Məhkəmə qərarları › İş №2(102)-271/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-271/2021

15.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-271/2021 15.03.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-271/2021 xx.xx.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı “xxxx” ASC-nin Cavabdeh qarşı “vurulmuş zərərin ödənilməsi” tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: işçinin qanunazidd hərəkətləri ilə vurulmuş zərərin ödənilməsi, sübutetmə yükü) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, X1 oğlunun katibliyi, İddiaçının vəkili Vəkil2 və cavabdehin vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3463/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə xx xxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Hazırda “Azər-Türk Bank” ASC-nin əməkdaşı olan cavabdeh, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri ərzində “xxxx” ASC-nin Səbail filialının kredit şöbəsində istehlak kreditləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş, xx.xx.2019-cu il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad olunmuşdur. “xxxx” ASC-nin sabit əməkdaşı x tərəfindən elektron poçt vasitəsilə ötürülən informasiyaya dair xx xxxxxxxx 2019-cu il tarixli arayışından görünür ki, daxili audit dep artamentinin xx.xx.2019-cu il tarixinə verdiyi məlumata əsasən, cavabdeh tərəfindən ötürülən məlumatlar üzrə 54 sayda müştəri tərəfindən kredit borcları vaxtından əvvəl ödənilmişdir. Nəticədə, həmin kredit əqdləri üzrə təqribi olaraq bankın 25 min manat məbləğində faiz gəlirindən mərhum edilməsi ehtimal olunur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı “xxxx” ASC iddia ərizəsi ilə Nəsimi rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən vurulmuş ziyana görə 25.000 manat məbləğində pul vəsaitinin və 30.40 manat ödənilmiş dövlət rüsumunun tutularaq ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2017-xx.xx.2019-cu il tarixləri ərzində bankın Səbail filialının kredit şöbəsində istehlak k reditləri üzrə aparıcı mütəxəssis vəzifəsində işləmiş cavabdehin vəzifə təlimatında və əmək müqaviləsində nəzərdə tutulmuş əmək funksiyalarını bilərəkdən kobud şəkildə pozmaqla bank aktivlərinin itkisinə səbəb ola biləcək qeyri-qanuni hərəkətlərə yol verdiyini, X2 Departamenti tərəfindən xx xxxxxxxx 2019-cu il və xx xxxxxxxx 2019-cu il tarixlərini əhatə edən ”kredit mütəxəssisləri tərəfindən iş prosesində təhlükəsizliyin təmin edilməsi üzrə risklərin müəyyən edilməsi, iş prosesinin qaydalara uyğunluğunun, eləcə də nəzarət mexanizmlərinin adekvatlığının qiymətləndirilməsi” məqsədilə aparılmış audit yoxlaması nəticəsində onun xx.xx.2019-cu il tarixdə bankdan müxtəlif tarixlərdə kredit götürən və avtomatlaşdırılmış müştəri bazasında adları qeyd edilən 3294 müştəri barədə bank və kommersiya si rri təşkil edən məlumatları (bank hesab nömrəsi, müştəri haqqında şəxsi məlumatlar, telefon nömrəsi və s.) öz şəxsi xxx) və Elektron ünvan 2 email ünvanlarına göndərməklə həmin məlumatların gələcəkdə üçüncü şəxslər tərəfindən istifadəsinə zəmin yaratdığını, cavabdehin xx.xx.2019-cu il tarixində Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edildiyi, cavabdeh məhz ABB-də əmək fəaliyyətinə xitam verildiyi gün müştərilər haqqında kredit portfeli məlumatlarını öz şəxsi və digər email ünvanlarına göndərməyinin həmin müştərilərlə sonradan əlaqə yaratmaq, bankın müştərilərini digər banklara yönəltmək məqsədi daşıdığını, cavabdehin hazırda başqa bankda çalışmaqla əsas vəzifəsinin müştərilərə kredit məhsullarının satışından ibarət olduğun u və bankdan əldə etdiyi bank sirri təşkil edən reyestr məlumatlarından digər bankda istifadə edib kredit verməsinin istisna edilmədiyini, onun tərəfindən ötürülən bank sirri təşkil edən məlumatlar üzrə 54 müştərinin kredit borclarının vaxtından əvvəl ödənildiyini və nəticədə həmin kredit əqdləri üzrə bankın təqribən 25.000 manat məbləğində faiz gəlirlərindən məhrum olduğunu irəli sürmüş Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Vəkil1 iddianı qəbul etməyərək və etiraz ərizəsini təqdim edərək izahatında göstərmişdir ki, iddiaçının istinad etdiyi siyahı cavabdehin Beynəlxalq Bankda işlədiyi dövrdə özünə məxsus olan müştərilərin siyahısıdır, həmin siyahı onun tərəfindən tərtib olunub və qaralama siyahı kimi iş prosesində istifadə edilib. Bu siyahının avtomatlaşdırılmış müştəri bazası na heç bir aidiyyəti yoxdur. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim Natavan Tağıyeva) xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının hazırkı tələbi cavabdehdən vurulmuş ziyana görə 25000 manat məbləğində pul vəsaitinin ödənilməsindən ibarətdir. Lakin, iddiaçı öz iddiasının əsasına dair hər hansı məbləğdə maddi zərər vurulduğuna və həmin zərərin nədə ifadə olunduğuna dair hər hansı bir mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona maddi ziyanın vurulması, həmçinin cavabdeh tərəfindən ona maddi ziyan vurulması ilə bağlı məhkəməyə hər hansı tutarlı sübut təqdim etmədiyindən iddiaçı “xxxx” ASCnin Cavabdeh qarşı «vurulmuş zərərin ödənilməsi tələbinə dai r» iddia ərizəsi rədd edilməlidir. Məhkəmə öz mövqeyini ”Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2002-ci il tarixli qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən iddiaçı apelyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Elnur Həsənov - sədrlik edən və məruzəçi, Xumar Mərdanova və Fuad Babayev) xx xxxx 2020-ci il tarixli 2(103)-3463/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təm in edilməyərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)6127/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, iddiaçı iddia tələbini əsaslandırdığı faktiki halla, yəni bank sirri təşkil edən məlumatların cavabdeh tərəfindən üçüncü şəxslərə yayılması və bunun nəticəsində banka ziyan dəyməsi ilə bağlı hər hansı mötəbər sübut təqdim etməmişdir. İşin hallarından cavabdehin xx.xx.2019-cu il tarixdə iki müştəri barədə bankın digər əməkdaşı olan x (onun əvvəllər bankın əməkdaşı olduğu iddiaçı tərəfindən mübahisələndirilməmişdir) e-mail ünvanına, xx.xx.2019-cu il tarixdə isə bilavasitə öz e-mail ünvanına məlumatlar göndərdiyi aydın olur. Bu hal isə bank sirri təşkil edən məlumatların üçüncü şəxslərə ya yılması hesab oluna bilməz. Gələcəkdə hər hansı müştəri tərəfindən ona aid məlumatların açıqlandığı iddia olunarsa, məhz bu halda iddiaçı bank müvafiq əsasa istinadla cavabdehə qarşı tələb irəli sürmək imkanına sahib olacaqdır. Məhkəmə kollegiyası hesab etmişdir ki, hər hansı müştərinin, o cümlədən cavabdehin özünün və digər bank əməkdaşının elektron ünvanına göndərdiyi e-maildə adları yer alan müştərilərin kredit öhdəliklərini vaxtından əvvəl icra etmiş olmaları banka vurulmuş ziyan kimi qiymətləndirilə bilməz. İddiaçının bildirdiyi faktiki hallar onun iddia tələbinin qanuni əsası kimi nəzərdən keçirilə biləcək mülki qanunvericilik müddəalarının dispozitiv şərtləri ilə uzlaşmamaqdadır. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğ un gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Apelyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İddiaçı kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxx 2020-ci il tarixli 2(103)-3463/2020 nömrəli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən maddi, prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, X2 departamenti xx.xx.2019-cu il tarixinə verdiyi məlumata əsasən, Cavabdeh tərəfindən ötürülən bank sirri təşkil edən məlumatlar üzrə 54 (əlli dörd) sayda müştəri tərəfindən kredit borcları vaxtından əvvəl ödənilmişdir ki, nəticədə həmin kredit əqdləri üzrə təqribi olaraq bank 25000 (iyirmi beş min) manat məbləğində faiz gəlirlərindən məhrum edilmişdir. Bank tərəfindən təqdim edilmiş və işin materiallarına əlavə edilmiş arayışdan müəyyən edilmişdir ki, Cavabdeh tərəfindən Bankın qanuni mənafeyinə vurulmuş ziyanın məbləği 25,000 (iyirmi beş min) manat təşkil edir. Cavabdeh tərəfindən Banka müştərilərinə məxsus və bank sirrini təşkil edən fərdi məlumatların Bankın korporativ e-mail ünvanından istifadə edərək digər (o cümlədən şəxsi) e-mail ünvanlarına göndərilməsi mübahisə doğurmur. Cavabdeh kassasiya şikayətinə dair yazılı etiraz təqdim edərək apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozulmamasını qeyd edərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçının vəkili Vəkil2 kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayət in təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehin vəkili Vəkil1 kassasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Cavabdeh işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədiyi üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 967.1. Bank hesabının və bank əmanətinin, hesab əməliyyatlarının və müştəri haqqında məlumatların sirrinə bank qarantiya verir. Maddə 967.3. Bank sirri təşkil edən məlumatlar bank tərəfindən açıqlandığı halda hüquqları pozulmuş müştəri bankdan vurulmuş zərərin əv əzini ödəməyi tələb edə bilər. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2 Zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunveric iliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müv afiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunma ması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araş dırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətna mə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Bu halda isə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki məhkəmə icraatının prinsip inə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, hər bir tərəf isə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (Azərbaycan Respublikası MPM-in 14.2 və 77.1-ci maddələri). Məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yar atmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1, 1097.1, 21.1-ci maddəsinin məzmunundan görünür ki, zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. İddiaçı cavabdehin hərəkətləri nəticəsində ona maddi ziyan dəyməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi i şə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, ap ellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı “xxxx” ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3463/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar