Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2700/2021 31.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2700/2021 (Açar sözlər: payın naturada ayrılması, iddia tələbindən kənara çıxılması) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili Barxudarov Zaur Saməddin oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “paylı mülkiyyətdə olan torpaq sahəsində payın naturada ayrılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2193/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayətlərinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh1, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh2, 2/6 hissə də isə Cavabdeh1 məxsusdur. a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Yevlax rayon Məhkəməsində iddia qaldıraraq cavabdehlərlə paylı mülkiyyətində olan ünvan 2 ünvanda yerləşən torpaq sahəsində olan 2/4 payının naturada bölünərək ayrılmas ı barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılıb ki, iddiaçı cavabdehlərlə birlikdə ünvan 3 ünvanda yaşayır. Cavabdehlərlə yaranmış ailə mübahisəsi zəminində iddiaçı həmin evdən çıxarılmış və Yevlax Rayon Məhkəməsində həmin ünvanda istifadə hüququnun tanınmaqla paylı mülkiyyət evə köçürülməyi barədə iddia qaldırmışdır.
4. Cavabdehlərlə paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölünərək ayrılmasında razılığa gələ bilmirlər. Ailə münasibətləri tamamilə pisləşmişdir. 5. ünvan 3 ünvanda yerləşən 0,04 ha torpaq sahəsinin 2/4 hissəsi iddiaçıya məxsus olsa da, naturada payı bəlli olmadığından, iddiaçı öz mülkiyyətindən sərbəst və maneəsiz olaraq istifadə etmək hüququnu həyata keçirə bilmir.
6. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikas ı Konstitusiyasının 13, Mülki Məcəllənin 152.1, 152.2, 220.1, 220.2, 220.3 və 220.6-cı maddələrinə istinad etmişdir.
7. Birinci instansiya məhkəməsinin 12 noyabr 2018-ci il tarixli qərardadı ilə iş üzrə mütəxəssis rəyinin alınması qərara alınmış, mütəxəssisin qarşısında paylı mülkiyyətdə olan torpaq sahəsinin 3/6 hissədə həmin ünvanda yerləşən yaşayış evindən kənarda real ayrılmasının mümkün olub-olmaması, bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin neçə kvadratmetr sahəsinin ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşməsi barədə suallar qoyulmuşdur.
8. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən təqdim edilmiş mütəxəssis rəyinə əsasən ünvan 5 ünvanında yerləşən, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışa ə sasən İddiaçı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ümumi birgə mülkiyyətlərində olan 0.04 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin yerləşən yaşayış evindən kənarda real bölünməsi mümkün deyildir.
9. Cavabdeh2 iddiaya etiraz etmişdir. Etirazın dəlilləri: - özü və anası olan digər Cavabdeh1 tərəfindən iddiaçının həmin torpaq sahəsindən istifadə edilməsinə hər hansı maneə törədilmir, lakin iddiaçı ilə bir həyətdə və bir evdə yaşamaq da mümkün deyildir; - iddiaçı onun arvadı olub, boşanıblar, iddiaçının Bakı şəhəri, Sulutəpə qəsəbəsində evi var və həmin iddiaçı həmin evdə də yaşayır; - iddiaçının yaşayış yeri olsa da, bu evə köçməsi qalmaqal yaratmaqdan başqa bir şey deyil - onlara məxsus olan evlərinin üzərində yerləşdiyi torpaq sahəsinin ½ hissəsinin hansı əsasla iddiaçının adına qeyd edilməsi ona məlum deyil; - iddiaçıya qeyd edilən ünvanda yerləşən torpaq sahəsinin müqabilində hər hansı məbləğ ödəməyə maddi imkanı yoxdur. Özlərinə məxsus torpaq sahəsini də pul müqabilində iddiaçıya verməyə razı deyil. - aralarında olan münasibətlər pozulduqdan sonra iddiaçıya Bakı şəhərində olan evini bağışlamışdır. Bu səbəbdən iddiaçının torpaq tələbinin hər hansı hüquqi əsası yoxdur. Torpaq sahəsinin iki hissəyə bölünməsi bir mülkiyyətçi olaraq onun və anasının hüquqlarını pozur, evlərinin yerləşdiyi sahəsinə hüquqlarını məhdudlaşdırır.
10. Birinci instansiya məhkəməsi 16 aprel 2019-cu il tarixli qərardadı ilə məhkəmə ekspertiza təyin edilmiş, ekspertin qarşısında paylı mülkiyyətdə olan torpaq sahəsinin 3/6 hissədə həmin ünvanda yerləşən yaşayış evindən kənarda real ayrılmas ının mümkün olub-olmaması, mümkün olduğu təqdirdə bölgünün hansı qaydada aparılmalı olması, bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin neçə kvadratmetr sahəsinin ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşməsi barədə suallar qoyulmuşdur.
11. Məhkəmə Ekspertizası Mərkəzinin 24 aprel 2020-ci il tarixli, 25142 nömrəli ekspert rəyinə əsasən ünvan 5 ünvanında yerləşən, paylı mülkiyyətdə olan torpaq sahəsinin 3/6 hissəsinin həmin ünvanda yerləşən yaşayış evindən kənarda naturada ayrılması Məhkəmə Tikinti-X1 Metodlarının tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün deyil. Yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin 1-ci variantında bir tərəfindən 83 kv.m., 2-ci variantında digər tərəfdən 36 kv.m. sahə a yrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşür.
12. İddiaçı ərizə verərək, ona naturada daha az pay düşəcəyi ilə razı olmasını bildirmişdir.
13. Birinci instansiya məhkəməsi DƏDRX-in 17 saylı Ərazi İdarəsini üçüncü şəxs qismində işə cəlb etmişdir.
14. Birinci instansiya məhkəməsi 04 iyun 2020-ci il tarixli qərardadla İ.Əfəndiyev küçəsi, 11 ünvanında yerləşən 0,04 ha torpağın bir sotunun qiymətinin müəyyən edilməsi üçün mütəxəssis rəyiniun alınmasını qərara almışdır. 15. “Əmlakın Qiymətləndirilməsi MMC-nin 17 iyun 2020-ci il tarixli rəyinə əsasən ünvan 6 ünvanında yerləşən 0.04 ha torpaq sahəsinin 17.06.2020-ci il tarixə real bazar dəyəri 8,000 manat, 1 sotunun orta bazar qiyməti 2,000 manat təşkil edir.
16. Mübahisəli torpaq sahəsinə məhkəmə tərəfindən keçirilmiş yerli baxış zamanı müəyyən edilmişdir ki, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsindən həmin küçədə yerləşən 11 nömrəli evə əsas giriş var, torpaq sahəsinin arxa hissəsində isə başqa küçəyə qapı mövcuddur.
17. Mütəxəssis rəyini vermiş Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin Mingəçevir Layihə-Tədqiqat İdarəsinin mühəndisi Silyan Abbasov məhkəmə iclasında bildirib ki, qeyd edilən torpaq sahəsində ölçü işləri aparmış dır. İki hissəyə bölünəcəyi təqdirdə 46 m2 metr hissə yaşayış evinin altına düşdüyündən bir tərəfə o qədər əskik torpaq sahəsi düşür.
18. Yevlax Rayon Məhkəməsinin 04 sentyabr 2020-ci il tarixli 2(039)-17/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin həmin küçədən əsas giriş hissəsindən, qətnaməyə əlavə edilmiş bölgü planına uyğun olaraq, eni 14,48 metr, uzunluğu, yaşayış evinin son nöqtəsinə olan, planda qeyd edilmiş 8,10 və 8,20 metr, cəmi 16,30 metr, ümumi sahəsi 236 m2 naturada ayrılaraq Cavabdeh1 2/3 və Cavabdeh2 1/3 hissədə paylı mülkiyyətinə verilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada torpaq sahəsinin 36 m2 sahəsinin əvəzi olaraq 720 (yeddi yüz iyirmi) manat kompensasiya tutularaq İddiaçı ödənilməsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsinin yuxarıda qeyd edilən sahədən artıq qalan 164 m2 sahəsinin naturada ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, qalan hissədə iddianın təmin edilməməsi, mütəxəssis rəyinin verilməsi üçün xərcin-60 (altmış) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz ) manatın cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir. (hakim Toğrul Əliyev)
19. Məhkəmə toplanmış sübutlar əsasında müəyyən etmişdir ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh1, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh2, 2/6 hissə də isə Cavabdeh1 məxsusdur. Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsindən həmin küçədə yerləşən 11 nömrəli evə əsas giriş var, torpaq sahəsinin arxa hissəsində isə başqa küçəyə qapı mövcuddur.
20. Ekspert tərəfindən aparılmış tədqiqat nəticəsində, habelə torpaq sahəsinin planından müəyyən olunur ki, sənəd üzrə torpaq sahəsi 0,04 ha, faktiki isə 0,0445 ha təşkil edir ki, bölgü sənəddə qeyd edilən ölçülər üzrə aparılmalı dır.
21. Məhkəmə qeyd etmişdir ki, Yevlax şəhəri, İlyas Əfəndiyev küçəsi tərəfdən torpaq sahəsinə giriş hissəsində Cavabdeh1 məxsus yaşayış evinin daha çox hissəsi yerləşməsi nəzərə alınmalı və həmin hissə cavabdehlərə verilməlidir. Bu zaman bu hissəyə giriş hissəsinin eni 14,48 metr, uzunluğu, yaşayış evinin son nöqtəsinə olan, planda qeyd edilmiş 8,10 və 8,20 metr, cəmi 16,30 metr, ümumi sahəsi 236 m2 daxil olur ki, cavabdehlərə paylarından 36 m2 artıq torpaq düşür.
22. Məhkəmə hesab etmişdir ki, cavabdehlərə artıq qalan sahənin dəyəri, iş üzrə tərəflər bu barədə başqa mötəbər sübut təqdim etmədiyindən hazırkı iş üzrə əldə edilmiş mütəxəssis rəyində qeyd edilən qiymətə mütənasib hesablanmaqla 720 manat (100 m2 dəyəri 2,000 manat olduqda 1 m2 20 manat hesabı ilə) cavabdehlərdən müştərək q adada iddiaçının xeyrinə tutulmalı, iddiaçıya torpaq sahəsinin qalan 164 m2 hissəsi aid edilməli və torpaq sahəsinin 36 m2 hissəsinə iddiaçının mülkiyyət hüququna xitam verilməlidir.
23. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 213.2.1, 220.1-220.6, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
24. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş ediblər.
25. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmə tələbdən kənara çıxıb, iddiaçı bölünə bilinməyən hissəyə görə komepnsasiya istəməsə də, məhkəmə 720 manat kompensasiya tutulmasını qət edib; - rəydə torpağın texniki cəhətdən bölünməsinin mümkün olmaması qeyd edilksə də, məhkəmə torpağı bölüb.
26. Şəki Ape llyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2193/2020 nömrəli, 25 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Əəddin Məcidov (sədrlik edən və məruzəçi), Mahir Əsədli, Ayaz Mahmudov)
27. Apellyasiya instansiyası məhkəməsi birinci instаnsiyа məhkəməsinin gəldiyi nəticə və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşaraq, cavabdehlərin apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edib ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməli olduğundan cavabdehlər də göstərdiklərini təsdiq edən sübutları məhkəmə kollegiyasına təqdim etməli olduqları halda bunu etmədiklərindən, eyni zamanda iddiaçı iddia tələbinin qanuni əsası kimi istinad etdiyi sübutları bi rinci instansiya məhkəməsinə təqdim etdiklərindən cavabdehlərin göstərdikləri əsaslı hesab edilə bilməz.
28. Apellyasiyanın mövqeyinə görə birinci instansiya məhkəməsi mübahisəni həll etmək üçün kifayət qədər araşdırma apararaq mübahisəli torpaq sahəsinin qanuni əsaslarla bölünməsinin mümkün olan optimal qaydada həllinə nail olduğundan, onun digər şəxslərə – cavabdehlərə aid olacaq torpaq sahəsinin ölçülərini müəyyən etməsi, həmçinin ayrıla bilməyən torpaq sahəsinin əvəzində iddiaçıya cavabdehlər tərəfindən pulun ödənilməsini qət etməsi Azərbаycаn Respublikаsının Mülki Prosessuаl Məcəlləsinin yuxarıda göstərilən maddəsinin tələbləri baxımından yolveriləndir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, a) Kassasiya şikayətinin dəlilləri
29. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 (Vəkil) ka ssasiya şikayəti verərək, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, işin yenidən baxılması üçün apelyasiya məhkəməsinə göndərilməsini xahiş etmişlər.
30. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılıb, şikayətdə apelyasiya instansiyası tərəfindən maddi və prosessual hüquq normalarının pozuntusuna istinad edilib. b) Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı və etirazın dəlilləri 31.Kassasiya şikayətinə qarşı tərəfin yazılı etirazı daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
32. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili Barxudarov Zaur Saməddin oğlu kassasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini xahiş etdilər.
33. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cava bdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə əsasən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümum i əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifad ə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya i nstansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
34. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir
35. Hazırkı kassasiya şikayətində cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
36. Məhkəmə kollegiyası apellyasiya məhkəməsinin torpaq sahəsinin tərəflər arasında naturada bölünməsi qaydasını işin müəyyən edilmiş hallarına və tətbiq edilən qanunvericilik normalarına uyğun hesab edir.
37. İşdən görünür ki, iddia tələbi paylı mülkiyyətdə olan torpaq sahəsinin naturada bölünməsi barədədir.
38. İşin müəyyən edilən halları da odur ki, 12.04.2017-ci il tarixli, RX Seriyalı ******* №-li Çıxarışa əsasən ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evi tam olaraq Cavabdeh1, 0,04 ha həyətyanı torpaq sahəsi isə 3/6 hissədə İddiaçı, 1/6 hissədə Cavabdeh2, 2/6 hissə də isə Cavabdeh1 məxsusdur. Tərəflərin ümumi birgə mülkiyyətlərində olan 0.04 ha həyətyanı torpaq sahəsinin, həmin torpaq sahəsinin yerləşən yaşayış evindən kənarda real bölünməsi mümkün deyildir. İki hissəyə bölünəcəyi təqdirdə 46 m2 metr hissə yaşayış evinin altına düşdüyünd ən bir tərəfə o qədər əskik torpaq sahəsi düşür. Yaşayış evindən kənarda torpağın real ayrılması mümkün olmadığı təqdirdə bölgü zamanı həmin ünvanda yerləşən yaşayış evinin 1-ci variantında bir tərəfindən 83 kv.m., 2-ci variantında digər tərəfdən 36 kv.m. sahə ayrılacaq torpaq sahəsinin 3/6 hissəsinə düşdüyü müəyyən olunur.
39. Göründüyü kimi işin müəyyən edilmiş halları, yəni iddiaçının paylı mülkiyyətində olan torpaq sahəsinin naturada bölgüsü zamanı iddiaçıya 164 m2 sahə düşür ki, birinci instansiya məhkəməsi də mübahisəni məhz qeyd edilən formada həll etmiş və apellyasiya məhkəməsi də həmin hissədə qətnaməni dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir.
40. İş üzrə ekspert rəyi də Mülki Prosessual Məcəllənini 88 və 103.1-ci maddələrinə uyğun düzgün qiymətləndirilmişdir.
41. Bu baxımdan, torpaq sahəsinin naturada bölünməsinin düz olmaması barədə kassasiya şikayətinin dəlilləri əsassızdır.
42. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada torpaq sahəsinin 36 m2 sahəsinin əvəzi olaraq 720 (yeddi yüz iyirmi) manat kompensasiyanın tutularaq İddiaçı ödənilməsini qət edərkən iddia tələbindən kənara çıxmışdır.
43. Belə ki, iddia ərizəsində iddiaçının belə bir tələbi olmadığı halda, birinci instansiya məhkəməsi iddia tələbindən kənara çıxaraq, olmayan tələb üzrə də qətnamə çıxarmışdır.
44. Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çı xa bilər.
45. Mülki-prosessual qanunvericilik bir qayda olaraq işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarılmasını müəyyən edir və bu qaydadan kənara çıxma da yalnız qanunda göstərilən müstəsna hallarda mümkündür. Hazırki halda da iddiadan kənara çıxmaq üçün qanunda göstərilən müstəsna hal olmamışdır.
46. Cavabdehlər apellyasiya şikayətində qeyd edilən hala diqqəti yönəldib, şikayətlərində birinci instansiya məhkəməsinin iddia tələbindən kənara çıxmaqla onlardan 720 manat kompensasiya tutulmasını qanunsuz saysalar da, apellyasiya məhkəməsi də eyni səhvi təkrarlayaraq, bunu MPM-in tələblərinə cavab verməsi kimi qiymətləndirmişdir. Halbuki məhz MPM-in tələbinə görə məhkəmə bir qayda olaraq verilmiş tələb üzrə qətnamə çıxarmalıdır.
47. Məhkəmə kollegiyası şərh olunanlara ə sasən belə nəticəyə gəlir ki, apellyasiya məhkəməsi iddia ərizəsində göstərilməyən tələb üzrə qətnamə çıxarmaqla prosessual hüquq normalarını pozmuşdur.
48. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, cavabdehlərin kassasiya şikayəti qismən təmin edilməli, apellyasiya məhkəməsinin qətnaməsi cavabdehlər tərəfindən iddiaçıya 720 manat kompensasiya ödənilməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsinin dəyişidirlmədən saxlanması) ləğv edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 noyabr 2020 il tarixli 2(107)2193/2020 nömrəli qətnaməsi cavabdehlər tərəfindən iddiaçıya 720 manat kompensasiya ödənilməsi hissəsində (həmin hissədə birinci instansiya məhkəməsini qətnaməsinin dəyişidirlmədən saxlanması) ləğv edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.