Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2698/2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əmlak tələbi, qızıl-zinət əşyalarının qaytarılması) 18.09.2025 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, X1 (məruzəçi), Əhməd Abbas oğlu Əhmədovdan və İspəndiyar Əsəd oğlu Şəfiyevdən ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-396/2025 nömrəli, 2025-ci il 8 may tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə 18 sentyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qay dasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh1 24 mart 2009-cu il tarixdə nikah qeyd etdirib 21 noyabr 2009cu il tarixdə el adətinə uyğun toy etməklə ailə qurmuş və evlənərkən əmlakı ilə birlikdə digər Cavabdeh2 Ucar şəhəri, H.Əliyev prospekti, bina 135-də yerləşən 3 saylı mənzilinə köçmüşdür.
2. Tərəflərin birgə nikahlarından 11 fevral 2011-ci il tarixdə X3 və 16 fevral 2012-ci il tarixdə X4 doğulmuşdur. Cavabdeh1la münasibətləri pozulmuş və onlar 24 yanvar 2021-ci il tarixdən faktiki ayrılmışlar. Belə ki, Cavabdeh1 həmin gün onu qonaq getmək adı ilə valideynlərinin evinə aparmış və geri qaytarmayaraq ondan guya xəyanət etdiyi üçün ayrıldığını bildirmişdir.
3. Ucar Rayon Məhkəməsinin 14 dekabr 2021-ci il tarixli, 2(063)-203/2021 saylı qətnaməsinə əsasə n Cavabdeh1la aralarında olan nikah pozulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı 25 avqust 2022-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “əmlak tələbi” barədə iddia ərizəsi ilə Ucar Rayon Məhkəməsinə müraciət edərək, iddia ərizəsində sadalanan ümumilikdə 89 adda qızıl-zinət və cehiz əşyalarının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınması, həmin əmlaklar mövcud olmadığı halda isə həmin əmlakların ümumi dəyəri olaraq cəmi 17.791 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh1la nikahları pozulsa da, cavabdehlər evdə qalm ış cehiz əmlakını, geyimlərini və qızıl-zinət əşyalarını ona qaytarmamışlar. O, iddia ərizəsində qeyd edilən 89 adda qızıl-zinət və cehiz əşyalarını (həmin əşyaların adları və dəyəri iddia ərizəsində göstərilmişdir) tələb edərək mediatora müraciət etsə də, ilkin mediasiya sessiyasına gələn Cavabdeh1 nə qızıl-zinət əşyalarını, nə də cehiz əmlakı ilə geyimlərini ona qaytarmayacağını bildirmişdir. Halbuki, nikaha girənə kimi ona məxsus olan, həmçinin nikaha girərkən ona hədiyyə verilmiş əmlaklar ona məxsusdur.
6. Həmin iddia ərizəsi üzrə məhkəmə prosesi başlandıqdan sonra tətbiq edilmiş “müvəqqəti təminat tədbirinin” icrası ilə əlaqədar iddia tələbində qeyd olunan əşyaların bir hissəsi qaytarıldığına görə, İddiaçı “iddia tələbinin həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edər ək, ilkin iddia tələbini azaltmış və həmin ərizəsində sadalanan ümumilikdə 34 adda qızıl-zinət və cehiz əşyalarının cavabdehlərdən alınması, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyəri olaraq cəmi 9807 manat məbləğində pul vəsaitinin cavabdehlərdən müştərək qaydada alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
7. İddiaçı tərəfindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizə onunla əsaslandırılmışdır ki, o, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və 89 adda əşyanın cavabdehlərdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Lakin, məhkəmə prosesi başlandıqdan sonra müvəqqəti təminat tədbirlərinin tətbiqi barədə qərardadın icrası qaydasında əşyalarının bir hi ssəsini götürmüşdür. Bu səbəbdən də iddia tələbinin həcminin azaldılmasına zərurət yaranmışdır. Ona görə də, aşağıda adları və qiymətləri göstərilən əmlakların-dəyəri 800 manat olan 1 ədəd 8 qram çəkidə anasının hədiyyə verdiyi “tarakan” formalı qızıl üzüyün, dəyəri 200 manat olan 3 qram çəkidə dayısının hədiyyə etdiyi 1 ədəd qızıl boyunbağının, dəyəri 1000 manat olan 10 qram çəkidə, üzərində 3 brilyant qaşı olan qızıl nişan üzüyünün, dəyəri 500 manat olan 5 qram çəkidə yarpaq formalı qızıl boyunbağının (Rusiya qızılı), dəyəri 2000 manat olan üzəri brilyant qaşlarla bəzədilmiş qızıl üzük-sırğa dəstinin, dəyəri 450 manat olan 5 qram çəkidə lent formalı qızıl qolbağın, dəyəri 450 manat olan 5 qram çəkidə hörük formalı qızıl qolbağın (Rusiya qızılı), ümumi dəyəri 1500 manat hər biri 3 qram çə kidə olan 7 ədəd qızıl üzüklərin, dəyəri 750 manat olan 1 ədəd soyuducunun, dəyəri 600 manat olan 1 ədəd paltaryuyan maşının, dəyəri 100 manat olan 1 ədəd tozsoranın, dəyəri 80 manat olan 1 ədəd elektrik ətçəkənin, dəyəri 90 manat olan 1 ədəd elektrik şirəçəkənin, dəyəri 70 manat olan 1 ədəd elektrik samovarının, dəyəri 300 manat olan “Tefal” qazan dəstinin, dəyəri 140 manat olan 1 ədəd nahar dəstinin, dəyəri 15 manat olan 6 ədəd nəlbəkinin, dəyəri 220 manat olan 36 ədəd 3 ölçüdə boşqabın, dəyəri 20 manat olan 6 ədəd kiçik şüşə badənin, dəyəri 20 manat olan 2 ədəd qəndqabının, dəyəri 20 manat olan 12 ədəd kasanın, dəyəri 16 manat olan 1 ədəd qrafinin, dəyəri 10 manat olan 2 ədəd salfet qabının, dəyəri 250 manat olan 1 ədəd taxt odeyalın (çarpayı üstünün), dəyəri 70 manat olan çemodanda ola n 7 ədəd əl-üz dəsmalının, dəyəri 12 manat olan 2 ədəd qadın ev ayaqqabısının, dəyəri 12 manat olan 7 ədəd əl-üz sabunun, dəyəri 12 manat olan 12 ədəd qadın corabının, dəyəri 50 manat olan 1 ədəd süfrənin, dəyəri 20 manat olan 1 ədəd çuğun vedrənin, dəyəri 5 manat olan 2 ədəd kauçuk sininin (podnosun), dəyəri 3 manat olan 5 ədəd çay dəsmalının, dəyəri 20 manat olan 2 ədəd sadə üzüyün və dəyəri 20 manat olan 2 ədəd sadə sırğanın, həmin əmlaklar mövcud olmadığı halda isə onların dəyərinin, yəni 9807 manat pulun və iddia qaldırarkən ödədiyi 94 manat dövlət rüsumunun, 50 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. Cavabdehlər məhkəməyə mülki iş üzrə ilk iddia ərizəsinə etiraz və mülahizə göndərmişlə r. Etirazda və mülahizədə göstərmişlər ki, o, yəni Cavabdeh1 bir daha nikahın pozulması tələbinə dair 2(063)-203/2021 saylı iş materiallarında olan iddia ərizəsində göstərdiklərini təkrarlayaraq bildirir ki, onlar 24 yanvar 2021-ci il tarixdən ayrı yaşayırlar. Ayrı yaşamaqlarının səbəbi isə İddiaçı ona xəyanət etməsidir. Belə ki, o, 12 yanvar 2021-ci il tarixdən 24 yanvar 2021-ci il tarixədək Bakı şəhərində səhhəti ilə bağlı müalicədə olmuşdur. 24 yanvar 2021-ci il tarixdə daimi yaşadığı ünvana gəlmişdir. İddiaçı telefonu əlinə keçmiş və o, İddiaçı telefon yazışmalarını görmüşdür. Həmin yazışmalar isə İddiaçı ilə başqa bir kişi cinsinin nümayəndəsi arasında olmuş və həmin yazışmalar onların bir-birlərinə olan sevgi mesajlarından ibarət olmuşdur. O, bunu biləndən sonra məsələni aydınlaşdırm aq üçün İddiaçı ilə söhbət etmiş və İddiaçı həmin mesajları yazdığını və aldığını etiraf etmişdir. Bundan sonra isə İddiaçı başa düşmüşdür ki, onların artıq bir yerdə yaşamağı mümkün deyil. Ona görə də ondan yığışmaq üçün vaxt istəmiş, özünə lazım olan əşyaları götürmüş və ondan anasıgilə aparmağı xahiş etmişdir. O da İddiaçı Ucar rayonu, Ənvər Məmmədxanlı kəndində yerləşən valideynlərinə məxsus evə aparıb qoymuşdur. Buradan da göründüyü kimi o, hələ nikahın pozulması barədə iddia ərizəsi verərkən də iddiaçının ondan yığışmaq üçün vaxt istəməsini, özünə lazım olan əşyaları götürməsini qeyd etmişdir. Halbuki, həmin vaxt iddiaçı əmlak tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməmişdir. Həqiqətən də iddiaçı özünə lazım olan əşyaları, o cümlədən qızıl-zinət əşyalarını özü ilə götürü b aparmışdır. Hal-hazırda onların evində iddia ərizəsində adları göstərilən qızıl-zinət əşyaları yoxdur. Digər tərəfdən, iddiaçı iddia ərizəsində göstərmişdir ki, guya o, mediatorun yanında iddiaçıya demişdir ki, qızıl-zinət əşyalarını və cehiz əmlakını qaytarmayacaqdır. Lakin o, nə mediatorun yanında, nə də başqa bir yerdə iddiaçıya belə bir söz deməmişdir. Əksinə qızıllarını apardığını, gəlib qalan əmlakını da aparmasını bildirmişdir. Ona görə də iddia ərizəsində tələb etdiyi mediasiya xərcinin və ödənilmiş dövlət rüsumunun da onlardan alınmasına etiraz edirlər. Belə ki, həqiqətən də iddia ərizsində göstərilmiş bəzi əşyalar onlarda qalmışdır və onlar həmin əşyaların aparılmasına nəinki etiraz etmirilər, hətta iddiaçının həmin əşyalarını aparmasını istəyirlər. Bunlar iddia ərizəsindəki siyahıda 9-13-cü, 17-18-ci, 22-ci, 25-29-cu, 33-43-cü, 45-46-cı, 49-66-cı, 6870-ci, 72-ci, 75-ci, 77-79-cu, 81-ci, 83-87-ci göstərilən əmlaklardır. Bundan başqa, iddia ərizəsində siyahıda göstərilən aşağıdakı əşyalar olsa da onların sayı iddia ərizəsində qeyd edilən miqdarda deyil. Belə ki, siyahıda 14-cü sırada göstərilən 2 ədəd gecə lampasının 1 ədədi, 30-cu sırada göstərilən 12 ədəd nəlbəkinin 6 ədədi, 67-cı sırada göstərilən 2 ədəd ədyalın 1 ədədi, 71-cı sırada göstərilən 10 ədəd əl-üz dəsmalının 3 ədədi, 76-cı sırada göstərilən 3 ədəd süfrənin 2 ədədi, 82-ci sırada göstərilən 7 ədəd çay dəsmalının 2 ədədi vardır. Bunun səbəbi isə iddiaçının bəzi əşyaların sayının artıq göstərməsi, bəzi əşyaların isə özünün işlədib, xarab etməsi və ya sındırmasıdır. Belə ki, onlar 12 ilə yaxın bir yerd ə yaşamışlar və qeyd edilən əşyaların xarab olması və ya sınması adi bir haldır. İddia ərizəsində göstərilən bəzi əmlaklar (siyahıda 21-ci, 23-24-cü, 31-32-ci, 44-cü, 47-48-ci, 74cü, 80-ci, 88-89-cu sırada göstərilənlər) isə ümumiyyətlə olmamış, bəziləri isə (siyahıda 1516-cı və 19-20-ci sırada göstərilənlər) nikahdan sonra anası Cavabdeh2 tərəfindən evə alınmış və iddiaçının həmin əşyalara heç bir aidiyyatı yoxdur. İddiaçı 73-cü bənddə dəyəri 12 manat olan 7 ədəd əl-üz sabununun adını da göstərmişdir. Lakin onlar başa düşə bilmirlər ki, onlar da iddiaçının çehizidir, yoxsa iddiaçı sabunları sonradan almışdır. Onlar bilmirlər ki, iddiaçının 7 ədəd sabun cehizi olmuşdur, yoxsa olmamışdır. Amma həqiqətən də bütün evlərdə olduğu kimi onların evində də sabun vardır. Həmin sabunu isə evə onlar alırlar. Lakin iddiaçının evdən getməsindən 1 il 9 ay keçmişdir və təbii ki, həmin sabunlar tərəflərindən, o cümlədən ondan tələb etdiyi uşaqları tərəfindən işlənmişdir. Əgər iddiaçı buna baxmayaraq onlardan sabun tələb edirsə, onlar 7 ədəd yeni sabun alıb verməyə hazırdırlar. İddiaçının onlardan sabun tələb etməsi bir daha göstərir ki, onlarla qərəzli olduğundan məhkəməyə yalan məlumat verir, qızıl-zinət əşyalarını gedərkən özü ilə aparmış və onlar qalan əşyalarını aparmasına etiraz etmirlər və bunu arzulayırlar. Onlar iddiaçının həmin mülahizələrdəki göstərdikləri ilə bağlı bir daha bildirmək istəyirlər ki, iddiaçının şəxsiyyət vəsiqəsi və əmək haqqı kartı onların mənzildə deyil. Diplomu isə həqiqətən də yadından çıxdığı üçün onların mənzildə qalmış, özünün də dediyi kimi onlar diplomunu vermişlər. Əgər mülahizələrdə göstərdiyi kimi diplomu Daxili İşlər Nazirlyinin “102” qaynar xəttinə zəng etdikdən sonra Ucar Rayon Polis Şöbəsinin əməkdaşlarının köməkliyi ilə almışdırsa, onda onların köməkliyi ilə şəxsiyyət vəsiqəsini, əmək haqqı kartını və qızıllarını da (əgər onlardadırsa) götürərdi. Beləliklə, bildirmək istəyirlər ki, iddiaçı özü ilə gedərkən qızıllarını, şəxsiyyət vəsiqəsini və əmək haqqı kartını aparmış, yalnız diplomunu aparmamışdır. Bunun da səbəbi diplomunun yadından çıxması ilə bağlı ola bilərdi. Belə ki, diplom şəxsiyyət vəsiqəsi və əmək haqqı kartından daha böyükdür və ola bilsin ki, iddiaçı diplomu onlardan (yəni, şəxsiyyət vəsiqəsini və əmək haqqı kartından) başqa bir yerdə, qızılları ilə bir saxlamış, yığışıb gedərkən isə bir yerdə olduqlarından qızılları, şəxsiyyət vəsiqəsini və əmək haqqı kartını götürsə də diplomu başqa yerdə olduğundan yadından çıxmışdır. İddia ərizəsində iddiaçı göstərmişdir ki, Cavabdeh2 özünün aldığını göstərdiyi əşyaları onun evinə köçərkən cehiz apardığını təsdiq edən şahidlərin məhkəmə baxışında iştirakını özü təmin edəcəkdir. Cavabdeh2 da bununla bağlı bildirmək istəyir ki, o da həmin əşyaların tərəfindən alınmasını təsdiq edən şahidlərin məhkəmə baxışında iştirakını təmin edəcəkdir. Əlavə olaraq bildirmək istəyirlər ki, həmin əmlaklar iddiaçıya məxsus olsaydı və o, onları gizlətmək istəsəydi, digər əşyaları da vermək istəməz və ya istədiyi əmlakı hər hansısa bir formada evdən çıxarıb gizlədərdi. Onların etirazda göstərdiklərinin söz yığını olması və etiraza sübut əlavə etməməkləri, bununla da Azərbaycan Respublik ası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə əməl etməməkləri ilə bağlı iddiaçının mülahzəsinə münasibətdə isə bildirmək istəyirlər ki, əsl söz yığını onun iddia ərizəsidir. Belə ki, həmin ərizəyə də hazırkı işdə sübut kimi qəbul oluna biləcək heç bir sənəd əlavə etməmişdir. Halbuki, ilk öncə sübutları məhkəməyə o təqdim etməlidir.
9. Cavabdehlər iddiaçının iddia tələbinin həcminin azaldılmasına dair ərizəsi ilə bağlı məhkəməyə izahatlar göndərmiş və göstərmişlər ki, Ucar Rayon Məhkəməsinin 2(063)4/2022 saylı qərardadı əsasında İddiaçı ona və anası Cavabdeh2 qarşı əmlak tələbi üzrə mübahisə doğurmayan əmlaklar iddiaçıya qaytarılmışdır. Bundan sonra iddiaçı həcmin azaldılması tələbi üzrə məhkəməyə müraciət etmişdir. Bununla bağlı aşağıdakıları göstərirlər: “tarakan” fo rmalı üzüyün olmasını bilmirlər. Onların evində iddiaçıda belə bir üzük olmamışdır. Dayısının hədiyyə etdiyi kimi göstərdiyi sep və yarpaq formalı boyunbağı onlar ayrılmazdan 2 ildən əvvəldən olmamışdır. Belə ki, həmin müddətdə toy və yığıncaqlara gedən İddiaçı həmin əşyalar mövcud olmadığından onlardan istifadə etməmişdir (şəkilləri təqdim edirlər). Onlar İddiaçı heç bir vaxt brilyant qaşlı 10 qram çəkidə nişan üzüyü hədiyyə etməmişlər. Necə ola bilər ki, 5 qram boyunbağı aldıqları halda nişan üzüyü 10 qram olsun. Nişan üzüyü ağ qaşlarla bəzədilmiş halda 5 qrama yaxın çəkidə olmuşdur. Ümumiyyətlə satışda belə 10 qram çəkidə nişan üzüyü yoxdur. Çəkisi və əyarı göstərilməyən, briliyant olduğu göstərilən sırğa üzük dəsti üçün 2000 manat pul tələbi ilə bağlı bildirir ki, həmin dəst brilyant q aşlı olmamış, əyarı 585 olmaqla, 9 qram çəkidə olmuşdur. Qolbaqlardan birini isə iddiaçı əvvəldən öz borcu ilə əlaqədar satmışdır. Əgər belə deyildirsə, iddiaçı 3-4 il əvvəldən son dövrə qədər olan müddət ərzində bir şəkil çıxartsın ki, onda 2 qolbaq olmuşdur. İddiaçının heç bir vaxt 7 ədəd qızıl üzüyü olmamışdır. Nişan üzüyü, sırğa-üzük dəstinin üzüyündən başqa iddiaçının əlavə 2 üzüyü olmuşdur. Soyuducu, paltaryuan, tozsoran, şirəçəkən cehiz gətirməmişdir. Elektrik samovar, “Tefal” qazan dəsti cehiz gətirməmişdir. Nahar dəstini qaytarmışlar (aktda sıra 36), təkrardır. 6 ədəd nəlbəki gətirib, onu da qaytarmışlar. 12 nəlbəki gətirməmişdir (aktda sıra 13), 36 ədəd boşqab dəsti olubsa da 12 ildə qırılıb israf olunmuşdur, bu qiymətdə ola bilməsi mümkünsüzdür, dəyərinin 200 manat olmasına dair sübut təqdim etməmişdir. Halbuki, 48 ədəd 4 ölçüdə boşqab 50 manatdır. 6 ədəd şüşə badə mövcud olsa da qəbul etməkdən imtina etmişdir (şəkilini təqdim edirlər), 6 ədədini isə təqdim etmişlər (aktda 14- cü sıra). 20 manat dəyərində qənd qabını təqdim etmişlər (aktda 18-ci sıra). 20 manat dəyərində 12 ədəd kasa, 16 manat dəyərində qrafin, 10 manat dəyərində 2 ədəd salfet qabı olmasını bilmirlər, ancaq aktda 23-cü sırada qeyd olunan 6 ədəd kasanı qaytarmışlar. 250 manat dəyərində taxt odeyalı deyilən bir əşyanı vermişlər, bu təkrardır, təkrar deyilsə hər ikisinin ən yaxşı halda şəklini təqdim etsin. 7 ədəd əl-üz dəsmalı ilə əlaqədar bildirir ki, 3 ədəd dəsmal qaytarmışlar, digərləri olubsa da istifadə olunaraq israf olunmuşdur. 2 ədəd ev ayaqqabısını təqdim etmişlər, götürməmişdir, həmin ev ayaqqabısı ayağında çəkilmiş şəkili də təqdim etmişlər. 7 ədəd sabun və 12 ədəd qadın corabını cehiz gətirməsini bilmirlər, gətiribsə 12 il ərzində istifadə etmişdir. 50 manat dəyərində olan süfrə ilə əlaqədar bildirir ki, 2 ədəd süfrə vermişlər, 3-cü süfrəni isə təqdim etsələr də qəbul etməmişdir (aktda 48-ci sıra). Çuqun vedrə və kauçuk qabı, birini qəbul etməmişdir, birini vermişlər (aktda 52-ci sıra). 2 ədəd çay dəsmalını qaytarmışlar, 5 dəsmalı olmasını bilmirlər, olubsa da 12 ildə israf olunmuşdur. Sadə üzük və sadə sırğa qeyd etmişdir, təqdim etdiyi şəkillərdəki üzük və sırğanın qızıl və ya sadə olmasını müəyyən etmək mümkün deyildir. Odur ki, qolbağ və sep kimi üzüklərin də əvvəldən evdə olmadığını güman edirlər. Çünki onlar iddiaçıya sadə üzük və sırğa almamışlar. 5 ədəd büllur ba də, kofe dəsti, 1 çay dəsti, 1 meyvə qabı, 2 konfet qabı, çaşka nəlbəki dəsti, çamadan, tapışkaları təqdim etsələr də qəbul etməmişdir.
10. Məhkəmə araşdırması zamanı şahidlər dindirilmiş və qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan əşyaların qiyməti ilə əlaqədar qiymətləndirmə rəyi alınmışdır. Həmin qiymətləndirmə hesabatından (rəyindən) görünür ki, iddia tələbində alınması tələb olunan 34 adda qızıl-zinət və cehiz əşyalarının ümumi dəyəri “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə qeyd olunduğu kimi “cəmi 9807 manat” məbləğində deyil, ümumilikdə cəmi 6404 manat təşkil edir.
11. Ucar Rayon Məhkəməsinin (hakim Hilal Xəlilov) 2(063)-13/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 560 manat dəyərində 8 qram çəkidə qızıl üzüyün, 160 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 600 manat dəyərində 10 qram çəkidə qızıl üzüyün, 300 manat dəyərində 3 qram çəkidə qızıl boyunbağının, 1350 manat dəyərində qızıl-üzük sırğa dəstinin, 300 manat dəyərində 5 qram çəkidə lent qızıl qolbağının, 300 manat dəyərində 5 qram çəkidə hörük qızıl qolbağının, 1260 manat dəyərində 7 ədəd hər biri 3 qram çəkidə qızıl üzüyün, 500 manat dəyərində 1 ədəd soyuducunun, 320 manat dəyərində 1 ədəd paltaryuyan maşının, 45 manat dəyərində 1 ədəd tozsoranın, 45 manat dəyərində 1 ədəd ətçəkən maşının, 55 manat dəyərində 1 ədəd şirəçəkən maşının, 50 manat dəyərində 1 ədəd elektrik çaydanının, 180 manat dəyərində 1 ədəd “tefal” qazan dəstinin, 6 5 manat dəyərində 1 ədəd nahar dəstinin, 12 manat dəyərində 6 ədəd nəlbəkinin, 135 manat dəyərində 1 ədəd boşqab dəstinin, 12 manat dəyərində 6 ədəd şüşə badənin, 12 manat dəyərində 2 ədəd qəndqabının, 12 manat dəyərində 12 ədəd kasanın, 7 manat dəyərində 1 ədəd qrafinin, 6 manat dəyərində 2 ədəd salfet qabının, 35 manat dəyərində 1 ədəd çarpayı üstü örtüyünün, 28 manat dəyərində 7 ədəd əl-üz dəsmalının, 4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının, 22 manat dəyərində 1 ədəd süfrənin, 5 manat dəyərində 1 ədəd çuqun vedrənin, 2 manat dəyərində 2 ədəd kauçuk sininin, 0,5 manat dəyərində 5 ədəd çay dəsmalının, 6 manat dəyərində 2 ədəd sadə üzüyün və 6 manat dəyərində 2 ədəd sadə sırğanın özü, qətnamə icr a olunan vaxt qeyd olunan əmlaklar mövcud olmazsa onların dəyəri alınıb İddiaçı verilməsi, iddianın qalan hissəsinin təmin edilməməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada ödənilmiş dövlət rüsumuna görə 61,38 manat və mediasiyaya dair xərcə görə 32,35 manat tutulub İddiaçı verilməsi qət edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında iddiaçının tələb etdiyi əşyaların (ona məxsus olmuş və ona hədiyyə olunmuş) cavabdehlərdən tələb etməsini əsaslı və qanuni hesab edir, həmin əşyaların cavabdehlərin, yəni özgəsinin qanunsuz sahibliyində olması müəyyən edilmişdir, lakin iddiaçı qızıl-zinət əşyalarının və digər əşyaların qiyməti (dəyəri) barədə məhkəməyə sübut təqdim etməmişdir.
13. Məhkəmə hesab etmişdir ki, iddia iş üzrə verilmiş rəy nəzərə alınmaqla qismən təmin edilməlidir. Məhkəmə cavabdehlərin etirazını əsaslı hesab etməyərək, bu nəticəyə gəlmişdir ki, onlar öz etirazlarının əsası kimi istinad etdikləri halları sübut edə bilməmişlər.
14. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Ucar Rayon Məhkəməsinin 24 may 2024cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsindən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, apellyasiya şikayətlərində Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətn amə qəbul olunmasını xahiş etmiş və hər iki apellyasiya şikayəti – iddia tələbində tələb olunan qızıl-zinət və digər əşyaların cavabdehlərdə olmaması, olan əşyaların isə qaytarılması, tələb olunan əşyaların bəzilərinin istifadə olunaraq köhnəlməsi və yaxud uzun illər istifadə olunduğuna görə sıradan çıxdığı üçün mövcud olmaması, 2009-cu ildə alınmış əşyaların hazırkı dövrdə dəyərinin mütəxəssis rəyində qeyd olunan həddə ola bilməməsi, iddiaçı tərəfin tələb etdiyi əşyalara dair heç bir sübutunun olmaması və ümumiyyətlə iddiaçı tərəfin öz iddia tələbini sübut edə bilməməsi ilə əsaslandırmışlar.
16. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – Zülfüqar Sadiqov (sədrlik edən və məruzəçi), Elçin Hüseynov və Əyyub Kərimov) 2(107)-396/2025 nömrəli, 2025-ci il 8 may tarixli qətna məsi ilə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilərək, Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsinin qismən, yəni cavabdehlər Cavabdeh1 və Cavabdeh2 “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində ləğv edilərək, həmin hissədə yeni qətnamənin qəbul edilməsi, iddia tələbinin “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində təmin edilmə Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılmışdır.
17. Apellyasiya instansiyası məhkəməsi bildirmişdir ki, tərəflərin münasibətləri pozulduqdan sonra iddiaçının ər evindən ata evinə qayıtmasının əvvəlcədən heç bir hazırlıq olmadan cavabdeh tərəfin təşəbbüsü ilə baş tutması, evdən çıxarılarkən iddiaçının əmlakını götürməməsi və əmlakının bir hissəsini yalnız hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət olunduqdan sonra tətbiq edilmiş “müvəqqəti təminat tədbirinin” icrası ilə əlaqədar götürə bilməsi və işin digər konkret halları ilə müəyyən olunur ki, “iddia tələbinin həcminin azaldılması” barədə ərizədə tələb olunan və birinci instansiya məhkəməsinin məlum qətnaməsi ilə ümumi dəyəri cəmi 6404 manat təşkil edən qızıl-zinət və digər əşyalarını iddiaçı cavabdehlərlə birlikdə yaşadığı evdən aparmamışdır. Ona görə də, Ucar Rayon Məhkəməsinin 2 4 may 2024-cü il tarixli 2(063)- 13/2024 nömrəli qətnaməsində ümumilikdə 6040 manat məbləğində qiymətləndirilən həmin 34 adda qızıl-zinət və digər əşyaları özünün və olmadığı halda isə onların dəyərinin cavabdehlərdən alınıb iddiaçıya verilməsi qət edilmişdir.
18. Apellyasiya insyansiyası məhkəməsi qeyd etmişdir ki, qətnamədə sadalanan həmin 34 adda əşyalardan “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısı və 6 manat dəyərində 12 ədəd qadın corabı” yalnız iddiaçının öz istifadəsi üçün nəzərdə tutulduğundan və istifadə olunduğu halda yararsız hala düşdüyündən, eyni zamanda “3,5 manat dəyərində 7 ədəd əl-üz sabunu” isə istehlak olunduğu halda tükəndiyindən, yəni həmin əşyalar iddiaçı tərəfindən istifadə olunmaqla, tükənən və sıradan çıxan əşyalar olduğundan, digər əşyalar isə mülkiyyət hüququ ilə iddiaçıya məxsus olsa da, ümumi ailə tərəfindən istifadə olunduğundan – birinci instansiya məhkəməsi qətnaməsində qızıl-zinət və digər əşyalarla yanaşı “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əlüz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” qənaətinə gəlməklə, səhv nəticəyə gəlmişdir. Ona görə də, yuxarıda göstərilənlərə əsasən Ucar Rayon Məhkəməsinin 24 may 2024-cü il tarixli 2(063)-13/2024 nömrəli qətnaməsi “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində ləğv edilib, həmin hissədə iddia təmin edilməməlidir. Çünki, iddia tələbi “4 manat dəyərində 2 ədəd qadın ev ayaqqabısının, 3,5 manat dəyərində 7 ədəd əl-üz sabununun, 6 manat dəyərində 12 ədəd qadın corabının alınması” hissəsində əsaslılığı müəyyən olunmur və mötəbər sübutlarla təsdiq edilmir.
19. Apellyasiya insyansiyası məhkəməsi bildirmişdir ki, məhkəmə qətnaməsində cavabdehlərdən ilk növbədə “əmlakın özünün alınması, əmlak olmadığı halda isə onun dəyərinin ödənilməsi” qət edildiyindən, əmlakın özü qaytarıldığı halda - cavabdehlər üçün onun qiymət meyarı əhəmiyyət kəsb etmir.
20. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 666.1-ci maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (vəkil X2) kassasiya şikayəti verərək, apellyasiya instan siyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin halları üzrə düzgün qiymətləndirmə aparmadığın iddiaçının hər biri 3 qram çəkidə olan 7 ədəd qızıl üzüklərinin kim tərəfindən nə vaxt ona hədiyyə olunmasına dair sübutların mövcud olmadığına, həmin üzüklərin şəkillərinin olmadığına, belə bir qızılların iddiaçının sahibliyində olmasına dair sübutlar olmadığı halda həmin əşyaların mövcud olması, iddiaçı tərəfindən iddiaçının sahibliyindən çıxarılması qənaətinə gəlməkdə haqlı olmamışdır. Məhkəmə göstərdikləri bu dəlillə bağlı hər hansı qiymətləndirmə aparmamış, sübutlara Azərbaycan Respublikası MPM-nin 77, 80, 81, 88-ci maddəsinin tələbləri baxımından qiymətləndirməyərək Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin hallarını- yəni həmin əşyaların mövcud olmasına dair sübutların olmadığına baxmayaraq aralarında nikahın olmasına istinad edərək həmin əşyaların mövcud olması və iddiaçının yaşadığı evdə qalması qənaətinə gəlməklə işin hallarını iddianın təmin olunmasına aidiyyatı olmayan sübutla təsdiq olunması qənaətinə gəlmişdir.
23. Məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 157.2, 225.2, 666.1-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1, 34.2-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2.1, 2.2, 9, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.3, 119.1, 217.3, 217.4, 218.1, 218.3, 384.0.2, 384.0.3 formal olaraq sadalamış, apellyasiya şikayətinin dəlilləri konkret və aydın hüquqi qiymət tələb etsə də məhkəmə kollegiyası bunu etməmişdir b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
24. İddiaçı tərəf kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətində qeyd etmişdir ki, kassasiya şikayətinin dəlilləri əsasszdır. Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsini xahiş edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
26. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
27. Maddə 225.2. Nikaha girənədək ər-arvaddan hər birinə mənsub olmuş əmlak, hab elə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətidir.
28. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
29. Maddə 34.1. Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiy yətindədir (ər-arvadın hər birinin əmlakıdır).
30. Maddə 34.2. Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
32. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
33. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır v ə kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
34. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olu nmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
38. Belə ki, məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutlara hüquqi qiymət vermişdir.
39. İşə baxmış apellyasiya məhkəməsi də işin hallarını həmin maddi hüquq norması əsasında yoxlamış, iddianın qismən təmin olunması üçün qanunla müəyyən olunmuş dispozisiya şərtləri olduğu qənaətinə gəlmişdir.
40. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, cavabdehin kassasiya şikayətində qeyd olunan dəlillər apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq, işin hallarına düzgün h üquqi qiymət verilmişdir.
41. Məhkəmə kollegiyası onu da qeyd edir ki, kassasiya şikayətinin əksər dəlilləri işin faktiki halları ilə əlaqədardır ki, həmin hallar kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur.
42. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxla yır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
43. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəmə si hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
44. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
45. Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-396/2025 nömrəli, 8 may 2025-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlansın Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.