Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-27/2021 18.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 Cavabdeh Aliyevnaya qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilə istifadə hüquqlarının itirilmiş hesab olunması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Əliyeva Günel İnqilab qızının katibliyi, iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 vəkili Vəkil2, cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1723/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ndən iddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə xx xxxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materialları ilə müəyyən edilir ki, X3 və Cavabdeh Aliyevna rəsmi nikah münasibətində olmaqla Bakı şəhəri, 8-ci Köndələn küçəsi, 7 A ünvanında yaşamışlar.
2. Həmçinin iş materiallarından görünür ki, Nizami Rayon Məhkəməsinin xx xxx 2013-cü il tarixli qətnaməsi ilə X3 ilə Cavabdeh Aliyevna arasında olan nikah pozulmuşdur.
3. Eyni zamanda iş materialları ilə müəyyən edilir ki, Cavabdeh Aliyevna nikah pozulduqdan sonra da hal-hazıradək həmin mənzildə yaşayır və həmin ünvanda qeydiyyatdadır.
4. Bundan başqa iş materiallarından görünür ki, İddiaçı1, İddiaçı2, İddiaçı3 isə həmin ünvanda yaşamamışlar və onlar X2 razılığına əsasən xx.xx.2018-ci il tarixdən həmin ünvanda formal olaraq qeydiyyata alınmışlar. Onlar Bakı şəhəri, Qaraçuxur qəsəbəsi, 4042-60 məhəllə, ev 7, mənzil 78-də İddiaçı1 məxsus mənzildə yaşayırlar. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı1, İddiaçı3, X1 Cavabdeh Aliyevnaya qarşı “mənzilə köçürmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı1, İddiaçı3, İddiaçı2 Bakı şəhəri, Nizami rayonu, 8-ci Köndələn küçəsi, ev 7A köçürülmələrinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mübahisəli ev onun ailəsinə məxsusdur. Belə ki, mübahisə predmeti olan evi onun mərhum həyat yoldaşı X3 tikmişdir. Onlar 1973-cü ildə ailə quraraq evl ənmiş və mübahisəli mənzildə yaşamışlar. Sonradan onlara order əsasında başqa bir ev verildiyindən mübahisəli evi mərhum həyat yoldaşı X2 qohumu olan Cavabdeh Aliyevnaya əmanət etmişlər. X3 ilə Cavabdeh Aliyevna arasında bağlanmış nikah fornal xarakter daşımışdır. Onlar göstərilən evə xx.xx.2018-ci il tarixdə İddiaçı3 yazılı razılığı ilə qeydiyyata düşmüşlər. Cavabdeh onları öz evlərinə buraxmır və qanuni hüquqlarını pozur. Bundan başqa cavabdeh onların qeydiyyatlarının ləğv edilməsi üçün 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə iddia ilə müraciət etsə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qanuni qüvvəyə minmiş xx xxxxxxxx 2018-ci il tarixli qərarı ilə iddia təmin olunmamışdır.
7. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) xx xxxxxxxx 201 9-cu il tarixli 2(007)-2525/2019 saylı qətnaməsi ilə (hakim B.Qasımov) iddia təmin edilməmişdir.
8. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, iddiaçıların mübahisə predmeti olan evə istifadə hüquqları yoxdur. İddiaçıların evdə qeydiyyatda olması isə evə istifadə hüququnun olması kimi qəbul edilə bilməz. Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Qətnamədən iddiaçılar apellyasiya şikayəti vermişlər.
10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-1723/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Qurbanov (sədrlik edən və məruzəçi), A.Hüseynov və A.Hüseyn) iddiaçılar İddiaçı1, İddiaçı3, İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmi ş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-2525/2019 saylı mülki iş üzrə qəbul etdiyi xx xxxxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, özbaşına tikinti hesab edilən yaşayış sahəsindən daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməsinin hüquqi nəticələri qanunvericilikdə göstərilməmişdir. Ona görə də kollegiya hesab edir ki, Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinin tələbləri nəzərə alınmadan iş üzrə nəticəyə gəlmək düzgün deyildir. Belə ki, həmin maddənin tələblərinə görə mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmçinin Mülki Məcəllənin 11.1-ci maddəsində təs bit olunmuşdur ki, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası).
12. Apelyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, göstərilən məsələyə xx xxxx 1965-ci il tarixdə qüvvəyə minmiş Mülki Məcəllənin “Mənzil kirayəsi” adlı 29-cu fəslindəki müvafiq müddəalarının qaydalarına uyğun araşdırılmalıdır. Belə ki, İddiaçı1 bildirdiyinə görə o, 1973-cü ildən mübahisəli evdə yaşamışdır. xx xxxx 1965-ci ildə qüvvəyə minmiş Mülki Məcəllənin xx.xx.1986-cı il tarixə qədər qüvvədə olan 331-ci maddəsinin ikinci hissəsinə görə kira yəçi və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yerə getdiyi halda, mənzil kirayə müqaviləsi onların getdiyi gündən pozulmuş hesab olunur. İddiaçıların özlərinin etirafına görə onlar 1994-cü ildən mübahisəli evdə yaşamadıqlarına və başqa yaşayış sahəsinə köçdüklərinə görə kollegiya belə nəticəyə gəlir ki, Mülki Məcəllənin qeyd olunan maddəsinə əsasən onların mübahisəli evə qanunun analogiyası üzrə qəbul edilən istifadə hüquqları itirilmiş hesab edilməlidir.
13. Bundan başqa nəzərə alınır ki, cavabdeh ən azı 1985-ci ildən (iddiaçılar bunu etiraf edir, cavabdeh isə 1972-ci ildən həmin evdə yaşadığını bildirir) hazıra kimi həmin evdə yaşayır və bu müddət ərzində iddiaçılar buna etiraz etməmişlər.
14. İddiaçıların 2018-ci ildə məhkəmənin qərarı əsasında həmin evə qeydiyyata alınmasına dair isə apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, pasport qeydiyyatı əmlak hüquqlarını yaratmır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
15. İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişlər.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işin hallarını düzgün araşdırmamış, maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur.. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. İddiaçılar İddiaçı1 və İddiaçı3 məhkəmə iclasında vəkilsiz iştirak etdiklərindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir.
19. İddiaçı2 vəkili Vəkil2 məhkəmə iclasında kassasiya şikayətinin təmin olunmasını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etdi.
20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə cavabdeh hər hansı üzrlü səbəb göstərmədən Məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri
21. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir.
22. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüqu q normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).
23. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Hazırkı kassasiya şikayətində iş ü zrə iddiaçılar apelyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə
25. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). (maddə 11.1)
26. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.. (maddə 180.1) 1982-ci il tarixli Azərbaycan SSR Mənzil Məcəlləsi
27. Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Mülki Prossesual Məcəllə
28. Barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hü quq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. (maddə 13.4)
29. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.(maddə 14.2)
30. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (maddə 77.1)
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. (maddə 88)
32. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. (maddə 217.2)
33. Kassasiya şikayətind ə işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. (maddə 407.2)
34. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. (maddə 416)
35. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. (maddə 417.1.1) Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası hes ab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
37. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.
38. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyas iya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
39. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı3 və İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-1723/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.