Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-89/2023 27.02.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı iş üzrə QƏRARİ Açar sözlər: sığorta ödənişinin həyata keçirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər X4 (məruzəçi), Əliyev Zaur Əli oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə İddiaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qarşı (mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs "xxxx" ASC) həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişinin həyata keçirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3748/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci i l tarixli qətnaməsindən iddiaçının kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Cavabdeh Sığorta Şirkəti ASC ilə X3 arasında bağlanmış xx.xx.2016 il tarixli MLİBR-Bİ-XXX nömrəli İpoteka krediti üzrə borc alanın həyat sığortası şəhadətnaməsinə əsasən, XXXun həyatı "xxxx" ASC ilə aralarında xx.xx.2007-ci il tarixdə bağlanmış 300 ay müddətə 22.000 manat pulun verilməsi barədə alqı-satqı və ipoteka miiqaviləsi üzrə xx.xx.2016-cı il tarixdən xx.xx.2032-ci il tarixədək sığortalanmışdır. Sığortalının ipoteka krediti müqaviləsi üzrə kredit məbləği 18.131,07 manat təşkil edir. Sığorta müqaviləsinin şərtlərinə əsasən sığortalının müqavilənin qüvvədə olduğu müddət ərzində hər hansı bir səbəbdən ölümü halında sığorta ödəni şi sığorta məbləğinin 100%-ni təşkil edir. XXX şəhadətnamə imzalanan anda əlil və ya anadangəlmə anomaliyaya malik olmadığını, şəkərli diabet, onkoloji və və/yaxud xroniki ürək-damar və sair xəstəliklərinin olmadığını bildirərək, şəhadətnaməni imzalamışdır.
2. AZ-İİ 178746 nömrəli Ölüm haqqında şəhadətnaməyə görə, XXX xx.xx.2021-ci il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. 3. xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən, xx.xx.2021-ci il tarixdə vəfat etmiş XXXun vərəsəsi Xocalı ünvanında qeydiyyatda olan İddiaçıdır və o, miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən miras əmlak “Bank Respublika" ASC-nin Neftçilər filialında AZ74RRES******************** nömrəli kart hesabında 25.034,58 Avro, AZ32BREŞ ******************** nömrəli kart hesabında 1,74 manat, “Bank Respublika" ASC-nin MXD-də A281BRESQ038Q1944Ö********** nömrəli cari hesabında 15,18 manat və "xxxx" ASC ''XXX’’ şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli arayışa əsasən 1.066 manat pul vəsaitindən ibarətdir.
4. AR DİN 2 nömrəli Poliklinikası tərəfindən verilmiş epikrizə görə, XXX xx.xx.2004cü il tarixdə virus hepatit A, xx.xx.2005, xx.xx.2005 və xx.xx.2007-ci il tarixlərdə virus hepatit B ilə X2, xx.xx.2006, xx.xx.2009 və xx.xx.2009-cu il tarixlərdə AR Diaqnostika Mərkəzində müayinə və müalicə almışdır. xx.xx.2010, xx.xx.2012, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2016, xx.xx.2016, xx.xx.2017, xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və müalicə olunmuş, müalicənin heç bir əh əmiyyəti olmamış və xx.xx.2021-ci il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığından vəfat etmişdir. 5. "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli arayışına əsasən, borc alan XXXun xx.xx.2007-ci il tarixli 0706-1473/13733 nömrəli kredit müqaviləsi üzrə xx.xx.2021-ci il tarixə olan əsas borcunun məbləği 14.286,62 manat, faiz borcu 550,21 manat, cəmi borcu isə 14.836,83 manat təşkil edir.
6. Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2021ci il tarixli məktuba görə, Bankın xx.xx.2021-ci il tarixli müraciətinə cavab olaraq bildirilmişdir ki, xx.xx.2021 il tarixli ölüm haqqında şəhadətnamədə sığorta olunanın xx.xx.2021-ci il tarixdə kəskin və ya yarımkəskin qaraciyər çatmamazlığt xəstəliyi səbəbi ilə vəfat eldiyi göstərilmişdir. Eyni zamanda, DİN-in 2 nömrə li Poliklinikası tərəfindən təqdim edilmiş epikrizdə XXXun xx.xx.2004 ildə virus hepatit A, xx.xx.2005. xx.xx.2005 və xx.xx.2007 illərdə virus hepatit B ilə X2. xx.xx.2006, xx.xx.2009, xx.xx.2009 tarixlərdə isə AR Diaqnostika Mərkəzində müayinə və müalicədə olduğu qeyd edilmişdir. xx.xx.2012, xx.xx.2013, xx.xx.2015, xx.xx.2015, xx.xx.2010, xx.xx.2016, 10.03,2017, xx.xx.2019, xx.xx.2019-cu illərdə DİN-in 2 №-li Poliklinikasında müayinə və müalicədə olduğu, aparılmış müalicənin heç bir əhəmiyyəti olmadığı və xx.xx.2021-ci il tarixdə kəskin qaraciyər çatmamazlığı xəstəliyi səbəbi ilə vəfat etdiyi bildirilmişdir. Lakin, sığortalı (sığorta olunan) xx.xx.2016-cı il tarixdə Cavabdeh Sığorta Şirkəti ASC ilə sığorta müqaviləsini bağlayarkən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini və ərizədə (bəya nnamə) qeyd olunanlarla razı olduğunu və burada olan məlumatların doğruluğunu təsdiq etmiş, sığortalı ərizədə (bəyannamə) tibbi müayinədən keçmədiyinə görə və ya yanlış və natamam məlumatların təqdim olunması, həmçinin məlumatları təqdim etməkdən imtina baş vermiş hadisənin sığorta hadisəsi kimi qəbul olunmamasına və sığortaçı şirkət tərəfindən sığorta ödənişinin həyala keçirilməsinə imtina üçün əsas ola biləcəyini qəbul etmişdir. Həmçinin, ölümə səbəb olan xəstəliyin başlanma tarixi xx.xx.2016-cı il tarixli MLİ-BR-Bİ-XXX nömrəli sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə (sığorta müqaviləsi bağlanmamışdan əvvəl) təsadüf edir. “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nı n 2.0.11-ci maddəsinə əsasən sığorta hadisəsi - sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Mülki Məcəllənin 935.1.8-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” AR Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi hallarında sığorta ödənişinin verilməsindən imtina edir. Qeyd olunanlara əsasan, Azərbaycan Respublikasının Mülki Məcəlləsini və “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydal arı”nı rəhbər tutaraq baş vermiş hadisə üzrə Cavabdeh Sığorta Şirkəti ASC-nin öhdəliyi yaranmadığından, şığorta ödənişinin verilməsindən imtina edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, XXX ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında imzalanmış MLİ-BR-Bİ-XXX nömrəli ipoteka krediti üzrə borc alanın həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişinin həyata keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddianın əsaslarına görə, xx.xx.2007-ci il tarixli 0706-1473/13733 nömrəli alqısatqı və ipoteka müqaviləsinə əsasən kreditor-ipoteka saxlayan "xxxx" ASC ilə alıcıipoteka qoyan XXX arasında ünvan 1 ünvanda yerləşən 33 nömrəli mənzilin əldə edilməsi üçün müqavilə imzalanmışdır. Mənzilin satış qiyməti 51.000 manat, kreditin məbləği 22.000 manat məbləğdə, kreditin müddəti isə 25 il müəyyən edilmişdir. Daha sonra sığortalı XXX ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında müqavilə imzalanaraq, MLl-BR-BİXXX nömrəli ipoteka krediti üzrə borc alanın həyat sığortası şəhadətnaməsi təqdim edilmişdir. İddiaçının əri, borc alan xx.xx.1972-ci il təvəllüdlü XXX xx.xx.2021-ci il tarixdə vəfat etmiş və xx.xx.2021-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən o, miras əmlakdan tam hissədə pay almışdır. "xxxx" ASC ilə borc alan XXX arasında bağlanmış xx.xx.2007-ci il tarixli kredit müqaviləsinə əsasən borcun məbləği 14.286,62 manat, faiz borcu 550,21 manat, cəmi 14.836,83 mana t təşkil edir. Sığorta ödənişinin həyata keçirilməsi üçün Cavabdeh Sığorta Şirkəti ASC-yə müraciət etmiş, sığorta şirkəti xx.xx.2021-ci il tarixdə XXXun sığorta müqaviləsi bağlayarkən hər hansı xəstəlikdən əziyyət çəkmədiyini bəyan etməsi, ölümə səbəb olan xəstəliyin başlanma tarixi sığorta müqaviləsinin qüvvədə olmadığı müddətə təsadüf etdiyindən sığorta ödənişin həyata keçirilməsindən, müqavilə üzrə öhdəliklərinin icrasından imtina etmişdir. Hesab edir ki, imtina əsassız olduğundan iddia ərizəsi təmin edilməli, müqavilə üzrə yaranmış öhdəliklər Cavabdeh Sığorta Şirkəti ASC tərəfindən tam icra edilməlidir. Belə ki, MLİ-BR-Bİ-XXX nömrəli ipoteka krediti üzrə borc alanın həyat sığortası şəhadətnaməsində XXX əlil və ya anadangəlmə anomaliyaya malik bir şəxs olmaması, ağıldankəm, epilepsiya v ə digər ağır sinir pozğunluğundan, şəkərli diabet, onkoloji və ya xroniki ürək damar xəstəliklərindən, əsəb psixi xəstəliklər, alkoqolizm və ya narkomaniyadan əziyyət çəkməməsini və İÇV infeksiyasının daşıyıcısı olmadığı və QİÇS-ə yoluxmadığını bəyan etmişdir.
9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-1326/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakim S.Mehrəliyev) iddia təmin edilmiş, sığortalı XXX ilə sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC arasında imzalanmış xx.xx.2016 il tarixli MLİBR-Bİ-XXX nömrəli ipoteka krediti üzrə borc alanın həyat sığortası şəhadətnaməsinə əsasən sığorta ödənişin həyata keçirilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş və cavabdehdən ödənilmiş 100 manat məbləğdə dövlət rüsumu tutularaq iddiaçıya verilməsi qət edilmişdir.
10. Qətnamən in əsaslarına görə, “... məhkəmə işin araşdırılmış hallarını nəzərə alıb, qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq hesab edir ki, sığortalı X3 tərəfindən sığorta müqaviləsi bağlanarkən sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qəsdən özünə məlum olan xəstəliklərinin olması barədə məlumat verilməməsi halı müəyyən olunmamışdır. Həmçinin, həyat sığortasına dair qanunvericiliyin tələbinə əsasən, sığortalının həyat sığortası müqaviləsinin bağlanması zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməməsi təsbit edilmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin ödənilməsind ən imtina etməsi qanunun tələblərinə ziddir.”
11. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2, 385.1, 386.1, 883.1, 885.1, 885.2, 911.2, 917.2, 922.1, 922.2, 935.2-ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından sığortası qaydaları”nın 2.0.19, 4.3, 4.4, 6.6, 6.7, 9.3.2, 16.1.1, 18.2-ci bəndlərinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat
12. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayan cavabdeh ondan apellyasiya şikayəti verərək, ləğv edilib, iddianın rədd olunmasını xah iş etmişdir.
13. Apellyasiya baxışı zamanı "xxxx" ASC mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmişdir.
14. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3748/2022 nömrəli iş üzrə xx.xx.2022-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.Məmmədov və R.Həsənov) apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia qismən təmin edilmiş, 3.088,57 manatın cavabdehdən iddiaçının xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, iddia ərizəsinin və apellyasiya şikayətinin verilməsi üçün iddiaçının və cavabdehin ödədiyi dövlət rüsumlarının onların özlərinə aid edilməsi qət edi lmişdir.
15. Apellyasiya instansiya məhkəməsinin qətnaməsinin əsaslarına görə, “Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən faydalanan şəxsi işə cəlb etməyərək, işə hüquq və vəzifələrinə dair məsələni faydalanan şəxsin hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişdir. Halbuki Mülki Məcəllənin 884.6-cı maddəsinə əsasən faydalanan şəxs icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişi verilməli olan şəxsdir. Sığorta müqaviləsində faydalanan şəxs qismində başqa şəxs nəzərdə tutulmamışdırsa, sığortalı və (və ya) sığorta olunan faydalanan şəxs sayılır. İş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə X3 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-XXX nömrəli ipoteka krediti üzrə borc alanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, faydalanan şəxs "xxxx" ASC-dir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 387.2.4-cü maddəsinə əsasən məhkəmə işdə iştirak etməyə cəlb olunmamış şəxslərin hüquq və vəzifələrinə dair məsələni onların hüquqlarının pozulması ilə nəticələnməklə həll etmişsə şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.... Məhkəmə kollegiyası qeyd edir ki, sığortalı X3 tərəfindən sığorta müqaviləsi bağlanarkən sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC-yə qəsdən özünə məlum olan xəstəliklərinin olması barədə məlumat verilməməsi halı müəyyən olunmamışdır. Həmçinin, həyat sığortasına dair qanunvericiliyin tələbinə əsasən, sığortalının həyat sığortası müqaviləsinin bağlanm ası zamanı özünün məlumat vermək vəzifəsini icra etməməsi müqavilənin bağlandığı vaxtdan 5 il müddət keçdikdən sonra sığortaçının müqavilə üzrə vəzifələrinin icrasından imtina etməsi üçün əsas ola bilməməsi təsbit edilmişdir. Göründüyü kimi sığortaçı Cavabdeh Sığorta Şirkəti ASC sığorta ödənişinin ödənilməsindən imtina etməsi qanunun tələblərinə ziddir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, sığorta müqaviləsi bağlanan vaxtda hər iki tərəfin qarşılıqlı razılığı ilə “sığorta riskləri" adlanan hissədə təminat kimi ağır xroniki xəstəliklər istisna olmaqla digər bütün növ xəstəliklərə təminat verilmişdir. Birinci instansiya məhkəməsində bu məsələyə toxunulmağına baxmayaraq qətnamədə bu məsələ ilə bağlı heç bir əsaslandırılmış hüquq norması qeyd edilməmiş və mühüm əhəmiyyəti olan bu faktiki halla bağlı ətraflı araşdırma həyata keçirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlilləri əsassız olmuşdur, belə ki, Cavabdeh Sığorta Şirkəti ASC ilə X3 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-BİXXX nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsində “sığorta riskləri" adlanan hissədə təminat kimi ağır xroniki xəstəliklər istisna olmaqla digər bütün növ xəstəliklərə təminat verilmişdir. Lakin XXXun məhz ağır xroniki xəstəlikdən vəfat etməsi halı iş materialları ilə müəyyən edilməmiş, həmçinin cavabdeh tərəfindən bu barədə mötəbər sübutlar təqdim edilməmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş X1 xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatında kəskin hepatit B xəstəliyinin xroniki xəstəlik olması gö stərilmişdir. Göründüyü kimi bu halda belə hepatit B xəstəliyinin ağır xronoki xəstəlik olması müəyyən edilməmişdir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi mahiyyəti üzrə əsaslı olsa da sığorta ödənişi qismində ödəniləcək məbləğə münasibətdə iddia tələbi qismən əsaslıdır. Belə ki, iş materiallarında olan Cavabdeh Sığorta Şirkəti ASC ilə X3 arasında bağlanmış xx.xx.2016 il tarixli, MLİ-BR-Bİ-XXX nömrəli ipoteka krediti üzrə borcalanın həyat sığortası şəhadətnaməsinin surətindən görünür ki, faydalanan şəxs "xxxx" ASC-dir. Həmçinin sığortalı XXXun həyatı "xxxx" ASC-dən aldığı ipoteka kreditinə görə kreditin məbləği həddində - 18131.07 manat sığortalanmışdır. "xxxx" ASC tərəfindən təqdim edilmiş ərizədən görünür ki, ipoteka kreditinə görə 09 mart 2022-ci il tarixə banka olan qalıq borcun məbləği əsas borc üzrə 14286,62 manat, faiz borcu üzrə 755,88 manat olmaqla cəmi 15042,50 manat təşkil edir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, sığorta ödənişi 18131.07 manat müəyyən edilməli, həmin məbləğdən faydalanan şəxsə olan borc yəni 15042.50 manat çıxılmalı və cavabdehdən iddiaçının xeyrinə ödənilməli olan sığorta ödənişi cəmi 3088,57 manat müəyyən edilməlidir.”
16. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni Mülki Məcəllənin 883.1, 885.1, 885.2, 911.2, 917.2, 922.1, 935.2-ci maddələri, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının xx.xx.2014-cü il tarixli Q-21 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərə təqdim edilən kredit müqavilələri üzrə borcalanın həyatının ölüm halından və əmək qabiliyyətinin itirilməsi hallarından s ığortası qaydaları”nın 2.0.19, 4.3, 4.4, 6.6, 6.7, 9.3.2, 16.1.1, 18.2-ci bəndlərinə istinadla əsaslandırmışdır. KASSASİYA ŞİKAYƏTİNİN VƏ ONA ETİRAZİN DƏLİLLƏRİ a) Kassasiya şikayətinin dəlilləri
17. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşmayan iddiaçı ondan kassasiya şikayəti verərək, ləğv edilib, iddianın təmin olunmasını xahiş etmişdir.
18. Kassasiya şikayətinin dəlillərinə görə, apellyasiya instansiyası iddia tələbindən və apellyasiya baxışının hədlərindən kənara çıxmaqla, qanunsuz qətnamə qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Cavabdeh kassasiya şikayətinə qarşı etiraz təqdim edərək, kassasiya şikayətinin təmin edilməməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
20. Etirazda qeyd olunmuşdur ki, iddiaçı kassasiya şikayətində maddi hüquq normalarının pozulması ilə bağlı irad bildirməmiş, qeyd etdiyi prosessual hüquq normaları isə pozulmamışdır. İş üzrə cavabdeh tərəfindən apellyasiya şikayəti qərarın ləğv edilməsinə yönəlmiş, eyni zamanda mübahisənin predmeti bölünməz olmuşdur. TƏTBİQ EDİLƏN HÜQUQ
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 218.3. Hakim işdə i ştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər; Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir; Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır; Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır; Maddə 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti tə min etmədən saxlaya bilər; Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır; Maddə 418.2. Bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir; Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. KASSASİYA BAXİŞİNİN HƏDLƏRİ
22. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin ape llyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilib, işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
23. Kassasiya şikayətində qətnamənin ləğvi xahiş edildiyi üçün, apellyasiya instansiyası məhkəməsinin yekun məhkəmə aktı kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə tam yoxlanılır.
24. Məhkəmə kollegiyası hüququn inkişafının və ya məhkəmə təcrübəsinin vahidliyinin təmin edilməsi üçün əhəmiyyətli hesab etmədiyindən, kassasiya şikayətinə yazılı icraat qaydasında baxmışdır. KASSASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. İlk olaraq, kassasiya şikayəti ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi xahiş edilsə də, şikayətdə maddi hüquq normalarının tətbiqi ilə bağlı heç bir dəlil irəli sürülmədiyi üçün, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsi, hazırkı kassasiya araşdırmasının predmetindən kənarda qalmaqla, yoxlanılmır.
26. Apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının düzgün tətbiq edilib-edilməməsi məsələsinə gəldikdə isə, kassasiya şikayətində apellyasiya məhkəməsinin həm iddia tələbinin, həm də apellyasiya baxışının hədlərindən kənara çıxdığı qeyd olunsa da, irəli sürülmüş dəlillərdə işin hər hansı halına və həmin halla bağlı tətb iqində səhvə yol verilən (tələblərinə əməl edilməyən) heç bir normaya istinad edilmir, şikayətdən aydın olmur ki, iddiaçı iddia tələbindən və apellyasiya baxışının hədlərindən kənara çıxma dedikdə konkret olaraq hansı pozuntunu nəzərdə tutur. Belə pozuntular məhkəmə kollegiyası tərəfindən də aşkar edilmir.
27. İşdən görünən isə odur ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan, apellylasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
28. Beləliklə, mülki işə kassasiya qaydasında baxan məhkəmə kollegiyası yux arıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
29. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3748/2022 nömrəli iş üzrə 06 iyul 2022-ci il tarixli qətnaməsi dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.