyil, yaşadığı uzun illər ərzində özünə yaşayış üçün şəraitin təmin edilməsindən irəli gələrək bu illər ərzində hissə-hissə qoyulmuşdur ki, bu da həmin xərclərinin geri tələb edilməsi üçün əsas deyildir. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgü n tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Həmin dəlillər qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Həmin dəlillər apellyasiya instansiyası məhkəməsində işə baxılarkən də irəli sürülmüş və apellyasiya instansiyası məhkəməsi həmin dəlilləri tam, hərtərəfli araşdıraraq qiymət vermişdir. Məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır. Odur ki, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiya sı Qərara alır: Cavabdeh1 kassasiya şikayəti təmin edilmədən, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-9705/2018 nömrəli iş üzrə 10 oktyabr 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Ali Məhkəmənin hakimi Əhməd Nurməmmədov
Məhkəmə qərarları › İş №2(102)-2698/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-2698/2019
22.04.2019 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver