Məhkəmə qərarları › İş №2(102)-2709/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2709/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2709/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) ilk, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia tələblərinə dair iş üzrə QƏRARİ Açar sözlər: dövlət mənzil fondu evlərində yaşayış sahəsindən istifadə, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi, sübutetmə yükü. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamenti müstəqil tələb irəli sürməyən üçüncü şəxs cəlb edilməklə) “yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi” barədə ilk, Cavabdeh İddiaçı qarşı “mənzilə köçürülmə və maneələrin aradan qaldırılması” barədə qarşılıqlı iddia tələblərinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)6174/2021 nömrəli mülki iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında yerləşən 25 saylı mənzil (bundan sonra – mübahisəli mənzil) Qaradağ Rayon İcra Hakimiyyəti Başçısının 08 sentyabr 2000-ci il tarixl i, 866 saylı sərəncamına əsasən X1 (bundan sonra – icarədar) ayrılmış və mənzilə dair verilmiş 033062 saylı orderdə icarədarın ailə üzvləri kimi arvadı İddiaçı (bundan sonra – iddiaçı) və nəvəsi Cavabdeh (bundan sonra - cavabdeh) adları qeyd olunmuşdur.

2. İcarədar 17 avqust 2003-cü il tarixdə ölmüş, lakin mübahisəli mənzilə dair ailə üzvlərindən heç biri ilə yeni icarə müqaviləsi bağlanmamışdır.

3. Cavabdeh 29 oktyabr 2016-cı il tarixdən mübahisəli mənzildə yaşayış yeri üzrə qeydiyyatdadır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun yaşadığı və faktiki kirayəçisi olduğu mübahisəli mənzilə cavabdehin istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı işin yuxarıda sadalanan faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırılmışdır ki, cavabdeh mübahisəli mənzilə dair verilmiş 2000-ci il tarixli orderdə adı qeyd olunsa da, anası ilə birlikdə uzun müddət başqa ünvanda qeydiyyatda olmaqla yaşamış, anasının ikinci nikahından sonra qısa müddət ərizində iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamış, daha sonra isə atasının "xxxx" MTK-dan onun üçün aldığı mənzilə köçərək, hal-hazıra kimi daimi olaraq orada yaşayır. Göründüyü kimi, cavabdeh uzun müddət (10 ildən artıq) və daimi olaraq mənzili tərk etdiyindən onun mənzilə dair istifadə hüququ itirilmişdir. İddiaçı isə, 2000-ci ildən mübahisəli mənzildə yaşamaqla, icarədarın ölümündən sonra da oraya faktiki sahiblik etmiş və mənzilin bütün kommunal xərcləri onun tərəfind ən ödənilmişdir. Buna baxmayaraq, 2016-cı ildə cavabdeh onun razılığı olmadan mübahisəli mənzilə qeydiyyata düşmüşdür. Hesab edir ki, hazırda cavabdehin mənzilə dair hüququ yalnız həmin qeydiyyatla bağlıdır ki, bu da formal xarakter daşıyır.

6. İddia ərizəsinə əlavə olunmuş "xxxx" MTK tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, cavabdeh 2015-ci ildən hal-hazıradək MTK-ya məxsus binada (ünvan) 83 saylı mənzildə yaşayır, 83 saylı müqavilə ilə mənzil onun adına verilmiş və mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir.

7. İddiaçı tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin vəkil sorğusuna 23 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 83 saylı mənzilin hesabatı Cəmiyyətin elektron bazasında 03.12.2014-cü il tarixdən cavabdehin adına aparılmaqdadır.

8. Cavabdeh öz növbəsində qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək, mübahisəli mənzilə köçürülməsi, mənzildən istifadə hüququna iddiaçı tərəfindən yaradılmış maneələrin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Qarşılıqlı iddia belə əsaslandırılmışdır ki, cavabdeh 2000-ci ildən icarədarla bilikdə onun ailə üzvü kimi mübahisəli mənzilə köçmüş və 2003-cü ildə icarədarın ölümündən sonra mənzili öz hesabına təmir etdirməklə anası və qardaşı ilə birlikdə orada yaşamışdır. İcarədarın ölümündən sonra nə onunla, nə də iddiaçı ilə sosial kirayə müqaviləsi bağlanmamış, 2016-cı ildə mənzilə qeydiyyata düşdükdən sonra iddiaçı ilə münasibətləri pozulmuş, sonuncu, xalasının təsiri ilə onu və anasını mənzildən çıxararaq, kilidi dəyişdirmişdi r. Bununla bağlı polisə və müvafiq orqanlara etdiyi müraciətlərə cavab olaraq, aralarında mübahisə olduğundan onun razılığı olmadan mənzilin iddiaçının adına özəlləşdirilməsinin mümkün olmadığı bildirilmişdir. Ümumiyyətlə, mənzil hazırda dövlət mülkiyyətində olduğundan iddiaçının onun mübahisəli mənzilə istifadə hüququnun itirilməsi ilə bağlı iddia qaldırmağa subyektiv hüququ yoxdur, mənzilin icarədarları olaraq, onların hüquqları bərabərdir. Belə ki, mənzilə hüququ iddiaçının dediyi kimi qeydiyyat əsasında deyil, mənzilə dair verilmiş orderdə adı qeyd olunmaqla icarədarın ailə üzvü kimi yaranmış və iddiaçı tərəfidən mənzildən çıxarılanadək həmin mənzildə yaşamışdır. Eyni zamanda, iddiaçının xüsusi mülkiyyətində başqa mənzili olmaqla, o, dövlət mənzil fonduna məxsus mənzili özəlləşdirmək hüququndan artıq istifadə etmişdir.

10. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Əhmədova) (bundan sonra – birinci instansiya məhkəməsi) 2(007)-731/2021 nömrəli iş üzrə 18 mart 2021-ci il tarixli qətnaməsi ilə ilkin iddia rədd, qarşılıqlı iddia isə təmin edilmişdir.

11. Birinci instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, iddiaçını hazırkı iddia tələbini irəli sürməyə imkan verən subyektiv hüququn sahibi kimi qəbul etmək mümkün deyildir. Belə ki, mübahisəli mənzil order əsasında 2000-ci il tarixdə icarədara və onunla birlikdə yaşayan ailə üzvləri kimi iddiaçı və cavabdehə verilmişdir. İcarədar 20.08.2003-cü ildə vəfatından sonra mənzilin icarədarları olaraq hazırkı iş üzrə mübahisə tərəfləri qalmışdır. Həmin şəxslərin mübahisəli mənzilə olan hüquqları bərabərdir v ə onlardan heç biri mənzilin mülkiyyətçisi deyildir. Belə olan halda, iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün müvafiq subyektiv hüququ yoxdur.

12. Məhkəmə öz mövqeyini, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 158-ci, 01.10.2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 53, 60-cı maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12.03.1999-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

13. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə yeni qətnamə çıxarılm asını xahiş etmişdir.

14. Apellyasiya şikayəti, iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmaqla əlavə olaraq göstərilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmamışdır. Belə ki, məhkəmə tərəfindən mübahisəli məsələyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin normaları tətbiq olunsa da, tərəflərin mübahisəli mənzilə istifadə hüquqları icarədarın adına verilmiş 08.09.2000-ci il tarixli sərəncam və order əsasında yarandığından mübahisəyə Mülki Məcəllənin 228.1 və 228.2-ci maddəri əsasında həll edilməli idi. İddiaçı 2000-ci ildən mənzilə köçüb orada yaşamaqla və icarədarın ölümündən sonra faktiki sahiblik və idarə etməklə mirası qəbul edərək, icarədar kimi icarə müqaviləsindən irəli gələn vəzifələri hal-hazıradək tək yerinə yetirdiyindən icarə müqaviləsindən irəli gələn hüquqlara da yalnız o malikdir. Cavabdeh isə mənzilə dair verilmiş orderdə adı qeyd olunsa da, iddiaçı ilə birlikdə köçüb mənzildə yaşamamış, ümumiyyətlə, mənzildən istifadə etməmişdir.

15. Cavabdeh apelyasiya şikayətinə qarşı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsi ilə eyni dəlillərdən çıxış etmişdir.

16. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – A.İsgəndərov (sədrlik edən və məruzəçi), İ.Kərimli və E.Kazımov) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6174/2021 nömrəli iş üzrə 18 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

17. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, şikayət in dəlillərinə münasibətdə qeyd etmişdir ki, cavabdehin qarşılıqlı iddia tələbinin faktiki əsası icarədarın adına verilmiş 12.09.2000-ci il tarixli orderdir. O, məhz həmin orderə istinad edərək, yaşayış sahəsinə köçmək və ondan istifadə etmək hüququ olduğunu bildirir. Belə ki, orderdə iddiaçı ilə yanaşı onun da mənzilə köçmək və yaşamaq hüququnun olduğu qeyd edilmişdir. Həmin dövrdə qüvvədə olan Mənzil Məcəlləsinin 48-ci maddəsinə görə, order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır. Cavabdehin mübahisəli mənzildə uzun müddət yaşamaması isə nə iş materialları ilə, nə də tərəflərin izahatları ilə birbaşa təsdiq olunmur.

18. Məhkəmə hesab etmişdir ki, iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut edə bilməmiş, irəli sürdüyü faktiki hallar tələbin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşmamış, lakin cavabdeh həmin iddiaya qarşı etirazını, eləcə də qarşılıqlı iddiasını əsaslandırdığı faktları sübuta yetirmişdir.

19. Bununla belə, məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması barədə qənaəti ilə razılaşmamış, lakin bu hal məhkəmənin gəldiyi qanuni və əsaslı nəticəyə təsir etmədiyindən və işdə ilk iddianın əsassızlığını təsdiq edən kifayət qədər sübutlar olduğundan onu qətnamədən xaric etməklə kifayətlənmişdir. Kollegiyanın qənaətinə görə, mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin 53cü maddəsi icarədarla birlikdə yaşayan ailə üzvlərinin onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malik olduqlarını və bütün və zifələri yerinə yetirməli olduqlarını təsbit etdiyindən iddiaçı hazırkı iddianı qaldırmaq üçün subyektiv hüquqa malik olmuşdur. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

21. Şikayət iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırılmaqla, həmçinin qeyd olunmuşdur ki, apellyasiya məhkəməsi mübahisəyə qüvvədən düşmüş Mənzil Məcəlləsinin maddələrini tətbiq etsə də, tərəflər arasında mənzilə dair mübahisə 2020-ci ildə yaranmış və bu dövr ərzində qanunvericiliyə bir çox dəyişikliklər edilmişdir. Bundan başqa, məhkəmə qeyd olunan Məcəllənin istinad etdiyi 4 8, 53, 60 və 87-ci maddələrinin iddiaçının hüquqlarını qoruyan hissəslərini də nəzərə almamış, işdə olan sübutlara tərəflərin sübutetmə yükü baxımından düzgün hüquqi qiymət verməmişdir. Belə ki, qətnamədə cavabdeh tərəfindən qarşılıqlı iddianın əsası kimi istinad olunan halların sübuta yetirildiyi qeyd olunsa da, həmin sübutların konkret nədən ibarət olması aydın deyil. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

22. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, qarşılıqlı iddia ərizəsi və apellyasiya şikayətinə qarşı etirazı ilə eyni dəlillərdən çıxış etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkə tlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

24. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur.

25. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. 1 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsi

26. Maddə

48. Dövlət və ictimai mənzil fondu evində yaşayış sahəsi verilməsi haqqında qərar əsasında rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsi vətəndaşa order verir və bu order yaşayış sahəsinə köçmək üçün yeganə əsasdır.

27. Maddə

51. Dövlət və ictimai mənzil fondu evlərində yaşayış sahəsini icarə müqaviləsi yaşayış sahəsi orderi əsasında kirayədarla - mənzil-istismar təşkilatı (belə təşkilat olmadıqda isə müvafiq müəssisə, idarə, təşkilat) ilə icarədar - adına order verilmiş vətəndaş arasında yazılı şəkildə bağlanır.

28. Maddə

53. İcarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər.

29. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. İcarədar və ya onun ailə üzvləri üzürlü səbəblərə görə altı aydan artıq müddətə başqa yerə getdikdə, bu müddət başqa yerə gedənin ərizəsi üzrə kirayədar tərəfindən, mübahisə yarandıqda isə məhkəmə tərəfindən uzadıla bilər. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

30. Maddə

127. İcarədar öldükdə evin mülkiyyətçisi ölən şəxsin icarəyə verilmiş sahədə yaşayan ailəsinin həddi-büluğa çatmış ailə üzvlərindən biri ilə qalan müddət üçün icarə müqaviləsi bağlamalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” 12 mart 1999-cu il tarixli qərarı 31.... Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məc əlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. 32....mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Mübahisəli mənzillə bağlı tətbiq edilən 2009-cu ilədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 10-cu maddəsinə əsasən, Qanunda nəzərdə tutulmuş əsaslarla və qaydada müəyyən edilən hallardan başqa, heç kim yaşadığı sahə dən çıxarıla bilməz və heç kimin yaşadığı sahədən istifadə hüququ məhdudlaşdırıla bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

34. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

35. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

36. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiya sı məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

37. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

38. Maddə 417.1.3. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə və ya tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. Kassasiya baxışının hədləri

39. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq no rmalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

40. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir.

42. İşdə iki iddia tələbi var, ilk və qarşılıqlı. İddiaçı cavabdehin istifadə hüququnun itirilmiş hesab olunmasını tələb edir, cavabdeh isə mənzilə köçürülməsini.

43. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmək üçün 1-ci instansiya məhkəməsinə bir neçə sübut təqdim etmişdir. O cümlədən, "xxxx" MTK tərəfindən verilmiş 20 oktyabr 2020-ci il tarixli arayışda qeyd olunmuşdur ki, cavabdeh 2015-ci ildən halhazıradək MTK-ya məxsus binada (ünvan) 83 saylı mənzildə yaşayır, 83 saylı müqavilə ilə mənzil onun adına verilmiş və mənzilin kommunal xərcləri onun tərəfindən ödənilir(mülki iş səhifə12). Eyni zamanda iddiaçı tərəfindən təqdim olunmuş "xxxx" ASC-nin vəkil sorğusuna 23 oktyabr 2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 3 ünvanında yerləşən 83 saylı mənzilin hesabatı Cəmiyyətin elektron bazasında 03.12.2014-cü il tarixdən cavabdehin adına aparılmaqdadır(mülki iş səhifə 68).

44. Cavabdeh başqa yerdə yaşamas ını və özünün mənzili olmasını mübahisələndirməmişdir.

45. İddiaçı qonşuluqda yaşayan şəxslərin iştirakı ilə tərtib edilərək imzalanmış akt təqdim etmişdir. Aktı üç nəfər imzalamışdır. Onlar cavabdehin 10 ildən artıqdır ki, mübahisəli mənzildə yaşamadığını təsdiq etmişlər.

46. İddiaçı mənzilə xidmət göstərən 141 saylı mənzil kommunal istismarı sahəsindən rəsmi arayış təqdim etmişdir ki, mənzildə yaşayır və onun kommunal xidmət haqlarını özü ödəyir.

47. İşə baxmış 1-ci instansiya məhkəməsi iddiaçının təqdim etdiyi qeyd olunan sübutlarla bağlı heç bir araşdırma və hüquqi dəyərləndirmə aparmadan ilk iddianı yalnız o əsasla rədd etmişdir ki, iddiaçının hazırkı tələbi irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, mübahisəli mənzil order əsasında 2000-ci il tarixdə icarədara və onunla birlikdə yaşayan ailə üzvləri kimi iddiaçı və cavabdehə verilmişdir. İcarədar 20.08.2003-cü ildə vəfatından sonra mənzilin icarədarları olaraq hazırkı iş üzrə mübahisə tərəfləri qalmışdır. Həmin şəxslərin mübahisəli mənzilə olan hüquqları bərabərdir və onlardan heç biri mənzilin mülkiyyətçisi deyildir.

48. Apelyasiya məhkəməsi 1-ci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşmayaraq hesab etmişdir ki, qüvvədən düşmüş Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı icarədarın ailə üzvü kimi onunla bərabər hüquqlara və vəzifələrə malikdir, ona görə də iddiaçının bu tələbi irəli sürmək üçün subyektiv hüququ var.

49. Buna baxmayaraq, apellyasiya məhkəməsi qətnaməni qüvvədə saxlamaqla iddianın rədd olunması barədə gəldiyi qənaətini tərəflərin sübutetmə yükünun öhdəsindən gələ bilmələri baxım ından əsaslandırmış və birinci instansiya məhkəməsinin qətnaməsinin qeyd olunan hissəsini qətnamədən çıxarmaqla kifayətləndiyini qeyd etmişdir. Halbuki, həmin hissə çıxarıldıqda birinci instansiya məhkəməsinın iddianın rədd olunması barədə qənaətini əsaslı edə biləcək başqa hissə qalmır.

50. Nə qədər ki, 1-ci instansiya məhkəməsi iddianı yalnız iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı rədd etmişdi və apelyasiya məhkəməsi həmin mövqeyi qəbul etmirdi, onda apellyasiya məhkəməsinə lazım gəlirdi ki, qətnaməni ləğv etməklə idddiaçının təqdim etdiyi sübutlara qiymət verərək, həmin sübutlarla bağlı araşdırma aparmaqla məsələyə MPM-nin 88-ci maddəsinə uyğun olaraq qiymət versin. Çünki, işə mahiyəti üzrə baxan 1-ci instansiya məhkəməsi təqdim edilmiş sübutlara hüquqi qiymət vermədən, onlar ı tədqiq etmədən, sübutların tədqiqində çəkişmə prinspinə riayət etmədən yekun nəticəyə gəlmişdi.

51. İddiaçı iddia ərizəsində cavabdehin mübahisəli mənzildə qısa müddət ərzində müvəqqəti yaşadığını, sonradan daimi olaraq atası tərəfindən alınmış mənzilə köçdüyünü bildirməklə istifadə hüququnun itirilmiş hesab edilməsini tələb edir.

52. İddiaçının mövqeyindən belə aydın olur ki, o, cavabdehin mübahisəli mənzildə ailə üzvü kimi yaşamaqla istifadə hüququnun yarandığını qəbul edir, lakin sonradan daimi olaraq başqa yaşayış sahəsinə köçməsini əsas gətirməklə bu hüququn itirildiyinə istinad edir. İşdə cavabdehin adına MTK mənzili olması və 2015-ci ildən daimi orada yaşaması barədə sübutlar (MTK-nın arayışı, "xxxx" ASC-nin məktubu) var. Lakin apelyasiya məhkəməsi bu sübutlara heç bir hüquqi qiym ət vermədən ümumi formada iddiaçı tərəfindən tələbin sübuta yetirilmədiyinə istinad etmişdir.

53. Halbuki, qeyd olunan sübutlara hüquqi qiymət verilməklə mötəbər kimi qəbul edildiyi halda tələbin qanuni əsası kimi 01 oktyabr 2009-cu ilədək qüvvədə olmuş Azərbyacan Respublikasının Mənzil Məcəlləsinin 60-cı və 87-ci maddələrinin tətbiqi imkanları yoxlana bilərdi.

54. Bundan başqa, məhkəmə cavabdeh tərəfindən qarşılıqlı iddianın əsası kimi istinad olunan halların (mənzilə köçməsi, uzun müddət orada yaşaması, iddiaçı tərəfindən qovulması, və s.) sübuta yetirildiyini bildirsə də, işdə qeyd olunanlarla bağlı cavabdehin izahatlarından başqa heç bir mötəbər sübut yoxdur.

55. Belə ki, cavabdeh qarşılıqlı iddiasında 2016-cı ildə mənzilə qeydiyyata düşdükdən sonra iddiaçı ilə münaisbətlərinin pozuldu ğunu, bundan sonra onun tərəfindən evdən qovulduğunu bildirsə də, cavabdehə buna dair sübutlar təqdim etməmiş, hansı əsaslarla, nə vaxt mənzildən oradan pasport qeydiyatından çıxması, sonradan öz mənzili ola-ola mənzilə pasport qeydiyyatına düşməsinin səbəbləri ilə bağlı məsələlərə aydınlıq gətirməmişdir. Eyni zamanda, cavabdeh bu müddət ərzində mənzildən məcburi çıxarılması, mənzilə köçürülməsi barədə hər hansı orqana və ya məhkəməyə müraciət etməmiş, işə əlavə etdiyi 2020-ci il tarixli ərizələrin məzmunundan isə görünür ki, onun əsas narazılığı mənzilə köçməklə yox, mənzilin iddiaçının adına özəlləşdirilməsi ilə bağlı olmuşdur. Göründüyü kimi, 2016-cı ildən evdən çıxarıldığını bildirən cavabdehin 4 il ərzində heç bir hərəkət etməməsi, yalnız iddiaçının mənzili özəlləşdirmək niyyəti barəd ə xəbər tutduqdan sonra 2020-ci ildə müvafiq orqanlara ərizə verməsi onun mənzildən qovulmasını barədə qənaətə gəlməyə kifayət etmir.

56. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 57. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilm əklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

58. Mülki işlər üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir.

59. Məhkəmə kollegiyası qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir.

60. İş üçün əhəmiyyəti olan halların aydınlaşdırılması məhkəmə baxışının mühüm prinsipi olub, Azərbaycan Respu blikası MPM-nin 14-cü maddəsi ilə nizama salınır. Azərbaycan Respublikasının MPM-nin 14.2, eləcə də 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır.

61. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

62. Prosessual qanunvericiliyin “iş üçün əhəm iyyətli olan nə kimi halların müəyyən edilməsi”, “nə kimi halların müəyyən edilməməsi”, “tərəflərin hansı hüquq münasibətində olmaları” barədə tələblərinə riayət olunması üçün ilkin olaraq iş üzrə toplanmış sübutlar qiymətləndirilməlidir. Sübutların qiymətləndirilmısini tənzimləyən MPM-nin 88-ci maddəsi müəyyən edir ki, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

63. Məhkəmə kollegiyası yuxarıda şərh edilənləri nəzərə alaraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmamışdır.

64. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6174/2021 nömrəli qətnaməsi ləğv edilsin. Mülki iş yenidən baxılması üçün apellyasiya icraatına qaytarılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar