Məhkəmə qərarları › İş №2(102)-4450/2023

Ali Məhkəmə Qərar — İş №2(102)-4450/2023

29.11.2023 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mane
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4450/2023 29.11.2023 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ Açar sözlər: evə köçürülmə və maneələrin aradan qaldırılması Hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair mülki iş üzrə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(107)-877/2023 saylı iş üzrə 27 iyul 2023cü il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş kassasiya şikayə tinə 29 noyabr 2023-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı2 Cavabdeh1 ilə 24 avqust 2001-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahlarından xx xxxx 2002-ci il tarixdə Elşən, 10 yanvar 2006-cı il tarixdə Ətir və 23 noyabr 2012-ci il tarixdə Uğur adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri korlandığından nikahları məhkəmə qaydasında pozulmuşdur. Daha sonra Şəki Rayon Məhkəməsinin 2(075)-1768/2017 saylı 17 mart 2017-ci il tarixli, qətnaməsi ilə İddiaçı2 Şəki şəhəri, Cəlil Hüseynov küçəsi, 35 nömrəli evdən istifadə hüququ tanınmış və o, uşaqları ilə birlikdə həmin evə köçmüşdür. İddiaçı uşaqları ilə birlikdə 05 sentyabr 2021-ci il tarixədək mübahisəli evdə yaşamışdır. Lakin q eyd edilən tarixdən etibarən cavabdehlər onu evə buraxmamışlar. Hazırda mübahisəli ünvana istifadə hüququ əldə etsə də, cavabdehlər tərəfindən yaradılan maneələr nəticəsində istifadə hüququnu həyata keçirə bilmir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “evə köçürülmə və maneələrin aradan qaldırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli, 2(075)1768/2017 nömrəli qətnaməsi ilə ünvan 1 ünvanda yerləşən evdən istifadəyə hüququ əldə etmiş İddiaçı2, İddiaçı1, 10 yanvar 2006-cı il tarixdə anadan olmuş X3 və 23 noyabr 2012-ci il tarixdə anadan olmuş X4 cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən evdən istifadəyə olan maneələrin aradan qaldırılması, onların həmin evə köçürülmələri, hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına ödədiyi 500 manat pulun, 100.40 manat dövlət rüsmunun cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2, 50 manat məbləğində mediasiya xərcinin isə Cavabdeh1 alınıb onlara verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, illərdir övladları ilə yaşadığı və 2017-ci ildən istifadə hüququ əldə etdiyi evdə yaşayış üçün normal şərait olmadığından 24 mart 2021-ci il tarixdə vəfat etmiş qayınanası X1 da razılığı ilə öz vəsaiti hesabına evdə təmirtikinti işləri aparmış və mərhum qayınanası ilə birlikdə həmin ünvanda yaşamışdır. 24 mart 2021-ci il tarixdə X2 vəfat etdik dən sonra, yəni 05 sentyabr 2021-ci il tarixdən etibarən cavabdehlər onun və övladlarının evdə olmamasından istifadə edərək istifadə hüququ əldə etdiyi evin qapılarını qıraraq evə daxil olmuş və onları evə buraxmaq istəməmişlər. Bu hadisə ilə bağlı aidiyyəti orqanlara şikayət etdikdən sonra qarşı tərəfin izahatları alınmış və baş vermiş hadisə ilə əlaqədar ədalətin bərpa olunması üçün məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Dəfələrlə cavabdehlərə müraciət etsələr də, onların, məhkəmə qətnaməsi ilə istifadə hüquqları tanınmış evə köçmələrinə maneələr yaratmışlar.

4. Birinci instansiya məhkəməsində iştirak etmiş İddiaçı2 iddiasını müdafiə edərək təmin edilməsini xahiş etmişdir.

5. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, evdə hazırda onlar yaşayırlar. İddiaçıların da həmin evə köçürülmələri və onlarla birlikdə yaşamaları mümkün deyildir. Şəfəqin evə gəlməsinə qəti narazıdır. Lakin uşaqların onlarla düşmənçilik etməmək şərti ilə evə gəlib-getmələrinə etiraz etmir.

6. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbinə etiraz edərək bildirmişdir ki, hazırda evdə, o və ailəsi yaşayır. Ev kiçik olduğundan iki ailənin yaşaması mümkün deyildir. Uşaqları Uğur və Ətirin gəlib onunla yaşamasına etiraz etmir. Lakin iddiaçıların həmin evə köçürülmələrinə narazıdır. Ona görə də, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

7. Şəki Rayon Məhkəməsinin (hakim P.Hacıyev ) e-2(075)-373/2023 saylı 04 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 10 yanvar 2006-cı il təvəllüdlü X6 və 23 noyabr 2012-ci il təvəllüdlü X7 ilə birlikdə ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinə köçürülmələri və onların həmin evdən istifadəsinə cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən yaradılan maneələr aradan qaldırılması, hüquqi yardımın göstərilməsi ilə bağlı Şəki Regional Vəkil Bürosunun bank hesabına iddiaçılar tərəfindən ödənilmiş 500 manat, ödənilmiş 100.40 manat dövlət rüsmu cavabdehlərdən alınıb iddiaçılara verilməsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

8. Birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 mübahisəli evdən istifadə hüququ tanınmış və o, həmin evə köçərək orada yaşamışdır. Onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarını həyata keçirməyə cavabdehlər tərəfindən maneə yaradılması qanunvericiliyin tələblərinə qarşı gəlmək və həmin tələblərin pozulması kimi qiymətləndirilməlidir.

9. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınması həmçinin onun yetkinlik yaşına çatmamış uşaqlarına da şamil olunur. İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınan zaman İddiaçı1 yetkinlik yaşına çatmamış və o, da həmin evdə yaşamışdır. Məhkəmə hesab etmişdir ki, yetkinlik yaşına çatmış digər İddiaçı1 münasibətd ə də iddia tələbi təmin edilməlidir.

10. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1, 30.2, 30.3, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2, 158.1.2, 158.2, 158.3, 158.4, 228.4, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsinin l hissəsi, 71ci maddəsinin 1-ci bəndinə və Azərbaycan Respublikasının qanunvericiliyinin tərkib hissəsi olan «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinə istinad etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

11. Cavabdehlər apellyasiya şikayəti verərək, Şəki Rayon Məhkəməsinin 2(075)373/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən ləğv edilməsini, iddianın təmin edilən hissəsində əsassız olduğu üçün təmin olunmaması barəd ə yeni qətnamə çıxarılmasını xahiş etmişlər.

12. Apellyasiya şikayət onunla əsaslandırılmışdır ki, sözügedən normalardan göründüyü kimi, qanunvericilik mülkiyyətçi ilə yaşayış sahəsinə köçmək istəyən şəxsdən bəhs edir. Lakin cavabdeh olaraq onların heç biri köçürülməsi təmin edilən evin mülkiyyətçiləri deyillər. Eyni zamanda ümumiyyətlə Cavabdeh3 və Cavabdeh2 iddiaya cavab verməli şəxslər deyil. Eyni zamanda sözügedən ev miras əmlak olduğundan keçmiş mülkiyyətçilərinin vərəsələri də işə cəlb edilməli idi.

13. Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər-M.Əsədli (sədrlik edən və məruzəçi), E.Mehdiyev və R.Rəfiyev) 2(107)-877/2023 nömrəli iş üzrə 27 iyul 2023-cü il tarixli qətnaməsi ilə cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, qətnamə mübahisələn dirilən hissədə dəyişdirilmədən saxlanılmışdır.

14. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi qətnamənin mübahisələndirilən hissəsinə aid hissədə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

15. Cavabdehlər (vəkil Nümayəndə) kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-877/2023 saylı xx.xx.2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qa ytarılması barədə qərar qəbul edilməsini xahiş etmişlər.

16. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlilləri ilə eynilik təşkil edir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyası: 17. 33, 43 və 71-ci maddələrinin tələbinə görə hər kəsin mənzil toxunulmazlığı hüququ vardır. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz və Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

18. Maddə 27.2. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, q əyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır.

19. Maddə 158.3. Əmlaka mülkiyyət hüququnun başqa şəxsə keçməsi həmin əmlaka olan digər əmlak hüquqlarının xitamına səbəb olmur, bu şərtlə ki, əldə edən şəxs əmlakın yüklülüyünün olmamasına münasibətdə vicdanlı olsun.

20. Maddə 158.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir.

21. Maddə 228.4. Yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir.

22. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarı; 23. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

27. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

28. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri

29. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zəru rətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

30. Hazırkı kassasiya şikayətində qətnamə cavabdehlər tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

31. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgü n tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

32. Cavabdehin dəlili bağlı apellyasiya instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Şəki Rayon Məhkəməsinin 17 mart 2017-ci il tarixli qətnaməsi ilə İddiaçı2 mübahisəli evdən istifadə hüququ tanınmış və o, həmin evə köçərək orada yaşamışdır. Onun məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hüquqlarını həyata keçirməyə cavabdehlər tərəfindən maneə yaradılması qanunvericiliyin tələblərinə qarşı gəlmək və həmin tələblərin pozulması kimi qiymətləndirilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynləri nin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Qanuni qüvvəsini almış məhkəmə qətnaməsi ilə İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınması həmçinin onun yetkinlik yaşına çatmamış uşaqlarına da şamil olunur. İddiaçı2 mübahisəli evə istifadə hüququ tanınan zaman İddiaçı1 yetkinlik yaşına çatmamış və o, da həmin evdə yaşamışdır

33. Kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır.

34. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərə flərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üz rə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

36. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamas ına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

37. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.

38. Bu səbəbdən, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Göstərilənlərə əsasən və Azərbayc an Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(107)-877/2023 saylı, 27 iyul 2023-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar