Məhkəmə qərarları › İş №2(102)-2707/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2707/2021

20.05.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2707/2021 20.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəki şəhəri 17 nöməli tam orta məktəbinə və 4 saylı Ərazi X1rşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçının vəkili Vəkil2, cavabdehin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2283/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayət i üzrə işə 20 may 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinin surətindən görünür ki, həmin əmrə əsasən Şəki şəhəri 18 nömrəli tam orta məktəbinin riyaziyyat müəllimi İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə ikinci iş yeri kimi dərs deməsinə icazə verilmişdir. 08 iyun 2017-ci il tarixli əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 15 sentyabr 2012-ci il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 16 sentyabr 2019-cu il tarixli, 128 nömrəli əmrinin surətindən görünür ki, həmin əmrə əsasən məktəbdə açılan riyaziyyət fənni üzrə vakant 10 saatlıq dərs yükü 7-ci “A” 5 saat, 7-ci “B” 5 saat dərs yükü və eləcədə 7-ci “A”da sinif rəhbərliyi 16 sentyabr 2019-cu il tarixdən 14 iyun 2020-ci il tarixinə qədər müvəqqəti olaraq İddiaçı həvalə edilmişdir. 23 oktyabr 2019-cu il il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinin surətindən görünür ki, həmin əmrə əsasən İddiaçı ilə bağlanmış müddətli əmək müqaviləsinin müddəti bitdiyi üçün Azərbaycan Respublikası ƏM-nin 68-ci maddəsinin “b” bəndinə əsasən 16 iyun 2020-ci il tarixdən xitam verilməsi və son haq-hesabının ödənilməsi qərara alınmışdır. 16 iyun 2020-ci il tarixli əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı ilə Şəki şəhəri 17 nömrəli tam orta məktəbi arasında bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaç ı cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ləğv edərək, əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbə müddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edib, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısının 4 saylı Oğuz Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında ba ğlanmış 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən ixtisası üzrə müddətsiz olaraq Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə riyaziyyat müəllimi vəzifəsinə işə qəbul edilmişdir. Həmçinin, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 14 sentyabr 2016-cı il tarixli, 45 nömrəli əmrinə əsasən İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbində ikinci iş yeri kimi dərs deməsinə icazə verilmiş, Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 01 iyun 2017-ci il tarixli, 606 nömrəli əmrinə əsasən 01 iyun 2017-ci il tarixdən Şəki şəhəri 17 nömrəli tam orta məktəbi İddiaçı əsas iş yeri, Şəki şəhər 18 nömrəli tam orta məktəbi isə onun ikinci iş yeri hesab edilmişdir. Məhkəməyə təqdim edilmiş 08 iyun 2017-ci il tarixli əmək mü qaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən də görünür ki, İddiaçı 15 sentyabr 2016-cı il tarixdən Şəki şəhəri 17 nöməli tam orta məktəbində müddətsiz olaraq riyaziyyat müəllimi vəzifəsində işləmişdir. Həmçinin, məhkəməyə təqdim edilmiş 23 oktyabr 2019-cu il il tarixli əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020-ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində riyaziyyat müəllimi vəzifəsinə təyin edilmişdir. İddiaçı həmin məktəbdə işlədiyi müddətdə öz işinin öhdəsindən lazımınca gəlmişdir. Lakin, buna baxmayaraq, hər hansı bir qanuni əsas olmadan və ona xəbərdarlıq edilmədən əsassız olaraq 12 iyun 2020-ci il tarixli əmrlə 16 iyun 2020-ci il tarixdən əmək müqav iləsinin müddətinin başa çatması əsası ilə İddiaçı işdən azad edilmişdir. Halbuki iddiaçı işdən çıxarılması ilə bağlı heç bir qanun pozuntusuna yol verməmiş, İddiaçı ilə cavabdeh məktəbin arasındakı əmək münasibətinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edə biləcək heç bir sənəd də mövcud deyildir. Bir sözlə Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin İddiaçı işdən azad edilməsi ilə bağlı 12 iyun 2020-ci il tarixdə verdiyi əmri tam qanunsuz və əsassızdır. Bu səbəbdən də İddiaçı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim E.Mehdiyev, iş № 2(075)-1025/2020) iddia təmin edilmiş, cavabdeh Şəki şəhər i 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmrinin ləğv edilməsi, İddiaçı əvvəlki iş yeri olan cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə müddətsiz əsasla ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilmiş, məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqısı 4 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzindən tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinə 15 sentyabr 2016-cı il tarixdən riyaziyyat müəllimi təyin edilərkən onunla müddətli deyil, müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin, 3 ildən artıq müddət keçdikdən sonra İddiaçı ilə müddətli əmək müqaviləsi bağlansa da, İddiaçı ilə məktəb arasında müddətli əmək müqaviləsinin bağlanmasına əsas ola biləcək heç bir sənəd məhkəməyə təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 47-ci maddəsində əmək müqaviləsinin hansı hallarda müəyyən müddətə bağlanıla bilməsi dəqiq olaraq sadalanmışdır. Həmçinin, İddiaçı 16 sentyabr 2019-cu il tarixdən 16 sentyabr 2020ci il tarixədək Şəki şəhəri 17 nömrəli tam orta məktəbində işləməsi ilə bağlı müddət müəyyən edilmiş əmr verilərkən həmin əmrdə İddiaçı ilə müddətsiz deyil, hansı əsaslara görə müddətli əmək müqaviləsi bağlanması göstərilməmiş, həmin tarixdən sonra müddətli əsasla və hansı müddətə əmək münasibətlərinin davam etdirilməsini nəzərdə tutan əmək müqaviləsi nə iddiaçı, nəd ə ki, cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə iclası zamanı da həmin münasibətlərin müddətli olması üçün Əmək Məcəlləsinin 47-ci maddəsində göstərilən əsasların olmadığı müəyyən edilmişdir. Bundan başqa Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktoru tərəfindən İddiaçı vəzifəsindən azad edilməsi barədə verdiyi əmrdə iddiaçı ilə aralarında bağlanmış əmək müqaviləsinin müddətinin məhz 16 iyun 2020-ci il tarixdə bitdiyi əsaslandırılmamışdır. Beləliklə də, cavabdeh Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə İddiaçı arasında müddətli əmək müqaviləsinin bağlanması əsas götürülərək Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin 12 iyun 2020-ci il tarixli, 181 nömrəli əmri ilə İddiaçı müddətli əmək müqaviləsinin müddətinin bitməsinə istinad edilərək 16 iyun 2020-ci il tarixd ən işdən azad edilmişdir. Halbuki, cavabdeh tərəfdən iddiaçı ilə aralarındakı əmək münasibətlərinin 16 iyun 2020-ci il tarixdə başa çatmasını təsdiq edəcək heç bir müqavilə məhkəməyə təqdim edilməmişdir. Beləliklə, cavabdeh Şəki şəhəri 17 nöməli tam orta məktəbinin direktoru əmək qanunvericilinin tələblərini pozaraq İddiaçı işdən azad edilməsi barədə əmr vermişdir. İşəgötürən tərəfindən əmək müqaviləsinə əmək qanunvericiliyinin göstərilən tələblərinin pozulması ilə xitam verilən əmrlər qanunauyğun hesab edilə bilməz. Apelyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayəti verərək Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 saylı qətnaməsinin ləğv olunmasını, iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Apell yasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Abbasov sədrliyi və məruzəsi ilə, hakimlər M.Hüseynov və E.Hüseynovdan ibarət tərkibdə, iş № 2(107)-2283/2020) cavabdeh Şəki şəhəri 17 saylı tam orta məktəb tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Şəki Rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli 2(075)-1025/2020 nömrəli qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə çıxarılmış, İddiaçı cavabdehlər Şəki şəhəri 17 nömrəli tam orta məktəbə və Azərbaycan Respublikası Təhsil Nazirliyi 4 saylı Ərazi X1rşı Şəki şəhəri 17 nömrəli tam orta məktəbi ilə onun arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 12 iyun 2020-ci il tarixli 181 nömrəli əmrin ləğv edilməsi, əvvəlki iş yeri olan Şəki şəhəri 17 nömrəli tam orta məktəbə mü ddətsiz olaraq ixtisası üzrə riyaziyyat müəllimi vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün 16 iyun 2020-ci il tarixdən işə bərpa olunduğu günə qədər orta aylıq əmək haqqının onun xeyrinə ödənilməsi barədə iddiası təmin edilməmişdir. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, əmək müqaviləsi təqdim olunmasa belə, əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişi vardır. Həmin bildirişin olması iddiaçı ilə müddətli bağlanmış müqavilənin mövcudluğunu sübut edir. İşdən görünür ki, iddiaçının işdən azad olunmasına əsas əmək müqaviləsinin müddətinin başa çatması olmuşdur. Bununla bağlı Şəki şəhəri 17 nömrəli tam orta məktəbinin direktorunun 12 iyun 2020-ci il tarixli 181 nömrəli əmrinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanmı ş əmək müqaviləsinin müddəti bitdiyindən bağlanmış əmək müqaviləsinə 16 iyun 2020-ci il tarixdən xitam verilmişdir. Kollegiya hesab etmişdir ki, cavabdehin 12.06.2020-ci il tarixli 181 nömrəli əmri qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil2) kassasiya şikayəti verərək Şəki Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 noyabr 2020-ci il tarixli 2(107)-2283/2020 nömrəli qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən maddi hüquq normaları pozulmuşdur. Z. Məmmədovanın 17 nömrəli tam orta məktəbə riyaziyyat müəllimi vəzifəsinə qəbul edilməsi nə dair 15 sentyabr 2016-cı il tarixli əmək müqaviləsi müddətsiz bağlanmış və sistemə daxil edilmiş bildirişdən də göründüyü kimi, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Cavabdeh2 Şəki şəhər 17 nömrəli məktəbi ilə (işəgötürən) İddiaçı arasında 15 sentyabr 2016-cı il tarixdə İddiaçı Şəki şəhər 17 nömrəli məktəbində riyaziyyat müəllimi vəzifəsinə qəbul edilməsinə dair əmək müqaviləsinin ləğv edilməsinə dair isə işəgötürənin hər hansı bir əmri (qərarı) mövcud deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh kassasiya şikayətinə qarşı etiraz göndərərək kassasiya şikayətinin dəlilləri ilə razılaşmadığını, apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanımasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil2 ka ssasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin edilməsini, apelyasiya instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iş üzrə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə3 vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-ci maddəsinə əsasən onların izahatı dinlənilməmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübut lara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən yalnız iddiaçı kassasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini tam mübahisələndirdiyidən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Əmək Məcəlləsi 2-ci maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsini təmin edən qaydaların minimum normalarını müəyyən edir. 3-cü maddəsinin 2-ci hissəsinə əsasən işçi-işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fizikişəxsdir. 3-cü maddəsinin 3-cü hissəsinə əsasən işəgötürən-tam fəaliyyət qabiliyyətli olub işçilərlə əmək müqaviləsi (kontrakt) bağlamaq, ona xitam vermək, yaxud onun şərtlərini dəyişdirmək hüququna malik mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, səlahiyyətli orqanı, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir. 8-ci maddəsinin 1-ci hissəsinə əsasən bu Məcəllə ilə əmək hüquqlarının və vəzifələrinin yaranması, dəyişdirilməsi və xitam edil məsi müvafiq hallarda təqvim vaxtı ilə hesablanan müddətlərlə-illərlə, aylarla, həftələrlə, günlərlə müəyyən edilir. 8-ci maddəsinin 2-ci hissəsinə əsasən illərlə, aylarla, həftələrlə hesablanan müddətlər müvafiq olaraq ilin, ayın, həftənin sonuncu günündə başa çatır. Təqvim həftələri və günləri ilə hesablanan müddətə qeyri-iş günləri də daxildir. 45-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə (müddətli) bağlanıla bilər. 45-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək müqaviləsində onun hansı müddətə bağlanması göstərilməmişdirsə, həmin müqavilə müddətsiz bağlanmış hesab edilir. 45-ci maddəsinin 3-cü hissəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli q aydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. 45-ci maddəsinin 4-cü hissəsinə əsasən əmək funksiyasının yerinə yetirilməsi şərtlərinə görə işin və ya göstərilən xidmətlərin daimi xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır. 47-ci maddəsinin 1-ci hissəsinə əsasən tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. 68-ci maddəsinin 1-ci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etd ikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqey i Kassasiya şikayətinin dəlilləri ilə bağlı ilkin olaraq qeyd edilməlidir ki, apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müddətsiz müqavilənin müddətli müqavilə ilə əvəz edilməsinə dair müqavilə bağlanmadığını və iddiaçının buna (müddətsiz müqavilənin müddətli müqaviləyə çevrilməsinə) razılığının olmamasını qəbul edir, lakin əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə daxil edilmiş əmək müqaviləsi bildirişinin mövcud olmasına istinad edərək işəgötürənin işçinin işdən azad olunmasına dair əmrinin qanuni əsaslarla verilməsi ilə bağlı əsassız nəticəyə gəlmişdir. Hər bir halda yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvə z edilə bilməz və ya tərəflərin hüquq bərabərliyi prinsipinə əməl edilməklə onların qarşılıqlı razılığı ilə əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər. Apellyasiya instansiyası məhkəməsi tərəflər arasında müddəti müəyyən edən müqavilənin olmamasına dair birinci instansiya məhkəməsinin mövqeyindən fərqli mövqedən çıxış edərkən heç bir mötəbər sübuta istinad etməmiş, mövqeyini yalnız formal mülahizələr və aid olmayan sübutlarla əsaslandırmağa çalışmışdır. Yaranmış halda apellyasiya instansiyası məhkəməsi nəzərə almalı idi ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsi müddətsiz olmuş və həmin müqavilənin şərtlərinin dəyişməsini (müddətlə bağlı) müəyyən edən yeni müqavilə mövcud deyil, işəgötürənin birtərəfli qaydada vermiş olduğu əmri və ya əmək müqaviləsinin bağlanması ilə bağlı sistemə dax il edilmiş əmək müqaviləsi bildirişinin mövcud olması tərəflərin iradə ifadələrini müəyyən edən müqaviləni əvəz edə bilməz. Qeyd edilməlidir ki, qanunvericilik fiziki şəxslərin əmək hüquqlarının və bu hüquqların həyata keçirilməsinin təmin qaydalarının minimum həddini imperativ qaydada müəyyən edərək, işçini daha çox qorumuş və əmək müqavilələrində də işçinin qanunda göstərilən hüquqlarının daha əlverişsiz vəziyyətə salan müddəaların göstərilməsini, qanunda göstərilməyən əsaslarla və qaydada əmək müqaviləsinin ləğvini qadağan etmişdir. Kollegiya qeyd edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir. Ona görə də kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan prosessual hüquq normalarının tələblərinə cavab verən əsaslandırılmış məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilsin. Şəki Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(107)-2283/2020 nömrəli iş üzrə 26 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar