Məhkəmə qərarları › İş №2(102)-2727/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-2727/2024

01.10.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2727/2024 01.10.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 nömrəli Ərazi İdarəsinə qarşı, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı mülki iş üzrə QƏRARİ (Açar sözlər: torpaq sahəsinin boşaldılması, özbaşına tutulmuş torpaqların qaytarılması, mülkiyyətçinin özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri almaq tələbi (vindikasiya tələbi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əhmədova Mehparə Tofiq qızı (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğl u və Nurməmmədov Əhməd Güləhməd oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 nömrəli Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun tanınması, şəhadətnamənin etibarsız hesab edilməsinə dair ilk, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı cavabdeh İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, topraq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi qarşılıqlı iddia tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)14/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsindən cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. X3 ilə X5 arasında nikah 24 iyul 1985-ci ildə bağlanmış, nikahdan sonra qadın ərinin soyadı olan Pirəliyeva soyadını qəbul etmişdir.

2. Xaçmaz rayonu, «Rusiya» sovxozu üzrə 19 fevral 1992-ci il tarixli, 37 nömrəli əmrinə əsasən Kamil Pirəliyevə Azərbaycan Respublikası Nazirlər Sovetinin 14 fevral 1989-cu il tarixli, 84 nömrəli qərarı və Xaçmaz rayon ASB-nin 9 mart 1989-cu il tarixli, 41 nömrəli əmrinə əsasən fərdi mənzil tikintisi üçün 0,10 ha həyətyanı torpaq sahəsi verilmişir, 3 avqust 1992-ci il tarixli aktı ilə qeyd olunan torpaq sahəsi hər tərəfdən ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. 3. 2 avqust 1993-cü il tarixli «Babək» sovxozu üzrə 133 nömrəli əmrinə əsasən Arzu Şükürovaya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 may 1993-cü il tarixli, 266 nömrəli qərarına əsasən fərdi mənzil tikmək üçün 0,08 ha həyətyanı torpaq sahəsi verilmiş, Qusarçay İƏV üzrə nümayəndəsinin 13 mart 1995-ci il tarixli sərəncamı ilə həmin torpaq sahəsi ona təhkim edilmişdir.

4. Xaçmaz rayon AİK-nın 6 iyul 1998-ci il tarixli, 9 nömrəli qərarı ilə X6 mülkiyyətinə 0,15 ha torpaq sahəsi verilmişdir. Hüququ torpağın mülkiyyətə verilməsinə dair 139A nömrəli 30213038 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir.

5. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 6 iyul1998-ci il tarixli 09 nömrəli protokolu ilə Xaçmaz rayonunun Babək adına sovxozun Çinartala kəndi üzrə pay almaq hüququ olan subyektlərin yekun siyahısında 158-ci X6 adına qaytanlanmış kitab üzrə 0,08 ha, faktiki 0,10 ha torpaq sahəsi qeyd olunmuşdur.

6. İddiaçı fak tiki istifadəsində olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN 139A nömrəli 30213038 kodlu şəhadətnamə əsasında Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Xaçmaz rayonunun Çinartala kəndinin ərazisində «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 nömrəli əmri ilə verilmiş və 3 avqust 1992-ci il tarixli aktı ilə ayrılmış həyətyanı torpaq sahəsinə və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının adına mövcud olmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfi ndən verilmiş 27 yanvar 2006-cı il tarixli JN 139A kod 30213038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddia onunla əsaslandırmışdır ki, sovxozunda həyətyanı torpaq fondunun artırılması məqsədilə 15 fevral 1991-ci il tarixli, 745 nömrəli qərarı ilə 75 nəfərə 8,10 hektar torpaq sahəsi ayrılmışdır. «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 nömrəli əmri ilə onların ailəsinə həyat yoldaşı X1 adına 0,10 hektar həyətyanı torpaq sahəsi verilmişdir. 3 avqust 1992-ci il tarixli akt ilə qeyd olunan torpaq sahəsi hər tərəfdən ayrılaraq daimi istifadə üçün təhkim edilmişdir. Həmin akta əsasən qonşularının Teymurov və Uşanov olduğu göstərilmişdir. Qeyd olunan torpaq sahəsində yaşayış evi tikmiş lər və bu günə kimi orada yaşayırlar. 25 aprel 1995-ci il tarixdə həyat yoldaşı vəfat etmişdir. Həyətyanı torpaq sahəsini və yaşayış evini qeydiyyatdan keçirmək üçün DƏDRX-nin Xaçmaz ərazi idarəsinə müraciət etmiş, orada ona məlum olmuşdur ki, onun qanuni mülkiyyətində olan həyətyanı torpaq sahəsinə cavabdehə 27 yanvar 2006-cı il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Həmin şəhadətnamədə verilən torpaq sahəsinin planına görə qonşu torpaqların mülkiyyətçiləri Teymurov və Uşanov olduğu qeyd olunmuşdur. O, cavabdehə müraciət edəndə bildirmişdir ki, verilmiş şahədətnamədə göstərilən torpaq sahəsi ona məxsus deyil, ona verilmiş torpaq sahəsi başqa yerdə yerləşir və qonşu torpaqların mülkiyyətçiləri başqa şəxslərdir. Lakin cavabdeh yol verilmiş səhvin düzəldilməsi üçün DƏDRX-nə müraciət etməkdən imtina etmişdir.

9. Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək torpağın mülkiyyətə verilməsinə dair 139A nömrəli 30213038 kodlu şəhadətnamə əsasında xüsusi mülkiyyətində olan Xaçmaz rayonunun Çinartala kəndində yerləşən 0,15 ha torpaq sahəsində İddiaçı tərəfindən inşa edilmişikililərin onun öz hesabına sökülməsi, torpaq sahəsinin boşaldılaraq cavabdehin qanunsuz sahibliyindən alınıb ona qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Qarşılıqlı iddianı onunla əsaslandırmışdır ki, Xaçmaz rayonunun keçmiş «Babək» sovxozu üzrə 2 avqust 1993-cü il tarixli, 133 nömrəli əmrlə ona fərdi yaşayış evi tikmək üçün torpaq sahəsi ayrılmış, Qusarçay İƏV üzrə nümayəndəsinin 13 mart 1995-ci il tarixli sərənca mı ilə həmin torpaq sahəsi ona təhkim edilmişdir. Hüququ torpağın mülkiyyətə verilməsinə dair 139A nömrəli 30213038 kodlu şəhadətnamə ilə rəsmiləşdirilmişdir. Şəhadətnamədə torpaq sahəsi 0,15 ha göstərilmişdir. Çinartala bələdiyyəsinin siyahılarında torpaq sahəsi 0,12 ha göstərilmiş, 0,04 ha zəbt kimi qeyd edilmişdir. Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarına əsasən «Babək» sovxozu üzrə adambaşına, yəni hər bir subyektə 0,34 ha torpaq norması müəyyən edilmiş, habelə qərarda qeyd edilmişdir ki, vətəndaşların həyətyanı torpaq sahələrində normadan artıq istifadə etdikləri torpaq sahələrinin onların torpaq paylarından çıxılması qərara alınmışdır. Ona görə də həyətyanı torpaq sahəsi normadan çox olduğuna görə pay torpaq sahəsindən 0,03 ha çıxılmış, ona dövlət aktı ilə 0,31 ha torpaq sahəsi verilmişdir. Cavabdeh özbaşına olaraq həmin torpaq sahəsini zəbt etmiş, orada tikinti işləri aparmış, bununla əlaqədar dəfələrlə aralarında münaqişələr olmuş, cavabdeh torpaq sahəsini boşaltmaqdan imtina etmişdir.

11. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin xx.xx.2019-cu il tarixli mütəxəssis rəyindən müəyyən olunur ki, İddiaçı faktiki istifadəsində olan Xaçmaz rayonu Çinartala kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə torpağın mülkiyyətə verilməsinə dair JN 139A saylı 30213038 kodlu şəhadətnamə əsasında Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi ilə üst-üstə düşür. Mübahisəli torpaq sahəsinə ləğv edilmiş DTXK tərəfindən AİK-nın xx.xx.1998-ci il 09 saylı qərarı ilə X6 adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair JN 139A saylı 30213038 kodlu şəhadətnamə işlənməsinə baxmayaraq, həmin şəhadətnamələrin verilməsinə əsas olan ilkin torpaqayırma sənəd və sxemlərdə sözü gedən mübahisəli torpaq sahəsinin X2 məxsus olduğu məlum olur. Hal-hazırda mübahisəli torpaq sahəsindən Pirəliyevlər ailəsi istifadə edir və üzərində Pirəliyevlər tərəfindən inşa edilmiş fərdi yaşayış evi mövcuddur.

12. Xaçmaz Rayon Məhkəməsinin (bundan sonra - birinci instansiya məhkəməsi) 2(067)-34/2019 nömrəli, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və DƏDRX-nin 5 nömrəli ərazi idarəsinə qarşı mülkiyyət hüququnun tanınması və şəhadətnamənin etibarsız hesab edilməs i tələbinə dair iddia tələbi təmin edilməmiş, Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsinə dair qarşılıqlı iddia tələbi təmin olunmamış, iş üzrə ödənilmiş dövlət rüsumunun tərəflərə aid edilməsi qət edilmişdir (hakim Anar Sadıqov).

13. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, ilk iddia üzrə iddiaçı mərhum həyat yoldaşından qalan miras əmlakı qəbul etməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etmədiyindən, həmçinin cavabdehə məxsus JN 139A nömrəli 30213038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş 1998-ci il tarixli Aqrar İslahat Komissiyasının 09 nömrəli qərarını, bundan əlavə cavabdeh tərəf isə qarşılıqlı iddiada mübahisə predmeti olan torpaq sahəsinə dair iddiaçının mərhum ərinin adına verilmiş ilkin torpaqayırma sənədlərini məhkəmə qaydasında mübahisələndirməmişdir.

14. Məhkəmə gəldiyi nəticəni Mülki Prossesual Məcəlləsinin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

15. Qətnamədən ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsini qismən - ilk iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək ilk iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

16. Apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamədə iddianın rədd edilməsinin əsası kimi qeyd etmişdir ki, iddiaçı mərhum ərindən qalan miras ə mlakı qəbul etməsinə dair məhkəməyə müvafiq sübutlar təqdim etməmişdir, həmçinin cavabdehə məxsus N 139 A nömrəli 30213038 kodlu torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin verilməsinə əsas olmuş 1998-ci il Xaçmaz Rayon Aqrar İslahat Komisiyasının 9 nömrəli qərarını mübahisələndirməmişdir. Belə ki, iş materialarının arxiv sənədlərinə (v. 11, v.16) əsasən mübahisəli torpaq sahəsi Xaçmaz rayonu, “Rusiya” Sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 nömrəli əmri ilə iddiaçının həyat yoldaşına verilmiş və 3 avqust 1992-ci ildə isə həmin o, 10 ha torpaq sahəsi aktla ölçülərək ara nişanları göstərilməklə təhkim edilmişdir. Xaçmaz Rayon Dövlət Arxivinin 30 avqust 2018ci il tarixli, 576 N-li arayışa əsasən X3 25 aprel 1995-ci ildə vəfat edərkən onun ailə üzvlərinin həyat yoldaşı İddiaçı və 4 övladı olmuşdur. Qarşılıqlı iddiaçı Cavabdeh1 iddia ərziəsində qeyd etmişdir ki, onun tələb etdiyi torpaq sahəsi Xaçmaz rayonu, Qusarçay İnzibati Ərazi Vahidliyi üzrə nümayəndəsinin 13 mart 1995-ci il tarixli, 3 nömrəli sərəncamı ilə ona təhkim edilmişdir. Məhkəmə aydınlaşdırmamışdır ki, mübahisəli torpaq sahəsi 3 avqust 1992-ci ildə iddiaçının həyat yoldaşı Kamil Pirəliyevə təhkim olunmuşdursa həmin sahədə yaşayış evi tikilmişdirsə, həmin sahə yenidən 13 mart 1995-ci ildə Kamil Pirəliyevin sağlığında Cavabdeh1 verilmişdir. Bundan əlavə qarşılıqlı iddiaçı məhkəmədə sübuta yetirə bilməmişdir ki, əgər onun dövlət aktında qeyd edilmiş 0.15 ha torpaq sahəsi Xaçmaz Rayon AİK 8 iyul 1998-ci il tarixli, 9 nömrəli qərarı ilə ona verilərkən bildirməmişdir ki, həmin torpaq sahəsi Kamil Piriyevin a iləsinin istifadəsindədir və həmin torpaqda yaşayış evi mövcuddur. Belə aydın olmuşdur ki, mübahisəli torpaq sahəsinin 13 mart 1995-ci tarixdə Qusarçay İƏV-nin nümayəndəliyi tərəfindən Cavabdeh1 (Şükürovaya) təhkim olunması barədə akt və AİK-nm 8 iyul 1998-ci il tarixli qərarı qanunsuzdur. Yəni həmin hüquqverici sənədlər 19 fevral 1992-ci ildən Kamil Pirəliyevə verilmiş və 3 avqust 1992-ildə aktla ona təhkim edilmiş torpaq sahəsinə verilə bilməzdi. Ona görə də həmin torpaq aktı etibarsız hesab edilməlidir.

17. Qətnamədən ilk iddia üzrə cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qarşılıqlı iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilərək qarşılıqlı iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edil məsini xahiş etmişdir.

18. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Belə ki, Xaçmaz rayon AİK-ın müvafiq qərarı ilə təmsil etdiyi şəxsə aldığı torpaq sahəsinə mülkiyyət sənədi torpağın mülkiyyətə verilməsinə dair JN-139 A nömrəli KOD 30213038 nömrəli şəhadətnamə verilmişdir, bu da Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki torpaqların onların mülkiyyətinə verilməsinə dair” Əsasnaməyə və Torpaq İslahatı haqqında 16 iyul 1996-ci il tarixli Qanuna tam müvafiqdir. İddiaçının istinad etdiyi 3 avqust 1992-ci il tarixli torpaq sahəsinin X2 təhkim edilməsinə dair akt sübut növü kimi qəbul edilə bilməz. Qeyd edilən aktın kim tərəfindən, hansı məqsədlə tərtib edilməsi naməlumdur. Digər tərəfdən göstərilən akt Xaçmaz rayon XDSnin və Rusiya Sovxozunun adları göstərilsə də həmin hüquqi şəxslərin imzaları yoxdur və möhürlə təsdiqlənməmişdir. İddiaçının əlində ona məxsus olan torpaq sahəsinə dair hər hansı mülkiyyət sənədi yoxdur. Müvafiq ərazinin sənədlərində də, xəritələrdə də qeyd olunan ərazi onun mülkiyyəti kimi göstərilir. Məhkəmə qərardadı əsasında təyin edilmiş ekspertiza ilə əlaqədar mütəxəssis rəyində ekspert səlahiyyət həddini aşaraq qoyulmuş sualdan kənara çıxaraq sözü gedən torpaq sahəsinin X2 məxsus olmasının məlum olduğunu göstərmişdir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 02 avqust 2022-ci il tarixli, 2(105)-35/2022 nömr əli qərardadı ilə iş üzə təkrar-texniki ekspertiza təyin edilmişdir.

20. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin mütəxəssis rəyinə və 3-16-16/2-10/7672 nömrəli 24 oktyabr 2023-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir: a.Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-139A saylı, 30213038 nömrəli Şəhadətnamə əsasında Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına məxsus Xaçmaz rayonu Çinartala kəndində yerləşən 0.15 ha torpaq sahələri sərhədləri müəyyən edilmişdir.(sxem əlavə olunur) b. İddiaçı faktiki istifadəsində olan Xaçmaz rayonu, Çinartala kəndində yerləşən həyətyanı torpaq sahəsi ilə Torpağın Mülkiyyətə Verilməsinə Dair JN-139A saylı, 30213038 Kodlu Şəhadətnamə əsasında Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının mülkiyyətinə verilmiş 0,15 ha həyətyanı torpaq sahəsi üst-üstə düşür. c.Torpağa mülkiyyətə hüququna dair JN-139 A saylı KOD 30213038 nömrəli şəhadətnamə əsasında Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına məxsus Xaçmaz rayonu Çinartala kəndində yerləşən 0,15 ha torpaq sahəsi bütövlükdə cavabdeh tərəfindən istifadə edilir.

21. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 14 noyabr 2023-cü il tarixli, 2(105)-14/2023 nömrəli qərardadı ilə Xaçmaz Rayon Məhkəməsinin 2(067)-34/2019 nömrəli, 20 sentyabr 2019-cu il tarixli qətnaməsi qismən, İddiaçı cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızına və DƏDRX-nin 5 saylı ərazi idarəsinə qarşı mülkiyyət hüququnun tanınması və şəhadətnamənin etibarsız hesab edilməsi barədə iddia tələbinin təmin edilməməsi hissəsində ləğv edilmiş, İddiaçı Xaçmaz rayonunun Çin artala kəndinin ərazisində «Rusiya» sovxozunun 19 fevral 1992-ci il tarixli, 37 saylı əmri ilə verilmiş və 03 avqust 1992-ci il tarixli aktı ilə ayrılmış həyətyanı torpaq sahəsinə və yaşayış evinə onun mülkiyyət hüququnun tanınması, cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının adına mövcud olmuş DT və XK-nin Xaçmaz rayon şöbəsi tərəfindən verilmiş 27 yanvar 2006-cı il tarixli, JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata xitam verilməsi qərara alınmışdır.

22. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-14/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri qismən təmin etmiş, birinci instansiya məhkəməsinin qətnaməsini qismən, Nəsrullayeva (Şükürova) A rzu Bədəl qızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv edilməsi, qarşılqlı iddia tələbi təmin edilməməsini qət etmişdir. (hakimlər – Məmmədova Lətifə (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz və Qafari Səyyad)

23. Məhkəmə kollegiyasi qeyd etmişdir ki, bir halda ki, ilk iddia tələbi üzrə cavabdeh X7 verilmiş JN 139A kod 30213038 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını təşkil edən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 06 iyul 1998-ci il tarixli, 09 saylı qərarının mübahisləndirilməsi əsası ilə ilk iddia tələbi üzrə icraata xitam verilmiş, həmin qərarın mübahisələndirilməsi izah edilmişdir, bu halda həmin şəhad ətnamə əsasında torpaq sahəsindən çıxarılma barədə qarşılıqlı iddia tələbi də təmin edilə bilməz.

24. Eyni zamanda məhkəmə kollegiyası qeyd etmişdir ki, keçirilmiş ekspertizanın xərci iş üzrə tərəflərdən tutulmalıdır.

25. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1, 152.5, 157.1, 157.2, 157.4, 157.8-ci, Torpaq Məcəlləsinin 111-ci maddəsinin 1-3-cü hissələri və MPM-nin 14.2, 77.1, 88, 217.4-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı kassasiya şikayəti verərək apellyasiya instansiya məhkəməsinin qətnaməsini ləğv edilməsi, işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

27. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, X7 verilmiş JN 139A KOD 30213038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını təşkil edən Xaçmaz rayon AİK-ın 6 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarının mübahisələndirilməsi əsası ilə ilk iddia tələbi üzrə icraata xitam verilməsi, həmin qərarın mübahisələndirilməsi izah edilmişdir, bu halda həmin qərarın inzibati icraat qaydasında mübahisələndirilməsi barədə qərar qəbul edilənə qədər iş üzrə icraat dayandırılmalı idi. Belə ki, MPM-nin 256.0.3-cü maddəsinə əsasən bu Məcəllənin 254.1.4-cü maddəsi ilə nəzərdə tutulan halda məhkəmənin qərarı, qətnaməsi, hökmü, qərardadı qüvvəyə minənə qədər, yaxud inzibati qaydada baxılan iş üzrə qərar çıxarılana qədər iş üzrə icraat dayandırılır. Digər tərəfdən apellyasiya məhkəməsi birinci i nstansiya məhkəməsinin qətnaməsini qismən, Nəsrullayeva (Şükürova) Arzu Bədəlqızının İddiaçı qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi barədə qarşılıqlı iddia tələbinin təmin olunmaması hissəsində ləğv etmişdirsə, bu halda qarşılıqlı iddia tələbi təmin edilməli idi. X7 verilmiş JN 139A KOD 30213038 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin əsasını təşkil edən Xaçmaz AİK-ın 6 iyul 1998-ci il tarixli, 09 nömrəli qərarının mübahisələndirilməsi barədə İddiaçı iddiası təmin edilməyəcəyi halda cavabdeh yenidən ona qarşı özbaşına tikililərin sökülməsi, torpaq sahəsinin boşaldılaraq qanunsuz sahiblikdən geri tələb edilməsi barədə yenidən iddia qaldıra bilməyəcək. Belə ki, həmin hissədə iddianın təmin edilməməsi ba rədə məhkəmə qətnaməsi bunun qarşısını alır. Məhz bu səbəbdən ya məhkəmə iş üzrə icraatı dayandırmalı idi, yaxud qarşılıqlı iddianı təmin etməli idi.

28. Cavabdeh kassasiya şikayətinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının 13- cü maddəsi, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1.2, 139.1, 140, 152-ci maddəsi, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 67, 68-ci maddəsi, “Vətəndaşların qanuni istidafəsindəki torpaqların onların mülkiyyətinə verilməsinədair” əsasnamə, Azərbaycan Respublikası MPM-nin 254.1.4, 256.0.3, 384- cü maddələrinə istinad etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

29. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Kassasiya baxışının hədləri

30. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

31. Hazırkı kassasiya şikayətində qətnamə cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

32. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiy yətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.

33. Maddə 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır.

34. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.

35. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər.

36. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Torpaq Məcəlləsi 37. 111-ci maddəsinin 1-ci hissə. Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. 38. 111-ci maddəsinin 2-ci bəndi. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyatı üzrə geri qaytarılmalıdır. 39. 111-ci maddəsinin 3-cü hissə. Torpaqların vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfi ndən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

40. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

44. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

45. Maddə 407.2. Kassasiya şikayətində işin hall arının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

46. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

47. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

48. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apel lyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiya məhkəməsinin mövqeyi

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

50. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətində qeyd edilən dəlillər mülahizə xarakterli olmaqla formal əsaslar kimi qiymətləndirilməklə yanaşı iş materialları ilə təsdiq edilmir. Hə min dəlillər əsassız olduğundan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilməz.

51. Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızının kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəm ənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

52. Beləliklə də, məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, MPM-in 14, 77, 88, 217, 218, 372.1, 372.7ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münas ibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, iddianın təmin edilməsi barədə nəticələri mahiyyəti üzrə düzgündür, kassasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas vermir.

53. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir.

54. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Cavabdeh Nəsrullayeva (Şükürova) Arzu Bədəl qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(105)-14/2023 nömrəli, 14 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qü

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar