Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-272/2022 26.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı; Cavabdeh İddiaçı qarşı iş üzrə QƏRARİ (Açar sözlər: mənzildən istifadə hüququ) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı vəkili Vəkil2, Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5785/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 nömrəli mənzil 09.04.2011-ci ildən tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur.
2. Tərəflər 11 noyabr 2011-ci il tarixdə nikaha daxil olmuşlar. 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 isə tərəflərin birgə nikahlarından olan uşaqlarıdır, onlar mübahisəli mənzildə pasport qeydiyyatdadırlar. İddiaçı 2011-ci ildən etibarən həmin mənzildə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, onun, azyaşlı övladları 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış binasında yaşamaq hüququnun tanınması və həmin mənzilə məcburi qaydada köçürülmələri barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
4. İddia tələbi işin faktiki hallarına istinad edilərək belə əsaslandırılmışdır ki, mübahisəli mənzil nikah bağlanmazdan bir neçə ay əvvəl alınmışdır, İddiaçı Cavabdeh məxsus olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə qeydiyyatdadır, lakin cavabdeh və onun anası sözügedən ünvandan istifadəyə maneçilik törədirlər, həmçinin tərəflər arasında nikahın pozulmasına görə Bakı şəhər Xətai Rayon məhkəməsinə müraciət edilib, hal-hazırda iki uşağı ilə birlikdə o, məcburi surətdə evi tərk edərək anasının yanında qalır, İddiaçı 2011-ci ildən fasiləsiz olaraq həmin mənzildə cavabdehin anası və atası ilə birlikdə yaşamış, eyni zamanda əmək fəaliyyəti göstərmişd ir, bununla yanaşı mənzilin abadlaşdırılmasında da onun vəsaitindən istifadə olunmuşdur, iddiaçının bütün əmlakı həmin mənzildə yerləşir, onun və uşaqlarının yaşamaq üçün başqa yaşayış yeri və maddi imkanları yoxdur, İddiaçı bu mənzildə yaşamaq və ondan istifadə etmək hüquqlarının olmasına baxmayaraq kobud şəkildə hüquqları pozularaq evdən çıxarılmışdır.
5. Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı övladları - 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 və cehiz əşyaları (çarpayı (taxt) - 01 ədəd, paltar dolabı – 01 ədəd, kamot – 01 ədəd, tumba – 02 ədəd, sevant – 02 ədəd, televizor altlığı – 01 ədəd, jurnal stolu – 01 ədəd, stol-stul – 01 dəst, divan – 01 ədəd, kreslo – 02 ədəd) ilə birlikdə mülkiy yətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildən çıxarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
6. Qarşılıqlı iddia tələbi işin faktiki hallarına istinad edilərək belə əsaslandırılmışdır ki, İddiaçı ona aliment tələbi ilə bağlı iddia qaldırmış və 11.10.2018-ci il tarixli, 2(011)-8103/2018 saylı qətnaməyə əsasən iddia tələbi təmin olunaraq həmin tarixdən hesablanmaqla övladları 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər biri üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir, cavabdehlə evlilikləri ilk vaxtlarda mehriban olsa da, sonra ailədaxili narazılıqlar ucbatından 22.06.2020-ci il tarixdə o, övladlarını götürərək evi tərk etmişdir, atası evinə getmiş və bir daha geri qayıtmamışdır, 05.10.2020-ci il tarixdə tərəflərindən nikahın pozulması ilə bağlı məhkəmədə iddia qaldırılmış, 2(011)- 5873/2020 saylı iş Bakı Şəhər Xətai Rayon Məhkəməsinin icraatındadır, lakin bütün bunlara baxmayaraq, İddiaçı 12 oktyabr 2020-ci il tarixdə məhkəmədə Cavabdeh qarşı “mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülməsi” tələbinə dair iddia qaldırmışdır, hesab edir ki, qarşı tərəfin iddiası əsassızdır, təmin edilməməlidir, belə ki, tərəflər uzun müddətdir ki, ayrı yaşayırlar və ər-arvad münasibətləri yoxdur, onların ailə münasibətlərinin belə davam etməsi qeyri-mümkündür, bu səbəbdən də cavabdeh İddiaçı ilə aralarında bağlanmış nikah məhkəmə qaydasında pozulmalıdır, art ıq cavabdeh İddiaçı müəyyən əşyalarını özü ilə aparmış, hal-hazırda ona məxsus cehiz əşyaları: çarpayı (taxt) 01 ədəd, paltar dolabı 01 ədəd, kamot - 01 ədəd, tumba - 02 ədəd, servant - 02 ədəd, televizor altlığı - 01 ədəd, jurnal stolu - 01 ədəd, stol-stul - 01 dəst, divan - 01 ədəd, kreslo - 02 ədəd Cavabdeh mülkiyyətində olan Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin 15 saylı mənzilindədir və həmin əşyalar mənzildən çıxarılmalıdır, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş 09.04.2011-ci il tarixli Çıxarışa əsasən Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7A saylı evin 15 saylı mənzili Cavabdeh mülkiyyətindədir, o, əvvəllər valideynləri ilə birlikdə onun atasının mülkiyyətində olmuş ünvan 2 ünvanında yaşamışdır, 2011-ci ilin aprel ayında atası sözügedən mənzili satdıqdan sonra mübahisəli mənzili almışlar, valideynlərinin razılığı əsasında yeni alınmış mənzil Cavabdeh adına rəsmiləşdirilmişdir, 7 ay sonra isə, yəni həmin ilin noyabr ayında X2 ilə rəsmi nikaha daxil olaraq ailə qurmuşdur, 2012-ci ilin fevral ayında onu mülkiyyətində olan mənzilə qeydiyyata almışdır, belə olan halda, İddiaçı Cavabdeh məxsus mənzilinə istifadə hüququ yaranmır, lakin buna baxmayaraq, o, onu və yaşlı valideynlərini incidərək, “mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülməsi tələbinə dair məhkəmədə əsassız iddia qaldırmışdır.
7. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim Ş.Əliyev) 02 mart 2021-ci il tarixli, 2(011)1023/2021 nömrəli qətnaməsi ilə ilkin iddia tələbi təmin edilmiş, İ ddiaçı, 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 qeydiyyatda olduqları Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin, 15 saylı mənzilinə istifadə hüquqlarının tanınması, İddiaçı, yetkinlik yaşına çatmayan uşaqları 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 ilə birlikdə Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 7 A saylı evin, 15 saylı mənzilinə köçürülmələri, Cavabdeh İddiaçı qarşı iddiasının rədd edilməsi, Cavabdeh ödənilmiş dövlət rüsumunun əvəzi qismində 10 (on) manatın alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
8. Məhkəmə Mülki Məcəllənin 228.5-ci və Mənzil Məcəlləsinin 30-cu maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2011-ci il tarixdən yarandığından və onlar Cavabdeh ailə üzvü hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsi Cavabdeh tərəfindən yaradılmış maneələrlə əlaqədadır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, qarşılıqlı iddia tələbinə münasibətdə qeyd etmişdir ki, nə qədər ki, İddiaçı və onun uşaqlarının mübahisəli mənzilə istifadə hüququ mövcuddur, onların həmin mənzildən çıxarılması tələbi əsaslı hesab edilə bilməz. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) 30 iyun 2021-ci il tarixli, 2(103)-5785/21 nömrəli qə tnaməsi ilə Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(011)- 1023/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
11. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv, işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
12. Kassasiya şikayəti qarşılıqlı iddia ərizəsi ilə eyni məzmundadır. Əlavə olaraq qeyd edilmişdir ki, tərəfindən 05.10.2020-ci ildə nikahın pozulması ilə bağlı iddia qaldırılmış, Xətai Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli qətnaməsinə əsasən nikah pozulmuşdur. Onların arasında barışıq ola bilməməsi barədə fikri qətidir, lakin buna baxmayaraq qarşı tərəf vaxt udmaq məqsədilə nikahın pozulmasını mübahisələndirir. Artıq bir ildir ki, bununla əlaqədar məhkəmə çəkişmələri gedir. Hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası MPM-nin 172.1-ci maddəsinin, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası tərəfindən isə həmin Məcəllənin 368.3-maddəsinin tələbləri kobud sürətdə pozulmuşdur. “Nikahın pozulması” və “Mənzildə yaşama hüququnun tanınması, mənzilə məcburi köçürülmə” tələbinə dair iddialar bir-biri ilə əlaqəli olduğundan Cavabdeh hazırkı işin dayandırılması barədə vəsatət versə də, vəsatəti təmin edilməmişdir. İlkin iddia üzrə iddiaçının əsas problemi onun anasıdır. O, valideynlərinə məxsus olmuş mənzili satdıqdan sonra 2011-ci ilin aprel ayında hazırkı mənzili almışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil1 kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdi.
15. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Vəkil2 kassasiya şikayətinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi:
16. Maddə 30.1. Yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər.
17. Maddə 30.2. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə üzvləri arasında başqa razılaşma yoxdursa, mülkiyyətçinin ailə üzvləri həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış sahəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri həmin yaşayış sahəsindən təyinatı üzrə istifadə etməyə və onun saxlanmasını təmin etməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
21. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəmə sinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
23. Mübahisəyə mahiyyəti üzrə baxan məhkəmələr işin hallarını araşdıraraq aşağıdakıları müəyyən etmişlər. 24. 20.09.2015-ci il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 20.04.2014-cü il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İdd iaçıdır. 25. 12.05.2014-cü il tarixli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X5 17.11.2012-ci il tarixdə doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır.
26. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzil 09.04.2011-ci ildən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsusdur. 27. 11 oktyabr 2018-ci il tarixli 2(011)-8103/2018 saylı qətnamədən görünür ki, 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün 11.09.2018-ci il tarixdən hesablanmaqla hər ay hər biri üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.
28. Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 saylı mənzildə qeydiyyatdadırlar.
29. Beləliklə işin araşdırılmış və tədqiq olunmuş halları ilə müəyyən olunur ki, Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, ev 7A, 15 nömrəli mənzil tam mülkiyyət hüququ əsasında Cavabdeh məxsusdur. İddiaçı Cavabdeh həyat yoldaşı, 17.11.2012-ci il təvəllüdlü X5 və 20.04.2014-cü il təvəllüdlü X4 isə tərəflərin birgə nikahlarından olan uşaqlarıdır, onlar mübahisəli mənzildə pasport qeydiyyatdadırlar və Cavabdeh ailə üzvləridirlər. İddiaçı 2011-ci ildən etibarən həmin mənzildə ailə üzvü kimi yaşayır, Cavabdeh M.Navazovanın mənzildən istifadəsinə maneələr yaradır, ilkin id diaçı hazırda uşaqları ilə birlikdə başqa ünvanda yaşayır, onun mübahisəli mənzildə yaşamaması Cavabdeh yaratdığı maneələrlə əlaqədardır.
30. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, cavabdeh tərəfindən iddiaçının uşaqları ilə birlikdə orada yaşamasına razı olmaması bir daha onu göstərir ki, iddiaçıya uşaqları ilə birlikdə cavabdeh tərəfindən mənzildə yaşamasına maneələr yaradılır.
31. Kollegiya, İddiaçı “mənzilə köçürülmə” barədə ilkin iddia tələbinə münasibətdə hesab etmişdir ki, tərəflər arasında hüquq münasibəti onların rəsmi nikaha daxil olduğu və mübahisəli mənzildə yaşadıqları 2011-ci il tarixdən yarandığından və onlar Cavabdeh ailə üzvü hesab olunduğundan onların mübahisəli mənzilə istifadə hüquqları vardır və bu hüququn həyata keçirilməsi Cavabdeh tərəfindən yaradılmış maneələrlə əlaqədadır. Belə olan halda kollegiya hesab etmişdir ki, İddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur.
32. Kollegiya hesab etmişdir ki, birinci instansiya məhkəməsi ilkin iddianı təmin etməkdə haqlı olmuşdur. Həmçinin ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın təmin edilməsini aradan qaldırdığından, kollegiya hesab etmişdir ki, məhkəmə qarşılıqlı iddianı rədd etməkdə haqlı olmuşdur.
33. Apellyasiya kollegiyası qeyd etmişdir ki, iş üzrə 02 mart 2021-ci il tarixdə qətnamə qəbul edilərkən, nikahın pozulması barədə 26 may 2021-ci il tarixli qətnaməsi mövcud olmamışdır. Odur ki, hazırkı işə baxılarkən tərəflərin nikahlarına xitam verilmədiyindən, qarşılıqlı iddiaçının tələbi əsaslı hesab edilə bilməz. Tərəflər arasında ailə münasibətlərinə xitam verildikdə Cavabdeh Ailə Məcəlləsinin 30.4-cü maddəsinə əsasən yeni əsasla məhkəməyə müraciət edə bilər.
34. Kollegiya bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kollegiya həmin əsaslandırma ilə razılaşaraq hesab edir ki, iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
35. Qeyd olunanları nəzərə alaraq Kollegiya belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.
36. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5785/2021 nömrəli iş üzrə 30 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov