Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2700/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı qarşılıqlı iddia ərizələri ilə bağlı iş üzrə QƏRARİ (Açar sözlər: mənəvi zərərin tutulması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və X15 ibarət tərkibdə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair ilkin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin İddiaçı qarşı mənəvi zərərin ödənidlməsi tələbinə dair q arşılıqlı iddia ərizələri ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-1452/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayətinə 28 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. İddiaçı xx.xx.2018-ci il tarixdən "xxxx" MMC-də İnsan Resursları və İnzibati İşlər koordinatoru vəzifəsinə qəbul edilmiş, daha sonra xx.xx.2019-cu ildə o, İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri vəzifəsinə təyin edilmişdir.
2. İR və İnzibati işlər üzrə departamentin rəhbəri İddiaçı öz vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin di rektoru tərəfindən təsdiqlənmiş İnfrastruktur üzrə departamentin rəhbəri - Aleksey Reşetnikov, Layihə İdarəedilməsi üzrə departamentin rəhbəri - X25, Maliyyə departamentinin rəhbəri - Hacıyeva llhamə Əşrəf qızının iştirakı ilə xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir. Həmin akta əsasən şirkətdə «Ernst & Yanq Holdinqs (SİAyEs) Bİ.Vi.» tərəfindən keçirilən audit zamanı aşağıdakı nöqsanlar müəyyən olmuşdur:
1. İşçilərin işə qəbul zamanı rəsmiləşdirilməsində nöqsanlar: a) Əmək müqavilərinin və əmək müqavilələrinə razılaşmaların hazırlanması, (öncə hazırlanan bir neçə müqavilələr imzasızdır və müqavilələrdə işə götürən səhv olaraq "xxxx" MMC qeyd olunmuşdu), b) İşə qəbul təkliflərinin olmaması, c) İşə qəbul əmrlərinin və işçilərin ərizələrinin olmaması, d) İşçilərin vəzifə təlimatlarının olmaması,
2. İşçilərin İşdən azad olduğu zaman rəsmiləşdlrilməsində nöqsanlar: a) İşdən azad olma əmrlərinin olmaması, b) İşçinin ərizəsinin olmaması, c) İşdən azad olunan əməkdaşın Qeyd Vərəqəsi,
3. İşçilərin məzuniyyətə çıxmasının rəsmiləşdirilməsində nöqsanlar: a) İşçilərin növbəti məzuniyyətə çıxması haqqında Dekabr ayı üzrə əmrlərinin olmaması, b) İşçilərin növbəti məzuniyyətə çıxması haqqında əmrlərə əsas olaraq, işçilərin ərizələrinin olmaması, c) Cəmiyyətin təsdiq olunmuş məzuniyyət planının olmaması, d) İstifadə olunmamış məzuniyyət günlərinin uçotunun aparılmaması və buna uyğun hər hansı bir cədvəlin hazırlanması,
4. Cəmiyyətin Ezamiyyə prosedurunun hazırlanmaması,
5. Cəmiyyətin Təlim Planının və prosedurlarının hazırlanmaması,
6. Cəmiyyətin aylıq işə davamiyyət cədvəlinin hazırl anmaması.
3. Audit yoxlamasının keçirilməsində iştirak etməsi üçün İddiaçı xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixlərdə qeydiyyatda olduğu və faktiki yaşadığı ünvana məktub və teleqram göndərilmiş, "xxxx" MMC-nin ofisinə gəlib iştirak etməsi xahiş edilmişdir.
4. İddiaçı fəaliyyətinə aid "xxxx" MMC tərəfindən audit yoxlaması keçirilmiş və yoxlamanın nəticələri barədə xx.xx.2020-ci il tarixli Auditor hesabatı tərtib edilmişdir. Həmin hesabata qeyd edilmişdir ki, 7 nəfər işçilərin şəxsi işlərində işə qəbul olunmaları haqqında əmək müqavilələri və vəzifə təlimatları qoyulmamışdır. "xxxx" MMC-nin daxili komissiyasının 14 may 2020 ci il tarixli aktında qeyd olunmuşdur ki, İR və inzibati işlər üzrə departamentin rəhbəri İddiaçı vəzifə borcunu layiqincə yerinə yetirməmiş belə ki, qeyd olunan 7 nəfərə dair işçilərin şəxsi heyətinin şəxsi işlərində ciddi nöqsanlara yol verilmişdir. Belə ki, işçilərin işə qəbul olunmaları haqqında işçilərə təkliflər, işçilərin ərizələri, işçilərin əmrləri, işçilərin əmək müqavilələri və vəzifə təlimatları yazılmamışdır. Qeyd olunan çatışmazlıqlarla bağlı İlhamə Hacıyevadan, Səbinə Sərdarovadan, Emil Həsənovdan və Aygün Cəfərlidən izahatlar alınmış və onlar izahatlarında müqavilələr, vəzifə təlimatlarının yazılmadığı üçün onlar imza etmədiklərini bildirmişlər. Əmək Məcəlləsinin 87 maddəsinin 2 bəndinə əsasən işə qəbul edilmiş işçilərə 5 işgünü müddətinə əmək kitabçalarına qeydiyyatlar aparılması nəzərdə tutulduğu halda, həmin Məcəllənin tələbinə əməl edilməmişdir. Belə ki, əmək kitabçalarında işə qəbul olunmalarına dair qeydiyyatlar aparılmamışdır. "xxxx" MMC-də xx.xx.2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentin direktoru vəzifəsində işləyən X18, 01 noyabr 2018-ci il tarixdən Layihələrin İdarəedilməsi Departamentin direktoru vəzifəsində işləyən X4, xx.xx.2018-ci il tarixdən aparıcı mühasib və maliyyə analitik vəzifəsində işləyən X5, xx.xx.2018 ci il tarixdən xadimə vəzifəsində işləyən X8, Sürücü 01.Xİ.2018-ci il tarixdən Zakir Məmmədovun, xx.xx.2019cu il tarixdən sürücü vəzifəsində işləyən İlham Əliyevin, xx.xx.2019-cu il tarixdən inzibatçı vəzifəsində işləyən Səbinə Sərdarovanın işə girmələri barəsində onların əmək kitabçalarında qeydiyyatlar aparılmamışdır. İşdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrlərin olmaması, işçilərin aylıq işə davamiyyət cədvəlinin hazırlanmaması və digər nöqsanlar müəyy ən olunmuşdur. 5. xx.xx.2020-ci il tarixli Auditor hesabatına əsasən iddiaçıya Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xx.xx.2020-ci il tarixli əmr ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir. 6. 21 oktyabr 2020-ci il tarixində «Sizin fəaliyyətiniz auditor tərəfindən araşdırılmış və fəaliyyətiniz zamanı bir sıra nöqsanlar aşkar edilmişdir. Xahiş edirik 30 Noyabr 2020-ci il tarixində "xxxx" MMC-nin ofisinə gəlib tərtib edilmiş akta əsasən verilmiş ƏMR ilə tanış olasınız» mətnində İddiaçı Elektron ünvan vasitəsi ilə 30 Noyabr 2020-ci il tarixində bildiriş göndərilməsi, İddiaçı "xxxx" MMC-nin ofisinə gəlib audit aktına və həmçinin qeyd olunan akta əsasən verilmiş əmrə münasibət bildirməməsi barədə "xxxx" MMC-nin direktoru Şərif Şıxlinskiy, Layihə İdarəedi lməsi üzrə departamentin rəhbəri - X25 və Maliyyə və inzibati işlər üzrə departamentin rəhbəri - Hacıyevə llhamə Əşrəf qızı tərəfindən xx.xx.2020-ci il tarixli akt tərtib edilmişdir.
7. İddiaçı tərəfindən "xxxx" MMC-nin direktoruna "xxxx" MMC tərəfindən "xxxx" MMC-də hər hansı auditin keçirilib-keçirilməməsi, oktyabr ayı 2020-ci il tarixli Audit hesabatının mövcud olub-olmaması, əgər belə bir audit keçirilmişsə həmin audit zamanı şirkət tərəfindən əmək fəaliyyəti barədə hər hansı nöqsanın aşkar olunub-olunmaması, audit zamanı belə nöqsanlar müəyyən edilmişsə onların əks olunduğu audit hesabatının təqdim edilməsi barədə sorğu verilmişdir.
8. İddiaçı tərəfindən «ERNST & YANQ HOLDİNQS (SİAYES) Bİ.Vİ.» Şirkətinin Azərbaycan Respublikasındakı filialının rəhbərinə «Ernst and Yanq Holdinqs (SiAyE s) Bi.Vi.» tərəfindən "xxxx" MMC-də 14 may 2020-ci il tarixdə hər hansı auditin keçirilibkeçirilməməsi, əgər belə bir audit keçirilmişsə həmin audit zamanı şirkət tərəfindən əmək fəaliyyəti barədə hər hansı nöqsanın aşkar olunubolunmaması, audit zamanı belə nöqsanlar müəyyən edilmişsə onların əks olunduğu audit rəyinin təqdim edilməsi barədə sorğu verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" MMC tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2020-ci il tarixli, 15-K/2020 saylı əmrin ləğv edilməsi və ona dəymiş mənəvi zərərin əvəzi olaraq 10000 manat pul vəsaitinin cavabdeh "xxxx" MMC-dən alı naraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 01 oktyabr 2018-ci ildən "xxxx" MMC-nin İnsan Resursları və İnzibati işlər üzrə departament rəhbəri vəzifəsində çalışır. 30 noyabr 2020-ci il tarixli əmr əsassızdır. Belə ki, əmrdə göstərilən bəzi işçilərlə əmək müqaviləsinin bağlanılması "xxxx" MMC ilə onun arasında əmək müqaviləsinin bağlanılmasından əvvəlki vaxta təsadüf edir. Əmrdə qeyd edilən işçi İlhamə Hacıyeva 27 sentyabr 2018-ci il tarixində, Zakir Məmmədov 13 avqust 2018-ci ildə işə daxil olmuş və sonuncu ilə əmək müqaviləsi bağlanılmışdır. Onunla bağlanılmış əmək müqaviləsinin tarixi isə 01 oktyabr 2018-ci ildir. Əmrdə göstərilən digər işçi Səbinə Sərdarova isə işə daxil olma tarixi yəni 01 may 2019-cu il tarixi onun analıq məzuniyyətində olma tarixinə uyğundur. X2 və X19 2019-cu il tarixində işdən azad ediliblər. Onlara məxsus əmək kitabçaları necə əldə edilib ki, əmrdə onların adları qeyd olunub. Bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi departament rəhbəri tərəfindən deyil, mütəxəssis tərəfindən icra edilməlidir. Əmrdə telefonların geri alınması ilə bağlı müddəalar yer alsa da, burada telefonların geri alınması deyil, nömrələrin «Nar Mobile» abunəçisinə yönləndirilməsi məsələsi yer almalıdır. Eyni zamanda, nömrələrin yönləndirilməsi zamanı hər hansı aktlaşmadan söhbət gedə bilməz. Yəni, nömrələrin yönləndirilməsi zamanı akt tərtib olunmur. 15 yanvar 2019-cu il tarixində əmək müqaviləsinə xitam verilmiş X7 əmək kitabçasının surətindən də görünür ki, əmək kitabçasında s onuncunun əmək münasibətlərinə daxil olması yəni, işə daxil olması barədə qeydlər mövcuddur. Lakin əmrdə X7 işə daxil olması barədə əmək kitabçasında qeydlərin olmaması barədə iradlar yer almışdır. Əmrin ləğvi üçün əsas hesab edilən audit hesabatının heç bir nüsxəsi ona təqdim edilməmişdir. Bu barədə audit keçirilən "xxxx" MMC-yə və "xxxx" MMC-yə müraciət etsə də, ona audit hesabatı təqdim edilməmişdir. Şiddətli töhmət onun xəbəri olmadan verilib, faktiki olaraq o, 03 aprel 2020-ci il tarixindən işdən kənarlaşdırılmışdır. Audit yoxlaması aparılarkən ondan yazılı izahat alınmayıb. Audit hesabatı üzrə məlumatların toplanması tamamilə qanunsuz formada icra olunmuşdur. Belə ki, İnsan resursları barədə sənədlər onunla heç bir təhvil-təslim olunmadan iş otağından qərəzli və gizli formada götürül müşdür. Halbuki, həmin sənədlərin konfidensiallığı və sənədlərin qorunub saxlanılması birbaşa onun məsuliyyəti üzərində olan bir məsələdir. Həmin sənədlərdə ola biləcək çatışmazlıqlar onun bir rəhbər kimi nüfuzuna zərər vura biləcək məsələlərdən hesab edilir. Audit nümayəndəsindən qərəzli məqsədli şəkildə onun şəxsi nömrəsi gizlədilib və məlumat verilib ki, onun harda olduğundan xəbərləri yoxdu. Auditorun çağırışına baxmayaraq məlumatlar məqsədli şəkildə gizlədilib. Mübahisəli əmr rəhbərlik tərəfindən birbaşa onu işdən kənarlaşdırmağa yönəlik bir hərəkətdir. Belə ki, 2020-ci il mart ayında ölkədə tətbiq olunmuş karantin rejimi ilə əlaqədar olaraq, işçilərin böyük əksəriyyətinin evdən işləməyə məcbur olması hamıya məlumdur. Ona bu barədə rəhbərlik tərəfindən məlumat verilərkən, eyni zamanda yeni iş tapmağının da zəruri olması qeyd edilmişdir. Həmin vaxtdan etibarən ona qarşı iş yerində təhdidlər başlamış və sonunda barəsində intizam məsuliyyətinə cəlb olunma barədə əmr çıxarılmışdır. Əmrin çıxarılması barədə audit hesabatının aparılması birbaşa onun işdən çıxarılmağına hazırlanmış prosessual hərəkətlər hesab edilir. Belə ki, "xxxx" MMC böyük nizamnamə kapitalına və şəxsi heyətə malik bir şirkətdir. Audit hesabatının məhz onun üçün keçirilməsi rəhbərlik heyətinin ona qarşı qərəzli hərəkətlərinin davamı hesab edilməlidir. Bundan öncə, 2019-cu ilin may ayında birinci audit yoxlaması keçirilmişdir. 14 may 2019- cu il tarixli gizli şəkildə xəbəri olmadan akt tərtib edilmişdir. "xxxx" MMC-nin rəhbərliyi ona qarşı qərəzli şəkildə və həmin aktdan istifadə etməklə, müxtəlif üsullarla onu işdən uzaqlaşdırmağa çalışmışdır. 22 may 2020-ci il tarixdə "xxxx" MMC-nin Qrup üzrə İnsan resurları və inzibati işlər üzrə direktoru Aytən Abbaslı və insan resursları üzrə meneceri Elvira Alışeva onu görüşə dəvət etmişlər və ərizəsinə əlavə etdiyi saxta aktı təqdim edərək ona 3 aylıq əmək haqqını alıb özünə başqa bir iş tapıb könüllü getməyini, onunla işləmək fikirlərinin olmadığını bildirmişlər. O işdən çıxmaq istəmədiyini bildirmişdir və bunun əvəzinə analıq məzuniyyətinə çıxa biləcəyi ilə bağlı təklifini etmişdir. Lakin həmin xanımlar onu inandırmaq istəmişlər ki, pul stajdan lazımlıdır. Onların təklifini qəbul etməyib şirkətdə qalmaq istəyirsə vəzifə və maaşının aşağı salınacağını bildirmişlər. Əmrdə qeyd edilən xüsusatlar onun intizam məsuliyyətinə cəlb olunmağı ilə nəticələnə b ilməz. Çünki, həmin xüsusatlar əmək qanunvericiliyin və müəssisədaxili nizam-intizam qaydalarının pozuntusu hesab edilmir. Daxili sənədləşmənin aparılmaması, əmək kitabçalarında müvafiq qeydlərin olmaması müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməmişdir. Bu xüsusdan onun intizam məsuliyyətinə cəlb olunmağı və şiddətli töhmət ilə cəzalandırılmağı ədalətsiz bir qərardır. Əmrdə qeyd olunan işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq işə davamiyyət cədvəli, işçilərin məzuniyyət cədvəlinin hazırlanmaması kimi nöqsanlar tam qanunsuzdur. Çünki, işçi işdən azad olunarkən onun ərizəsi alınmamış heç bir işçini işdən azad etmək mümkün deyildir. Eyni zamanda, əmrin rəhbərlik tərəfindən imzalanması zamanı işçinin işdən çıxma bar ədə ərizəsi əmrin arxasına tikilərək, rəhbərliyə təqdim olunur, imzalandıqdan sonra işdən ayrılan işçiyə təqdim olunur. İşçi işdən azad edilərkən, Maliyyə şöbəsi onun haqqında bütün məlumatları toplayaraq işçiyə son haqq-hesab verir. Sual yaranır ki, maliyyə rəhbəri İlhamə Hacıyeva şəxsində 2 il ərzində sənədlər qaydasında olmayan işçilərin əmək haqqını, məzuniyyət pulunu və digər xərcləri necə həyata keçirirdi? İşçilərin aylıq davamiyyət cədvəli və işçilərin məzuniyyət cədvəli isə müntəzəm formada hazırlanır. Audit hesabatının aparılmasından öncə onun otağından sənədlərin götürülməsi, təhviltəslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin mövcud olmaması anlamına gəlməməlidir. Bu isə o deməkdir ki, əmrdə göstərilən onun tərəfindən edilən çatışmazlıqlar ədalətsiz və qanunsuz olaraq, ona hesablanmış hərəkətlərdir. Barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə əmrin onun konstitusion hüququnun pozulması yəni, dini ayrı-seçkiliyə məruz qalmağı ilə də nəticələnmişdir. Belə ki, xristian dininə qulluq etdiyi üçün rəhbərlik tərəfindən dəfələrlə təhdidlərə məruz qalmışdır. İnsan resursları sahəsində qazanılmış təcrübə və bacarıqları onun Şirkətə böyük töhfələr verməyinə səbəb olmuşdur. Çünki, rus və ingilis dillərini əla səviyyədə bilməyi sayəsində insan resursları sahəsinə beynəlxalq sertifikatlarla mükafatlandırılmışdır. 2020-ci ilin 3 aprel tarixindən faktiki olaraq işdən kənarlaşdırılmışdır. Əmək qanunvericiliyinə əsasən işçinin işdən kənar edilməsi hər bir konkret halda müvafiq sübutlar (həkim rəyi, işçilərin izahatları, arayışlar və digər rəsmi sənədlər) topl anılaraq sənədləşdirilməlidir. Lakin hər hansı sənədləşmə və sübutlar təqdim edilmədən o, işdən kənarlaşdırılmışdır. İşdən kənarlaşdınldıqdan sonra onun intizam məsuliyyətinə cəlb edilməyi artıq barəsində çıxarılmış əmrin qanunsuz qəbul edilməsinə zəmin yaradır. Bundan əlavə, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işdən kənar edilən vaxt ərzində işçiyə əmək haqqı verilmir. Üzrlü səbəbdən icbari ilkin və ya vaxtaşırı tibbi müayinədən keçməyən işçilər işdən kənarlaşdırıldıqda, onlara işdən kənar edildiyi vaxt ərzində boşdayanma qaydasında əmək haqqı ödənilir. Lakin o, indiyə qədər əmək haqqı alır. Göründüyü kimi, rəhbərliyin ona qarşı qərəzli münasibəti yəni işdən kənarlaşdıraraq, onu əmək haqqı ilə təmin etməsi özlüyündə təzadlı bir məsələdir. Dilemma qarşısında qalmış bir rəhbərin edə biləcəyi prosessual hərəkətlər kimi görünür. "xxxx" MMC-dən öncə işlədiyi Cavabdeh MMC-də 4 il iş təcrübəsinin olması və iş müddətində hər hansı intizam tənbehinə məruz qalmamağı onun işçi kimi yüksək keyfiyyətlərinin olması anlamına gəlir. İşin faktiki hallarından göründüyü kimi, barəsində çıxarılmış şiddətli töhmətin elan edilməsi barədə 30 noyabr 2020-ci il tarixli, 15- K/2020 saylı əmr ləğv olunmalıdır. Belə ki, əmrin çıxarılması 30 noyabr 2020-ci il tarixə təsadüf etsə də, əmrdə göstərilən nöqsan və iradlar təxminən 1 il yarım əvvələ təsadüf edir. İrad və ya nöqsan kimi göstərilən hərəkətlərin son edilmə tarixi xx.xx.2019-cu il tarixinə aiddir. Bu isə o deməkdir ki, həmin iradlar və nöqsanlar vaxtında bildirilmədiyi üçün və eyni zamanda ondan hər hansı yazılı i ltizam alınmadığı üçün onun barəsində intizam məsuliyyəti tətbiq edilə bilməz. Yuxarıda göstərilən faktiki əsaslardan göründüyü kimi, onun əmrdə göstərilən hərəkətləri etməyi (halbuki edilməmişdir) işəgötürənin qanunla qorunan mənafelərinə hər hansı ziyan vurmamışdır. Bu xüsusatda onun barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə əmrin qəbul edilməsi qanunsuz və ədalətsiz olduğu üçün ləğv edilməlidir. Əmək vəzifələrini heç vaxt kobud şəkildə pozmamışdır. Mənəvi zərərə görə kompensasiyanın verilməsi təmin olunmalıdır. Ölkə ərazisində karantin rejiminin tətbiq edildiyi müddətdən bəri, yəni işçilərin evdən işləməyə məcbur olduqları müddətdən etibarən, dəqiq deyilsə, 3 aprel 2020-ci il tarixindən o, mənəvi təzyiqlərə məruz qalır. Belə ki, elə həmin vaxtda rəhbərlik onun yeni i ş tapmağının zəruri olduğunu bildirmiş və yaxın vaxtlarda işdən çıxma barədə ərizə yazmalı olduğunu onun nəzərinə çatdırmışlar. Həmin vaxtlarda evdən işləmək üçün yaradılmış sistemə girişi məhdudlaşdırılmışdır, ona verilmiş korporativ mobil nömrə bağlatdırılmışdır və o, işdən faktiki olaraq kənarlaşdırılmışdır. İşdən kənarlaşdırılmağına baxmayaraq, yeni işçilərin qəbul edilməsi proseduru aparılır. Yəni, onun əmək funksiyaları başqası tərəfindən icra edilir. Bu isə onun mənəvi zərər almağı ilə nəticələnir. Belə ki, iş mühitinə uyğunlaşmağı və daima fəaliyyətlə məşğul olduğu üçün onun işdən kənarda qalmağı nəticəsində stress və mənəvi sarsıntılar keçirməyinə səbəb olmuşdur. İşin faktiki hallarından və iş üzrə toplanmış sübutlardan göründüyü kimi, cavabdeh təşkilat, onu qanunsuz və əsassız olaraq cəzalandırmışdır. Hazırda himayəsində iki azyaşlı uşaq vardır və üçüncü uşağa hamilədir. Belə həssas vaxtında ona qarşı edilən qərəzli hərəkətlər onun mənəvi zərər almağı ilə nəticələnmişdir. Barəsində çıxarılmış intizam məsuliyyətinə cəlb olunma barədə 30 noyabr 2020-ci il tarixli, 15-K/2020 saylı əmr ləğv olunmalı, ona dəymiş mənəvi zərər olaraq, 10000 (on min) manat məbləğində pul vəsaiti cavabdeh "xxxx" MMC-dən alınaraq ona ödənilməlidir. 11. "xxxx" MMC İddiaçı qarşı «mənəvi zərərin tutulması» tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, cavabdeh İddiaçı "xxxx" MMC-yə onun işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi olaraq 50000 manat pul vəsaitinin tutulması barədə qətnamə qəbul edilməsini xahi ş etmişdir.
12. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehin iddia ərizəsinin birinci bəndində göstərdiyinə görə bəzi nöqsanlar onun tərəfindən edilə bilməzdi. Bunu işçilərlə bağlanmış əmək müqavilələrin onunla bağlanmış 01 oktyabr 2018-ci ildən əvvələ təsadüf etdiyi ilə əsaslandırmağa çalışmışdır, lakin o, nəzərə almamışdır ki, ondan əvvəl işlər görülməmişdirsə, bu onu təyin edildiyi vaxtdan sonra həmin işlərin görülməsindən azad etmir, əksinə həmin işlərin təmin edilməsini tələb edir. Cavabdeh iddia ərizəsinin üçüncü bəndində göstərmişdir ki, bəzi qeyd olunan işçilərin əmək münasibətlərinin rəsmiləşdirilməsi departament rəhbəri tərəfindən deyil, mütəxəssis tərəfindən icra edilməlidir. Cavabdehin bu dəlilləri də əsassızdır. Belə ki, bəzi qeyd olunan işçilərin əmək müna sibətlərinin rəsmiləşdirilməsinin mütəxəssis tərəfindən özbaşına icra edilməsi mümkün deyil, çünki bununla bağlı göstərişi məhz departament rəhbəri verməli, həmin işlərin həyata keçirilməsinə də nəzarət məhz departament direktorunun vəzifəsidir, insan resursları ilə bağlı görülən bütün işlərin görülməsinə görə departament rəhbəri məsuliyyət daşıyır. Cavabdeh iddia ərizəsinin dördüncü bəndində göstərmişdir ki, əmrdə telefonların geri alınması ilə bağlı müddəalar yer alsa da, nömrələrin yönləndirilməsi zamanı akt tərtib olunmur. Cavabdehin bu dəlili onun mülahizəsi kimi qiymətləndirilməlidir. Cəmiyyət tərəfindən bununla bağlı akt tərtib olunmuş, bütün əməkdaşlar həmin aktı imzalamış, bircə cavabdeh imzalamamışdır. Bu hərəkətsizliyini əsaslandırmaq üçün bu dəlili irəli sürür, cavabdeh nəzərə almır ki, Cəmiyyət tərəfindən aktın tərtib edilməsi barədə qərar qəbul edilmişdirsə o icra olunmalı, müzakirə predmeti olmamalıdır, həmin aktın imzalanması isə qanun pozuntusu sayılmır, əksinə aktın imzalanmaması pozuntu hesab edilir. Cavabdeh iddia ərizəsinin altıncı bəndində göstərmişdir ki, audit yoxlaması aparılarkən ondan yazılı izahat alınmayıb. Lakin cavabdeh nəzərə almamışdır ki, audit keçirilərkən onun istifadə etdiyi telefona auditor tərəfindən zəng vurularaq Cəmiyyətə dəvət edilmiş, bununla yanaşı ona yazılı məktub da göndərilmiş və onun tərəfindən şəxsən qəbul edilmişdir, belə olan halda isə cavabdeh Cəmiyyətə gələrək audit yoxlamasında iştirak etməklə izahatını verə bilərdi, lakin bunu özü etməmişdir. Cavabdeh iddia ərizəsinin səkkizinci bəndində göstərmişdir ki, əmrin çıxarıl ması tamamilə qanunsuzdur, 2020-ci ilin mart ayından etibarən ona qarşı təhdidlər başlanmış və sonunda barəsində intizam məsuliyyətinə cəlb olunma barədə əmr çıxarılmışdır. Bu dəlil də tam əsassızdır, çünki belə təhdidlər olmuşdursa, intizam məsuliyyətinə cəlb olunma barədə əmr 8 (səkkiz) aydan sonra olmazdı. Cavabdeh iddia ərizəsinin onuncu bəndində göstərmişdir ki, daxili sənədləşmənin aparılmaması, əmək kitabçalarında müvafiq qeydlərin olmaması müəssisənin hər hansı maddi və mənəvi ziyana məruz qalması ilə nəticələnməmişdir. Bu xüsusatdan onun intizam məsuliyyətinə cəlb olunmağı və şiddətli töhmət ilə cəzalandırılması ədalətsiz bir qərardır. Cavabdehin bu mülahizələri də əmək qanunvericiliyinin tələblərinə ziddir. Belə ki, cavabdehin özünün qeyd etdiyi kimi müəssisənin hər hansı maddi v ə mənəvi ziyana məruz qalması ilə nəticələnməsi işçinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmasına əsas ola bilər, lakin ziyana məruz qalmaması işçinin intizam məsuliyyətinə cəlb edilməsini istisna etmir, əksinə labüd edir. Cavabdeh iddia ərizəsinin on birinci bəndində göstərmişdir ki, işdən azad olunan işçilərin ərizələri, şəxsi qeyd vərəqəsi, əmrləri, işçilərin aylıq davamiyyət cədvəli işçilərin məzuniyyət cədvəllərinin hazırlanması kimi nöqsanlar tam qanunsuzdur. Cavabdeh göstərilən işlərin görülməməsini əsaslandırmağa cəhd etmişdir. Lakin cavabdeh nəzərə almamışdır ki, sadalanan və görülməyən işlər məhz onun əmək funksiyalarına aiddir, əmək funksiyaların yerinə yetirilməməsi məhz işçinin İntizam məsuliyyətinə cəlb olunmasına əsas he sab olunur. Daha sonra, sual olunur, əgər cavabdeh sadalanan işlərin görülməməsini nöqsan kimi nəzərə almırsa, onda cavabdeh hansı işlərin görülməsinə məsul hesab edir? Cavabdeh iddia ərizəsinin on ikinci bəndində göstərmişdir ki, xristian dininə qulluq etdiyinə görə onu intizam məsuliyyətinə cəlb etmişlər. Cavabdehin bu dəlili onu şəxsi mülahizəsidir, heç bir dəlillərlə sübut olunmur, o, üzərinə düşən öhdəliklərin yerinə yetirilməməsini dini etiqadı ilə pərdələyir, bu isə yolverilməzdir. Əksinə cavabdehin özü Əmək Məcəlləsinin 10-cu maddəsinin a), b) və f) bəndləri ilə nəzərdə tutulmuş vəzifələrini kobud şəkildə pozmuşdur. Cavabdeh iddia ərizəsinin on üçüncü bəndində göstərmişdir ki, rus və ingilis dillərini əla səviyyədə bilməyi sahəsində insan resursları sahəsində beynəlxalq sertifikatl arla mükafatlandırılmışdır. Bu cavabdehi əmək funksiyalarını vicdanla yerinə yetirmək, əmək intizamına və müəssisədaxili intizam qaydalarına əməl etmək, əmək qanunvericiliyin tələblərininə əməl etmək vəzifələrindən azad etmir və onu intizam məsuliyyətində cəlb olunmasını istisna etmir. Cavabdehin iddia ərizəsinin on dördüncü bəndində göstərdiklərinin iddia tələbləri ilə heç bir əlaqəsi olmadığından ona heç bir münasibət bildirmirlər. Cavadbehin iddia ərizəsinin on beşinci bəndində göstərdikləri ilə bağlı bildirirlər ki, işçinin əvvəllər heç bir intizam məsuliyyətinə cəlb olunmaması, onun tərəfindən əmək funksiyalarının yerinə yetirilməməsi, əmək və icra intizamının pozulmasına yol verdiyi halda intizam məsuliyyətinə cəlb olunmasını istisna və qadağa etmir. Cavabdehin iddia ərizəsinin b) bə ndində (səhifə 5) göstərdikləri ilə bağlı bildirirlər ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə əsasən müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cavabdehin özünün göstərdiyi kimi, pozuntular bir il beş ay əvvəl olmuş, deməli intizam tənbehi ƏM-nin 187-ci maddəsinin 3-cü bəndinə əsasən qanuni hesab edilməlidir. Cavabdehin iddia ərizəsinin c) bəndində (səhifə 6) göstərdikləri ilə bağlı bildirirlər ki, cavabdeh intizam məsuliyyətinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinin tələblərinə əsasən cəlb olunmuşdur. Belə ki, həmin maddənin 1-ci bəndinə əsasən işəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə məzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər. Göründüyü kimi, Əmək Məcəlləsinin 186-cı maddəsi intizam məsuliyyətinə cəlb olunması üçün hər hansı bir ziyanın vurulmasını nəzərdə tutmur, yəni intizam tənbehi işəgötürənə ziyan vurulmadıqda belə tətbiq edilir. Cavabdehin iddia ərizəsinin d) bəndində (səhifə 6-7) göstərdikləri ilə bağlı bildirirlər ki, cavabdeh Əmək Məcəlləsinin 72-ci maddəsində göstərilənləri sadalamış, həmin bəndlərdən heç birinin ona aid olmamasını göstərmişdir, lakin o, nəzərə almamışdır ki, həmin hallar işçinin Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə işdən azad olunmasını tənzimləyir, göstərilən halda isə cavabdeh işdən azad olunmamış, ancaq intizam məsuliyyətinə cəlb olunmuşdur, deməli onların heç birinin cavabdehə aidiyyatı yoxdur. Cavabdehin iddia ərizəsinin e) bəndində (səhifə 7) göstərdikləri ilə bağlı bildirirlər ki, orada göstərilənlərinin cavabdehin iddia tələbləri ilə heç bir əlaqəsi yoxdur, yəni initizam məsuliyyətinə cəlb olunmasına görə cavabdehə mənəvi zərərə görə kompensasiyanın verilməsinin təmin olunması heç bir dəlil və sübutlar irəli sürülməmiş və əlavə olunmamışdır, sadəcə olaraq iddia ərizəsində cavabdeh pandemiya dövründə öz əmək funksiyalarının evdən yerinə yetirilməsi imkanının məhdudlaşdırılmasını, istifadəsində olan korporativ telefon nömrəsinin bağlanmasını, işdən faktiki olaraq kənarlaşdırılmasını, onun əmək funksiyasının başqası tərəfindən icra edilməsini onun mənəvi zərər almağı ilə nəticələnməsi qənaətinə gəlmişdir, bunların isə cavabdehin iddia tələblərinin predmeti ilə heç bir əlaqəsi yoxdur, buna görə də təmin oluna bilməz. Cavabdehin iddia ərizəsinin 8-ci səhifəsində mənəvi ziyanın tələb olunması ilə bağlı normativ hüquqi aktlara istinad etməsi ilə bağlı bildirirlər ki, cavabdeh mənəvi zərər almağını işləyə bilməməsi ilə əlaqələndirmişdir, halbuki, bu hallar onun iddia predmetini təşkil etmir. Qeyd edilənlərə əsasən İddiaçı Cəmiyyətə qarşı qaldırdığı iddia tələbləri əsassız olduğundan rədd edilməli və aşağıda göstərilənlərə əsasən Cəmiyyətin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzinin ödənil məsi tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməlidir. Belə ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, audit keçirilən zaman sənədlər onun otağından qərəzli və gizli formada götürülmüş, təhvil-təslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin olmaması anlamına gəlməməlidir, yəni bununla cavabdeh Cəmiyyəti saxtakarlıqda ittiham etmişdir, bu hal isə Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Beləliklə hesab edirlər ki, İddiaçı iddia ərizəsində irəli sürdüyü fikirlər, eləcə də X12, Azərbaycan Respublikası Prezident Administirasiyasına və Azərbaycan Respublikası Birinci VitsePrezidentin katibliyinə etdiyi əsassız şikayətlərdə irəli sürdüyü fikir və dəlillər, o cümlədən Cəmiyyəti saxtakarlıqda ittiham etməkdir və bu hal Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. İddiaçı qızının Cəm iyyət barəsində həqiqəti əks etdirməyən, Cəmiyyətin işgüzar nüfuzunu ləkələyən məlumatların yayılması nəticəsində Cəmiyyətin işgüzar nüfuzuna vurulmuş zərəri 50000 manat həcmində qiymətləndirirlər.
13. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim X10) 2(006)-1590/2021 nömrəli, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə ilk və qarşılıqlı iddia tələbləri rədd edilmişdir.
14. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tərəf olduğu əmək müqaviləsinin müvafiq şərtlərinə zidd davranmaqla əmək intizamını təqsirli olaraq pozmuşdur. Bu fakt İddiaçı fəaliyyətinə aid "xxxx" MMC tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli Auditor hesabatına əsasən öz təsdiqini tapmışdır. İddiaçı sözügedən Auditor hesabatına etiraz etsə də bunu təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim edə bilməmiş, irəli sürdüyü dəlilləri də heç bir sübut növü ilə təsdiq edilməməklə əsassızdır və mülahizə xarakterlidir.
15. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçıya intizam tənbehi onun tərəfindən yol verilən pozuntunun aşkar edildiyi müddət ərzində verilmiş (auditor hesabatının tərtib edildiyi gündən bir ay müddətində), bu barədə olan əmr Azərbaycan Respublikası Əmək Məcəlləsinin müvafiq maddələri ilə cavabdeh tərəfindən əsaslandırılmış, intizam xətasına yol verilməsinin səbəb və şəraitinin aydınlaşdırılması üçün intizam tənbehi iddiaçıya elan edilməmişdən əvvəl ondan yazılı izahat verilməsi tələb edilmiş, bir sözlə əmr verilərkən əmək qanunvericiliyinin tələblərinə tam şəkildə əməl edilmişdir.
16. Məhkəmə həmçinin qeyd etmişdir ki, ilkin iddia üzrə cavabdehin ilkin iddia üzrə iddiaçıya qarşı hər hansı hüquqazidd əmələ yol verməsi sübuta yetirilmədiyindən ilkin iddia mənəvi zərərlə bağlı hissədə də təmin olunmamalıdır.
17. Məhkəmə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etdiyi “əmrin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsini nəzərdən keçirərək hesab etmişdir ki, İddiaçı həqiqi saydığı faktları iddia ərizəsində göstərməklə ilkin iddia üzrə cavabdeh MMC-nin işgüzar nüfuzunu ləkələmək, ona zərər yetirmək kimi məqsəd daşımamış, bu faktlar onun tərəfindən ədalətli məhkəmə araşdırmasına olan konstitusion hüququn realizə edilməsinə yönəldilmişdir. Həmin məlumatlar iddiaçının öz tələblərinin əsası kimi istinad etdiyi hallardır və ilkin iddia özüözlüyündə əsassız olması ilə deyil, sübut olunmadığına görə rədd olunmuşdur. Be ləliklə, qarşılıqlı iddia üzrə iddiaçının işgüzar nüfuzunu ləkələmiş olduğu ehtimal edilən məlumatların yayılması faktı müəyyən edilmədiyindən, məhkəmə digər iki halın araşdırılmasına lüzum qalmadığını qeyd edərək özünün bu mövqeyini mülki prosessual hüququn ümumi sistemindən irəli gələn prosessual qənaət prinsipi ilə əsalandırmışdır.
18. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26, 60cı, Mülki Məcəllənin 21, 1096, 1097-ci, Əmək Məcəlləsinin 2(1), 10, 186, 187-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 119.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Ape llyasiya instansiyası məhkəməsindəki birinci icraat
19. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, ilk iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı audit yoxlamasına cəlb edilməmiş, audit hesabatı iddiaçıya təqdim edilməmişdir. İddiaçı birinci instansiya məhkəməsidə məhkəmə prosesi zamanı həmin audit yoxlaması ilə tanış olmuşdur. Audit yoxlaması zamanı iddiaçıya göndərilmiş xx.xx.2021-ci il tarixli məktub və xx.xx.2021-ci il tarixli teleqram iddiaçıya çatdırılmamışdır. Bunun nəticəsində iddiaçı audit yoxlamasına cəlb edilməmiş və məsuliyyəti iddiaçının üzərində olan sənədlər yoxlamaya onun iştirakı olmadan verilmişdir. Audit yoxlamasında qeyd edilən nöqsanların çoxu sənəd lərin auditora cavabdeh tərəfindən qəsdən təqdim edilməməsi nəticəsində qeyd edilmişdir.
21. Cavabdeh tərəfindən iddiaçının elektron poçt ünvanına göndərilmiş məktubda isə yalnız iddiaçı barəsində çıxarılmış əmrlə tanış olması xahiş edilmiş və qeyd edilən məktubu aldıqdan sonra iddiaçı xx.xx.2020-ci il tarixli eletron məktubla audit hesabatını tələb etmişdir. Lakin audit hesabatı təqdim edilməmişdir. Bununla yanaşı birinci instansiya məhkəməsinin istinad etdiyi xx.xx.2020-ci il tarixli aktla «Ernst & Yanq Holdinqs (SİAyEs) Bİ.Vi.» şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən iddiaçının əmək fəaliyyətinin qiymətləndirilərək nöqsanlarının olmasının müəyyənləşdirildiyi qeyd edilsə də həmin xarici şirkət tərəfindən iddiaçının əmək fəaliyyəti qiymətləndirilməmişdir. Qeyd edilən ak t cavabdehin əməkdaşları tərəfindən qərəzli olaraq tərtib edilmişdir.
22. Bundan başqa iddiaçıya şiddətli töhmət verilsə də bununla bağlı ondan heç bir izahat alınmamış bununla da Əmək Məcəlləsinin 187-ci maddəsinin 1-ci hissəsinin tələbləri pozulmuşdur. Həmçinin birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, Əmək Məcəlləsiin 187-ci maddəsinin 3-cü hissəsinə əsasən intizam tənbehi intizam xətasının törədildiyi gündən 6 ay keçdikdən sonra verilə bilməz. Halbulki, audit hesabatındakı sonuncu intizam xətası xx.xx.2019-cu ildə baş vermiş, audit hesabatı isə xx.xx.2020-ci ildə tərtib edilmişdir, yəni intizam xətası baş verdiyi tarixdən 1 il 6 ay sonra aşkara çıxarılmışdır.
23. Qətnamədən həmçinin Cavabdeh "xxxx" MMC apellyasiya şikayəti verərək qətnamənin qarşılıqlı iddianın rədd edilməsi h issəsində ləğv edilməsi, qarşılıqlı iddianın təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
24. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsində göstərmişdir ki, audit keçirilən zaman sənədlər onun otağından qərəzli və gizli formada götürülmüş, təhvil-təslim aktının olmaması əmrdə adıçəkilən sənədlərin olmaması anlamına gəlməməlidir, yəni bununla cavabdeh Cəmiyyəti saxtakarlıqda ittiham etmişdir, bu hal isə Cəmiyyətin işgüzar nüfuzuna xələl gətirir. Bu kimi fikirlər, eləcə də sonuncunun X12, Azərbaycan Respublikası Prezident Administirasiyasına və Azərbaycan Respublikası Birinci Vitse-Prezidentin katibliyinə etdiyi əsassız şikayətlərdə irəli sürdüyü fikir və dəlillər, o cümlədən Cəmiyyəti saxtakarlıqda ittiham etməkdir və bu hal Cəmiyyətin işgüz ar nüfuzuna xələl gətirir. Birinci instansiya məhkəməsi qeyd olunanları nəzərə almamış və qarşılıqlı iddianın rədd edilməsinə dair düzgün olmayan nəticəyə gəlmişdir.
25. İddiaçı tərəfindən apellyasiya instansiyası məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası X6 yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubda qeyd edilmişdir ki, “Sizin "xxxx" MMC-nin direktorauditoru Misir Əhmədovun qanunsuz hərəkətlərindən şikayət xarakterli 27 may 2021-ci İl tarixli müraciətiniz Azərbaycan Respublikasının Auditorlar Palatasına daxil olmuş, müraciətiniz icraata qəbul edilmiş, həmçinin xx.xx.2021ci il tarixdə Azərbaycan Respublikasının Prezidentinə ünvanladığınız müraciət həmin icraatla birləşdirilmiş və müvafiq araşdırma aparılmışdır. "xxxx" MMC (bundan sonra “Auditor” adlandırılacaq) tərəfindən "PAŞA Technology” MMC-nin sifarişi ilə Cəmiyyətdə İnsan resursları və inzibati işlər üzrə koordinator vəzifəsində işləmiş İddiaçı fəaliyyətinə dair aparılmış auditin X3 tələblərinə uyğunluğunun monitorinqi (keyfiyyətin monitorinqi) X13 yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin İdarəedilməsi üzrə Komitənin müfəttişi "xxxx" MMC-nin direktoru X20 tərəfindən aparılmışdır. Monitorinq zamanı müvafiq izahatlar alınmış, tərəflərin sübutları araşdırılmış və yekun nəticə olaraq Sizə bildirmək istəyirik ki, “Auditor” tərəfindən "PAŞA Technology” MMC-nin sifarişi ilə Cəmiyyətdə İnsan resursları və inzibati işlər üzrə koordinator vəzifəsində işləmiş İddiaçı fəaliyyətinə dair aparılmış audit X3, X14 Məcəlləsinin və X1 tələblər inin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir”.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – X21 (sədrlik edən və məruzəçi), X22 və X23) 2(103)-2792/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsi ilə İddiaçı və cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)1590/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi qəbul etdiyi qətnaməni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi aidiyyatı maddi hüquq normalarına istinad edərək, ilk iddianı və qarşılıqlı iddianı rədd etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallarına, təqdim edilmiş sübutlara mövcud qanunvericilik normaları tətbiq edilməklə düzgün qiymət verilmişdir. İlk və qarşılıqlı iddiaların rədd edilməsinə dair məhkəmə qətnaməsi qanuni və əsaslıdır.
28. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 26, 60cı, Mülki Məcəllənin 21, 1096 və 1097-ci, Əmək Məcəlləsinin 2(1), 10, 186 və 187-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 4.1 və 119.1-ci maddələrinə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli qərarına istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat
29. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və ilk iddianın təmin edilməsini xahiş etmişdir.
30. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının (hakimlər: X9 (sədrlik edən və məruzəçi) X11 və X17) 2(102)-4663/2022 nömrəli, 05 oktyabr 2022-ci il tarixli qərarı ilə İddiaçı kassasiya şikayəti qismən təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2792/2022 nömrəli, 19 aprel 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə, yəni ilk iddia tələbinin rədd olunan hissəsində ləğv edilməsi və mülki işin ləğv olunan hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmişdır.
31. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, Əmək Məcəlləsinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz (maddə 187, hissə 3). Birinci instansiya məhkəməsi bu hala qiymət verərək qeyd etmişdir ki, əmr verilərkən cavabdeh işəgötürən xx.xx.2020-ci il tarixli Auditor hesabatına istinad etmiş, iddiaçının hüquq pozuntusu törətməsi işəgötürənə həmin rəydən sonra məlum olmuş, mübahisələndirilən əmr isə həmin rəydən 1 ay sonra verilmişdir. Apellyasiya instansiyası məhkəməsi isə birinci instansiya məhkəməsinin gəldiyi bu qənaətlə razılaşmışdır.
32. İstinad olunun bu hal Əmək Məcəlləsinin 187.1-ci maddəsi ilə tənzimlənən intizam tənbehinin aşkara çıxarıldığı gündən 1 ay keçənədək verilə bilməsini nəzərdə tutan normasıdır. Lakin məhkəmələr həmin normanın 3-cü hissəsini nəzərdən qaçıraraq intizam tənbehi törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməməsinin imperativ qaydada qadağan edildiyinə əhəmiyyər verməmiş, nəticədə maddi hüquq normasının tələbləri pozulmuşdur.
33. Kassasiya məhkəməsi daha sonra qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinə təqdm edilmiş Azərbaycan Respublikası X6 yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin iddiaçıya ünvanlandığı xx.xx.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, “Auditor” tərəfindən "PAŞA Technology” MMC-nin sifarişi ilə Cəmiyyətdə İnsan resursları və inzibati işlər üzrə koordinator vəzifəsində işləmiş İddiaçı fəaliyyətinə dair aparılmış audit X3, X14 Məcəlləsinin və X1 tələblərinin pozulması ilə aparıldığı üçün keyfiyyətsiz hesab edilmişdir”. Apellyasiya məhkəməsi həmin sübuta qiymət v erməmiş, cavabdehin mübahisələndirilən əmrinin verilməsinə əsas olmuş sənədin mötəbər olub-olmamasını yoxlamamış, iş üçün mühüm əhəmiyyət kəsb edən bu halı araşdırmamış, həmin sənənin nə üçün üçün sübut kimi qəbul edilməməsi əsaslandırılmamışdır.
34. Ümumiyyətlə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticəni olduğu kimi təkrarlamış, apellyasiya şikayətinin dəlillərinə qiymət verməyərək Mülki Prosessual Məcəllənin 392.2-ci maddəsinin tələblərini pozmuşdur.
35. İddiaçının tələbinin digər hissəsi olan mənəvi zərərin ödənilməsi tələbi əmrin ləğv edilməsi hissəsinin nəticəsindən əlaqəli olduğundan işə yenidən baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə qiymət verdikdən sonra birlikdə baxılamlıdı r. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat
36. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər F.H.Qasımov (sədrlik edən və məruzəçi) F.V.Abdıyev və M.Ə.Rüstəmli) 2(103)-1452/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Nəsimi Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli, 2(006)-1590/2021 nömrəli qətnaməsinin qismən – ilkin iddianın rədd edilməsi hissəsində ləğv olunması, həmin hissədə iş üzrə yeni qətnamənin çıxarılması, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı əmrin ləğv edilməsi və mənəvi zərərin ödənilməsi barədə iddiasının qismən təmin edilməsi, İddi açı qızına şiddətli töhmət verilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 30 noyabr 2020-ci il tarixli 15K/2020 saylı əmrin ləğv edilməsi, mənəvi zərərin əvəzi olaraq 1000 manat məbləğdə pul vəsaitinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi və ilkin iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
37. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, əmrdə iddiaçı tərəfindən törədildiyi istinad edilən hərəkətlər 11 oktyabr 2018-ci il – 01 may 2019-cu illər arasındakı dövrü əhatə etmişdir. Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Belə olan halda, bu imperativ normaya əməl etməyərək, müddət ötürülməklə verilmiş 30 noyabr 2020-ci il tarixl i intizam məsuliyyətinə cəlb olunma barədə əmr qanuni olmamışdır. Birinci instansiya məhkəməsi bu məsələ ilə bağlı, audit rəyinin verildiyi 30 oktyabr 2020-ci il tarixi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğun aşkar edildiyi tarix kimi qəbul etməklə, Əmək Məcəlləsinin 187.2-ci maddəsində göstərilmiş bir aylıq müddətin ötürülmədiyini göstərmişdir. Lakin bu normaların məzmunundan görünür ki, 187.3-cü maddədə göstərilmiş 6 aylıq müddət intizam xətasının törədildiyi gündən hesablanmaqla, bu müddətin keçməsi xətanın nə vaxt aşkar edildiyindən asılı olmayaraq intizam tədbirinin tətbiq edilməsini birmənalı istisna edir. Digər tərəfdən, iş materiallarında olan “İddiaçı öz vəzifə öhdəliklərini vaxtında və düzgün yerinə yetirməməsi” barədə 14 may 2020-ci il tarixli akt onu deməyə əsas verir ki, cavabdeh tərəfindən intizam xətasının edildiyi vaxt da audit rəyinin verildiyi 30 oktyabr 2020-ci il tarix yox, ən geci aktın tarixi olan 14 may 2020-ci il tarixi olmuşdur.
38. Apellyasiya məhkəməsi həmçinin qeyd etmişdir ki, Azərbaycan Respublikası X6 yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin hesabatında müvafiq nöqsanlarla yanaşı digər əsaslar da qeyd olunsa da, "xxxx" MMC tərəfindən qeyd olunan halları təkzib edən hər hansı bir sübut məhkəmələrə təqdim olunmamışdır.
39. X6 yanında Keyfiyyətə Nəzarət və Keyfiyyətin idarəedilməsi üzrə Komitənin hesabatını toplanmış digər sübutlarla yanaşı qiymətləndirən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçının tələbi "xxxx" MMC tərəfindən onun barəsində qəbul edilmiş 30 noyabr 2020-ci il tar ixli, 15- K/2020 nömrəli əmrin ləğv edilməsi hissədə əsaslıdır.
40. Mənəvi zərərin miqdarını müəyyənləşdirərkən apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, zərərin məbləğinin 1000 manat məbləğdə müəyyən edilməsi işin konkret hallarına, mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsinə, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakterinə və ağırlığına uyğun olmaqla, ağlabatan və ədalətlidir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
41. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
42. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya insta nsiya məhkəməsi maddi hüquq normasının pozuntusuna yol verərək nəzərə almamışdır ki, iddiaçının çoxsaylı pozuntulara yol verməsi barədə cavabdehin məlumatı İddiaçı fəaliyyətinə aid "xxxx" MMC tərəfindən keçirilmiş audit yoxlamasının nəticələri barədə 30 oktyabr 2020-ci il tarixli Auditor hesabatı tərtib edildikdən sonra olmuşdur, intizam tənbehi də məhz bir ay müddətində çərçivəsində - xx.xx.2020-ci ildə tətbiq edilmişdir. Apellyasiya instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, hazırki iş üzrə İddiaçı nə real zərər (pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi), nə də əldən çıxmış fayda (hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər) ş əklində heç bir zərər vurulmamışdır. Ən azından həmin zərərin vurulması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmiş, məhkəmə kollegiyası da hər hansı bir sübuta istinad etməmişdir.(sübut olmadığı halda istinad da edə bilməzdi). Apellyasiya instansiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2020-ci il tarixli Qərarına əsasən istinad etməklə qətnaməsini əsaslandırmağa çalışmış, lakin məhkəmə kollegiyası nəzərə almamışdır ki, qətnamənin tətbiq edilən hüquq hissəsində Mülki Məcəllənin 23-cü maddəsinə ümumiyyətlə istinad etməmişdir. Belə olan halda isə istinad olunmayan maddənin şərhinə dair Qərara istinad edilməsi anlaşılan deyil. Bununla yanaşı məhkəmə kollegiyası göstərilən qər arı düzgün tətbiq etməmişdir. Belə ki, hazırki iş üzrə İddiaçı nə yaxın şəxsin itirilməsi, nə fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, nə əmək qabiliyyətinin itirilməsi, nə ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, nə şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, nə müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, nə də sağlamlığa zərər vurulması halları mövcud olmuşdur. Məhkəmə kollegiyası tərəfindən belə halların mövcud olması ilə bağlı heç bir sübuta istinad edilməmişdir(belə halların olmadığına görə) Belə olan halda isə həmin qərara istinad edilə bilməzdi. Həmçinin Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunu“Azərbaycan RespublikasıMülki Məcəlləsinin 21 və 23- cü maddələrinin şərh edilməsinə dair” xx.xx.2002-ci il tarixli Qərarın pozulmasına yol verərək nəzərə almamışdır ki, hazırki iş üzrə İddiaçı hansı anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqların pozulması ilə ona hansı mənəvi sarsıntı və iztirab verilməsi barədə məhkəməyə sübutlar təqdim etməmiş, məhkəmə kollegiyası tərəfindən də hər hansı bir sübuta istinad edilməmişdir, belə olan halda isə mənəvi zərərlə bağlı 1000 manat pul iddiaçının xeyirnə tutulması qanunsuz və əsassız olmuşdur. b)
43. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Res publikası Mülki Məcəlləsi
44. Maddə 23.1. Fiziki şəxs onun şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən, şəxsi və ailə həyatının sirrini və ya şəxsi və ailə toxunulmazlığını pozan məlumatların məhkəmə qaydasında təkzib olunmasını tələb edə bilər, bu şərtlə ki, həmin məlumatları yaymış şəxs onların həqiqətə uyğun olduğunu sübuta yetirməsin. Faktik məlumatlar natamam dərc edildikdə də, əgər bununla şəxsin şərəfinə, ləyaqətinə və ya işgüzar nüfuzuna toxunulursa, eyni qayda tətbiq edilir. Marağı olan şəxslərin tələbi ilə fiziki şəxsin şərəf və ləyaqətinin müdafiəsinə onun ölümündən sonra da yol verilir.
45. Maddə 23.4. Şərəfini, ləyaqətini və ya işgüzar nüfuzunu ləkələyən məlumatlar yayılmış fiziki şəxsin həmin məlumatların təkzibi ilə yanaşı, onların yayılması nəticəsində vurulmuş zə rərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Əmək Məcəlləsi
46. Maddə 186 (1) İşəgötürən, işçi bu Məcəllə ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrini yerinə yetirmədikdə və ya hüquqlarından sui-istifadə etdikdə və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini icra etmədikdə intizam məsuliyyətinə, qanunvericilikdə nəzərdə tutulmuş hallarda isə digər məsuliyyətə cəlb edilirlər.
47. Maddə 186 (2) İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birini verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək. 48.. Maddə 187 (1) İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İşçinin yazılı izahat verməkdən imtina etməsi ona intizam tənbehi verilməsini istisna etmir.
49. Maddə 187 (2) İntizam tənbehi, işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.
50. Maddə 187 (3) İntizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Müəssisənin maliyyə-təsərrüfa t fəaliyyətinin auditinin (yoxlanılmasının, təftiş aparılmasının) nəticələri ilə aşkar edilmiş vəzifə hüquqpozması ilə bağlı intizam xətalarına görə isə işçiyə həmin xətalar törədildiyi gündən iki il keçdikdən sonra intizam tənbehi verilə bilməz. Cinayət işi üzrə icraat bu müddətə daxil edilmir. Mülki Prosessual Məcəllə
51. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
52. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
53. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
54. Maddə 407.2. Kassasiya şi kayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
55. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
56. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
57. Maddə 418.3. Prosessual hüquq nor malarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
58. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
59. Hazırkı kassasiya şikay ətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə kassasiya şikayəti qismən təmin edilməklə apellyasiya məhkəməsinin qətnaməsi mənəvi ziyanın təmin olunması hissədə ləğv edilməli, həmin hissədə yeni qərar çıxarılmaqla iddia ilk rədd olunmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
60. İşin apellyasiya instansiyası məhkəməsi tərəifindən müəyyən edilmiş mübahisəsiz hallarına görə İddiaçı cavabdeh "xxxx" MMC-də İnsan Resursları və İnzibati İşlər departamentinin rəhbəri vəzifəsində işləyir və fəaliyyətinə dair a udit yoxlaması aparılması nəticəsində müəyyən nöqsanlar, əmək və icra intizamının pozulması halları müəyyən edilmiş, bu barədə 30 oktyabr 2020-ci il tarixli Auditor hesabatı tərtib edilmişdir.
61. Auditor hesabatında göstərilən nöqsanlara əmək intizamı xətalarına görə İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən xx.xx.2020-ci il tarixli əmri ilə “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilmişdir.
62. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı qızına şiddətli töhmət verilməsi barədə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun 30 noyabr 2020-ci il tarixli 15-K/2020 saylı əmrin ləğv edilməsinin təmin olunması hissədə apellyasiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətlərini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin göstərilən ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən olunmur, ona görə də apellyasiya instansiyası məhkəməsinin qətnaməsi intizam tənbehi tədbirinin təbiq olunması haqqında əmrin ləğv edilməsi hissədə dəyişdrilmədən saxlanılmalıdır.
63. İddiaçı cavabdeh "xxxx" MMC-dən mənəvi zərərin ödənilməsi tələbinin qismən (1000 manat) təmin olunması hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə bu məsələnin həlli zamanı səhvə yol vermişdir.
64. Belə ki, işdən görünür ki, iddiaçıya “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorunun 30 noyabr 2020-ci il tarixli 15-K/2020 saylı əmrin ləğv edilməsi, əsasən Əmək Məcəlləsinin 187-ci maddəsinin 3-cü bəndinə görə, yəni intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra tətbiq edilməsi ilə bağlı olmuşdur. Həmin əmrin verilməsi üçün əsas olan audit yoxlamasında göstərilən halların öz təsdiqini tapmaması əmrin ləğvi əsaslarından biri kimi apellyasiya məhkəməsinin qətnaməsində göstərilsə də, iş materiallarına görə audit yoxlamasının nəticələrinin tamamilə deyil, bir qisminin əsassız olması, yoxlamanın qanunsuz deyil, keyfiyyətsiz olması müəyyən edilir.(5-ci paraqraf).
65. Məhkəmə mənəvi zərərin qismən təmin olunmasını qət edərkən yuxarıda göstərilən halları, habelə iddiaçının qeyri-əmlak hüququnun əhəmiyyətli dərəcə pozulmadığını, barəsində tətbiq edilmiş intizam tənbehi tətdbiri ləğv edilməklə keçirdiyi mənəvi sarsıntı və iztirabların aradan qalxdığını, habelə əmək kollektivi arasında işgüzar nüfuzunun bərpa olunduğunu nəzərə almamışdır.
66. Məhkəmə kollegiyasının qənaətinə görə iddiaçının işgüzar nüfuzuna xələl gətirən “sonuncu xəbərdarlıqla şiddətli töhmət” verilməsi barədə işəgötürənin əmri ləğv edilməklə iddiaçıya dəymiş mənəvi zərər kompensasiya olunmuşdur, bu fakt iddiaçının pozulmuş hüquqlarının səmərəli bərpası üçün yetərli hesab edilməklə onun mənəvi ziyana görə pul tələbi barədə iddiası rədd edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsinin qətnaməsi həmin hissədə, yəni mənəvi ziyanın tutulmasının təmin olunması hissədə ləğv edilməli və yeni halların müəyyən olunması və sübutların tədqiq edilməsi zərurəti olmadğına görə həmin hissədə iddianın rədd olunmasına dair yeni qərar çıxarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-1452/2023 nömrəli, 03 mart 2023-cü il tarixli qətnaməsi qismən, cavabdeh Paşa Technology” Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi ziyana görə 1000 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması hissədə ləğv edilsin, həmin hissədə yeni qərar çıxarılsın. İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən mənəvi zərər tələbinə dair iddiası rədd edilsin. Qalan hissədə qət namə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.