Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2721/2025 18.09.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: Yaşayış sahəsindən çıxarma) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər İspəndiyar Əsəd oğlu Şəfiyev (məruzəçi), Əhməd Abbas oğlu Əhmədov və X1 ibarət tərkibdə, iddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı “qanunsuz zəbt edilmiş ərazinin boşaldılması və təhvil verilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 19 may tarixli 2(103)- 3080/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" QSC-nin X2 İdarəsinin verdiyi xx.xx.2003-cü il tarixli, 10 saylı orderə əsasən Cavabdeh1 ailə üzvləri ilə birlikdə sahəsi 30 kv.m olan, 10 saylı otaq ayrılmışdır. 2. "xxxx" QSC-nin xx.xx.2015-ci il tarixdə təsdiq etdiyi siyahıda xx.xx.2015-ci il tarixinədək mənzil növbəsində olan və ev verilməsi nəzərdə tutulan işçilərin siyahısı tərtib olunmuş, siyahıda Biləcəri qəsəbəsi, Y.Hüseynov 12 ünvanında yaşayan, ailə tərkibi 4 nəfər olan Cavabdeh1 da qeyd edilmişdir. 3. "xxxx" QSC-də xx.xx.2015-ci il tarixində alğı-satqı müqaviləsinin təqdim olunmasına dəvət olunmuş şəxslərin siyahısında Cavabdeh1 adı da qeyd olunmuşdur və onunla 694 №-li müqavilə imzalanmışdır. 4. ünvan 1 ünvanında yerləşən yataqxana 1714 nömrə ilə "xxxx" QSC-nin balansında olan daşınmaz dövlət əmlakı kimi reyestrdə qeydə alınmışdır.
5. ADY QSC-nin Biləcəri Stansiyası tərəfindən verilmiş 18 saylı, xx.xx.2024-cü il tarixli arayışda qeyd olunmuşdur ki, Cavabdeh1 xx.xx.1981-ci il tarixdən stansiyada operator vəzifəsində çalışır, hazırda ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən yataqxananın qanunsuz olaraq zəbt edilmiş 10 nömrəli otağının Cavabdeh1 tərə findən boşaldılaraq ADY-yə təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddia tələbi işin yuxarıda qeyd olunan faktiki hallarına istinadən belə əsaslandırılmışdır ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin (bundan sonra - ADY QSC yazılacaq) balansında olan ünvan 1 ünvanında yerləşən yataqxanada 10 nömrəli otaq Cavabdeh1 tərəfindən qanunsuz olaraq zəbt edilmişdir. Bununla bağlı, ADY QSC-nin aidiyyəti işçilərinin iştirakı ilə qanunsuz zəbt edilmiş ərazinin boşaldılması barədə cavabdehə xəbərdarlıq edilmiş, ona həmin otağın qanunsuz zəbt edilməsinin qanunvericiliklə qadağan olunması izah edilmişdir. Buna baxmayaraq, cavabdeh tərəfindən qanunsuz olaraq zəbt edilmiş otaq boşaldılmamış və təhvil verilməmişdir.
8. Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etməyərək iddiaçı qurum tərəfi ndən mənzil növbəsində olmalarını, onlara 3 otaqlı yeni tikilidə mənzil verildiyini, lakin mənzili təmir etməyə maddi imkanları olmadığını, mənzili satıb öz şəxsi ehtiyaclarına xərcləyib müalicə olunduqlarını bildirmişdilər.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin e-2(001)-506/2025 saylı, 12 mart 2025- ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir (hakim Səidə Məmmədova).
10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırıb ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluq prinsipinin tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu hüququn konstitusion mahiyyətini dəyişməməlidir. Hazırkı mübahisə predmeti olan yataqxana otağı iddiaçının balansında, mülkiyyətindədir və cavabdehlə rin həmin ünvanda yaşaması, iddiaçının təkidinə baxmayaraq, ünvanı tərk etməməsi iddiaçının mülkiyyətçi kimi hüquqlarını məhdudlaşdırmaqdadır.
11. Cavabdeh iddiaçı təşkilatın əməkdaşı olmaqla həmin yataqxanada mənzili tutmuş, lakin sonradan cavabdehə yeni tikili binada ailə tərkibi nəzərə alınaraq 3 otaqlı mənzil verilmişdir. Göstərilən xüsusatları cavabdeh də təsdiq etmiş, lakin yeni verilən mənzili borcu və səhhətində problemləri olduğuna görə satıb şəxsi ehtiyaclarına xərclədiyini etiraf etmişdir. Münasibətlərin yarandığı dövrü tənzimləyən mənzil qanunvericiliyi isə istər yataqxana otağı, istərsə də xidməti mənzildən sonradan işçiyə digər yaşayış sahəsi verilməklə çıxarılmasını mümkün hesab etmişdir.
12. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mənzil M əcəlləsinin (30 iyun 2009-cu il tarixədək qüvvədə olan) 105, 107, 108-ci, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2-ci maddələrinə istinadən əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
13. Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddianın rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2, 3 otaqlı yeni tikili mənzil aldıqlarını etiraf etmiş və onu təmir etmək və şəxsi ehtiyacları üçün satdıqlarını bildirmişdir. Lakin bu hal, mülkiyyət hüququnun məhdudlaşdırılması ilə bağlı qanunvericiliyə uyğun olaraq ətraflı şəkildə dəyərləndirilməyib. Məhkəmənin müəyyən etdiyi müddət və prosedurda cavabdehə qarşı tətbiq olunan qərar sosi al ədalət və qanun normalarına uyğun deyildir. Cavabdeh, qeyd edilən yataqxananın otağını zəbt etməmiş, əksinə, orada ailə vəziyyəti və tibbi səbəblərə görə uzun müddət qalmağa məcbur olub. Cavabdehə verilən yeni mənzilin tam olaraq şəxsi ehtiyaclar üçün istifadə edilməsi cavabdehin hüquqları daxilindədir. Bu maddəyə əsasən, dövlət və ya onun nəzarətində olan qurumlar (burada ADY dövlət şirkətidir) vətəndaşı faktiki yaşayış yerindən çıxararkən sosial vəziyyəti və real alternativin mövcudluğunu nəzərə almalıdır. Əgər alternativ real və istifadə üçün yararlı deyilsə, çıxarılma qeyri-mütənasibdir. ADY QSC tərəfindən 80-ə yaxın əməkdaşa mənzil təqdim edilsə də, onların əksəriyyəti yeni mənzilə köçməmiş, əvvəlki yaşayış yerlərində yaşamlarını davam etdirmişlər. Lakin yalnız cavabdeh və ailə üzv lərinə qarşı iddia qaldırılmış və 32 il yaşadıqları mənzildən çıxarılmaları tələb edilmişdir. Cavabdeh ailəsi ilə birlikdə hazırda yaşadıqları bu ünvandan çıxarılarsa, onların alternativ yaşayış yeri yoxdur. Belə bir qərar onları evsiz qalmaq, müalicə imkanlarını itirmək, sosial təhlükə altına düşmək, insan ləyaqətinə zidd şəraitdə yaşamaq məcburiyyətində qalmaq kimi hallarla qarşılaşdıracaqdır. Cavabdeh şəxsin yeganə yaşayış sahəsindən çıxarılması, onu evsiz qoyacaqdır. Cavabdeh və ailəsi səhhətində problem olduğu üçün və müəyyən miqdarda borcu olduğu üçün pula ehtiyacı var idi. Əslində, evi 5 illik müddətində satmaq ixtiyarı yox idi. Məcbur qalaraq ADY QSC-nin həmkarlar təşkilatının sədrinə müraciət edərək evin satılmasına icazə alıblar. Evi satdıqdan sonra pulun bir qismi ilə borcunu öd əyib. Özü 5 dəfə əməliyyat olunub. Həyat yoldaşı ağır şəkər xəstəsi və çarəsi tapılmayan fil xəstəliyindən əziyyət çəkir. Müalicəsi daimidir. Qızları sinir xəstəliyindən əziyyət çəkirlər, hazırda müalicələri davam edir. Məhkəmə araşdırma zamanı tərəflər arasında mübahisəni doğru və obyektiv şəkildə araşdırmamışdır. Məhkəmə bu sosial faktları və cavabdehin həyat şəraitini nəzərə almadığı üçün düzgün qərar qəbul etməmişdir. Həmçinin o da qeyd edilməlidir ki, maddi imkanların aşağı səviyyədə olması səbəbilə cavabdeh uzun müddət kirayədə yaşamış, lakin 1993-cü ildə Biləcəri qəsəbəsi, İlqar Kərimov küçəsi 23 ünvanında yerləşən, ADY QSC-nin balansında olan, yaşayış üçün yararsız vəziyyətdəki yataqxana binasında bir otağa ailəsi ilə birlikdə köçmüşdür. Həmin dövrdə otaqda heç bir yaşayış şəraiti mövcud olmamış, lakin cavabdeh ailəsinin təhlükəsizliyi və sığınacaq ehtiyacını ödəmək məqsədilə öz vəsaiti hesabına məkanın minimum yaşayış üçün yararlı vəziyyətə salınmasına nail olmuşdur. Hesab edir ki, yuxarıdakı hallara əsasən məhkəmənin verdiyi qərar ədalətsizdir, məhkəmə yuxarıda qeyd edilən halları nəzərə almadan qərar qəbul etmişdir.
15. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-3080/2025 nömrəli, 19 may 2025-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır (hakimlər E.C.Kazımov (sədrlik edən və məruzəçi), N.Ş.Cəfərov və İ.S.Şirinov).
16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaş araq qeyd etmişdir ki, cavabdehlərin çıxarılmasını istədiyi yataqxana otağı iddiaçının balansındadır və daşınmaz əmlakın dövlət registrində qeydə alınmışdır. Konstitusiyanın 13-cü maddəsinin İ hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinin İV hissəsinə əsasən heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 152.1.-ci maddəsinə əsasən, mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Demək ki, qeyd olunan otaq iddiaçının balansında olduğundan cavabdehlərə qarşı hazırki tələbi irəli sürməkdə haqsız olmamışdır.
17. Belə ki, iddiaçı nın vəsaiti hesabına cavabdehə 2015-ci ildə mənzilə ehtiyacı olan işçi kimi 3 otaqlı 120 kv. metr sahəsi olan mənzil verilməsi işin mübahisəsiz halıdır. Bunu cavabdeh tərəf hər hansı bir formada təkzib etmir. Cavabdeh həmin mənzili özünün və ailəsinin şəxsi ehtiyacını qarşılamaq məqsədi ilə satdığını bildirsə də, bu barədə, yəni konkret hansı tarixdə, qaydada və formada, eləcə də neçəyə satdığı, əldə edilən vəsaiti necə və nəyə sərf etməsi, artıq nə qədər vəsait qalması barədə məhkəməyə mötəbər sübut təqdim etməyib. Buna baxmayaraq, qeyd olunan mənzilin həqiqətən cavabdeh tərəfindən əvəzi ödənilməklə özgəninkiləşdirməsinin də hazırkı iddianın əsaslılığına heç bir təsiri ola bilməz. Çünki iddiaçı təşkilat tərəfindən əvəzsiz verilən yeni mənzilin satılması cavabdehə çıxarılması tələb edilən yataqxana otağında qalmasına əsas vermir. Başqa sözlə, cavabdehə yeni mənzil ona görə verilib ki, o, iddiaçının balansında olan yataqxana otağını tərk etsin. Lakin cavabdeh yeni mənzil verildiyi vaxtdan 10 ilə yaxın müddət keçsə də, mübahisəli otaqdan çıxmaq istəmir.
18. Bundan əlavə, cavabdeh şikayətində qeyd etmişdir ki, verilən yeni mənzilin tam olaraq şəxsi ehtiyaclar üçün istifadə edilməsi cavabdehin hüquqları daxilindədir. Göründüyü kimi, cavabdeh hüquqlarından istifadəni yaxşı bilsə də, nədənsə vəzifələrini sanki unudur yaxud olmadığını düşünür. Üstəlik dövlət və ya onun nəzarətində olan qurumların (burada ADY dövlət şirkətini nəzərdə tutur) vətəndaşı faktiki yaşayış yerindən çıxararkən sosial vəziyyəti və real alternativin mövcudluğunu nəzərə almamaqda qınayır. Düzdür, cavabdehin d üşdüyü vəziyyət anlaşılan ola bilər, ancaq iddiaya münasibəti başadüşülən deyildir. Bu cür yanaşma daha çox hüquqdan sui-istifadə xarakteri daşıyır.
19. Bundan başqa, iddiaçının yeni mənzil təqdim etdiyi 80-ə yaxın əməkdaşının həmin mənzillərə köçməməsi, əvvəlki yaşayış yerlərində yaşamaları həqiqi olsa belə bu hal da iddianın rədd edilməsi üçün əsas ola bilməzdi. Əvvəla, cavabdeh buna dair sübut təqdim etməyib. İkincisi, iddiaçının həmin şəxslərə qarşı iddia irəli sürməməsi, həmçinin cavabdehin çıxarılması tələb edilən otaqdan çıxarılacağı təqdirdə vəziyyətinin arzuolunmaz olacağı da bu iddianı rədd etmək üçün əsas deyil. Çünki iddiaçı iddiasında israrlıdır, məhkəmə onu iddiasından imtina etməyə məcbur edə bilməz. Hətta cavabdehin və ailə üzvlərinin sağlamlıq vəziyyəti də fərqli qərar qəb ul etməyə hüquqi imkan vermir. Buna görə də, mübahisələndirilən qətnamə ədalətsiz görünə bilər, lakin əsassız və qanunsuz deyildir. Göstərilənlərə baxmayaraq, qətnamənin qanuni qüvvəsini alacağı təqdirdə icra icraatı çərçivəsində tərəflər mübahisəni barışıq sazişi ilə həll edə yaxud icra sənədinin icrasının təxirə salınması barədə razılaşa bilərlər.
20. Apellyasiya instansiyası məhkəməsi öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.5, 157.2, 425.1, 560.1, 560.2, 560.3, Azərbaycan SSR-in 1982-ci il 8 iyul tarixli Mənzil Məcəlləsinin 105, 107, 108-ci istinadən əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
21. Cavabdeh1 (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv ed ilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
22. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış və əlavə olaraq bildirmişdir ki, məhkəmə cavabdehlərin mübahisəli yataqxana otağında yaşamasını həmin otağın zəbt edilməsi kimi qiymətləndirmişdir ki, bu da qanunu açıq aşkar təhrif etməkdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
23. Kassasiya şikayətinə qarşı etiraz təqdim olunmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
24. Maddə
43. Mənzil hüququ İ. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İİ. Dövlət yaşayış binalarının və evlərin tikintisinə rəvac verir, insanların mənzil hüququnu gerçəkləşdirmək üçün xüsusi tədbirlər görür.
25. Maddə
71. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı İİ. İnsa n və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları bu Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır. İİİ. Müharibə, hərbi vəziyyət və fövqəladə vəziyyət, habelə səfərbərlik elan edilərkən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini nəzərə almaq şərti ilə qismən və müvəqqəti məhdudlaşdırıla bilər. Həyata keçirilməsi məhdudlaşdırılan hüquq və azadlıqlar haqqında əhaliyə qabaqcadan məlumat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
26. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
27. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq su rətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
28. Maddə 560.1. Mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
29. Maddə 560.2. Hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır.
30. Maddə 560.3. Hüquqdan sui-istifadə xüsusən aşağıdakılardır: 560.3.1. qeyri-qanuni və ya müqavilənin ziddinə əldə edilmiş hüquqların həyata keçirilməsi; 560.3.2. şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarını həyata keçirməsi; 560.3.3. müdafiə edilməli olan şəxsi mənafeyin əsaslarını təşkil etməyən hüququn həyata keçirilməsi; 560.3.4. digər t ərəfin güvəndiyi və güvənmiş olduğu əvvəlki rəftara zidd hüququn həyata keçirilməsi;. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi (xx.xx.2009-ci ilədək qüvvədə olmuş 1982-ci il 8 iyul tarixli)
31. Maddə
4. Mənzil fondu Mənzil fondunu Azərbaycan SSR ərazisində olan yaşayış evləri, habelə başqa tikililərdəki yaşayış sahələri təşkil edir. Mənzil fonduna aşağıdakılar daxildir: dövlətə məxsus yaşayış evləri və başqa tikililərdəki yaşayış sahələri (dövlət mənzil fondu);...
32. Maddə
6. Yaşayış evlərinin və yaşayış sahələrinin təyinatı Yaşayış evləri və yaşayış sahələri vətəndaşların daimi yaşaması üçün, habelə müəyyən edilmiş qaydada xidməti yaşayış sahələri. və yataqxanalar kimi istifadə olunmaq üçündür. Yaşayış evlərində sənaye xarakterli ehtiyaclar üçün sahələr verilməsi qadağandır.
33. Madd ə
34. Vətəndaşların mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotunda qalmaq hüququnun saxlanması Aşağıdakı hallarda vətəndaşların yaşayış sahəsi almaq üçün uçotda qalmaq hüququ saxlanılır:... 4) uçota götürüldükdən sonra xidməti yaşayış sahəsi və ya yataqxana verildikdə;...
34. Maddə
35. Vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarmaq üçün əsaslar Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda;...
35. Maddə
89. Yaşayış sahəsindən çıxarma Dövlət və ya ictimai mənzil fondu evində yaşayış sahəsindən çıxarma hallarına yalnız qanunla müəyyən edilmiş əsaslar üzrə yol verilir. Yaşayış sahəsindən çıxarma məhkəmə qaydasında həyata keçirilir. Ancaq yaşayış s ahəsini özbaşına tutmuş və ya uçmaq qorxusu olan evlərdə yaşayan şəxslərin prokurorun sanksiyası ilə inzibati qaydada çıxarılmasına yol verilir. Vətəndaşlar yaşayış sahəsindən çıxarılarkən, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna edilməklə, eyni zamanda başqa yaşayış sahəsi verilir.
36. Maddə
105. Aşağıdakılar digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarıla bilməzlər: müharibə əlilləri və hərbi qulluqçular sırasından olub SSRİni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində yaxud cəbhədə olmaqla əlaqədar xəstəliyə tutulma nəticəsində əlil olmuş digər şəxslər; döyüşən ordunun tərkibində olmuş Böyük Vətən müharibəsi iştirakçıları; SSRİ-ni müdafiə edərkən yaxud digər hərbi xidmət vəzifələrini y erinə yetirərkən həlak olmuş və ya xəbərsiz itkin düşmüş hərbi qulluqçuların və partizanların ailələri; hərbi qulluqçuların ailələri; SSRİ Daxili İşlər Nazirliyi orqanlarının sıravi və rəis heyətindən olan, xidmət vəzifələrini yerinə yetirərkən yaralanma, kontuziya və ya şikəstlik nəticəsində əlil olmuş şəxslər; xidməti yaşayış sahəsi vermiş müəssisədə, idarədə, təşkilatda azı on il işləmiş şəxslər; vəzifəsi ilə əlaqədar yaşayış sahəsi almış, vəzifədən azad edilmiş, lakin həmin sahəni verən müəssisə, idarə, təşkilat ilə əmək münasibətlərini kəsməmiş şəxslər; müəssisənin, idarənin, təşkilatın ləğv edilməsi ilə əlaqədar yaxud işçilərin sayının və ya ştatının ixtisar edilməsi nəticəsində işdən çıxmış şəxslər; qocalığa görə pensiyaçılar; fərdi pensiyaçılar; xidməti yaşayış sahəsi verilmiş və ölmüş işçinin ailə üzvləri; İ və İİ qrup əmək əlilləri, əlilliyə görə əmək pensiyası almaq hüququ olan sağlamlıq imkanları məhdud 18 yaşınadək şəxslər hərbi qulluqçular və onlara bərabər tutulan şəxslər sırasından İ və İİ qrup əlillər; yalqız şəxslər və onlarla birlikdə yaşayan həddi-büluğa çatmamış uşaqlar.
37. Maddə
107. Yataqxanalarda mənzil sahəsi verilməsi və ondan istifadə qaydası SSR İttifaqı qanunvericiliyi, bu Məcəllə və Azərbaycan SSR-in digər qanunvericiliyi ilə müəyyən edilir. Yataqxanada mənzil sahəsi fəhlələrə, qulluqçulara, tələbələrə, məktəblilərə və başqa vətəndaşlara iş və ya təhsil dövründə, yataqxanalar üçün müəyyən olunmuş normaya əməl edilməklə müəssisə, idarə, təşkilat müdiriyyətinin, həmkarlar ittifaqı komitəsinin və komsomol komitəsinin birgə qərarı ilə verilir. Ə trafdakıları vərəmlə yoluxdurmaq təhlükəsi olan xəstələri yataqxanalarda yerləşdirmək qadağandır. Mənzil sahəsi verilməsi haqqında qərar əsasında yataqxanada mənzil sahəsini tutmaq üçün müdiriyyət tərəfindən order verilir. Yataqxanada mənzil sahəsi tutmaq üçün order formasını Azərbaycan SSR Nazirlər Soveti müəyyən edir. Müddətli hərbi xidmətə. çağırılmaqla əlaqədar yataqxanadan getmiş şəxslər hərbi xidmətini başa vurduqdan sonra həmin müəssisəyə, idarəyə, təşkilata və ya məktəbə qayıtdıqda, yataqxanada onlara yenə də mənzil sahəsi verilməlidir.
38. Maddə
108. İşi dayandırmış mövsümi, müvəqqəti işçilər və müddətli əmək müqaviləsi əsasında işləmiş şəxslər, habelə məktəblərdə oxumuş və oradan getmiş şəxslər iş və ya təhsil ilə əlaqədar yer aldıqları yataqxanadan digər yaşayış sahəsi verilmədə n çıxarılmalıdırlar. Müəssisələrin, idarələrin, təşkilatların işlə əlaqədar olaraq yataqxanada yer almış başqa işçiləri üzürlü səbəblər olmadan öz arzusu ilə, əmək intizamını pozduğuna və ya cinayət etdiyinə görə işdən çıxarıldıqda digər yaşayış sahəsi verilmədən çıxarıla bilərlər. Başqa əsaslara görə işi dayandırmış şəxslər, habelə bu Məcəllənin 105-ci maddəsində göstərilən şəxslər yalnız digər yaşayış sahəsi verilməklə çıxarıla bilərlər. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsi
39. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
40. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
41. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdı qdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
42. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
43. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
44. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdı rmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
45. Kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düz gün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
47. Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə görə, şikayətdə fundamental vacib hüquqi məsələlərin qaldırılmadığı təqdirdə, yuxarı instansiya məhkəmələrinin, xüsusən məhkəmə baxışının predmetini yalnız hüquqi məsələlərin təşkil etdiyi kassasiya instansiyası məhkəmələrinin şikayəti yalnız ona aid müvafiq qanunvericiliyə istinad etməklə rədd etmələri məqbul hesab oluna bilər (Avropa İnsan hüquqları Məhkəməsinin “Məzahir Cəfərov Azərbaycana qarşı” işi üzrə).
48. Bu baxımdan işin hallarına nəzər salındıqda görünür ki, apellyasiya instansiyası məhkəm əsi tərəfindən qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddia tələbi ilə bağlı məsələlər lazımi qaydada araşdırılmışdır. Kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər, apelyasiya şikayətinin dəlillərini təşkil edirdi və apellyasiya məhkəməsi həmin dəlillərə kifayət qədər ətraflı qiymət vermişdir. Apelyasiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək, onun qəbul etdiyi qərarın nəticələri ilə razılaşmaq və təsdiqi ilə kifayətlənmək mümkündür. Ona görə də, işin faktiki halları ilə bağlı apellyasiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsində ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
49. Bununla yanaşı, məhkəmə kollegiyası əlavə olaraq aşağıdakıları qeyd etməyi zər uri sayır.
50. Tərəflər arasında yaranmış münasibətlər xüsusi təyinatlı mənzil fondundan istifadə üzrə yaranan münasibətlərdir. Bu münasibətlər Mənzil Məcəlləsinin normaları ilə tənzimlənir. Buna görə də yaranmş mübahisə tərəflər arasında münasibətlərin yarandığı zaman qüvvədə olmuş Mənzil Məcəlləsinin 34, 35, 89, 105 və 107-ci maddələrinin müddəaları əsasında həll edilməlidir.
51. Qeyd olunmalıdır ki, mübahisəli münasibətlər yaranan dövrdə qüvvədə olmuş Mənzil Məcəlləsinin əsas məqsədi, mənzilə tələbatını ödəmək üçün lazımi zəmin yaradılmasından ibarət idi. Mənzil zəhmətkeşlərin mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilməsi əsasları, uçota götürülməsi, növbəliyin təyin edilməsi qaydaları, uçotdan çıxarılmasının əsasları dəqiq tənzimlənirdi. Vətəndaşları mənzil şəraitini ya xşılaşdırmağa ehtiyacı olanların uçotundan çıxarmaq üçün əsaslardan biri kimi vətəndaşın mənzil şəraitinin yaxşılaşdırılması və buna görə də uçotda olmaq üçün əsasların qalmaması müəyyən edilmişdi.
52. Baxılan iş üzrə də işə baxmış məhkəmələr bu hüquqi əsaslara istinad etmiş, cavabdehlə bağlanmış xidməti yaşayış sahəsinin kirayə müqaviləsinə xitam verilməsi üçün əsasların olduğunu müəyyən etmişdir. Məhkəmə həmçinin digər yaşayış sahəsi verilmədən xidməti yaşayış sahəsindən çıxarılmanın yolverilməzliyini müəyyən edən Mənzil Məcəlləsinin 105-ci maddəsinin müddəaları əsasında işin hallarını təhlil etmiş və bu cür əsasları müəyyən etməmişdir.
53. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi bu nəticə və əsaslandırması ilə razılaşır.
54. Kollegiya bildirir ki, sübutları araş dırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara və cavabdehin dəlillərinə qanunvericiliyə uyğun hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiya məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.
55. Qeyd olunmalıdır ki, işin faktiki halları kassasiya instansiyası məhkəməsinin araşdırma predmetini təşkil etmir. Kassasiya instansiyası məhkəməsi sübuta yetirilməyən halların əlavə araşdırılması vəzifəsini öz üzərinə götürmədən mülki prosesdə rəhbər tutulan hüquqi həqiqət prinsipinə uyğun olaraq, yalnız iş üzrə müəyyən edilmiş hallara hüququn düzgün tətbiq edilib-edilmədiyini yoxlayır.
56. Məhkəmə kollegiyası hesab edi r ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait yaradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.
57. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419cu maddələrini rəhbər tutaraq, qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2025-ci il 19 may tarixli 2(103)3080/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.