Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2703/2025 10.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsindən çıxarılma tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-865/2025 nömrəli, 5 may 2025-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh mülkiyyətində olan, Goranboy rayonu, Sarovlu kəndində torpaq sahəsinin bir hissəsini xx.xx.2019-cu il tarixli (70 kv.m hissəsini) və xx.xx.2020-ci il tarixli (38 kv.m hissəsini) alğı-satqı alğı-satqı müqavilələrinə əsasən İddiaçı satmışdır.
2. Qeyd olunan torpaq sahəsi üzərində alıcı İddiaçı mülkiyyət hüququ daşınmaz daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2020-ci il tarixdə (reyestr nömrəsi **********26, qeydiyyat nömrəsi ********** olmaqla) qeydiyyata alınmış, AA seriyalı, 518913 nömrəli torpaq sahəsinin plan və ölçüsü sənədi tərtib olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, onun mülkiyyətçisi olduğu Goranboy rayon u Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən cavabdehin çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddia tələbi belə əsaslandırılmışdır ki, iddiaçı alğı-satqı müqaviləsi əsasında Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsini cavabdehdən almış və həmin torpaq sahəsinə iddiaçının hüquqları 29 sentyabr 2020-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Həmin torpaq sahəsində cavabdeh sex işlətmişdir. İddiaçı cavabdehdən dəfələrlə mülkiyyətçisi olduğu 0,0108 ha torpaq sahəsindən çıxmasını xahiş etsə də, sonuncu qanunsuz olaraq onun mülkiyyətində olan torpağa sahiblik və istifadə edir.
5. Məhkəmə baxışında iddiaçı iddia tələbini müdafiə etmiş, həmçinin izahatında bildirmişdir ki, məhkəməyə təqdim etdiyi d iskdə olan görüntülərdən də görünür ki, cavabdeh sexdə işçiləri işlədir, ekspertizanın nümayəndələrinin gələcəyini eşitdikdə isə sexi tərk edir.
6. Məhkəmənin qərardadı əsasında Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 15 iyul 2024-cü il tarixli 3-16-16/210/7794 saylı ekspert rəyində göstərilir ki, Goranboy rayonu Sarovlu kəndində İddiaçı mülkiyyətində torpaq sahəsinin kontur, koordinat və parametrləri xx.xx.2020-ci il tarixli ********* qeydiyyat nömrəli çıxarışda göstərilən torpaq sahəsinin plan və ölçüsü ilə eynilik təşkil edir və İddiaçı mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndində yerləşən torpaq sahəsi üzərində maşınların təmir sexləri olduğu müəyyən edilir.
7. Cavabdeh birinci instansiya məhkəməsinin iclaslarında iştirak etməm iş, iddia tələbinə qarşı yazılı etiraz və mülahizə də təqdim etməmişdir.
8. Goranboy Rayon Məhkəməsinin 2(045)-16/2025 saylı, 30 yanvar 2025-ci il tarixli qətnaməsi ilə iddianın təmin edilməsi, İddiaçı xüsusi mülkiyyətində olan Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən Cavabdeh çıxarılması qət edilmişdir (hakim Toğrul Məmmədov).
9. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırıb ki, iddia işdə iştirak edən şəxslərin izahatları, ekspert və mütəxəssis rəyi, eləcə də iş materiallarında olan digər sübutlarla tam təsdiq olunur.
10. Məhkəmə belə qənaətə gəlmişdir ki, Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsi İddiaçı mülkiyyətindədir, həmin torpaq sahəsinin üzərində yerləşən tikililərdə başqa hər hansı şəxsin fəaliyyəti İddiaçı mülkiy yət hüququnun həyata keçirilməsinə maneələr törədir.
11. Məhkəmə belə nəticəyə gəlmişdir ki, iddia təmin edilməli, İddiaçı mülkiyyətçisi olduğu Goranboy rayonu Sarovlu kəndi ərazisində yerləşən 0,0108 ha torpaq sahəsindən Cavabdeh çıxarılmalıdır.
12. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 29 maddəsinin İ, İİ və İİİ hissələrinə, Mülki Məcəlləsinin 140, 152.1, 152.5, 157.4-cü, Torpaq Məcəlləsinin 111-ci, Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 117.1, 119.1, 119.2, 217.4, 218.3-cü maddələrinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarına, “İnsan Hüquqları haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansi yası məhkəməsindəki icraat
13. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, ilk növbədə məhkəmə tərəfindən iddia tələbi ilə əldə edilmək istənilən hüquqi niyyətin nədən ibarət olması, torpaq sahəsində yerləşən tikililərin hansı əsaslarla və nə zaman tikilməsi, torpaq sahəsinin alğısatqısı zamanı həmin tikililərin orda olub-olmaması, həmçinin tikililərin hüquqi və faktiki vəziyyəti ilə bağlı tərəflər arasında hansı münasibətin (razılaşmaların) olub-olmaması araşdırılmamış, formal əsaslandırma ilə iddia tələbi təmin edilmişdir. Halbuki, məhkəmə tərəfindən bu hallar barədə heç bir sübuta istinad edilməmişdir.
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, mülkiyyətində olan 0,0108 ha torpaq sahəsinin alğı-satqısını iddiaçı ilə 17000 manata razılaşmışlar. Lakin alğı-satqı müqaviləsində torpağın satış qiyməti 5000 manat yazılmış, iddiaçı da ona 5000 manat vermişdir. Torpaq sahəsindəki tikililər onundur və alğı-satqıda tikililər göstərilməmişdir.
16. İddiaçı bildirmişdir ki, 0,0108 ha torpaq sahəsini və onun üzərindəki tikililərin alğısatqısı barədə cavabdehlə 17000 manata razılaşmış və həmin pulu cavabdehə vermi şdir. Pulun 12000 manatını alğı-satqı olana qədər hissə-hissə vermiş, 5000 manat isə alğı-satqı zamanı ödəmişdir. Torpağın üzərindəki tikililər qeydə alınmadığı üçün alğı-satqı müqaviləsində 5000 manat qeyd olunmuş, eləcədə tikililər göstərilməmişdir. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
17. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-865/2025 nömrəli 5 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər R.Muradov (sədrlik edən və məruzəçi), F.Mehtiyev və M.Mustafayev).
18. Apellyasiya kollegiyası qətnaməni belə əsaslandırmışdır ki, torpaq sahəsi qanuni əsaslarla, yəni notarial qaydada bağlanmış alğı-satqı müqaviləsi əsasında İddiaçı mülkiyyətinə keçmiş və bu barədə sonuncunun adına daşınmaz əmlakın dövlət reyestridən 29 iyun 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Əqd səlahiyyətli subyektlər arasında bağlanmış, habelə əqdin forma və məzmunu ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmişdir. Cavabdeh iddiaçıya satdığı 0,0108 ha torpaq sahəsindən çıxmamasının əsası kimi qeyd edir ki, 0,0108 ha torpağı 17000 manata satmaq barədə iddiaçı ilə aralarında razılaşma olsa da, lakin sonuncu alğısatqı zamanı müqavilədə qeyd olunan 5000 manat ona vermişdir. Əslində torpağın üzərindəki tikililəri iddiaçıya satmamışdır. İddiaçı isə bildirir ki, cavabdehlə razılaşdırılmış 17000 manatın 12000 manatını alğı-satqıya qədər, 5000 manatı isə alğı-satqı zamanı ödəmiş, torpaq üzərindəki tikililər qeydə alınmadığına görə müqavilədə 5000 manat göstərilmişdir.
19. Kollegiya cavabdehin dəlilini qətnamənin ləğvi üçün əsas kimi görmür. Belə ki, torpaq üzərindəki tikililər dövlət qeydiyyatına alınmamış və tərəflər arasında notarial qaydada bağlanmış alğı-satqı müqaviləsinin predmeti olmamışdır. Lakin nəzərə almaq lazımdır ki, sözügedən tikililər Cavabdeh məxsus olmaqla sonuncunun iddiaçıya satdığı 0,0212 ha torpaq sahəsinin üzərində yerləşməklə torpağın ayrılmaz tərkib hissəsi olmuşdur. Yəni, torpaq üzərindəki tikililər 4 iyul 2022-ci il tarixli 4Ə-156 nömrəli alğı-satqı müqaviləsi üzrə əslində alıcı İddiaçı satılmamış olsa da, tikilinin yerləşdiyi torpaq sahəsinin satılması nəticəsi ndə dolayı yolla üzərində olan tikiliyə sahiblik və istifadə hüquqları tikililərin yerləşdiyi torpaq sahəsinin yeni mülkiyyətçisi İddiaçı keçmişdir. Bundan əlavə Cavabdeh mülkiyyətində olan əmlakin 17000 manata satılması barədə tərəflərin razılaşması da özlüyündə onu deməyə əsas verir ki, 0,0212 ha torpaq sahəsi üzərində yerləşən tikililər daxil olmaqla İddiaçı istifadəsinə və sahibliyinə verilmişdir. Həmçinin qeyd olunmalıdır ki, 0,0212 ha torpaq sahəsinin dəyəri 5000 manat olduğu halda, əvvəlcədən 17000 manata əmlakın satılacağı barədə razılaşmanın, məhz həmin torpağa görə aparılması da özlüyündə ağlabatan və inandırıcı deyildir.
20. Kollegiya qeyd etmişdir ki, iddiaçının xüsusi mülkiyyətində olan mübahisəli torpaq sahəsinin hazırda Cavabdeh tərəfindən istifadə olunması onun özünün izaha tı ilə də təsdiq olunur. Ona görə də kollegiya hesab etmişdir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir.
21. Məhkəmə kollegiyası hesab etmişdir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur.
22. Məhkəmə kollegiyası mövqeyinin hüquqi əsası kimi, Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu, Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 152.5, 157.2-ci, Mülki Prosessual Məcəllənin 14.1, 77.1, 87.2, 88, 124.1, 217.3, 384.0.1-ci maddələrinə isti nad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
23. Cavabdeh (vəkil - Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması haqda qərar qəbul edilməsini xahiş etmişdir.
24. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə kollegiyası tərəfindən maddi hüquq normaları düzgün tətbiq edilməmişdir. İşi araşdıran məhkəmə kollegiyası tərəflər arasında razılaşdırılmış 12.000 manatın satıcıya verilib verilməməsini dəqiqləşdirməmiş, artıq sübutetmə yükünü öz üzərinə götürmüş, iddiaçı tərəfindən nə birinci instansiya, nə də apellyasiya instansiyasında 12.000 manat pulun cavabdehə verilməsini təsdiq edən sübut məh kəməyə təqdim edilməmişdir. Cavabdeh tərəf hesab edir ki, torpaq sahəsini iddiaçıya satsa da, həmin torpaq sahəsi üzərində olan tikililərlə bağlı əmlak hüquqları qorunmalıdır. Çünki, həmin tikililər cavabdehin mülkiyyətində olan müddətdə öz vəsaiti hesabına inşa edilmişdir. Bu səbəbdən də həmin əmlaklar üzərində cavabdehin mülkiyyət hüququ mövcuddur. İşə baxan məhkəmə kollegiyası apellyasiya şikayətini lazımi qaydada araşdırmamış, səthi hüquqi qiymətləndirmə ilə iddiaçının əsassız iddiasının təmin edilməsi barədə qərar çıxarmaqla maddi və prosessual hüquq normalarının pozulmasına yol verməklə əsassız qətnamə çıxarmışdır.
25. Kassasiya şikayəti Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139.1, 140, 152.1, 152.5, 158.4-cü maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88, 217-ci maddələrinə istinad edilərək əsaslandırılmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
27. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
28. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
29. Maddə
140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
30. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfind ən tanınan və qorunan hüququdur.
31. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradı r. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
35. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
36. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzs iz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu M əcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
41. Kassasiya şikayətində cavabdeh apellyasiya instansi yası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyi üçün kollegiya qətnaməni bütövlükdə yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
43. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin t əşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
44. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətl ənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
45. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zəruri sayır.
46. Cavabddehin izahatından görünür ki, xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli alğı-satqı alğı-satqı müqavilələri ilə müvafiq olaraq 70 kv.m və 38 kv.m torpaq sahələri satılarkən, Cavabdeh həmin torpaq sahəsi üzərində olan tikililəri də satmaq barədə razılaşmışdır. Baqşa sözlə, cavabdehin dəlilləri “yalnız torpaq sahəsi satılmış, üzərindəki tikililər satılmamışdır” mənasında başa düşülə bilməz.
47. Bu halda cavabdehin dəlilləri Mülki Məcəl lənin 606.1-ci maddəsi baxımından təhlil edilə bilər. Həmin normaya əsasən, əgər daşınar əşyanın satıcısı alıcı tərəfindən alış qiyməti ödənilənədək əşyaya mülkiyyət hüququnu özündə saxlamışdırsa (mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt), şübhə halında ehtimal edilir ki, mülkiyyətin verilməsi alış qiyməti tam ödənilənədək təxirəsalıcı şərtlə həyata keçirilir və əgər alıcı alış qiymətinin ödənilməsini gecikdirirsə, satıcının müqaviləni ləğv etmək və (və ya) həmin daşınar əşyaya tutma yönəltmək hüququ vardır.
48. Tərəflərin arasında mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərtin olduğu müəyyən edilməyib.
49. Nəzərə alınmalıdır ki, yazılı və notariat qaydada bağlanmış əqdlərə münasibətdə prezumpsiya ondan ibarətdir ki, müqavilə bağlanarkən tərəflərin iradə ifadəsi məhz əqdin öz ündə yazılı formada göstərilən qaydada olmuşdur. Belə ki, tərəflər yazılı müqaviləni imzalamaqla orada göstərilən şərtlərin özlərinin iradə ifadələrini əks etdirdiyini qəbul edirlər, eləcə də, əgər müqavilə notariat orqanında bağlanmışdırsa, notarius müqaviləni təsdiq etmədən əvvəl onun məzmununu tərəflərə izah edir. Odur ki, notariat qaydasında bağlanılmış əqdin aldatma nəticəsində bağlanıldığı nəticəsinə gələ bilmək iş üzrə həmin halları təsdiq edən çox ciddi və təkzibolunmaz mötəbər sübutlar mövcud olmalıdır.
50. Baxılan iş materiallarından tərəflərin arasında bağlanmış müqavilədə mülkiyyət hüququnun saxlanması haqqında qeyd-şərt olmadığına görə cavabdehin pulun tam ödənilmədiyi barədə dəlili hazırki iddia tələbi əsasında araşdırıla bilməz.
51. Kollegiya bildirir ki, sübutları araşdırma q və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
52. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilibedilmədiyini yoxlayır.
53. Məhkəmə kollegiyası hesab edir ki, ap ellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
54. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-865/2025 nömrəli, 5 may 2025ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.