Məhkəmə qərarları › İş №2(102)-2728/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2728/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2728/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: özbaşına tikili, mülkiyyət hüququna qanuni gözlənti Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6479/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 2021-ci il t arixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları ünvan 1 ünvanda yerləşən, İddiaçı (bundan sonra – iddiaçı) tərəfindən özbaşına inşa edilmiş 6x4 metr ölçüdə qaraj və 3x2 metr ölçüdə mətbəx 2004-cü ildə sonuncu tərəfindən Cavabdeh (bundan sonra – cavabdeh) istifadəsinə verilmişdir. Həmin tikililərə dair hər hansı hüquq müəyyənedici sənəd verilməmiş, tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır. Cavabdeh 2004-cü ildən 2019-cu ilə kimi ailə üzvləri ilə birlikdə həmin tikililərdə yaşamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 40000 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xa hiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əvvəllər ünvan 1 ünvanda yerləşən həyət evində yaşamış, 2004-cü ildə həmin ev “xxxx” MTK tərəfindən sökülərək onlara kompensasiya ödənilmişdir. 1993-cü ildə o, həmin evin qarşısında saldığı bağçada avtomaşın saxlamaq üçün 6x4 metr ölçüdə qaraj və yayda istirahət etmək üçün 3x2 metr ölçüdə mətbəx tikmişdir. Yaşadığı evin söküntüsü ərəfəsində tanışı X1 ondan xahiş etmişdir ki, həmin qarajı və mətbəxi cavabdehə müvəqqəti yaşamaq üçün versin. Belə ki, cavabdeh ailəsi ilə birlikdə evsiz qalmışdır. Daimi yaşayış yeri olmadığına görə cavabdeh Bakı Şəhəri Sabunçu Rayon Polis İdarəsində rəsmi qeydiyyatdadır. O, xxxxxx yanında cavabdehlə belə razılaşmışdır ki, cavabdeh orada müvəqqəti yaşasın. Bundan sonra cavabdeh qaraja və mətbəxə qapı-pən cərə qoyaraq ailəsi ilə orada yaşamağa başlamışdır. Orada yaşamağına görə cavabdeh ona pul ödəməmişdir. 24 aprel 2019-cu il tarixdə cavabdeh ona yaxınlaşıb 1500 manat pul təklif etmiş və bildirmişdir ki, mənzil kimi istifadə etdiyi onun verdiyi qarajı və mətbəxi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi alaraq ona kompensasiya ödəmiş və həmin kompensasiyadan halallıq olaraq ona 1500 manat pul təklif edir. Qonşuların sözündən ona məlum olmuşdur ki, cavabdeh qaraj və mətbəxə görə təxminən 60000 manat pul almışdır. Cavabdeh ona bildirmişdir ki, həmin evə görə 15 ildir işıq, su, qaz pulu ödədiyinə görə ev onundur, ona görə də kompensasiyanı o almışdır. Cavabdehlə razılığa gələ bilmədiklərinə görə o, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin (bund an sonra – birinci instansiya məhkəməsi) 2(008)-6087/2019 nömrəli iş üzrə 06 noyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakim A.Rzayev) iddia rədd edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının mübahisə predmeti olan qaraj və mətbəxdən ibarət tikililərə dair istifadə, sahiblik və sərəncam hüquqları mövcud deyildir. Belə olan halda onun cavabdehə qarşı kompensasiya tələbi barədə iddia qaldırmağa subyektiv hüququ olmamışdır və bu səbəbdən iddia rədd olunmalıdır. Məhkəmə, həmçinin qeyd etmişdir ki, iddiaçı cavabdehə ona məxsus mətbəx və qaraja görə qeyd olunan məbləğdə kompensasiya verilməsini qeyd etsə də, məhkəməyə bununla bağlı sübut təqdim etməmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 180.1, 180.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi həmin qaraj və mətbəx özbaşına tikili olduğuna görə iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququnun olmaması qənaətinə gəlsə də, həmin tikililərin faktiki olaraq mövcud olduğunu, qonşuların tərtib etdikləri akta əsasən həmin tikililərin iddiaçıya məxsus olduğunu nəzərə almamış, qanunsuz tikiliyə görə cavabdehin hansı əsasla kompensasiya almasını aydınlaşdırmamış, iddiaçının məhkəməyə təqdim etdiyi şahidləri dindirməmişdir. Cavabdeh apellyasiya şikayətinə etiraz edə rək izahatında bildirmişdir ki, iddiaçı tərəfindən həmin qaraj və mətbəx 2004-cü ildə ona yaşamaq üçün verilmişdir. 20 kvadrat metr sahəsi olan həmin qaraj, mətbəx də daxil olmaqla onun tərəfindən yaşayış üçün normal vəziyyətə gətirilmiş, orada bir sıra yaxşılaşdırma işləri aparmış və 2004-cü ildən 2019-cu ilə kimi orada yaşamışdır. Yaşadığı müddətdə həmin yerə qaz və işıq xətti də çəkmiş və kommunal xərcləri ödəmişdir. Həmin qaraj və mətbəx qanunsuz tikili olsa da, o, idmançı olduğuna görə dövlət orqanları onun orada məskunlaşmasına etiraz etməmişlər. Halbuki, iddiaçı öz imkanlarına görə oranı saxlamaq iqtidarında olmamışdır. Hesab edir ki, o olmasaydı, dövlət orqanları həmin qaraj və mətbəxi çoxdan sökərdilər. Həmin qaraj və mətbəx uzun müddət onun faktiki sahibliyində olmuşdur. Sonra hə min tikililər yol tikintisinin altına düşdüyünə görə Azərbaycan Avtomobil Yolları Dövlət Agentiliyi tərəfindən ona 86000 manat kompensasiya ödənilmişdir. Qeyd olunan qaraj və mətbəx iddiaçı tərəfindən ona verilsə də, o orada uzun müddət yaşamış və abadlaşdırma işləri aparmışdır, buna görə də hesab edir ki, verilən kompensasiya onun halal haqqıdır. Bununla belə, o, halallıq üçün iddiaçıya əvvəlcə 1500 manat, daha sonra isə 500 manat, cəmi 2000 manat pul vermişdir. Apellyasiya icraatı zamanı şahid qismində dindirilmiş X1 və X3 ifadələrində göstərmişlər ki, mübahisə predmeti olan qaraj və mətbəxdən ibarət tikilinin iddiaçıya məxsus olduğunu və 2004-cü ildə həmin tikilinin müvəqqəti yaşamaq üçün iddiaçı tərəfindən cavabdehə verildiyini təsdiq edirlər. X4 ifadəsində, həmçinin göstərmişdir ki, i ddiaçı məhz onun xahişi ilə özünə məxsus olan qaraj və mətbəxi müvəqqəti yaşamaq üçün cavabdehə vermişdir. Apellyasiya icraatı zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ünvanlanmış sorğuya cavab olaraq 16.10.2020-ci il tarixli məktubla bildirilmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması” layihəsi çərçivəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müvafiq təşkilatı tərəfindən hazırlanmış kadastr planından, eyni zamanda Bakı Şəhəri Yasamal Rayon İcra Hakimiyyəti başçısının 01 mart 2019-cu il tarixli, 43 saylı Sərəncamına əsasən yaradılmış ko missiya tərəfindən hazırlanmış tikinti altına düşən tikililərin sənədləşdirilməsi və köçürülmə siyahısına əsasən vətəndaş Cavabdeh qeyd olunan layihə çərçivəsində yalnız yaşayış evi yolun tikintisi altına düşdüyü məlum olmuşdur. Bununla əlaqədar müstəqil qiymətləndirici tərəfindən Cavabdeh fərdi yaşayış evinə 86721,80 manat kompensasiya hesablanmış və vətəndaşla 18 aprel 2019-cu il tarixində notarial qaydada müqavilə imzalandıqdan sonra “xxxx” ASC-nin Gənclik Filialından ödənilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6479/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qətnamə çıxarılaraq, iddia tələbi təmin edilmiş və cavabdehdən 40000 manat məbləğində pulun alınıb iddiaçıya verilməsi qət edilmişdir. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd etmişdir ki, mübahisə predmeti olan qaraj və mətbəxdən ibarət tikili özbaşına tikili olmaqla həmin tikililərə dair nə iddiaçının, nə də cavabdehin mülkiyyətini təsdiq edən sənəd olmamışdır. Lakin buna baxmayaraq, iş materiallarından, o cümlədən cavabdehin izahatından görünür ki, qaraj və mətbəxdən ibarət həmin tikililər faktiki olaraq iddiaçıya məxsus olmuş, həmin tikililər daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, dövlət orqanları faktiki olaraq həmin tikililərin mövcudluğunu tan ımış, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikililərə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olmuşdur. Buna görə də iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Məhkəmə qeyd etmişdir ki, cavabdeh qanuni əsas və ya müqavilə əsası olmadan faktiki olaraq iddiaçıya məxsus olan tikililərə görə 86721,80 manat məbləğində kompensasiya alaraq əsassız varlanmışdır. Buna görə də iddiaçı cavabdehdən əsassız varlanma nəticəsində əldə etdiklərini qaytarmağı tələb etməkdə haqlı olmuşdur. Cavabdeh 86721,80 manat məbləğində kompensasiya alsa da, iddiaçı cavabdehdən 40000 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlmişdir ki, cavabdehdən iddiaçının xeyrinə iddia tələbi həcmində, yəni 40000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152, 157.8, 1091, 1092.1-ci, MPM-in 218.3-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən cavabdeh kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə yeni qərar çıxarılmasını, yaxud işin yeni apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tamamilə qanunsuz, əsassız və ədalətsizdir. Məhkəmə maddi və prosessual hüquq normala rını pozmuş, işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Şikayətdə göstərilmişdir ki, iddiaçı 2004-cü ildə qarajın və mətbəxin yerləşdiyi ünvan üzrə, yəni ünvan 2həsinin, həmin qarajın və mətbəxin dəyərini (kompensasiyanı) “xxxx” MTK-nın rəhbərliyindən tam almış və həmin tikililərin sökülməsi ilə razılaşmışdır. Bundan sonra MTK-nın razılığı ilə həmin qaraj və mətbəx istifadə edilməsi üçün başqa yaşayış yeri olmadığından və cavabdeh yaxşı idmançı olduğuna görə ailəsi ilə birlikdə yaşaması üçün ona verilmişdir. Qaraj və mətbəxin sahəsi əvvəllər 17 kv/m olmuşdur. Cavabdeh həmin qarajı və mətbəxi söküb orada 40 kv/m çox yaşayış sahəsi olan bir mərtəbəli ev inşa etmiş, evin qarşısında çardaq, mətbəx, sanitar qovşağı inşa etmiş, yeni qapı və pəncərələr qoymuşdur. Evi təmir etmiş, tamamilə yararlı vəziyyətə gətirmişdir. 15 il həmin evdə yaşamış və bütün kommunal xərclərini ödəmiş, bununla bağlı öz adına sənədləşmə aparmışdır. Hesab edir ki, aldığı kompensasiya onun haqqıdır. Kassasiya şikayətinin əsası kimi MPM-ni 14.2, 76.1, 76.2, 77.1, 106.1, 217.3, 217.4cü maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə iclasına vəkilsiz gəldiyindən, MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq kassator və vəkili hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tuta raq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam ləğvi xa hiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir. Maddə

180. Özbaşına tikinti və onun nəticələri 180.1. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşa yış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.2. Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. 180.3. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun. Əgər tikintinin saxlanması digər şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini pozursa və ya fiziki şəxslərin həyatı və sağlamlığı üçün təhlükə yaradırsa, göstərilən şəxsin özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilməz. 180.4. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarım və qaydalarını ci ddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsi Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs cəmiyyətinin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən mərhum edilə bilməz. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Baxılan iş üzrə mübahisəli 6x4 metr ölçüdə qaraj və 3x2 metr ölçüdə mətbəx tikilisinin iddiaçı tərəfindən inşa edildiyi, 2004-cü ildə onun tərəfindən cavabdehin istifadəsinə verildiyi, tikililərə dair h ər hansı hüquq müəyyənedici sənəd verilmədiyi, habelə cavabdehin 2004-cü ildən 2019-cu ilə kimi ailə üzvləri ilə birlikdə həmin tikililərdə yaşadığı işin mübahisə olunmayan hallarıdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, cavabdeh tikililərdə 15 il yaşadıqdan sonra tikilinin yerləşdiyi ərazi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı şəhəri Yasamal rayonu Şəfayət Mehdiyev küçəsinin Landau küçəsindən Əbdürrəhim bəy Haqverdiyev küçəsinədək olan hissəsinin yenidən qurulması” layihə ərazisinə düşmüş, bununla bağlı cavabdehin yaşayış evinə görə 86721,80 manat kompensasiya hesablanaraq ona ödənilmişdir. İddiaçı tikilillərin onun tərəfindən inşa olunduğuna istinad edərək cavabdehdən 40000 manat pul tələb edir. Apellyasiya instansiyası məhkəməsi dövlət orqanlarının faktiki olaraq mübahisəli tikililərin mövcudluğunu tanıdığına, Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından iddiaçının həmin tikililərə mülkiyyət hüququ əldə etməyə gözlənti hüququ olduğuna əsaslanaraq və Mülki Məcəllənin 152, 157.8-ci maddələrinə əsasən belə qənaətə gəlmişdir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ vardır. Halbuki Mülki Məcəlləyə əsasən yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir (maddə 178.2). Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Mülki qanunvericilik mülkiyyətçi h üquqlarının mülkiyyətçi olmayan şəxsə mənsub olması qaydasını nəzərdə tutsa da, Mülki Məcəllənin 157.8-ci maddəsinə əsasən bu hüquq o şəxslər üçün tanınır ki, belə şəxslər müvafiq əmlaka Mülki Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla sahiblik etmiş olsunlar. Eyni zamanda mülkiyyət hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqında” Avropa Konvesiyasının 1 saylı Protokolunun 1-ci maddəsində də təsbit edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında özbaşına zəbt edilmiş dövlət mülkiyyətində olan torpaq sahəsini mülkiyyət hesab etməmişdir. Önəryıldız Türkiyəyə qarşı iş üzrə qərarında Məhkəmə də Hökumət kimi belə hesab etmişdir ki, 775 saylı Qanunun 21-ci maddəsi əsasında ərizəçiyə sözügedən torpaq sahəsi üzərində hü ququn ona ötürülməsini tələb etmək hüququnun verildiyi barədə nəticə çıxarmaq üçün iş üzrə materiallarda heç bir sübutun olmadığı nəzərə alınarsa, habelə 1 saylı Protokolun 1-ci maddəsi yalnız şəxslərin mövcud olan mülkiyyətlərinə tətbiq edildiyinə və mülkiyyətçiyə çevrilmək hüququna təminat vermədiyinə görə bununla bağlı onun bəslədiyi ümidlərin əsassız olduğu nəzərə alınarsa, Xəzinədarlığa məxsus olan torpağın ərizəçi tərəfindən təxminən beş il ərzində zəbt edilməsi faktı 1 saylı Protokolun 1-ci maddəsinin mənası baxımından «mülkiyyət» hesab oluna bilməz (§140). Bununla belə, Avropa İnsan Hüquqları Məhkəməsi bir çox qərarlarında qanuni gözlənti hüququna istinadla daşınmaz əmlakın dövlət reyestrində ərizəçilərin adına qeydə alınmamış əmlakları da onların mülkiyyəti kimi nəzərdən keçirmiş və mülkiyyət hüququna dair konvensiya təminatlarını həmin şəxslər üçün eyni dərəcədə tanımışdır. Lakin Məhkəmənin formalaşdırdığı presedent hüququna əsasən ərizəçi ən azı mövcud mülkiyyətinin və ya aktivinin (o cümlədən iddialar) reallaşacağına dair "legitim gözləntisi" olduğunu idda edə bildikdə, legitim gözləntilər, həmçinin mülkiyyət hüququnun yaranmasına səbəb ola bilər. Saghinadze və başqaları Gürcüstana qarşı iş üzrə qərarında Avropa Məhkəməsi qeyd etmişdir ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta ə saslandığı halda “qanunidir”. Hər bir işdə, işin bütün halları nəzərə alınmaqla, bu halların ərizəçiyə 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi marağa hüquq veribverməməsi müəyyən olunmalıdır (§103). Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi iddiaçının son 15 il ərzində yaşamadığı özbaşına tikiliyə mülkiyyət hüququna dair qanuni gözləntisinin olduğu qənaətinə gəlmiş və hesab etmişdir ki, iddiaçı həmin müddət ərzində orada yaşamış cavabdehə tikilinin sökülməsi üçün ödənilmiş kompensasiyanı tələb etməklə bağlı subyektiv hüquqa malikdir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi hüquq normalarının tələblərinə cavab verən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna uyğun məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6479/2020 nömrəli iş üzrə 03 noyabr 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar