Məhkəmə qərarları › İş №2(102)-2714/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2714/2022

07.06.2022 · Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2714/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 cavabdeh "xxxx" ASC-yə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: icbari sığortanın tətbiq edilməsi, sübutetmə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əliyev Ələsgər Əliabbas oğlundan (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlundan və Əhmədova Mehparə Tofiq oğlundan ibarət tərkibdə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 cavabdeh "xxxx" ASC-yə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-503/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsindən iddiaçılar tərəf indən verilmiş kassasiya şikayətinə 07 iyun 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 (bundan sonra iddiaçılar) ünvan 1 ünvanında yerləşən 3, 4 və 5-ci mərtəbələrdəki xüsusi mülkiyyətlərində olan qeyri-yaşayış sahələrini sığortaçı "xxxx" ASC tərəfindən 26 dekabr 2019-cu il tarixli müqaviləsinə əsasən sığorta etdirmişlər. 2. "xxxx" ASC-nin 3515/1 nömrəli, 23 oktyabr 2020-ci il tarixli məktubuna əsasən İddiaçı1 21 sentyabr 2020-ci il tarixli müraciətinə sığorta şirkəti tərəfindən baxılmış və sözügedən əmlakın sökülən hissəsinin sığortalanmaması səbəbindən şirkətin heç bir məsuliyyətinin yaranmadığını göstərərək sığorta ödənişinin verilməsindən imtina edilmişdir.

3. Azərbaycan Res publikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X3 Agentliyinin xx/xx05091 nömrəli, 17 iyul 2021-ci il tarixli məktubundan və onun qoşmasında olan aktdan məlum olur ki, ünvan 3də 2 girişli yaşayış binasına bitişik “B” blokunun gələcəkdə baş verəcək faciənin qarşısının alınması üçün istismarı dayandırılmış, blokun ətrafı çəpərlənərək sakinlərin təhlükəsizliyi təmin olunmuş və bina memarlıq, tarixi abidə baxımından heç bir əhəmiyyət kəsb etmədiyindən sökülməsi məqsədəuyğun hesab edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, X2 cavabdeh "xxxx" ASC-yə qarşı "sığorta ödənişinin verilməsi tələbi"nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılarla cavabdeh arasında ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahələrinin (faktiki yaşayış sahələri) icbari sığortası barədə “Daşınmaz Əmlakın İcbari Sığortası” müqaviləsi bağlanmış və iddiaçılara bu barədə RPA********** nömrəli, BB 092461 Seriyalı, RPA ********** nömrəli, BB 092459 seriyalı və RPA********** nömrəli, BB 092460 seriyalı “Daşınmaz Əmlakın İcbari Sığortası” şəhadətnamələri verilmişdir. RPA ********** nömrəli, BB 092461 Seriyalı “Daşınmaz Əmlakm İcbari Sığortası Şəhadətnaməsinə əsasən, sığorta məbləği 121.719.00 manat, digər “Şəhadətnamələrə” əsasən, sığorta məbləği 154.560.00 manatdır. 5 sentyabr 2020ci ildə, Bakı şəhəri, Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin və polis əməkdaşlarının müdaxiləsi ilə həmin əmlakların itkisi baş vermiş və əmlak sahibləri öz qanuni əm laklarından məhrum olunmuşlar. Bu barədə cavabdehə 21 sentyabr 2020-ci il tarixli ərizə ilə müraciət etmişdir. Həmin gün öz adından və sığorta müqaviləsinin predmeti olan digər əmlakların mülkiyyətçıləri İddiaçı3 və İddiaçı2 adından cavabdehə izahatlar vemiş, cavabdeh tərəfindən isə “Daşınar/daşınmaz əmlakın sığorta hadisəsinə və zərərinə dair ilkin AKT” tərtib edilmişdir. Cavabdeh 23 oktyabr 2020-ci il tarixli məktubla sığorta məbləğinin ödənilməsindən imtina etmişdir. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə Mahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubundan məlum oldu ki, mülkiyyət hüququ əsasında onlara məxsus olan daşınmaz əmlaklar qəzalı vəziyyətdə olduqları üçün onlar həmin əmlaklardan zorla çıxarılıblar. Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavini İradə M ahmudovanın 2 dekabr 2020-ci il tarixli məktubuna əsaslanaraq, iddiaçılar cavabdehə sığorta məbləğinin ödənilməsi barədə müraciət etmişlər. Çünki Nərimanov rayon İcra Hakimiyyəti Başçısının müavininin 2 dekabr 2020ci il tarixli məktubundan aydın olur ki, iddiaçılara məxsus daşınmaz əmlaklar qəzalı vəziyyətə düşdükləri üçün onlardan alınmışdır. Məhkəmədən İddiaçı3 121.719.00 manat, X1 154.560.00 manat və İddiaçı2 154.560.00 manat cavabdeh tərəfindən ödənilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

6. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (hakim R.Ə.Səmədov) (bundan sonra – birinci instansiya məhkəməsi) 18 avqust 2021-ci il tarixli, 2(006)-4433/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilməmişdir.

7. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, ünvan 3 ünvanında yerləşən 2 girişli, 13 mərtəbəli yaşayış binasına bitişik “B” blokunun texniki vəziyyətinin istismara yol verməməsi səbəbindən orada söküntü işinin aparılması, irəli sürülmüş iddia üzrə sığortalanan ünvan 4 ünvanında yerləşən yaşayış sahəsinin sığorta hadisəsinə məruz qalması demək deyil və bu hal irəli sürülmüş tələbdə göstərildiyi kimi, cavabdehin müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsi kimi qiymətləndirilə bilməz.

8. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 922.1,926.1, 883.1-ci maddələrinə, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 13.1, 36.1-ci maddələrinə və "xxxx" Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2019-cu il tarixli qərarının Azə rbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 17 dekabr 2019-cu il tarixli qərarına istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-503/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) (hakimlər N.Ş.Cəfərov (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyev) iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfi ndən müəyyən edilmişdir ki, əmlak ünvan 2 ünvanında yerləşən qeyri-yaşayış sahəsidir, iddiaçıların mülkiyyətindıdir, cavabdeh tərəfindən icbari qaydada sığortalanıb. İddiaçılar iddia edirlər ki, sığorta hadisəsi baş verib. Onlar iddia ərizəsində sığorta hadisəsini belə təsvir ediblər: “5 sentyabr 2020-ci ildə Bakı şəhəri Nərimanov rayon İcra Hakimiyyətinin rəsmi şəxslərinin və polis əməkdaşlarının müdaxiləsi ilə həmin əmlakların itkisi baş vermiş və əmlak sahibləri öz qanuni əmlaklarından məhrum olmuşlar”.Lakin, bu sığorta hadisəsi deyil.

12. Məhkəmə öz mövqeyini “İcbari sığortalar haqqında” Qanunun 35.1-ci maddəsi ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

13. İddiaçılar (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya ins tansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edilməsini xahiş etmişdir.

14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmələr “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsində göstərilən “Daşınmaz əmlakın sığorta risklərinin-... üçüncü şəxslərin hərəkətlərinin baş verməsi nəticəsində... hər hansı digər formada itkisi” ilə daşınmaz əmlakın “dağıntısı və ya söküntüyə məruz qalması” nın hüquqi baxımdan fərqləndirə bilməmiş, yanlış nəticə çıxarmışlar

15. Kassator şikayətini Azərbaycan Respublikası “İcbari sığortalar” AR qanunun 36.1,36.1.9-cu maddələrinə və MPM-in 386, 418-ci maddələri ilə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillər i

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

17. Maddə 21.1 Hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

18. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

19. Maddə 404.1 Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin hə qiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır.

20. Maddə 883.1 Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

21. Maddə 922.1 Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

22. Maddə 922.2 Sığorta hadisəsi hes ab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunlarında, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.

23. Maddə 926.1 Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

24. Maddə 926.3 Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada sığorta müqaviləsi ilə müəyyən edilir. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu

25. Maddə 13.1-ci İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunan a və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.

26. Maddə 36.1.8 Təbii fəlakətlər - zəlzələ, vulkan, fırtına, qasırğa, tufan, dolu, sel, daşqın, leysan, yer sürüşməsi nəticəsində daşınmaz əmlakın zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta hadisəsi hesab olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

27. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcə llədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

29. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88 İsə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Kassasiya baxışının hədləri

32. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmaması nı yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

33. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

35. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

36. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

37. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçılar İddia çı1, İddiaçı2, İddiaçı3, X2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-503/2022 nömrəli, 07 yanvar 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar