Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2698/2022 10.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin ötürülməsi və digər əsaslar ilə kasasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-393/2021 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 10 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı “pul və əldən çıxmış fayda” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sabirabad Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 30 iyun 2020-ci il tarixli, 2(056)-32/2020 saylı qətnaməsi ilə (hakim Füzuli Pənahov) iddia tələbi qismən təmin edilərək, Cavabdeh 87500 ABŞ dolları məbləğində pul vəsaitinin ödənilən zaman Azərbaycan Respublikası manatının məzənnəsinə uyğun olaraq alınıb İddiaçı verilməsi qət edilmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Samir Mayılov sədrlik edən və məruzəçi, İlham Əsədov, Nüsrət Mirzəyev) 2(106)-393/2021 saylı, 06 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətləri təmin edilməyərək, Sabirabad Rayon Məhkəməsinin 30 iyun 2020-ci il tarixli, 2(056)-32/2020 saylı qətnaməsinin apelyasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Qətnamədən cavabdeh Məmmədov Gündüz Kamil oğlu kasasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Samir Mayılov - sədrlik edən və məruzəçi, İlham Əsədov, Nüsrət Mirzəyev) 2(106)-393/2021 saylı, 07 fevral 2022-ci il tarixli qərardadı ilə kassasiya şikayəti prosessual müddətin buraxılması əsası ilə geri qaytarılmışdır. Qətnamədən narazı qalan Cavabdeh 31.01.2022-ci il tarixdə kasasiya şikayəti ilə apelyasiya məhkəməsinə müraciət etmiş, Şirvan Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov, İkram Şirinov) 2(103)-4923/2020 saylı, 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə kasasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırımışdır ki, kasasiya şikayətinin verilməsi üçün cəmi 8 manat məbləğində dövlət rüsumu ödənilmişdir və kasasiya şikayəti Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş kasasiya şikayətinin formasına uyğun deyil. Həmçinin, cavabdeh kasasiya şikayətini lazımi məzmunda tərtib etməmişdir. Cavabdeh şikayətində maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olmasını şərh etməmiş, bir sıra maddələrin pozulmasına yalnız ümumi şəkildə istinad etməklə kifayətlənmiş, bununla da şikayətin məzmunu ilə bağlı tələ blərə əməl etməmişdir. İş materiallarında olan poçt göndərişlərinin izlənməsi adlı sənəddən görünür ki, mübahisələndirilən qətnamə 14.09.2021-ci il tarixində Cavabdeh çatdırılmışdır. Cavabdeh isə həmin qətnaməni aldıqdan 4 aydan çox müddət keçdikdən sonra kasasiya şikayəti vermiş, onun kasasiya şikayəti 31.01.2022-ci il tarixində Şirvan Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 2 aylıq prosessual müddət ötürülmüşdür. Lakin kasasiya şikayətinə kasasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair hər hansı ərizə əlavə edilməmişdir. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlil ləri Cavabdeh (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilmərək kasasiya şikayətinin icraatına götürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8.1, 9.1, 76.1-ci maddələrində, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsində qanun pozuntularına yol vermişdir. İddia ərizəsi məhkəməyə təqdim edilərkən mövcud dəyişikliklər qüvvəyə minməmişdi və həmin qanunun tələblərinə müvafiq olaraq kasasiya şikayətinin verilməsi üçün rüsum məbləği 7.90 manat olmalı idi. Kassator tərəfindən dövlət rüsumu 08 noyabr 2019-cu il tarixdə 8 manat məbləğində ödənilmişdir. V ətandaşın vəziyyətini yüngülləşdirən hüquq normasının geriyə qüvvəsi vardır. Həmçinin, kassator kasasiya şikayətinin lazımi qaydada verilməməsi və maddi, prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olduğu göstərilməməsi ilə bağlı qeyd etmişdir ki, prosessual hüquq normalarının pozuntusu şikayətdə öz əksini tapmış, mahiyyəti üzrə qiymətləndirmə aparılmışdır. Bundan əlavə kassator qeyd etmişdir ki, qətnamənin surəti 14 sentyabr 2021-ci il tarixində ona çatdırılmışdır və şikayət 9 noyabr 2021-ci il tarixdə məhkəməyə göndərilmişdir. Müddət ötürülmədiyindən müddətin bərpası ilə bağlı ərizə məhkəməyə təqdim edilməmişdir. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirak çılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci maddəsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kasasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazı rkı kasasiya şikayətində qərardad tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Ma ddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Maddə
402. Apelyasiya məhkəmələrinin mülki və inzibati-iqtisadi kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kasasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kasasiya şikayəti verilə bilər. Maddə 405.0.1. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kasasiya şikay əti verilə bilər. Maddə 407.1. Kassasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir (həmin forma MPM-ə 3 saylı Əlavədə müəyyən olunmuşdur). Maddə 407.1.4. Şikayəti verən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. M addə 408.1.1. Kassasiya şikayəti bu Məcəllənin 402-ci və 407.1-ci maddələrinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa, habelə kassasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.1.3. Kasasiya şikayətinə müəyyən olunmuş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənədlər əlavə edilməmişsə, kasasiya şikayəti apelyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 416.1. Kasasiya instansiyası məhkəməsi i şə şikayət həddində baxır və kasasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kolegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən hazırda mübahisələndirilən qərardad qəbul edilən zaman Mülki Prosessual Məcəllənin tələblərinə riayət edilmişdir. Kasasiya şikayətinin dəlilləri apelyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Belə ki, kasasiya şikayəti formal olaraq əsaslandırılmağa çalışılmışdır. Şikayətin formallığı ondan ibarətdir ki, cavabdeh dövlət rüsumunun 2019-cu ildə ödədiyini b ildirsə də, işdə olan dövlət rüsumunun ödənilməsi barədə qəbzdən görünür ki, dövlət rüsumu 2021-ci ildə ödənilmişdir. Bundan əlavə, cavabdehin istinad etdiyi 2019-cu ildə hazırki iddia tələbi heç məhkəmənin icraatına daxil olmamışdı. Bundan başqa, kasasiya şikayətinin forma və məzmunu ilə bağlı tələblərə əməl edilməsinə düzgün qiymət verilməməsi barədə dəlil üzrə bildirilməlidir ki, kasasiya yoxlaması nəticəsində cavabdehin kasasiya şikayətinin apelyasiya kollegiyasının vurğuladığı kimi qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun tərtib edilmədiyi müəyyən edilmişdir. Kasasiya şikayətinin prosessual müddətin ötürülməməsi barədə dəlilinə gəldikdə isə bildirilməlidir ki, şikayətin bu dəlili də formal xarakterlidir. Belə ki, cavabdeh apelyasiya kollegiyasının qəbul etmiş olduğu yekun məhk əmə aktını 14.09.2021-ci ildə rəsmi qaydada əldə etdiyini etiraf etmiş, bu hal iş materialları ilə də öz təsdiqini tapmış, lakin o, yekun məhkəmə aktından vermiş olduğu kasasiya şikayətini 09.11.2021-ci il tarixdə məhkəməyə göndərdiyini bildirsə də, istinad etdiyi kasasiya şikayətinin son səhifəsindən (səh 180) görünür ki, kasasiya şikayəti 10.11.2021-ci il də tərtib edilməklə imza edilmişdir. Belə olan halda bir gün əvvəldən kasasiya şikayətinin apelyasiya məhkəməsinə ünvanlanmış olması absurd haldır. Beləliklə məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlilləri apelyasiya kollegiyasının qəbul etdiyi qərardadın ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(106)-393/2021 nömrəli iş üzrə 07 fevral 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.