Məhkəmə qərarları › İş №2(102)-2730/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-2730/2023

11.07.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mane
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2730/2023 11.07.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X1 qarşı ilk, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə QƏRARİ ( Açar sözlər: mənzilə köçürülmə, maneənin aradan qaldırılması ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X1 qarşı mənzilə köçürülmə və maneənin aradan qaldırılması barədə ilk, Cavabdeh2 cavabde h İddiaçı1 qarşı istifadə hüququnun itirilməsi barədə qarşılıqlı iddia tələblərinə dair mülki iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(104)-718/2023 nömrəli, 22 fevral 2023-cü il tarixli qətnaməsindən ilk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 tərəfindən verilmiş kassasiya şikayətinə 11 iyul 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Gəncə şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyinin xx.xx.2022-ci il tarixli **********018 nömrəli şəxsi hesabdan çıxarışdan görünür ki, Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 8 nöməli mənzilin şəxsi hesabı İddiaçı1 adınadır (yaşamır) və mənzilin şəxsi hesab vərəqində X10, Cavabdeh2, X7 və X2 adları qeyd edilmişdir.

2. İddiaçı1 ilə İddiaçı 2 08 aprel 1990-cı il tarixdə rəsmi nikaha girərək ailə qurmuşlar.

3. Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 09 oktyabr 1991-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzili İddiaçı1 ilə Cavabdeh2 arasında bölünərək, mənzilin bir otağı 12.7 kv.m. sahəsi İddiaçı1 istifadəsinə, iki otağı 17.3 və 17.3 kv.m. sahələri isə Cavabdeh2 istifadəsinə verilmiş, hər birinə ayrıca şəxsi hesab açılması qət edilmişdir.

4. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1996-cı il tarixli, 3M-1-166 saylı Yerli Sovetin fondunda olan yaşayış evlərinin bağışlama müqaviləsinə əsasən ünvan 4 mənzil (13.3 kv.m. bir yaşayış otağı, ümumi sahə 15.3 kv.m.) X4 bağışlanmışdır və ona xx.xx.1996cı il tarixli 10779 nömrəli qey diyyat vəsiqəsi verilmişdir.

5. Gəncə şəhəri 1 saylı notariat kontorunun xx.xx.1998-ci il tarixli 3M-1-178 saylı alqısatqı müqaviləsinə əsasən mənzil (13.3 kv.m. bir yaşayış otağı, 8.0 kv.m. örtülü eyvan, 1.7 kv.m. tambur) İddiaçı2 satılmış, sonuncuya xx.xx.1998-ci il tarixli 10779 nömrəli qeydiyyat vəsiqəsi verilmişdir. 6. 09.09.2022-ci il tarixdə tərtib olunmuş aktdan görünür ki, 1-ci mikrorayon bina 1, mənzil 18 ünvanın sahibi mərhum X11 2006-cı il tarixdə vəfat etmiş, mərhumun həyat yoldaşı X5 1979-cu ildə vəfat etmişdir. Mərhumun bu ünvanda aşağıdakı tərkibdə qeydiyyatda olan oğlu Cavabdeh2 – 1955-ci il, X6 1962-ci il, X10 1982-ci il, X8 1983-cü il, X7 1986-cı il təvəllüdlü yaşayır və Mərhumun oğlu 1957-ci il təvəllüdlü İddiaçı1 bu ünvanda qeydiyyatda olub yaşamadığı barədə akt tərtib olunmuşdur. 7. 10.09.2022-ci il tarixdə Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 146 nömrəli arayışa əsasən müəyyən olunur ki, Cavabdeh2 Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda yaşayır və ailə üzvləri X6, X10, X8, X3 ibarətdir. 8. 10.10.2022-ci il tarixdə Gəncə şəhəri İcra hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat birliyi 7 nömrəli xidmət sahəsi tərəfindən verilmiş 180 nömrəli arayışdan müəyyən olunur ki, İddiaçı1 Ağalı oğlu uzun müddətdir ünvan 2 ünvanda Cavabdeh2 Ağali oğlu və X6 yaşayır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

9. İlkin iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 cavabdehlər Cavabdeh2 və X1 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılması” tələbinə dair ilkin iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onları cavabdehlərin istifadəsində olan Gəncə şəhəri, 1-ci mikrorayonda yerləşən 1 nömrəli binanın 18 nöməli mənzilinə köçürülmələri, cavabdehlər tərəfindən maneənin aradan qaldırılması barədə qətnamə çıxarılmasını xahiş etmişlər.

10. İlk iddia ərizəsi onunla əsaslandırılmışdır ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nöməli mənzili 1974-cü ildə İcraiyyə Komitəsi tərəfindən order əsasında atası X.X.X-ə verilmiş, ataları vəfat etdikdən sonra 1983-cü ildə sözügedən mənzil onun adına dəyişdirilmiş və həmin mənzil hazırda da onun adındadır. 1990-cı illərdə cavabdehlərlə aralarında mübahisə olduğundan onlar evin bölünməsi məqsədi ilə məhkəməyə müraciət etmişlər və Gəncə şəhər Kəpəz Rayon Xalq Məhkəməsinin 2450/1991-ci il tarixli qətnaməsi ilə sözügedən mənzil onların ailələri arasında bölünmüşdür. Məhkəmə qətnaməsi ilə hər bir ailə üçün ayrılmış hissədən hər iki ailə istifadə etmişdir. Onların ailəsi üçün ayrılmış hissədə bu günə kimi də onların əşyaları yerləşir. Onlar bu ilin iyun ayına kimi sözügedən mənzildən məhkəmə qətnaməsi ilə onlara ayrılmış hissədən maneəsiz istifadə etmişlər. Lakin bu ilin iyun ayının ortalarında cavabdehlər mənzilin qapısının açarlarını dəyişərək onların evə daxil olmalarına maneələr törətməyə başlamışlar. Cavabdehlər onlara başqa yerdən ev almalarını təklif edərək, onların sözügedən mənzilə gəlməmələrini bildirmişlər və onlar da buna heç bir narazılıq bildirməmişlər. Lakin cavabdehlər verdikləri sözə əməl etməmişlər, eyni zamanda da onla rın evlərinə gəlibgetmələrinə maneə yaratmağa başlamışlar. Cavabdehlərin sözügedən mənzilə heç bir ehtiyacları yoxdur. Cavabdehlərin və onların uşaqlarının mülkiyyətində evlər var, cavabdehlərin hazırkı mənzilə heç bir ehtiyacları yoxdur. Buna baxmayaraq, cavabdehlər sözügedən mənzili mənimsəmiş və onları həmin mənzilə buraxmaq istəmirlər. Bir neçə aydır ki, onlar cavabdehlərə bu qanunsuz hərəkətlərinə son qoymaları üçün müraciət etsələr də, cavabdehlər onların müraciətlərinə heç bir əhəmiyyət verməmişlər. Onlar bu mübahisəni məhkəmədən kənar həll edə bilmədikləri üçün hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar.

11. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı1 qarşı “istifadə hüququnun itirilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məh kəməyə müraciət edərək, İddiaçı1 Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 8 nöməli mənzilinə olan istifadə hüququnun itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ilkin iddiaçılardan İddiaçı1 Ağaəli oğlu həmin mənzildə qeydiyyatdadır, digər iddiaçılar isə ümumiyyətlə orada qeydiyyatda deyildir. İlkin İddiaçı1 1991-ci ildən həmin mənzildən daimi olaraq köçmüş və bundan sonra bir gündə olsun həmin evdə yaşamamışlar. 1998-ci ildə onlar Gəncə şəhəri, Nizami küçəsi, 3cü döngə, 10 ünvanda yerləşən fərdi yaşayış evini İddiaçı1 arvadı İddiaçı2 adına almışlar. İddiaçı1 Ağaəli oğlu daimi yaşamaq üçün Gəncə şəhəri, Nizami küçəsi, 3-cü döngə, 10 ünvanda yerləşən fərdi yaşayış evinə köçmüşlər. Bununla da Vəliyev X9 şəhəri, 1-ci mikro rayonda yerləşən 1 nömrəli binanın 18 nömrəli mənzilinə istifadə hüququnu itirmişdir.

13. Gəncə şəhər Məhkəməsinin (hakim G.Şirinov) 08 dekabr 2022-ci il tarixli, 2(125)1736/2022 nömrəli qətnaməsi ilə ilk iddianın təmin edilməməsi, ilk iddia üzrə ödənilmiş 100 manatın ilk iddia üzrə iddiaçılara aid edilməsi, qarşılıqlı iddia tələbinin təmin edilməsi, cavabdeh İddiaçı1 Ağəli oğlunun Gəncə şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda olan istifadə hüququnun itirilmiş hesab olunması, qarşılıqlı iddia üzrə ödənilmiş 100 manatın dövlət rüsumunun qarşılıqlı iddia üzrə iddiaçıya aid edilməsi qət edilmişdir.

14. Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdehlər uzun müddətdir ki, mübahisələndirilən mənzildə yaşamamışlar. Belə ki, onlar 1991-ci ildən qeyd edilən mənzi li tərk etmiş və Gəncə şəhərində özlərinə başqa yaşayış yeri seçmişlər. Cavabdeh İddiaçı1 Ağalı oğlu məhkəmə iclasında verdiyi izahatından, habelə məhkəməyə təqdim etdiyi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüququ şəxsi 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş arayışdan da görünür ki, xx.xx.1998-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən İddiaçı2 adına ünvan 4 mənzili vardır və ailəsi ilə birlikdə istifadə hüquqlarını həmin mənzildə həyata keçirmişlər. Göstərilən xüsusatlarla birmənalı olaraq təsdiq edilir ki, cavabdehlər Gəncə şəhərində yerləşən mübahisələndirilən mənzili könüllü olaraq, həm də daimi olaraq tərk etmiş və özlərinə ünvan 4 ünvanda daimi yaşayış yeri seçmiş və istifadə hüquqlarını da məhz həmin mənzildə gerçəkləşdirmişlər. Göründüyü kimi, cavabdehlər mübahisəli mənzili 1991-ci ildə tərk edərək, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən və “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında verilmiş şərhə uyğun qaydada daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmiş, bu səbəbdən də mübahisələndirilən mənzildən istifadə hüquqları itirilmişdir. Onların mübahisəli mənzili tərk etmələri faktı Gəncə şəhərində mülkiyyət hüququ əsasında yaşayış sahəsi əldə etmələri, istifadə hüquqlarını həmin mənzildə həyata keçirmələri, yeni yaşayış məntəqəsinə daimi olaraq köçmələri ilə əlaqədar mübahisəli mənzilə bir daha qayıtmamaları ilə təsdiq olunur. Məhkəmə hesab etmişdir ki, cavabdeh İddiaçı1 Ağalı oğlu mübahisəli mənzillə hər hansı formada bağlılığı yoxdur və onun həmin mənzildən istifadə hüququnun itirilməmiş hesab edilməsinin qanuni əsasları mövcud deyildir.

15. Tərəflər arasında mübahisələndirilən mənzillə bağlı hüquq münasibətləri yaranan zaman 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Odur ki, bu münasibətlərə qeyd edilən məcəllənin normaları tətbiq edilməlidir.

16. İlkin iddia üzrə iddiaçı Vəliyev X9 şəhəri, 1-ci mikrorayon, bina 1, mənzil 18 ünvanda pasport qeydiyyatında olmasına baxmayaraq, həmin ünvanda yaşamır. Hazırda İddiaçı1 mübahisəli evdən yaşayış sahəsi kimi istifadə etmir, daimi olaraq başqa ünvanda yaşayır və yaşay ış sahəsindən istifadəyə görə üzərinə düşən vəzifəni yerinə yetirmir. Cavabdeh İddiaçı1 Ağaəli oğlunun formal olaraq mübahisəli mənzildə qeydiyyatda qalması, qarşılıqlı iddia üzrə iddiaçının mənzil üzərində hüququnu məhdudlaşdırır. Odur ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 cavabdehlər Cavabdeh2, X1 qarşı “mənzilə köçürülmə və maneənin aradan qaldırılmasına” dair iddia tələbi təmin edilməməlidir.

17. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın, 18 nömrəli mənzil qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qanuni istifadəsindədir və həmin evə faktiki sahibliyi də o, həyata keçirir.

18. Məhkəmə hesab etmişdir ki, hazırki mübahisə üzrə qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh2 qanuni istifadəçi - mülkiyyətçi kimi ilkin iddia üzrə İddiaçı1 Ağaəli oğluna münasibətdə mənzilə istifadə hüququnun itirilmiş hesab olunması tələbinə dair iddia tələbini irəli sürməkdə subyektiv hüquqa malik olmuşdur.

19. İddiaçı1 Ağaəli oğlunun 1991-ci ildən Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın,18 nömrəli mənzilini tərk edərək, hələ də geri qayıtmaması və onun ünvan 6 ünvanda ailəsi ilə birlikdə yaşaması həmin mənzili daimi tərk etdiyini göstərir. Daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdiyi üçün İddiaçı1 Ağaəli oğlunun yaşayış sahəsi saxlanıla bilməz. Odur ki, o, Gəncə şəhəri, 1-ci mikrorayon, 1 nömrəli binanın,18 nömrəli mənzilinə olan istifadə hüququnu itirilmiş hesab edilməlidir.

20. Məhkəmə öz mövqeyini 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə, «Azərb aycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, «Respublika Məhkəmələri tərəfindən Mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin 1992-ci il 16 oktyabr tarixli 2 №-li Qərarına, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

21. İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini, ilk iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişlər.

22. Apellyasiy a şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməni maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, birinci instansiya məhkəməsi köhnə Mənzil Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi 6 ay saxlanılır normasını tətbiq etmişdir. Halbuki onlar orada yaşamışlar, əşyaları həmin mənzildədir, daimi olaraq gedib-gəlir, oradan istifadə edirlər. Məhkəmə işin faktiki hallarının nəzərə almadan qətnamə çıxarmışdır.

23. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər-F.Ə.Mehtiyev (sədrlik edən və məruzəçi), R.Ş.Muradov və Ə.İ.Məmmədov) 2(104)-718/2023 nömrəli, 22 fevral 2002-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

25. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir.

26. İlk iddia üzrə iddiaçılar apellyasiya şikayətinin dəlillərində birinci instansiya məhkəməsinin yanlış maddi hüquq normasını tətbiq etdiyini, onların sözügedən mənzildə yaşamalarını, əşyalarının həmin mənzildə olmasını, daimi olaraq gedib-gəldiklərini, sözügedən mənzildən istifadə etdikl ərini göstərmişlər.

27. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında mübahisələndirilən mənzillə bağlı hüquq münasibətləri yaranan zaman 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvədə olmuşdur. Ona görə də bu münasibətlərə qeyd edilən Məcəllənin normaları tətbiq edilməlidir ki, birinci instansiya məhkəməsi də həmin normaları tətbiq edərək düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlillərində sözügedən mənzildən daimi istifadə olunduğu göstərilsə də buna dair sübut təqdim edilməmişdir. Bununla belə kollegiyanın araşdırması zamanı qətnamənin ləğv edilməsi üçün əsas müəyyən edilməmişdir.

28. Apellyasiya instansiyası məhkəməsi iş üzrə gəldiyi nəticənin hüquqi əsası kimi 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 60 və 87-ci maddələrinə, «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına, Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında Azərbaycan Respublikası Qanununun 1 və 5-ci maddələrinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88, 217 və 384-cü maddələrinə istinad etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

29. İlk iddia üzrə iddiaçılar İddiaçı1, İddiaçı2 və İddiaçı3 (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

30. Ka ssasiya şikayətində işin faktiki hallarına istinadən qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən tətbiq edilməli olan maddi hüquq normaları tətbiq edilməmiş, nəticədə qanunsuz və əsassız qətnamə çıxarılmışdır. Həmçinin məhkəmə tərəfindən prosessual hüquq normaları da pozulmuşdur.

31. Kassasiya şikayətinin əsaslandırması kimi Azərbaycan Respublikası Konstitusiyasının 43, 60 və 71-ci maddələrinə, “İnsan hüquqlarının və əsas azadlıqlarının müadfiəsi haqqında” Avropa Konvensiyasına dair 1 saylı Protokolun 1-ci maddəsinə, köhnə Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə, Mülki Məcəllənin 152, 157 və 228-ci maddələrinə istinad olunmuşdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

32. Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının 01 oktyabr 2009-cu il tarixədək qüvvə olmuş Mənzil Məcəlləsi

33. Maddə

60. İcarədar və ya onun ailə üzvləri müvəqqəti olaraq başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir.

34. Maddə 87.2. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış məntəqəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin şərh olunması haq qında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı:

35. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və onun ailə üzvlərinin müvəqqəti, o, cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Azərbaycan Respublikasında Mənzil Fondunun Özəlləşdirilməsi haqqında” Qanun

36. Maddə

1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır.

37. Maddə

5. Mənzillər (evlər), özəlləşdirilməsi üçün müraciət edilən anda mənzil kirayə müqaviləsində göstərilmiş və kirayəçi ilə birlikdə faktiki yaşayan onun yetkinlik yaşına çatmış ailə üzvlərinin razılığı ilə onlardan birinin mülkiyyətinə və ya bir neçəsinin və yaxud bütün ailə üzvlərinin ümumi (paylı, birgə) mülkiyyətinə verilə bilər. Mülki Prosessual Məcəllə

38. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

40. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

41. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

42. Maddə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

43. Maddə 417.1.1 Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qə rardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

44. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

45. Hazırkı kassasiya şikayətinə əsasən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qarşılıqlı iddianın təmin olunması hissəsində yoxlanılır. Kassasiya instansiyas ı məhkəməsinin mövqeyi

46. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir. Bu baxımdan, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

47. Kollegiya qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual qanunvericiliyə əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır. Kassasiya kollegiyası apellyasiy a məhkəməsinin iş üzrə gəldiyi nəticə və əsaslandırma ilə razılaşır.

48. Kassatorlar kassasiya şikayətində mübahisəli mənzildə yaşadıqlarını və məhkəmələr tərəfindən maddi hüquq normalarının düzgün tətbiq olunmamasını göstərirlər. Bununla bağlı qeyd edilməlidir ki, məhkəmələrin müəyyən etdiyi kimi kassatorlar uzun müddət əvvəl mübahisəli mənzili tərk etmiş, 1991-ci ildən mübahisəli mənzildə yaşamırlar (1998-ci ildən kassatorlardan biri olan İddiaçı2 mülkiyyətində mənzil olan mənzildə yaşayırlar), mübahisəli mənzildən yaxın müddətədək istifadə etmələri, orada yaşamaları və həmin mənzilə yaşayış yeri kimi ehtiyaclarının olmasına dair sübutlara malik olmamışlar.

49. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən işin hallarının araşdırılması üçün tərəflərə lazımi şərait y aradıldığından və onların dəlillərinə hüquqi qiymət verildiyindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün əsas təşkil etmir.

50. Ona görə də kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

51. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 22 fevral 2023-cü il tarixli, 2(104)-718/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar