Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2719/2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər:torpaq sahəsinin boşaldılması 08.08.2023 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)841/2023 saylı qətnaməsindən Cavabdeh verdiyi kassasiya şikayəti üzrə işə 08 avqust 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı xx xxxxxxx 1972-ci ildə doğulmuşdur. Bərd ə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarı ilə İddiaçı, X3 və X1 mülkiyyətinə Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi verilmişdir. Cavabdeh oğul isə xx xxxxxxxx 1964-cü ildə doğulmuş və Bərdə rayonu, Alpoud kəndində yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra iddiaçı) məhkəmədə iddia qaldıraraq, Cavabdeh (bundan sonra cavabdeh) ona və ailə üzvülərinə “Torpağa mülkiyyət hüququna dair” JN 0031 saylı Dövlət Aktı əsasında məxsus olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bərdə rayonu, Alpoud kəndində daimi yaşayır, Bərdə rayon Aqrar İslahat Komissiyasının 22 iyun 1998-ci il tarixli 09 saylı qərarı ilə ona və ailə üzvlərinə- arvadı X3 və qızı X2 Alpoud kəndində kənd təsərrüfatı təyinatlı 1.18 ha torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin ona və sözügedən ailə üzvlərinə məxsus olması barədə onların adlarına “Torpağa mülkiyyət hüququna dair” JN 0031 saylı Dövlət Aktı verilmişdir. 2014-cü ilədək bu torpaqdan özləri istifadə etmişlər. 2014-cü ildə ürəyindən əməliyyat olunması üçün pul lazım olduğuna görə həmin torpaq sahəsini həmkəndlisi və yaxın münasibətdə olduğu cavabdehə 8 il müddətinə istifadəyə vermiş və əvəzində ondan 2.400 manat pul almışdır. Torpaq sahəsini cavabdehin istifadəyə verərək aralarında rəsmi müqavilə, o cümlədən icarə müqaviləsi bağlanmamışdır. L akin şifahi razılaşmışdırlar ki, torpaq sahəsini ona 01 yanvar 2022-ci il tarixədək, həm də 1 hektarına görə illik 300 manat hesabı ilə verir, torpaq vergisini də cavabdeh ödəyəcəkdir. Cavabdeh isə vəd etmişdir ki, torpaq sahəsindən yaxşı məhsul əldə edərsə, qalan 0.28 ha torpaq sahəsinə görə ona əlavə pul verəcəkdir. Lakin əlavə pulun məbləğini və nə vaxt verilməli olmasını razılaşmamışdırlar. Odur ki, ötən 8 il müddət ərzində o, cavabdehdən vəd etdiyi əlavə pulu heç vaxt istəməmişdir. 2014-cü ildə torpaq sahəsini cavabdehin istifadəsinə verərkən onun Dövlət Aktını da cavabdehə vermişdir ki, dövlət tərəfindən fermerlərə dəstək kimi verilən pul subsidiyasını, kübrə, toxum və sairəni özü ala bilsin. Beləliklə cavabdeh 2014-cü ildən başlayaraq hal-hazıradək torpaq sahəsindən istifadə edir. 2 022-ci ilin əvvəllərindən başlayaraq ondan xahiş etmişdir ki, torpaq sahəsindən istifadəni dayandırsın və özünə qaytarsın. Lakin, əvvəllər cavabdeh bu xahişinə normal yanaşsa da, son vaxtlar torpaq sahəsini boşaltmaqdan qəti şəkildə imtina edir və bildirir ki, guya torpaq sahəsini ona 2.400 manata satmışdır. Odur ki, hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında cavabdeh iddianı qəbul etməyərək, izahatında göstərmişdir ki, iddiaçı torpaq sahəsini ona satmışdır və o, torpaq sahəsinə görə iddiaçıya 2.400 manat pul ödəmişdir. Hal-hazırda torpaq sahəsindən istifadə edir. Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli, 2(021)-3123/2022 saylı qətnaməsi ilə (hakim E.Əhmədov) iddia təmin edilmişdir. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müb ahisəli torpaq sahəsi iddiaçının və ailə üzvlərinin mülkiyyətindədir, iddiaçının və ailə üzvlərinin mülkiyyətində olan Bərdə rayonu, Alpoud kəndində yerləşən 1,28 ha torpaq sahəsindən heç bir hüquq müəyyənedici sənədi olmadan cavabdeh istifadə edir. Bu faktı cavabdeh özü də etiraf etmiş və torpaq sahəsinə dair heç bir rəsmi sənədinin olmadığını bildirmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, cavabdeh mübahisəli torpaq sahəsini iddiaçıdan satın aldığını göstərsə də, işdə bu barədə heç bir yazılı sənəd yoxdur. İddiaçı özü də torpaq sahəsini cavabdehə satdığını inkar edir. Belə olan halda iddiaçı özünün və ailə üzvdərinin mülkiyyətində olan torpaq sahəsini cavabdehdən geri tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 13, 29-cu maddələrinə, Torpaq Məcəlləsinin 84.1-ci maddəsinə, İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsinə, habelə Mülki Məcəllənin 152.1-ci maddəsinin tələblərinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mübahisəli torpaq sahəsini 2.400 manata ona satmışdır. Torpaq sahəsini aldığı vaxtdan həmin torpaq sahəsindən təyinatı üzrə istifadə edir. Buna sübut kimi “Torpağa Mülkiyyət hüququna dair” Dövlət Aktının hələ də onda olmasına gətirə bilər. Bundan başqa sözügedən torpaq sahəsi əvvəllər yararsız vəziyyətdə olmuş, o, xeyli xər c çəkərək öz vəsaiti hesabına torpaq sahəsini münbit hala gətirmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)841/2023 saylı qətnaməsi ilə (hakimlər L.Süleymanov sədrlik edən, məruzəçi, İ.Həsənov və Ş.Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, iş üzrə Bərdə Rayon Məhkəməsinin 15 dekabr 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsini 2.400 manat müqabilində iddiaçıdan satın aldığını, məhkəmə kollegiyasının iclasında isə həmin torpaq sahəsini 6.500 manat müqabilində iddiaçıdan satın aldığını göstərsə də, bu barədə alğı-satqı müqavilə sini məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada və formada müqavilə bağlanmamışdır. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi cavabdehin apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı razılaşmasının olması mülki iş materialları ilə təsdiq olunmur və iddiaçı özü də bu faktı inkar edir. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra iddiaçıya qarşı mübahisəli torpaq sahəsinə görə verdiyi pulu geri tələb etməsinə dair məhkəmədə iddia qaldırması da, hazırki iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi işin halla rını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 152.1, 152.5, 157.2-ci maddələrinin və digər maddi, prosessual hüquq normalarının tələbləri ilə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh (vəkili Vəkil) kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsin in ləğv edilməsi və mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassator, kassasiya şikayətini də apellyasiya şikayəti ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları Azərbaycan Respublikası MPM-nin 10.8-1 və 414-cü maddələrinə əsasən işə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxıldı. Tətbiq edilən hüquq Azərbaycan Respublikasını n Konstitusiyası Maddə 13.1. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyət növündə ola bilər. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır; Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət qanunla qorunur; Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və onun üzərində sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bil ər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını tələb edə bilər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 84.Torpaq mülkiyyətçilərinin hüquqları qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutl ara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlımünasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər ü zrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 416.2.Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsinin hüquqi mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normaların ın tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və işdə, kassasiya şikayətinin dəlillərinə əsasən iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, iddianın təmin edilməsi üçün əsasların olmadığını göstərsə də, kassasiya instansiyası məhkəməsi onun bu dəlilləri ilə razılaşmır. Belə ki, işin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallarına görə, Bərdə rayon Aqrar islahat Komissiyasının 22 iyun 1998-ci il tarixli, 09 saylı qərarına əsasən, Bərdə rayonu, Alpoud kəndində yerləşən 1.28 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi İddiaç ı, X3 və X1 mülkiyyətinə verilmişdir. Apellyasiya instansiyası məhkəməsi, birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşıb, işə əlavə edilmiş sübutları, habelə cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlillərini araşdırıb qeyd etmişdir ki, cavabdeh birinci instansiya məhkəməsində verdiyi izahatında və apellyasiya şikayətinin dəlillərində mübahisəli torpaq sahəsini 2.400 manat müqabilində iddiaçıdan satın aldığını, məhkəmə kollegiyasının iclasında isə həmin torpaq sahəsini 6.500 manat müqabilində iddiaçıdan satın aldığını göstərsə də, bu barədə alğı-satqı müqaviləsini məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, işin halları ilə müəyyən edilmişdir ki, tərəflər arasında torpaq sahəsinin alqı-satqısına dair qanunla müəyyən edilmiş qaydada və formada müqavilə bağlanmamışdır. Belə bir müqavilənin bağlanmasını iddiaçı da inkar edir. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi cavabdehin kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd etmişdir ki, tərəflər arasında mübahisəli torpaq sahəsinə dair alqı-satqı razılaşmasının olması mülki iş materialları ilə təsdiq olunmur. Cavabdehin birinci instansiya məhkəməsinin qətnaməsindən sonra iddiaçıya qarşı mübahisəli torpaq sahəsinə görə verdiyi pulu geri tələb etməsinə dair məhkəmədə iddia qaldırması da, hazırki iddianın əsaslı olması nəticəsinə gəlməyə əsas verir. Apellyasiya instansiyası məhkəməsi işin hallarını nəzərə alıb qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəf lərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və cavabdehin apellyasiya şikayətinin dəlilləri iş üzrə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsas ola bilməz. Kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmayıb qeyd edir ki, cavabdeh həqiqətən 2014-cü ildən ötən müddət ərzində torpaq sahəsində hər hansı yaxşılaşdırma aparmışdırsa, o, Mülki Məcəllənin 157.7-ci maddəsinin tələblərinə uyğun olaraq torpaq sahəsinə zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Lakin yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda, ondan o, torpaq sahəsinin dəyərindən artıq olmamaq şərti ilə, torpaq sahəsini yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzi nin ödənilməsini ayrıca birinci instansiya məhkəməsində iddia qaldırmaqla iddiaçıdan geri tələb edə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, cavabdehin kassasiya şikayətinin dəlilləri ilə razılaşmır və hesab edir ki, onun kassasiya şikayəti ilə eyni məzmunlu olan apellyasiya şikayətinin digər dəlillərinə apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün həmin dəlilləri təkrar araşdırmağa lüzum görmür və belə qənaətə gəlir ki, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh kassas iya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 16 mart 2023-cü il tarixli, 2(104)-841/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.