Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2703/2021 31.05.2021 ALİ MƏHKƏMƏ AzərbaycanRespublikasıadından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ələsgər oğluna qarşı iş üzrə QƏRARİ iş № 2(102)-2703/2021 (Açar sözlər: torpaq sahəsinin boşaldılması, vindikasiya iddiası, ekspert rəyi) Bakı şəhəri, 31 may 2021-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi ilə, İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh2 və Cavabdeh1 “həyətyanı torpaq sahəsindən çıxarılma və torpaq sahələrinin boşaldılaraq təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-416/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qətnaməsindən iddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2, İddiaçı1 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 Ələsgər oğlunun kassasiya şikayətlərinə 31 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçıların hər birinin ayrı-ayrılıqda XXX ərazisində 0,12 hektar həyətyanı torpaq sahələri var. Torpaq sahələri iddiaçıların xüsusi mülkiyyətindədir.
2. Cavabdehlər həmin torpaq sahələrindən istifadə edirlər. a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh 2 və Cavabdeh1 Ələsgər oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, 13.05.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən onların xüsusi mülkiyyətində olan, hər biri ayrı-ayrılıqda 0,12 hektardan ibarət həyətyanı torpaq sahələrindən cavabdehlərin çıxarılmaları, həyətyanı torpaq sahələrinin boşaldılaraq hər bir torpaq sahəsinin məxsus olduğu iddiaçıya təhvil verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişlər.
4. İddia tələbi onunla əsaslandırılıb ki, qeyd olunan həyətyanı torpaq sahələri iddiaçıların xüsusi mülkiyyətində olmasına baxmayaraq, iddiaçılar həmin torpaq sahələrinə münasibətdə özlərinin qanuni hüquqlarından istifadə edə bilmirlər. Çünki iddiaçılra məxsus torpaq sahələri cavabdehlər tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı iddiaçılar cavabdehlərə dəfələrlə müraciət edərək onlardan həyətyanı torpaq sahələrini tərk etmələrini, torpaq sahəhələrini boşaldaraq onlara təhvil vermələrini tələb etmişlər, lakin cavabdehlər həyətyanı torpaq sahəsini tərk etməkdən imtina etmişlər.
5. Hazırda da cavabdehlər iddiaçılara məxsus olan həyətyanı torpaq sahəsindən faktiki olaraq onların iradəsi ziddinə istifadə edirlər.
6. İddiaçılar tələblərinin hüquqi əsası kimi Azərbaycan Respublikası Konstitusiyanın 29-cu, Mülki Məcəllənin 152.1 və 152.5-ci maddələrinə istinad etmişdir.
7. Cavabdeh2 iddiaya etiraz olaraq göstərib ki, hazırki iddianın predmetinə aid olan torpaq sahələrindən o və ailə üzvləri 1980-ci ildən etibarən, təxminən, 30 ildir ki, istifadə edirlər. İstifadəsində olan torpaq sahəsinin vergilərini də indiyədək özü ödəmişdir. Həmin torpaq sahələrindən 15-20 nəfər kənd sakini də uzun müddətdir ki, istifadə edir. Həmin yer əvvəllər daşlıq və kolluq ərazi olmuş, onlar əl əməyi və texnika ilə öz vəsaitləri hesabına səliqəyə salaraq torpaq sahəsini yararlı vəziyyətə gətirmişlər. Qeyd olunan torpaq sahəsinə dair əvvəlki illərdə onunla Oğuz rayonu Filfilli Bələdiyyəsi arasında müvəqqəti istifadə üçün icarə müqavilələri də mövcud olmuşdur.
8. Həmin müqavilələrdən bəzi illərə aid olanları məhkəməyə təqdim etməsi mümkün olsa da, bəzilərini saxlamadığından hazırda onları məhkəməyə təqdim edə bilmir. Qeyd olunan torpaq sahəsinin ayrı-ayrı şə xslərə satılmasından 2018-ci ilədək məlumatı olmamışdır. Bir müddət əvvəl Filfilli Bələdiyyəsi ilə yenidən icarə müqaviləsi bağlamaq istəyərkən Bələdiyyənin sədri tərəfindən ona həmin torpaq sahəsinin satıldığı və hazırda digər şəxslərin mülkiyyətində olduğu bildirilmiş, onunla yenidən müqavilə bağlanılmasının mümkün olmadığı izah edilmişdir. Ona görə də 2016-cı ildən sonra həmin torpaq sahələrinə dair icarə müqaviləsi bağlaya bilməmişlər. Bununla belə, hesab edir ki, həmin ərazi kənd sakinlərinin ümumi istifadəsindədir və xüsusi mülkiyyətə verilməsi mümkün deyildir.
9. Qeyd edilən ərazilər örüş sahələri və biçənək yerləri olduğundan alqı-satqı predmeti də ola bilməzdi və hazırki iddianın predmetinə aid olan torpaq sahələri iddiaçılara qanunsuz olaraq satılmışdır. Mübahisə predmetinə aid o lan torpaq sahələrinin onun və ailə üzvlərinin istifadəsində olan hissəsinə dair onların adına hüquqmüəyyənedici sənədlər mövcud olmasa da, həmin torpaq sahəsi uzun müddətdən bəri onun və ailə üzvlərinin faktiki istifadəsində olduğuna və torpaq sahəsini onlar özləri səliqəyə salıb istifadəyə yararlı hala gətirdiklərinə görə hesab edir ki, qeyd olunan torpaq sahəsinin digər şəxsə satılması qanunsuzdur.
10. Cavabdeh1 Ələsgər oğlu da iddiya etirazını Cavabdeh2 etirazının dəlillərinə uyğun əsaslandırmışdır.
11. Məhkəmə iclasında mütəxəssis qismində izahat vermiş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin nümayəndəsi X1 göstərib ki, məhkəmənin 30 oktyabr 2019-cu il tarixli müraciəti əsasında göstəril ən torpaq sahələrinin naturada iddiaçılara tanıdılması, həmin torpaq sahələrinin cavabdehlər və ya digər şəxslər tərəfindən zəbt edilib-edilməməsinin müəyyən olunması, zəbt olunmuş torpaq sahələrinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinin səlahiyyətli nümayəndəsi kimi Oğuz rayonu Filfilli kəndinə, qeyd olunan Çıxarış sənədlərində göstərilən torpaq sahələrinin yerləşdiyi əraziyə getmişdir. Lakin cavabdehlər qeyd olunan ərazidə ölçmə işlərinin həyata keçirilməsinə imkan verməmiş, onun öz vəzifəsini yerinə yetirərək tədqiqat işi aparmasına mane olmuşlar.
12. Oğuz Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tаrixli 2(054)-458/2019 nömrəli qətnaməsi ilə iddiа təmin edilərək, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Əl əsgər oğlunun Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, 13.05.2011-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar və 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədi nə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar-cəmi 0,48 hektar həyətyanı torpaq sahələrindən çıxarılmaları, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı4, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı3, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı2 və 13.05.2011-ci il ta rixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədində göstərilən 0,12 hektar həyətyanı torpaq sahəsinin boşaldılaraq İddiaçı1 təhvil verilməsi qət edilmişdir. (hakim Kamran Süleymanov)
13. Məhkəmə tərəflərin izahatı və işdəki sübutlara əsasən müəyyən etmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, ayrı-ayrılıqda hər biri 0,12 hektardan ibarət olmaqla cəmi 0,48 hektar həyətyanı torpaq sahələri 13.05.2011- ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən iddiaçıların xüsusi mülkiyyətindədir. Hazırki vəziyyətdə isə həmin həyətyanı torpaq sahələrindən faktiki olaraq cavabdehlə r istifadə edirlər.
14. Birinci instansiya məhkəməsi cavabdehlərin iddia tələblərinə etirazlarının əsası kimi istinad etdikləri dəlillərlə bağlı qeyd edib ki, mülki işin məhkəmə araşdırması ilə əlaqədar hazırda iddiaçıların xüsusi mülkiyyətlərində olan torpaq sahələrinin cavabdehlər tərəfindən faktiki olaraq istifadə edilən torpaq sahələrinin koordinatları ilə üst-üstə düşüb düşmədiyini müəyyən etmək məqsədi ilə mütəxəssis arayışı verilməsi üçün müvafiq orqana müraciət edilmiş, lakin həmin orqanın nümayəndələri tərəfindən əraziyə baxış keçirilməsinə və ölçmə işlərinin aparılmasına məhz hazırki iş üzrə cavabdehlərin özləri tərəfindən imkan verilməmişdir.
15. Mütəxəssis tərəfindən iş üzrə müvafiq arayış verilməsi üçün tədqiqat (ekspertiza) aparılmasına cavabdehlər tərəfindən maneə törədild iyindən, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlərin istifadə etdikləri torpaq sahələri ilə iddiaçıların torpaq sahələrinin eyni torpaq sahələri olması faktı təsdiq olunur.
16. Birinci instansiya məhkəməsi cavabdehlərin mübahisə predmetinə aid olan torpaq sahələrindən uzun müddətdən bəri istifadə etdikəri və torpaq sahəsini yararlı vəziyyətə saldıqları, əvvəlki illərdə həmin torpaq sahələrinə görə vergi də ödədikləri barədə izahatlarını cavabdehlərin etirazlarının əasaslı olması kimi qəbul etməyib.
17. Birinci instansiya məhkəməsinə görə cavabdehlərin mübahisə predmetinə aid olan torpaq sahələrindən istifadə etmələrinə dair hər hansı rəsmi sənəd və ya digər qanuni əsas olmadığından, habelə hazırda iddiaçılar cavabdehlərin həmin torpaq sahələrindən istifadə etmələrinə nara zı olduqlarından cavabdehlərin hazırki vəziyyətdə həmin əmlaklardan istifadə etmələri qanunsuzdur.
18. Məhkəmə işin müəyyən edilmiş hallarına uyğun olaraq iddianın təmin edilməli olması nəticəsinə gəlmişdir.
19. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1, 155.5, 157.2, 158.4 və MPM-nin 14.2, 77.1,və 95.7-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat
20. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ələsgər oğlu apelyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın rədd edilməsini xahiş edib.
21. Apelyasiya şikayəti belə əsaslandırılıb ki, mübahisə predmetinə aid olan torpaq sahələrindən uzun müddətdir istifadə edirlər. Habelə mübahisə predmetinə aid olan torpaq sahələrinə dair onların adına hüquqmüəyyənedici sənədlər mövcud olmasa da, həmi n torpaq sahəsinə dair ekspertiza keçirilməsini xahiş etsələr də, məhkəmə mütəxəssis cəlb edilməsi barədə qərar qəbul etmişdir.
22. Həmçinin mütəxəssis elektron baza məlumatları əsasında torpaqların üst-üstə düşməsini müəyyən edə bilərdi, lakin etməmişdir.
23. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 fevral 2020-ci il tarixli qərardadı ilə iddiaçıların mülkiyyətində olan sahələrinin naturada onlara tanıdılması, torpaq sahələrinin hansı ölçüdə cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ələsgər oğlu tərəfindən zəbt edilməsinini aydınlaşdrımaq üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətindən müvafiq rəyin alınması qərara alınmışdır.
24. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 13 mart 2020-ci il tarixli mütəxəssis rəyinə əsasən mübahisə predmeti olan torpaq sahəsinə yerində baxış keçirilən zaman iddiaçılardan heç biri iştirak etmədiyindən **********,**********,********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqıda daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışlarda göstərilən torpaq sahələri naturada iddiaçılara tanıdılması mümkün olmamışdır; - Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən mübahisə predmeti olan torpaq sahələrinə yerində baxış keçirən zaman cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ələsgər oğlunun özlərinin göstərdiyi və onların faktiki istifadələrində olan torpaq sahələri ilə iddiaçılar İddiaçı4,İddiaçı3 İddiaçı2 və İddiaçı1 Cumar qızının mülkiyyətinə verilmiş **********46, **********45, ********** 44, **********47 reystr nömrəli torpaq sahələrinin üst-üstə düşən hissələrinin döngə nöqtələrinin koordinantları və ölçüsü tərtib edilmiş sxemdə göstərilmişdir.
25. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-416/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti qismən təmin edilmiş, Oğuz Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(054)-458/2019 saylı qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə qəbul edilərək, iddia tələblərinin qismən təmin edilməsi, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən 13.05.2011-ci il tarixli ********** nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı4 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 170,31 kv.m (18,92 m x 9 m) h issəsindən Cavabdeh1 Ələsgər oğlu, 138,50 kv.m (21,14 m x 6,55 m) hissəsindən Cavabdeh2, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı3 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 470,22 kv.m (29,38 x 16 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, 728,75 kv.m (29 m x 26,16 m) hissəsindən Cavabdeh2, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən İddiaçı2 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 754,05 kv.m (38,76 m x 19,45 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlu, 13.05.2011-ci il tarixli ********** qeydiyyat nömrəli Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədinə əsasən İddiaçı1 xüsusi mülkiyyətində olan 0,12 hektar (1200 kv.m) həyətyanı torpaq sahəsinin 1170 kv.m (39,4 m x 29, 69 m) hissəsindən Cavabdeh1 Ələsgər oğlunun çıxarılması, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 Ələsgər oğlu tərəfindən zəbt edilmiş torpaq sahələrinin boşaldılaraq həmin torpaq sahələrinin mülkiyyətçiləri olan İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 təhvil verilməsi qət edilmiş, ekspertiza xərci tərəflər arasında bölünmüşdür. (hakimlər Elçin Hüseynov (sədrlik edən və məruzəçi), Mirbahəddin Hüseynov, Gündüz Abbasov )
26. Apelyasiya instansiyası müəyyən etmişdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, ayrı-ayrılıqda hər biri 0,12 hektardan ibarət olmaqla cəmi 0,48 hektar həyətyanı torpaq sahələri 13.05.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən iddiaçıların xüsusi mülkiyyətindədir. Hazırki vəziyyətdə isə həmin həyətyanı torpaq sahələrindən bir hissəsindən faktiki olaraq cavabdehlər istifadə edirlər. Cavabdehlərin həmin torpaq sahələrindən qanunsuz olaraq istifadə etmələri iddiaçıların hüquqlarının pozulması və onların öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir.
27. Apellyasiya instansiyası onu da qeyd edib ki, mütəxəssis rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, mütəxəssis rəyi ndə əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir.
28. Məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, apellyasiya məhkəməsi həmin rəylə razılaşıb və belə nəticəyə gəlib ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir.
29. Apellyasiya məhkəməsi cavabdehlərin mübahisə predmeti olan torpaq sahələrinin uzun müddət onların istifadələrində olması və həmin torpaq sahələrinin təyinatına görə yaşayış məntəqələrinin (kəndin prespektiv inkişaf fonduna aid) torpaqlarına deyil, örüş sahələrinə aid olması barədə dəlillərini, bu barədə sübutlar təqdim edə bilməmələri əsası ilə qəbul etməmişdir.
30. Apellyasiya instansiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14 0, 152.1, 155.5, 157.2, 158.4-cü, Mülki Prosessual Məcəllənin 14.2 və 77.1-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
31. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 (Vəkil2 Babalı oğlu) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin olunması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
32. Kassasiya şikayətinin dəlilləri: - apellyasiya məhkəməsi qətnaməsində cavabdehləri iddiaçıların mülkiyyətində olan torpaq sahələrindən çıxarılmasını deyil, zəbt etdiyi hissələrdən çıxarılmasını qət etmişdir. Bu da düzgün deyil, çünki cavabdehlərin torpaqdan hissəvi çıxarılması o deməkdir ki, onlar yenidən iddiaçılara məxsus torpaqların digər hissələrini zəbt edəcəklər.
33. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 XXX da (Vəkil1 İsgəndər oğlu) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən araşdırılması üçün apellyasiya instansiyasına qaytarılması barədə qərar qəbul olunmasını xahiş etmişlər.
34. Kassasiya şikayətinin dəlilləri: - mübahisə predmetinə aid olan torpaqların iddiaçılara satılması qanunsuzdur; - mütəxəssis GPS qurğusundan istifdaə etməyib. 6) Məhkəmə icraatı iştirakçılarının izahatları
35. İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 vəkili Vəkil2 Babalı oğlu kassasiya şikayətini müdafiə edərək, müdafiə etdiyi şəxslərin şikayətinin təmin edilməsini, cavabdehlərin kassasiya şikayətinin isə təmin edilməməsini xahiş etd i.
36. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 XXX və Vəkil1 İsgəndər oğlu öz kassasiya şikayətlərini müdafiə edərək, həmin şikayətin təmin, iddiaçıların kassasiya şikayətinin isə rədd edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki halları na uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edil məsi üçün əsasdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlid ir
38. Hazırkı kassasiya şikayətində iddiaçılar və cavabdehlər apelyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
40. Cavabdehlərin kassasiya şikayəti üzrə kollegiya qeyd edir ki, cavabdehlərin kassasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən tam qiymət verilib.
41. İddia tələbi mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı olaraq vindikasiya (mülkiyyətdə olan əmlakın qanunsuz sahiblikdən geri istənilməsi) tələbidir.
42. İşin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, Oğuz rayonu Filfilli kəndi ərazisində yerləşən, ayrı-ayrılıqda hər biri 0,12 hektardan ibarət olmaqla cəmi 0,48 hektar həyətyanı torpaq sahələri 13.05.2011-ci il tarixli **********, **********, ********** və ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış sənədlərinə əsasən iddiaçıların xüsusi mülkiyyətindədir. Həmin həyətyanı torpaq sahələrinin bir hissəsindən faktiki olaraq cavabdehlər i stifadə edirlər. Cavabdehlərin həmin torpaq sahələrindən qanunsuz olaraq istifadə etmələri iddiaçıların hüquqlarının pozulması və onların öz əmlakları üzərində mülkiyyət hüquqlarından tam və sərbəst şəkildə istifadə edə bilməmələri ilə nəticələnmişdir.
43. Həmçinin o da müəyyən edilib ki, cavabdehlər mübahisə predmeti olan torpaq sahələrinin uzun müddət onların istifadəsində olmasını və həmin torpaq sahələrinin təyinatına görə yaşayış məntəqələrinin (kəndin prespektiv inkişaf fonduna aid) torpaqlarına deyil, örüş sahələrinə aid olmasını bildirsələr də, bu barədə sübutları işə mahiyyəti üzrə baxan məhkəmələrə təqdim edə bilməyiblər.
44. Mülki Məcəllənin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
45. Göründüyü kimi, apellyasiya inst ansiyası işin müəyyən edilmiş halına uyğun olaraq mübahisəyə digər hüquq normaları ilə yanaşı, Mülki Məcəllənin 157.2-ci maddəsini düzgün tətbiq etmişdir.
46. Həmçinin apellyasiya instansiyası məhkəməsi sübutları Mülki Prosessual Məcəllənin 88 və 103.1-ci maddələrinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir.
47. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır.
48. Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilini – mütəxəssisin GPS qurğusundan istifadə etməməsi – əsassız sayır. Belə ki, rəydə mütəxəssis GPS qurğusu ilə ölçmə işlərinin aparılmasını qeyd etmişdir.
49. Cavabdehlərin kassasiya şikayətində istinad edilən başqa dəlillər isə apelyasiya şikayətini n dəlilləri ilə eyni və işin faktiki halları ilə əlaqəli olduğundan, apellyasiya instansiya məhkəməsi tərəfindən həmin dəlillərə və işin faktiki hallarına qiymət verildiyindən, məhkəmə kollegiyası da apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və həmin nəticənin əsaslandırılması ilə razı olduğundan hesab edir ki, kassasiya şikayətinin həmin dəlillərinə ayrıca qiymət verilməsi və apelyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. Həmçinin işin faktiki halları kassasiya baxışında araşdırılmır.
50. İddiaçıların kassasiya şikayətinə gəldikdə, məhkəmə kollegiyası bu şikaəyti də əsassız sayır. Çünki apellyasiya məhkəməsi cavabdehlər tərəfindən iddiaçılara məxsus torpaq sahlərinin məhz nə qədər hissəsini zəbt edilməsini mütəəxəssis rəyi ilə müəyyən etmişdir. Cavabdehlərin iddiaçılara məxsus torpağı hissəvi zəbt etmələri müəyyən edildiyi üçün apellyasiya məhkəməsi də düzgün olaraq iddianı yuxarıda göstərilən qaydada təmin etmişdir.
51. Buna görə də iddiaçıların dəlili – cavabdehlərin torpaqdan hissəvi çıxarılması o deməkdir ki, onlar yenidən iddiaçılara məxsus torpaqların digər hissələrini zəbt edəcəklər –əsassızdır. Belə bir hal (cavabdehlərin yenidən torpağı zəbt etmələri) iddia tam şəkildə təmin olunduğu halda da istisna edilmir.
52. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
53. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegi yası Qərara aldı: İddiaçılar İddiaçı4, İddiaçı3, İddiaçı2 və İddiaçı1 və cavabdehlər Cavabdeh2, Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-416/2020 nömrəli, 02 iyun 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.