Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2699/2023 12.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: pul və əmlak tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (məruzəçi), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə İddiaçı Cavabdeh qarşı pul və əmlak tələblərinə dair iddia ərizələri ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1353/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. İddiaçı ilə Cavabdeh faktiki ər-arvad m ünasibətlərində olmaqla bir müddət birlikdə yaşamış, sonradan münasibətləri pozulmuşdur.
2. Tərəflərin münasibətdə olduqları dövrdə "xxxx" MMC-yə məxsus ünvan 1 ünvanda inşa olunmuş yüksək mərtəbəli yaşayış binasının 9-cu mərtəbəsində 64 saylı mənzilə dair cavabdehlə mənzilin əvvəlki payçısı X2 arasında pay haqqının verilməsi haqqında 03 aprel 2018-ci il tarixli müqavilə bağlanmış və həmin müqavilə MMC-nin direktoru tərəfindən imzalanmaqla hüquqi şəxsin möhürü ilə təsdiq edilmişdir. Müqavilədə mənzilin pay haqqı kimi 29.000 manat göstərilmişdir. 3. 04 aprel 2018-ci il tarixdə X2 ilə cavabdeh arasında notarial qaydada mənzilin alqı-satqısına dair ilkin müqavilə bağlanmış və həmin müqavilədə mənzilin ümumi dəyəri 39.920 manat göstərilmişdir.
4. Mübahisəli mənzil təmir olunmuş, mebel və məişə t əşyaları ilə təmin edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mübahisəli mənzilin dəyəri olan 47.000 manatın; mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 23.650 manat maddi ziyanın; həmin mənzilin içərisində yerləşən – dəyəri 1.250 manat olan mətbəx mebeli, ümumi dəyəri 6.120 manat olan bir dəst yataq mebeli və qonaq mebeli dəsti, ümumi dəyəri 1.379 manat olan 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducu, dəyəri 1.217 manat olan 1 ədəd Hoffmann markalı (VFAC18/HEB+yeni qızıl zəmanət) kondisioner, 500 manat dəyərində 1 ədəd Hoffmann Led markalı (32A3500) televizor, dəyəri 1.248 manat olan 81 diaqonallı LG Led markalı (43UJ630V) televizor, ümumi dəyəri 250 manat olan 1 ədəd xalça, dəyəri 250 manat olan 1 ədəd koridorda olan şkaf, dəyəri 250 manat olan 1 ədəd uşaq otağı üçün yataq dəsti, dəyəri 140 manat olan 1 ədəd şirə çəkən, dəyəri 100 manat olan ütü, dəyəri 112 manat olan 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba, dəyəri 240 manat olan ağ rəngli 6 ədəd stul və 1 ədəd stol, dəyəri 100 manat olan nazik qızıl sep, dəyəri 180 manat olan saçaqlı formada qızıl sırğa, dəyəri 120 manat olan ürək şəkilli qızıl klon, dəyəri 800 manat olan qolsuz qara rəngli şuba, dəyəri 350 manat olan qara rəngli palto, dəyəri 250 manat olan içi mexli qara kurtka, dəyəri 450 manat olan qara zamoklu dəri gödəkçə (Türkiyə istehsalı), dəyəri 1.300 manat olan qara rəngli dəri gödəkçə (Türkiyə istehsalı dublyonka), yaşıl rəngli platya - 300 manat, İphone 7 markalı (128 GB) telefon+ yeni qızıl zəmanət - 2104 manat, 988 manat dəyərində 1 ədəd Samsung J7 markalı, 2017 model DS (SM J730) telefon+ yeni qızıl zəmanət, 700 manat dəyərində 1 ədəd Samsung J8 markalı telefon, kombi və ona əlavə avadanlıqlar (1.740 manat), Hoffmann 3.450 markalı mini soba (99 manat), LG markalı paltaryuyan maşından (600 manat) ibarət əşyaların, həmin əşyalar olmadığı halda onların 23.137 manat məbləğində dəyərinin, həmçinin mübahisəli mənzildə olan ona məxsus 4.500 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. İddianın əsaslarına görə, cavabdehlə 2013-cü ildə tanış olmuş, tanışlıq getdikcə yaxın münasibətə çevrilmişdir. Rəsmi nikahda olduğu arvadı cavabdehlə münasibətindən xə bərdar olduqdan sonra aralarında münaqişə yaranmış, buna görə də birgə nikah dövrünə düşməməsi üçün öz adına heç bir daşınmaz əmlak almamış, cavabdehə etibar etdiyindən Rüfət adlı şəxsin vasitəçiliyi ilə mübahisəli mənzili tam təmirsiz vəziyyətdə 47.000 manata cavabdehin adına almış, yüksək səviyyədə təmir etdirmiş, mənzil bir otaqdan üç otağa yığılmış, qaz, su, elektrik xətləri çəkilmiş, sayğaclar, kanalizasiya sistemi qurulmuş, təmir üçün lazım olan bütün avadanlıqlar alınmış, kombi sistemi çəkilmişdir. Ümumilikdə, mənzili təmirli vəziyyətə gətirmək üçün 25.650 manat sərf etmiş, həmçinin, mətbəx mebeli yığdırmış, mebel dəsti (yataq və qonaq otağı mebeli), tələbdə sadalanan məişət əşyaları almış, mənzilin təmiri üçün "xxxx" ASC-dən kredit və “Birkart” adlanan kartdan yüksək məbləğlərdə pul götürmüş, lakin sonradan cavabdehlə münasibətləri pisləşdiyindən öz evindən qovulmuşdur. Yaşayış binasında kommunal xidmət göstərilməsi haqqında müqavilə onun adına olmaqla mənzildən çıxarıldığı günədək bütün kommunal borcları ödəmişdir. Bundan əlavə, münasibətdə olduqları dövrdə tərəfindən cavabdehə müxtəlif qızıl-zinət, geyim əşyaları, telefonlar və s. alınmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3886/2021 nömrəli iş üzrə 23 noyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakim A.Həsənova) iddia qismən təmin edilərək, cavabdehdən mübahisəli mənzilin dəyəri olan 47.000 manatın, mənzilin təmiri üçün çəkilmiş xərcin əvəzi olaraq 17.104 manatın, bir dəst yataq mebeli və qonaq mebeli dəsti, 1 ədəd İVEA XP markalı (46LTİNOX) yemək qızdırmaq üçün soba; 81 diaqonallı LG Led markalı (4 3UJ630V) televizor; 1 ədəd Hoffmann markalı (VFAC-18/HEB+yeni qızıl zəmanət) kondisioner; 1 ədəd Samsung RT43K6000WW/WT markalı ağ rəngli soyuducunun və dövlət rüsumuna görə ödənilmiş 19 manatın alınaraq iddiaçıya ödənilməsi, dövlət rüsumunun kəsrini təşkil edən 11 manatın iddiaçının özünə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 100 manatın 65 manatının cavabdehdən, qalan 35 manatının isə iddiaçıdan alınaraq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan apellyasiya şikayətləri vermişlər.
9. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Ş.Məmmədova (sədrlik edən və məruzəçi), F.Babayev və R.Eyvazov) 2(1 03)-1589/2022 nömrəli iş üzrə 05 aprel 2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. c) Kassasiya instansiyası məhkəməsində icraat
10. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan tərəflər ondan kassasiya şikayətləri vermişlər.
11. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-4127/2022 nömrəli iş üzrə 24 oktyabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Z.Əliyev (məruzəçi), Ə.Nurməmmədov və A.Hüseynov) iddiaçının kassasiya şikayəti təmin edilməmiş, cavabdehin kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 05 aprel 2022-ci il tarixli qətnaməsi iddia təmin edilən hissədə ləğv edilmiş, həmin hissədə iş yeni apellyasiya baxışına göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.
12. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyinə görə, “Baxılan işin mübahisəsiz hallarından görünür ki, tərəflər faktiki münasibətlərdə olduqları dövrdə, cavabdehin adına mübahisəli mənzil alınmış, təmir edilmiş, mebel və məişət əşyaları ilə təmin edilmişdir. İddiaçı sözügedən əşyaları öz vəsaiti hesabına aldığını, həmçinin mənzilin təmir xərclərinin onun tərəfindən çəkildiyini bildirir, cavabdeh isə iddiaya etiraz edərək, mənzilin özü tərəfindən alındığını və təmir edildiyini, tələb olunan mebel və məişət əşyalarının bir qisiminin iddiaçı tərəfindən münasibətdə olduqları dövrdə ona hədiyyə edildiyini, qalanlarını isə öz vəsaiti hesabına aldığını deyir. İşə mahiyyəti üzr ə baxmış məhkəmələr iddianın təmin olunmuş hissəsində mövqelərini belə əsaslandırmışlar ki, cavabdeh iddiaçı ilə arasında olan faktiki münasibətlər əsnasında əmlak əldə etmişdir. Lakin tərəflərin rəsmi nikahı olmadığından əldə edilmiş əmlak onların birgə əmlakı sayılmaz. Nə qədər ki, cavabdeh tərəfindən əmlakın iddiaçının vəsaiti hesabına əldə edilməsini təkzib edən sübut təqdim edilməmişdir, iddiaçının təqdim etdiyi sübutlara əsasən cavabdehin əldə etdiyi əmlakın (mənzilin, təmir xərcinin məişət əşyalarının dəyəri əsassız varlanma qaydaları çərçivəsində cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, iddiaçı dəyərini tam ödədiyi və təmir etdirdiyi mənzil üzərində pay almaq hüququndan məhrum olmuş, cavabdeh isə iddiaçının hesabına varlanmışdır (§ 13-17, 23-26). Kollegiya, bu mövqe i lə razılaşmır və ilk növbədə onu qeyd etməyi zəruri bilir ki, iddianın təmin edilməsi üçün iddiaçının hanasısa hüquqi əsasla tələb hüququna malik olması, buna müvafiq olaraq cavabdehin onun qarşısında icra edilməmiş öhdəliyinin mövcudluğu müəyyən edilməlidir. Məlum olduğu kimi, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməli (pul ödəməli və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik qanunda nəzərdə tutulmuş əsaslar (əsassız varlanma və s.) və ya müqavilə nəticəsində əmələ gələ bilər (§ 35-36). Odur ki, iddianın qanuni əsasları yoxlanılarkən əvvəlcə müqavilədən irəli gələn, sonra müqavilə münasibətlərinə oxşar (məsələn, özgə işlərini tapşırıqsız aparma), daha sonra isə qanundan irəli gələn əsaslar yoxlanılmalıdır. Hazırkı işdə məhkmələr m übahisə predmetlərinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərin mövcud olub-olmadığını araşdırmamışlar. İşdən belə görünür ki, sözügedən mənzilin və digər əşyaların cavabdehə məxsusluğu mübahisə olunmur və iddiaçı, onalara dair hər hansı hüquq iddia etmir. İddiaçı, daşınar və daşınmaz əşyaların əldə olunması (və mənzilin təmiri) üçün vəsaitin onun tərəfindən ödənildiyini bildirir. Əgər məhkəmələr bu xüsusatın iddiaçı tərəfindən sübuta yetirildiyi qənaətinə gəlmişlərsə, mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə verilməsi, yaxud cavabdehin xeyrinə əşya alınması (təmir edilməsi) məqsədilə üçüncü şəxslərə təqdim olunması hərəkətinin hüquqi mahiyyətinə qiymət verməlidirlər. Nəzərə alınmalıdır ki, bir şəxs tərəfindən həmin xərclərin çəkilməsi əvəzsiz bir zənginləşdirmə (bağışlama) ola biləcəyi kimi, əldə edənlə digər müqavilə münasibətlərinin də olması istisna edilmir. Mülki qanunvericiliyə görə, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur (§ 39). İşə mahiyyəti üzrə baxan məhkəmələr isə cavabdehin əmlak əldə etməsi üçün iddiaçı tərəfindən ödənildiyi bildirlən pul vəsaitlərinin bağışlama olub-olmamasını lazımi şəkildə araşdır mamış, bu hala hüquqi qiymət verilməmişdir. Ümumi prinsip ondan ibarətdir ki, borclu olmadığını bilərək pul və ya əmlak verən bir kəsin şəxsin bağışlama düşüncəsi ilə hərəkət etdiyi qəbul edilir (qui sciens solvit indebitum, donandi consilio id videtur fecisse). Bu prezumpsiya nəzərə alındıqda, onun əksini (verilənlərin bağışlama olmadığını) iddia edən tərəf öz iddiasını sübuta yetirməyə borcludur. Baxılan işdə iddiaçı, sözügedən əmlakı cavabdehin qazanması üçün verilmiş vəsaiti bağışlama düşüncəsi ilə xərcləmədiyinə istinad edirsə, həmin halı sübut etmək yükü iddiaçının üzərinə düşür. Çünki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir (§ 46). Araşdırma nəticəsində tərəflər arasında bağışlama münasibətlərinin mövcudluğu müəyyən edi ldiyi halda isə hədiyyə edilmiş əşyaların və ya onların dəyərinin geri qaytarılması üçün əsasların olub-olmaması müəyyənləşdirilməlidir. Bu əsaslar bağışlamanın etibarsızlığı (§ 34) müqavilənin ləğv olunması (§ 37-38), bağışlamadan imtina edilməsi (§ 40) kimi müxtəlif mahiyyətdə ola bilər. İddiaçının birinci instansiya məhkəməsindəki icraatda bildirdiyi faktiki halların həmin əsaslardan hansına uyğun gəldiyini işə mahiyyəti üzrə baxan məhkəmə yoxlamalı, onlar içərsində mübahisələndirilən hallar üzrə sübutetmə yükünü müəyyən etməli, sonra isə tərəflərin təqdim etdiyi sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verməlidir (§ 47). Nəzərə alınmalıdır ki, göstərilən əsaslardan hansınasa istinad edən şəxs öz iddiasını sübuta yetirməyə borcludur. Beləliklə, bağışlamanın hüqu qi qüvvəsinin olmaması və ya sonradan aradan qalxması sübuta yetirilərsə, tərəflər arasında bu məzmunda müqavilə münasibətlərinin yoxluğundan bəhs edilə bilər. Belə olan halda, yəni müqavilə münasibətləri istisna olunduğu təqdirdə, iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsaslar yoxlanılır. Mülki Məcəllənin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Varlanmış şəxs əldə etdiklərini (və ya onların dəyərini) məhrum olanın tələbi ilə ona qaytarmalıdır (§ 41-44). Göründüyü kimi, əsassız varlanma çərçivəsində tələbin haqlı sayılması üçün məhkəmə tərəfindən iş üzrə aşağıdakı üç şərt müəyyən edilməlidir: cavabdehin əmlak əldə etməsi, həmin əmlakı iddiaçının əmlakı hesabına əldə edilməsi və bu əldəetmə üçün qanundan və ya müqavilədən irəli gələn heç bir əsasın olmaması. Qeyd olunan şərtlərin hər üçü eyni zamanda mövcud olmalıdır. Onlardan hər hansı birinin aşkar edilməməsi tələbin rədd edilməsi üçün əsasdır. Baxılan işdə cavabdehin əldə etdiyi əmlakın iddiaçının hesabına qazandığı sübuta yetirilmiş olsa belə, bu hallar iddianın əsassız varlanma normaları çərçivəsində təmin edilməsi üçün kifayət deyil. Bunun üçün növbəti dispozisya şərti - əldəetmə üçün qanundan v ə ya müqavilədən irəli gələn heç bir əsasın olmaması və ya belə əsasın sonradan aradan qalxması müəyyən edilməlidir. Nəzərə alınmalıdır ki, müqavilənin ləğvi və ya bağışlamadan imtina sonradan aradan qalxmış müqavilə əsasına dəlalət edir. Göründüyü kimi, cavabdehin sözügedən əmlakı bağışlama müqaviləsi əsasında əldə edib-etməməsinin, əldə etmişsə bağışlama (müqavilə) münasibətlərinin sonradan aradan qalxıb-qalxmamasının yuxarıda göstərilən hüquqi mövqelərə uyğun olaraq aydınlaşdırılması, iddiaya həm də əsassız varlanma qaydaları çərçivəsində hüquqi qiymət verilməsi üçün vacibdir.” d) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1353/2023 nömrəli iş üzrə 15 mart 2023-ci il tarixli qətnaməsi ilə (hakimlər C.Musayeva (sədrlik e dən və məruzəçi), M.Məmmədov və R.Həsənov) cavabdehin apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 noyabr 2021-ci il tarixli qətnaməsi apelyasiya baxışının predmeti olan hissədə ləğv edilmiş, iş üzrə həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia mübahisələndirilən hissədə rədd edilmişdir.
14. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Cavabdeh notariat qaydasında təsdiq olunmuş xx.xx.2018-ci il tarixli mənzilin alqısatqısına dair ilkin müqaviləyə istinadı ilə əlaqədar isə məhkəmə kollegiyası vurğulayır ki, sözügedən müqavilə mübahisələndirilmir, hazırki mübahisənin predmeti də mənzilin özü deyil, bu mənzilin əldə edilməsi, onun təmir edilməsi, müvafiq əşyalar ilə təmin edilməsi üçün pulun kimin tərəfindən və hansı məqsədlə xərclənd iyi və bu məsələlərdən doğan digər hallar təşkil edir. Beləliklə də hazırkı iş üzrə cavabdehin sahibliyində olan mənzilin məhz ona məxsus olan vəsait hesabına alınması, yaşayış üçün uyğun vəziyyətə gətirilməsi halları öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etməyi zəruri sayır ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Məhkəmə mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qaydanı əsas tutmalıdır: güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalı; sübutların heç birinin güvənliyi şübhə doğurmamalıdır; bu sübutlar bir birini təsdiq etməli və tamamlamalıdır; sübutlar birlikdə dəyəndirilməlidir. Yuxarıda qey d edilənlərə əsasən cavabdehin sahibliyində olan daşınmaz və daşınar əşyaların əldə olunması (və mənzilin təmiri) üçün vəsaitin iddiaçı tərəfindən ödənildiyi halının öz təsdiqini tapdığı qənaətinə gələn məhkəmə kollegiyası hesab edir ki, hazırda mübahisənin düzgün hüquqi həlli üçün həmin vəsaitin bilavasitə cavabdehə və ya üçüncü şəxslərə verilməsinə dair tərəflər arasında müqavilə (və ya ona bənzər) münasibətlərinin və ondan irəli gələn öhdəliklərinin mövcud olub-olmaması, həmçinin iddiaçı tərəfindən ödənildiyi bildirilən pul vəsaitlərinin bağışlama olub-olmaması hallarına hüquqi qiymət verilməlidir. Bununla əlaqədar qeyd edilməlidir ki, baxılan işdə iddiaçı, sözügedən əmlakın əldə edilməsi üçün verilmiş vəsaiti bağışlama və cavabdehin qazanması düşüncəsi ilə xərcləmədiyinə istinad etsə, bu mənzilin cavabdehin adına alınmasını nikahı pozularkən birgə nikah dövründə əldə olunmuş əmlakının bölgüsündən yayınmaq istəyi ilə izah etsə də, bu halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə məhkəmə araşdırması zamanı iddiaçının cavabdehlə qeyri-rəsmi münasibətlərə girdiyindən on ildən artıq vaxt keçməsinə baxmayaraq hələ də boşanmadığı müəyyən edilmişdir. Bundan başqa iddiaçının mənzilin əldə edilməsi üçün satıcıya pul verməsinə, təmir işləri ilə özünün məşğul olmasına, mənzili mebel və məişət əşyaları ilə təmin etməsinə, kommunal müqavilənin onun adına rəsmiləşdirilməsinə dair istinad etdiyi halların mövcudluğu da məhkəmə kollegiyasının gəldiyi qənaəti təkzib etmir. Buna baxmayaraq sözügedən bu dəlillər iddiaçının sübuta yetirmək istədiyi halların, yəni mən zilin əldə edilməsi və s. üçün pul vəsaitinin bağışlama niyyəti olmadan cavabdehə və ya onu zənginləşdirmək üçün üçüncü şəxslərə verilməsinin öz təsdiqini tapması üçün yetərli deyildir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası araşdırmanın növbəti mərhələsinə keçilməsi üçün zəruri olan xüsusatların kifayət qədər araşdırılmış olduğu qənaətinə gəlir. Beləliklə, Mülki Məcəlləyə əsasən bir şəxsin öz əmlakını (və ya müəyyən hissəsini) könüllü şəkildə əvəzsiz qaydada başqa şəxsə verməsi (onu zənginləşdirməsi) bağışlama hüquq münasibətlərinə (Mülki Məcəllənin 666.1-ci maddəsi) uyğun gəlir. Bu baxımdan hazırki mərhələdə tərəflər arasında şifahi formada bağlanmış bağışlama müqaviləsinin etibarsızlığı və ya ləğv olunması, həmçinin bağışlamadan imtinası üçün əsasların mövcud olub-olmaması yoxl anılmalıdır. Belə ki, yarandığı hesab edilən hüququn əsasında duran müəyyən bir əqdin etibarlı olub-olmadığını, bu əqdin ləğv olunması üçün şərtlərin olub-olmadığını təsbit etmək üçün məhkəmə kollegiyası araşdırılmış hallara nəzər salır və bu halların qeyd edilən qanuni əsaslarının (əqdlərin etibarsızlığı, müqavilənin ləğvi) şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmadığını müəyyən edir. İddiaçı cavabdehi könüllü şəkildə zənginləşdirməsinin bağışlama olmadığını sübut edə bilmədiyi halda onun cavabdehə verdiklərini geri qaytarması üçün həmçinin bağışlamaqdan imtina üçün (Mülki Məcəllənin 673-cü maddəsi) əsasların mövcud olubolmadığı işdə olan sübutlara əsasən yoxlanılmalıdır. Belə ki, Mülki Məcəllənin 673.1.2-ci maddəsinə görə hədiyyə alan tərəfindən ailə hüquq münasibətlərinə uyğun o laraq üzərinə düşən vəzifələrin hədiyyə verən barəsində kobudcasına pozulması bağışlamadan imtina əsası kimi çıxış edir. Tərəflərin olduğu münasibətlərin mahiyyətindən görünür ki, aralarında yaranmış qeyri-rəsmi nikah münasibətlərinin saxlanılıb davam etdirilməsi mümkün olduğu təqdirdə hazırki mübahisə yaranmazdı. Mübahisəli mənzilin əldə edilməsi, təmir olunması və müvafiq əşyalar ilə təmin olunması üçün iddiaçı tərəfindən xərclər çəkilmiş, lakin varlanmış şəxs olan cavabdehin əməli gözlənilən məqsədə uyğun olmadığından, yəni iddiaçı ilə faktiki nikah münasibətləri kəsildiyindən iddiaçı xərclədiyi vəsaiti cavabdehdən geri tələb etmək qərarına gəlmişdir. Halbuki cavabdehin çəkilən xərcin qarşılığında faktiki nikah münasibətlərini davam etdirəcəyini öhdəsinə götürdüyü, bu münasibətləri po zduğu halda iddiaçının onu zənginləşdirmək üçün çəkdiyi xərcləri (bağışlananları) geri qaytarmaq hüququnun yarandığı, yəni bağışlamaqdan imtinanı və ya bağışlamanın ləğvini mümkün edən bu kimi hallar işə baxılan zaman məhkəmə kollegiyası tərəfindən müəyyən edilməmişdir. Məhkəmə kollegiyası bağışlamanın hüquqi qüvvəsinin olmamasının və ya sonradan aradan qalxmasının sübuta yetirildiyi təqdirdə iddianın həlli üçün qanundan irəli gələn öhdəlik kimi əsassız varlanmaya dair əsasların yoxlanılmasının mümkün olduğunu nəzərə alaraq hesab edir ki, yuxarıda qeyd edilənlərə əsasən hazırkı işdə əsassız varlanmaya aid maddələrin dispozisiya şərtlərinin mövcudluğu müəyyən olunmur.”
15. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1, 324.2, 324.3, 337.1, 385.1, 422.1, 422.2, 422.2.4, 666, 673.1, 1091, 1092.1-ci maddələrinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
16. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir.
17. Kassasiya şikayətinin dəlillərinə görə, iddiaçının cavabdehə bu qiymətdə olan əşyaları bağışlaya bilmək kimi fikri olmamışdır. Belə bir əmlakı bağışlamaq imkanı olan bir şəxsin ən azı bu əmlakın dəyərinin 2 qatı özünün şəxsi əmlakı olmalı idi. Habuki, cavabdehin adına olan əmlaklar iddiaçının illərlə min bir əziyyətlə qazandıqları idi. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 668-ci maddəsində təsbit olunmuş, bağışlama müqaviləsinin etibarlılığı üçün qeyd edilən 5 halın heç biri iddiaçı və cavabdeh arasında qeydə alınmamışdır. Beləliklə, hətta iddiaçının bağışlama iradə ifadəsi olsaydı belə bu iradə ifadəsi əsasında bağlanmış əqd etibarsız hesab edilməli idi. Bakı Apellyasiya Məhkəməsi işin hallarını düzgün qiymətləndirməyərək, özü-özünü təkzib edən mövqe ortaya qoyaraq yekun qətnamə qəbul etmişdir. Məhkəmə yalnız cavabdehin göstərdiyi məlumatları sadalamaqla kifayətlənmiş, düzgün araşdırma aparmamış, sübutlar əlaqələndirilməmiş və daşınmaz əmlaka sahiblik hüququna primitiv yanaşmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı cavabdehin etirazının dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslarına uyğun olmuşdur. TƏTBİQ EDİLƏ N HÜQUQ
19. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə
13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; İİ. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər; Maddə
29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır; İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir; Maddə
60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafi əsinə təminat verilir. 20. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya: Maddə
6. Ədalətli məhkəmə araşdırması hüququ
1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. 21. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyaya dair Protokol: Maddə
1. Mülkiyyətin müdafiəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıdak ı müddəalar dövlətin ümumi maraqlara müvafiq olaraq, mülkiyyətdən istifadəyə nəzarəti həyata keçirmək üçün yaxud vergilərin və ya digər rüsum və ya cərimələrin ödənilməsini təmin etmək üçün zəruri hesab etdiyi qanunları yerinə yetirmək hüququnu məhdudlaşdırmır.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar; Maddə 135.1. Bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və sənədli qiymətli kağızlar da əşyadır; Maddə 135.2. Əmlak istənilən əşyaların və qeyri-maddi əmlak nemətlərinin toplusudur; Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır; Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur; Maddə 673.1. Hədiyyə alan hədiyyə verənin və ya onun yaxın qohumunun barəsində ağır cinayət törətdikdə, hədiyyə alan ailə hüquq münasibətlərinə uyğun olaraq onun üzərinə qoyulmuş vəzifələri hədiyyə verənin və ya onun yaxın qohumlarının biri barəsində kobudcasına pozduqda, o, bağışlama ilə bağlı öhdəlikləri əsassız olaraq icra etmədikdə hədiyyə verən bağışlamaqdan imtina edə bilər; Maddə 668.1. Bağışlama aşağıdakı hallarda etibarlıdır: 668.1.1. daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.2. rəsmi r eyestrlərdə qeydə alınması tələb edilən daşınar əşyaların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə; 668.1.3. daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə; 668.1.4. tələblərin və digər hüquqların bağışlanması zamanı onlar bu Məcəllənin tələblərinə uyğun yazılı surətdə keçirildikdə; 668.1.5. gələcəkdə bağışlama vəd edildikdə bu vəd notariat qaydasında təsdiqləndikdə; Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin; Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varl anma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir; Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə də şamil edilir; Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir.
23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə
88. Məhkəmə sübutlara obyek tiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının s übut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya in stansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosess ual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyasının yekun məhkəmə aktı şikayətdə irəli sürülən dəlillər üzrə tam yoxlanılır.
26. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
27. Məhkəmə kollegiyası he sab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmçinin, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Apellyasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları və apellyasiya şikayətlərinin dəlilləri üzrə lazımi araşdırma aparılmış, sübutetmə yükü düzgün bölüşdürülmüş, sübutlara hüquqi qiymət verilmişdir.
29. Kassasiya şikayətinə gəldikdə, şikayətin Mülki Məcəllənin 668-ci maddəsində təsbit olunmuş, bağışlama müqaviləsinin etibarlılığı üçü n qeyd edilən 5 halın heç birinin iddiaçı və cavabdeh arasında qeydə alınmaması, beləliklə də, hətta bağışlama olsaydı belə əqdin etibarsız hesab edilməli olması barədə dəlili əsaslı deyil. Belə ki, iddiaçı hazırkı iddia ilə mənzilin qaytarılmasını mübahisə etmir, həmin mənzilin alınması və mənzildə yaşamaq üçün cavabdehə bağışladığı pul vəsaiti və sair daşınar əmlakların qaytarılmasını tələb edir ki, bu halda da Mülki Məcəllənin 668.1.3-cü maddəsinin dispozisiya şərtlərinə əməl olunmuş, yəni daşınar əşyaların bağışlanması zamanı hədiyyə verənin əşyanı hədiyyə alana verməsi ilə bağışlamanın etibarlılığı təsdiqlənmiş olur.
30. Şikayətin digər dəlilləri işin hallarının sübut olunmaması, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və yaxud qətnam ədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlı olduğu üçün, hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır və onlara qiymət verilmir.
31. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.
32. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1353/2023 nömrəli iş üzrə 15 mart 2023-cü il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. İddiaçı kassasiya şikayəti təmin edilməsin. Qərar qəbul edildiyi andan qüvvəy