Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2702/2022 18.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: pul tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Xələfov İlqar Rəhim oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə” dair Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2495/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları
1. Ca vabdeh bir müddət Rusiya Federasiyasında biznes fəaliyyəti göstərmişdir.
2. Cəlilabad Rayon Polis Şöbəsinin xx.xx.2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarı ilə Cavabdehun şikayət ərizəsi əsasındsa araşdırma aparılmış və mübahisə mülki xarakterli olduğu üçün cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarda göstərilir ki, Cavabdeh izahatında İddiaçı təklifi ilə razı olduğu və onların şərik işləməyə başladığını, İddiaçı şərikli bizneslərinə ümumilikdə ******* rus rublunun qoyduğunu bildirmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) birinci instansiya məhkəməsində icraat
3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 4 850 000 rus rublu və 30000 ABŞ dolları borcun alınaraq ona verilməsini xahiş etmişdir.
4. Sonra iddiaçı tələbin in həcmini artırmış, 4 850 000 rus rublu və 30 000 ABŞ dolları borcun və 20 000 manat əldən çıxmış faydaya görə kompensasiyanın ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh uzun müddətdir ki, tanıyır və əvvəllər münasibətləri yaxşı olmuşdur. Cavabdeh Rusiya Federasiyasında biznesini inkişaf etdirmək üçün 2018-ci ildə iddiaçıdan müxtəlif vaxtlarda borc pul istəmiş və iddiaçı cavabdehə inandığına, etibar etdiyinə və aralarında olan yaxın münasibətə görə ona müxtəlif vaxtlarda 4 850 000 Rus rublu və 30 000 ABŞ dolları borc pul vermişdir. Cavabdeh həmin vaxtlar Rusiya Federasiyasında kömür istehsalı və satışı ilə məşğul olmuşdur. İddiaçı cavabdehə həddindən artıq inandığı üçün ondan verdiyi borc pullara görə heç bir sənəd almamışdır. Cavabdeh aldığı borc pulların müqabilində şəxsi biznesdən əldə etdiyi gəlirdən iddiaçıya da pul verməyi söz versə də vədinə əməl etməmiş və bu səbəbdən aralarında narazılıq yaranmışdır. Bundan sonra iddiaçı cavabdehdən verdiyi borc pullarını qaytarmasını tələb etmiş, lakin cavabdeh borcunu qaytarmaqdan yayınmaq üçün iddiaçını aldadaraq ona biznesə şərik olmağı təklif etmişdir. Lakin bundan sonra da cavabdeh iddiaçıya verdiyi vədinə əməl etmədiyinə görə aralarında olan narazılıqlar böyümüş və iddiaçı cavabdehdən qəti şəkildə borcunun qaytarılmasını tələb etmişdir.
6. Cəlilabad Rayon Məhkəməsinin 2(073)-883/2021 nömrəli iş üzrə 15 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim Q.Paşayev) iddia qismən təmin edilərək Cavabdeh 4 850 000 rus rublu və 30000 ABŞ dolları borcun ödəniləcəy i gün Azərbaycan manatına olan məzənnəsi və 30 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
7. Birinci instansiya məhkəməsi iddianın təmin edilən hissəsində gəldiyi qənaəti onunla əsaslandırmışdır ki, cavabdeh iddiaçıdan 2018-ci ildə müxtəlif vaxtlarda ******* rus rublu və 30000 ABŞ dolları borc almış və borcu qaytarmamışdır. İddiaçı tərəfindən dəfələrlə tələb edilməsinə baxmayaraq cavabdeh borcunu ödəməkdən yayınmışdır.
8. Məhkəmə bu hissədə öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.1-ci, 329.2-ci, 390.1, 739.1, 739.2, 740, 425.1, 385.1 və 445.2.1-ci maddəsinə istinad etmişdir.
9. Birinci instansiya məhkəməsi iddianın təmin edilməyən hissəsində iddiaçı cavabdehin borcunu vaxtında qaytarmaması nəticəsində iddiaçıya 2000 0 manat ziyan dəydiyini göstərsə də, həmin halları təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat
10. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, onun iddiaçıya borcu yoxdur və ondan heç vaxt borc almamışdır. Belə ki, Rusiya Federasiyasında taxta işləri və kömür istehsalı ilə məşğul olduğu vaxt İddiaçı bir neçə dəfə onun yanına gəlib onunla şərik işləmək istədiyini bildirmiş, razılığa gəldikdən sonra İddiaçı 3.850.000 rubl pul qoymuş, onlar dəzgah alıb 6-7 ay şərik işləmiş, kömür istehsalı və satışı ilə məşğul olmuşlar. Bir il Rusiyada güclü don və şaxta olması səbəindən gəlir az olmuş, ona görə İddiaçı şəriklikdən çıxmaq istədiyini bildirmiş və qoyduğu mayanı geri istəmişdir. Əlində nağd pulu olmadığından İddiaçı pulunu qaytara bilməmişdir. Aralarında narazılıq olmuş, bundan sonra İddiaçı ona verilən etibarnamədən istifadə edərək, onun iradəsi əleyhinə, ona məxsus və Azərbaycanda yerləşən şadlıq sarayını ondan xəbərsiz dəyər-dəyməsinə satmış və qohumunun adına rəsmləşdirmiş, faktiki olaraq onun əmlakını mənimsəmişdir. Ona görə Rusiyada biznesini yarımçıq qoyub Azərbaycana qayıtmağa məcbur olmuş, şadlıq sarayı ilə bağlı mübahisə açmışdır.
12. Şirvan Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 19 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Əsədov (sədrlik edən və məruzəçi), S.Mayılov və N.Mirzəyev, iş N 2(106)-2495/2021) apellyasiya şikayəti qismən təmin edilərə k Cəlilabad Rayon Məhkəməsinin 15 mart 2021 -ci il tarixli, 2(073)-883/2021 saylı qətnaməsi ləğv edilmiş, iddianın qismən təmin edilməsi, Cavabdeh ödəniş günü, müvafiq məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə 3 850 000 (üç milyon səkkiz yüz əlli min) rus rublunun alınıb İddiaçı verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.
13. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, borc üzrə iddiaçının tələbinin təmin edilməsi üçün tərəflər borc münasibətində olmalı, onların arasında borc müqaviləsi bağlanmalı, müqavilənin şərtləri, o cümlədən borcun məbləği, onun qaytarılma müddəti və s. şərtlər dəqiq müəyyən edilməli, borc məbləğinin cavabdehə verilməsi, cavabdehin borcu qaytarmaması, pul məbləğinin cavabdehin qanunsuz sahibliyində (istifadəsi ndə) qalması, qaytarmalı olduğu vaxtdan sonra cavabdehin onu qaytarmaqdan imtina etməsi kimi hallar müəyyən edilməlidir. Bu hallardan hər hansı birinin müəyyən edilməməsi iddianın təmin edilməsindən imtinaya əsas verir.
14. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 30 iyun 2016-cı il tarixdən qüvvədə olan 740.2-ci maddəsinin tələbinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa borc müqaviləsi yazılı formada bağlanmalıdır.
15. Tərəflər arasında, nəinki borc müqaviləsinin şərtləri, ümumiyyətlə hər hansı yazılı müqavilə olmamışdır.
16. Birinci instansiya məhkəməsi yalnız iddiaçının izahatına və şahid ifadələrinə əsaslanaraq iddianı əsaslı saymışdır.
17. Beləliklə, kollegiya birinci instansiya məhkəməsinin mövqeyini əsassız sayaraq hesab etmişdir ki, iş üzrə yalnız iddi açının izahatı və şahid ifadələri ilə tərəflərin arasında borc münasibətlərinin olmasını, onların arasında borc müqaviləsinin (razılaşmasının) bağlanmasını təsdiq edən etibarlı sübut hesab edilə bilməz.
18. Məhkəmə kollegiyası hesab etmişdir ki, işin hallarından, o cümlədən iddia ərizəsindən və izahatlardan görünür ki, tərəflər işbirliyi qurmaq üçün razılığa gəlmişlər. Bu məqsədlə dəzgahlar alınmış, onlar Rusiyada fəaliyyət qurmuşlar. Sonra onların arasında narazılıqlar yaranmış, onlar ayrılmışlar. Onların razılıqları baş tutmamışdır, ona görə iddiaçı qoyduğu pulu geri istəmişdir.
19. İddiaçı mahiyyətcə baş tutmamış müqavilə (biznes razılaşması) üzrə qoyduğu sərmayəni geri istəmişdir. Cavabdeh də mahiyyətcə aralarındakı biznesin pozuluşmasına razı olmuşdur.
20. Kollegiya hesab etmişdir ki, hazırki halda iddiaçının tələbinin qanuni əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091, 1092-ci maddələri təşkil edir.
21. Belə ki, polisdə İddiaçı tərəfindən şərikli biznesə ******* rus rublu məbləğində vəsait qoyulması faktı bildirilməsinə baxmayaraq, məhkəmə yalnız iddiaçının ərizəsini və şahid ifadələrini əsas tutaraq İddiaçı tərəfindən Ə.Şəmmədova ******* rubl və 30000 ABŞ dolları məbləğində borca pul verildiyi qənaətinə gəlmişdir. Halbuki, şahidlər pulun verilməsinin bilavasitə iştirakçıları olmamışlar və pul məbləğinin verilməsində şahid ifadələri əsas sübut mənbəyi hesab edilə bilməz.
22. Məhkəmə kollegiyası cavabdehin həm polis idarəsində, həm də apellyasiya şikayətində, eləcə də apellyasiya baxışında izahatında iddiaçının onun biznesinə ******* rubl miqdarında pu l qoyduğu faktın etirafı kimi qəbul etmiş və hesab etmişdir ki, həmin məbləğ cavabdehdən tutulub iddiaçının xeyrinə ödənilməlidir.
23. Məhkəmə kollegiyası iddiaçının cavabdehə ******* rubl verdiyini, eləcə də 30000 ABŞ dolları verdiyini sübuta yetirmək yükünün iddiaçının üzərində olmasına baxmayaraq sübuta yetirə bilməməsini göstərmiş və həmin hissədə iddianı təmin etməmişdir.
24. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini hüquqi cəhətdən əsaslandırarkən Mülki Məcəllənin 1091.2, 1092.1-ci, Mülki Proosessual Məcəlləsinin 106.3, 77.1-ci maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin dəlilləri
25. İddiaçı qətnamədən kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
26. Kassasiya şikayəti onunla əsaslan dırılmışdır ki, onun tərəfindən cavabdehə birgə faydalanmaq məqsədi ilə ******* rus rublu və 30000 ABŞ dolları məbləğində sərmayə pulu verilmiş, lakin cavabdeh tərəfindən götürülmüş öhdəlik icra edilməmişdir. Belə olan halda, onun öhdəliyin icrasını tələb etmək, borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri
27. Kassasiya şikayətlərinə etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma hə mçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir:
31. Maddə 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya;
32. Maddə 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 33.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə 106.3. Tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.
37. Maddə 407.2. Kassasiya şikayətində işin h allarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Qətnamədən kassasiya şikayəti verən iddiaçı qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. İddiaçı cavabdehə 4.850.000 rubl və 30.000 ABŞ dolları məbləğində borc verməsini iddia edərək həmin məbləğin cavabdehdən alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
43. Həmin mübahisəyə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən apellyasiya qaydasında baxılarkən müəyyən olunmuşdur ki, tərəflər arasında iddia olunduğu kimi borc münasibəti deyil, birgə biznes fəaliyyəti ilə məşğul olmaq üçün iş birliyi münasibəti mövcud olmuş və bu məqsədlə iddiaçı tərəfindən cavabdehin Rusiya Federasiyasında qurduğu biznes fəaliyyətinə 3.850.000 rubl məbləğində pul vəsaiti qoyulmuşdur.
44. Tərəflər arasında birgə biznes fəaliyyətindən əldə ediləcək qazancın bölünməsi barədə razılaşma olmuş, lakin aralarında yaranmış narazılıqla əlaqədar şərikli biznes fəaliyyəti baş tutmamışdır.
45. Apellyasiya instansiyası məhkəməsi iddiaçı tərəfindən şərikli biznesə 3.850.000 rubl məbləğində vəsait qoyulmas ı barədə nəticəyə gələrkən cavabdehin iddianı həmin məbləğdə etiraf etməsinə və Cəlilabad rayon Polis Şöbəsinin təhqiqat bölməsi təhqiqatçının cinayət işinin başlanmasının rədd edilməsi haqqında 25 aprel 2020-ci il tarixli qərarına əsaslanmışdır.
46. İşdə iddiaçının tələb etdiyi məbləğdə cavabdehə pul verməsini təsdiq edən hər hansı müqavilə və ya yazılı sübut yoxdur.
47. İşin müəyyən olunmuş yuxarıda göstərilən halları iddianın yalnız qismən təmin edilməsi üçün əsas verdiyindən kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarıldığından kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
48. Şərh olunanlara əsasən v ə Azərbaycan Respublikasının MPM-in 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya, QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2495/2021 nömrəli iş üzrə 19 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.