Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2712/2025 01.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: təbii qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-486/2025 nömrəli mülki iş üzrə 8 may 2025-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 1 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halla rı 1.X3 İstismarı İdarəsi ilə Cavabdeh arasında bağlanmış 29 mart 2024-cü il tarixli müqavilənin surətindən görünür ki, sonuncu yaşadığı evdə istehlakçı kimi istifadə etdiyi qazın dəyərini təqdim olunmuş hesab üzrə ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 iyun 2020-ci il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuşdur. Cavabdeh aktı imzalamamışdır.
3. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vas itəsilə 5400 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. 4. 23 sentyabr 2020-ci il tarixli, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərarın surətindən görünür ki, Cavabdeh AR İXM-ın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat məbləğində inzibati cərimə olunmuşdur.
5. İsmayıllı Rayon Məhkəməsinin 2(037)-570/2020 nömrəli, 25 sentyabr 2020-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı İB-nin iddiası təmin edilərək, Cavabdeh mənzilində istifadə edilmiş təbii qaza görə yaranmış 892,7 manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin, ümumilikdə 1.592,70 manatın tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir.
6. Azəriqaz” İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 08 aprel 2022-ci il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
7. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 8640 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
8. İddiaçı İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 16 dekabr 2 022-ci il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
9. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 24192 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
10. İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 23 aprel 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin təbii qazdan rezin boru vasitəsi ilə sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
11. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 12288 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
12. İddiaçı İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 26 iyul 2023cü il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olun muşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
13. X3 İstismarı İdarəsinin baş mühəndisi tərəfindən təsdiq edilmiş 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 4368 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
14. İddiaçı İB-in “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 30 avqust 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
15. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 2112 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
16. İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 28 noyabr 2023-cü il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
17. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünü r ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 4272 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv edilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır.
18. İddiaçı İB-nin “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 29 fevral 2024-cü il tarixli, ******* nömrəli aktın surətindən müəyyən edilir ki, baxış keçirilən zaman abonentin sayğacdan kənar əlavə xətti aşkar olunmuşdur. Dəymiş ziyan hesablanaraq ödənilməsi tələb olunmuş və Cavabdeh aktı imzalamamışdır.
19. X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, sayğacdan kənar qeyri-qanuni qaz xətti vasitəsilə 7488 m3 təbii qazdan istifadə olunduğu aşkar olunmuş, xəttin ləğv e dilməsi, dəymiş ziyanın hesablanması və ödənilməsi üçün tədbirlər görülməsi qərara alınmışdır. 20. 24 oktyabr 2024-cü il tarixli abonentin saldosundan görünür ki, Cavabdeh adına olan **********02650 nömrəli abonent koduna 2018-ci ilin dekabr ayının sonuna 6696 m3 təbii qazın dəyəri 669,6 manat, 2020-ci ilin iyun ayının sonuna 5400 m3 təbii qazın dəyəri 540 manat, 2022-ci ilin aprel ayının sonuna 8640 m3 təbii qazın dəyəri 1036,8 manat, 2022-ci ilin dekabr ayının sonuna 24192 m3 təbii qazın dəyəri 2903,04 manat, 2023-cü ilin aprel ayının sonuna 12288 m3 təbii qazın dəyəri 1474,56 manat, 2023-cü ilin iyul ayının sonuna 4368 m3 təbii qazın dəyəri 524,16 manat, 2023-cü ilin avqust ayının sonuna 2112 m3 təbii qazın dəyəri 253,44 manat, 2023-cü ilin noyabr ayının sonuna 4272 m3 təbii qazın dəyər i 512,64 manat, 2024-cü ilin fevral ayının sonuna 7488 m3 təbii qazın dəyəri 898,56 manat borc vurulmuş, 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat
21. İddiaçı (bundan sonra- iddiaçı) Cavabdeh (bundan sonra- cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayan cavabdehdən evdə qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 8 istifadə faktına görə hesablanmış 8.143,2 manat itirilmiş qazın dəyərinin və iddia ərizəsi üçün ödənilmiş 101,45 manat və 40 qəpik xidmət haqqının tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
22. İddiaçı tələbini onunla əsasl andırmışdır ki, iddiaçı, İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayan və qaz paylayıcısı İddiaçı İB-in struktur vahidi olan X3 İstismarı İdarəsinin İsmayıllı Xidmət Sahəsinin abonenti Cavabdeh qarşı dəymiş ziyanın ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Çünki, xx.xx.2018-ci il, xx.xx.2020-ci il, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il, xx.xx.2023-cü il və sonuncu dəfə isə xx.xx.2024-cü il tarixdə ”Azəriqaz” X2 RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayan istehlakçı Cavabdeh məxsus fərdi yaşayış evinə baxış keçirən zaman onun təbii qazdan qanunsuz olaraq sayğacdan kənar əlavə qaz xətti vasitəsi ilə istifadə etdiyini aşkar etmişlər. Bütün bunlarla bağlı müvafiq olaraq “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktlar tərtib edilərək, itirilmiş qazın dəyərinin hesablanması məqsədi ilə İddiaçı İB-nin Ağsu RQİİ-nə göndərilmişdir. Həmin aktlara əsasən Ağsu RQİİ-nin İstehlakçılara satılan qaza nəzarət şöbəsində itirilmiş qazın bərpası üzrə müxtəlif tarixli Qərarlar qəbul edilərək, istehlakçı Cavabdeh İsmayıllı Xidmət Sahəsinin abonent bazasındakı **********02650 nömrəli abonent koduna itirilmiş qazın dəyəri hesablanaraq vurulmuşdur. Belə ki, xx.xx.2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3 669,6 manat, xx.xx.2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3 540 manat, xx.xx.2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3 1036,8 manat, xx.xx.2022-c i il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 24190 m3 2903,04 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 12288 m3 1474,56 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 4368 m3 524,16 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 2112 m3 253,44 manat, xx.xx.2023-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m3 512,64 manat və xx.xx.2024-cü il tarixdə aşkar edilmiş qanunsuz istifadə faktına görə 7488 m3 898,56 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq, onun abonent koduna vurulmuşdur. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 9 istifadə faktına görə ümumilikdə 8812,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonen t koduna vurulmuşdur. Lakin, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(037)-570/2020 nömrəli qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək, Cavabdeh mənzildə istifadə edilmiş təbii qaza görə yaranmış 892,70 manat debitor borcun və təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin, ümumilkdə 1592,70 manatın tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Abonent Cavabdeh abonent koduna hesablanaraq vurulmuş məbləğlər sayğacdan kənar əlavə qaz xəttindən istifadə edilməsi halları nəticəsində qeydə alınmayan itirilmiş qazın dəyəridir və abonentin özü tərəfindən ödənilməlidir. Cavabdeh Ağsu RQİİ-nin İsmayıllı Xidmət Sahəsinin işçiləri tərəfindən dəymiş ziyanın ödənilməsi üçün bir neçə dəfə şifahi və ya zılı xəbərdarlıq edilmişdir. Lakin cavabdeh borc məbləğini tam şəkildə ödəməmişdir. Cavabdeh borclu olduğu məbləğin yaranması **********02650 kodlu abonent saldosunda əks olunaraq təsdiqini tapmışdır. Bu kimi hallar İddiaçı əhalini təbii qaz təminatının yaxşılaşdırılması istiqamətində apardığı işlərə mənfi təsir göstərir. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin və İqtisadiyyatın enerjidaşıyıcıları ilə təminatının yaxşılaşdırılması tədbirləri haqqında” 356 saylı, 29 iyun 2000-ci il tarixli Fərmanında deyilir ki, işlədilən hər m3 qazın dəyəri ödənməlidir. Göründüyü kimi, cavabdeh onunla bağlanılmış müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Cavabdeh ilə bağlanmış təbii qazın alqı-satqısına dair müqavilənin 2.3.4-cü bəndinə əsasən, iste hlakçı təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəməlidir. Həmin müqavilənin 5.2 bəndinə əsasən yaranmış mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda tərəflər məhkəməyə müraciət edə bilər (iddia ərizəsində iddiaçı AR Mülki Məcəlləsinin 21, 443.1 və 385.1-ci maddələrinə istinad etmişdir).
23. Cavabdeh İddiaçınə qarşı “cərimə məbləğinin azaldılması” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı tərəfindən təbii qazdan istifadə faktına görə 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli aktlara əsasən hesablanmış borcun Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə 3 il lik iddia müddəti ötürüldüyündən, iddia müddəti tətbiq edilməklə həmin hissədə iddiasının təmin edilməməsi, hesablanmış qaz sərfiyyatının Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilməklə hesablamalar aparılmaqla müəyyən edilməsi, dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən itirilmiş təbii qazdan maksimum 30 gün müddətində hesablanmaların aparılması və **********02650 abonent koduna işlənmiş 8812,8 manat debitor cərimənin azaldılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
24. Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı tərəfindən itirilmiş təbii qazın dəyəri 8812,8 manat qeyd olunaraq, onun **********02650 saylı abonent hesabına əsassız olaraq işlənmişdir. Belə ki, iddia əri zəsində hesablanmış qaz həcmini özlərinin müəyyən etdiyi əmsala vuraraq dəymiş ziyan hesablanmışdır. Fərdi yaşayış evində qaz sərfiyyatı saat hesabı ilə 0,75 m3 olan 1 ədəd “İran istehsalı” olan (radiator) soba və 2,2 m3 qaz sərfiyyatı olan 1 ədəd axınlı su qızdırıcısı olmuşdur. Qazdan istifadə qaydalarının pozulması haqqında tərtib olunmuş aktlar əsasında dəymiş ziyanın bərpasına dair tələbnamələrdə 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 6696 m3 üçün hesablanmış 669,6 manat (4x12x90-6696), 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında akta əsasən 5400 m3 üçün hesablanmış 540 manat (2.5 x 24 x 905400), 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan istifadə faktına görə 8640 m3 üçün hesablanmış 1036,8 manat (4x24x90 - 8640), 16 dekabr 2022-ci tarixdə aşkar edilmiş təbii qazdan istifadə faktına görə 24192 m3 üçün hesablanmış 2903,04 manat (4x24x90 - 8540), 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 12288 m3 üçün hesablanmış 1474,56 manat (4x24x128-12288), 26 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 4368 m3 üçün 524,16 hesablanmış (4x12x914368), 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 2112 m3 üçün hesablanmış 253,44 manat (4x12x44-2112), 28 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 7488 m3 üçün hesablanmış 512,64 manat (4x24x7488) və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan istifadəyə görə 7488 m3 üçün hesablanmış 898,56 mana t (4x12x104-7488) olmaqla, ümumilikdə 8812,8 (səkkiz min səkkiz yüz on iki manat 80 qəpik) manat hesablanaraq abonent koduna işlənmişdir. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli aktlara əsasən 4x12x90-6696 və 2.5 x 24 x 90-5400 m3 hesablanmış və ondan tələb olunan borclar isə Azərbaycan Respublikası Mülki Məcəllənin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər olduğundan həmin tələblər üzrə 3 illik iddia müddəti ötmüşdür. Cavabdeh (ilkin iddia üzrə iddiaçı) iddia ərizəsi ilə qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürdükdən sonra məhkəməyə müraciət etdiyindən iddia müddəti tətbiq edilərək iddia rədd edilməlidir. 08 aprel 2022-ci il tarixli aktla hesablanmış 4x24x252-24192 m3, 16 dekabr 2022-ci tarixli aktla hesablanmış, 4x24x90-8540 m3 28 aprel 2023-cü il tarixli aktla hesablanmış 4x24x128-12288 m3, 26 iyul 2023-cü il tarixli aktla hesablanmış 4x12x91-4368 m3, 31 avqust 2023-cü il tarixli aktla hesablanmış 4x12x44-2112 m3, 28 noyabr 2023-cü il tarixli aktla hesablanmış 4x24x787488 m3, 29 fevral 2024-cü il tarixli aktla hesablanmış 4x12x104-7488 m3 itirilmiş qazın bərpası 2.95 m3 müəyyən olunmalıdır. Belə ki, fərdi yaşayış evində qeydə alınmış 1 ədəd "İran istehsalı" olan sobanın qaz sərfiyyatı saat hesabı ilə 0,75 m3 və 1 ədəd axınlı su qızdırıcısının qaz sərfiyyatı isə 2.2 m3 müəyyən olunmuşdur. Belə olan halda cəmi 1 ədəd qaz "İran istehsalı" olan (radiator) soba 0.75 m3 + 1 ədəd axınlı su qızdırıcısı 2, 2 m3 qaz sərfiyatı cəmi = 2.95 m3 saat hesabı ilə qaz sərf olunmuşdur. Lakin tərtib olunmuş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatı 2.5, 4 və 6 m3 orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddəti 44-78-xx-xx-104128-252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi ondan tələb olunmuşdur. Lakin isti hava şəraitində qazdan az istifadə olduğu halda Azəriqaz İB bunları nəzərə almamışdır. Hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müəyyən etdiyi Qaz işlədicilərinin nominal saatlıq qaz sərfi müəyyən edilmişdir. Həmin qaydalara görə -1 (bir) ədəd “İran istehsalı” olan sobanın qaz sərfiyyatı saat hesabı ilə 0.75 m3 və -1 (ədəd) axınlı su qızdırıcısı 2.2 m3. Lakin cavabdeh təşkilatın nümayəndələri heç bir əsas olmadan belə bir aktlar tərtib etməklə müvafiq tələbləri pozmuş və qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib etməklə yanlışlığa yol vermişlər. Yuxarıda qeyd etdiklərinə əsasən fərdi yaşayış evində aşkar edilmiş sayğacdan kənar əlavə qaz xəttinə görə ona hesablanmış məbləğ xeyli artıq yazılmışdır və azaldılmalıdır. Dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən təbii qazdan istifadə qaydalarının pozulması haqqındakı aktda qeyd olunan qaz cihazlarına uyğun olaraq təbii qazdan istifadə olunması maksimum 30 gün müddətində hesablanmaqla cərimənin ümumi məbləği azaldılmalıdır. Hesab edir ki, ötən dövr ərzində sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə qaydalarını pozmağı nəticəsində 8812,8 manat dəymiş ziyanın hesablanması ağlabatan deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 6.5.3 bəndinin tələblərinə əsasən istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qaz paylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin 12 aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər hal üzrə bu Qaydalarının 6.5-1-ci ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın 12 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır Məhkəməyə təqdim etdiyi **********02650 saylı abonentin saldosundan görünür ki, tərtib olunmuş aktlar əsasında "Azəriqaz "İstehsalat Birliyinə ümumilikdə 8812,80 manat qalıq borcu yaranmışdır. Hesab edir ki, itirilmiş təbii qazın həmin məbləğdə ondan tələb edilməsi əsassızdır.
25. İsmayıllı Rayon Məhkəməsinin (hakim İlqar Hüseynov) e-2(037)-69/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddia tələbləri qismən təmin edilərək, İddiaçı tərəfindən tərtib edilmiş tələbnamələrə əsasən hesablanaraq Cavabdeh abonent koduna vurulmuş 8.143,2 manat cərimə məbləğinin- 30 iyun 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 540 manat azaldılaraq 90 manat (2,5 x 12x30=900m3x10=90 manat), 29 aprel 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 1036,8 manat azaldılaraq 172,8 manat (4x12x30=1440m3x12=172,8 manat), 30 dekabr 2022-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 2903,04 manat azaldılaraq 172,8 manat (4x12x30=1440 m3x12=172,8 manat), 28 aprel 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 1474,56 manat azaldılaraq 172,8 manat (4x12x30=1440 m3x12=172,80 manat), 31 iyul 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 524,16 manat azaldılaraq 172,8 manat (4x12x30=1440 m3x12=172,80 manat), 31 avqust 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 253,44 manat azaldılaraq 172,8 manat (4x12 x30=1440 m3x12=172,80 manat), 30 noyabr 2023-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 512,64 manat azaldılaraq 172,8 manat (4x12x30=1440 m3x12=172,80 manat), 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamə üzrə 898,56 manat azaldılaraq 259,2 manat (6x12x30=2160 m3x12=259,2 manat) cəmi 1386 manat müəyyən ed ilməsi və iddia tələblərinin qalan hissələrdə təmin edilməməsi qət edilmişdir.
26. Məhkəmənin mübahisənin həlli üzrə mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı İB-in əməkdaşları tərəfindən 21 dekabr 2018-ci il, 30 iyun 2020-ci il, 08 aprel 2022-ci il, 16 dekabr 2022-ci il, 23 aprel 2023-cü, 26 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 28 noyabr 2023-cü il və sonuncu dəfə 29 fevral 2024-cü il tarixlərdə İddiaçı Ağsu RQİİ-nin və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayan Cavabdeh məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuşdur. Cavabdeh tərtib olunmuş aktları imzalamamışdır. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsinə və İddiaçı İB-nin X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş tələbnamələrə əsasən 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3 – 669,6 manat, 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3 – 540 manat, 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3 – 1036,8 manat, 30 dekabr 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 24190 m3 – 2903,04 manat, 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 12288 m3 – 1474,56 manat, 31 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4368 m3 – 524,16 manat, 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanuns uz istifadə faktına görə 2112 m3 – 253,44 manat, 30 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4272 m3 – 512,64 manat və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 7488 m3 - 898,56 manat sayğacdan kənar əlavə qaz xəttindən doqquz istifadə faktına görə Cavabdeh abonent koduna cəmi 8812,8 manat vurulmuş, həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. İsmayıllı rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsinə əsasən İddiaçı İB-nin iddia tələbi təmin edilərək, Cavabdeh mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,6 manat itirilmiş təbii qazın dəyərinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsi qət edilmişdir. Cavabdeh törətdiyi əmələ görə 23 sentyabr 2020-ci il tarixli qərarla AR İXM-nın 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə olunmuşdur. Cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir. Məhkəmə ilkin və qarşılıqlı iddia tələbinə münasibət bildirərək qeyd etmişdir ki, cavabdehin istifadəsində olan qaz xəttinə təşkilatın müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman Cavabdeh mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən səkkiz dəfə istifadə faktı özü tərəfindən etiraf olunaraq bu barədə aktlar tərtib edilərək hesablamalar aparılsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 8.143,2 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyildir. Belə ki, Cavabdeh təbii qazdan qanunsuz olaraq səkkiz dəfə istifadə etdiyi müəyyən olunsa da İddiaçı tərəfindən tərtib olunmuş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 2.5, 4 və 6 m3, orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddətini 44-89-90-91-104-128- 252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. Cavabdeh qanunsuz qaz xəttindən 8143,2 manat dəyərində təbii qazdan istifadə etməsinə dair İddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Eyni zamanda Cavabdeh qaz xəttinə səkkiz qanunsuz qoşulması faktı ilə bağlı tərtib olunmuş yalnız bir akt üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş, Cavabdeh törətdiyi əmələ görə Azərbaycan Respublikası İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə olunmuşdur. Ona görə də, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, Cavabdeh özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır.
27. Məhkəmə təqdim olunmuş sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il, 29 aprel 2022-ci il, 30 dekabr 2022-ci il, 28 aprel 2023-cü il, 31 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 30 noyabr 2023-cü il və 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən iddiaçının abonent koduna vurulmuş cərimə məbləğləri azaldılaraq cəmi 1386 manat müəyyən edilməlidir.
28. Məhkəmə qarşılıqlı iddia tələbinin Cavabdeh İddiaçı tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli tələbnamələr əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsinə münasibət bildirərək qeyd etmişdir ki, 21 dekabr 2018-ci il tarixli tələbnamə üzrə Cavabdeh mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin tutularaq İddiaçı İB-nin hesabına ödənilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bundan başqa Cavabdeh 2020ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə vaxtaşırı ödənişlər etmişdir. Həmin ödənişlərin tərtib olunmuş tələbnamələr üzrə cərimə məbləğindən və ya istifadə olunan qaz sərfiyyatına görə ödəniş olması barədə Cavabdeh tərəfindən sübut etmə yükü onun üzərində olmasına rəğmən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən və Cavabdeh bu sübutu təsdiq edən sənədi təqdim etmədiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan idd ia tələbi həmin hissədə təmin edilməməlidir.
29. Məhkəmə öz hüquqi mövqeyini AR Mülki Məcəlləsinin 21.1, 21.2, 372.1, 373.2, 380.1, 385.1, 560.1, 560.2, 1096.1, 1096.2-ci, MPM-in 14.2, 77.1, 78.1, 80, 81, 217-ci maddələrinə, “Qaz təchizatı” haqqında Qanunun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın müvafiq bəndlərinə istinad etmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
31. İddiaçı, apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddia tələbinin tam təmin edilməsi, ilkin iddia üzrə Cavabdeh qarşılıqlı iddia tələbinin təmin edilməməsi və apellyasiya şikayətinin verilməsi üçün əvvəlcədən ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq id diaçının hesabına ödənilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
32. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə çıxarılarkən iddiaçı tərəfindən təqdim və sübut edilmiş sənədlərin heç biri nəzərə alınmamış, iddianın tam təmin edilməsi üçün kifayət qədər əsas olmasına baxmayaraq, əsassız qətnamə çıxarılmışdır. Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. İstehlakçı hazırkı vəziyyətdə dəymiş zərərin əvəzini ödəməməklə, tərəflər arasında bağlanılmış müqavilə şərtlərini pozmuşdur. Təqdim edilmiş sənədlər, saldo və digər sənədlər məhkəmə tərəfindən düzgün araşdırılmamış, onlardan istifadə edilməmişdir. Sadə bir araşdırma ilə mübahisələndirilən borc məbləğlərinin yalnız təbii qazdan qanunsuz istifadə edilməsi nəticəsində yaranmış itirilmiş təbii qaza görə aparılmış hesabatlara əsasən borc olduğunu birinci instansiya məhkəməsi müəyyən edəcəkdi. Lakin məhkəmə sübutlara qiymət verməmiş, iddianın tam təmin edilməsi və qarşılıqlı iddianın rədd edilməsi üçün çoxlu əsaslar olduğu halda ilkin iddianın qismən təmini barədə qərar vermişdir. Belə ki, təqdim edilmiş iş üçün mühüm əhəmiyyətə malik olan məlumatları özündə əks etdirən işin faktiki halları araşdırılmamışdır. Birinci instansiya məhkəməsi iş materiallarında olan sübutları, saldo və digər sübutları düzgün təhlil etməmiş, təbii qazdan qanunsuz istifadəyə əsasən yaranmış borcu düzgün qiymətlənd irməmişdir. Cavabdehin ünvanında qanunsuz sayğacdan kənar əlavə qaz xəttindən 9 istifadə faktına görə ümumilikdə 8812.80 manat itirilmiş təbii qazın dəyəri hesablanaraq onun abonent koduna vurulmuşdur. Məhkəmə Kollegiyasının diqqətinə çatdırılır ki, iddiaçının mübahisələndirdiyi borc məbləği təbii qazdan qeyri-qanuni sayğacdan kənar əlavə qaz xəttindən istifadəyə görə yaranmış borc olduğundan abonentin özü tərəfindən tam ödənilməlidir və bu tələb tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən irəli gəlməkdədir. Belə ki, “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə”nin 2.3.1-ci yarımbəndinə əsasən istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyəri ni tam ödəməlidir. Göründüyü kimi, birinci instansiya məhkəməsi heç bir əsas göstərmədən iddia tələbini qismən təmin etməklə, səhv nəticəyə gəlmişdir.
33. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-486/2025 nömrəli, 8 may 2025-ci il tarixli qətnaməsi ilə (hakimlər Z.Sadıqov (sədrlik edən, məruzəçi), E.Hüseynov və Ə.Kərimov) apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə İsmayıllı Rayon Məhkəməsinin e-2(037)-69/2025 nömrəli, 21 fevral 2025-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.
34. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq, əlavə olaraq qeyd etmişdir ki, məişət qaz istifadəçisi olaraq Cavabdeh sayğacdan kənar əlavə qaz xəttindən istifadə etməsi faktı, yəni qaz xət tinə qanunsuz qoşulma faktı- onun özünün etirafedici hərəkətləri və eyni zamanda, bu əməlinə görə qanunvericiliyin tələblərinə uyğun olaraq İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xəta törətməsi ilə əlaqədar məsuliyyətə cəlb olunub, barəsində inzibati tənbeh tədbiri görülməsi ilə öz təsdiqini tapmış olsa da, qaz paylayıcısı İddiaçı tərəfindən həmin sayğacdan kənar əlavə qaz xəttindən 8 istifadə faktına görə itirilmiş qazın dəyəri kimi ödənilməsi tələb olunan ümumilikdə cəmi 8.143,2 manat borcun əsaslılığı məhkəmə araşdırmaları zamanı öz təsdiqini tapmamışdır. Yəni, həmin qanunsuz qoşulma hallarına görə vurulmuş zərər olaraq itirilmiş qazın dəyərinin ümumilikdə 8.143,2 manat hesablanmasının əsaslılığının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarix li, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın tələblərinə və yuxarıda təsvir olunan işin konkret hallarına uyğun olması müəyyən edilməmişdir.
35. Məhkəmə kollegiyası gəldiyi nəticəni Mülki Məcəllənin 14.2, 21.1, 21.2, 21.3, 385.1, 386.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 560.1, 560.2, 1096.1, 1096.2, 1097.1-ci, MPM-in 2.1, 2.2, 9, 10-1.1, 10-1.3, 14.2, 76.1, 76.2, 77.1, 88, 106.1, 106.3, 217.2, 217.3, 217.4, 217.5, 218.1, 218.3, 384.0.1, 385.2-ci maddələrinə, “Qaz təchizatı” haqqında Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”na istinadla əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
36. İddiaçı (nümayəndəsi və vəkili Nümayəndə2) kassasiya şikayəti verərək, iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(107)-486/2025 nömrəli, 08 may 2025ci il tarixli qətnaməsinin ilkin iddianın təmin olunmayan (mübahisələndirilən) hissəsində ləğv edilərək, həmin hissədə işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsi xahiş olunmuşdur.
37. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, aktların yazılma səbəbi və ümumi borcun yaranması əsasını, abonent Cavabdeh İsmayıllı rayonunda küçə qaz xəttinə özbaşına qoşulmaqla təbii qazdan qanunsuz istifadə etməsi və itirilmiş qaz həcminə görə Azəriqaz İB-yə maddi zərər vurması təşkil edir. Abonent barəsində İddiaçı İB tərəfindən tərti b edilmiş 8 aktın hər biri məhkəmənin qətnaməsinə əsasən qismən əsaslı hesab edilmiş və qazpaylayıcı İddiaçı İB-nə vurulmuş maddi ziyanın məbləği azaldılaraq abonent Cavabdeh tərəfindən qazpaylayıcı İddiaçı İB-nə vurulmuş maddi zərərin həcmi ümumilikdə 1386 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, AR Energetika Nazirliyi, X1 Agentliyinin Kürdəmir filialı tərəfindən abonent Cavabdeh barəsində tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* nömrəli inzibati tənbeh vermə haqqından qərardan müəyyən olunur ki, abonentin İsmayıllı rayonunda qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulmaqla təbii qazı talaması nəticəsində iddiaçıya 540 manat ziyan vurması təsdiq olunmuş və İXMin 282.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə onun barəsində 100 manat inzibati cəri mə növündə tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh 2020-ci il tarixində qazdan qanunsuz istifadə etməsi nəticəsində İddiaçı İB-nə 540 manat maddi ziyan vurması Energetika Nazirliyi tərəfindən təsdiq olunmuş olduğundan, abonent Cavabdeh barəsində İddiaçı İB tərəfindən 2020-ci il tarixində tərtib edilmiş akt üzrə hesablanmış borc məbləğinin məhkəmə tərəfindən 540 manatdan 90 manata kimi azaldılması qanuni və əsaslı deyildir. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının həmin hissədə (2020-ci il tarixli akta münasibətdə) qətnamənin qanuni və əsaslı olmadığını müəyyən edə bilməmişdir. Təbii qazın ölkə daxili tariflərinin tənzimlənməsi barədə Tarif (qiymət) Şurasının xx.xx.2021-ci il tarixli, 13 nömrəli qərarı (illik istehlak həcminin düzgün müəyyən olunmamasına münasibətdə). xx.xx.2021 -ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1200 m3 (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 2500 m3 çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən, məhkəmənin hakimi tərəfindən Azəriqaz İB-nin ilkin iddia tələbi üzrə cavabdeh şəxs barəsində 2022-ci il tarixində tərtib etmiş olduğu 2 ədəd akt üzrə cəmi 2880 m3, 2023-cü il tarixində tərtib edilmiş 4 ədəd akt üzrə cəmi 5760 m3 və 2024-cü il tarixində tərtib edilmiş 1 ədəd akt üzrə 2160 m3 təbii qazın talanması təsdiqini tapmışdır, o zaman təbii qazın illik istehlak həcminə uyğun olaraq əhali qrupuna aid Cavabd eh tərəfindən İddiaçı İB-nə vurulmuş maddi ziyanın məbləği aşağıdakı hesablama qaydasında aparılmalı idi. a) 2022-ci il üzrə məhkəmə tərəfindən müəyyən olunmuş cəmi 2880 m3 qaz itkisinin hesablama qaydası: (1200 m3 x 0.12 manat) + (1300 m3 x 0.20 manat)+(380 m3 x0.25 manat)=499 manat. b) 2023-cü il üzrə məhkəmə tərəfindən müəyyən olunmuş cəmi 5760 m3 qaz itkisinin hesablama qaydası: (1200 m3 x 0.12 manat) + (1300 m3 x 0.20 manat)+(3260 m3 x0.25 manat)=1219 manat. c) 2024-cü il üzrə məhkəmə tərəfindən müəyyən olunmuş 2160 m3 qaz itkisinin hesablama qaydası: (1200 m3 x0.12 manat)+(960 m3 x0.20 manat) =336 manat. İsmayıllı Rayon Məhkəməsinin hakimi səlahiyyətlərindən kənara çıxaraq mütəxəssis qismində hesablama aparmağa çalışmış, mütəxəssis qismində hesablama apararkən də səhvə yol vermiş və Tarif Şurasının xx.xx.2021-ci il tarixli qərarına əsasən əhali qrupu üçün müəyyən olunmuş təbii qazın illik istehlak həcmini ümumiyyətlə nəzərə almamışdır. Yuxarıda qeyd olunan hesablama qaydasından hazırda müəyyən olunur ki, 2022, 2023 və 2024-cü illər ərzində abonentin yol verdiyi ümumi 7 qanun pozuntusu faktına görə Azəriqaz İB-yə ümumilikdə 2054 manat məbləğində maddi ziyan dəymiş, lakin İsmayıllı Rayon Məhkəməsinin hakimi mütəxəssis qismində səhvə yol verərək yekun məhkəmə aktının qəbul edilməsində düzgün hüquqi nəticəyə gəlməmişdir. Şəki Apellyasiya Məhkəməsi həmin hissədə (2022, 2023 və 2024-cü il tarixli aktlara münasibətdə) İsmayıllı rayon Məhkəməsinin qətnaməsinin qanuni və əsaslı olmadığını müəyyən edə bilməmişdir. Abonent son 10 il ərzində qaz sayğacı üzrə təbii qazdan ümumiyyə tlə istifadə etməmiş və bu səbəbdən hesabında qaz sayğacı üzrə istehlak edilmiş təbii qaz sərfi yaranmamışdır. Abonentin yol verdiyi qanun pozuntularına görə barəsində aktların tərtib edildiyi dövrdə qaz sayğacında sərfiyyatın qeydə alınmaması abonent saldosundan aydın göründüyü halda, məhkəmələr bunun səbəbini müəyyənləşdirmək üçün araşdırma aparmamış və iddia tələbini qiymətləndirərkən bu halı nəzərə almamışdır. Abonentin barəsində aktların tərtib edildiyi dövrdə abonentin saldosunda qazın sərfi qrafasının “0” olduğunu məhkəmələr müəyyən etməmiş və bunun səbəbini müəyyənləşdirmək üçün əlavə araşdırma aparmamışdır. Qeyd olunanlar və eləcədə abonent tərəfindən yol verilmiş qanun pozuntularına görə barəsində aktların tərtib edildiyi dövrdə abonent tərəfindən qaz sayğacı üzrə normal qaydada sərf qeydiyyatının aparılmamış olması, o cümlədən Cavabdeh öz etirafedici ifadələri onu söyləməyə əsas verir ki, Cavabdeh barəsində tərtib edilmiş hər bir akt əsaslı və Azəriqaz İB tərəfindən hesablanmış borc məbləğləri qanunidir. Cavabdeh tərəfin 2020, 2022, 2023 və 2024-cü illərdə təbii qazdan qanunsuz istifadə etməsi faktına münasibətdə İsmayıllı Rayon Məhkəməsinin hakimi tərəfindən mütəxəssis qismində hesablama aparılması, mütəxəssis qismində hesablama apararkən də səhvə yol verib borc məbləğlərinin qanunsuz azaldılması və 2022-2024-cü illərdə cavabdeh barəsində tərtib edilmiş aktlara münasibətdə borc məbləğinin hesablanması zamanı Tarif Şurasının xx.xx.2021-ci il tarixli qərarına əsasən əhali qrupu üçün müəyyən olunmuş təbii qazın illik istehlak həcminin ümumiyyətlə nəzərə alınmamış o lması məhkəmə tərəfindən yol verilmiş prosessual pozuntu halıdır, mütəxəssis səlahiyyətlərindən qanunsuz istifadədir. Cavabdeh tərəfin təbii qazdan qanunsuz istifadə etməsi faktı işin mübahisəsiz halıdır, belə olan halda cavabdeh tərəfin təbii qazdan qanunsuz istifadəsi nəticəsində yaranmış borc məbləğinin dəqiq müəyyən edilməsi üçün Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyindən mütəxəssis rəyinin alınması qanuna müvafiq hesab olunurdu. Lakin məhkəmələr müvafiq iş üzrə iddianın həlli zamanı mütəxəssis rəyini əldə etməmişlər. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
38. Maddə 14.2. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsasları aşağıdakılardır:
39. Maddə 14.2.1. Qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər.
40. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
41. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
42. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
43. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
44. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
45. Maddə 425.1. Öz hüquq larını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
46. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
47. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
48. Maddə 430.1. Əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir.
49. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
50. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
51. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
52. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).
53. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
54. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu 55. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji ef fektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.
56. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.
57. Azərbaycan Respublik ası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”
58. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir.
59. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehl iyi isə özləri daşıyırlar.
60. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən, bu Qaydaların 5.4-cü, 6.5-ci, 6.5-2-ci və 6.5-3-cü bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.
61. Həmin Qaydaların 6.5-ci bəndinə əsas ən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün Energetika Nazirliyinə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlak çıdan tələb etməlidir.
62. Həmin Qaydaların 6.5-2-ci bəndinə əsasən, istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınma qla hesablanır.
63. Həmin Qaydaların 6.5-3-cü bəndinə əsasən, istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
64. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
65. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazla rının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
66. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
67. Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.
68. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
69. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
70. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
71. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
72. İddiaçı qətnaməni bütövlükdə mübahisələndirdiyindən, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi
73. Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq edib və işdə, iddiaçının kassasiya ş ikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
74. İddiaçı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iş üzrə düzgün olmayan qətnamə qəbul etdiyini göstərsə də, kassasiya instansiyası məhkəməsi iddiaçının bu dəlilləri ilə razılaşmır.
75. Belə ki, apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, iddiaçının əməkdaşları tərəfindən 21 dekabr 2018-ci il, 30 iyun 2020-ci il, 08 aprel 2022-ci il, 16 dekabr 2022-ci il, 23 aprel 2023-cü, 26 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 28 noyabr 2023-cü il və 29 fevral 2024-cü il t arixlərdə iddiaçı təşkilatın Ağsu RQİİ-in və İsmayıllı Xidmət Sahəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonu, İsmayıllı kəndində yaşayan cavabdehə məxsus fərdi yaşayış evinin təbii qaz xəttinə və qaz sayğacına baxış keçirilərkən, sayğacdan kənar qeyri-qanuni qaz xətti aşkar olunmuş, lakin cavabdeh tərtib olunmuş qeyd olunan aktları imzalamamışdır.
76. Həmçinin, İsmayıllı Rayon Məhkəməsinin 25 sentyabr 2020-ci il tarixli qətnaməsinə və iddiaçı təşkilatın X3 İstismarı İdarəsi tərəfindən təsdiq edilmiş tələbnamələrə əsasən 21 dekabr 2018-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 6696 m3 – 669,6 manat, 30 iyun 2020-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 5400 m3 – 540 manat, 29 aprel 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 8640 m3 – 1036,8 manat, 30 dekabr 2022-ci il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 24190 m3 – 2903,04 manat, 28 aprel 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 12288 m3 – 1474,56 manat, 31 iyul 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4368 m3 – 524,16 manat, 31 avqust 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 2112 m3 – 253,44 manat, 30 noyabr 2023-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 4272 m3 – 512,64 manat və 29 fevral 2024-cü il tarixdə aşkar edilmiş təbii qazdan qanunsuz istifadə faktına görə 7488 m3 - 898,56 manat sayğacdan kənar əlavə qaz xəttindən 9 istifadə faktına görə cavabdehin abonen t koduna cəmi- 8.812,8 manat vurulmuş və həmin miqdarda təbii qazın dəyərinin ödənilməsi tələb olunmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 25 sentyabr 2020- ci il tarixli qətnaməsinə əsasən, iddiaçının iddia tələbi təmin edilərək, cavabdehin mənzilində təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,6 manat itirilmiş təbii qazın dəyərinin tutularaq iddiaçının hesabına ödənilməsi qət edilmişdir. Bundan sonra, cavabdeh törətdiyi əmələ görə 23 sentyabr 2020-ci il tarixli qərarla AR İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə olunmuşdur və cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadək istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə ödənişlər etmişdir.
77. Apellyasiya instansiyası məhkəməsi, işə əlavə edilmiş sübutları araşdırıb ilkin və qarşıl ıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, cavabdehin istifadəsində olan qaz xəttinə iddiaçının müvafiq səlahiyyətli əməkdaşları tərəfindən baxış keçirilən zaman cavabdehin mənzilində müxtəlif vaxtlarda sayğacdan kənar əlavə qaz xəttindən 8 dəfə istifadə faktı özü tərəfindən etiraf olunaraq, bu barədə aktlar tərtib edilərək hesablamalar aparılsa da, qısa müddət ərzində sayğacdan kənar xətt vasitəsi ilə 8.143,2 manat dəyərində təbii qazdan istifadə edilməsi və ya həmin miqdarda təbii qazın sərf olunması ağlabatan deyil.
78. Belə ki, cavabdehin təbii qazdan qanunsuz olaraq 8 dəfə istifadə etdiyi müəyyən olunsa da, iddiaçının əməkdaşlara tərəfindən tərtib edilmiş bütün tələbnamələrdə qaz sayğacının maksimal saatlıq qaz sərfiyyatını 2.5, 4 və 6 m3, orta günlük iş rejimi 12 və 24 saat və hesabat müddətini 44-89-90-91-104-128- 252 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və həmin hesablanmış məbləğin ödənilməsi tələb olunmuşdur. Lakin, hesablamalar aparılarkən qazdan gün ərzində neçə saat istifadə olunması, hansı fəsildə olması və qaz işlədicilərinin nominal saatlıq qaz sərfi nəzərə alınmamışdır. Cavabdehin qaz xəttindən qanunsuz olaraq 8.143,2 manat dəyərində təbii qazdan istifadə etməsinə dair iddiaçı tərəfindən məhkəməyə hər hansı mötəbər sübutlar təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır.
79. Eyni zamanda, cavabdehin qaz xəttinə 8 dəfə qanunsuz qoşulması faktı ilə bağlı tərtib olunmuş yalnız bir akt üzrə inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş v ə o, törətdiyi əmələ görə AR İXM-in 282.1-ci maddəsi ilə təqsirli bilinərək 100 manat inzibati cərimə olunmuşdur. Ona görə də, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, cavabedin özünün də etirafı üzrə fərdi yaşayış evində qaz avadanlıqlarından təbii qazdan qanunsuz olaraq istifadə etməsi nəticəsində dəymiş ziyan hər bir qanunsuz qoşulma üzrə orta günlük iş rejimi 12 saat olmaqla 1 ay müddətinə əsas götürülərək hesablanmalıdır.
80. Apellyasiya instansiyası məhkəməsi, təqdim olunmuş sübutlara hüquqi qiymət verərək qeyd etmişdir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən tərtib olunmuş 30 iyun 2020-ci il, 29 aprel 2022-ci il, 30 dekabr 2022-ci il, 28 aprel 2023-cü il, 31 iyul 2023-cü il, 31 avqust 2023-cü il, 30 noyabr 2023-cü il və 29 fevral 2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamələrə əsasən iddiaçının abonent koduna vurulmuş cərimə məbləğləri azaldılaraq cəmi-1386 manat müəyyən edilmişdir.
81. Apellyasiya instansiyası məhkəməsi, qarşılıqlı iddia tələbinin cavabdehin iddiaçı tərəfindən 21 dekabr 2018-ci il və 30 iyun 2020-ci il tarixli tələbnamələr əsasında hesablanmış borclara 3 illik iddia müddəti tətbiq edilməklə həmin hissədə iddianın təmin edilməməsinə münasibət bildirərək qeyd etmişdir ki, 21 dekabr 2018-ci il tarixli tələbnamə üzrə cavabdehdən mənzildə təbii qazdan qanunsuz istifadə nəticəsində hesablanmış 669,60 manat itirilmiş təbii qazın dəyərinin tutularaq iddiaçının hesabına ödənilməsinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi vardır. Bundan başqa, cavabdeh 2020-ci ildən 2024-cü ilin oktyabr ayınadə k istifadə etdiyi təbii qaza görə müxtəlif məbləğlərdə vaxtaşırı ödənişlər etmişdir. Həmin ödənişlərin tərtib olunmuş tələbnamələr üzrə cərimə məbləğindən və ya istifadə olunan qaz sərfiyyatına görə ödəniş olması barədə cavabdeh tərəfindən sübut etmə yükü onun üzərində olmasına rəğmən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmiş və bu hal məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır. Sübutetmə vəzifəsi iddiaçının üzərinə düşdüyündən və cavabdeh bu sübutu təsdiq edən sənədi təqdim etmədiyindən və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi olduğundan, iddia tələbi həmin hissədə təmin edilməməlidir.
82. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxar kən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normalarının tələblərini hazırkı mülki mübahisəyə düzgün tətbiq etmişdir. Ona görə də kassasiya şikayəti təmin edilmədən, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
83. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 8 may 2025-ci il t arixli, 2(107)486/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.