Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(105)-254/2023 25.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi, hakimlər X2 və X1 ibarət tərkibdə, Bünyatzadə Məsumə Sahib qızının katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair mülki iş üzrə çıxarılmış Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(067)-2215/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında apellyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim A.Sadıqov) İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması və sair tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Azərbaycan Respublikası MPM-nin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 365-ci maddəsinə əsasən apellyasiya icraatına bu fəslin və bu Məcəllənin müddəaları tətbiq olunur. İddia tələbi mənzildə cavabdehə məxsus əmlakların götürülərək mənzilin boşaldılması barədədir. Hazırkı tələb üzrə qüvvədə olan məhkəmə aktının mövcudluğu ilə Xaçmaz Rayon Məhkəməsində 2(067)-735/2019 nömrəli mülki iş tələb olunmuş və iddiaçının nümayəndəsinin iştirakı ilə işin halları öyrənilərkən müəyyən olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı 25 yanvar 2019-cu il tarixdə Xaçmaz Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh məxsus əmlaklarının ona məxsus ünvan 1 ünvanda yerləşən yaşayış evindən çıxarılmasını xahiş etmiş, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(067)-735/2019 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı əmlakın evdən çıxarılması tələbinə dair iddiasının təmin edilməməsi qət olunmuş, Sumqayıt Apellyasiya Məhkəməsinin 19 avqust 2020-ci il tarixli 2(105)-174/2020 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Xaçmaz Rayon Məhkəməsinin 09 aprel 2019-cu il tarixli, 2(067)-735/2019 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. Göründüyü kimi qanuni qüvvədə olan məhkəmə aktı ilə iddiaçının Cavabdeh qarşı sonuncuya məxsus əmlakların mənzildən çıxarılması barədə iddiasının təmin olunmaması qət olunmuşdur. Mülki Prosessual Məcəllənin 261.0.2. maddəsinə əsasən hakim iş üzrə icraata eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa xitam verir. Qanunun mənasına görə iş üzrə xitam verilməsi üçün eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi barədə məhkəmə qərardadının olmasıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, eyni tərəflər arasında eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan, Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilməli, Azərbaycan Respublikası MPM-in 261.0.2-ci maddəsinə əsasən hazırkı iş üzrə icraata xitam verilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.5. maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8— 259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 261.0.1, 384.0.4, 391, 402-405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALDİ İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Xaçmaz Rayon Məhkəməsinin 29 avqust 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı mənzilin boşaldılması tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilmədikdə, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(105)-254/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2(105)-254/2023
25.01.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver