Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2702/2020 17.06.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əliyev Zaur Əli oğlunun və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İmanov Turqut Muxtar oğlunun katibliyi ilə, İddiaçı vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli 2(103)-13006/2019 nömrəli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qa rşı iddia ərizəsi və sonradan Azərbaycan Respublikası MPM-in 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizələrlə məhkəməyə müraciət edərək, cavabdehdən 45000 manat borcun tutulması, tutmanın hissə-hissə aparılmaqla hər ay 400 manat məbləğində vəsaitin ona ödənilməsi, habelə məhkəməyə müraciət olunması ilə əlaqədar sərf olunmuş 300 manat məbləğinin cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Solmaz Ədilova) 15 avqust 2019-cu il tarixli, 2(005)-1084/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh hər ay 400 manat məbləğində pulun hissə-hissə tutulmaqla, cəmi 45000 manat məbləğində borc pulun və göstərilmiş hüquqi xidmətə görə 150 manat məbləğində pulun İddiaçı ödənilməsi qət edil mişdir. Bakı Apelyasiya Məhkəməsinin (hakimlər Elşad Şamayev-sədrlik edən və məruzəçi, Məmməd Məmmədov və Şeyda Məhərrəmova) 2(103)-13006/2019 saylı 24 oktyabr 2019-cu il tarixli qətnaməsi iləCavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 15 avqust 2019-cu il tarixli, 2(005)-1084/2019 saylı qətnaməsi qismən, yəni “Cavabdeh hər ay 400 manat məbləğində pulun hissə-hissə tutulmaqla, cəmi 45000 manat məbləğində borc pulun və göstərilmiş hüquqi xidmətə görə 150 manat məbləğində pulun İddiaçı ödənilməsi” hissəsində ləğv edilmiş və iş üzrə həmin hissədə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh qarşı iddiası “Cavabdeh hər ay 400 manat məbləğində pulun hissə-hissə tutulmaqla, cəmi 45000 manat məbləğində borc pulun və göstərilmiş hüquqi xidmətə görə 150 manat məbləğində pulun İddiaçı ödənilməsi” hissəsində təmin olunmamışdır. İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24 oktyabr 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdirlər. kassasiya şikayətinin dəlilləri: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh keçmiş arvadı X5, uzun müddətli məhkəmə araşdırmaları nəticəsində bərabər paylı birgə əmlak müəyyən edilmiş Bakı şəhəri, Nərimanov rayonu, X13 küçəsi ev 113 ünvanında olan 27 saylı mənzildəki paya uyğun kompensasiya verilməsi və mənzili tam öz adına keçirilməsi üçün iddiaçıdan borc almışdır. 31 avqust 2018-ci il tarixində biz cavabdehlə birlikdə Bakı şəhər 9 s aylı dövlət notariat kontoruna getmişik, iddiaçı evdən 26.470 dollar götürdüm və həmin pulları özünlə gətirdi, iddiaçının faktiki iştirakı ilə cavabdeh Ağametova İlhamə ilə mənzilin payı üzərinə, 45.000 manat qiyməti ilə alqısatqı müqaviləsi bağlanmışdır, bu əqd bağlanması zamanı da cavabdeh notarius Rəşadət Sadıqovun köməyi ilə iddiaçıya qarşı borc öhdəliyinin yaranmasına dair notariat sənədləri üçün nəzərdə tutulmuş vərəqində iltizam ərizəsini yazıb vermişdir. İddiaçı cavabdehlə razılaşdı ki, o, borcunu hissə-hissə qaytarmaq üçün hər ay ona 400 manat verəcək, çünki onun əməkhaqqının miqdarı daha böyük məbləğdə borcun qaytarılmasını imkan vermir. Ata oğlu ilə mövcud emosional bağlılığa görə ata rasional hərəkət etməyib, cavabdeh isə bundan sui-istifadə edərək nəticədə borcunu qaytarmaqd an imtina etmişdir. İşin hallarına apellyasiya məhkəməsi düzgün hüquqi qiymət verməmişdir. Ərizədə cavabdehin qolu yoxdur, buna görə məhkəmə hesab etdi ki, sözügedən ərizə imzalamamışdır. Azərbaycan dili lüğətlərində “imzalamaq “ sözünün mənası aydın göstərilmişdir: imzalamaq- öz soyadını və adını yazmaq, öz imzasını qoymaq, qol çəkmək. Yəni əgər ərizədə soyad və ad yazılıb, və ya imza qoyulub, və ya qol çəkilib- demək ərizə imzalanmışdır. Əgər cavabdehin ərizəsində onun adı, soyadı və atasının adı onun əli ilə yazılib, həmin ərizə imzalanmış hesab olunmalıdır. İltizam ərizəsinin məzmununda cavabdeh tərəfindən iddiaçıdan borcunu alınması faktı təsdiq olunur. İltizam ərizənin məzmunundan öz iradəsini istifadə edən konkret şəxsi dəqiq müəyyən etmək mümkündürsə, imzalanma tələbi riayət olunmu ş hesab edilməlidir. Məhkəmə əsassız olaraq həmin ərizəni mötəbər sübut kimi qiymətləndirməmişdir. iş üzrə şahid qismində çıxış edən Bakı şəhəri 9 saylı Notariat Kontorunun notariusu X2 ifadəsi məhkəmə tərəfindən təhrif olunmuşdur. R Sadıqov məhkəməyə izahat verərək göstərdi ki, tərəflər-iddiaçı və cavabdehin ikisi alqı-satqı ilə bağlı notariat kontoruna gəlmişdilər, birlikdə rüsumlar ödəmək üçün banka getmişdilər, birlikdə qəbz gətirmişdilər və səhəri günü alqı-satqı müqaviləsini bağladıqdan dərhal sonra notariusdan borc müqaviləsini tərtib etmək üçün kömək istəmişdilər, notarius borc müqaviləsini yazmaq üçün Cavabdeh necə yazıldığını demişdir və cavabdeh notarius və iddiaçının yanında öz əli ilə həmin ərizəni yazmışdır. Borcunu təşkil edən məbləğ notarius yanında verilməmişdir, çünki bu məbləğ həmin notariusun depozit hesabına bank vasitəsi ilə öncə ödənilmişdir. Cavabdehin əli ilə yazılmış “ borc müqaviləsi” xətşünaslıq ekspertizasına göndərilmişdir. Lakin cavabdeh lazımi qaydada xətt nümunələrini verməkdən imtina etmişdir, bu səbəbdən Məhkəmə Ekspertiza Mərkəzi iş materiallarını icrasız geri məhkəməyə qaytarmışdır. apellyasiya instansiya tərəfindən etibarsız əqd kimi qiymətləndrilmiş, 01.09.2018-cil il tarixində bağlanmış borc razılaşması cavabdeh tərəfindən həmin əsasla mübahisələndirilməmişdir, qarşılıqlı iddianı qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsində mübahisə edilən əqdin etibarsız sayılmasına 1 il müddəti müəyyən edilmişdir: 354.2-ci maddəsi ilə maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin e tibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər.İş üzrə borc razılaşması 1 il 4 ay bundan qabaq bağlanılmışdır. Apellyasiya məhkəməsi bu hallara lazımi qiymət verməmişdir. prosessual məsələlər: Məhkəmə kollegiyası iclasında İddiaçı vəkili Nümayəndə kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Digər tərəflrə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş, lakin o, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmiş. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassas iya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 739, 740.1, 740.2, 407.2-ci maddələrinə istinad etməklə işin materialları üzrə gəldiyi nəticələrin əsaslandırılmasından görünür ki, borc müqaviləsinin sadə yazılı formada bağlanılmasının mümkünlüyü nəzərdə tutulsa da, onun bağlanmış sayılması üçün tərəflərlə imzalanması zəruridir. Lakin hazırki iş üzrə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edən, qanunla müəyyən olunmuş qaydada imzalanmış müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmamışdır. Həmçinin, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə gəldiyi digər nəticədən görünür ki, iş materiallarında olan hər hansı bir digər sənədlə Cavabdeh keçmiş həyat yoldaşı xxxya birgə paylı mülkiyyətlərində olan mənzildə sonuncunun payının alqı-satqısına görə ödədiyi pul vəsaitinin iddiaçıdan borc aldığını təsdiq edən sübut əlavə olunmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticələri işin faktik hallarına uyğun və tərəflərin qarşılıqlı münasibətlərini əks etdirdiyi üçün əsaslı və qanunidir. Belə ki, iş materiallarından müəyyən olunur ki, İddiaçı Cavabdeh ona 45000 manat borcu olmasını iddia etmiş, iddiasının əsası kimi isə aralarında sadə yazılı borc müqaviləsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kollegiya qeyd edir ki, iddia üzrə sübutetmə vəzifəsi bölüşdürərkən apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, iddiaçı ilk növbədə tələb etdiyi məbləğdə pulun cavabdehdə verdiyini sübut etməli olduğu halda, sonuncu bu hallarla bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 18 mart 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki məhkəmə icraatında Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir” müddəası Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələrində, 129-cu maddəsinin İİİ hissəsində təsbit olunmuş ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi, faktlar əsasında və qanuna müvafiq keçirilməsi, məhkəmə qərarının qanuna və sübutlara əsaslanmasına dair ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri və şərtləri ilə əlaqəli şəkildə tətbiq olunmalıdır. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Azərbaycan Respubl ikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. X6 Məhkəməsi izah etmişdir ki, mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrind ə göstərilən hallar təşkil edir.... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir.... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. İddiaçı tələbində cavabdehlə arasında sadə yazılı borc müqaviləsi bağlanılmasını və həmin müqaviləyə əsasən sonuncuya 26470 ABŞ dolları məbləğində pul verməsini göstərsə də, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, həmin sadə yazılı müqavilə dey ilən sənəd iş materiallarına əlavə olunsa da, həmin sənəd imzalanmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında ik i və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. - 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. - 740.1 və 740.2-ci maddələrinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. - 407.2-ci maddəsinə əsasən sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qanunvericiliyin yuxarıda qeyd olunan normalarına əsasən borc müqaviləsinin sadə yazılı formada bağlanılmasının mümkünlüyü nəzərdə tutulsa da, onun bağlanmış sayılması üçün tərəflərlə imzalanması zəruri olmasına dair mövqeyi ilə razılaşır və hesab edir ki, hazırki iş üzrə tərəflər arasında borc münasibətlərinin yaranmasını təsdiq edən, qanunla müəyyən olunmuş qaydada imzalanmış müqavilə iddiaçı tərəfindən məhkəməyə təqdim olunmadığı üçün məhkəmə haqlı olaraq iddianı əsaslı saymamışdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəli llərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin hesab edir ki, Bakı şəhəri 9 saylı notariat kontorunun notariusu Rəşadət Sadıqovun şahid ifadəsi də iddiaçının cavabdehə borc verməsini təsdiq etməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsi qanuni və əsaslı olmuşdur. Belə ki, apellyasiya instansiyası məhkəməsinin düzgün olaraq müəyyən etmişdir ki, şahidin ifadəsində iddiaçının cavabdehə borc verməsi öz təsdiqini tapmamışdır. Şahidin ifadəsinə əsasən o, iddiaçının cavabdehə borc verməsini görməmiş və ifadəsində sonuncuların borc münasibətlərinin olmasını iddiaçının sözünə əsasən bildirmişdir. Azərbaycan Respublikasının MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyy ən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanunvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə qiymət verərək daha sonra hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları üzrə iş materiallarında olan hər hansı bir digər sənədlə Cavabdeh keçmiş həyat yoldaşı xxxya birgə paylı mülkiyyətlərində olan mənzildə sonuncunun payının alqı-satqısına görə ödədiyi pul vəsaitinin iddiaçıdan borc aldığı təsdiq edən sübutun əlavə olunmamasına dair nəticəsi də qanuni və əsaslı olmuşdur. Belə ki, iddiaçının birinci instansiya məhkəməsinə təqdim etdiyi X3 Bakı şəhəri Nərimanov rayon İcra və Probasiya Şöbəsinə verdiyi 01 sentyabr 2018-ci il tarixli ərizəsinin surətində o, borclu Cavabdeh ünvan 2 ünvanında olan payını 45000 manat məbləğində alqı-satqı etdiyini göstərmişdir. İş materiallarında olan “xxxx” ASC-nin Nərimanov filialının 31 avqust 2018-ci il tarixli ödəniş orderlərində də alqı-satqı müqaviləsinə görə 45000 manat və 90 manat pul vəsaitlərinin Cavabdeh tərəfindən X1 hesabına köçürülməsi qeyd olunmuşdur. Məhkə mə kollegiyası həmçinin hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq bu qənaətə gəlmişdir ki, tərəflər arasında mötəbər yazılı borc müqaviləsinin imzalanmamasını müəyyən etdiyindən, iddiaçının təqdim etdiyi əlyazmanın kimi tərəfindən icra edilməsi əhəmiyyət kəsb etmir və iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnamə si haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 2.2-ci bəndində təsbit olunmuşdur ki, məhkəmə qərarı maddi və prosessual hüquq normalarına dəqiq riayət edilməklə qəbul edildikdə qanuni hesab edilir. Qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə, qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində müəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulmas ı təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi qətnaməsi qeyd edilən tələblərə cavab verir. Apellyasiya instansiyası məhkəməsi işə baxarkən həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını düzgün müəyyənləşdirmiş, beləliklə də, gəldiyi nəticələri maddi və prosessual qanunvericiliyin tələblərinə uyğun olduğu üçün qanuni və əsaslıdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, onlar əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldİ: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 24.10.2019-cu il tarix li 2(103)13006/2019 nömrəli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-2702/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2702/2020
17.06.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver