Məhkəmə qərarları › İş №2(102)-2720/2025

Ali Məhkəmə Qərar — İş №2(102)-2720/2025

29.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpo
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2720/2025 29.10.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh3 və digərlərinə qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: icra qeydinin ləğv edilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2(103)516/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 29 oktyabr 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. 13 fevral 2016-cı il tarixli notarial qaydada təsdiq edilmiş kredit müqaviləsinə əsasən, borc verən Cavabdeh3 tərəfindən borc alan İddiaçı 13 avqust 2016-cı il tarixədək qaytarmaq şərti ilə faizsiz 211.000 manat məbləğində borc verilmişdir. 2. 02 sentyabr 2016-cı il tarixli krediti müqaviləsinə əlavəyə əsasən, borc verən Cavabdeh3 tərəfindən borc alan İddiaçı 13 avqust 2016-cı il tarixədək qaytarmaq şərti ilə 41.000 manat məbləğində borc verilmişdir.

3. Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 94 saylı evin 5 otaqlı, ümumi sahəsi 263,7 kv.metr olan 25 saylı mənzili daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə İddiaçı adına qeydə alınmış və Reyestr Xidməti tərəfindən onun adına 23 sentyabr 2011-ci il tarixli Çıxarış verilmişdir. 4. 13 fevral 2016-cı il tarixli girov müqaviləsinə əsasən, girov qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 94 saylı evin 5 otaqlı, ümumi sahəsi 263,7 kv.metr olan 25 saylı mənzilini 211.000 manat məbləğində kredit borcu üzrə öhdəliyinin icrasının təmin edilməsi üsulu kimi girov saxlayan Cavabdeh3 xeyrinə girov qoymuş və tərəflərin qarşılıqlı razılaşmasına əsasən, girov predmetinin dəyəri 245.000 manat məbləğində müəyyən edilmişdir. 5. 02 sentyabr 2016-cı il tarixli girov müqaviləsinə əlavəyə əsasən, girov qoyan İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X1 küçəsi 94 saylı evin 5 otaqlı, ümumi sahəsi 263,7 kv.metr olan 25 saylı mənzilini 41.000 manat məbləğində kredit borcu üzrə öhdəliyinin icrasının təmin edilməsi üsulu kimi girov saxlayan Cavabdeh3 xeyrinə girov qoymuş və tərəflərin qarşılıqlı razıla şmasına əsasən girov predmetinin dəyəri 245.000 manat məbləğində müəyyən edilmişdir. 6. 22 iyun 2019-cu il tarixdə Bakı şəhəri, 18 saylı Notariat ofisi “İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında” icra qeydi verərək, təklif etmişdir ki, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 76-cı maddəsinə əsasən, 13 fevral 2016-cı il tarixli kredit müqaviləsinə əsasən, borclu İddiaçı tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat tutulsun. Bundan əlavə, təklif olunmuşdur ki, borclu İddiaçı tələbkar Cavabdeh3 tərəfindən ödənilmiş 10 manat dövlət rüsumu olmaqla, cəmi 211.010 manat tutulsun. Tutma girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilsin və hərracdan satılsın. İş üzrə qəbul edilmiş məhkəmə aktl arı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı (bundan sonra- iddiaçı) cavabdehlər Bakı şəhəri, 18 saylı notariat ofisinə, Bakı şəhəri, Nərimanov rayon İcra şöbəsinə və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, 18 saylı Notariat ofisinin notariusu tərəfindən verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, 18 saylı notariat ofisinin notariusu tərəfindən 22 iyun 2019-cu il tarixdə ipoteka predmetnə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydi verilmişdir. Həmin icra qeydində 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsinə əsasən, borclu Musfa tayev Yaşar Ağavəkil oğlundan tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş kredit borcuna görə 211.000 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat olmaqla, cəmi 211.010 manatın tutulması, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməsi və hərracdan satılması qeyd edilmişdir. Sözügedən icra qeydi verilməmişdən əvvəl iddiaçıya bildiriş və ya xəbərdarlıq təqdim edilmədiyinə görə onun məlumatı olmamışdır. Bakı şəhəri, 18 saylı notariat ofisi tərəfindən 22 iyun 2019-cu il tarixində iipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydi verilmiş və icra sənədi üzrə 21 iyul 2019-cu il tarixdə Bakı şəhəri, Nərimanov rayon İcra və Probasiya şöbəsinin icra məmuru tərəfindən icraata başlamaq ha qqında qərar qəbul edilmiş və icraata başlanılmışdır. Bakı şəhəri, 18 saylı notariat ofisinin notariusu tərəfindən 22 iyun 2019-cu il tarixində ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 nömrəli icra qeydində borc məbləğinin 211.000 manat göstərilməsi qanunsuz olmuşdur. Çünki, kredit müqaviləsini bağlayandan sonra şəxsən Cavabdeh3 2016-cı ilin mart ayından həmin ilin dekabr ayı da daxil edilməklə hər ay 6.800 manat ödəmişdir. Hər dəfə ödənişdən sonra borc verən, yəni tələbkar Cavabdeh3 pulu qəbul edərək, kredit müqaviləsinə şəxsən imza etməklə təsdiq etmişdir. Bu barədə qeydlər tərəflər arasında bağlanmış 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsində və 02 sentyabr 2016-cı il tarixli, 3M-431 reyestr nömrəli, 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsinə əlavədə qeyd edilmiş və imzalanmaqla təsdiq edilmişdir. İcra qeydində göstərilmiş səhv məbləğ sonrakı icra hərəkətlərində öz əksini tapmışdır. Bakı şəhəri, Nərimanov rayon İcra və probasiya şöbəsinin icra məmuru tərəfindən tutma yönəldilmiş ipoteka predmeti "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qiymətləndirilmiş və “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi” tərəfindən açıq hərrac təşkil edilmişdir. İcra qeydində yol verilmiş yanlış məbləğə görə ləğv edilməsi tələb edilməsinə baxmayaraq nəticə verməmişdir. Bununla bağlı Bakı şəhəri, 18 saylı notariat ofisinə və nəzarət qaydasında Notariat Baş İdarəsinə müraciət etmişdir.

9. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(011)4690/2024 saylı qətnaməsi ilə (hakim Aynu r Abdullayeva) iddia təmin edilərək, Bakı şəhəri, 18 saylı notariat ofisinin notariusu tərəfindən 22 iyun 2018-ci il tarixdə verilmiş ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydinin ləğv edilməsi qət edilmişdir.

10. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı ilə Cavabdeh3 arasında kredit münasibətləri olmuş və cavabdeh tərəfindən 2016-cı ildə iki dəfə olmaqla, iddiaçıya ümumilikdə 245.000 manat verilmişdir. Həmçinin, tərəflər aralarında borcun qaytarılmasının təminatı olaraq girov müqaviləsi bağlanılmışdır. Bağlanmış girov müqaviləsi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və mənzilin ipoteka ilə yüklü edilməsinə dair reyestrdə heç bir qeydiyyat aparılmamışdır.

11. Məhkəmə daha sonra qeyd etmişdir ki, Bakı şəhəri, 18 saylı Notariat ofisi tərəfindən 22 iyun 2 019-cu il tarixdə ipoteka predmetinə tutma yönəldilməsi haqqında 544 saylı icra qeydi verilərək, 13 fevral 2016-cı il tarixli, 3M-77 reyestr nömrəli kredit müqaviləsinə əsasən borclu İddiaçı tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manatın tutulması, borclu İddiaçı tələbkar Cavabdeh3 tərəfindən ödənilmiş 10 manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 211.010 manatın tutulması, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməsi və mənzilin açıq hərracdan satılması müəyyən edilmişdir. 02 avqust 2023-cü il tarixdə sözügedən mənzil açıq hərracdan Cavabdeh3 satılmışdır.

12. Məhkəmə göstərilən halın müəyyən edilməsi üçün Bakı şəhəri, 18 saylı Notariat Ofisinə sorğu ilə müraciət edərək, İddiaçı Ağavəli oğlundan Cavabdeh3 xeyrinə pul məbləğinin tutulması, tutmanın girov predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməsi və açıq hərracdan satılması barədə Bakı şəhəri, 18 saylı notariat ofisinin 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydinin rəsmiləşdirilməsi üzrə müvafiq notariat işinin təsdiq olunmuş surətinin Bakı şəhəri, Xətai Rayon Məhkəməsinə göndərilməsini xahiş etmiş və notariat ofisi tərəfindən verilmiş cavabda notariat ofisində 14 avqust 2021-ci il tarixdə yanğın hadisəsi baş verdiyi, yanğınla əlaqədar çox sayda sənədlər, o cümlədən 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydi və icra qeydinin rəsmiləşdirilməsi üçün əlavə edilmiş müvafiq sənədlərin yandığı bildirilmişdir.

13. Məhkəmə daha sonra qeyd etmişdi r ki, Cavabdeh3 tələbinin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildirişin iddiaçıya çatıb-çatmadığını müəyyən etmək mümkün olmadığından, icra qeydinin verilməsi qanuni hesab edilə bilməz. Tərəflər arasında bağlanmış müqavilə daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamış və bununla bağlı rəsmi reyestrdə hər hansı qeydiyyat aparılmamışdır. 22 iyun 2019-cu il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydinin verilməsinə baxmayaraq, notariat orqanı tərəfindən ipotekanın dövlət qeydiyyatı yoxlanılmamışdır. Nəticədə, girov müqaviləsinin predmeti olan tələbetmə hüququnun mövcud olmasını təsdiq edən mötəbər sübutlar olmadığı halda, notariat orqanı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra qeydi verilmişdir.

14. Məhkəmə həmçinin qeyd etmişdir ki, Bakı şəhəri, 18 saylı notariat ofisi tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 544 saylı icra qeydinin verilməsi qanunvericiliyin tələblərinin pozulması ilə icra edildiyindən, mübahisələndirilən icra qeydi ləğv olunmalıdır.

15. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 216-220-ci, “Notariat haqqında” Qanunun 76-cı, “İcra haqqında” Qanunun 6.1.4-cü, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydi əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”nın 1-ci hissəsinə, həmin Siyahının qeyd hissəsinə və “İpoteka haqqında” Qanunun 10.4, 11.2, 11.3, 11.4, 26.1.7, 34.1-ci maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəmə sindəki icraat

16. Cavabdeh3 oğlu apellyasiya şikayəti verərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

17. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, iş üzrə düzgün olmayan qətnamə qəbul etmişdir.

18. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2(103)516/2025 saylı qətnaməsi ilə (hakimlər Namiq Cəfərov (sədrlik edən, məruzəçi), İkram Şirinov və Elşən Kazımov) apellyasiya şikayəti təmin edilərək, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 30 avqust 2024-cü il tarixli, 2(011)-4690/2024 saylı qətnaməsi ləğv edilmiş, iddia rədd olunmuşdur.

19. Məhk əmə kollegiyası ilk növbədə öz mövqeyini onunla əsaslandırmışdır ki, icra qeydinin mübahisələndirilməsi qanunla müəyyən edilmiş müddətin daxilində həyata keçirilməlidir. Qanunun analogiyası üzrə belə müddət kimi 10 günlük müddət tətbiq edilməlidir.

20. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı 10 günlük müddəti ötürüb. Belə ki, icra qeydi 22 iyun 2019-cu ildə, iddia ərizəsi isə məhkəməyə 4 il 10 ay sonra, yəni 26 aprel 2024-cü il tarixdə verilib. Mülki işdə olan, iddiaçı tərəfindən icra şöbəsinin rəisinə ünvanlanmış 29 avqust 2023-cü il tarixli ərizənin məzmunundan görünür ki, iddiaçı icra qeydini alıb. Həmin ərizədə iddiaçı icra qeydi haqqında məlumat verərək onun düzgün olmadığını iddia etmişdir.

21. Göründüyü kimi, iddiaçı özü təsdiq etmişdir ki, 29 avqust 2023-cü ildə icra qeydi ba rədə artıq məlumatlı olub. İddia ərizəsi isə məhkəməyə bu tarixdən 9 ay sonra verilib.

22. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, müddət keçdikdə icra qeydini mübahisələndirmək hüququ xitam olunur. Lakin nəzərə alınmalıdır ki, 10 günlük prosessual müddət icra qeydinə analogiya üzrə tətbiq edilir. İcra qeydinin mübahisələndirilməsi müddətinin keçməsinin hüquqi nəticəsi qanunda birbaşa nəzərdə tutulmadığından, məhkəmə əmrindən fərqli olaraq icra qeydi məhkəmə aktı sayılmadığından, icra qeydinin mübahisələndirilməsi müddət keçdiyi halda iddianın (şikayətin) geri qaytarılması barədə qərardad deyil, onun rədd edilməsi barədə qətnamə qəbul olunmalıdır.

23. Məhkəmə kollegiyası daha sonra qeyd etmişdir ki, əgər borclu hesab edirsə ki, icra qeydində göstərilən məbləğ tələbkarın hüququ çatan məbləğdən çoxdur, belə hala o, icra qeydinin verilməsinə əsas olmuş maddi-hüquqi tələbi (onun məbləğini və s.) mülki məhkəmə icraatı qaydasında mübahisələndirə bilər. İcra qeydinin ləğv edilməsinə dair tələbin rədd edilməsi barədə qətnamə həmin iddianın qaldırılmasına mane olmur. Mübahisələndirmənin predmeti icra qeydi deyil, tələbdir. Belə iddia verildikdə tələbkar cavabdeh sayılır, notarius isə üçüncü şəxs kimi işə cəlb edilir. Əgər iddia təmin olunarsa, məhkəmə icra qeydinin tam və hissəvi icra edilməməli hesab olunmasına dair qətnamə qəbul edə və bu qətnamədə müvafiq məbləği göstərə bilər.

24. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-in 130.3, 224, 372, 384-392-ci, “Notariat haqqında” Qanunun 41-ci, Mülki Prosessual Məcəllənin 282-ci, “Notariat haqqında” Qanu nun 76.8-ci maddələrinə; habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarına istinad etməklə əsaslandırmışdır. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri

25. İddiaçı kassasiya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, mülki işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

26. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi öz qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarına istinad edərək notariusun hərəkətindən məhkəməyə şikayət vermək üçün 10 gü nlük iddia müddətinin müəyyən edildiyini və iddiaçı tərəfindən bu müddətə əməl edilmədiyi üçün iddia müddətinin ötürülməsi əsası ilə iddianı rədd etməsi hüquqi baxımdan əsaslı deyil. Belə ki, iddiaçı birinci instansiya məhkəməsinə ipoteka predmentinə tutmanın yönəldilməsi haqqında icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə 26 aprel 2025-ci il tarixdə müraciət etmişdir. İddianın verildiyi tarixdə isə Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarı hələ qüvvəyə minməmişdi. Belə olan halda iddianın verildiyi tarixdə hələ hüquqi qüvvəyə minməmiş qərara istinad olunaraq müddətin ötürülməsinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini, “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 66.2 və 67.2-ci maddələrinin, habelə Konstitusiyanın 149.8-ci maddəsinin tələblərini po zur. Kassasiya şikayətində həmçinin qeyd olunmuşdur ki, iddia icra müddətilə bağlıdır. İddia ərizəsində mübahisələndirilən bildirişin notariat orqanı tərəfindən verilməməsi notariat orqanının fəaliyyəti ilə bağlı olmuşdur. Bu səbəbdən icra qeydinin mübahisələndirilməsi qarşı tərəfin deyil, notariusun hərəkətləri ilə bağlıdır. Bir tərəf dövlət orqanı, qarşı tərəf cavabdeh olduğu üçün belə mübahisələndirmə yalnız onun hüquqlarının pozulması ilə nəticələnərək Konstitusiyanın 149.8-ci maddəsinin tələbləri ilə ziddiyyət təşkil edir. Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarı şəxsin hüquqi vəziyyətini ağırlaşdırır və ona əlavə müddət məhdudiyyəti tətbiq edir, bu səbəbdən də qərarın əvvəlki hüquq münsibətlərinə tətbiq edilməsi Konstitusiyanın 149.7-ci maddəsinə ziddir. Kas sasiya şikayətində o, da qeyd edilmişdir ki, iş üzrə icraatın dayandırılması və Konstitusiya Məhkəməsinə verilən sorğular əsasında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi bir çox hallarda maddi hüquq normasının düzgün hüquqi tətbiqi, prosessual normaların sonrakı icraatda davam etdirilməsi qaydalarını ehtiva etmişdir. Mövcud vəziyyətdə Konsitusiya Məhkəməsinin sözügedən qərarında “bundan sonrakı icra qeydinin mübahisələndirilməsi” ilə bağlı prosessual qaydanın müəyyənləşdirilməsinə baxmayaraq apellyasiya instansiyası məhkəməsi Konstitusiya Məhkəməsinin 16 may 2025-ci il tarixli qərarından əvvəl verilmiş iddiaya bu qaydanın tətbiqində səhvə yol vermişdir. Şikayət olunan qətnamədən o, da görünür ki, apellyasiya instansiyası məhkəməsi prosessual qanunvericilikdə nəzərdə tutulan “buraxılmış m üddətin bərpasına dair ərizə verilməsi” hüququnu da məhdudlaşdıraraq yalnız maddi hüquqi tələblərlə iddia verilməsinə dair hüququ tanımışdır. Əslində belə mövqe şəxsin müraciət etmə hüququnu da məhdudlaşdırmış olur. Məhkəmə müddətə dair məsələni Konstitusiya Məhkəməsinə sorğu göndərilməsi yolu ilə mövqe bildirsə də, iddia tələbindən kənara çıxaraq “buraxılmış müddətin bərpasına dair ərizə verilməsi” hüququnu da məhdudlaşdırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

27. Kassasiya şikayətinə qarşı etiraz ərizəsi daxil olmamışdır. Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

28. Maddə

76. Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. İcra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. İpoteka predmetinə tutmanın yönəldilməsi barədə bil dirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. İcra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat

29. Maddə

161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məb ləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 sentyabr 2000-ci il tarixli, 156 saylı Qərar ı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məluma ta əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə

282. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraf edə bilər.

36. Maddə 407.2. Kassasiya şika yətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

37. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

38. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

39. Maddə 418.3. Prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

40. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

41. Hazırkı kassasiya şikayəti ndə qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən, apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanıldı. Kassasiya instansiyası məhkəməsində icraat

42. Kassasiya instansiyası məhkəməsi, hüquqi müəyyənlik prinsipi baxımından apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır.

43. Belə ki, Bakı şəhəri, 18 saylı Notariat ofisinin nötariusunun 22 iyun 2019-cu il tarixli, 544 saylı icra qeydinə görə, 13 fevral 2016-cı il tarixli, 3M-77 saylı kredit müqaviləsinə əsasən, borclu İddiaçı tələbkar Cavabdeh3 xeyrinə vaxtında ödənilməmiş 211.000 manat, ödənilmiş dövlət rüsumuna görə 10 manat tutulmalı və tutma ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Ak. Mirəli Qaşqay küçəsi 94 saylı evin 25 saylı mənzilinə yönəldilməli və mənzil açıq hərracdan satılm alıdır.

44. Bundan sonra, icra məmuru tərəfindən 01 iyul 2019-cu il tarixdə icra üzrə icraata başlamaq haqqında qərar qəbul edilib və borclu İddiaçı icra sənədinin könüllü icrası üçün bildiriş göndərilib. Borclu İddiaçı icra sənədini könüllü icra etmədiyi üçün ipoteka predmeti 16 iyun 2023-cü ildə 400.000 manata ilkin hərraca, 03 iyul 2023-cü ildə 340.000 manata təkrar hərraca çıxarılıb və alıcı olmadığı üçün ipoteka predmeti 02 avqust 2023-cü ildə 25 faiz aşağı qiymətlə, yəni 255.000 manata tələbkar Cavabdeh3 təklif edilib. 02 avqust 2023-cü ildə hərrac təşkilatçısı ilə tələbkar Cavabdeh3 arasında hərracın yekunları haqqında alqı-satqı müqaviləsi bağlanıb.

45. Daha sonra, ipoteka predmeti daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ üzrə tələbkar Cavabdeh3 adına qeydə alınıb və Reyestr Xidməti tərəfindən onun adına 23 noyabr 2023-cü il tarixli Çıxarış verilib. 46. 26 aprel 2024-cü ildə isə iddiaçı, sözügedən icra qeydinin ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edib və icra qeydini iki əsasla mübahisələndirib: birincisi, icra qeydinin verilməsi ilə bağlı prosedur qayda pozulub; ikincisi, təqdim olunan sənədlər kredit borcunun mübahisəsiz olduğunu müəyyən etməyə əsas vermir.

47. Birinci instansiya məhkəməsi iddianı təmin etsə də, apellyasiya instansiyası məhkəməsi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 16 may 2025-ci il tarixli qərarına istinad edərək qeyd etmişdir ki, “Notariat haqqında” Qanunun 41ci maddəsində notariat hərəkətlərindən məhkəməyə şikayət vermək hüququ nəzərdə tutulsa da, Qanunda həmin hüququn həyata keçirilməs i müddəti müəyyən edilməyib. Odur ki, qanunun analogiyası üzrə hazırkı mübahisəli məsələyə Azərbaycan Respublikası MPM-in 282-ci maddəsində nəzərdə tutulan 10 günlük müddət tətbiq edilməlidir və hazırkı halda icra qeydi 22 iyun 2019-cu ildə verilməsinə baxmayaraq, iddiaçı məhkəməyə 4 il, 10 aydan sonra, yəni 26 aprel 2024-cü ildə müraciət etməklə 10 günlük müddəti ötürdüyü üçün birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək, iddia rədd olunmalıdır.

48. Əvvəla, “Notariat haqqında” Azərbaycan Respublikası Qanunun 41-ci maddəsində göstərilir ki, aparılmış notariat hərəkətlərindən və ya notariat hərəkətlərini aparmaqdan imtina edilməsindən maraqlı şəxs bu barədə dövlət notariat ofisinin...yerləşdiyi yerin məhkəməsinə şikayət verə bilər.

49. Həmin Qanunun 76-cı maddəsinin 8-ci hissəsin in mənasına görə, icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər.

50. Göründüyü kimi, iddiaçı hazırkı tələblə məhkəməyə 26 aprel 2024-cü il tarixdə müraciət edib və qüvvədə olan qanunvericilikdə borclunun icra qeydini məhkəmə qaydasında hansı vaxtda mübahisələndirə bilməsinə dair konkret müddət olmayıb.

51. Konstitusiya Məhkəməsinin Plenumu isə “Notariat haqqında” Qanunun 41 və 76-cı maddələrini əlaqəli şəkildə 16 may 2025-ci il tarixli qərarında şərh edib və həmin qərarın nəticə hissəsinin 3-cü bəndində göstərib ki, qanunverici orqan tərəfindən “Notariat haqqında” Qanunun 41-ci maddəsində nəzərdə tutulmuş notariusun icra qeydinin mübahisələndirilməsi müddəti dəqiq müəyyən edilənədək məsələyə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsində nəzərdə tutumuş 10 günlük müddət tətbiq edilsin.

52. Həmçinin, qərarın nəticə hissəsinin 4-cü bəndində göstərilir ki, bu qərar dərc edildiyi gündən qüvvəyə minir.

53. Əvvəla, apellyasiya instansiyası məhkəməsi sözügedən qərarın nə vaxtdan dərc edilməsini və qüvvəyə minməsini dəqiqləşdirməyib. Halbuki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanunun 67.0.2-ci maddəsində göstərilir ki,...Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsinə dair qərarlar- dərc olunduğu gündən qüvvəyə minir.

54. Həmin Qanunun 66.2-ci maddəsində göstərilir ki, Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır.

55. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi, iddia ərizəsinin məhkəmənin icraatına daxil olmasından 12 ay sonra Konstitusiya M əhkəməsinin sözügedən qərarına istinad edərək, iddiaçının icra qeydinin ləğvi ilə bağlı MPM-in 282-ci maddəsində nəzərdə tutulan 10 günlük müddəti ötürməsi nəticəsinə gələrkən hüquqi müəyyənlik prinsipini də nəzərə almayıb. Halbuki, hüquqi dövlətin əsas prinsiplərindən biri olan hüquqi müəyyənlik prinsipinə görə, hüquqi tənzimləmələr aydın, başa düşülən, tətbiq oluna bilən və obyektiv olmalı, həm şəxslər, həm də dövlət orqanları üçün heç bir tərəddüd və ya şübhəyə yer qoymamalıdır. Şəxs hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını əvvəlcədən bilməlidir. Yalnız bu halda o, üzərinə düşən öhdəlikləri qabaqcadan görə və davranışını tənzimləyə bilər. Hüquqi müəyyənlik tələb edir ki, normalar proqnozlaşdırıla bilən olsun, fərdlər bütün hərəkət və davranışlarında dövlətə etibar edə bils in, dövlət isə bu inam hissini sarsıdan hüquqi tənzimləmədən çəkinsin.

56. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, Konstitusiya, insan və vətəndaş hüquq və azadlıqlarına təminat verməklə yanaşı, bu hüquqların həyata keçirilməsinə mümkün qanuni və əsaslı müdaxilələri istisna etmir, lakin hər hansı hüquq və azadlıqların məhdudlaşdırılmasını dövlət tərəfindən güdülən məqsədə mütənasib olması ilə şərtləndirir.

57. Göründüyü kimi, iddiaçı hərəkətlərinin hansı hüquqi nəticəyə səbəb olacağını və icra qeydinin ləğvi ilə bağlı hansı müddət ərzində məhkəməyə müraciət etməli olduğunu əvvlcədən bilməyib.

58. Məhz, iddiaçının məhkəməyə müraciətindən sonra Konstitusiya Məhkəməsinin Plenumunu sözügedən məsələyə qanunun analogiyası üzrə MPM-in 282-ci maddəsində nəzərdə tutulan 10 günlü k müddəti tətbiq edib. Halbuki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərkən qanunda belə bir müddət və məhdudiyyət yox idi.

59. Apellyasiya instansiyası məhkəməsi, iddiaçının 10 günlük müddəti ötürməsini, icra qeydinin 22 iyun 2019-cu ildə, iddia ərizəsinin isə 4 il, 10 ay sonra- 26 aprel 2024-ci ildə verilməsini, habelə iddiaçının icra məmuruna ünvanladığı 29 avqust 2023-cü il tarixli ərizəsində icra qeydini aldığını qeyd etsə də, işdə tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsini təsdiq edən sübut yoxdur.

60. Halbuki, qanunun tələbinə görə, tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müra ciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Qanuna uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxi lində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

61. Göstərilənlərə əsasən, kassasiya instansiyası məhkəməsi, iddiaçının kassasiya şikayətinin dəlilləri ilə razılaşır və hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan, işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə yalnız sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.

62. Eyni hüquqi mövqe “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı qərarında da ifadə olunub.

63. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadının ləğv edilməsi üçün əsasdır.

64. Yuxarıda qeyd olunanları əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Q ə r a r a aldı: İddiaçı kassasiya şikayəti təm in edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 20 iyun 2025-ci il tarixli, 2(103)-516/2025 saylı qətnaməsi ləğv edilsin, mülki iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar