Məhkəmə qərarları › İş №2(102)-2703/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2703/2022

20.06.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2703/2022 20.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payların müəyyən edilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vərəsəlik hüququnun tanınması, miras əmlak üzərində payların müəyyən edilməsi tələbinə dair mülki iş üzrə Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3612/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsindən İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinə 20 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. JN-194F KOD 80804018 nömrəli “Torpağa mülkiyyətə verilməsi haqqında” Şəhadətnaməyə əsasən X5 və X1 birgə mülkiyyətinə Biləsuvar rayonu Aqrar İslahat Komissiyasının 24 dekabr 1997-ci il tarixli 34 nömrəli qərarı ilə 0,31 ha torpaq sahəsi verilmişdir. 2. 03.06.2021 tarixli, AZ-2 173583 nömrəli və AZ-2 173583 nömrəli Ölüm haqqında şəhadətnamələrin surətlərinə görə X3 xx.xx.2006-cı il tarixdə, X6 isə xx.xx.2008-ci ildə ölmüşdür.

3. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət rey estrindən xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli Çıxarışa əsasən Biləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən 95,4 kv metr ümumi sahəsi olan fərdi yaşayış evinin və həmin evin 0,3071 ha həyətyanı torpaq sahəsinə X5 və X1 ümumi(birgə) mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.

4. Biləsuvar raoyn İcra Hakimiyyəti başçısının Zəhmətabad kənd inzibati ərazi Dairəsi üzrə nümayəndəsinin 04 iyun 3021-ci il tarixli 395 saylı arayışına görə X3 və X6 öləndən sonra onların 1-ci növbədə vərəsələri kimi oğlu İddiaçı1, oğlu İddiaçı2, Həsən Kazımov( xx.xx.2017-ci ildə ölmüşdür) və Əli Kazımov (xx.xx.2017-ci ildə ölmüşdür).

5. Biləsuvar rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdi 04 nömrəli arayış və AZ-İ № 165261 saylı Nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X7 və Cavabdeh arasında xx.xx.2003-cü il tarixdə qeydə alınmış nikah 08 oktyabr 2013-cü il tarixdə ləğv edilmişdir. Onların birgə nikahlarından xx.xx.2003-cü il təvəllüdlü X14 və xx.xx.2004-cü il təvəllüdlü Nurgün Kazımov adlı uşaqları olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçılar İddiaçı1 və İddiaçı2 (bundan sonra – iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia qaldıraraq vərəsəlik hüququnun tanınması və miras əmlak üzərində payların müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçılar işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələblərini belə əsaslandırmışdır ki, anaları X3 xx.xx.2006-cı il tarixdə və ataları X5 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Onların ölümündən sonra B iləsuvar rayonu, Zəhmətabad kəndində yerləşən fərdi yaşayış evi və torpaq sahəsi (bundan sonra – miras əmlak) miras qalmışdır. Biləsuvar RİHB-nin Zəhmətabad kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci il tarixli 395 və 396 saylı arayışlarına əsasən anaları X1 və ataları X2 ölümündən sonra oğlanları - İddiaçı1, İddiaçı2, mərhum X7 və mərhum X9 miras əmlakı faktiki olaraq qəbul etmişlər. Qardaşları iş üzrə cavabdehin mərhum əri X7 xx.xx.2017-ci il tarixdə vəfat etmişdir. Miras əmlakdan qardaşları X4 heç bir payı yoxdur, o mirasdan sağlığında imtina etmişdir. Belə ki, valideynləri vəfat edəndə onlardan miras qalan əmlak mərhum qardaşları X7 tərəfindən faktiki qəbul edilmiş, lakin X7 2013-cü ildə cavabdehlə boşanmışdır. Eyni zamanda, iddiaçılar valideynlərindən qalmış miras ın əldə edilməsi üçün notariat orqanına hər hansı ərizə verməmişlər.

8. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, o, ailə həyatı quraraq miras əmlaka gəlin köçmüş və 20 ildir ki həmin evdə yaşayır. Həmin evdə övladları doğulmuşdur. İddiaçıların başqa yerdə öz evləri var, onlar miras əmlakı qəbul etməmişlər. Onun bu evdən başqa heç bir yaşayış yeri yoxdur.

9. Biləsuvar Rayon Məhkəməsinin (hakim P.Əhmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(022)-723/2021 nömrəli 26 avqust 2021-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir.

10. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçılar mirası qəbul etmələri ilə bağlı, iddianın təmin edilməsi üçün məhkəməyə heç bir sübut təqdim etməmiş, hər hansı sübutun əldə edilməsi ilə əlaqədar heç bir vəsa tət təqdim etməmişlər.

11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1 və 1243-cü, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 107, 109 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

12. İddiaçılar apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

13. Şirvan Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hakimlər: T.Heydərov sədrlik edən və məruzəçi, T.Kərimov və İ.Əhmədov) 2(106)-3612/2021 nömrəli mülki iş üzrə 14 dekabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilm ədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi iddiaçının apellyasiya şikayətinin dəlillərini iş materiallarında olan sənədlərlə müqayisəli təhlil edərək qeyd etmişdir ki, iddiaçılar iddianın təmin edilməsi üçün istər birinci instansiyada işə baxılan zaman, istərsə də apellyasiya icraatı zamanı iddia tələblərinin əsası kimi istinad etdikləri halları sübuta yetirə bilməmişdir. İddiaçıların vərəsə kimi mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə vermələri, həmçinin əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaları, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etmələri ilə bağlı heç bir mötəbər sübut təqdim etməmişlər.

15. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1, 1134.1, 1151.1, 1151.2, 1159. 1.1, 1243.1, 1243.2 və 1243.3-cü və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. İddiaçı1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, mübahisə vərəsəliklə bağlıdır, miras əmlak barədə vəsiyyətnamə və vərəsələr arasında mübahisə yoxdur, miras əmlak qanun üzrə birinci növbə vərəsələr arasında bölüşdürülməlidir. Məhkəmə iddiaçıları birinci növbə vərəsə kimi qəbul etməmiş və bu halın sübut edilməli olduğunu irəli sürmüşdür. İ ddiaçılar miras şərikləri kimi qəbul edilməmiş, lakin subyektiv hüququ olmayan cavabdeh miras şəriki kimi qəbul edilmişdir. İşdə olan sənədlər miras əmlakın miras qoyanın vərəsələri tərəfindən mirasın bölüşdürülməsinə qədər onun idarə edilməsini təsdiq etmişdir, məhkəmələr bunları nəzərə almamışdır. Cavabdeh mərhum qardaşından 2013-cü ildə boşanmışdır. Mərhum sağlığında notariat kontorunda miras əmlakdan imtina etmişdir. Miras əmlak iddiaçılar tərəfindən faktiki qəbul edilmişdir. Həmçinin, məhkəmələr 3 aylıq müddətin ötürülməsinə münasibət bildirməmişdir.

18. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133, 1134, 1157-1, 1159.1.1, 1163, 1243, 1246, 1248, 1252 və 1274-cü, Mülki Prosessual Məcəllənin 9, 50, 54 və 387-ci maddələrinə istinad edərək əsaslandırmışdır. b) Kass asiya şikayətinə qarşı etirazın dəlilləri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir.

21. Maddə 1134.1. Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər.

22. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir.

23. Maddə 1151.2. Mirasa ümumi mülkiyyətdən ölənə çatası pay, əmlakın naturada bölünməsi mümkün olmadıqda isə bu əmlakın dəyəri daxildir.

24. Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar.

25. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir.

26. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır.

27. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

28. Maddə 1269. Miras a sahiblik etməyə və ya onu idarə etməyə faktik başlamış vərəsə mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində mirasın qəbulundan imtina edə bilər. Bu barədə ərizə ilə o, notariat orqanına müraciət etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

29. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

31. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

33. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

35. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikay əti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

36. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

37. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyas ı hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

39. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, iddiaçılar iddianın təmin edilməsi üçün istər birinci instansiyada işə baxılan zaman, istərsə də apellyasiya icraatı zamanı iddia tələblərinin əsası kimi istinad etdikləri halları, yəni ata və analarından qalmış mirası, ya mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etmələri barədə ərizə verməklə, ya da m iras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başlamaları, bununla da mirası qəbul etdiklərini şəksiz nümayiş etdirməklə mirası qəbul etmələrini sübuta yetirə bilməmişlər.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qənaəti ilə razılaşmaqla bərabər qeyd edir ki, cavabdeh Elnurə Babayevanın miras əmlaka aidiyyatı olmayan şəxs olması barədə dəlilləri də əsassızdır.

41. Cavabdehin əri Həsən Kazımov xx.xx.2017-ci ildə vəfat etməmişdən əvvəl xx.xx.2006-cı ildə ölən anasından və xx.xx.2008-ci ildə ölən atasından qalmış mirası qəbul etmədiyi, etmək istəmədiyi və gələcəkdə də qəbul etməyəcəyi barədə notarial qaydada təsdiqlənmiş 19 iyun 2015-ci il tarixli ərizə yazmasını apellyasiya instansiyası məhkəməsi haqlı olaraq nəzərə almamışdır. Çünki iddiaçılar həm iddia ə rizəsində, həm də izahatlarında və şikayətlərində Həsən Kazımovun mirası faktiki qəbul etməsini qəbul edirlər. Belə olan halda o, mirasın qəbulu üçün müəyyənləşdirilmiş vaxt ərzində, yəni miras açılandan 6 ay müddətində mirasın qəbulundan imtina edə bilər, bu barədə ərizə ilə o, notariat orqanına müraciət edə bilərdi. Mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət keçəndən sonra mirasdan imtina isə qəbul olunmur, miras əmlak vərəsənin mülkiyyəti hesab edilir. Həsən Kazımov isə miras açılandan təqribən 6 il keçəndən sonra notariat orqanına mirasadan imtina barədə ərizə ilə müraciət etmişdir ki, şərh olunanlara əsasən onun mirasdan imtinası qəbul edilməməlidir. xx.xx.2017-ci ildə özü vəfat edəndən sonra onun uşaqları 1-ci növbəli vərəsələri kimi miras əmlakdan paya malikdirlər, Cavabdeh isə uşa qların qanuni nümayəndəsi və miras evdə yaşayış sahəsindən istifadə hüququ olan şəxs kimi hazırkı iş iddia tələblərinə cavab verən şəxs hüququna malik olur.

42. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz.

43. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını d üzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

44. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-3612/2021 nömrəli, 14 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar