Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2700/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-2700/2024 (Açar sözlər: əmək müqaviləsinə xitam verilməsinə dair əmrin ləğvi (işə bərpa tələbi), məcburi işə buraxmaya görə əmək haqqının ödənilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlu və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv olunması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2035/2024 n ömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsindən Cavabdeh MMC (Vəkili Vəkil) tərəfindən verilmiş kassasiya şikayətinə 01 oktyabr 2024-cü il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 1. xx.xx.2023-cü il tarixli, 238K nömrəli əmrdə, ”BM mağazalar” bölməsində “Satıcı” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxx000200 nömrəli əmək müqaviləsinə, “Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 70-cı maddəsinin “ç” bəndi ilə, işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda” maddəsi ilə xitam verilməsi qeyd edilmişdir. 2. xx.xx.2023-cü il tarixli 19 nömrəli Cavabdeh MMC-nin İddiaçı ünvanladığı məktubunda əmək müqaviləsi əsasında satıcı vəzifəsində çalışdığı Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixdən etibarən işə gəlmədiyi müəyyən edilmiş, dəfələrlə şifahi və ya telefonla əlaqə saxlamaq istəsələr də mümkün olmamışdır. İşdə olmamağı ilə bağlı 5 iş günü ərzində izahat verilməsi xahiş edilmişdir. Əks halda heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlmədiyinə görə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən əmək müqaviləsinə xitam veriləcək olması qeyd olunmuşdur. 3. xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən İddiaçı xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.202 3-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi, xx.xx.2023-cü ildə tərtib edilmiş akta əsasən xx.xx.2023-cü ildən xx.xx.2023-cü ilə kimi işə gəlməməsi barədə aktlar tərtib olunaraq, onun intizam pozuntusuna yol verdiyi qeyd olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
4. İddiaçı (bundan sonra iddiaçı) Cavabdehnə (bundan sonra cavabdeh və ya MMC) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət edərək, 15 avqust 2023-cü il tarixli, 238K nömrəli əmrinin ləğv edilməsi, işə bərpa edilməsi və həmin müddət ərzində əmək haqqının verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
5. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə onunla əsaslandırılmışdır ki, o, Suraxanı “Megastore”-da rəsmi işçi kimi xx.xx.2023-cü il tarixində şirniyyat şöbəsində satıcı vəzifəsində işə başlamışdır. İş iki növbəli saat 07.00-dan 16.00dək, 16.00-dan 01.00-dək müəyyən edilmişdir. İşlədiyi müddətdə əmək müqaviləsində qeyd olunmayan artıq işlərə cəlb olunmuş, amma heç bir əlavə əmək haqqı verilməmişdir. Əmək müqaviləsində iş vaxtının 9 saat və 2 növbəli olmadığını bilsə də müqavilənin nüsxəsi onda olmadığı üçün heç kimə heç nə sübut edə bilməmişdir. Bununla bağlı Əmək Müfəttişliyinin 142 xidmətinə etdiyi şikayətlə bağlı Bakı şəhər Əmək Müfəttişliyində şikayətə baxılsa da, ondan sübutlar tələb olunmamışdır. May ayının sonu Suraxanı “Megastore”-da rəhbərlik dəyişikliyi olmuş, yeni gələn müdir Sevinc Ə ləkbərova yemək vaxtını 10 dəqiqə azaldaraq 20 dəqiqə, çay vaxtını da 5 dəqiqə azaldaraq 10 dəqiqə etdiyindən, İddiaçı isə 9 saat işləyən bir işçi üçün bu vaxtın çox az olduğunu və marketi yazılmamış qanunlarla idarə etdiyini bildirərək çox mədəni şəkildə etirazını bildirmişdir. Sevinc Ələkbərova çox kobud şəkildə marketdən çıxıb getməsini və bir daha müəssisəyə buraxılmayacağını demişdir. Növbəti gün işə getmiş, ancaq müəssisəyə buraxılmamışdır. xx.xx.2023-cü il tarixdə BM marketlər şəbəkəsinin rəhbər işçilərindən olan Ali Kazım adlı şəxslə özü sosial media vasitəsi ilə əlaqə yaradıb və o iddiaçıya BM marketlər şəbəkəsinin Suraxanı filialında yox başqa filialına getməsini demişdir. O bu barədə Əmək Müfəttişliyi 142 xidmətinə şikayət etmiş və onun Əmək Müfəttişliyinə şikayət etdiyi üçün ona rəsmi qaydada məktub göndərilərək, xx.xx.2023-cü il tarixindən heç bir üzrlü səbəb olmadan işə gəlməməsi və buna görə də onun Əmək Məcəlləsinin 70-ci maddənin “ç” bəndinə əsasən işdən çıxaracaqları deyilmişdir. Onun Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən çıxarılması ilə bağlı məsələnin nə yerdə olduğunu Dost xidmətindən marağlanmağa getdiyi vaxt öyrənmişdir.
6. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(008)-7324/2023 nömrəli, 14 dekabr 2023-cü il tarixli qətnaməsi ilə (hakim Ruslan Mirzəliyev) iddia təmin edilmiş, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli Əmək müqaviləsinə xitam verilməsi barədə 238 K nömrəli əmrin ləğv edilməsi, iddiaçının cavabdeh MMC-də şirniyyat şöbəsində satıcı vəzifəsinə işə bərpa edilməsi, işdən çıxarıldığı tarixdən işə bərpa olunduğu günə qədər olan dövr üçün məcburi iş buraxma müddəti üçün ona əmək haqqı ödənilməsi, ödənilmiş 50 manat mediasiya xərci cavabdehdən tutularaq iddiaçıya qaytarılması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixli, 238K nömrəli əmr ləğv edilməlidir. Əmrin nəticə hissəsində Əmək Məcəlləsinin 70ci maddəsinin “ç” bəndinin məzmunu göstərilsə də iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması konkret göstərilməmişdir.
8. Məhkəmə hesab etmişdir ki, mübahisənin həllində əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmununda nəzərdə tutulmayan hallara istinad oluna bilməz, həmin əmrin genişləndirici təfsiri mümkünsü zdür.
9. Məhkəmə qeyd etmişdir ki, cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixli əmrində idarənin hüquqi ünvanı göstərilməmiş, eləcə də işçinin Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə o cümlədən 72-ci maddəsinə əsasən işdən azad olunması qeyd edilsə də, işçinin hansı əmək funksiyasını və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilməmiş, eləcə də işçinin 72-ci maddənin hansı bəndi ilə işdən azad olunmalı olması göstərilməmişdir. İşəgötürən işçinin 72-ci maddədə nəzərdə tutulmuş 8 bənddən hansına əsasən işdən azad etməsini əmrdə əsaslandırmamışdır. Həmçinin işəgötürən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə istinad etməmişdir.
10. Məhkəmə tərtib edilmiş aktlara münasibətdə göstərmişdir ki, əmək müqaviləsinin p ozulmasına dair əmrdə həmin sənədlərə istinad olunmadığından, işçinin məhz həmin intizam pozuntusuna yol verdiyi qeyd olunmadığından həmin sənədləri əsas kimi qəbul etmir. Belə ki, əmrin məzmunundan işçinin həmin intizam pozuntusuna görə işdən azad olunması görünmür. Eləcə də işçinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ildə işdə olması yəni idarənin daxili qaydalarına uyğun olaraq həmin tarixlərdə işə gəlməsinin BİZM238S aparatındakı barmaq izlərinin “WhatsApp” qrupuna göndərilməsi qeydiyyatları ilə təsdiq olunduğundan, cavabdeh idarənin işçiləri tərəfindən tərtib olunmuş aktları məhkəmə həqiqətə uyğun hesab etməmişdir. İddiaçı aktların tərtib olunduğu dövrlərdə xx.xx.2023-cü ildə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətinin Bakı şəhər İdarəsinə işə buraxılmaması barədə zəng edərək bildirməsi, həmçinin xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə X1 Xidmətinin Bakı şəhər İdarəsinə ərizə ilə müraciət etməsi, həmçinin BM marketlər şəbəkəsinin rəhbər vəzifəli şəxsi olan Ali Koç adlı şəxslə xx.xx.2023-cü ildə telefonla danışan zaman onun işə çıxamasına razılıq verilməməsi bir daha təstiq edir ki, müdriyyət onu qəsdən işə buraxmamış və bu vəziyyəti ört basdır etmək üçün işçinin işə gəlməməsi barədə həqiqətə uyğun gəlməyən aktlar tərtib etmişdir. Cavabdeh idarə sonuncu dəfə xx.xx.2023-cü ildə işçinin intizam pozuntusuna yol verməsini sənədləşdirmiş həmin tarixdən sonra heç bir sənədləşdirmə aparmamışdır. Belə olduğu halda da müdiriyyət əmək qanunvericiliyinin tələblərini pozmuş hesab olunmuşdur.
11. Birinci instansiy a məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10, 71, 85-cü maddənin 1-ci və 2-ci bəndləri, 186-cı maddənin 2-ci bəndi, 187-ci maddənin 2-ci bəndi, 300-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2. 77.1, 216-220, 360-cı maddələrinə istinad edərək əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
12. Qətnamədən cavabdeh MMC apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı öz iddia ərizəsində qeyd etmişdir ki, cavabdeh tərəfindən guya ona işə gəlməməsi və gözləməsi bildirilmişdir. Bu tamamilə absurd və həqiqətə uyğun olmayan bir iddiadır. H ətta cavabdeh məktubla iddiaçıya müraciət edərək işə gəlməməyi ilə bağlı müvafiq sənədlərin təqdim olunması xahiş olunmuş, lakin iddiaçı heç bir sənəd təqdim etməmişdir. İşçi işə gəlmirsə bunun səbəblərini işəgötürənə bildirməli və əgər həmin səbəblər üzrlü səbələrdirsə işəgötürən tərəfindən nəzərə alınmalıdır. Lakin iddiaçı hər hansı bir üzrlü səbəb olduğunu təsdiq edən müraciət etməmiş və iddiasını əsaslandıran sübutları təqdim etməmişdir. İşə baxan məhkəmə iddiaçının iddiasını təmin etsə də, iddiaçının üzrsüz səbəbdən işə gəlməməsini nəzərə almamışdır.
14. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-2035/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Azad İmanov (sədrlik edən və məruzəçi), Məmməd Məmmədov və Fuad Talışınski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılması qət edilmişdir.
15. Apellyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, xx.xx.2023-cü il tarixli əmrin nəticə hissəsində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinin məzmunu göstərilsə də, iddiaçının əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsinin nədə ifadə olunması konkret göstərilməmişdir.
16. Məhkəmə kollegiyası bildirmişdir ki, birinci instansiya məhkəməsi düzgün olaraq cavabdeh idarənin xx.xx.2023-cü il tarixli əmrində idarənin hüquqi ünvanı göstərilmədiyini, eləcə də işçinin Əmək məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə o cümlədən 72-ci maddəsinə əsasən işdən azad olu nması qeyd edilsə də, işçinin hansı əmək funksiyasını və yaxud əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi göstərilmədiyini, eləcə də işçinin 72-ci maddənin hansı bəndi ilə işdən azad olunmalı olmasının göstərilmədiyini qeyd etmişdir. Belə ki, işəgötürən işçinin 72-ci maddədə nəzərdə tutulmuş 8 bənddən hansına əsasən işdən azad etməsini əmrdə əsaslandırmamışdır. Həmçinin işəgötürən əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərə istinad etməmişdir.
17. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əmək müqaviləsinin pozulmasına dair əmrdə aktlara istinad olunmadığından, işçinin məhz həmin intizam pozuntusuna yol verdiyi qeyd olunmadığından həmin sənədlər əsas kimi götürülməməlidir. Belə ki, əmrin məzmunundan işçinin həmin intizam pozuntusuna görə işdən azad olunması göstərilməmişdir. Eləcə də işçinin xx.xx.2023, xx.xx.2023, xx.xx.2023 və xx.xx.2023-cü ildə işdə olması yəni idarənin daxili qaydalarına uyğun olaraq həmin tarixlərdə işə gəlməsinin BİZM238S aparatındakı barmaq izlərinin “WhatsApp” qrupuna göndərilməsi qeydiyyatları ilə təsdiq olunduğundan, cavabdeh idarənin işçiləri tərəfindən tərtib olunmuş aktları həqiqətə uyğun hesab edilməmişdir.
18. Apellyasiya instansiya məhkəməsi mövqeyini Əmək Məcəlləsinin 71-ci maddəsinin 2-ci bəndi, 84-cü maddəsinin 1-ci və 2-ci bəndləri, 187-ci maddəsinin 2-ci bəndi. 300-cü maddəsinin 1-ci bəndinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1. 88,217.4, 372.6. 384.0.2, 385.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayət inin dəlilləri:
19. Qətnamədən cavabdeh (Vəkil Oktay oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.
20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, qətnamə qeyri-obyektiv, əsassız və qanununsuz olduğundan, eyni zamanda maddi və prossesual hüquq normaları pozulduğundan ləğv edilməlidir. İşə baxan məhkəmə iddiaçının iddiasını təmin etsə də iddiaçının üzrsüz səbəbdən işə gəlməməsini nəzərə almamışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri:
21. İddiaçı cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə qarşı yazılı etiraz verərək, kassasiya şikayətinin dəlillərinin əsassız olduğun u göstərmiş, apellyasiya instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən qüvvədə saxlanılmasını, kassasiya şikayətinin təmin olunmamasını xahiş edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi.
22. Maddə 2. (3-cü hissə). Həmin Məcəllə əmək münasibətlərində olan tərəflərin hüquq bərabərliyinin təmin edilməsi, mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunması və digər prinsiplərə əsaslanır.
23. Maddə 68 (1-ci hissə). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.
24. Maddə 70 (“ç” bəndi). İşçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqa viləsi işəgötürən tərəfindən ləğv edilə bilər.
25. Maddə 71, (2-ci hissə). Bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun.
26. Maddə 71, (3-cü hissə). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.
27. Maddə
79. Əmək qabiliy yətini müvəqqəti itirən işçilərin işəgötürən tərəfindən ləğv edilməsi qadağandır.
28. Maddə
83. Əgər işçi ilə bağlanmış əmək müqaviləsində onun ləğv edilməsinin sənədləşdirilməsi barədə bu fəsildə müəyyən edilmiş qaydalardan fərqli olan başqa qaydalar nəzərdə tutulmayıbsa, onda istər işçi, istərsə işəgötürən tərəfindən və istərsə də tərəflərin iradəsindən asılı olmayan hallarda bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslara və qaydalara müvafiq olaraq əmək müqaviləsinin ləğv edilməsi işəgötürənin əsaslandırılmış əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilməlidir.
29. Maddə 84 (1-ci hissə). Əmək müqaviləsinin ləğv edilməsinə dair əmrdə digər məlumatlarla bərabər müəssisənin hüquqi ünvanı, əmək müqaviləsinin ləğv edilməsinin əsası və həmin əsasla əmək müqavilə sinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş bu məcəllənin müvafiq maddəsi hissəsi və bəndi əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər göstərilməlidir.
30. Maddə 84 (2-ci hissə). Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş məlumatlardan hər hansı biri və ya bir neçəsi göstərilməyən əmr (sərəncam, qərar) əmək mübahisəsini həll edən məhkəmə tərəfindən etibarsız hesab edilə bilər.
31. Maddə 186 (2-ci hissə, “ç” bəndi). İşçi əmək funksiyasını tam və ya qismən yerinə yetirmədikdə, yaxud keyfiyyətsiz yerinə yetirdikdə, bu Məcəllənin 10-cu maddəsində nəzərdə tutulan, həmçinin əmək müqaviləsi ilə müəyyən edilmiş vəzifələrini, müəssisədaxili intizam qaydalarını pozduqda işəgötürən ona aşağıdakı intizam tənbehlərindən birin i verə bilər: a) töhmət vermək; b) sonuncu xəbərdarlıqla şiddətli töhmət vermək; c) kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əmək haqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə cərimə etmək; ç) əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndi ilə ləğv etmək.
32. Maddə 187 (2-ci hissə). İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən 1 ay keçənədək verilə bilər.
33. Maddə 300 (1-ci hissə). Əgər işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qərardad çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
35. Maddə 76.1. tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəl lədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
36. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
37. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
38. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
39. Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
43. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
44. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
45. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktl ara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
46. Hazırkı kassasiya şikayətində cavabdeh tərəfindən qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi:
47. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
48. Kassasiya şikayətinin dəlill ərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tələblərinə riayət edilmədiyini ümumi ifadələrlə qeyd etsə də, bununla bağlı mövqeyini əsaslandırmamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəti cələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.
49. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumu nun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həm in dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
52. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2035/2024 nömrəli, 03 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.