Məhkəmə qərarları › İş №2(102)-272/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-272/2023

10.01.2023 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-272/2023 10.01.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və X5 qarşı “müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin alıcıya təhvil verilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin bərpasından imtina, kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər "xxxx" Mənzil Tikinti Kooperativinə və X5 qarşı “müqavilə üzrə öhdə liklərin icra edilməsi, mənzilin alıcıya təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8723/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdeh "xxxx" MTK-ya və X5 qarşı müqavilə üzrə öhdəliklərin icra edilməsi, mənzilin alıcıya təhfil verilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir.

2. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(008)284/2019 saylı qətnaməsi ilə (hakim Tural Məmmədov) iddia tələbi təmin edilməmişdir. b) Apellyasiya instansiyası məhkəmə sində birinci icraat

3. Qətnamədən narazı qalan İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-8723/2019 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçu), T.Həsənov və Ş.Məmmədova) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 28 fevral 2019-cu il tarixli, 2(008)-284/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

5. İddiaçı 11 iyun 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 20219-cu il tarixli, 2(103)-8723/2019 nömrəli qətnaməsindən kassasiya şikayəti vermişdi r.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) kassasiya şikayəti geri qaytarılmışdır.

7. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, qətnamə iddiaçı tərəfindən 30 avqust 2019-cu il tarixdə sifarişli poçt qəbzi ilə qəbul edilmiş, kassasiya şikayəti isə 11 iyun 2022-ci il tarixdə verilməklə müddət ötürülmüş və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verilməmişdir. c) Kassasiya instansiyası məhkəməsində birinci icraat

8. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir.

9. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı Mülki Prosessual Məcəllənin 405.0.1 və 408.1.4-cü maddələrinin pozulması ilə qəbul edilmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsində iddiaçının özü, habelə etibarnamənin müddəti bitdiyinə görə nümayəndəsi iştirak etməmişlər. Məhkəmə bildirişləri və məhkəmə qətnaməsini iddiaçının yaşadığı ünvana deyil, səlahiyyət müddəti bitmiş nümayəndənin ünvanına göndərilmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsini 20 aprel 2022-ci il tarixdə rəsmi qaydada almış və qanunda nəzərdə tutulan müddətdə kassasiya şikayətini vermişdir.

10. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2022ci il tarixli, 2(102)-434/20 22 saylı qərardadı ilə kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 iyun 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır.

11. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iş materiallarından müəyyən olunduğu kimi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin əsaslandırılmış surəti xəbərnaməli məktubla iddiaçının faktiki yaşayış ünvanı kimi göstərdiyi ünvan 1 göndərilmiş və 30 avqust 2019-cu il tarixdə həmin ünvanda rəsmi olaraq təqdim edilmişdir.

12. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı 12 aprel 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə qətnamələrinin ona təqdim edilməsini xahiş etmiş, qətn amələrin surətləri qəbzə imza edilməklə 20 aprel 2022ci il tarixdə təkrarən ona verilmişdir.

13. İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019cu il tarixli qətnaməsindən kassasiya şikayətini 11 iyun 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirmişdir.

14. Beləliklə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının yaşadığı ünvana 30 avqust 2019-cu il tarixdə təqdim edildiyi halda, kassasiya şikayəti 2 il 10 ay 12 gün sonra verilmişdir. Bununla da iddiaçı Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti buraxmış, buraxılmış müddətin bərpasına dair vəsatət verməmişdir.

15. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia ərizəsində və iddiaçının apellyasi ya şikayətində onun faktiki ünvanı kimi ünvan 2 və məhkəmələr əsaslı olaraq bütün yazışmaları həmin ünvanla aparmışlar. Xüsusən qeyd olunmalıdır ki, iddia ərizəsi iddiaçının nümayəndəsi, vəkil X6 tərəfindən imzalansa da, apellyasiya şikayətini iddiaçı şəxsən özü imzalamış və bununla da, orada olan məlumatlara görə məsuliyyəti üzərinə götürmüşdür.

16. Digər tərəfdən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı məhkəmə qətnaməsinin ona təqdim edilmədiyini qeyd etsə də, onun verdiyi şikayət üzrə 2 il 10 aydan artıq müddət ərzində hansı prosessual hərəkətlərin həyata keçirildiyi ilə maraqlanmamış olmasının riskini özü daşıyır. ç) Apellyasiya instansiyası məhkəməsində ikinci icraat

17. İddiaçı xx.xx.2022-ci il tarixdə ərizə ilə Bakı Apellyasiya Məhkəməsinə məhkəməyə müraciət edərək, Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 14 avqust 2019-cu il tarixli, 2(103)-8723/2019 saylı qətnaməsindən ötürülmüş prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsini və yenidən verdiyi kassasiya şikayətinin baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilməsini xahiş etmişdir.

18. Ərizə onunla əsaslandırılıb ki, iddiaçı nə birinci, nə də apellyasiya məhkəməsində iştirak etmişdir. Məhkəmə iclaslarının vaxtı barədə iddiaçıya rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. İddia ərizəsi onun tərəfindən deyil, həmin vaxt nümayəndəsi və vəkili olmuş şəxs tərəfindən tərtib olunmuş və məhkəməyə verilmişdir. İddiaçı vəkilini və nümayəndəsini cəmi bir dəfə görüb, onda da iddiaçıya bir sənədə imza etdirib ki, apellyasiya məhkəməsinə şikayət verir. İddiaçı məhkəmənin qərardadını aldıqdan sonra nümayəndəsi və vəkili Vəkil vasitəsi ilə iş materialları ilə tanış olan zaman məlum olub ki, həmin vaxt onun vəkili və nümayəndəsi olmuş X6 iddia ərizəsində öz ünvanını göstərib. İddia ərizəsində göstərilmiş ünvan 3 ünvan iddiaçının qeydiyyatda olduğu və faktiki yaşadığı ünvan olub. ünvan 4 və vəkili X3 ünvanı olub. İş materialları ilə tanış olanda iddiaçıya aydın olub ki, həmin vaxt nümayəndəsi və vəkili olmuş şəxs sənədlərdə öz ünvanını iddiaçının faktiki ünvanı kimi qeyd etməklə məhkəmə sənədlərinin iddiaçıya çatmamasına şərait yaratmışdır.

19. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 26 oktyabr 2022-ci il tarixli, 2(103)-8723/2019 nömrəli qərardadı ilə (hakimlər X.Ə.Sarıyev (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və E.Ə.Mehdiyev) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa olunması barədə İddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmiş, kassasiya şikayəti geri qaytarılmışdır.

20. Məhkəmə kollegiyası gəldiyi nəticəni belə əsaslandırıb ki, İddiaçı özü tərəfindən imzalanmış apellyasiya şikayətində iddiaçı faktiki yaşadığı ünvanı ünvan 5ildirişləri iddiaçının qeyd olunan ünvanına göndərilmiş, bildirişlər həmin ünvandan qəbul edilmişdir. Hətta, İddiaçı xx.xx.2019-cu ildə məhkəməyə göndərdiyi ərizədə işin baxılmasının təxirə salınmasını xahiş etmişdir. 20.1 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019-cu il tarixli qətnaməsinin əsaslandırılmış surəti xəbərnaməli məktubla iddiaçının faktiki yaşayış ünvanı kimi göstərdi yi ünvan 1 göndərilmiş və 30 avqust 2019-cu il tarixdə qətnamə həmin ünvanda rəsmi olaraq təqdim edilmişdir. 20.2 İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı 12 aprel 2022-ci il tarixdə birinci instansiya məhkəməsinə müraciət edərək, məhkəmə qətnamələrinin ona təqdim edilməsini xahiş etmiş, qətnamələrin surətləri qəbzə imza edilməklə 20 aprel 2022ci il tarixdə təkrarən ona verilmişdir. 20.3 İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 14 avqust 2019cu il tarixli qətnaməsindən kassasiya şikayətini 11 iyun 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirmişdir. 20.4 Beləliklə iş materiallarının tədqiqi ilə müəyyən olunur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi iddiaçının yaşadığı ünvana 30 avqust 2019-cu il tarixdə təqdim edildiyi ha lda, kassasiya şikayəti 2 il 10 ay 12 gün sonra verilmişdir. Bununla da iddiaçı Mülki Prosessual Məcəllənin 405.0.1-ci maddəsi ilə müəyyən edilmiş müddəti ötürmüşdür. 20.5 Məhkəmə kollegiyası iddiaçının ərizədə göstərdiyi dəlillərlə bağlı qeyd edir ki, iddia ərizəsində və iddiaçının apellyasiya şikayətində onun özünün faktiki ünvanı kimi ünvan 2 və məhkəmələr əsaslı olaraq bütün yazışmaları həmin ünvanla aparmışlar. Xüsusən qeyd olunmalıdır ki, iddia ərizəsi iddiaçının nümayəndəsi, vəkil X6 tərəfindən imzalansa da, apellyasiya şikayətini iddiaçı şəxsən özü imzalamış və bununla da, orada olan məlumatlara görə məsuliyyəti üzərinə götürmüşdür. 20.6 Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 146-cı maddəsinə əsasən məhkəmədə iştirak edən şəxslər və nümayəndələr iş üzrə icraat zamanı öz ünvanlarını dəyişdirmələri barədə məhkəməyə məlumat verməlidirlər. Belə məlumat olmadıqda, məhkəmə bildirişləri məhkəməyə məlum olan axırıncı ünvana çatdırılır və çağırılan şəxs artıq həmin ünvanda yaşamasa da, məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. 20.7 Göründüyü kimi, iddiaçı başqa ünvanda yaşaması barədə məhkəməyə heç bir məlumat verməmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

21. İddiaçı (vəkil X4) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadının ləğv edilərək, apellyasiya şikayətinə baxılması üçün işin apellyasiya məhkəməsinə qaytarılması barədə qərar çıxarılmasını xahiş etmişdir.

22. Kassasiya şikayəti onunla əsaslandırılıb ki, həmin qərardad xx.xx.2 022-ci il tarixdə "Elektron məhkəmə" informasiya sistemində vəkilin elektron kabinetinə yerləşdirilib. İşə baxılan zaman cavabdeh tərəf heç bir sübut təqdim təqdim etməyib. İddiaçının məhkəmə iclasının keçirilməsi barədə məlumatı olmayıb. Ərizədə göstərdiyi kimi ailə vəziyyəti ilə bağlı işin nəticəsi ilə şəxsən maraqlana bilməyib. Nümayəndəsi isə iddiaçıya heç bir məlumat verməyib, hətta etibarnamənin müddətinin keçməsi barədə iddiaçının məlumatı olmayıb. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur.

25. M addə 133.1. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.

26. Maddə 135.1. Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.

27. Maddə 135.2. Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqa nları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər.

28. Maddə 135.3. Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya s ənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir.

29. Maddə 135.5. Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir.

30. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

31. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

32. Maddə 405.0.1. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər.

33. Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır: 408.1.4. kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 34.

17. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəm əsinin kassasiya şikayətinin verilməsi üçün müddətin bərpa olunması və kassasiya şikayətinin qaytarılması barədə gəldiyi nəticə qanuni və əsaslıdır. 35.

18. Məhkəmə kollegiyası baxılan şikayətlə bağlı hüquqi məsələlərə giriş olaraq qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsi təminatı əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi qəbul olunur. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir. Bu mənada məhkəmə müdafiəsi hüququ yalnız birinci instansiyada məhkəmə müdafiəsinin təmin olunmasını deyil, onun həmçinin apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur. Hər hansı məhkəmə instansiyasına şikayət etmək hüququ məhkəmə müdafiəsi hüququndan irəli gəlir.

36. Lakin nəzərə alınmalıdır ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq deyildir və prosessual şərtlərin mövcudluğunda bəzi məhdudiyyətlərə məruz qala bilər. Məhkəmənin qərarından yuxarı instansiya məhkəməsinə şikayət verilməsi üçün də bəzi şərtlər, məhdudiyyətlər nəzərdə tutulur. Bu cür məhdudiyyətlərdən biri MPM-nin 405.0.1-ci maddəsində kassasiya şikayətinin verilməsi üçün müəyyən olunmuş müddətlərdir. Həmin normada kassasiya şikayətinin qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildi yi gündən iki ay müddətində verilə bilməsi müəyyən olunur.

37. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddətinin axımı, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır və iki ay davam edir. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-nin 128.3-cü maddəsinə görə, illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

38. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, qətnamənin surəti iddiaçıya poçt vasitəsi ilə xx.xx.2019-cu il tarixdə çatdırılıb. Lakin iddiaçı tərəfindən kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə verilmiş, həmin şikayət geri qaytarıldıqdan sonra kassasiya şikayəti və şikayətin verilməsi üçün müddətin bərpa olunması barədə ə rizə xx.xx.2022-ci il tarixdə verilmişdir. Göründüyü kimi qətnamədən kassasiya şikayətinin 11 iyun 2022-ci il tarixdə “Elektron Məhkəmə” informasiya sisteminə yerləşdirildiyi gün, kassasiya şikayəti verilməsi müddəti 2 il 10 ay 12 gün ötürülmüşdü.

39. İddiaçı müddətin ötürülməsinin səbəbi kimi qətnamənin onun yaşadığı ünvana göndərilmədiyini, iddia ərizəsində faktiki ünvan kimi qeyd olunan ünvan 6 nümayəndəsi olmuş X3 ünvanı olduğunu, həmin ünvanı vəkilinin qeyd etdiyini, özünün iddia ərizəsində göstərilmiş ünvan 7 ünvanda yaşadığını bildirib və apellyasiya instansiyası məhkəməsi həmin səbəbləri üzrlü saymamışdır.

40. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 16 avqust 200 6-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzrlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzrlülük göstərilən meyarların sərhədində dayanan elə inkarolunmaz səbəblər barəsində qəbul olun malıdır ki, belə məsələ ilə əlaqədar MPMnin tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın.

41. Apellyasiya instansiyası məhkəməsi iş üzrə prosessual müddətin bərpası üçün əsas ola biləcək, mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmayan, özü tərəfindən dəf edilməsi imkanlarından kənara çıxan, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törədən və ya məhdudiyyət yaradan inkarolunmaz səbəblər müəyyən etməmişdir.

42. Bundan başqa, ədalətli məhkəmə araşdırması hüquqi müəyyənlik prinsipi ilə sıx bağlıdır və hüquqi tənzimləmənin sabitliyini nəzərdə tutur. Hüquq münasibətlərinin iştirakçıları ağlabatan müddət çərçivəsində öz hərəkətlərinin nəticələrini əvvəlcədən görmək və öz rəsmi statuslarının, əldə olunmuş hüquq və vəzifələrinin dəyişilməz olduğuna əmin olmaq imkanına malik olmalıdırlar. Hüquqi müəyyənlik prinsipi və onun tərkib hissəsi olan “res judicata” prinsipi tələb edir ki, məhkəmə tərəfindən hər hansı məsələ üzrə yekun qərar qəbul olunduğu halda bu qərar şübhə altına alınmasın. Burada əsas amil ondan ibarətdir ki, tərəflərdən heç biri həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədilə qüvvəyə minmiş yekun məhkəmə qərarının yenidən baxılmasını tələb edə bilməz.

43. Konstitusiya Məhkəməsi Plenumunun 13 fevral 2007-ci tarixli Qərarında qeyd edilmişdir ki, Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunver icilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir.

44. Məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə nəticələnə bilər.

45. Qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təm in etmək məqsədilə Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirmiş, mülki mühakimə icraatında prosessual qaydaları, o cümlədən məhkəmə aktlarından müvafiq şikayətin verilməsinin prosessual müddətlərini tənzimləmişdir. Bu isə proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında prosessual müddətlər çərçivəsində şikayət vermək hüququnun təmin olunmasına, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir.

46. Mülki prosessual qanunvericilik məhkəmə prosesi iştirakçılarına hüquqlarının səmərəli təmin olunması üçün geniş hüquqlar, habelə bu hüquqların həyata keçirilməsi üçün məcburi tələblər müəyyən etmişdir. Məsələn, MPM-nin iddia ərizəsinə baxılan dövrdə qüvvədə olmuş 149.2.2-ci maddəsinin redaksiyasında iddia ərizəsində iddiaçının poçt ünvanının qeyd olunması tələb olunurdu.

47. Bu baxımdan iddiaçı iştirak etdiyi məhkəmə prosesində iştirakının təmin olunması üçün vacib olan ünvanını düzgün qeyd etməkdən irəli gələn hüquqi nəticələrə görə özü məsuliyyət daşıyır. Tərəflər onlara verilmiş hüquqlardan düzgün istifadə etməyə, verilmiş hüquqlardan sui-istifadə etmədən ədalət mühakiməsinin düzgün həyata keçirilməsinə şərait yaratmağa borcludur.

48. Tərəfin bu cür hərəkət etmək vəzifəsi MPM-nin 47-ci maddəsində də təsbit edilərək göstərilir ki, işdə iştirak edən şəxslər, prosessual qanunver iciliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 49. “Akif Həsənov Azərbaycana qarşı” iş üzrə qəbul etdiyi X10 Hüquqları Məhkəməsi göstərmişdir ki, “Hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəməyə çağırmamış olsa və onun məhkəmə baxışında iştirakını təmin etməmiş olsa belə (həmçinin qərarın surətini ərizəçiyə verməmiş olsa da), bu faktlar ərizəçinin özünün müvafiq orqanlardan öz şikayətinin nəticəsi barədə məlumat almaq üçün elementar addımlar atmaq öhdəliyindən azad etmir.”

50. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi düzgün olaraq MPM-nin 133-cü maddəsinə istinad etməklə iddiaçının prosessual müddətin bərpasına dair vəsatətini təmin etməmiş, kassasiya şikayətinin geri qaytarılmasına dair qərardad qəbul etmişdir. Buna görə kassasiya şikayətin in dəlilləri əsassız olduğundan təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

51. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8723/2022 nömrəli, 26 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar