Məhkəmə qərarları › İş №2(102)-2719/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2719/2021

07.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2719/2021 07.06.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” barədə ilkin, Cavabdeh1 İddiaçı qarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair qarşılıqlı tələbinə dair iş üzrə QƏRARİ (Açar sözlər: istifadə hüququna xitam verilməsi, mənzildən çıxarılma, mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh1 vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-7836/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı vəkili Nümayəndə, həmçinin Cavabdeh1 və vəkili Vəkil1 tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə 07 iyun 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ilə X4 arasında bağlanmış 18.07.2017-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.3 kv.m olan mənzil 90.000 manata ona satılmışdır. Həmin mənzildə qeydiyyatda olan şəxslər, o cümlədən cavabdehlər Cavabdeh4, və Cavabdeh2 mənzilin satılmasına notarial qaydada razılıq vermiş, 19.07.2017-ci il tarixədək qeydiyyatdan çıxmaq öhdəliyi götürmüşlər. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi ev 8-də yerləşən ümumi sahəsi 81,3 kv.m olan 13 saylı mənzil tam mülkiyyət hüquq ilə İddiaçı xüsusi mülkiyyətindədir. Bu barədə reyestr kitabına, 21 iyul 2017-ci il tarixdə qeydiyyat aparılmışdır. İş materiallarında olan, 5 saylı Bakı “Asan xidmət” mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən 16 sentyabr 2017-ci il tarixdə verilmiş AZ-İİ № 230550 saylı Nikah haqqında Şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı və X3 16 sentyabr 2017-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərk əzinin Qeydiyyat şöbəsində nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Yusifova soyadı verilmişdir. Azərbaycan Respublikası DİN-nin yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 24.02.2020-ci il tarixli arayışından görünür ki, 04.06.1991-ci il tarixdə doğulmuş Cavabdeh1 ünvan 1-də qeydiyyatdadır. İş materiallarında olan, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4793/2019 saylı, 26 dekabr 2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, iddia tələbi təmin edilərək, İddiaçı ilə Cavabdeh1 arasında 16 sentyabr 2017-ci il tarixdə 5 saylı Bakı “Asan Xidmət” mərkəzinin Qeydiyyat şöbəsində 3215 nömrəli akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, 09 iyul 2018-ci il təvəllüdlü X1 və tərbiyə edilməsi üçün anası Cavabdeh1 yanında qalması qət edilmişdir. İş üzrə qəbul edi lmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə 13.03.2020-ci il tarixdə məhkəməyə müraciət edərək, 04.06.1991-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi və həmin yaşayış sahəsindən çıxarılması, 04.10.1991-ci il təvəllüdlü Cavabdeh2, 28.01.1952-ci il təvəllüdlü Cavabdeh3 və 06.09.1986-cı il təvəllüdlü Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla X4 arasında bağlanmış 18.07.2017-ci il tarixli alğı-satqı müqaviləsinə ə sasən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81.3 kv.m olan mənzil 90.000 manata ona satılmışdır. Bundan sonra mənzil üzərində tam mülkiyyət hüququna dair DƏDRX tərəfindən ona 21.07.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Bundan sonra 16 sentyabr 2017-ci il tarixdə Cavabdeh1 ilə nikaha daxil olmuş, birgə nikahlarından 09.07.2018-ci il tarixdə X5 anadan olmuşdur. Həmin ərəfələrdə Cavabdeh1 ilə münasibətləri pozulmuş və faktiki nikah münasıbətləri kəsilmişdir. Həmin zaman uşağın bır yaşı tamam olmadığı üçün nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edə bilməmiş, yalnız uşağın bir yaşı tamam olduqdan sonra nikahın pozulması tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. Həmin müddət ərzində Cavabdeh1 əsasən ata evində yaşamış, mübahisəli mənzilə gəlib-g etmişdir. Hazırda da mənzilin açarları Cavabdeh1 var və vaxtaşırı mənzilə gələrək qısa müddət qalır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4793/2019 saylı, 26.12.2019-cu il tarixli qətnaməsi ilə onların nikahı pozulmuş, birgə nikahlarından 09.07.2018-ci ildə doğulmuş X5 anası Cavabdeh1 yanında saxlanılmışdır. Nikah pozulduqdan sonra Cavabdeh1 mənzili boşaltmağı tələb etsə də, cavabdeh müxtəlif bəhanələrlə bundan imtina edir. Birgə nikah dövründə Cavabdeh1 həmin mənzilə pasport qeydiyyatına da düşmüşdür. Cavabdeh1 hərəkətləri onun mülkiyyətində olan mənzildən istifadə, sahiblik və sərəncam hüquqlarını pozur. Bu səbəbdən də Cavabdeh1 mənzildən istifadə hüququna xitam verilməsini və həmin mənzildən çıxarılmasını xahiş edir. Bundan əlavə bildirir ki, 18.07.2017-ci il tarixli daşınmaz ə mlakın alqı-satqı müqaviləsi bağlanarkən həmin mənzildə qeydiyyatda olan şəxslər mənzilin satılmasına razılıq vermiş və müqavilənin 13-cü bəndinə əsasən onlar həmin tarixdə mənzildən qeydiyyatdan çıxmağı öhdələrinə götürmüşlər. Hazırki iş üzrə cavabdehlər Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 bu günədək öhdəliklərinə əməl etməyərək ünvan 1 ünvanından qeydiyyatdan çıxmamışlar. Həmin cavabdehlərin hərəkətləri onun mülkiyyətində olan mənzildən istifadə və sərəncam hüquqlarını pozur. Cavabdeh1 qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun azyaşlı oğlu V.V.V ilə birlikdə ünvan 1 ünvanına köçürülməsi və həmin mənzildən istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 qarşılıqlı iddiasını onunla əsaslandırmışdır ki, İddiaçıla 16 sentyabr 2017-ci ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, ailə qurandan sonra cavabdehin mülkiyyətində olan ünvan 2-ə gəlin köçmüşdür. Bütün cehiz əşyaları həmin mənzilə yerləşdirilib. 09 oktyabr 2017-ci il tarixdən həmin mənzilə daimi qeydiyyata düşmüşdür. Həmin mənzil onlar nişanlı olan zaman alınmış və hətta atası da həmin mənzilin bəzi təmir işlərinin görülməsinə maddi köməklik etmişdir. Cavabdehlə birgə nikahlarından 09 iyul 2018-ci ildə oğlu V.V.V dünyaya gəlmişdi. Hamiləliyin son aylarında səhhəti ilə bağlı, eyni zamanda cavabdehin hədələrinə, işgəncələrinə dözə bilmədiyinə görə valideynlərinin yaşadığı evə getmiş və uşaq dünyaya gəldikdən təxminən 1-2 ay sonra övladı ilə birlikdə öz evlərinə - ünvan 2 ünvanına qayıtmışdır. Lakin, evə qayıdarkən artıq YYY həmin evdə yaşamırdı və özünə məxsus bütü n əşyaları aparıb getmişdi. Beləliklə, o, və oğlu həmin evdə yaşamaqda davam etmişlər. Oğlunun bir yaşı tamam olan kimi İddiaçı 10 iyul 2019-cu ildə məhkəməyə müraciət edərək nikahın pozulmasını tələb etmişdir. O, ailəsinin dağılmaması üçün cəhdlər etsə də, Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 26 dekabr 2019-cu il tarixli qətnaməsi ilə aralarındakı nikah pozulmuş, 09 iyul 2018-ci il təvəllüdlü V.V.V in onun yanında qalması qət edilmişdi. İddiaçı onunla razılaşmışdır ki, o, YYYdan aliment tələb etməsin və bunun qarşılığında yaşadıqları ev onunla oğlunun istifadəsində qalacaq, oğlu yetkinlik yaşına çatanda mənzili oğlunun adına rəsmiləşdirəcəkdir. Bu səbəbdən o, YYYdan aliment tutulmasına dair Yasamal Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli qərardadından şikayət vermiş, məhkəmənin 18. 10.2020-ci il tarixli qərardadı ilə onun şikayəti təmin olunmuş və cavabdehdən aliment tutulması barədə Yasamal Rayon Məhkəməsinin 26.09.2019-cu il tarixli qərardadı ləğv edilmişdir. İddiaçı 2.000 manata yaxın əmək haqqı alır və o, hər ay 500 manata yaxın aliment ala bilərdi. Məhz cavabdeh mənzili onun tam istifadəsinə verdiyinə görə alimentdən imtina etmişdir. Yalnız koronovirus pandemiyasının yayılması ilə əlaqədar valideynləri həyət evində yaşadığına görə müvəqqəti olaraq valideynlərinin yaşadığı evə getmişdir. Bundan istifadə edən İddiaçı onun mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəmədə iddia qaldırıb və onu və övladını mənzilə buraxmayacağı ilə hədələyir. Mübahisəli mənzil onun və oğlunun yeganə yaşayış yeridi, onların yaşayış üçün lazım olan bütün əşyaları həmin mənzi ldədir. Ailə qurandan və həmin mənzilə köçəndən 4-5 ay sonrakı tarixdən bu günə qədər mənzilin kommunal xərcləri onun valideynləri tərəfindən ödənilib. Yasamal rayon Məhkəməsinin (hakim Günay Axundova) 24 avqust 2020-ci il tarixli 2(004)2556/2020 nömrəli qətnaməsi ilə ilkin iddia təmin edilmiş, 04.06.1991-ci il təvəllüdlü Cavabdeh1 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmiş və Cavabdeh1 həmin yaşayış sahəsindən çıxarılmış, 04.10.1991-ci il təvəllüdlü Cavabdeh2, 28.01.1952-ci il təvəllüdlü Cavabdeh3 və 06.09.1986-cı il təvəllüdlü Cavabdeh4 ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilmişdir. Qətnamənin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanına olan qeydiyyatının ləğvi üçün əsas olduğu qeyd edilmiş, q arşılıqlı iddia təmin edilməmiş, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir. Məhkəmə qeyd etmişdir ki, ilkin iddia əsaslıdır. Çünki sözügedən mənzilin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh1 arasında olan nikah pozulmuşdur. Cavabdeh1 artıq İddiaçı ailə üzvü deyil. Qanunvericiliyin tələbinə görə keçmiş ailə üzvü olan Cavabdeh1 sözügedən mənzilə istifadə hüququ saxlanılmır. Məhkəmə qeyd etmişdir ki, Cavabdeh1 111 saylı mənzilə istifadə hüquqlarına xitam verilməsi və onun mənzildən çıxarılması barədə ilkin iddia təmin edilməlidir. Cavabdeh1 həmin mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması barədə qarşılıqlı iddia tələbi isə ilkin iddia ilə qarşılıqlı olaraq bağlıdır. Məhkəmə qeyd etmişdir ki, nə qədər ki, Cavabdeh1 111 saylı mənzildən istifadə hüquqları na xitam verilməsi və onun həmin mənzildən çıxarılması barədə ilkin iddia təmin olunur, Cavabdeh1 həmin mənzilə istifadə hüquqlarının tanınması və köçürülmə tələbi rədd edilməlidir. Digər cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 111 saylı mənzilə istifadə hüququna xitam verilməsi tələbi lə bağlı isə məhkəmə müəyyən etmişdir ki, Bakı şəhər 3 saylı ASAN xidmət mərkəzinin notariat kontorunda bağlanmış, 18 iyul 2017-ci il tarixli alğı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən müəyyən olunur ki, X4 tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 81,3 m2 mənzil İddiaçı satılaraq tam mülkiyyətinə verilmişdir. Cavabdehlər alqı-satqı zamanı mənzilin satılmasına etiraz etmədiklərini bildirmişlər. Belə olan halda məhkəmə hesab etmişdir ki, mənzilə mülkiyyət hüququ iddia çıya məxsusdur, cavabdehlərin həmin mənzilə olan qeydiyyatı isə formal xarakter daşıyır. Məhkəmə öz mövqeyini Ailə Məcəlləsinin 30.1, 30.2, 30.4 Azərbaycan Respublikası Mülki Məcəllənin 152.5, 178.1-ci maddələrinə istinadla əsaslandırmışdır. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh1 apelyasiya şikayəti verərək qətnaməsinin qismən ləğv edilərək ilk iddia tələbinin ona aid hissədə rədd edilməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Qürbət Əsgərov - sədrlik edən və məruzəçi, Azad İmanov və Vahid Sadıqov) 2(103)-7836/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi qismən ləğv edilmiş, cavabdeh, Cav abdeh1 iddiaçı, İddiaçı məxsus 111 evin 13 saylı mənzilindən istifadə hüququ 1 (bir) il müddətində saxlanılması, istifadə hüququ üçün müəyyən edilmiş 1 (bir) illik müddət başa çatdıqdan sonra Cavabdeh1 İddiaçı məxsus 111 evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması qət olunmuş, qarşılıqlı iddia tələbi qalan hissədə təmin edilməmişdir. Apellyasiya Məhkəməsi müəyyən etmişdir ki, mübahisəli evlə bağlı tərəflər arasında münasibətlər 16 sentyabr 2017-ci il tarixdə yaranmış, cavabdeh, Cavabdeh1 köçürülməsini tələb etdiyi 111-də yerləşən 13 saylı mənzil isə 21 iyul 2017-ci il tarixdən iddiaçı, İddiaçı xüsusi mülkiyyətində olduğundan hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Mənzil Məcəlləsinin müddəaları baxımından qiymət verilməklə mübahisə həll edilməlidir. Apellya siya Məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 mübahisəli mənzilə istifadə hüququ yaranmışdır, lakin Cavabdeh1 İddiaçıla nikahı 08 fevral 2020-ci il tarixində ləğv olunduğundan və tərəflər arasında başqa razılaşma olmadığından Cavabdeh1 həmin evdən istifadə hüququ saxlanmır. Lakin yuxarıda qeyd edilən normanın tələbindən də göründüyü kimi, keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün istifadə hüququ məhkəmənin qərarına əsasən müəyyən müddətə saxlanıla bilər. Birinci instansiya məhkəməsi hazırkı mübahisəyə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərkən düzgün qənaətə gəlsə də, Cavabdeh1 müəyyən müddətə yaşamaqla istifadə etmə k üçün başqa yaşayış sahəsinin olub-olmamasını, onun maddi vəziyyətinin və diqqətə layiq digər halların özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib-vermədiyini araşdırmamışdır. Bununla da, birinci instansiya məhkəməsi Cavabdeh1 mübahisəli mənzildən müəyyən müddətə istifadə hüququnu saxlamamaqla yanlış nəticəyə gəlmişdir. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh1 müvəqqəti olaraq valideynlərinə məxsus olan ünvanda yaşasa da, onun himayəsində bir azyaşlı oğlan uşağı var və yaşamağa başqa yeri yoxdur. Bu halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 oğlu ilə mübahisəli evə köçürülməsini xahiş etsə də, onun mübahisəli evdən istifadə hüququnun saxlanılması mülkiyyətçi İddiaçı mülkiyyət hüququna tənasübsüz olmaqla, xələl gətirdiyindən, on un mübahisəli evdən istifadə hüququnun müddəti 1 (bir) il müəyyən edilməlidir. Bununla bağlı apelyasiya məhkəməsi qeyd etmişdir ki, mənzilə köçürülmə öz-özlüyündə hüquq olmayıb aşağıda qeyd olunan hüquqların hər hansı biri olduğu halda, həmin hüququn realizə mexanizmi kimi çıxış edir, başqa sözlə həmin hüququn təmini vasitəsi rolunu oynayır və mənzilə köçürmə tələbinin təmini aşağıda göstərilən əsaslardan hər hansı biri mövcud olduqda mümkündür. - İddiaçının tələbi mənzilə mülkiyyət hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilə kirayə müqaviləsinə əsaslanarsa; iddiaçının tələbi mənzilə istifadə hüququna əsaslanarsa; iddiaçının tələbi mənzilin onun xeyrinə servitutla yüklülüyünə əsaslanarsa; iddiaçının tələbi vəsiyyət tapşırığına əsaslanarsa. Göstərilənlərə əsasən apelyasiya məhkəməsi qey d etmişdir ki, hazırkı halda cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 qarşılıqlı iddia tələbində azyaşlı oğlu ilə birlikdə mübahisəli evə köçürülməyi və həmin mənzildən istifadə hüququnun tanınmasını xahiş etsə də, iş materialları ilə və məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, mübahisəli mənzil hazırda Cavabdeh1 faktiki istifadəsindədir. Odur ki, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, onun mübahisəli evdən istifadə hüququ 1 il müddətinə saxlanılmalıdır. Məhkəmə kollegiyası həmçinin iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 və qeyrilərinə qarşı “yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və mənzildən çıxarılma tələbinə dair” iddia ərizəsi ilə bağlı Cavabdeh1 ona məxsus 111 evin 1 3 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə tələbini qismən əsaslı hesab etmişdir. Belə ki, apelyasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh1 azyaşlı oğlu ilə birlikdə mübahisəli evdən istifadə hüququnun 1 il müddətinə saxlanılması müəyyən edildiyindən, onun 111 evin 13 saylı mənzilindən məcburi qaydada çıxarılması barədə İddiaçı tələbi də həmin müddət başa çatdıqdan sonra icra edilə bilər. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları işdə olan sübutlarla əlaqəli şəkildə araşdıraraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi mübahisəli hüquq münasibətinə 01 oktyabr 2009-cu il tarixdən qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsini tətbiq edərkən düzgün qənaətə gəlsə də, Cavabdeh1 mübahisəli mənzildə n müəyyən müddətə istifadə hüququnu saxlamamaqla yanlış nəticəyə gəlmişdir. Qeyd olunanlara əsasən Apelyasiya məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən yol verilmiş prosessual pozuntular qəbul edilmiş məhkəmə aktının ləğvi üçün əsasdır. İddiaçı qətnamədən kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il 2020-ci il tarixli 2(103)-7836/2020 nömrəli qətnaməsinin ləğv edilməsi və ilk iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 kassasiya şikayəti verərək Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 10 noyabr 2020-ci il 2020-ci il tarixli 2(103)-7836/2020 nömrəli qətnaməsinin qismən, Cavabdeh1 qarşılıqlı iddiasının təmin edilməmiş hissəsində qismən ləğv edərək, işin yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayətlərinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətlərinin dəlilləri İddiaçı kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, işin faktiki halları araşdırılmamışdır. Nəzərə almaq lazımdır ki, 2018-ci ilin əvvəllərindən indiyədək tərəflər faktiki olaraq ayrı yaşayırlar, mənzil cavabdehin sahibliyindədir, açarlar cavabdehdədir, iddiaçı mülkiyyətçi olduğu halda öz mənzilindən istifadə edə bilmir. Apellyasiya instansiyası məhkəməsi qətnaməni qəbul etməklə İddiaçı mülkiyyət hüququnun kobud şəkildə pozulmasına səbəb olmuşdur. Həqiqətən acınacaqlı haldır ki, 3 ilə yaxı n müddətdir ki, mülkiyyətçi öz mülkiyyətindən istifadə edə bilmir. Apellyasiya məhkəməsi nəzərə almamışdır ki, iddiaçı və cavabdeh çox qısa müddət evli olmaqla heç bir il bir yerdə həmin mənzildə yaşamamışlar. Belə olan halda cavabdehin mənzil təminatı kimi ümidinin yalnız həmin mübahisəli mənzil olması məntiqsizdir. Apellyasiya instansiyası məhkəməsi cavabdehin mənzildə müvəqqəti istifadə hüququnun saxlanılması qənaətinə gələrkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin sonuncu cümləsinə əsaslanır. Lakin, işin mübahisəsiz halı ondan ibarətdir ki, cavabdeh çox nadir hallarda həmin mənzilə gəlir. Faktiki başqa yerdə yaşayır və mənzilin açarlarını özündə saxlamaqla 3 ilə yaxındır ki, sadəcə iddiaçının mülkiyyət hüquqlarını pozur. Bundan əlavə, apellyasiya məhkəməsi cava bdehin maddi vəziyyətinin və diqqətə layiq digər halların, özünü yaşayış sahəsi ilə təmin etməyə imkan verib- vermədiyini birinci instansiya məhkəməsində araşdırılmamasını qeyd edir. Bu da tam absurd bir arqumentdir. Bu hallara dair tərəfimizdən həm birinci instansiya məhkəməsinə, həm apellyasiya məhkəməsinə kifayət qədər sübutlar təqdim edilmişdir. Həmin sübutlarla təsdiqini tapır ki, cavabdehin maddi vəziyyəti də kifayət qədər yaxşıdır və özünü mənzillə təmin etmək üçün artıqlaması ilə kifayət edir. Lakin, təəssüf ki, apellyasiya instansiyası məhkəməsi qeyd etdiyimiz hala dair sübutlara heç bir qiymət verməmiş və onları görməzdən gəlmişdir. Halbuki, iddiaçı apellyasiya şikayətinə rəsmi qaydada etiraz verilmiş, həmin hallar etirazda da göstərilmiş və irəli sürdüyümüz arqumentləri təsdiq e dən dəlilləri etiraza əlavə edilmişdir. Mənzilin açarları Cavabdeh1 olduğu halda, yəni mənzil faktiki sahibliyində olmasına baxmayaraq uzun müddətdən bəri orada yaşamaması onun həmin mənzilə ehtiyacının olmamasını təsdiq edir. Mənzildə uzun müddətdən bəri heç kimin yaşamamasını təsdiq edən hal cavabdehin özünün etirafı ilə yanaşı ərazi üzrə MKİS tərəfindən verilmiş müvafiq arayışlardır. Həmin arayışın biri (avqust ayında verilmiş arayış) rayon məhkəməsinə təqdim edilmiş, digəri isə apellyasiya məhkəməsinə təqdim edilmişdir. MKİS tərəfindən verilmiş arayışlarda qeyd edilir ki, 111 saylı mənzil boşdur və hazırda orada yaşayan yoxdur. Burada xüsusi diqqət yetirilməsi zəruri məqam odur ki, mənzil faktiki Cavabdeh1 sahibliyindədir, lakin ehtiyacı olmadığı üçün orada yaşamır. Cavabdehin mənzil də yaşamamasını, yəni faktiki olaraq həmin mənzilə ehtiyacının olmamasını təsdiqləyən digər bir hal mənzildə elektrik enerjisi sərfiyyatının əvvəlki dövrlərlə (mənzildə yaşayış olduğu dövrlər) müqayisədə çox cüzi olmasıdır. Hazırda olan cüzi sərfiyyat isə qapı önündə olan lampaya və soyuducuya görə olan sərfiyyatdır. Nəzərə almaq lazımdır ki, mənzilin yerləşdiyi binada qaz yoxdur, bütün zəruri ehtiyaclar elektrik enerjisi vasitəsi ilə təmin edilir. Bunun qarşısında sərfiyyatın çox az olması faktiki olaraq cavabdehin orada yaşamamasını və dolayısı ilə həmin mənzilə ehtiyacının olmamasını təsdiq edir. Cavabdehin qarşılıqlı iddia ərizəsi isə tam əsassızdır. Belə ki, qarşılıqlı iddia ərizəsində mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülmə xahiş edilir. Tələbin birinci hissəsinin ( istifadə hüququnun tanınması) əsassızlığı yuxarıda qeyd etdiyimiz son üç abzasda əsaslandırılmışdır. Qeyd edilməlidir ki, hazırda İddiaçı aylıq əmək haqqının 75 faizi, təxmini hər ay 1250-1300 manat məbləğində pul Cavabdeh1 xeyrinə aliment kimi tutulur (müvafiq çıxarış apellyasiya məhkəməsinə təqdim edilmişdir). Həmçinin qeyd edirik ki, aliment tələbinə dair işə baxılarkən İddiaçı könüllü olaraq ərizə yazıb məhkəməyə müraciət edilməmişdən bir neçə ay öncənin belə alimentini ödəməyə razı olmuşdur. Bundan əlavə sonuncu ali təhsilli həkimdir. Hazırda DTX-nın hospitalında işləyir və yüksək məbləğdə əmək haqqı alır. Bütün bunlar isə onun maddi vəziyyətinin yüksək olmasını və özünü yaşayış sahəsi ilə təmin etməyə imkanının olmasını təsdiq edir. Nəzərə almaq lazımdır ki, cavabdehin ailə üzvlərini n həm çoxmənzilli yaşayış binasında mənzili, həm də geniş fərdi yaşayış evləri mövcuddur. Cavabdeh1 kassasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehin azyaşlı uşağı ilə birlikdə yaşayış sahəsindən istifadə hüququnun saxlanılması üçün əsaslar mövcuddur. Cavabdeh1 azyaşlı oğlu ilə birlikdə daimi yaşamağa başqa bir yeri yoxdur. Azyaşlı uşağı olan cavabdehin mübahisəli mənzildə istifadə hüququnun saxlanılması barədə qanunvericiliyin tələbləri pozularaq istifadə hüququnun saxlanması müddətinin cəmi 01 (bir) il müəyyən edilməsi barədə apellyasiya instansiyasının gəldyi nəticəni qanunsuz və əsassız hesab edirik. Cavabdeh hesab edir ki, Cavabdeh1 özünə və övladına yaşayış yeri əldə edərək mübahisəli mənzildən çıxması üçün (bir) il kifayət deyil. Azyaşlı övladları ən azı 10 yaşına çatana q ədər qarşılıqlı iddia üzrə iddiaçının və oğlunun mübahisəli mənzildə istifadə hüquqları saxlanılmalıdır. Çünki 1 (bir) il müddətində Cavabdeh1 və azyaşlı oğlunun yaşayış sahəsinə olan ehtiyaclarının aradan qaldırılması mümkün deyil. Yaşayış sahəsi ilə təmin olunmaq ən azı 8-10 il vaxt tələb edir. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı vəkili Nümayəndə tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Cavabdeh1 vəkili Vəkil1 tərəflərindən verilmiş kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini, qarşı tərəfin kassasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazım i qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mənzil Məcəlləsi Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Maddə 30.2. Əgər yaşayış sahə sinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçis inin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair 8 oktyabr 2013-cü il tarixli Qərarında qeyd olunur ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 2 28-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayə tin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfin dən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin faktiki hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Hər iki kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, sübutların düzgün qiymətləndirilməməsinə dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu hal kassasiya icraatını faktların müəyyən edilməsi məsələsinə, o cümlədən işin mahiyyətinə toxunmadan yalnız məsələnin hüquqi tərəfi ilə, yəni şikayət edilən qətnamədə qanun pozuntularının mövcudluğu və ya onun olmamasına dair şikayətdə qoyulmuş məsələlərə cavab verilməsi ilə məhdudlaşır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış, məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Məhkəmə kollegiyası apellyasiya məhkəməsi Cavabdeh1 mübahisəli evdən istifadə hüququnun 1 il müddətinə saxlanması və həmin müddət bitdikdən sonra onun mənzildən çıxarılması barədə nəticəyə gələrkən həm Cavabdeh1, həm də İddiaçı mənafelərini nəzərə almışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mahiyyəti üzrə düzgün olduğu üçün dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri isə əsassız olduğu üçün təmin olunmamalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilən lərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-7836/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar