Məhkəmə qərarları › İş №2(102)-2698/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-2698/2020

09.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2698/2020 09.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Dəmirov İlqar Kamal oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)14864/2019 saylı qətnaməsindən “N” şirkətinin təsisçiləri, həmçinin Cavabdeh3 və Cavabdeh1 tərəfindən verilmiş kasasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi ilə (hakim S.B.Mehrəliyev, iş № 2(004)-285/2018) iddiaçı lar İddiaçı2 və İddiaçı3 cavabdehlər “xxxx” MMC-nin rəhbərləri Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 qarşı öhdəliyin icra edilməsi tələbinə dair ilkin iddiası, Cavabdeh3 İddiaçı2 və İddiaçı3 qarşı “zaminlik-öhdəlik” müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair qarşılıqlı iddiası və Cavabdeh1 cavabdeh Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı “zaminlik-öhdəlik” müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.C.Kazımov, T.S.Səmədov və İ.S.Şirinov) “N” firmasının təsisçiləri İddiaçı2 və İddiaçı3 birgə apelyasiya şikayəti, həmçinin qarşılıqlı iddiaçı Cavabdeh3 və Cavabdeh1 ayrı-ayrılıqda verdikləri apelyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Yasa mal Rayon Məhkəməsinin xx xxxxxxxx 2018-ci il tarixli qətnaməsi apelyasiya şikayəti verənlər tərəfindən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları: Hazırkı iş üzrə mübahisə tərəflərindən biri olan İddiaçı2 təsisçisi və təsisçilər şurasının sədri olduğu “N” şirkəti hər birinin nizamnamə kapitalındakı payı 25 faiz olmaqla 4 nəfərin, o cümlədən İddiaçı2 və İddiaçı3 təsisçiliyi ilə yaradılmış və xx xxxx 1998-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2003-cü ildə “N” şirkətinin, X2 və X3 təsisçiliyi ilə “xxxx” MMC yaradılmış və xx xxxxx 2003-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır. 2007-2014-cü illər ərzində “xxxx” şirkəti tərəfindən Azərbaycan Respublikasının müxtəlif banklarından müxtəlif növ kreditlərin alınması ilə əlaqədar MMC-nin fəaliyyətində maliyyə problemləri yaranmışdır. Bununla əlaqədar “N” şirkətinin təsisçilər şurasının sədri İddiaçı2 ilə “xxxx” MMC-nin cavabdeh şəxsi Cavabdeh3 arasında “xxxx” MMC-də yaranmış maliyyə problemlərinin zaminlik baxımından normallaşması və sənədləşməsinə dair Zaminlik-Öhdəlik müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh3 2007-2014-cü illər ərzində “xxxx” şirkətinin rəhbərliyi və onun tərəfindən respublikanın müxtəlif banklarından götürülmüş kreditlərlə əlaqədar yaranmış maliyyə problemlərinin həlli məqsədi ilə özünün, qardaşı Cavabdeh4 və Cavabdeh1 mülkiyyətlərində olan torpaq sahələri və digər daşınmaz əmlakların hesabına banklara olan borcların ödənilməsi barədə üzərinə öhdəlik götürmüş və müqavilədə həmin daşınmaz əmlakların siyahısı göstərilmişdir. Həmin müqavilə ilə Cavabdeh3 eyn i zamanda zamin durduğu daşınmaz əmlakların “Riyad-Renta” şirkətinin razılığı olmadan satılmayacağı barədə üzərinə öhdəlik götürmüşdür. 2017-ci ilin iyun ayında “Riyad-Renta” şirkətinin təsisçiləri İddiaçı2 və İddiaçı3 “xxxx” şirkətinin rəhbərləri Cavabdeh3, Cavabdeh4, X5 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “xxxx” MMC-nin rəhbərləri tərəfindən onlardan xəbərsiz müxtəlif banklardan kredit götürülüb həmin vəsaitin “xxxx” MMC-nin yaradılmasına və inkişafına xərclənməsini, lakin Cavabdeh3 müqavilədə sadalanan daşınmaz əmlakların hesabına kreditlərin ödənilməsi barədə üzərinə götürdüyü öhdəliyə əməl etməyərək kreditin qaytarılmasını təmin etməməsini, əksinə adlarına olan əmlakları özgəninkiləşdirilmələrini və s. əsas göstərməklə cavabdehin müqavilə üzrə öhdəliklərinin təminatı olan ümumilikdə 1954,418 ha torpaq sahəsinin, bu mümkün olmadıqda həmin əmlakların dəyərinin cavabdehlərdən alınaraq “N” şirkətinin təsisçilərinə (iddiaçılara) verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişlər. Həmin iddia tələbi üzrə Cavabdeh1 Bakı şəhəri 31 saylı Notariat Kontoruna qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək zaminlik-öhdəlik müqaviləsinin rəsmiləşdirilərkən onun mülkiyyətində və icarəsində olan daşınmaz əmlakların əslində girov qoyulmasını və müqavilənin hədə qorxu altında bağlanmasını və s. əsas göstərməklə müqavilənin etibarsız hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İlkin iddia tələbi üzrə digər Cavabdeh3 İddiaçı1 şirkətinin təsisçiləri İddiaçı2 və İddiaçı3 qarşı qarşılıqlı iddia verərək müqavilənin bağlanması ilə ona məxsu s olan əmlakların girov götürülməsini, müqavilənin ona zor gücünə imzalatdırılmasını əsas göstərməklə etibarsız sayılması və mənəvi zərərə görə cavabdehlərdən onun xeyrinə 2.000.000 manatın tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kasasiya şikayətlərinin dəlilləri: “Riyad-Renta” şirkətinin təsisçiləri kasasiya şikayəti verərək Cavabdeh3 və qeyrilərinin saxtakarlıq yolu ilə küllü miqdarda banklardan kredit götürməklə mənimsəmələrini, həmin kreditləri qaytarmaq barədə müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini icra etməmələrini, lakin işə baxan apelyasiya instansiyası məhkəməsi tərəfindən sübutlara düzgün qiymət verilmədən iddianın rədd olunmasını əsas göstərməklə qətnamənin qismən ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsi və ya qətnamənin onların iddia tələbinin rədd olunmasına dair hissədə ləğv edilərək həmin hissədə iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Qətnamədən eyni zamanda Cavabdeh3 və Cavabdeh1 kasasiya şikayəti verərək zaminlik-öhdəlik müqaviləsinin ona qarşı tətbiq edilən zorakılıq və hədə nəticəsində imzalatdırılmaqla Azərbaycan Respublikası Mülki Məcəlləsinin 339.4-cü maddəsinə əsasən müqavilənin etibarsız sayılmalı olmasını əsas göstərməklə qətnamənin qarşılıqlı iddia tələbinin Cavabdeh3 aid hissədə dəyişdirilib onun qarşılıqlı iddia tələbinin təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kasasiya kollegiyasının iclasında iddiaçıların vəkili, həmçinin cavabdehlər Cavabdeh3 və Cavabdeh1 vəkili verdikləri kasasiya şikayətlərini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kasasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kasasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apelyasiya instansiyası məhkəməsi “zaminlik-öhdəlik” müqaviləsinə zaminlik və ipoteka müqavilələrinin ünsürlərinin daxil olunmasına əsaslanaraq hesab etmişdir ki, həmin müqavilə qarışıq müqavilə olmaqla notariatda təsdiq olunsa da, qanunvericiliyin tələbinə uyğun olaraq müqaviləd ə əsas öhdəliyin mahiyyəti, ölçüsü (məbləği), əmələ gəlmə əsasları və icra müddəti, bu öhdəliyin əsaslandığı müqavilənin tərəfləri, bağlandığı yer və tarix göstərilməmiş, müqavilə dövlət qeydiyyatına alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. İddia olunan kreditlər banklarla borclular arasında bağlanmış müqavilələr əsasında verildiyindən həmin borcların qaytarılması öhdəliyi də qanunun tələbinə müvafiq olaraq m əhz borcluların üzərinə, əgər öhdəlik zaminlikləri təmin edilmişdirsə eyni zamanda zaminlərin üzərinə qoyula bilər. Kredit müqavilələri üzrə borcların qaytarılması öhdəliyi müqavilə bağlanan zaman buna cavab verməli olan şəxslərin üzərinə qoyulduğu vəziyyətdə “zaminlik-öhdəlik” müqaviləsi əsasında həmin öhdəliyin kiminsə üzərinə yenidən qoyulması qanuni sayıla bilməz. Çünki bu müqavilənin iştirakçıları arasında onların əsas öhdəliklərini yaradan müqavilə bağlanmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Zaminlik əsas öhdəliyin təmin edilməsinə xidmət edən müqavilə olduğundan əsas öhdəliyi yaradan müqavilə olmadan tərəflər arasında zaminlik müqaviləsi bağlanıb onun öhdəlikləri müəyyən oluna bilməz. “Zaminlik-öhdəlik” müqaviləsi yalnız Cavabdeh3la bağlandığı halda, iddia ərizəsində həmin müqavilə üzrə öhdəliyin eyni zamanda Cavabdeh4, Azad Şərifov və Cavabdeh1 üzərinə qoyulması tələb olunmuşdur. Həmin şəxslərlə müqavilə bağlanmadığından iddiaçı ilə onlar arasında hər hansı bir öhdəlik münasibəti yarana bilməzdi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 307.6-cı maddəsinə görə ipoteka müqaviləsi ipoteka verən və ipoteka saxlayan tərəfindən, habelə ipoteka verən borclu deyildirsə, borclu tərəfindən imzalanmış bir sənədin tərtibi yolu ilə yazılı formada bağlanmalıdır. Həmin Məcəllənin 307.7-ci maddəsinə əsasən ipoteka müqaviləsi notariat qaydasında təsdiqlənməli dir. Tərəflər arasında bağlanmış “zaminlik-öhdəlik” müqaviləsi ilə əslində Cavabdeh3 və qeyrilərinə məxsus olan daşınmaz əmlakların öhdəliyin təminatı kimi ipoteka ilə yüklü edilməsi barədə Cavabdeh3 üzərinə öhdəlik qoyulmuşdur. İşdən göründüyü kimi tərəflər arasında onların əsas öhdəliyini müəyyən edən müqavilə olmamış və onlar arasında qanunun tələblərinə uyğun olaraq ipoteka müqaviləsi bağlanmamışdır. İşin göstərilən halları İddiaçı2 və qeyrisinin iddia tələbinin təmin edilməsi üçün əsas vermədiyindən kollegiya qətnaməni həmin hissədə qanuni və əsaslı sayır. Cavabdeh3 və Cavabdeh1 tərəfindən irəli sürülmüş iddia tələbləri, işdən göründüyü kimi, “zaminlik-öhdəlik” müqaviləsinin etibarsız sayılması ilə əlaqədardır. İşdən görünür ki, həmin müqavilə xx xxxxxx 2015-ci il tarixdə bağlanmış, onun etibarsız hesab edilməsi barədə iddia tələbləri isə 2017-ci ilin iyul və 2018-ci ilin avqust ayında irəli sürülmüşdür. Yəni müqavilənin bağlandığı vaxtdan təxminən 2 il 6 ay və 3 il 7 ay sonra irəli sürülmüşdür. Halbuki Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354-cü maddəsinə görə əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. (354.1.) Həmin Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. (354.2.) Göründüyü kimi müqavilənin etibarsız sayılması üçün qanunda müəyyən olunmuş 1 ilik müddət ötürülmüşdür. Göstərilənlərlə əlaqədar kollegiya müqavilənin etibarsız sayılması barədə iddia tələblərini əsassız sayır və hesab edir ki, qətnamə həmin hissədə də maddi və prosessual hüquq normalarının tələblərinə uyğun çıxarılmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kasasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar