Məhkəmə qərarları › İş №2(102)-2715/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2715/2022

31.05.2022 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2715/2022 31.05.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: mənzilin boşaldılması, mülkiyyət hüququnun bərpası, dəymiş zərərin əvəzinin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Xəlilov İsmayıl Kamil oğlu (məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “mənzilin boşaldılması, mülkiyyət hüququnun bərpası və dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8836/2021 nömrəli 27 oktyabr 202 1-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 31 may 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. ünvan 1 ünvanında 0,3 sot torpaqda birmərtəbəli üç otaqlı fərdi yaşayış evi (bundan sonra fərdi yaşayış evi) İddiaçı (bundan sonra - iddiaçı) tərəfindən özbaşına tikilmişdir. Kommunal xidmət orqanları ilə müqavilələr bağlanaraq qaz, su, elektrik enerjisinin verilişi təmin olunmuşdur. İddiaçı ona məxsus olan evin cavabdehlər tərəfindən boşaldılmasından imtina edildiyinə görə hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, o na məxsus olan fərdi yaşayış evindən çıxarılmaları mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsini xahiş etmişdir.

3. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, iddiaçı tərəfindən 2012-ci ildə fərdi yaşayış evi tikilmişdir. Həmin ilin avqust ayında tanışı Cavabdeh2 vasitəsi ilə yuxarıda adı qeyd edilən fərdi yaşayış evi cavabdehlərə 250 manat müqabilində kirayə qalması üçün verilmişdir. 2012-ci ildən 2018ci il tarixinə kimi kirayə haqqını Bəhruz adlı şəxsin vasitəsi ilə mütəmadi olaraq, almışdır. Hazırda isə bu günə kimi kirayə haqqı almadan iddiaçıya məxsus fərdi yaşayış evində yaşayır, evin boşaldılması tələbinə isə riay ət etmirlər. Hazırkı günə kimi 250 manatdan 20 aydır kirayə haqqı ödənilmədiyindən ümumilikdə 5000 manat maddi zərərə uğramışdır.

4. Cavabdeh2 birinci instansiya məhkəməsi zamanı iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə əvvəllər qonşu olmuşdur. O, İddiaçı Cavabdeh1 ilə tanış etmiş, yəni vasitəçilik etmişdir. Cavabdeh1 özünə məxsus yaşayış evini 2012-ci ildə satmışdır. Sonradan Cavabdeh1 iddiaçı ilə ayda 200 manat məbləğində kirayə haqqı ödəməklə kirayədə yaşamağa başlamışdır. O, ancaq cavabdehlə iddiaçı arasında vasitəçilik etmişdir. Sonralar iddiaçı ona Cavabdeh1 kirayə haqqını ödəmədiyi üçün zəng etmiş, o isə Cavabdeh1la ümumiyyətlə əlaqəsinin olmadığını bildirmişdir. Özünün bu məsələdə cavabdeh kimi cəlb edilməsini doğru hesab etmir.

5. Məhkəmə tərəfi ndən müəyyən edilmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində hər hansı şəxsin adına qeydə alınmamışdır. Məhkəmə həmçinin müəyyən etmişdir ki, Cavabdeh2 sözügedən mübahisəli evdə yaşamır.

6. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (hakim R.N.Qafarova) 2(010)2223/2021 nömrəli iş üzrə 11 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının cavabdehi tikilidə yaşamaqdan məhrum etmək səlahiyyəti yoxdur və iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur. Belə ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən istifadə qaydasının müəyyən olunmasını tələb etmək hüququna malik deyildir.

8. Məhkəmə öz mövqeyini Azərbaycan R espublikası Mülki Məcəlləsinin 178.2-ci, 180.1-ci, 180.2-ci, 225-ci və 228.5-ci maddəsinə Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin İ hissəsinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

9. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-8836/2021 saylı mülki iş üzrə 27 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin qismən təmin edilməsi, birinci in stansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, yeni qətnamə çıxarılmaqla, iddia tələbinin qismən Cavabdeh1 ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən çıxarılması hissəsində təmin olunması qət edilmişdir.

11. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş materiallarında olan AR DİNnin MAPS şöbəsinin 18.03.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.1973-cü ildə Ermənistan SSR, XXX rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, XXX-də qeydiyyatdadır. “Azəriqaz” İB-nin 15.01.2021-ci il tarixli məktubuna əsasən, fərdi yaşayış evi (abonent kodu:**********00000, abonentin adı: İddiaçı) vid Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə 08 may 2020-ci il tarixli, 12-523 saylı müqaviləsi bağlanmışdır.

12. Məh kəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, mübahisəli fərdi yaşayış evi özbaşına tikili olsa da, iddiaçı tərəfindən inşa olunmuş, həmin evin kommunal xidməti ilə bağlı iddiaçı ilə müqavilə bağlanmışdır. Bəhs edilən fərdi yaşayış evi özbaşına tikili olmaqla, iddiaçı tərəfindən inşa edilmiş, kommunal xidmət onun adına olmaqla, Cavabdeh2 vasitəçiliyi ilə digər cavabdeh X1 verilmişdir. Cavabdeh X3 tərəfindən bir müddət sonra kirayə haqları ödənilmədiyindən, iddiaçı həmin evdən cavabdehlərin çıxarılmalarını tələb edir.

13. Məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, özbaşına tikili olan mübahisəli ev iddiaçı tərəfindən tikilməklə, onun sahibliyində olduğundan, Cavabdeh1 kirayə verildiyindən, sonuncunun həmin fərdi yaşayış evindən çıxarılması hissəsində iddia tələbi əsaslı olduğundan, təm in edilməlidir.

14. Kollegiya iddianın Cavabdeh2 həmin evdən çıxarılması hissəsində hesab etmişdir ki, sonuncu həmin evdə yaşamadığından iddia həmin hissədə təmin edilməməlidir. Eləcə də, tikili özbaşına olduğundan, iddiaçının kirayə vermək hüququ yaranmadığından, kirayə hüquq münasibətlərindən irəli gələrək, iddiaçının kirayə pulu tələb etmək hüququnun yaranmamasını əsas götürərək, iddia tələbinin mülkiyyət hüququnun bərpası və bu günə kimi kirayə haqqı kimi ödənilməli olan 5000 manat vəsaitin cavabdehlərdən müştərək qaydada tutularaq, ona ödənilməsi hissəsində iddianı əsassız hesab edərək, təmin edilməməsi qənaətinə gəlmişdir.

15. Məhkəmə öz mövqeyini, Mülki Məcəllənin 164.1, 166.3 və 180.2-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 106.1-ci və 217.2-ci maddələrinə istinadla əsaslandırm ışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

16. Cavabdeh (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilərək, işin yenidən araşdırılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

17. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın təmin olunan hissəsi üzrə iddiaçının subyektiv hüququ olması qənaətinə gəlməklə səhvə yol vermişdir. Qətnamədə iş materiallarında iddiaçının tikiliyə sahib olmasına dair hər hansı bir sübutu olmamasına baxmayaraq, cavabdehin evdən çıxarılması əsası olaraq göstərilmişdir ki, həmin evi iddiaçı tikmiş və cavabdeh onu sahiblikdən məhrum etmişdir. Əksinə şikayətə əlavə edilən bütün sən ədlərdən görünür ki, cavabdeh və onun əri tikilinin telefon xəttinin, qaz xəttinin, su xəttinin abonentidir, hətta tam 10 ildir ki, torpağa və tikiliyə görə əmlak vergisini vergi ödəyicisi kimi ödəyir. Tikili daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından iddiaçı mübahisəli evə dair sərəncam vermək hüququna, o cümlədən istifadə qaydasının müəyyən olunmasını tələb etmək hüququna malik deyildir. Bu baxımdan iddiaçının cavabdehi tikilidə yaşamaqdan məhrum etmə səlahiyyəti yoxdur və cavabdehin hüquqlarına bu cür müdaxilə qanunsuzdur.

18. Kassator hesab edir ki, apellyasiya instansiyası məhkəməsində qanunla müəyyən edilmiş qaydada Cavabdeh1 məhkəməyə dəvət edilməmiş, çəkişmə prinsipinə əməl edilməmiş, məhkəmə müdafiə hüququnu pozmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlillə ri

19. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

20. Maddə 164.1. Sahibin iradəsi olmadan sahiblikdən məhrumetmə və onu pozma qadağan edilmiş özbaşınalıq sayılır. Hər bir sahibin qadağan edilmiş özbaşınalıqdan müdafiə üçün güc işlətmək ixtiyarı vardır. Bu zaman o, şəraiti nəzərə almaqla, əsassız güc hərəkətlərindən çəkinməlidir.

21. Maddə 166.3. Yalnız o şəxsin torpaq sahəsinə mülkiyyət hüququnun və sahiblik haqqında iddia hüququnun olduğu ehtimal edilir ki, onun sahiblik hüququ torpaq sahəsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından irəli gəlir. Lakin torpaq sahəsinin faktik sahibi sahiblikdən özbaşına məhrumedilmə və ya sahibliyin pozulması barədə iddia verə bilər.

22. Maddə 180.2. Özbaşına tikinti a parmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

23. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düz gün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin qətnaməsini Cavabdeh1 fərdi yaşayış evindən çıxarılması hissəsində mübahisələndirdiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə düzgün nəticəyə gəlmişdir.

32. Kassasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, mübahisəli tikili özbaşına inş a edilmiş tikili olduğu üçün, iddiaçının torpaq sahəsinə mülkiyt hüquq yaranmadığından onun belə bir tələblə çıxış etməyə subyektiv hüququ yoxdur.

33. Kollegiya ilk növbədə onu qeyd edir ki, mübahisə predmetinin özbaşına inşa edilmiş ev, tikili olması özlüyündə həmin tikiliyə, evə ümumiyyətlə hüququn olmaması kimi qəbul edilməməlidir. Bunun üçün başlanğıc prinsip olaraq şəxsin əşya hüquqlarının qorunması üstün tutulmalıdır. Ev özbaşına tikili olsa da, şəxs həmin tikiliyə öz vəsaitini xərcləmişdirsə tikilinin barəsində qanuni rejim tətbiq olunana qədər (məs: maraqlı şəxsin iddiası ilə məhkəmə qətnaməsi əsasında sökülənə qədər) onun taleyini həll etmək tikintiyə xərc çəkmiş şəxsə məxsusdur. Həmin əşyanı sökmək, ona sərf etdiyi materialı başqa yerdə istifadə etmək, satmaq, bağışlamaq və.s hüq uqlar əşya sahibinə məxsusdur. Həmin hüquqlar ona vəsait xərcləməyən (əşyanın maddiləşmiş kütləsində payı olmayan) digər şəxsin hüquqları ilə yüklü edilə bilməz. Müasir dünyada hüququn inkişafı bu istiqamətdə inkişaf edir. Ona görə analoji işlərdə də məhkəmələrin mövqeyi əşyanın sahibinin hüquqlarının qorunması istiqamətində olmalıdır.

34. Bundan başqa, Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “RiersackBelçikaya qarşı” iş üzrə 01 oktyabr 1982-ci il tarixli qərarı, “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədal ət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”.

35. Məhkəmə qərarının ədalətli olması şərtlərindən 1-cisi tərəflər arasında ədalətli tarazlığın qorunmasıdır. Hazırkı işdə Apelyasiya Məhkəməsi müəyyən etmişdir ki, mübahisəli tikili iddiaçıya məxsusdur, onun tərəfindən inşa edilmişdir. AR DİN-nin MAPS şöbəsinin 18.03.2021-ci il tarixli arayışına əsasən müəyyən edilmişdir ki, Cavabdeh1 xx.xx.1973-cü ildə Ermənistan SSR, XXX rayonunda anadan olmuş, Bakı şəhəri, Suraxanı rayonu, XXX pasport qeydiyyatındadır.

36. İş üzrə cavabdeh kimi prosesə cəlb edilmiş Cavabdeh2 birinci instansiya məhkəməsi zamanı iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, o, Cavabdeh1 ilə əvvəllər qonşu olmuşdur. O, İddiaçı Cavabdeh1 ilə tanış etmiş, yəni v asitəçilik etmişdir. Cavabdeh1 özünə məxsus yaşayış evini 2012-ci ildə satmışdır. Sonradan Cavabdeh1 iddiaçı ilə ayda 200 manat məbləğində kirayə haqqı ödəməklə kirayədə yaşamağa başlamışdır. O, ancaq cavabdehlə iddiaçı arasında vasitəçilik etmişdir. Sonralar iddiaçı ona Cavabdeh1 kirayə haqqını ödəmədiyi üçün zəng etmiş, o isə Cavabdeh1la ümumiyyətlə əlaqəsinin olmadığını bildirmişdir. Özünün bu məsələdə cavabdeh kimi cəlb edilməsini doğru hesab etmir.

37. Göründüyü kimi cavabdehin izahatı ilə də təsdiq olunmuşdur ki, özbaşına tikili iddiaçı tərəfindən inşa edilmiş və ona məxsusdur. Cavabdeh kassasiya şikayətində Cavabdeh2 izahatı ilə bağlı heç bir etiraz verməmişdir.

38. Məhkəmə kollegiyası kassatorun məhkəmə iclasında iştirakının təmin olunmaması ilə bağlı dəlili ilə əlaqədar olaraq qey d edir ki, Apelyasiya Məhkəməsi cavabdehin məhkəmə iclasına gəlməsi üçün zəruri olan bütün hərəkətləri etsə də, cavabdeh məhkəmə iclasına gəlməmişdir.

39. Beləki, cavabdehin yaşadığı mübahisəli evin ünvanına dəfələrlə məhkəmə bildirişləri göndərilmiş (səhifə 70, 77-78, 81, 84, 93-96,), lakin hər dəfə məktublar ünvanda yaşamır, ünvan düz deyil, tam deyil, köçüb qeydləri ilə alınmamışdır. Mülki iş dəfələrlə təxirə salınmış, tikilinin inşası ilə bağlı məlumatların dəqiqləşdirilməsi ilə bağlı Suraxanı rayonu, XXX qəsəbə inzibati ərazi dariəsinə, Suraxanı rayonu, XXX bələdiyəsinə müktublar yazılmış və cavablar alınmışdır.

40. Ona görə kollegiya prosesin çəkişmə prinspinə riayət olanmadan keçirilməsi ilə bağlı dəlili əsaslı hesab etmir.

41. Bundan başqa kassator şikayətinə evin kommunal xidmət lərinə dair sənədləri əlavə edərək onlara istinad edir. Kollegiya həmin sübutlarla bağlı qeyd edir ki, sübutlar işə mahiyyəti üzrə baxan məhkəməyə verilməlidir. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlayır.

42. Eyni zamanda kassator şikayətində tikilinin ona məxsus olması, onun tərəfindən inşa edilməsi dəlilini irəli sürməmişdir. Kollegiya bir daha qeyd edir ki, analoji mübahisələrin həllində aydınlaşdırılması züruri olan yeganə hal həmin tikilinin kimin tərəfindən inşa edilməsi və kimə məxsus olması ilə bağlı haldır və cavabdeh də həmin hala istinad etmirsə, məhkəmənin gəldiyi qənaətin əsaslı olması təsdiq olunur.

43. Nəzərə almaq lazımdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 2.2-ci bəndinə əsasən, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin Qərarın 2.4-cü bəndinə əsasən, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanun un tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun

45. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.

46. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiy ası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8836/2021 nömrəli 27 oktyabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar