Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4761/2022 05.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi), Xəlilov İsmayıl Kamil oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 və Cavabdeh1 qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin qaytarılması tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(10 7)-529/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə 05 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X9 idarə etdiyi "xxxx" markalı ** ZP *** dövlət qeydiyyat nişanlı avtomobilin ("xxxx" markalı avtomobil) mülki məsuliyyəti ASC tərəfindən icbari sığortalanmışdır. 2. 10 aprel 2016-cı il tarixdə “Opel” markalı ** BC *** dövlət qeydiyyat nişanlı avtomobillə (bundan sonra – Opel markalı avtomobil) "xxxx" markalı avtomobillə toqquşmuş, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində Cavabdeh2, anası Cavabdeh1, X2 xəsarət almışlar və avtomobilə maddi ziyan dəymişdir.
3. Ucar Rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli 1(063)-20/2016 nömrəli hökmünə (b undan sonra – Hökm) əsasən həmin iş üzrə zərərçəkmiş şəxslər Cavabdeh2 və Cavabdeh1 mülki iddia tələbləri təmin edilmiş, təqsirləndirilən şəxs X7 5000 manat pul Cavabdeh1, 7930 manat pul isə Cavabdeh2 xeyrinə tutulmuşdur.
4. İddiaçı Sığorta Şirkəti ASC (bundan sonra – iddiaçı və ya ASC) isə X1 vurulmuş ziyana görə 1500 manat, Cavabdeh1 sağlamlığına vurulmuş ziyana görə 3000 manat və “Opel” markalı avtomobil) dəymiş maddi ziyana görə 2890 manat olmaqla, cəmi 7390 manat pul cavabdehlərə ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsassız varlanma nəticəsində əldə edilmiş pulun geri qaytarılması ilə bağlı Cavabdeh2 4390 manat, Cavabdeh1 3000 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
6. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, hazırda məlum olmuşdur ki, cavabdehlər heç bir qanuni əsas olmadan əsassız varlanmışlar. Belə ki, cavabdehlər ASC-yə müraciət edərək baş vermiş hadisə ilə bağlı sığorta ödənişi tələb etmiş, ASC isə öz növbəsində 13 noyabr 2019-cu və 14 noyabr 2019-cu il tarixlərdə sığorta aktları tərtib edərək qeyd edilən məbləğləri cavabdehlərin bank hesablarına köçürmüşdür.
7. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X5 iddia tələbini müdafiə etdiyini bildirdi və məhkəmə iclasında həmin tələbin məzmununa uyğun izahat verməklə yanaşı bildirdi ki, Hökm qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğundan icrası məcbu ridir və hökmdə göstərilmiş mülki iddia məbləğləri hazırki iş üzrə cavabdehlərə ödəniləcəkdir. Belə olan halda sığorta hadisəsi nəticəsində zərərçəkmiş şəxslər onların sağlamlığına və əmlakına dəymiş zərərin əvəzini həm sığortaçıdan, həm də sığorta olunandan almaqla, əsassız varlanmış olacaqlar.
8. Cavabdeh2 da iddia tələbini qəbul etmədiyini bildirdi və məhkəmə iclasında izahat verərək göstərdi ki, baş vermiş yol nəqliyyat hadisəsi zamanı (§2) atasına məxsus “Opel” markalı avtomobilə maddi zərər dəymişdir. X2 7 may 2016-cı il tarixdə uzun sürən xroniki xəstəlikdən vəfat etmişdir. Yol-nəqliyyat hadisəsi ilə əlaqədar X11 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə olan cinayət işi üzrə o və anası 2016-cı ildə mülki iddia tələbi vermiş, həmin tələbin təmin edi ldiyi hökmdə göstərilsə də, o və anası iş üzrə təqsirləndirilən şəxs X7 indiyədək də hər hansı məbləğ ala bilməmişlər. Eyni zamanda, qeyd olunan hökmə əsasən təmin edilən mülki iddia məbləğinin sığorta ödənişinə aidiyyəti olmamış, həmin məbləğ onun valideynlərinin müalicəsinə görə reseptlər və qaiməfakturalar əsasından onların özləri tərəfindən nağd olaraq verilən vəsaitin ödənilməsinə yönəlmiş məbləğ kimi nəzərdə tutulmuşdur. X11 tərəfindən 10 aprel 2016-cı il tarixdə törədilmiş yol-nəqliyyat hadisəsi avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilmişdir. ASC tərəfindən sığorta pulu ödənilən zaman mülki iddia tələbinin təmin edilib edilməməsi ilə bağlı onlardan heç nə soruşmamışlar. Yalnız 2021-ci ilin oktyabr ayında iddiaçı onl ara məktub göndərərək verilmiş sığorta ödənişi məbləğinin geri qaytarılmasını tələb etmiş, ancaq onlar həmin məbləği qaytarmamışlar. Hesab edir ki, X9 idarə etdiyi avtomobil iddiaçı tərəfindən icbari sığortalanmış olduğuna görə onlara dəymiş maddi zərər məbləği həmin sığorta təşkilatı tərəfindən ödənilməli idi.
9. Oğuz Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(054)-19/2022 nömrəli iş üzrə 12 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim Kamran Süleymanov) iddia tələbi rədd edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı hazırki iddia tələbində cavabdehlərin sığorta ödənişi almaqla əsassız varlanmış olduqlarını iddia etsə də, işin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən cavabdehlərə sığorta ödənişinin verilməsi nəinki əsassız olmamış, əksinə, cavabdehlərə sığorta ödənişinin verilməsi sığortaçı kimi hazırki iş üzrə iddiaçının icbari sığorta müqaviləsindən yaranan məcburi öhdəliyi olmuşdur. Sığortaçı tərəfindən cavabdehlərə ödənilmiş sığorta məbləği ilə onlar hər hansı şəkildə varlanmamış, verilmiş sığorta ödənişi müqavilə əsasına və müqavilə öhdəliyinə söykənməklə cavabdehlərə dəymiş maddi zərərin aradan qaldırılmasına yönəlmişdir. Məhkəmə iddiaçının hazırki iddia tələbinin əsası kimi qanuni qüvvəyə minmiş məhkəmə qərarında göstərilən mülki iddia tələbinin gələcəkdə icra olunacağı ehtimalına istinad etməsi ilə bağlı qeyd edir ki, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü icrası məcburi olan qərar olsa da, hazırki vəziyyətdə hələ icra edilməyən bir qərar olmaqla, iddiaçının həmin hökmdə göstərilən mülki iddia tələbinin gəl əcəkdə icra olunacağı ehtimalına istinad edərək bu halın cavabdehlərin əsassız olaraq varlanacaqlarını deməsinə əsas vermir. Sığorta hadisəsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və ya əmlakına dəyən zərərə görə qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığorta ödənişini ödəmək öhdəliyini sığortaçı daşıyır. Məhkəmənin Hökmü gələcəkdə icra olunacağı və ya hər hansı məbləğin digər şəxslər tərəfindən üçüncü şəxsə ödəniləcəyi təqdirdə belə, hazırki iş üzrə zərərçəkmiş şəxslərin əsassız varlanmış olma ehtimalı hazırki iş üzrə iddiaçıya münasibətdə deyil, həmin məbləği ödəmiş şəxslərə münasibətdə yaranmış ola bilər.
11. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 933.1, 933.1.3, 935.1, 935.1.7, 935.1.8, 935.1.10, 1091, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5. 2, 7, 13.1, 13.2, 18.1, 19, 20, 52.1 və 54-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
12. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
14. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
15. Şəki Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiya məhkəməsi) 2(107)-529/2022 nömrəli iş üzrə 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və A.A.Mahmudov) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
16. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticədə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmışdır və hesab etmişdir ki, birinci instansiya məhkəməsi qanunu düzgün tətbiq etmiş, sübutlara düzgün qiymət vermiş, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə doğru nəticəyə gəlmişdir.
17. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 933.1, 933.1.3, 935.1, 935.1.7, 935.1.8, 935.1.10, 1091, “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 5.1, 5.2, 7, 13.1, 13.2, 18.1, 19, 20, 52.1 və 54-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikay ətinin dəlilləri
18. İddiaçı (Vəkil) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
19. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, cavabdehlər ASC-nin Hökm barədə məlumatsız olmasından istifadə edərək, əsassız varlanmaq niyyəti ilə sığorta ödənişi almışdırlar. Məhkəmə qətnamə qəbul edərkən bu hala qiymət verməmişdir. Məhkəmə hökmün icra edilib edilməməsini araşdırmamışdır. Bundan əlavə, məhkəmə hökmü ilə vurulmuş ziyan məsələsinin ödənilməsi məsələsinə hüquqi qiymət verildiyindən və “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.5ci maddəsinə əsasən dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan tələb olunduğundan zərərçəkən üçüncü şəxsin iddi ası siğortaçı tərəfindən ödənilməli deyil. Sığortaçının ödəmiş olduğu vəsait qanunvericiliyə əsasən əsassız varlanmadır və geri qaytarılmalıdır. b)
20. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
21. Maddə 935.1.7. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən əmlakın sığortası üzrə sığortalı, sığorta olunan və ya faydalanan şəxsin zərərin əvəzini tam olaraq zərər dəyməsində təqsirli olan şəxsdən alması zamanı imtina edir. Zərərvuran zərərin əvəzini qismən ödəmiş olduqda sığorta ödənişindən ödənilmiş məbləğ həcmində imtina edilir.
22. Maddə 935.1.8. “İcbari sığortalar haqqında” A zərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən baş vermiş hadisənin icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta hadisəsi hesab edilməməsi zamanı imtina edir.
23. Maddə 935.1.10. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər hallarda imtina edir.
24. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
25. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma h əmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikası Qanunu
26. Maddə 5.1. Azərbaycan Respublikasında sığorta fəaliyyətini həyata keçirmək üçün lisenziyaya malik olan və bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş müəyyən icbari sığorta növünü aparmağa müvafiq icazə almış hüquqi şəxs sığortaçı hesab edilir.
27. Maddə 5.2. Bu Qanunun Xüsusi bölməsinin müvafiq fəslinə uyğun olaraq, müvafiq əmlak mənafelərini icbari qaydada sığorta etdirmək vəzifəsi müəyyən edilmiş və sığortaçı ilə bağlanan icbarı sığorta müqaviləsinin tərəfi olan fiziki və ya hüquqi şəxs sığortalı hesab edilir.
28. Maddə
7. Sığortalı və (və ya) sığorta olunanın ailə üzvləri istisna olmaqla, bu Qa nuna görə mülki məsuliyyətin icbari sığortası üzrə sığorta müqaviləsinin tərəfi olmayan, sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən, eyni zamanda sığorta ödənişi almaq hüququna malik olan fiziki şəxslər – fiziki şəxs öldüyü halda, onun ailə üzvləri – və ya hüquqi şəxslər, yaxud onların hüquq varisləri üçüncü şəxs sayılırlar.
29. Maddə 13.1. İcbari sığorta növlərində sığorta hadisəsi müvafiq icbari sığorta müqaviləsində göstərilmiş əmlakın istismarı və ya fəaliyyətin həyata keçirilməsi nəticəsində sığorta olunana və ya üçüncü şəxsə dəyən zərərin əvəzinin ödənilməsi üçün əsas olan, həmin müqavilənin qüvvədə olduğu müddət ərzində baş verən, bu Qanunun Xüsusi bölməsində nəzərdə tutulmuş hadisələr və hallardır.
30. Maddə 13.2. Bu Qanunun məqsədləri üçün mülki məsuliy yətin icbari sığortasında müvafiq sığorta şəhadətnaməsində göstərilən əmlakın (binanın, tikilinin, avtonəqliyyat vasitəsinin, cihazın, qurğunun, avadanlığın və s.) sığorta olunan tərəfindən istismar edilməsi nəticəsində üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına vurulmuş zərərin əvəzinin ödənilməsi üzrə sığortalının və ya sığorta olunanın mülki məsuliyyətinin yaranması faktı sığorta hadisəsi sayılır.
31. Maddə 18.1. Bu Qanunun 17.1-ci maddəsində göstərilən sənədlərdən sonuncusunun sığortaçıya təqdim edildiyi və (və ya) alındığı tarixdən 7 iş günündən gec olmayaraq sığortaçı sığorta ödənişini verməli, müvafiq hallarda zərərin qiymətləndirilməsi, əmlakın təmiri, bərpası və ya yenisi ilə əvəz edilməsi üçün yazılı qaydada təsdiqlənən tədbir görməli, yaxud sığortalıya, sığorta olunana və ya faydalanan şəxsə sığorta ödənişinin verilməsindən imtina haqqında yazılı şəkildə əsaslandırılmış bildiriş verməlidir.
32. Maddə
20. Əmlaka dəyən zərər üzrə sığorta ödənişinin verilməsi qaydası 20.1. Əmlaka dəyən zərərə görə könüllü və icbari sığortanın bütün növləri üzrə verilən sığorta ödənişlərinin ümumi məbləği faktiki zərər məbləğindən artıq ola bilməz. 20.2. Bu Qanunun 21-ci maddəsində nəzərdə tutulmuş müvafiq hallar istisna olmaqla, sığortaçı mülki məsuliyyətin icbari sığortası üzrə sığorta hadisəsinin baş verməsində sığortalının və ya sığorta olunanın təqsirinin dərəcəsindən asılı olmayaraq, hər bir halda üçüncü şəxsin əmlakına dəyən zərərin əvəzini bu Qanunla müəyyən edilmiş qaydada ödəməlidir. 20.3. Əmlaka dəyən zərər üzrə sığorta ödənişi sığortaçının seçimi əsasında əmlakın t əmirinə, bərpasına və ya yenisi ilə əvəz edilməsinə xərclərin çəkilməsi, yaxud qiymətləndirilmiş zərər məbləğinin faydalanan şəxsə birbaşa ödənilməsi yolu ilə həyata keçirilir. 20.4. Mülki məsuliyyətin sığortasında sığorta olunanın bir sığorta hadisəsi nəticəsində iki və ya daha artıq üçüncü şəxsin əmlakına vurduğu zərərə görə məsuliyyətinin məbləği müvafiq sığorta məbləğini aşarsa, sığorta ödənişi üçüncü şəxslərə həmin sığorta məbləğinin hər bir üçüncü şəxsə dəymiş zərərə mütənasib olan həcmdə verilir. 20.5. Üçüncü şəxs onun əmlakına dəymiş zərərin əvəzinin ödənilməsini sığortalıdan, sığorta olunandan, yaxud bu Qanunla müəyyən edilmiş sığorta məbləği həddində sığortaçıdan tələb edə bilər. Onlardan biri zərərin əvəzini tam ödədikdə, üçüncü şəxsin iddiası təmin edilmiş hesab olunur. 20.6. S ığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına vurulan zərərin əvəzi sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən tam ödənildikdə, sığortaçı sığorta ödənişini sığorta məbləği həddində sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verir. Bu halda sığorta ödənişinin məbləği sığortalının və ya sığorta olunanın, yaxud digər sığortaçının faydalanan şəxsə ödəmiş olduğu məbləğdən çox ola bilməz. 20.7. Sığorta hadisəsi nəticəsində üçüncü şəxsin əmlakına dəymiş zərərlə əlaqədar sığortalı və ya sığorta olunan, həmçinin üçüncü şəxsin bağlamış olduğu digər müvafiq sığorta müqaviləsinin tərəfi olan sığortaçı tərəfindən zərərçəkənə ödənilmiş məblə ğ zərər məbləğindən az olduqda, sığortaçı sığorta ödənişini ödənilmiş məbləğlə zərər məbləği arasındakı fərq həcmində zərərçəkənə, ödənilmiş məbləğin əvəzini isə sığortalıya və ya sığorta olunana, yaxud da subroqasiya qaydasında tələb irəli sürmüş digər sığortaçıya verməklə həyata keçirir.
33. Maddə 52.1. Avtonəqliyyat vasitəsinin Azərbaycan Respublikasının ərazisində istifadəsi nəticəsində zərərçəkən üçüncü şəxslərin sağlamlığına və (və ya) əmlakına dəymiş zərərin əvəzinin ödənilməsi üzrə mülki məsuliyyətin yaranması faktı sığorta hadisəsi hesab olunur.
34. Maddə
54. Bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş istisna nəzərə alınmaqla, müvafiq icbari sığorta müqaviləsinin tərəfi olmayan, sığortalının və ya sığorta olunanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində zərər çəkən şəxslər, o cü mlədən avtonəqliyyat vasitəsindəki sərnişinlər, onlar öldükləri halda, ailə üzvləri bu Fəslin məqsədləri üçün üçüncü şəxs sayılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
39. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə ü çün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
40. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
41. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.
42. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərar dadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri
43. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
44. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı mübahisələndirildiyindən, məhkəmə aktı bütövlükd ə yoxlanılır. tərəfindən tam Kassasiya instansiyası məhkəməsinin mövqeyi:
45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
46. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmişdir.
47. Məhkəmənin gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, hüquqi əsasları düzgün müəyyən edilmişdir.
48. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı İddiaçı Sığorta Şirkəti Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş ka ssasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-529/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.