Məhkəmə qərarları › İş №2(102)-2729/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-2729/2021

24.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İca
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2729/2021 24.05.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdehnə qarşı iddia tələbinə dair mülki iş üzrə QƏRARİ Açar sözlər: maddi zərər, sübutların qiymətləndirilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, İddiaçı və vəkili Vəkil iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6737/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 24 may 202 1-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 2008-ci ilin mart ayında icarədar qismində Cavabdeh firması (bundan sonra – cavabdeh) ilə icarəçi qismində İddiaçı (bundan sonra – iddiaçı) arasında bağlanmış “İcarə müqaviləsi” adlandırılan əqdə (müqavilənin özündə tarix qeyd olunmamışdır) əsasən, icarədar, “Yeni bazar” ticarət kompleksində fiziki şəxslərə işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək, ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan anbarın icarəçiyə müddətsiz olaraq istifadəsinə verilməsinə, icarəçi isə icarə haqqının vaxtında ödənilməsinə dair öhdəlik götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müqavilə üzrə 45000 manat pul ödənilmişdir. 21 oktyabr 2019-cu il tarixdə i ddiaçı ərizə ilə cavabdehə müraciət edərək müqavilə üzrə öhdəlikləri yerinə yetirmədiyinə görə ödədiyi 45000 manat pulun geri qaytarılmasını xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla cavabdeh arasında bağlanmış tarixsiz icarə müqaviləsinin etibarsız hesab edilməsi, onun tərəfindən cavabdehə ödənilmiş 45000 manat, dəymiş maddi zərərə görə 20000 manat, əldən çıxmış faydaya görə 135000 manat və mənəvi ziyana görə 20000 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri Qaradağ rayonu ərazisində yeni tikilən ticarət kompleksində mağaza götürüb işlətmək istəmiş, b u məqsədlə 2008-ci ilin mart ayının əvvəllərində həmin kompleksin sahibi olan Cavabdeh firmasının təsisçisi xxxxxxxxxxxxxxxxxilə görüşmüşdür. Söhbət zamanı ona həmin ticarət kompleksində 17-363 saylı ərazidə iki mərtəbədən ibarət, hər mərtəbəsi 40 kv.metr olan mağaza və anbar tikib verə biləcəklərini və buna görə onun 45000 manat pul ödəməli olduğunu bildirmişlər. İddiaçı onlardan bunu hansı müddətə tikib ona təhvil verə biləcəklərini soruşduqda, ona bildirmişlər ki, mağazanı və anbarı qısa müddətə tikib iddiaçıya təhvil verəcəklər. Həqiqətən də həmin vaxt o görmüşdür ki, iddiaçıya göstərilən ərazidə beton-dəmir konstruksiya işləri quraşdırılmışdır və bazar kompleksində tikinti işləri sürətlə gedir. Fikirləşmişdir ki, onlar 3-4 aya mağazanı tikib ona təhvil versələr, o həmin mağazanı işləd ər və ayda təxminən 2500-3000 manata qədər gəlir əldə edə bilər. Ona görə də onlara inanaraq razılaşmış və onunla cavabdeh firmanın təsisçisi X1 arasında icarə müqaviləsi bağlanmışdır. O, Bankdan 50000 manat məbləğində kredit götürmüş və 14 mart 2008-ci il tarixdə Cavabdeh firmasının təsisçisinə 45000 manat pul ödəmişdir. Həmin vaxtdan xeyli müddət keçməsinə baxmayaraq cavabdeh müqavilədə nəzərdə tutulan mağaza və anbarı tikib ona təhvil verməmiş, sonradan tələb etsə də, aldığı pulun yarısını hər ay 300-500 manat olmaqla hissə-hissə qaytara biləcəyini bildirmişdir. Cavabdeh mövcud olmayan yerə qanunsuz olaraq onunla icarə müqaviləsi bağlayaraq ondan pul aldığına görə, həmin müqavilə etibarsızdır. O, tarixi göstərilməyən müqavilədə nəzərdə tutulan 45000 manat pulu ödəmək üçün Bankdan 50000 manat məbləğində kredit götürərək, Banka faizi ilə birlikdə 70000 manat pul ödəmişdir. Bununla da ona 70000 manat maddi ziyan dəymişdir. Bundan başqa, əgər müqavilədə nəzərdə tutulmuş mağaza və anbar iddiaçıya təhvil verilsəydi hər ay təxminən ən azı orta hesabla 1500 manat olmaqla 135000 manat gəlir əldə edə bilərdi. Bundan əlavə, o, bu müddətdə mənəvi sarsıntılar keçirmiş, maddi çətinliklər çəkmiş, ailədə daim gərginliklər yaşanmış, ailə bütünlükdə mənəvi sarsıntı keçirmişdir. Mənəvi ziyanı 20000 manat məbləğində qiymətləndirir. Qeyd olunan halları nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək, göstərmişdir ki, iddia tələbini qismən qəbul edir. Belə ki, iddiaçı ilə həqiqətən belə bi r müqavilə bağlanmış, əslində həmin qəd ilkin müqavilə olduğu halda icarə müqaviləsi kimi rəsmiləşdirilmişdir. İlkin ödəniş kimi iddiaçı tərəfindən 45000 manat məbləğində ödəniş edilmiş, buna dair kassa qəbzi də var. Həmin ödəniş şirkətin möhürü ilə təsdiq edilmişdir. İddiaçının 45000 manat ödəniş etməsi ilə bağlı heç bir mübahisə yoxdur, bu halı təsdiq edir. Lakin, müqavilədə qeyd olunmuş anbar 2009-cu ildə təhvil verilməli olub, beləliklə də, iddiaçı 2009-2010-cu illərdə anbarı təhvil almadığı vaxtdan öz hüquqlarının pozulduğunu bilmişdir. Belə ki, həmin vaxtdan ona bəlli olmuşdur ki, müqavilə şərtləri pozulmuşdur, ticarət obyekti ona təhvil verilməyəcəkdir. Ona görə də hazırkı iş üzrə iddia müddətinin ötürüldüyünü hesab edir. Qeyd olunanları nəzərə alaraq, hazırkı iş üzrə iddia müddət i tətbiq edilməklə, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh, həmçinin iddia müddətinin tətbiqi ilə bağlı ayrıca ərizə təqdim etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(002)-198/2020 nömrəli iş üzrə 08 iyun 2020-ci il tarixli qətnaməsi ilə (hakim G.Əhmədova) iddia tələbi qismən təmin edilmiş, iddiaçı ilə cavabdeh arasında bağlanmış icarə müqaviləsi etibarsız hesab edilmiş, iddiaçı tərəfindən cavabdehə icarə ödənişi qismində ödənilmiş 45000 manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət olunmuşdur. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış icarə müqaviləsi predmeti qismində müqavilə b ağlandığı vaxt mövcud olmayan əmlak çıxış etmişdir. Halbuki mülki qanunvericiliyin tələblərinə əsasən icarə müqaviləsinin predmeti kimi gələcəkdə mövcud olan əmlak deyil, müqavilə bağlandığı anda mövcud olan əmlak çıxış edə bilər. Beləliklə, hazırkı iş üzrə tərəflər arasında bağlanmış müqavilə mülki qanunvericiliyin tələbləri pozulmaqla bağlanmışdır və bu səbəbdən etibarsız hesab olunmalıdır. Məhkəmə qeyd etmişdir ki, icarə müqaviləsi etibarsız hesab olunduğundan, iddiaçının həmin müqaviləyə əsasən cavabdeh firmaya ödədiyi 45000 manat pul ona qaytarılmalıdır. Belə ki, qeyd olunmuş məbləğdə pulun cavabdeh firmaya ödənilməsi tərəflərin izahatları, cavabdeh firmanın möhürü və baş mühasibinin imzası ilə təsdiq edilmiş kassa mədaxil orderinin qəbzi, habelə cavabdeh tərəfin məhkəmə iclasındakı e tirafı ilə sübut olunmuşdur. Bununla belə, məhkəmə iddia tələbinin maddi, mənəvi ziyan və əldən çıxmış fayda ilə bağlı hissələrini əsassız hesab etmiş və qeyd etmişdir ki, iddiaçı öz tələblərinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı sübut təqdim etmədiyindən, həmin hissələrdə iddia əsassız hesab olunmalıdır. Məhkəmə iddia müddətinin ötürülməsi ilə bağlı cavabdeh tərəfin ərizəsinə münasibətdə qeyd etmişdir ki, tərəflər arasında bağlanmış icarə müqaviləsində müqavilənin bağlanma tarixi, qüvvədə olma müddəti, habelə öhdəliklərin icrası müddəti qeyd olunmamışdır. İddiaçı ödədiyi 45000 manat pulun qaytarılması barədə cavabdehə 21.10.2019-cu il tarixdə müraciət etsə də, nəticə əldə etmədiyindən həmin ilin noyabr ayında məhkəməyə müraciət etmişdir. Həmçinin, tərəflərin izaha tları ilə müəyyən olunmuşdur ki, cavabdeh hər dəfə iddiaçıya vəd verərək onda icarə müqaviləsinin icrası ilə bağlı ümid yaratmışdır. Bu baxımdan, iddiaçı mülki qanunvericiliyin tələblərinə əsasən məhz öz hüquqlarının pozulduğunu aşkar etdiyi gündən 3 il ərzində məhkəməyə müraciət etmişdir. Odur ki, iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd edilməsi barədə cavabdehin ərizəsi əsassız hesab olunmalıdır. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 21.1, 21.2, 337, 337.5, 389.1, 391, 405.1, 700, 700.2, 700.3, 1096.1, 1096.2, 1097.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 88, 217, 218.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı və cavabdeh apellyasiya şikayətləri vermişlə r. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat İddiaçı apellyasiya şikayətində iddia tələbində göstərdiklərinə istinad edərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh isə qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmiş, şikayətini onunla əsaslandırmışdır ki, iddia müddəti keçməsinə baxmayaraq, məhkəmə qanunsuz və əsassız olaraq iddianı qismən təmin etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6737/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər – İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxla nılmışdır. İşə apellyasiya qaydasında baxan məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin maddi və mənəvi ziyan, habelə əldən çıxmış fayda tələblərinin təmin olunmaması hissəsində ləğv edilməsini, iddia tələblərinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, mühabisələndirilən hissələrdə qətnamə qanunsuz və əsassızdır. Məhkəmə yalnız cavabdehin mənafeyindən çıxış etmiş, qətnaməni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmamış, maddi və prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuşdur. Kassator göstərmişdir ki, cavabdeh ondan aldığı puldan istifadə edərək fayda götürmüş, o isə həmin müddət ərzində ziyana düşmüşdür. Belə ki, o, 45000 manat pulu cavabdehə ödəmək üçün Bankdan kredit götürmüş, nəticədə Banka 70000 manat pul ödəmişdir. Beləliklə, ona 70000 manat ziyan dəymişdir. Bundan əlavə anbar və mağaza ona vaxtında təhvil verilmədiyinə görə hər ay orta hesabla 1500 manat gəlirdən məhrum olmuşdur. Cavabdehin hərəkətləri nəticəsində o, maddi çətinliklər çəkmiş, özü və ailəsi mənəvi sarsıntı keçirmişdir. Kassator həmçinin qeyd etmişdir ki, məhkəmə pulun yalnız Cavabdeh MMC-dən tutulmasını qət etmişdir, lakin digər cavabdehi qətnamədə qeyd etməmişdir. Kassasiya şikayətinin əsası kimi, Mülki Məcəllənin 21, 337, 389.1, 391.1, 405.1, 449.1, 700.1, 700.2, 1115-ci, MPM-nin 88, 217-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin olunmasını, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunaraq iddia tələblərinin tam təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etdilər. Məhkəmə iclasının yeri və vaxtı barədə laz ımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə b axmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktla ra istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən – iddianın təmin olunmayan hissəsində ləğvi xahiş edildiyindən məhkəmə aktı həmin hissədə yoxlanılır. Mülki işə tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmas aydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 443.2. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. Maddə 443.4. Əldən çıxmış fayda müəyyənləşdirilərkən kreditorun onu əldə etmək üçün gördüyü tədbirlər və bu məqsədlə apardığı hazırlıq işləri nəzərə alınır. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.8. Kreditor borclunun icranı gecikdirməsi nəticəsində icraya marağını itirdikdə, icranı qəbul etməkdən imtina edə və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdi r). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. MPM Maddə 9.3. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9.3). Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: i şdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası k imi istinad etdiyi halları sübut etməlidir. Maddə 77.3. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Maddə

80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Maddə

81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Maddə 89.1. Yazılı sübutlar - iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunm uş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Maddə 89.3. Lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Maddə 167.1. Hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında aşağıdakı hərəkətləri edir: 167.1.1. işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verir, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsi müzakirə edilir; 167.1.2. cavabdehin və ya cavabdehlərin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat alır, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırır, hakim zəruri olan hallarda əlavə sübutların t əqdim edilməsini təklif edir, prosessual hüquq və vəzifələrini ona izah edir; 167.1.3. cavabdehi çağırır, iddiaçının iştirakı ilə ondan işin halları barədə izahat alır, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırır, xüsusi ilə mürəkkəb işlər üzrə işə dair yazılı sübutları müəyyən olunmuş müddətdə və surəti iddiaçıya verilməklə təqdim etməyi cavabdehə təklif edir, ona prosessual hüquq və vəzifələrini izah edir... Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 220.4. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər süb utları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən əldən çıxmış fayda və mənəvi zərər tələblərinin təmin olunmayan hissələrində maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin həmin hissə ilə bağlı dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qeyd olunan hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Bununla yanaşı, Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi dəymiş maddi zərərə görə 20000 manat tələbinin təmin olunmaması hissəsində maddi və prosessual hüquq normalarının tələblərini pozmuşdur. Belə ki, Mülki Məcəlləyə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (maddə 443.1 və 445.1). Mülki Məcəllənin 1096 və 1097-ci maddələrinin dispozisiya şərtlərinə görə zərərin tam həcmdə ödənilməsi barədə iddianın təmin olunması üçün aşağıdakı əsaslar müəyyən edilməlidi r: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Baxılan iş üzrə tərəflər arasında 2008-ci ilin mart ayında “İcarə müqaviləsi” adlandırılan əqd bağlandığı, həmin əqdə əsasən cavabdehin “Yeni bazar” ticarət kompleksində iddiaçıya işləmək üçün anbar, mağaza, iaşə obyektləri tikmək, ticarət kompleksinin tikintisi başa çatdıqdan sonra orada ümumi sahəsi 40 kv.m olan anbarın iddiaçıya müddətsiz olaraq istifadəsinə vermək öhdəliyi götürdüyü, iddiaçının həmin müqavilə üzrə cavabdehə 45000 manat pul verdiyi, lakin cavabdehin müqavilə öhdəliyini yerinə yetirmədiyi işin mübahisə olunmayan hallarıdır. İddiaçı öz tələbində, həmçinin cavab dehin təqsirli hərəkətləri nəticəsində ona dəymiş real zərərə görə cavabdehdən 20000 manat pul tələb edir. İddiaçı bu hissədə tələbini təsdiq edən sübut qismində məhkəməyə 13 mart 2008-ci il tarixdə “xxxx” KB ASC-dən illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 50000 manat məbləğində kredit götürdüyü barədə müqavilənin, ödəniş cədvəlinin və kassa məxaric orderinin surətini təqdim etmşidir. Həm birinci, həm də apelyasiya instansiyası məhkəməsi öz qətnaməsində sübut kimi həmin müqaviləyə istinad etmişdir. Lakin məhkəmələr iddiaçının iş materiallarına əlavə etdiyi və məhkəmə aktlarında istinad etdikləri həmin sübuta ümumiyyətlə qiymət verməmişlər. Məhkəmələr sübut qismində təqdim edilmiş müqavilənin surətinin mötəbər sənəd kimi qəbul edilib-edilməməsi (cavabdeh tərəfindən mübahisələndirilibmüba hisələndirilməməsi) ilə bağlı tərəflərlə hər hansı müzakirə aparmamış, təqdim olunan müqavilənin əslinin məhkəməyə təqdim olunmasını iddiaçıya təklif etməmişlər. Halbuki MPM-in 14.1 və 77.3-cü maddələrinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı və bunun üçün işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməli, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar etməli və onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərməlidir. Bu zaman işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi, o cümlədən surəti məhkəməyə təqdim edilmiş sənədin əslinin təqdim olunmasını tərəflərə təklif edə bilər. Eyni zamanda MPM-i n 167.1-ci maddəsinə əsasən hakim çəkişmə prinsipinə əməl etməklə, işi məhkəmədə baxılmağa hazırlamaq qaydasında işdə iştirak edən şəxslərə işin icraatı barədə məlumat verməyə, onların iştirakı ilə iddianın məhkəməyə çıxarılması məsələsini müzakirə etməyə, cavabdehin iştirakı ilə iddia tələbinin mahiyyəti barəsində iddiaçıdan izahat almağa, iddiaçının iştirakı ilə cavabdehin işin halları barədə izahatını almağa, cavabdeh tərəfindən edilə biləcək etirazları araşdırmağa, iddiaya qarşı nə kimi etirazlar olduğunu və həmin etirazların hansı sübutlarla təsdiq edilə biləcəyini aydınlaşdırmağa, zəruri olan hallarda əlavə sübutların təqdim edilməsini təklif etməyə, prosessual hüquq və vəzifələrini tərəflərə izah etməyə borcludur. Nəzərə alınmalıdır ki, MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbl əri baxımından məhkəmə işdə olan sübutlara həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, düzəliş, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından qiymət verilməlidir. Eyni zamanda MPM-in 217 və 220-ci maddələrinə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak ed ən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Lakin işə baxmış birinci və apelyasiya instansiyası məhkəmələri sadalanan prosessual hüquq normalarının tələblərini nəzərə almadan, iddiaçının təqdim etdiyi və məhkəmə aktlarında istinad olunan sübuta həmin normaların tələbləri baxımından qiymət vermədən iddianı dəymiş real zərərə görə cavabdehdən 20000 manat pul tutulması hissəsində də təmin etməmiş və bununla bağlı mövqelərini həmin normaların tələblərinə uyğun əsaslandırmamışlar. Məhkəmə kollegiyası pulun yalnız Cavabdeh MMC-dən tutulması, digər cavabdehin qətnamədə qeyd edilmədiyi barədə kassasiya şikayətinin dəlilini əsassız hesab edir. Belə ki, baxılan iş üzrə iddiaçı cavabdeh qismində yalnız bir cavabdeh - Cavabdeh MMC-ni göstərmiş, məhkəmə baxışının gedişində həmin hüquqi şəxsin təsisçisinin əlavə (ayrıca) cavabdeh qismində cəlb olunması barədə vəsatət verməmişdir. Bu baxımdan məhkəmələr işə yeganə cavabdeh olan Cavabdeh MMC-yə qarşı mahiyyəti üzrə baxmaqda haqlı olmuşlar. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, kassasiya şikayəti qismən təmin olunmalı, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəymiş maddi zərərə görə 20000 manat pulun tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilməli, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. İşə yenidən baxılarkən bu Qərarın əsaslandırıcı hissəsində istinad olunan maddi və prosessual hüquq normaları nın tələblərinə cavab verən məhkəmə aktı qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6737/2020 nömrəli iş üzrə 13 oktyabr 2020-ci il tarixli qətnaməsi qismən – dəymiş maddi zərərə görə 20000 manat pulun tutulması tələbinin təmin olunmaması hissəsində ləğv edilsin və iş həmin hissədə yeni apellyasiya baxışına qaytarılsın. Qətnamə əldən çıxmış faydaya görə 135000 manat pulun və mənəvi ziyana görə 20000 manat pulun tutulması tələblərinin təmin olunmaması hissələrində dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar