Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-27/2025 21.01.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh “X14” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində işçiyə və ya onun ailə üzvlərinə vurulan ziyana görə əvəzin məbləğinin müəyyən edilməsi və ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Şəfiyev İspəndiyar Əsəd oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdeh “X14” MMC-yə qarşı “mənəvi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4117/2024 nömrəli 15 i yul 2024-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 yanvar 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı oğlu X7 cavabdeh “X14” MMC-də (X4) əmək müqaviləsi əsasında işləmiş, xx.xx.2014-cü il tarixdə baş vermiş körpülü kran qaldırıcı qurğunun səbəti ilə toqquşması ilə kranın oxundan çıxaraq yerə düşməsi nəticəsində vəfat etmişdir. xx.xx.2014-cü il tarixdə baş vermiş hadisə ilə əlaqədar “İZ” forması 01 və 02 nömrəli “X6 Haqqında” akt tərtib edilmişdir.
2. Həmin şirkətdə mexanik çilingər vəzifəsində çalışan X16 qanuni qüvvəyə minmiş Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(002)221/2014 nömrəli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsi nin 162.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı cavabdeh “X14” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 100000 manat məbləğində mənəvi ziyana görə kompensasiyanın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu X1 qəsəbəsi ərazisində yerləşən “Metal Konstruksiyalar” zavodunda “quraşdırıcı” kimi çalışırdı. xx.xx.2014-cü il tarixdə mərhum əri X8 oğlunun iş görərkən bədbəxt hadisə baş verdiyini və yıxıldığı xəbərini almış, Ağakərimin aparıldığı xəstəxanaya getmiş, həkimlər ona oğlunun öldüyünü söyləmişlər. Oğlu Ağakərimin bədə ni elə əzilmişdir ki, meyitinə baxmaq mümkün deyildi. Həmin hadisə ilə əlaqədar cinayət işi qaldırılmış, X16, 2014-cü il iyul ayının 18-də zavodda çilingər mexaniki vəzifəsində çalışarkən, 2 saylı istehsalat sexində istifadə olunan “Bob Cat” markalı çoxprofilli teleskopik qaldırıcı qurğunun düzgün və təhlükəsiz istismar olunmasını təmin etmədiyinə (qaldırıcı qurğunun oxuna səbəti bərkidərkən sancağı bağlamadığına), həmin qaldırıcı qurğunun səbətinin içərisində işçilər olmaqla sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işləri aparıldığı zaman, körpülü kranı hərəkətə gətirərək həmin iş sahəsinə kranın daxil olmasına və kranın səbətlə toqquşmasına şərait yaratdığına görə onun tərəfindən “Maşın və Mexanizmlərlə işlərin təhlükəsiz görülməsinə cavabdeh olan çilingər mexanikin vəzifə təlimatı”-nın 4,5,6 və 7-ci bəndlərinin tələbləri pozulmuşdur. Nəticədə sexin tavanında ventilyasiya sisteminin quraşdırılması işlərini həyata keçirən X7 və X15 içərisində olduğu qaldırıcı qurğunun səbətinin qoruyucu sancağı olmadığından o, yerindən çıxaraq sexin döşəməsinə düşmüşdür. X7 ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq, hadisə yerində, X17 isə oğlu ağır zərərvurmanın əlamətlərinə malik xəsarətlər alaraq X18 ölmüşlər. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(002)-221/2014 nömrəli hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinib 3 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin qanuni qüvvəyə minmiş hökmlə baş vermiş hadisədə cavabdehin təqsiri təsdiq olunur və haz ırkı mülki işdə preyudisial əhəmiyyət daşıyır.
5. Cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, xx.xx.2014-cü il tarixində iddiaçının əri X8 iddiaçının oğlu X2 iş görərkən bədbəxt hadisə baş verdiyini və onun yıxıldığı xəbərini almış, oğlunun aparıldığı xəstəxanaya getmiş və həkimlər onun öldüyünü söyləmişlər. İş üzrə uzun müddət ötdüyü üçün burada iddia müddəti tətbiq edilməlidir.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadə verərək cavabdeh şirkətin direktoru olduğunu bildirmiş və qeyd etmişdir ki, iddiaçının oğlu Ağakərim cavabdeh şirkətdə işləmiş, istehsalat qəzasında vəfat etmiş, bu baş vermiş hadisədən sonra ailəni unutmamışlar. Daima maddi və sair dəstək göstərmişlər. Belə ki, ölən şəxsin qardaşını işə götürmüş, dəfn mərasimləri ilə əlaqədar xərcləri ödəmişlər.
7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 ifadə verərək bildirmişdir ki, iddiaçının oğlu Süleymanla birlikdə cavabdeh “X14”nda iş yoldaşı olmuşlar. O, şirkətdə operator işləmiş, maaşı 700 manat olmuşdur. O, döyüşlərdə şəhid olmuşdur. Onun baş daşını cavabdeh şirkət düzəltmək istəyirdi. Amma onun baş daşını şəhid olduğuna görə dövlət düzəltmişdir. Süleymanın atasının qəbrində baş daşı yox idi, sadəcə qəbrinə beton tökülmüşdü. Şirkət öz pulu hesabına onun baş daşını düzəltdi. Baş daşının düzəldilməsi üçün iddiaçıdan həyat yoldaşının şəklini almışlar. İddiaçının özü bunu təsdiq edə bilər. Baş daşının qiyməti 850 manat idi. Bunların hamısını şirkətin direktoru Rüfətlə birlikdə görüblər. Süleyman şəhid olduqdan sonra qardaşı Şamo da cavabdeh şirkətdə, o nun yanında işə düzəldi. Bundan bir ay sonra iddiaçı Şamonun cavabdeh şirkətdə işləməsinə icazə vermədi.. Süleymanla 2016-cı ildən tanış olmuş, Süleymandan eşitmişdir ki, atası cavabdeh şirkətə işə düzəlib, ona maaş kartı verilib, ona hər ay pul ödənilib. Özü iddiaçının evinə bazarlıq etmiş, ona meyvə yığımında köməklik etmişdir. Süleyman şəhid olan vaxt şirkətin işçiləri öz aralarında pul yığmışlar. Şirkət də pul vermişdir. Şirkətin nə qədər pul verdiyini şirkətin işçiləri Könül və Elnarə bilir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(002)600/2024 nömrəli qətnaməsi ilə (hakim G.F.Aslanova) iddia qismən təmin edilmiş, cavabdeh “X14” MMC-dən mənəvi ziyana görə 10000 manat pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi, iddia ərizəsinin verilməsinə görə i ddiaçının azad edildiyi 120 manat dövlət rüsumunun cavabdeh “X14” MMC-dən tutularaq dövlət büdcəsinə köçürülməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə işin yuxarıda göstərilən hallarına istinad etməklə qeyd etmişdir ki, Vüqar Hacıyev məhkum edilməsinə səbəb onun səhlənkarlıq, yəni vəzifəli şəxs olaraq işə vicdansız və laqeyd münasibəti nəticəsində öz xidməti vəzifəsini lazımi qaydada yerinə yetirməməklə iddiaçının oğlunun ölümünə səbəb olması olmuşdur. İddiaçının oğlunun baş vermiş istehsalat qəzası nəticəsində vəfat etməsini, habelə ölümün cavabdehin işçisinin qanunsuz hərəkətləri nəticəsində baş verməsi və həmin hərəkətlərlə mənəvi zərər arasında səbəbli əlaqənin olması işin mübahisəsiz halıdır. Belə olan halda, oğlu Ağakərim Bağırovun hadisə nəticəsində vəf at etməsi iddiaçı üçün mənəvi məhrumiyyətlərlə nəticələnmişdir və işdə belə zərərin vurulmasını istisna edən hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir.
10. Məhkəmə cavabdeh tərəfindən təqdim olunmuş iddiaçıya maddi yardımın göstərilməsi ilə bağlı kassa məxaric orderlərində təhvil alanın imzaları ilə iş materiallarında olan zərərçəkmiş şəxsin hüquqi varisini dindirmə protokolunda olan X3 imzalarının vizual baxışla fərqli olmasının aydın olması, eyni zamanda məhkəmə iclasında İddiaçı dindirmə protokolunda olan imzanın onun mərhum ərinə məxsus olması, kassa məxaric orderlərində imzanın isə onun mərhum ərinin imzası olmamasını təsdiq etməsini, qəbzlərin bəzilərində təhvil verənin imzasının olmamasını nəzərə alaraq hesab etmişdir ki, həmin qəbzlər mötəbər sübut kimi qəbul edilə bilməz.
11. Məhkəmə qeyd etmişdir ki, ağrı və əzab, fiziki narahatlıq və əqli sıxıntı və iztirabın pul ilə ölçülə biləcəyi standartı mövcud deyildir.
12. Məhkəmə iddiaçının mənəvi zərərə görə 100000 manat pul tələb etsə də, həmin məbləği şərtləndirən halları ərizəsində əsaslandırmamasını və cavabdeh şirkətin iddiaçının ailəsi qarşısında mənəvi borcunu hiss edərək ailə ilə münasibətlərini davam etdirməsi, iddiaçının oğlunun və digər ailə üzvlərinin dəfn mərasimlərində iştirak edərək müəyyən yardımlar etməsi halının iddiaçının özünün izahatı və şahid ifadələri ilə təsdiqini tapmasını, iddiaçının digər oğlu Süleyman Bağırovun cavabdeh şirkətdə işlə təmin edilməsini, iddiaçının hadisədən uzun müddət keçdikdən sonra mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etməsini, cinayət işinin icraatı z amanı cavabdeh hüquqi şəxsə qarşı hər hansı tələblərinin olmaması ilə bağlı mərhum ərinin iradə ifadəsini göstərməsini, zərərçəkmiş şəxslərin onun övladı olmaqla yaxınlıq və bağlılıq dərəcəsinin yüksək olmasının mübahisəsiz olması və iztirabın davamlı xarakter daşıması ilə birlikdə qiymətləndirərək hesab etmişdir ki, iddia tələbi iddiaçıya vurulmuş mənəvi zərərə 10000 manat pul vəsaitinin cavabdehdən tutulması həddində təmin edilməsi ədalətli və ağlabatan olacaqdır.
13. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibət bildirərək qeyd etmişdir ki, Mülki Məcəllənin 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respubli kası Mülki Məcəlləsinin 21.1, 21.2, 384.0.3, 1096.1, 1096.2, 1097.1, 1099.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 12.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1, 9.3, 14.2, 76.1, 77.1, 106.1, 107, 119.1, 119.2, 124.1, 217.4-cü maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” xx.xx.2022-ci il tarixli Qərarına, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 nömrəli Qərarına istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
15. Cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi qənaət ədalətli və ağlabatan deyil. Belə ki, onlar istəmədiyi vaxtda belə daim ailəyə mənəvi dəstək olmuşlar, onların yanında olaraq mənəvi borcunu ödəməyə çalışmışlar və maddi-mənəvi dəstəyini onlardan əsirgəməmişlər. Onlar tərəfindən daimi olaraq ailə üzvlərinə ödəniş etməklə onlara dəymiş mənəvi ziyanı ödəməyə çalışmışlar. İddiaçının ailəsinə bu vaxta qədər 10.000 manat məbləğində pul vəsaiti ödəmiş, iddiaçıya bütün yardım göstərilmişdir.
17. Bakı Apel lyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-4117/2024 nömrəli 15 iyul 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər X10 (sədrlik edən və məruzəçi), X11 və X12) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
18. Apellyasiya məhkəməsi hesab etmişdir ki, cavabdeh MMC-nin əməkdaşının vəzifələrini lazımi qaydada yerinə yetirməməsi nəticəsində iş yerində baş vermiş qəza iddiaçının oğlunun ölümü ilə nəticələndiyindən o, mənəvi sarsıntı keçirmiş və buna görə də cavabdehdən mənəvi zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuşdur.
19. İddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, birinci instansiya məhkəməsi düzgün olaraq nəticəyə gəlmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur.
20. Məhkəmə ölən şəxsin iddiaçının övladı olmasını, onların bağlılıq dərəcəsinin yüksək olmasını və iztirabın davamlı xarakter daşımasını nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mənəvi zərərin əvəzi olaraq müəyyən edilmiş kompensasiyanın məbləği ədalətli olmuşdur.
21. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçının ərinin cavabdehdən şikayətçi olmadığı, digər oğullarının işlə təmin edilməsi iddiaçının mənəvi zərərə görə kompensasiya tələb etmək hüququnu aradan qaldırmır.
22. Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarında göstərilmişdir ki, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınlarından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir.
23. İddiaçının vəfat etmiş əri və oğulları işlə təmin edilsələr də, onlara gördükləri işə görə əmək haqqı ödənilmişdir. Bundan başqa, baş vermiş hadisə nəticəsində iddiaçının oğlu ilə vəfat etmiş digər şəxs - X15 ailəsinə cavabdeh tərəfindən 18.000 manat məbləğində təzminat ödənilmişdir. Halbuki cavabdehin özünün bildirdiklərinə görə hazırkı iş üzrə iddiaçının ailəsinə ümumilikdə 10.000 manat məbləğində yardım göstərilmişdir.
24. Məhkəmə kollegiyası həmçinin hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının hazırkı tələbinə iddia müddətinin şamil edilmədiyi barədə düzgün qənaətə gəlmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
25. Cavabdeh kassasiya şikayəti verərək (Vəkil) qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh iddiaçının ailəsinin istəmədiyi vaxtda belə daim mənəvi dəstək olmuşlar. X2 dəfn xərcləri ödənilmiş, şəhid qardaşı Bağırov Süleymanın şirkətdə işə düzəlməsində kömək edilmiş, atasına 2016-cı ilə qədər hər ay 300 manat məbləğində pul vəsaiti ödənilmişdir. Bu barədə iş materiallarından qəbzlər mövcuddur. Həm çinin Ağakərimin atası Kamil vəfat edən zaman şirkət tərəfindən onun qəbrinin üstü götürülmüş, onun qəbir yeri düzəldilmiş, bütün bu müddət ərzində şirkət iddiaçıya həm maddi, həm də mənəvi dəstək olmuş, iddiaçının ailəsinə bu vaxta qədər 10000 manat məbləğində pul vəsaiti ödəmişdir. İddiaçının həyat yoldaşının qəbir üstünün götürülməsi üçün oğlu Bağırov Süleymana cavabdeh tərəfindən ödəniş edilmiş, lakin həmin ödəniş həmin məqsəd üçün istifadə edilməmişdir. Şirkət tərəfindən bunun üçün ikinci dəfə Süleymana ödəniş edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərəri n əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
29. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
30. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
31. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəs ində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir.
32. Maddə 1099.1. Hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli Qərarı 33. “...Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşları hüquqlarının pozulmasının müstəqil nəticəsidir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehlərin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmə nin mülahizəsinə görə müəyyən olunmalıdır...”. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li xx.xx.2008-ci il tarixli Qərarı: 34. “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”-nın 41ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin prsedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə, əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Hüquqları Məhkəməsinin prsedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və az adlıqlarının, habelə, əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibb sirlərin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığ a xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkmişin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztibarlara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.) habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır...”. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.x x.2020-ci il tarixli Konstitusiya Məhkəməsinin Plenumunun Qərarı:
35. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur... Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlıl ığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ər-arvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır... Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqa zidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxınları, o cümlədən ailə üzvləri keçirdikləri mənəvi sarsıntı və iztirabın dərəcəsinə, zərərçəkmiş şəxsə yaxınlıq dərəcəsinə və s. amillərə müvafiq olaraq birgə və ya ayrıayrılıqda təzminat almaq hüququna malikdirlər. Ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxsin yaxın larından, o cümlədən ailə üzvlərindən birinin mənəvi zərərə görə təzminat almış olduğu halda, digərlərinin təzminat tələbi bu Qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilən mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq işə baxan məhkəmə tərəfindən həll edilməlidir. Məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqa zidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalıdır...”. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
36. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlar a obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
40. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
41. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
42. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürü lmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
43. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
45. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tər əfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
47. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tə tbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
48. Cavabdeh “X14” MMC-nin kassasiya şikayətinin dəlilləri apellyasiya şikayətində irəli sürülmüş dəlillərlə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılaraq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
49. Kas sasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məcəllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nət icələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
50. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsas ən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh “X14” MMC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4117/2024 nömrəli iş üzrə 15 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.