Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2726/2020 24.06.2020 ALİ MƏHKƏMƏ AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN QƏRAR Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Ərizəçi, nümayəndəsi və vəkili X6, Maraqlı şəxs X nin vəkili X2 iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, qətnaməsindən maraqlı şəxs xi tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, xnömrəli MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs xinə qarşı ərizə ilə müraciət edərək, onun xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək Yaşıllaşdırma müəssisəsinin B aş İstehsalat İdarəsində massir (briqadir) vəzifəsində işləməyi faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (hakim R.Cavadzadə) xx xxxx 2019-cu il tarixli x nömrəli qətnaməsi ilə ərizə rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-Ş.Məmmədova (sərlik edən və məruzəçi), V.Həsənov və X.Sarıyev) xx xxxxxxx 2019-cu il tarixli, xnömrəli qətnaməsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maraqlı şəxs Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin həddi, dəlilləri və ona etiraz: Kassator həmin qətnamənin ləğv edilib, işi yenidən baxılmas ı üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Prosessual məsələlər və işdə iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasında iştirak edən ərizəçi və onun nümayədnsəsi və vəkili kassasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin vəkili kassasiya şikayətinə etiraz edərək onun təmin olunmamasını və apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarında olan: Bakı Şəhər İcra Hakimiyyəti başçısının Aparatının xx xxxxx 2019-cu il tarixli S-71-112 nömrəli Ərizəçi ünvanlanan məktubundan görünür ki, Aparat ərizəçiyə Yaşıllaşdırma müəssisələrinin Baş İstehsalat İdarəsinin arxiv sənədlərinin 2016-cı il tarixdə arxivi su basması nəticəsində məhv olduğunu bildirmişdir. xinin xx xxx 2019-cu il tarixli **********2 nömrəli məktubundan görünür ki, Ərizəçi ərizəsinə cavab olaraq, yaşa görə əmək pensiyası təyinatı üçün tələb olunan sosial sığorta stajı və pensiya yığım kapitalı əmək pensiyası təyinatı üçün lazım olan sığorta kapitalı olmadığı üçün ərizəsinin təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. 0089749 saylı əmək kitabçasının surətindən görünür ki, Ərizəçi 1979-cu ildən 1981-ci ilədək Güzdək kənd orta məktəbində kimya-biologiya müəllimi, 1981-ci ildən 1982-ci ilədək Sitalçay kənd orta məktəbində kimya-biologiya müəllimi və 1983-cü ildə elektrik işıqçısı vəzifəsində işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə baxışının iclas protokolundan görünür ki,məhkəmə iclasında dindirilmiş şahid X3 ifadəsində bildirir ki, o, 1983-cü ildən indiki Bakı şəhər Yaşıllıqlara qulluq təsərrüfat birliyində (əvvəlki Yaşıllaşdırma müəssisələrinin Baş istehsalat idarəsində) sahə rəisi vəzifəsində işləmiş və hal-hazırda həmin idarədə rəis müavini vəzifəsində işləyir. Ərizəçi 1997-ci ildən 2006-cı ilə kimi həmin idarədə briqadir vəzifəsində işləmişdir. Bakı ş əhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə baxışının iclas protokolundan görünür ki, məhkəmə iclasında dindirilmiş şahid X1 ifadəsində bildirir ki, o, 1976-cı ildən Bakı şəhər Yaşıllıqlara qulluq təsərrüfat birliyində (əvvəlki Yaşıllaşdırma müəssisələrinin Baş istehsalat idarəsində) işləyir. Ərizəçi 1997-ci ildən 2008-ci ilə kimi həmin idarədə briqadir vəzifəsində işləmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin məhkəmə baxışının iclas protokolundan görünür ki, məhkəmə iclasında dindirilmiş şahid X4 ifadəsində bildirir ki, o, 1983-cü ilin dekabr ayından indiki Bakı şəhər Yaşıllıqlara qulluq təsərrüfat birliyində (əvvəkli Yaşıllaşdırma müəssisələrinin Baş istehsalat idarəsində) işləyir. Ərizəçi 1983-cü ildən 2006-cı ilə kimi həmin idarədə briqadir vəzifəsində işləmişdir. Azərbaycan Respubli kası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2019-cu il tarixli, 03 saylı “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Qərarına əsasən məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə ( mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ə rizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 31.2-1-ci ma ddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda, bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının xx.xx.2017ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.2, 3.2.2-ci bəndinin tələblərinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında müəyyən edilir. Əmək stajı məhkəmə qaydasında müəyyən edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinin tələblərinə əsasən yalnız ərizəçinin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədar olan sübutlar qəbul edilib nəzərə alınmalı, yazılı sübutların olub-olmamasına, ifadə verən şahidlərin ərizəçi ilə eyni müəssisə və ya təşkilatda birlikdə işləməsinin zəruri sübutlarla (məsələn, əmək kitabçası ilə) təsdiq edilib-edilməməsinə xüsusi di qqət yetirilməlidir. Apelyasiya instansiyası məhkəməsi ziddiyyətli şahid ifadələrinə münasibətdə hesab etmişdir ki, bu ifadələr sübut kimi qiymətləndirilə bilməz. Belə ki, şahid Nurəddin Rzayev ərizəçi ilə 1997- ci ildən 2006-cı ilə kimi, şahid Abdulla Kərimov 1997-ci ildən 2008-ci ilədək, şahid Eyvaz Bayramov isə 1983-cü ildən 2006-cı ilə kimi indiki Bakı şəhər Yaşıllıqlara qulluq təsərrüfat birliyində (köhnə Yaşıllaşdırma müəssisələrinin Baş istehsalat idarəsində) işlədiklərini bildirmişlər. Lakin iddiaçı həmin idarədə xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək işlədiyini bildirmiş və həmin illərdə işləməsi faktının müəyyən edilməsini xahiş etmişdir. Beləliklə, ərizəçinin xx xxxxxx 1998-ci il tarixdən xx xxxxxx 2005-ci il tarixədək Yaşıllaşdırma müəssisələrinin Baş İste hsalat İdarəsində massir (briqadir) vəzifəsində işləməsi barədə hüquqi əhəmiyyəti olan faktın məhkəmə qaydasında təsdiq olunması barədə tələbi təmin olunmamalıdır. Apelyasiya instansiyası məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar, sübut edilən faktla birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi - güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi-sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçünçüsü – bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; dördüncüsü- bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbayacan Respublika sının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanları nəzərə alaraq məhkəmə kollegiyası bu qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsi iş üzrə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir və kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417- 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, xnömrəli qətnaməsi dəyişdirilmə
Məhkəmə qərarları › İş №2(102)-2726/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-2726/2020
24.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver