Məhkəmə qərarları › İş №2(102)-2702/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2702/2021

18.05.2021 · Müqavilələrin bağlanması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2702/2021 18.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının QƏRARİ İddiaçı: İddiaçı Cavabdeh: Cavabdeh iddia tələbi: əmlakın hazırki dəyərinin ödənilməsi, çəkilmiş xərclərin əvəzinin ödənilməsi, verilmiş pulun geri qaytarılması, dövlət rüsumunun cavabdehdən tutulması və işin icra olunduğu tarixdə iddiaçının əmlakdan çıxarılması Açar sözlər: pulun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Dəmirov İlqar Kamal oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı, vəkili İsmayılov Azər Həşim oğlunun, Cavabdeh və vəkili Cəfə rova Xəyalə Teymur qızının iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1754/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kasasiya şikayətinə dair işə 18 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin faktiki halları İş materiallarında olan: -Azərbaycan Respublikası Qaçqınların və X2 üzrə Dövlət Komitəsi Qax Zaqatala və Balakən rayonları üzrə nümayəndəliyinin verdiyi 25 fevral 2020-ci il tarixli, 101 saylı arayışından görünür ki, İddiaçı məcburi köçkündür və hal-hazırda Qax rayonu Fıstıqlı kəndində müvəqqəti qeydiyyatdadır. -Cavabdeh İddiaçı yazdığı 17.03.2019-cu il tarixli qəbzdən görünür ki, o həmin qəbzdə İddiaçı ona məxsus bağı geri aldığını, bun un müqabilində Əbülfətdən aldığı 3.000 (üç min) manat pulu 2019-cu ilin sentyabr ayında qaytaracağına söz vermişdir. -Seriya AZE № 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh Qax rayonu, Fıstıqlı kəndində qeydiyyatdadır. -Qax rayonu Qum Bələdiyyəsinin 20.05.2020-ci il tarixli arayışından görünür ki, Hüseynov X1 Mübariz İsa oğlundan şifahi satın aldığı 155 kol fındığı, fındıq bağının torpaq vergisini ödəmişdir. - xxxx MMC tərəfindən verilmiş 14 oktyabr 2020-ci il tarixli, 401 nömrəli rəydən müəyyən olunur ki, baxışa təqdim edilmiş 155 topa fındığın illik məhsuldarlığı təxminən 1628 kq müəyyən edilir. Aqrotexniki qaydalara görə hər il fındıq topalarının diblərinin və ətraf sahələrin kolkosdan təmizlənməsi, ağacların diblərinə üzvi gübrə verilməsi, ağacların vaxtı-v axtında suvarılması, məhsul verməyən və qurumuş budaqların kəsilməsi ilə əlaqədar hər ildə budama işləri aparılması, ağacların heyvanlar tərəfindən vurula bilən zədələrdən mühafizəsinin təşkil edilməsi kimi aqrotexniki qulluğa ehtiyacı vardır. Nəzəri hesablama yolu ilə ekspert baxışına təqdim edilmiş Qax rayonu Fıstıqlı kəndində yerləşən bağ sahəsində keçmiş SSRİ dövründən qalmış 155 topa fındıq ağaclarına 15 il (20042019) ərzində edilən aqrotexniki qulluq xərcinin məbləği 17437.50 manat, 1 ildə əldə edilməsi ehtimal olunan keyfiyyətli qabıqlı fındıq məhsulunun miqdarı 1628 kq, dəyəri 5193.32 manat müəyyən edilir. Birinci və apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış alqı-satqı müqaviləsinin bağlanmış hesab edilməsi və ya 5.400 manat çəkilmiş xərcin ödənilməsi, əmlakın hazırki dəyəri (150X150) 22.500 manat pulun ödənilməsi, cəmi 27.900 manat pulun və cavabdehdən 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə işə baxılıb qətnamə çıxarılana qədər iddiaçının etibarnamə üzrə nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək iddia tələbi üzrə əmlakın hazırki dəyərinin ödənilməsi, çəkilmiş xərclərin əvəzinin ödənilməsi və verilmiş pulun geri qaytarılması, dövlət rüsumunun cavabdehdən tutulması və işin icra olunduğu tarixdə iddiaçının əmlakdan çıxarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qax Rayon Məhkəməsinin 23 iyun 2020-ci il tarixli, 2(024)-192/2020 nömrəli qətnaməsi ilə (hakim M.İ.Qarayev) iddia qismə n edilərək, Cavabdeh İddiaçı aldığı 3.000 (üç min) manat puldan iddiaçıya qaytarılmamış 500 (beş yüz) manat pul və 30 (otuz) manat dövlət rüsumunun alınaraq İddiaçı ödənilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən İddiaçı apellyasiya şikayəti vermişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1754/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – A.A.Mahmudov (sədrlik edən və məruzəçi), Ə.T.Məcidov və M.A.Əsədli) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Zaqatala Rayon Məhkəməsinin 08 may 2020-ci il tarixli, 2(033)261/2020 nömrəli qətnaməsinin tam ləğv edilməsi, iş üzrə yeni qətnamənin qəbul edilməsi, yeni qətnamə ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh qulluq xərcinə gör ə çəkilmiş 5.400 (beş min dörd yüz) manatın alınaraq İddiaçı verilməsi, ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 manatının İddiaçı, 150 manatının isə Cavabdeh alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri, ona etiraz, kassasiya iclasında tərəflərin iştirakı və izahatları Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını tam, obyektiv və hərtərəfli araşdırmamış, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında Cavabdeh və vəkili Cəfərova Xəyalə Teymur qızı kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə iclasında İddiaçı və vəkili İsmayılov Azər Həşim oğlu kassasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdilər. Kassasiya baxı şının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-yə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər k i, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi İşin araşdırılmış hallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı verdiyi 3.000 manat pula görə cavabdehin fındıq bağından uzun illər istifadə etmişdir. Sonralar tərəflər torpaq sahəsinin cavabdehə qaytarılmaqla, 3.000 manat pulun iddiaçıya verilməsi barədə razılığa gəlmişlər. Belə razılaşma cavabdeh tərəfindən yazılmaqla iddiaçıya təqdim olunmuş qəbzin məzmunu və torpaq sahəsinin cavabdehə geri qaytarılması ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi apellyasiya instansiyası məhkəməsi həmin maddi hüquq normasının tələbini pozmaqla düzgün hüquqi nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4-cü maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Həmin Məcəllənin 417.2-ci maddəsinə görə bu Məcəllənin 417.1.4-cü maddəsində nəzərdə tutulmuş qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun. Cavabeh tərəfindən 3.000 manat pulun qaytarılması Mülki Məcəllənin 529.3-cü maddəsinin tələbləri baxımından təsdiq olunmur. Həmin maddəyə görə əgər borclu kreditora öhdəliyin təsdiqi üçün borc sənədi vermişdirsə, kreditor icranı qəbul edərkən həmin sənədi qaytarmalı, qaytarmaq mümkün olmadıqda isə bunu icranı tə sdiq etmək üçün verdiyi sənəddə göstərməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu madələrini rəhbər tutaraq məhkəmə kollegyası qərara aldı: Cavabdeh kassasiya şikayəti qismən təmin edilsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-1754/2020 nömrəli iş üzrə 01 dekabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin.İddia qismən təmin olunsun. 3.000 manat Cavabdeh alınaraq İddiaçı verilsin. İddianın digər hissəsi təmin olunmasın. Ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz) manatın 150 manatı İddiaçı, 150 manatı isə Cavabdeh alınaraq “xxxx” MMC-yə Kapital Bank ASC Gənclik Mail filialı, KOD 201025, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/h: AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB******************** hesаbа ödənilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar