Məhkəmə qərarları › İş №2(102)-2719/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-2719/2022

07.06.2022 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2719/2022 07.06.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi tələbi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əliyev Ələsgər Əliabbas oğlu (məruzəçi), Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma, torpaq sahəsinin boşaldılması və təhvil verilməsi” tələbinə dair iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10699/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsindən Cavabd eh kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Nazirlər Kobineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* №-li, xx.xx.2007-ci il tarixli çıxarışın və daşınmaz əmlakın texniki pasportunun təsdiq edilmiş surətlərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsində mülkiyyətdə olan 0,10328 ha torpaq sahəsində yerləşən 68 “A” nömrəli, 277,3 kv.m. ümumi, 261.1 kv.m əsas, 16.2 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyesterində 9 nömrəli reyest kitabının 824 nömrəli vərəqində qeydiyyata alın mışdır.

2. Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Seriya MH ******* №-li, xx.xx.2009-cu il tarixli çıxarışın və daşınmaz əmlakın texniki pasportunun surətlərinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, İbrahimpaşa Dadaşov küçəsi 68a-da istifadədə olan 0,00413 ha torpaq sahəsində yerləşən, 29.9 kv.m. ümumi, 17.6 kv.m əsas, 12.3 kv.m köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri yaşayış binası tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyesterində 21 nömrəli reyest kitabının 1974 nömrəli vərəqində qeydiyyata alınmışdır.

3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə tikinti-texniki ekspertizasının 10/2431 nömrəli, 29 iyun 2021-ci il tarix li rəyinə əsasən İddiaçı faktiki istifadəsində olan torpaq sahəsi 945 kv.m təşkil edir, İddiaçı mülkiyyətinə verilmiş 0,10328 ha torpaq sahəsinin 91.65 m2 hissəsi Cavabdeh faktiki istifadəsindədir, Cavabdeh tərəfindən istifadə edilən və İddiaçı mülkiyyətinə verilmiş 0,10328 ha torpaq sahəsinin 91,65 kv.m. hissəsinin üzərində inşa olunan tikililər sökülməklə torpaq sahəsi əvvəlki vəziyyətinə gətirilə bilər. İş üzrə qəbul edilmiş məhkəmə aktları. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə, Cavabdeh qarşı “zəbt edilmiş torpaq sahəsindən çıxarılma və torpaq sah əsinin boşaldılaraq təhvil verilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona mülkiyyət hüququ əsasında məxsus olan ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin cavabdeh tərəfindən zəbt olunmuş ölçüsü 12,51 x 7,75 metr hissəsindən cavabdehin çıxarılması və həmin sahənin boşaldılaraq, ona təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-349/2021 saylı, 26 iyul 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, Cavabdeh İddiaçı mülkiyyətində olmaqla, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin zəbt etdiyi 91.65 kv.m. ölçüdə hissəsindən çıxarılması, ünvan 1 ünvanında yerləşən, ümumi sahəsi 0,10328 ha olan torpaq sahəsinin Cavabde h tərəfindən zəbt edilmiş 91.65 m2 ölçüdə hissəsi üzərində olan tikilinin Cavabdeh hesabına sökülərək (həmin sahə boşaldılaraq) İddiaçı təhvil verilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun İddiaçı aid edilməsi, ekspertiza tədqiqatının dəyərini təşkil edən 50 (əlli) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.

6. Məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehin hər hansı hüquqi əsas, o cümlədən iddiaçının iradəsinə zidd olaraq mübahisəli əmlakdan istifadə və ona sahiblik etməsi iddiaçının öz mülkiyyətinə istədiyi kimi sahib olmaq, ondan istifadə etmək hüququnu qanunsuz məhdudlaşdırmaqla onun dövlət tərəfindən toxunulmaz elan olunan və müdafiə edilən mülkiyyətə münasibətdə konstitusion hüququnu kobud şəkildə pozu r, bu səbəbdən cavabdehin həmin əmlakdan qanunsuz sahibliyinə və istifadəsinə son qoyulmalı və cavabdeh iddiaçının mülkiyyətində olan torpaq sahəsinin məhz 91.65 m2 ölçüdə hissəsindən çıxarılmalıdır.

7. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 148, 152, 157 və 158-ci maddələri ilə əsaslandırmışdır.

8. Həmin qətnamədən Cavabdeh apellyasiya şikayəti vermişdir. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

9. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.

10. Apellyasiya şikayəti onunla əsaslandırılmşdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanunsuz, əsassız çıxarılmış, onun mülkiyyət hüquqları pozmuşdur. Məhkəmə öz qətnaməsini yalnız bir əsasla iddiaçıya məxsus mülkiyyət hüquqlarına dair Çıxarışın 2007-ci il tarixdə verilməsi, onda isə bu tarixin 2009-cu ili göstərməsi ilə əsaslandırmışdır. Hazırkı mübahisəyə ədalətli qətnamə ən azından çıxarışın verilməsinin əsaslarını araşdırmaqdan sonra mümkün olacaqdı ki, məhkəmə bu hissədə araşdırma aparmağı zəruri bilmədən mübahisəni sonlandırmağa çalışmışdır. Əslində onun mülkiyyət hüquqların təsdiq edən Çıxarış 2005-ci il tarixli Çıxarış əsasında notarial alqı-satqı müqaviləsi bağladıqdan sonra əldə edilən çıxarışdır. Belə ki, qeyriyaşayış sahəsini əvvəlki mülkiyyətçisindən notarial müqavilə əsasında əldə edərək, 2007ci il tarixdə həmin qeyri-yaşayış sahəsinin altında yerləşən torpaq sahəsini də Binəqədi Bələdiyyəsindən əldə etmişdir. Məhkəmə qərarı verən Binəqədi Bələdiyyəsini üçüncü şəxs olaraq işə cəlb etməmişdi. Məhkəmə ekspert rəyini bilərəkdən öz qətnaməsində qeyd etməməklə iddianın əsassızlığını üzə çıxarmamağa çalışmışdır.

11. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-10699/2021 nömrəli, 07 dekabr 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Q.Əsgərov (sədrlik edən və məruzəçi), A.İmanov və V.Sadıqov)

12. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

13. Apellyasiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5, 6, 148.2, 152, 157.2, Torpaq Məcəlləsinin 66, 68, 110, 111, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 76.2, 217.4-cü maddələri ilə əsaslandırmı şdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

14. Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Kassasiya şikayətini MM-nin 152, 157-ci maddələrinə istinad edərək onunla əsaslandımışdır ki, iddiaçı qeyd edilən əmlakın cavabdehə məxsus olduğunu bilirdi, sadəcə olaraq fürsət gözləmişdir ki, həmin sahəni zəbt etsin. Həmçinin, qanunvericiliyə əsasən mülkiyyətçi özgənin qanunsuz sahibliyində olan əmlakını geri tələb edə bilər. Hazırki mübahisədə sahibdən deyil, iki mülkiyyətçidən söhbət gedir. İşdə olan sübutlarla isə cavabdehə məxsus əmlaka qəsd edildiyi sübutlara deyil, ehtimallara əsaslanır.

16. Bundan əlavə, məhkəmə iddiaçının hüququnun pozulduğunu yalnız iş üzrə keçirilən ekspertiza rəyi ilə və iddiaçıya məxsus mülkiyyət hüquqlarına dair Çıxarışın 2007ci ildə verilməsi, cavabdehdə isə bu tarixin 2009-cu ili gostərməsi ilə əsaslandırmışdır. Halbuki Çıxarış 2009-ci il tarixdə verilmişsə belə, həmin hüquqlar reyestrdə 2001-ci il tarixdə qeydə alınmışdır.

17. Cavabdeh təkrar tikinti-texniki ekspertizasının keçirilməsini məhkəmədən xahiş etsə də, məhkəmə vəsatətləri təmin etməmişdir. b) Kassasiya şikayətinə qarşı tərəfin etirazın dəlilləri

18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

19. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifa də etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur.

20. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

21. Maddə 152.3. İstifadə hüququ əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.

22. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır

23. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

25. Maddə

157. Mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb etmək kimi hüquqları vardır. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

26. Maddə 66.1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.

27. Maddə

68. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərh ədlərinin yerdə müəyyən edilməsindən, onların yerquruluşu planlarının və təsvirlərinin tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır.

28. Maddə

110. Torpaq sahəsinin özbaşına tutulması torpaq qanunvericiliyinin pozulması hesab edilir və bu hərəkəti törətmiş təqsirli şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyırlar.

29. Maddə

111. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Maddə 416.2. Ap ellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

37. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

38. Hazırkı kassasiya şikayətin də cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası qətnaməni tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Belə ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla iş materialları ilə təsdiq edilmir. Həmin dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəm əsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-10699/2021 nömrəli iş üzrə 07 dekabr 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar