Məhkəmə qərarları › İş №2(102)-2702/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2702/2025

10.09.2025 · Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2702/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARI (Açar sözlər: əsassız varlanma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-835/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı və Cavabdeh qonşudurlar və aralarında borc münasibətləri olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 12000 manat əsas borcun, illik beş faiz olmaqla 1200 manat faiz borcunun, 129,60 manat dövlət rüsumunun, ümumilikdə 13329.60 manat pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini belə əsaslandırmışdır ki, aralarında normal qonşuluq münasibətləri olmuş, heç bir ədavət və düşmənçilik olmamışdır. Cavabdeh ticarətlə məşğuldur və 2022-ci ilin iyul ayında ticarətin genişləndirilməsi ilə bağlı pula ehtiyacı olduğunu bildirərək, ondan 16.000 manat məbləğində borc pul almış və iki ay ərzində qaytaracağını bildirmişdir. Cavabdeh iki aydan sonra 1000 manat ödəmiş və pulun malda olmasını əsas gətirərək, ona vaxt verməyini xahiş etmişdir. Ondan sonra hissə-hissə 3000 manat pul və pulun dəyərində taxıl məhsulu vermişdir. Qalan 12.000 manat pulu isə müxtəlif bəhanələr gətirərək, ödəməkdən boyun qaçırmışdır. Pulu geri istədikdə cavabdeh onu hədələmişdir ki, ondan pulu istəsə canına qəsd edəcək və bununla bağlı 2024-cü ilin oktyabr ayında Tovuz RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məsələ ilə bağlı araşdırma aparılmış və məlumat böhtan xarakterli olduğundan təsdiqini tapmamışdır. Orada izahat verərkən borcunun olmasını da etiraf etmişdir.

4. Birinci instansiya məhkəməsində cavabdeh iştirak etməmişdir.

5. Tovuz Rayon Məhkəməsinin 2(062)-127/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdeh 12000 manat əsas borc, illik beş faiz olmaqla 1200 manat faiz borcu, cəmi 13200 manat pul və 129,60 manat ödənilmiş dövlət rüsumunun tutularaq, İddiaçı ödənilməsi qət edilmişdir (hakim Z.Hünmətov).

6. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Cavabdeh Tovuz rayon Polis şöbəsinə verdiyi izahatından görünür ki, o, Səməd adlı şəxsdən təxminən üç il bundan əvvəl 16.000 manat pul aldığını etiraf etmişdir. O, götürdüyü öhdəliyin yerinə yetirməsini təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 529.1, 739, 740-cı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 217-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

8. Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilib, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehin konstitusiya, maddi və prosessual hüquqlarına ziddir. Hesab edir ki, məhkəmə mülki işə baxarkən yanlışlığa yol verərək əsassız qətnamə qəbul etmişdir. İddiaçı dəfələrlə cavabdehə hədə-qorxu gəlmiş, evinə hücum çəkmişdir. Cavabdeh dəfələrlə onu narahat etməməsini, borcu olmadığını desə də, iddiaçı onu haqsız yerə məhkəməyə verəcəyini, ondan pul tələb edəcəyini demişdir. Cavabdeh təhsil almayıb və oxuma-yazma bilmir, polis şöbəsində verilmiş izahatda imza onun imzası deyildir.

10. Məhkəmə kollegiyasının iclasında cavabdeh izahat verərək bildirmişdir ki, o, orta məktəb bitirmişdir. O, polisdə iddiaçıya borclu olması barədə izahat verməmişdir. Diskdəki səs yazısı ona və arvadına məxsusdur. Yadında deyil dəqiq nə vaxt almışdır. Təxminən 3 il olar. Polisdə də demişdir ki, bəli, iddiaçıdan pul almış, ancaq geri qaytarmışdır. Polisdəki imza ona məxsusdur. Pulun qaytarılması ilə bağlı müddət müəyyən edilməmişdir. Hər ay faizini qaytarmışdır.

11. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(104)-835/2025 nömrəli 29 aprel 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi qismən təmin edilərək, Cavabdeh 12000 manat pulun və 117,2 manat ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakimlər M.Mustafayev (sədrlik edən və məruzəçi), F.Mehtiyev və R.Muradov ).

12. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iş materialları və tərəflərin verdiyi izahatlarla müəyyən edilmişdir ki, tərəflər həmkəndli olmaqla qonşudurlar. 2022-ci ilin iyul ayında Cavabdeh iddiaçıdan 16.000 manat məbləğində borc pul almışdır. Sonra 1000 manat bir dəfə, 3000 manat hissə-hissə pul və pulun dəyərində taxıl məhsulu iddiaçıya vermişdir. Həmin məbləğdə pulun qaytarılması iddia ərizəsi və iddiaçının ifadələri ilə təsdir olunur. Yerdə qalan 12.000 manat pulun isə qaytarılması ilə bağlı heç bir mötəbər sübut iş materialları ilə müəyyən edilməmişdir.

13. Kollegiya maddi hüquq normasının tətbiqi ilə bağlı qeyd etmişdir ki, tərəflər arasın da borc müqaviləsinin forması ilə bağlı MM-nin 740.2-ci maddəsinin tələblərinə riayət etməmişlər ki, bu da, MM-nin 337.1-ci maddəsinin tələblərinə əsasən əqdin etibarsızlığı üçün əsasdır. Bu baxımdan hazırkı iş iddianın hüquqi əsasını əsassız varlanma təşkil edir və həmin münasibətlərə mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı münasibətləri tənzimləyən normaları tətbiq edilməli idi.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərə borc münasibətlərindən irəli gələn normaları tətbiq etməklə maddi hüquq normasının tətbiqində səhvə yol vermişdir.

15. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, iddiaçının cavabdehə 16000 manat verməsi iş materialları, o cümlədən cavabdehin izahatı ilə təsdiqini tapmışdır. Cavabdeh həmin borcu qaytardığını, iddiaçının ondan faiz tələb etdiyini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə biməmişdir. Lakin tərəflər əqdin formasına riayət etmədiyindən və bu baxımdan əqd etibarsız olduğundan tərəflər əqd üzrə aldıqlarını qaytarmalıdırlar.

16. Kollegiya birinci instansiya məhkəməsinin cavabdehin borcuna münasibətdə illik beş faiz olmaqla 1200 manat faiz borcunun olması qənaətinə gəlməsini əsaslı hesab etməmiş və bununla bağlı qeyd etmişdir ki, iddiaçı cavabdehə 2022-ci ildə 2 ay müddətinə 16000 manat borc verməsini qeyd etsə də, həmin halı təsdiqləyəcək sübutları məhkəməyə təqdim edə bilməmişdir. Həmçinin iddiaçı 2022-ci il tarixdə cavabdehə 2 ay müddətinə 16000 manat borc verməsini qeyd etsə də, sonradan cavabdeh pulun malda olduğunu q eyd etdiyini bildirdiyi üçün gözləmək qərarına gəldiyini qeyd etmiş, məhkəməyə isə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin əsasən, Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

17. Bu baxımdan kollegiya qeyd etmişdir ki, iddiaçı cavabdehin ona verdiyi pul məbləğini gecikdirməsi ilə bağlı sübutları məhkəməyə təqdim edə bilməmişdir.

18. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 337, 445.7, 739.1, 740.1, 740.2, 1091.2, 1092.1, 1092.2-ci, MPM-in 4.1, 77.1, 81, 88, 106.1, 217.3, 384.0.2, 385.1.1, 389 və 390-cu maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şika yətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (vəkil X1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti Mülki Məcəllənin 739.1-ci, MPM-in 88 və 217.3-cü maddələrinə istinad edilməklə onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçıya pulu tam şəkildə qaytarmasını nəzərə almamışdır. Cavabdeh Tovuz Rayon Polis Şöbəsində verdiyi izahatında qeyd etmişdir ki, o, Səməd adlı şəxsdən götürdüyü pulu qaytarmışdır. Bununla da cavabdeh öhdəliyi tam şəkildə yerinə yetirmişdir. Bu hissədə işə baxan məhkəmə qanunun tələbini pozmuşdur. Məhkəmə qətnaməsini qəbul edərkən sübutlara qiymət verməmiş, iş üçün əhəmiyyət kəsb edən və mötəbər sübut sayılan cavabdehin Tovuz Rayon Polis Şöbəsində borcu iddiaçıya tam qaytarması barədə izahatını nəzərə almamışdır. Cavabdeh iddiaçıdan pulu faizə götürmüş və faizi ilə birlikdə əsas borcu da qaytarmışdır. O, götürdüyü pulu geri qaytarsa da, iddiaçı onu hədələmiş və iddiaçı polis şöbəsinə ərizə verərək bir daha polislə hədələdiyini sübut etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. İddiaçı kassasiya şikayətinə qarşı etiraz göndərərək təmin edilməməsini və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

22. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

23. Maddə 329.1. Əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır.

24. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

25. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

26. Maddə 445.7. Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilm iş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

27. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

28. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

29. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

30. Maddə

337. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri p ozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamıs ını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (ocümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir.

31. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.

32. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.

33. Maddə 1092.2. Əldə edilənləri vermək mümkün olmadıqda, onların dəyəri ödənilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

38. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

39. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

40. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

41. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

42. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

44. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi h üquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

46. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).

47. Bu baxımdan işin hallarına nəzər sa lındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

48. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki süb utlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

49. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onlara qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şi kayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qə rara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-835/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar