Məhkəmə qərarları › İş №2(102)-2727/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2727/2021

04.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2727/2021 04.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Ərizəçi1 və Ərizəçi2 Maraqlı şəxsnə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: milli mənsubiyyətin müəyyən edilməsi ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı ərizəçilərin milliyyətinin alman olması faktının müəyyən edilməsi barədə Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-8218/2020 nömrəli, 10 noyabr 2020-ci il tarixli qərardadından ərizəçilər Ərizəçi1 və Ərizəçi2 tərəf indən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Ərizəçi1 və Ərizəçi2 ərizə ilə məhkəməyə müraciət edərək, 08 avqust 1984cü il tarixdə Bakı şəhərində doğulmuş Ərizəçi1, eləcə də onun övladları 12 oktyabr 2006-cı il tarixdə Bakı şəhərində doğulmuş X1 və 03 iyul 2008-ci il tarixdə Bakı şəhərində doğulmuş X2, habelə xx xxxxxx 1962-ci ildə Bakı şəhərində doğulmuş Ərizəçi2 alman milliyyətindən olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 fevral 2020-ci il tarixli 2(009)456/2020 saylı qərardadı ilə (sədrlik edən hakim İ.Rüstəmli) mülki iş üzr ə icraata xitam verilmişdir. Xitamın əsası ondan ibarət olmuşdur ki, həmin mübahisəyə məhkəmədə baxılmalı deyil.

2. Məhkəmə iş üzrə icraata xitam verərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1., 307.1, 308-ci maddələrinə istinad etmişdir.

3. Birinci instansiya məhkəməsinin qərardadından ərizəçilər apellyasiya şikayəti vermişlər. Apelyasiya instansiyası məhkəməsindəki icraat

4. Bakı Apelyasiya Məhkəməsi MK-nın 10 noyabr 2020-ci il tarixli qərardadı ilə (hakimlər- İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İskəndərov və E.Kazımov) ərizəçilər tərəfindən verilən şikayət təmin edilməmiş, qərardad dəyişdirilmədən saxlanılaraq, şikayət verilməsi üçün ödənilmiş dövlət rüsumu ərizəçilərə aid edilmişdir.

5. Apelyasiya instansiyası məhkəməsi 1-ci instansiya məhkəməsinin gəldiyi n əticə və əsaslandırma ilə razılaşmışdır.

6. Apellyasiya instansiyası məhkəməsinin qərardadından ərizəçilər kassasiya şikayəti vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

7. Ərizəçilər kasasiya şikayəti verərək qərardadın ləğv olunaraq, hüquqi əhəmiyyətli faktın tanınması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

8. Kassasiya şikayəti belə əsaslandırılmışdır: Məhkəmə işə baxarkən prosessual hüquq normalarının pozulub-pozulmamasının əsaslarını müəyyən etməmiş, hüquq normalarını düzgün tətbiq etməmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

9. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları

10. Tərəflər məhkəmə iclasının yeri və v axtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 01 mart tarixli 52 nömrəli Qərarı ilə təsdiqlənmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydasını müəyyən edən”Əsas müddəaların 4-cü bəndində vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi üçün əsas ola biləcək sənədlər sırasında şəxsin milliyyətinin müəyyən edilməsi faktını müəyyən edən məhkəmə aktı qeyd edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

11. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdik ləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

12. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

13. Maddə 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. ”””

14. Maddə

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.

15. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

16. Maddə 418.1. Maddi və prosess ual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması”apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Kassasiya baxışının hədləri

17. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə ilə bağlı apellyasiya instansiyası məhkəməsinin mövqeyi düzgün olmuşdur.

19. Belə ki, məhkəmə bu qəbildən olan işlərə baxarkən yalnız vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsinə dair ərizələrə baxa bilər.

20. Hazırkı ərizədə isə vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi deyil, məhz şəxsin milliyyətinin müəyyən edilməsi faktının tanınması xahiş olunur ki, bu xahişə məhkəmə qaydasında baxıla bilməz.

21. Şəxsin milli mənsubiyyəti onun bu və ya digər millətə biloloji bağlılığı ilə müəyyən edilir. Milli mənsubiyyət valideynlərdən gəlir. Valideynlər müxtəlif millətlərdən ola bilərlər, lakin seçimi şəxslə r özləri edirlər.

22. Hazırkı işdə ərizçilər onların ulu nənələrinin alman millətindən olmasını bildirir və bunu təsdiq edən sübutlar təqdim etmişlər. Həmin sübutlarla ərizəçilərin alman milləti ilə bioloji bağlı olmaları istisna edilmir. Lakin həmin sübutlara istinad etməklə məhkəmə qaydasında ərizəçilərin alman millətindən olmaları faktının təsdiq edilməsi mümkün deyil. Yuxarıda qeyd olunduğu kimi müxtəlif millətlərdən olan valideynlər qarşılıqlı razılaşma yolu ilə uşaqların milli mənsubiyyətini müəyyən edirlər. Ərizəçilərin də ulu nənə və babaları müxtəlif millətin nümayəndələri olmuş və övladlarının milli mənsubiyyətini müəyənləşdirmişlər.

23. İzah olunur ki, ərizəçilərin alman milləti ilə bioloji bağlı olmalarına dair sübutları başqa qaydada istifadə etmələri (ərizəçilərin istəyi onla rın alman milləti ilə bağlı olmalarını sübut etməkdir) istisna deyil.

24. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qərardad dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

25. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Ərizəçilər Ərizəçi1 və Ərizəçi2 kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-8218/2020 nömrəli iş üzrə 10 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar