Məhkəmə qərarları › İş №2(102)-2713/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2713/2023

28.08.2023 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2713/2023 28.08.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası, əmək qabiliyyətini müvəqqəti itirən işçilər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və X1 ibarət tərkibdə, İddiaçı Cavabdehnə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi” tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-307/2023 nömrəli mülki iş üzrə xx.xx.2023-cü il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İşçi qismində İddiaçı (bundan sonra – iddiaçı) ilə işəgötürən qismində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanılmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsinə əsasən tərəflər 3 ay sınaq müddəti ilə iddiaçının “monitorinq əməkdaşı” vəzifəsinə, 420 manat əmək haqqı ödənilməsi ilə işə qəbul edilməsinə razılaşmış, əmək müqaviləsi 6 ay müddətinə - xx.xx.2020-ci il tarixədək bağlanmışdır.

2. Cavabdeh tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, 519-K saylı əmrlə iddiaçı Daxili nəzarət şöbəsinə, operativ nəzarət bölməsinə xx.xx.2019-cu il tarixdən “monitorinq əməkdaşı” vəzifəsinə qəbul edilmişdir. 3. xx.xx.2020-ci il tarixli əmək müqaviləsinə əlavə ilə MMC (işəgötürən) ilə iddiaçı (işçi) arasında xx.xx.2019-cu il tarixdə bağlanmış əmək müqaviləsinə dəyişiklik edilmiş, iddiaçı xx.xx.2020-ci il tarixdən Maliyyə departamentinin mühasibatlıq şöbəsinə "xxxx" vəzifəsinə keçirilmişdir

4. MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 451 saylı “Vəzifə dəyişikliyi haqqında” əmrlə iddiaçı Maliyyə departamentinin mühasibatlıq şöbəsinə xx.xx.2020-ci il tarixdən "xxxx" vəzifəsinə keçirilmişdir. 5. xx.xx.2022-ci il tarixli, 235 saylı əmrlə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam verilmişdir.

6. MMC-nin iddiaçıya ünvanladığı xx.xx.2022-ci il t arixli bildiriş məktubu ilə iddiaçının nəzərinə çatdırılmışdır ki, onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəkdir.

7. İddiaçı xəstəliyi ilə bağlı 21 may 2022-ci tarixdən 27 may 2022-ci il tarixədək işdən azad olunmuşdur (əsas 10 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş “Əmək qabiliyyətinin olmaması vərəqi”).

8. İddiaçının hazırkı mübahisə üzrə mediasiya müraciəti Bakı 10 saylı Mediasiya Təşkilatına xx.xx.2022-ci il tarixdə daxil olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2022-ci il tarixli, 06 nömrəli əmrin ləğv edilməsi, mühasibatlıq şöbəsində “kassirinkass ator” vəzifəsinə bərpa edilməsi, mediasiyaya ödənilmiş 50 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir.

10. İddiaçı işin faktiki hallarına istinad etməklə tələbini onunla əsaslandırmışdır ki, işəgötürən tərəfindən müvəqqəti əmək qabiliyyətini itirdiyi dövrdə qanunsuz olaraq işdən azad edilmiş, həmçinin uzun müddət qüsursuz işlədiyi, ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etdiyi, hərbi hissə komandiri tərəfindən təltif edildiyi, ailə vəziyyəti nəzərə alınmamışdır.

11. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, əmr qanuni olmuşdur. İddiaçı əmək müqaviləsinə xitam verildiyi dövrdə əmək qabiliyyətini müvəqqəti itirdiyini iddia etsə belə, bununla bağlı cavabdehin İnsan resursları strukturunun əmə kdaşlarına, həmçinin öz struktur rəhbərinə məlumat verməmişdir. Belə olan halda MMC iddiaçının xəstəliklə bağlı müalicədə olduğu barədə xəbərdar ola bilməzdi.

12. Sumqayıt Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) e-2(060)-5574/2022 saylı, 03 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə (hakim Almaz Süleymanova) iddia təmin edilməmişdir.

13. Məhkəmə hesab etmişdir iddiaçının əmrin ləğvi tələbi əsassızdır və təmin edilə bilməz. Belə ki, araşdırılan mübahisə üzrə tərəflər arasında bağlanmış əmək müqaviləsi müddətli olmaqla, uzadılmış müqavilə müddəti 23 may 2022-ci il tarixdə bitmişdir. Cavabdeh müqavilə müddətinin uzadılması ilə bağlı iradəsini bildirməmiş, əksinə müqavilə müddəti bitdiyindən əmək müqaviləsinə xitam vermişdir.

14. Əmək Məcəlləsinin 179-cu maddəsinin 2-c i hissəsi işçinin müəyyən üzrlü səbəbdən (xəstəlik və s.) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra xitam verilə bilməsini nəzərdə tutsa da göründüyü kimi həmin hal imperativ norma kimi göstərilməmiş, ”bilər” formasında ifadə olunmuşdur. Bu isə belə nəticəyə gəlməyə əsas verir ki, həmin hal işəgötürənin diskresion səlahiyyəti kimi nəzərdə tutulmuşdur. Bundan başqa, Əmək Məcəlləsinin 79-cu maddəsində əmək müqaviləsinin ləğv olunması qadağan edilən işçilər və hallar təsbit edilmişdir. Həmin maddədə göstərilən hallara diqqət yetirilərsə görmək olar ki, əmək qabiliyyətini müvəqqəti itirən işçilərlə əmək müqaviləsinin ləğv edilməsi işəgötürənə qadağan edilsə də bu hal həmin Məcəllənin 73-cü maddəsi ilə xitam veri lən hallara şamil edilməmişdir. Bu qeyd olunanlar bir daha 179-cu maddənin 2-ci hissəsində şərh olunan halların imperativ xarakter daşımadığı nəticəsinə gəlməyə əsas verir.

15. Məhkəmə, həmçinin belə qənaətə gəlmişdir ki, iddiaçı tərəfindən iddia müddəti buraxılmışdır. Belə ki, iddiaçı əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətini 30 may 2022-ci il tarixdə qəbul etmiş, 20 iyun 2022-ci il tarixdə (21-ci gündə) mediasiya prosesinin tətbiqi ilə əlaqədar müraciət etmiş, 29 iyul 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmiş, xx.xx.2022-ci il tarixdə (10-cu vərəq) məhkəməyə müraciət etmişdir. Göründüyü kimi 1 təqvim ayı ərzində məhkəməyə müraciət etmək müddəti ötürülmüşdür.

16. Məhkəmə hesab etmişdir ki, əmrin ləğv olunması üçün əsasl ar olmadığından iddia qalan hissədə də təmin edilməməlidir.

17. Məhkəmə gəldiyi nəticəni əsaslandırarkən Əmək Məcəlləsinin 5, 42.1, 43.1, 43.1, 45, 68.2, 73.1, 79, 179.2, 296-cı maddələrinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddianın təmin edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

19. Apellyasiya şikayəti iddianın dəlilərinə uyğun əsaslandırılmış, həmçinin qeyd edilmişdir ki, qətnamə qanunsuz, əsassız və ədalətsizdir, maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. İddia müddəti ötürülməmiş, 1 ay ərzində mediasiya təşkilatına müraciət etmişdir.

20. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2( 105)-307/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər Lətifə Məmmədova (sədrlik edən və məruzəçi), Lalə Rəhimli və Ayaz Mahmudov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddianın təmin edilmişdir.

21. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam veriləcəyi barədə bildiriş poçt vasitəsilə əmrin verilməsindən 3 gün sonra xx.xx.2022-ci il tarixdə iddiaçıya çatdırılmış, iddiaçı əmrin surətini xx.xx.2022-ci il tarixdə almışdır. İddiaçı 06 iyun 2022-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə “Mediasiya prosesinin tətbiqi barədə” təklif göndərmiş, həmin təklif 09 iyu n 2022-ci il tarixdə MMC-yə təqdim edilmişdir. Bundan sonra, iddiaçı 20 iyun 2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi ilə əlaqədar Mediasiya Şurasına müraciət etmiş, 29 iyul 2022-ci il tarixdə ona mediasiya prosesinin davam etdirilə bilməməsi barədə arayış təqdim edilmişdir.

22. Qeyd olunanlara əsasən məhkəmə birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinə dair dəlilini əsassız hesab etmişdir. Belə ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 35.1-ci maddəsinə əsasən mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur. İddiaçı Əmək Məcəlləsinin 296-cı maddəsinin 2-ci hissəsində müəyyən edilmiş bir aylıq müddət ərzində mediasiya təşkilatına müraciət etdiyi üçün iddia müddətini ötürməmişdir.

23. Bundan başqa, iddiaçı xəstəliyi ilə bağlı 21 may 2022-ci tarixdən 27 may 2022-ci il tarixədək işdən azad olunduğu halda 24 may 2022-ci il tarixdə iddiaçının işdən azad olunması Əmək Məcəlləsinin 73-cü maddəsini 2-ci hissəsinə zidd olmuşdur.

24. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 5-ci maddəsi, 42-ci maddəsinin 1-ci hissəsi, 43-cü maddəsinin 1-ci hissəsi, 45-ci maddəsi, 68-ci maddəsinin 2-ci hissəsinin "xxxx" bəndi, 73-cü maddəsinin 1-ci hissəsi, 296-cı maddəsinin 2-ci hissəsi, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 35.1-ci, 35.2, 32.4.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 217.4, 384.0.2-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona e tirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

25. Cavabdeh (Vəkil1) kassasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Əmək Məcəlləsinin 73 və 79-cu maddələrini düzgün tətbiq etməmişdir.

27. Qətnamə qəbul edərkən apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçı ilə imzalamış əmək müqaviləsinin müddəti bitdiyi tarixdə, yəni xx.xx.2022-ci il tarixdə iddiaçı əmək qabiliyyətini müvəqqəti olaraq itirməsi ilə bağlı iş yerində olmasa da, bununla əlaqədar işəgötürənə hər hansı formada (elektron məktub yazmaqla, zəng etməklə, şirkətin işçilərin işə davamiyyətinin elektron qeydiyyat portalında (Prospect) qeyd aparmaqla) məlumat verməmiş dir. Belə olan təqdirdə işəgötürənin hüququ var idi ki, Məcəllənin 72-ci maddəsinin “a” bəndinə istinad etməklə, 70-ci maddənin “ç” bəndinə əsaslanaraq əmək müqaviləsinə xitam versin. Lakin işəgötürən iddiaçının gələcək iş fəaliyyətini korlamamaq üçün işçi ilə olan müqaviləyə Məcəllənin 68-ci maddənin 2-ci hissəsinin "xxxx" bəndinə əsasən xitam vermişdir. Bundan əlavə iddiaçının əmək qabiliyyətini itirilməsi ilə bağlı daha uzun müddət işə çıxmaması işəgötürənin əsas hüquqlarının kobud şəkildə pozulmasına səbəb olur. Belə ki, işəgötürən hər hansı səbəbdən işdə olmayan işçinin yerinə işçi götürmək imkanından məhrum olur. İşəgötürənin Əmək Məcəlləsinin 10-cu maddəsində nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə hər cür müdaxilə və süni şəkildə maneələr edilməsi yolverilməzdir.

28. Apel lyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçıya iş materiallarında olan xx.xx.2022-ci il tarixli bildirişlə əmək müqaviləsinə xitam verilməsinə dair məlumat verilmiş və iddiaçı həmin bildirişi xx.xx.2022-ci il tarixə əldə etmişdir.

29. Kassasiya şikayəti Əmək Məcəlləsinin 73 və 79, MPM-in 14.2 və 88-ci maddələrinə istinadla əsaslandırılmışdır.

30. Cavabdeh, həmçinin vəsatət verərək, Əmək Məcəllənin 73 və 79-cu maddələrinin şərh edilməsi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmasını xahiş etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

31. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Əmək Məcəlləsi

32. Maddə 68, 2-ci hissə "xxxx" bəndi. Əmək müqaviləsinə xitam verilməsinin əsaslarından biri də əmək mü qaviləsinin müddətinin qurtarmasıdır.

33. Maddə 73, 2-ci hissə. İşçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

34. Maddə 79, 1-ci hissə. İşəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabet lə və ya dağınıq sklerozla xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində 18 yaşınadək əlilliyi müəyyən edilmiş və ya orqanizmin funksiyalarının 81100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş” ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır.

35. Maddə 79, 2-ci hissə. Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70-ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

36. Maddə 296, 2-ci hissə. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan büt ün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

37. Maddə 300, 1-ci hissə. Əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu maddəsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişin in təsdiq edilməsi barədə qərardad çıxarır. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu

38. Maddə 32.4.2. Mediasiya prosesinə bu Qanunun 32.1.9-cu maddəsində nəzərdə tutulan arayışın, 29.6-cı və ya 32.2-ci maddələrində nəzərdə tutulan protokolun tərəflərə təqdim edildiyi gündən gündən xitam verilir.

39. Maddə 35.1. Mediasiya prosesinin tətbiqi tərəflər arasında mübahisə üzrə qanunla nəzərdə tutulan iddia müddətinin axımının dayandırılmasına səbəb olur.

40. Maddə 35.2. Mediasiya prosesi nəticəsində tərəflər arasında barışıq sazişi imzalanmazsa, mübahisə üzrə iddia müddətinin axımı bu Qanunun 32.4.2-ci maddəsində nəzərdə tutulan tarixdən bərpa olunmuş hesab olunur. Mülki Prosessual Məcəllə

41. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlard an istifadə etməlidir.

42. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

43. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

44. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

45. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

46. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki h allarına uyğun olmamasına istinad etməyə yol verilmir.

47. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

48. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası m əhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

49. Hazırkı icraat üzrə apellyasiya instansiyası məhkəməsinin aktı cavabdehin kassasiya şikayəti əsasında tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

50. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

51. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və Məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

52. Əmək Məcəlləsinin 73 və 79-cu maddələrinin düzgün tətbiq olunmaması və həmin normalar arasında kolliziyanın mövcud olması barədə kassasiya şikayətinin dəlillərinə münasibətdə Məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

53. Əmək Məcəlləsinin “Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası” adlanan 73-cü maddəsinin 2-ci hissəsinə müvafiq olaraq işçinin müəyyən üzrlü səbəbdən (xəstələnməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə bu Məcəllənin 179-cu maddəsində nəzərdə tutulan iş yeri və orta əmək haqqı saxlandığı hallarda) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtardığı hallarda həmin müqaviləyə işçi işə çıxdıqdan sonra işəgötürənin müəyyən etdiyi gündə, lakin onun işə çıxdığı gündən bir təqvim həftəsi keçməmiş xitam verilə bilər.

54. Məcəllənin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” adlanan Xİ fəslində yer alan 79-cu maddəsinin 1-ci hissəsində isə Əmək Məcəlləsinin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsi qadağan olunan işçilərin dairəsi müəyyən edilir və əmək qabiliyyətini müvəqqəti itirən işçilər də həmin dairəyə aid edilir. Bununla yanaşı, 79-cu maddənin 2-ci hissəsi nəzərdə tutur ki, həmin maddənin birinci hissəsində nəzərdə tutulmuş müddəalar bu Məcəllənin 70ci maddəsinin “a” bəndi və 73-cü maddəsi ilə xitam verilən hallara şamil edilmir.

55. Yuxarıda da qeyd olunduğu kimi Əmək Məcəlləsinin “Əmək müqaviləsinə xitam verilərkən işçilərin təminatları” adlanan fəsildə yer alan sonuncu normanın mənasına gör ə 79-cu maddə ilə əmək müqaviləsinin ləğv olunmasının qadağan edilməsi barədə bəzi kateqoriya işçilərə verilən təminat müddətli əmək müqaviləsi ilə işləyən işçilərə şamil olunmur. Lakin bu istisna Əmək Məcəlləsinin müddətli əmək müqaviləsinə xitam verilməsi qaydasını tənzimləyən 73-cü maddəsi, o cümlədən həmin maddənin 2-ci hissəsi ilə toqquşmur, əksinə istinad olunan normalar biri-birini tamamlayır.

56. Belə ki, əslində Əmək Məcəlləsinin 73-cü maddəsinin birinci hissəsi də müddəti bitmiş və uzadılmamış (uzadılmış hesab olunmamış) müddətli əmək müqaviləsinə müddətin bitməsi əsası ilə xitam verilməli olduğunu nəzərdə tutur və bunun üçün hər hansı istisna müəyyən etmir. 73-cü maddənin ikinci hissəsində müəyyən olunan qayda isə ondan ibarətdir ki, işçi müəyyən üzrlü səbəblərdən (o cümlədən xə stələnməsi ilə bağlı) iş yerində olmadığı dövrdə müddətli əmək müqaviləsinin müddəti qurtararsa, həmin şəxslə müqaviləyə yalnız işçi işə çıxdıqdan sonra bir təqvim həftəsi ərzində xitam verilə bilər.

57. Beləliklə, Əmək Məcəlləsinin 73-cü maddəsinin 2-ci hissəsi müddətli əmək müqaviləsinin müddəti qurtarmış, lakin müvəqqəti əmək qabiliyyəti olmayan işçilərlə əmək müqaviləsinə xitam verilməsini ümumilikdə qadağan etməməklə, belə xitam vermənin xüsusi qaydasını müəyyən etdiyi üçün həmin norma ilə Əmək Məcəlləsinin 79-cu maddəsi arasında hər hansı ziddiyyət (kolliziya) yaranmır. Lakin həmin normada müəyyən edilmiş tənzimləmə işəgötürənin üzərinə bu cür işdən azad etmə zamanı xüsusi vəzifələr qoyduğundan, Əmək Məcəlləsinin 300-cü maddəsinin 1-ci hissəsinə müvafiq olaraq qeyd olunan tələblərin pozulması işəgötürənin əmrinin ləğv olunması və işçinin işə bərpa olunması üçün əsasdır.

58. Məhkəmə kollegiyası, eyni əsaslarla hazırkı iş üzrə maddi hüquq normalarının şərhi ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət olunmasına zərurət görməmişdir.

59. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir.

60. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

61. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tu taraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-307/2023 nömrəli mülki iş üzrə 15 fevral 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar