Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2717/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı (X14 və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) mülki iş üzrə QƏRARİ Açar sözlər: zərərin ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı (X14 və "xxxx" MMC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “vurulmuş maddi ziyanın əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-922/2025 nömrəli, 2025-ci il 11 mart tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı ilə Cavabdeh xx.xx.2005-ci il tarixdə evlənmiş, həmin nikahdan xx.xx.2006cı il tarixdə X14, xx.xx.2007-ci il tarixdə X10 və xx.xx.2012-ci il tarixdə X11 anadan olmuşdur. Tərəflər arasında bağlanmış nikah Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə pozulmuş, uşaqlar ananın himayəsində saxlanmışdır.
2. İddiaçı övladı - xx.xx.2006-cı il təvəllüdlü X4 xaricdə ali təhsil alması məqsədi ilə "xxxx" Xaricdə Təhsil Mərkəzi ilə xx.xx.2023-cü il tarixdə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqavilə bağlamışdır. Müqavilənin şərtlərinə əsasən İddiaçı sifarişçi olaraq Türkiyə Cumhuriyyətində fəaliyyət göstərən universitetlərə müraciət olunması xidmətləriinin göstərilməsini sifariş verib, bunun müqabilində icraçı "xxxx" Xaricdə Təhsil Mərkəzinə razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı "xxxx" MMC isə sifarişçinin müəyyən etdiyi qaydada bu müqavilə ilə müəyyən olunmuş xidmətləri göstərməyi öhdəsinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı 8.500 manat təşkil edir. İlkin ödənilən məbləğ 4.250 manat, qalıq məbləğ isə 4.250 manat təşkil edir. Müqavilənin 6.2-ci bəndinə uyğun olaraq tərəflər razılaşıblar ki, icraçı tərəfindən həyata keçiril ən xidmətlər müsbət nəticə vermədikdə, yəni razılaşdırılan universitet və ya təqaüd proqramlarından qəbul sənədi əldə olunmadıqda icraçı əvvəlcədən ödənilmiş xidmət haqqının 100 %-ni, yəni 4.250 manat məbləği sifarişçiyə geri qaytarır. Müqavilənin 6.4-cü bəndinə əsasən isə üzürlü səbəb olmadığı (sağlamlığın ciddi şəkildə pozulması, əmək qabiliyyətinin itirilməsi, ağır xəstəlikdən əziyyət çəkilməsi üzrlü səbəb hesab olunur) təqdirdə sifarişçi qəbul aldığı universitetə qatılmaqdan imtina edərsə, ödəniş olduğu ilkin xidmət haqqını geri tələb edə bilməz və geri qalan məbləği ödəmək məsuliyyəti daşıyır. 3. xx.xx.2023-cü il tarixli və xx.xx.2023-cü il tarixli qaimə fakturalara əsasən İddiaçı “British Academy”yə hər dəfə 4.250 manat olmaqla iki dəfə ödəniş etmişdir.
4. Cavabdeh Azərbaycan Respubl ikası Dövlət Sərhəd Xidmətinə ünvanladığı, notariat qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizədə bildirmişdir ki, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib qayıtmasına heç bir etirazı yoxdur. 5. 17.08.2023-cü il tarixli, E-19095349-2xx.xx-81633595 nömrəli “denklik belgesi”nə əsasən Ülvi Rzazadənin təhsil səviyyəsinin Türkiyə Respublikasında təsdiq edilmiş səviyyəyə uyğun olduğu təsdiq edilmiş və qiymətləndirilmişdir.
6. X16 xx.xx.2023-cü il tarixdə uçmaq üçün təyyarə bileti almış, elektron sərnişin biletinə əsasən (X20 - Anadolu Jet) biletin alınmasına görə 406,77 manat ödəniş edilmişdir.
7. Lakin uçuş günündə - xx.xx.2023-cü il tarixdə Cavabdeh oğlu Ülvi Rzazadənin yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara Türkiyə Respublikasına gedib-qayıtmasına etiraz etmədiyi barədə xx.xx.2023-cü il tarixli ərizəni ləğv etdirmişdir.
8. Bundan sonra İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə, tək və ya anasının razılığı ilə digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə (ölkəni daimi əsaslarla tərk etməsi halı istisna olmaqla) icazə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(007)- 2692/2023 saylı qətnaməsi ilə iddia təmin edilmişdir. 9. xx.xx.2023-cü il tarixli qəbzə əsasən X6 üçün 5000 TRY ödənilmi şdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
10. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra - cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “BA Azerbaijan" MMC ilə "Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ödənilmiş 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X20 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetin yataqxanası üçün ödənilmiş 3942 manat olmaqla ümumilikdə 12848 manat, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun, 50 manat mediasiya xərcinin Cavabdeh tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
11. İddiaçı tələbini işin yuxarıda qeyd olunan faktik hallarına u yğun olaraq belə əsaslandırıb ki, oğlu Ülvi Rzazadənin yetkinlik yaşıra çatanadək Türkiyə Respublikasına və digər xarici ölkələrə müstəqil qaydada getməsinə və digər qanuni hərəkətləri sərbəst qaydada etməsinə etirazının olmamasına dair Türkiyə Respublikasının səlahiyyətli orqanlarına və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə təqdim edilməsi üçün tərəfindən Bakı 7 saylı “Asan Xidmət" Mərkəzinin Notariat ofisinə müraciət edilmiş və xx.xx.2023-cü il tarixli ərizələr notariat qaydada təsdiq edilmişdir. Eyni zamanda cavabdeh xx.xx.2023-cü il tarixi Bakı şəhəri 32 saylı Notariat ofisində təsdiqlənmiş ərizə ilə Ülvi Rzazadənin yetkinlik yaşına çatanadək müstəqil surətdə Azərbaycan Respublikasından kənara (Türkiyə Respublikasına) getməsinə etiraz etmədiyini bildirmişdir. Bütün zəruri sənədlər hazır olduqdan sonra Ülvi Rzazadənin təhsili ilə əlaqədar 21 avqust 2023-cü il tarixdə Türkiyə Respublikasına getməsi üçün 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına **********198 nömrəli elektron sərnişin bileti alınmışdır. 21 avqust 2023-cü il tarixdə Heydər Əliyev adına X7 sənədlərin yoxlanışı zamanı cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə Ülvi Rzazadənin müstəqil surətdə Azərbaycan Respublikasından kənara getməsinə razılıq ərizəsinə xitam verildiyi məlum olmuşdur. Bu barədə cavabdeh tərəfindən onlara heç bir məlumat verilməmişdir. xx.xx.2023-cü il tarixindən etibarən cavabdehin onlarla və xüsusilə oğlu Ülvi Rzazadə ilə valideyn olaraq şəxsi əlaqələri olmamış, onun ölkədən getməyinə etirazının olmasını heç bir üsul və vasitə ilə bildirməmişdir. Odur ki, notariat qay dada təsdiq edilmiş ərizənin cavabdeh tərəfindən ləğv edilməsi və bu barədə valideyn olaraq ona və ya cavabdehin öz övladına əvvəlcədən məlumat verməməsi qərəzli xarakter daşıyır. Baş verənlərdən sonra universitet tərəfindən oğlu Ülviyə universitetə gedə bilməsi üçün akademik məzuniyyət verilmiş və bu zaman kəsiyində uşağın digər valideynin icazəsi olmadan ölkə xaricinə getmək hüququnun verilməsi barədə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edilmişdir. Qanunverciliyə uyğun olaraq təqdim edilmiş sübutlar məhkəmə tərəfindən qiymətləndirilmiş və iddia tələbi təmin olunmuşdur. İstər məhkəmə qaydasında, istərsə də şəxsi münasibətlər zəminində cavabdehin gətirdiyi və bundan sonra gətirə biləcəyi arqumentlər əsassız olmaqla birbaşa və dolayı üsullarla uşağın təhsil hüququnun pozulması üçü n edə bilməzdi. Eyni zamanda cavabdeh valideyn olaraq mənəvi və hüquqi öhdəliklərindən irəli gələn digər vəzifələri bu günədək lazımınca icra etməmiş və barəsində məcburi qaydada gətirilmə haqqında müxtəlif vaxtlarda Nizami Rayon Məhkəməsi tərəfindən qərardadlar qəbul edilmişdir. Beləliklə, cavabdehin məsuliyyətsiz və qərəzli hərəkətlərinin nəticəsində oğlu Ülvi Rzazadənin konstitusion hüququ olan təhsil hüququ qərəzli şəkildə pozulmuş, "xxxx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” imzalanmış müqavilə əsasında ona 8500 manat, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına nömrəsi **********198 olan elektron sərnişin aviabiletinin (X20 - Anadolu Jet) alınmasına görə 406 manat, universitetinin yataqxanası üçün ödənilmiş 3942 manat maddi ziyan vurmuşdur.
12. Cavabdeh iddia ər izəsinə etiraz edərək bildirmişdir ki, iddiaçı oğlu X15 Respublikasında təhsil alması üçün ümumlikdə 12848 manat məbləğində pulu ona yox, “Təhsil xidmətlərinin göstərilməsi haqqında" “BA Azerbaijan" MMC ilə imzalanmış müqavilə əsasında qeydiyyatı, kimliyi və həqiqiliyi bəlli olmayan, fəaliyyət istiqaməti və məqsədi şübhə doğuran “BA Azerbaijan" MMC-yə ödəmişdir. Buna görə də oğlunun Türkiyə Respublikasında təhsil almasında müəyyən problemlərin yaranacağı qaçılmaz idi. Çünki başqa məqsədlər üçün yaradılan “BA Azerbaijan" MMC fəaliyyətini əsasən cəmiyyətdə çaşqınlıq yaradaraq vətəndaşları aldatmağa yönəltmişdir. O, iddiaçıdan bir manat belə olsa pul almamışdır ki, ona da hər hansı bir ziyan vursun. Bundan başqa, Türkiyə təhsil sistemində tələbənin bir ay müddətində dərslərdə iştirak etməmə sinə görə onun tədris ili müddətində həmin dərslərdə iştirak edə bilməyəcəyi kimi bir anlayış mövcud deyildir. Həmçinin qeyd edir ki, tələbə hansısa bir səbəbdən təhsilin davam etdirə bilməyəndə onun təhsil haqqı müqavilə üzrə ona tam şəkildə geri qaytarılmalıdır. Bundan başqa o, ümumiyyətlə iddiaçı tərəfindən “BA Azerbaijan'’ MMC-yə hər hansı bir məbləğdə pul ödənilməsinə də inanmır. İddiaya əlavə edilmiş qəbzlər isə saxta qəbzlərdir. Həmin qəbzləri İddiaçı ondan pul tələb etmək üçün qeyri-qanuni formada əldə etmişdir. Nəzərə çatdırır ki, yetkinlik yaşına çatmamış övladının ölkədən çıxışına icazə verməmək onun hüququdur. Bu hüququnu həyata keçirməyinə görə hər hansı bir maddi və ya digər bir məsuliyyət daşımağı isə absurd olmaqla yanaşı hüquqa ziddir. Qeyd edir ki, İddiaçı ilə aralarında olan məhkəmə proseslərin birində görüşüb söhbət edən zaman oğlu Ülvi Rzazadədən təhsili üçün nə zaman Türkiyə Respublikasına gedəcəyini, bilet alıbalmamasını soruşarkən oğlu ona Türkiyəyə getməyəcəyini, Türkiyədə təhsil alması ilə bağlı müəyyən problemlərin yarandığını, təhsil haqqı pulunun təhsil aldığı universitetə ödənilmədiyini bildirmişdir. Ondan bunun səbəbini soruşduqda isə dələduzların, anası Ülviyə Qasımovanı oğullarının Türkiyə Respublikasında təhsil alması adı ilə aldadıb pulunu aldıqlarını bildirmişdir. Qeyd edir ki, oğlu Ülvinin sözlərindən sonra iddiaçının müqavilə bağladığı "xxxx" MMC-yə qarşı içində müəyyən bir şübhələr və narahatlıqlar yarandığı üçün razılıq ərizəsini ləğv etdirmək qərarına gəlib. Eyni zamanda elə məhkəmədə oğlu Ülvi Rzazadəyə və iddiaçıya da belə bir addı m atacağı ilə bağlı məlumat da vermişdir. Bundan başqa bildirir ki, iddiaçı ilə aralarında nikaha məhkəmə qaydasında xitam verildikdən sonra ona övladları ilə görüşməyə icazə vermir, onların görüşməyinə hər cür maneələr yaradır. Eyni zamanda övladlarının düşüncəsində ona qarşı mənfi rəy formalaşdırmaq üçün onun barəsində övladlarına yalan, həqiqətə uyğun olmayan fikirlər söyləyir. Onun tərəfindən cavabdehə heç bir maddi ziyan vurulmamışdır ki, ona hər hansı bir mənəvi ziyan vurulmuş olsun.
13. Sübut kimi təqdim olunmuş xx.xx.2023-cü il tarixli, 24021196/14 saylı “öğrenci belgesi”nə əsasən X14 2023-2024-cü təhsil ili üçün “X3”nin aktiv tələbəsidir.
14. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2024-cü il 18 oktyabr tarixli, 2(007)2275/2024 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Cavabdeh "xx xx" MMC ilə “Təhsil xidmətlərinin göstərilməsi haqqında” müqaviləyə əsasən ödənilmiş 8500 manatın, 11 avqust 2023-cü il tarixində Ülvi Rzazadə adına olan **********198 nömrəli elektron sərnişin aviabiletinin (X20-Anadolu jet) alınmasına görə 406 manatın, universitetinin yataqxanası üçün ödənilmiş 75000 TRY-nın (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla), iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130 manat dövlət rüsumunun və 50 manat mediasiya xərcinin İddiaçı xeyrinə tutulması qət edilmişdir (hakim Ülkər Yusifova).
15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, X1 Cumhuriyyətində yerləşən “X3”nə qəbul olunmuşdur. Uşaqdan ayrı yaşayan ata Cavabdeh onun Türkiyə Cumh uriyyətinə getməsi üçün qanunla müəyyən edilmiş qaydada təsdiq edilmiş razılıq vermiş, lakin daha sonra razılığı ləğv etdirdiyindən uşağın dövlət sərhədinin buraxılış məntəqəsindən keçərək sərbəst surətdə ölkədən getməsi mümkün olmamışdır. Təqdim olunmuş qəbzlərdən göründüyü kimi iddiaçı övladı Ülvi Rzazadənin təhsili üçün lazım olan bütün ödənişləri etmişdir. Daha sonra iddiaçı “valideynin razılığı olmadan uşağın ölkədən getməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 03 oktyabr 2023-cü il tarixli qətnaməsi ilə 20 mart 2006-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək atası Cavabdeh razılığı olmadan anası İddiaçı ilə, tək və ya anasının razılığı ilə digər şəxslər ilə birlikdə Azərbaycan Respublikasından kənara sərbəst surətdə getməsinə (ölkəni da imi əsaslarla tərk etməsi halı istisna olmaqla) icazə verilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyi və verdiyi etibarnaməni ləğv etdirdiyi üçün Ülvi Rzazadə təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə gedə bilməmişdir. Beləliklə, cavabdehin qanunsuz hərəkətləri nəticəsində iddiaçıya, X4 Türkiyə Cumhuriyyətində yerləşən “X3”ndə təhsil alması məqsədi ilə ödənilmiş vəsait və digər xərclər həcmində ziyan dəymişdir.
16. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1097.1, 1115-ci, Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şə kildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli qərarındakı hüquqi mövqelərə istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
17. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, oğlu 2023-cü ilin sentyabr ayında Türkiyə Respublikasına gedə bilməsə də, sonradan 2023-cü ilin oktyabr-noyabr ayında, yəni onun ölkədən kənara sərbəst surətdə getməsinə icazə verilməsi ilə bağlı qəbul edilmiş məhkəmə qətnaməsi qanuni qüvvəsini aldıqdan sonra gedib təhsil ala bilərdi. Belə ki, dərsə qeydiyyatdan keçmiş, mübadilə proqramında iştirak etmiş və ya bir semestr üçün müvəqqəti məzuniyyət götürmüş tələbə Universitetdə aktiv tələbə statusuna malik sayılır. Bu da açıq-aşkar onu göstərir ki, həmin vaxt, yəni 2023-cü ilin oktyabr-noyabr ayında Ülvi Rzazədinin təhsil almaq üçün Türkiyə Respublikasına getmək imkanı olsa da, özü öz seçimi əsasında getməmişdir. Həmçinin iddiaçı da iddia ərizəsində Ülvi Rzazadəyə universitetə gedə bilməməsi səbəbindən akademik məzuniyyətin verildiyini bildirmişdir. Ümumiyyətlə buradan da belə bir nəticəyə gəlmək olar ki, Ülvi Rzazadə 2023-cü ilin oktyabr-noyabr aylarında qəbul aldığı “X3”nə gedib təhsil almağa başlaya bilərdi. Lakin iddiaçının öz seçimi ilə oğlu Ülvi Rzazadə 2023-cü ilin oktyabr-noyabr ayında Türkiyəyə getməmiş, təhsilini davam etdirməmişdir. Bu zaman onun tərəfindən iddiaçıya hər hansı bir zərərin vurulmasından söhbət ge də bilməz. Bundan başqa, birinci instansiya məhkəməsi hazırda qətnaməsində: “Lakin cavabdeh tərəfindən qətnamənin icrası gecikdirildiyi üçün Ülvi Rzazadə təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə gedə bilməmişdir” fikrini qeyd etmişdir. Məhkəmə bu hissədə fikrini tam şəkildə aydınlaşdırmamış, hansı qətnamənin icrasını gecikdirməyini ətraflı şəkildə izah etməmişdir. Dolayısı ilə bu da məhkəmə qətnaməsindən sonra onun oğlu X15 Respublikasına getməsinə razı olduğunu ifadə edir. İddiaçı ilə aralarında olan məhkəmə proseslərinin birində görüşüb söhbət edən zaman oğlu Ülvi Rzazadədən təhsili üçün nə zaman Türkiyə Respublikasına gedəcəyini, bilet alıb-almamasını soruşarkən oğlu ona Türkiyəyə getməyəcəyini, Türkiyədə təhsil alması ilə bağlı müəyyən problemlərin yarandığını, təhsil haqqı pulunun təh sil aldığı universitetə ödənilmədiyini bildirmişdir. Onun da içində müəyyən bir şübhələr və narahatlıqlar yarandığı üçün razılıq ərizəsini ləğv etdirmək qərarında gəlmişdir. Bu barədə də oğlu Ülvü Rzazadəyə və İddiaçı, hətta babasına belə bir addım atacağı ilə bağlı məlumat da vermişdir. Yəni iddiaçının onun oğlu X8 Respublikasına getməsi ilə bağlı razılıq ərizəsini ləğv etdirdiyindən əvvəlcədən məlumatı olmuşdur. Lakin iddiaçı öz iddia ərizəsində yalandan guya bu barədə onlara məlumat verilmədiyini bildirmişdir. Birinci instansiya məhkəməsi tərəfindən hazırki iş üzrə obyektiv şəkildə, hərtərəfli bir araşdırma aparılmamışdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən Ülvi Rzazadənin qəbul olduğu “X3”ndən kənarlaşdırılıbkənarlaşdırılmaması, kənarlaşdırılmışdırsa nə zaman, hansı əsasl a kənarlaşdırılması, həmçinin Ülvi Rzazadə 2023-cü ilin sentyabr ayında universitetə gedə bilməsə də, 2023cü ilin oktyabr-noyabr ayında (məhkəmə qətnaməsindən sonra) gedib təhsilinə davam edib-edə bilməyəcəyi məsələsi araşdırılmamışdır. Türkiyə təhsil sistemində tələbənin biriki ay müddətində dərslərdə iştirak etməməsi onun universitetdən kənarlaşdırılması ilə nəticələnmir və tədris ili müddətində həmin dərslərdə iştirak edə bilməyəcəyi mənasını ifadə etmir, eyni zamanda bununla bağlı universitet tərəfindən hər hansı bir məhdudiyyət tətbiq edilmir. Yəni tələbə Türkiyə Universitetlərinin hər hansı birinə elektron qaydada müraciət edib qeydiyytadan keçdikdən və qəbul aldıqdan sonra təhsil müddətinin istənilən vaxtında gedib qəbul olduğu təhsililinin dərslərində iştirak edib təhsilini davam etdirə bilər. Oğlunun 2023-cü ilin noyabr ayında Türkiyə Respublikasına getməsinə hər hansı bir maneə yox idi. Həmçinin onun tərəfindən 2023-cü ilin noyabr ayında təhsil almaq üçün Türkiyəyə getməsinə heç bir maneçilik törədilməmişdir. Lakin buna baxmayaraq, ananın seçiminə görə Ülvi Rzazadə 2023-cü ilin noyabr ayında gedib təhsilini davam etdirməmişdir. X13 2023-cü ilin oktyabr-noyabr ayında Türkiyə Respublikasına gedib təhsilinə davam edib-edə bilməyəcəyi məsələsi ilə bağlı müvafiq sorğu verilməsi üçün vəsatətlə birinci instansiya məhkəməsinə müraciət olunsa da, lakin məhkəmə əsassız olaraq vəsatəti təmin etməmişdir. Bundan başqa, iddiaçı tərəfindən universitet və yataqxana üçün müvafiq məbləğdə pul ödənilməsi onun tərəfindən iddiaçıya hər hansı bir zərər vurulması mənasına gəlmir. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən universitet və yataqxana üçün ödənilmiş pulun iddiaçı tərəfindən geri alınıb-alınmaması məsələsi araşdırılmamışdır. Əgər iddiaçı ödədiyi pulu geri almışdırsa, burarda hər hansı bir zərərin vurulmasından söhbət gedə bilməz. Qətnamənin müəyyən bir hissəsinin anlaşılmayan bir şəkildə yazılması, müəyyən bir hissəsinin səhv yazılması (2023-2024-cü təhsil ili yox 2003-2004-cü təhsil ili yazılmışdır) hazırki iş üzrə səthi bir araşdırma apardırıldığının bariz göstəricisidir.
19. İddiaçı nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək, etirazı iddia ərizəsinin məzmununa uyğun əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, xx.xx.2023-cü il tarixdən etibarən cavabdehin onlarla və xüsusilə də oğlu Ülvi Rzazadə ilə bir valideyn olaraq şəxsi əlaqələri olmamış, onun ölkədən getməsinə etirazının olmasını heç bir üsul və vasitə ilə bildirməmişdir. Cavabdehin qərəzli hərəkətləri nəticəsində uşaq təhsil almaq üçün Türkiyə Respublikasına getmək hüququndan məhrum edilmişdir. Bununla bağlı məhkəmə tərəfindən qətnamə qəbul edilməklə uşağın cavabdehin razılığı olmadan ölkəni tərk etmək hüququ yaransa da keçən müddət ərzində akademik məzuniyyət bitmiş və "xxxx" MMC tərəfindən təhsil hüququnun itirilməsi qeyd edilmişdir. Göstərilənlərin nəzərə alınması və apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvəsə saxlanılması xahiş edilmişdir.
20. Məhkəmə iclasında məhkəmə kollegiyasının təşəbbüsü ilə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmi ş X14 izahat verərək bildirmişdir ki, o, ümumiyyətlə atası ilə 5 ildir ki, münasibətdə deyil. Heç vaxt atasına təhsil almaq üçün Türkiyə Respublikasına getmək istəmədiyini və getməyəcəyini bildirməmiş, aralarında belə bir söhbət olmamışdır. Belə ki, o, oxumaq istəmiş və bunu arzulamışdır. Türkiyə Respublikasında təhsil almaq Türkiyə Respublikasında oxumaq onun öz seçimi olmuşdur. Hətta atasının razılıq verməsindən əvvəl atası ilə əlaqə saxlamış və ona xaricdə təhsil almaq istədiyini və bu məqsədlə xaricə gedəcəyini bildirərək, onun razılığının olub-olmadığını soruşmuşdur. Atası da razı olduğunu və onun bu qərarına sevindiyini bildirmişdir. Bundan sonra onlar iki dəfə, birinci dəfə notariat kontorunda, atası razılıq verəndə, ikinci dəfə isə 2023-cü ilin iyul ayında “ASAN” xidmətdə sənədləri n rəsmiləşdirilməsi zamanı görüşmüşüblər. Atasının razılıq ərizəsini ləğv etdirməsi barədə ona məlumat verməsi həqiqəti əks etdirmir, atası ona belə bir fikir söyləməmişdir. O, təhsil almaq məqsədi ilə Türkiyə Respublikasına uçmaq üçün hava limanına yollanan və hava limanında olan zaman atasının ona verdiyi razılıq ərizəsini ləğv etdirməsi barədə ümumiyyətlə məlumatlı olmamışdır. Dövlət sərhədinin buraxılış məntəqəsindən keçə bilmədikdə bunun səbəbinin razılıq ərizəsinin ləğv etdirilməsi ilə bağlı olduğunu bilmiş və həmin vaxt ona atasının qadağanı götürə bilməsini söyləmişdilər. Bununla bağlı atası, hətta nənəsi və qardaşı (atasının yanında qalır) əlaqə saxlamaq istəsə də, onun zəngləri cavabsız qalmışdır. Atasının profilinin şəkli belə itmişdir. Belə ki, atası onun nömrəsini bloklamışd ır. Nəticədə ölkədən getməsi mümkün olmamışdır.
21. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 11 mart tarixli, 2(103)-922/2025 nömrəli qətnaməsi ilə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(007)-2275/2024 nömrəli qətnaməsi “universitetinin yataqxanası üçün ödənilmiş 75.000 TRY-nin (qətnamənin icra olunduğu günə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə nəzərə alınmaqla) cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsində ləğv olunmuş, həmin hissədə yeni qətnamə çıxarılmaqla, iddianın həmin hissədə rədd edilməsi, qətnamənin mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun Ca vabdeh aid edilməsi qət edilmişdir (hakimlər - Fuad Abdıyev (sədrlik edən və məruzəçi), Fuad Babayev və Cəmilə Musayeva).
22. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birgə nikahdan doğulmuş Ülvi Rzazadənin ölkə hüdudlarından kənarda (Türkiyə Cümhuriyyəti) təhsil alması ilə bağlı tərəflər arasında razılıq əldə olunmuş və bunun nəticəsi olaraq cavabdeh oğlunun sərhəd məntəqəsindən sərbəst giriş-çıxışına etiraz etməməsini ifadə edən xx.xx.2023-cü il tarixli notarial qaydada təsdiqlənmiş razılıq ərizə vermişdir. İddiaçı da məhz cavabdehin sərgilədiyi rəftara etibar edərək, övladının Türkiyə Cümhuriyyətində olan universitetlərə qəbul olunması ilə bağlı proseslərin həyata keçirilməsi üçün vasitəçi şirkətlə xidmət müqaviləsi bağlamış, X9 Rumeli Universitetin ə qəbul olunması baş tutduğundan həmin müqavilənin icrası ilə bağlı ümumilikdə 8.500 manat məbləğində xidmət haqqı ödəmiş və oğlunun səfəri ilə bağlı elektron aviabilet satın almışdır. Lakin cavabdeh sonradan iddiaçı tərəfə heç bir məlumat vermədən xx.xx.2023cü il tarixli razılıq ərizəsini xx.xx.2023-cü il tarixdə ləğv etdirmiş və faktiki olaraq iddiaçının onun əvvəlki rəftarına güvənindən sui-istifadə etmişdir. Sadalananların nəticəsində Ülvi Rzazadə uçuş günü sərhəd-buraxılış məntəqəsindən buraxılmamış və təhsillə bağlı universitetə gedə bilməmişdir.
23. Cavabdeh iddiaçıya və oğlu Ülvi Rzazadəyə razılıq ərizəsini ləğv edəcəyi barədə əvvəldən məlumat verdiyini bildirsə də, məhkəmə cavabdehin bu qəbildən olan dəlillərini formal mülahizə hesab etmişdir. Belə ki, bu halı nə iddiaçı, nə də ki, onların oğlu Ülvi Rzazadə təsdiq edir. Ülvi Rzazadə ümumiyyətlə atası ilə 5 ilə yaxındır ki, əlaqəsinin və münasibətinin olmadığını, atasına yalnız xaricə təhsil almaqla bağlı zəng etdiyini və bu məsələyə onun münasibətini öyrəndiyini, atası da onu bu məsələdə dəstəklədiyini, bundan sonra atasını iki dəfə, yəni birinci dəfə razılıq ərizəsinin verilməsi ilə bağlı notariat kontorunda, ikinci dəfə isə sənədlərin rəsmiləşdirilməsi zamanı “ASAN” xidmətdə gördüyünü, təhsil almağa getməməsi barədə isə atasına hər hansı fikir söyləmədiyini, belə bir söhbətin olmadığını, uçuşa buraxılmamasının səbəblərini sərhəd keçid məntəqəsindən buraxılmayan zaman bildiyini, dərhal atası, qardaşı və nənəsi ilə telefonla əlaqə saxlamağa çalışsa da, zənglərinin cavabsız qaldığını bildirmişdir. Qeyd edilənlər öz növbəsində cavabdehin oğlu tərəfindən ona təhsil alması ilə bağlı Türkiyə Cumhuriyyətinə getməyəcəyini, bununla bağlı problemlərin yarandığını bildirməsi barədə fikirlərinin də əsassız olduğunu təsdiq edir. Hər bir halda, Ülvi Rzazadə bu barədə məlumatlı olduğu halda, heç nə olmamış kimi hava limanına yollanmazdı və sərhəd keçid məntəqəsində göstərilən çətinliklərlə üzləşməzdi.
24. Cavabdehin "xxxx" MMC-yə qarşı içində müəyyən bir şübhələrin və narahatlıqların yaranması səbəbindən razılıq ərizəsinin ləğv etdirməsi qərarına gəlməsi barədə mövqeyi isə nəinki əsassız, ümumiyyətlə anlaşılmazdır. Hər bir halda, bu qərara gəlmək üçün cavabdeh bununla bağlı hər hansı araşdırma aparmalı, o cümlədən həmin cəmiyyətə müraciət etməli, sənədlərlə tanış olmalı idi. Lakin cavabdehin ümumiyyətlə bu istiqa mətdə hər hansı tədbir görməsi müəyyən edilmir.
25. Cavabdeh verdiyi razılığı məhz uçuş tarixində, yəni xx.xx.2023-cü il tarixdə ləğv etdirmişdir. Bu da öz növbəsində onun uşağın uçuş tarixi barədə tam məlumatlı olmasını təsdiq edir. Ümumiyyətlə razılıq verdikdən sonra cavabdehin təkcə bu razılığı ləğv etdirməsi deyil, digər hərəkətləri də birmənalı şəkildə Ülvi Rzazadənin təhsil almaq üçün Türkiyə Cumhuriyyətinə getməsinin qarşısını almağa yönəlmişdir. Belə ki, razılıq ləğv edildikdən sonra təhsil almaq üçün Ülvi Rzazadənin ölkədən çıxa bilməməsi səbəbindən iddiaçı cavabdehə qarşı “valideynin razılığı olmadan uşağın ölkə hüdudlarından kənara çıxarılması” tələbinə dair iddia qaldırmışdır. Həmin icraat çərçivəsində də cavabdeh iddianın təmin edilməsinə etiraz etmişdir. Bu iş üzrə Nizami R ayon Məhkəməsi tərəfindən qətnamə xx.xx.2023-cü il tarixdə qəbul edilsə də (iddia təmin edilmişdir), onu 2024-cü ilin yanvar ayının sonunadək icraya yönəltmək mümkün olmamışdır. Bunun səbəbi cavabdehin həmin qətnaməni məhkəmə qəbzinə imza etməklə yalnız xx.xx.2023-cü il tarixdə qəbul etməsi olmuşdur.
26. Məhz qeyd edilənlər nəticəsində Ülvi Rzazadə qəbul olunduğu universitet tərəfindən ona verilmiş akademik məzuniyyətin son tarixi olan xx.xx.2024-cü il tarixədək təhsilə qatıla bilməmişdir. Bu da öz növbəsində onun bu hərəkətləri nəticəsində iddiaçıya vurulmuş zərərin əvəzinin ondan tutulması üçün əsas yaradır.
27. Məhkəmə kollegiyası iddia tələbinin “birgə nikahdan doğulmuş oğlunun Türkiyə Cümhuriyyətində təhsil alması üçün vasitəçi şirkət “X5” MMC ilə bağlanılmış “Təhsil xidmətlərinin gös tərilməsi haqqında” müqavilə əsasında ödənilmiş pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı ilə “X5” MMC arasında bağlanmış xx.xx.2023-cü il tarixli müqavilə üzrə Ülvi Rzazadənin təhsilini davam etdirməsi ilə bağlı Türkiyə Cumhuriyyətində yerləşən universitetlərə müraciət edilməsi üçün ümumilikdə iddiaçı tərəfindən vasitəçi şirkətə 8.500 manat (4.250 manata avans + 4.250 manat qalıq) ödəniş edilmişdir. Bu hal həm iş materiallarında olan qaimə faktura, həm də cəmiyyətin məktubu ilə öz təsdiqini tapır. Müqavilənin 6.4-cü bəndi (mövcud vəziyyətə uyğun iddiaçı bilavasitə həmin məbləği ödəmək vəzifəsi daşıyır), habelə cəmiyyətin iddiaçıya qarşı bu məbləğin ödənilməməsi ilə bağlı hər hansı pretenziya irəli sürməməsi bu məbləğin ödənilməməsini istisna edir. Hər bi r halda, əsas məqsədi mənfəət əldə etməkdən ibarət olmaqla vergi ödəyicisi olan bu cəmiyyət pulun ödənilmədiyi təqdirdə, onun ödənilməsi barədə məhkəməyə məlumat verməzdi. İddiaçı həmin ödənişi övladının təhsil almaq üçün xarici ölkəyə getməsi barədə cavabdehin yazılı razılığına güvənərək bu addımı atmışdır. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının müqaviləni cavabdehin razılığı ilə bağlı sərgilədiyi hərəkətlərinə güvənərək bağladığını, lakin sonradan cavabdehin həmin rəftara zidd rəftar nümayiş etdirdiyini və müqavilə şərtlərini nəzərə alaraq hesab edir ki, iddia tələbinin həmin hissəsi ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi haqlı olmuşdur.
28. Məhkəmə kollegiyası iddia tələbinin “Türkiyə Cümhuriyyətinə uçuş üçün alınmış aviabiletin dəyərinin cavabdehdən tutulması” hissəsində də eyni mövqedən çıxış etmiş (iddiaçının cavabdehin əvvəlki rəftarına güvənməsi) və hesab etmişdir ki, birinci instansiya məhkəməsinin həmin hissədə də qənaəti düzgün olmuşdur.
29. Məhkəmə kollegiyası iddianın “universitetin yataqxanası üçün ödənilmiş pulun cavabdehdən tutulması” hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı bu məsələ ilə bağlı ilk ödənişini xx.xx.2023-cü il tarixdə həyata keçirmişdir. Halbuki, həmin vaxt cavabdehin artıq razılıq ərizəsini ləğv etdirdiyi iddiaçıya məlum idi. Bundan sonra da iddiaçı uşağın ölkədən çıxarılmasına icazə verilməsi ilə bağlı məhkəmə mübahisəsinin aparıldığını, cavabdehin qətnaməni almamasını və nəticədə xx.xx.2023-cü il tarixdə rəsmi qəbul etməsini, belə olan halda, həmin qətnamənin ən yaxşı halda yalnız xx.xx.2024-cü il tarixdə qanuni qüvvəs ini almasını, iddiaya etiraz edən cavabdehin onu apellyasiya qaydasında mübahisələndirməsinin də istisna olunmadığını bilə-bilə ödənişləri davam etmiş və sonuncu dəfə xx.xx.2024-cü il tarixdə bu məqsədlər üçün yataqxanaya ödəniş etmişdir. Digər tərəfdən sonradan həmin ödənişlərin geri qaytarılmasının mümkünlüyünü də araşdırmamış, o cümlədən bu məqsədlə həmin yataqxanaya hər hansı formada müraciət etməmişdir. İddiaçı tərəf Ülvi Rzazadə təhsil almaq üçün sonradan Türkiyə Cumhuriyyətinə gedərkən yataqxanada yer tapa bilməyəcəyinə istinadən bu ödənişləri etdiyini bildirsə də, öz mövqeyinin təsdiqi olaraq da hər hansı sübut təqdim etməmişdir. Bu səbəbdən birinci instansiya məhkəməsi bu məbləği cavabdehdən tutmaqda haqlı olmamışdır. Həmin məbləğin ödənilməsi iddiaçının öz seçimi olmuş, yəni il k iki halda iddiaçı tərəfindən ödənişlər cavabdehin hərəkətlərindən əvvəl olmuş və bu baxımdan cavabdehin həmin ödənişləri etməmək (bu itikinin qarşısını almaq) imkanı olmamış, lakin hazırki ödənişlər aparılan zaman iddiaçı mövcud vəziyyət və nəticənin uğursuz olması ehtimalı barədə tam məlumatlı olmuşdur. Bu səbəbdən apellyasiya şikayəti həmin hissədə əsaslıdır və iddia tələbi həmin hissədə rədd edilməlidir.
30. Məhkəmə kollegiyası cavabdehdən iddiaçının xeyrinə tutulan mediasiya xərcinin məbləği ilə də razılaşmışdır.
31. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3, 16.1, 21.1, 21.2, 560.1, 560.2, 560.3.4-cü, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 29.2, 51.4, 58.2, 60.1, 60.2-ci, Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 9, 11.1, 11.2-ci, Azərbaycan Resp ublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 217.1, 217.3, 217.4, 384.0.2, 385.1-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
32. Cavabdeh kassasiya şikayəti verərək apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin apelyasiya şikayətinin təmin edilməmiş hissəsində ləğv edilməsini və iddianın tam rədd olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.
33. Kassasiya şikayəti cavabdehin iddia tələbinə etirazın və apelyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının pozulduğu göstərilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
34. İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz göndərərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
35. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
36. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda suiistifadə edilməsinə yol verilmir.
37. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
38. Maddə 21.2. Zər ər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
39. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
40. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
41. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır:... 560.3.4. digər tərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi; Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi
42. Maddə 11.1. Bu Məcəllənin 11.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynləri, övladlığa götürəni, himayəçisi və ya qəyyumu ilə gedə bilər.
43. Maddə 11.2. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən valideynlərinin biri ilə getdikdə digər valideynin notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Yetkinlik yaşına çatmayan vətəndaş ölkədən tək getdikdə valideynlərinin, valideyn himayəsindən məhrum olduqda isə onu övladlığa götürən şəxsin, himayəçisinin və ya qəyyumunun notariat qaydasında təsdiq edilmiş razılığı tələb olunur. Həmin şəxslərdən birinin razılığı olmadıqda, yetkinlik yaşına çatmayan vətəndaşın ölkədən getməsi məsələsi məhkəmənin qərarı əsasında həll edilir. Azərbaycan Respublikasının Mülki P rosessual Məcəlləsi
44. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
48. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
49. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
50. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
51. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
52. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellya siya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
53. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsi Cavabdeh tərəfindən apelyasiya şikayətinin təmin edilməmiş hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı mübahisələndirilən hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
54. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məh kəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
55. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Az ərbaycana qarşı” işi üzrə).
56. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin m əsələləri təkrarlamağa lüzum qalmır.
57. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və iddiaçının dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
58. Kassasiya şikayətinin dəlilləri mahiyyəti etibarilə, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır. Qeyd olunmalıdır ki, işin faktiki halları ilə bağlı dəlillər üzrə kassasiya icraatında araşdırma aparılmır, onla ra qiymət verilmir. Çünki kassasiya icraatı yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət verilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
59. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin d əlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
60. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-922/2025 nömrəli, 2025ci il 11 mart tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.