Məhkəmə qərarları › İş №2(102)-3463/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-3463/2020

07.09.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mane
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-3463/2020 07.09.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi hakim), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı və vəkili X4 iştirakı ilə, İddiaçı cavabdeh Əliyev X11 qarşı “mülkiyyətdən istifadə hüququna maneələrin aradan qaldırılması və mənzilə köçürülmə” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli 2(105)-924/2020 nömrəli qətnaməsindən cavabdeh Əliyev X3 şikayətinə açıq məhkəmə iclas ında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əliyev X14 tərəfindən onun mülkiyyətində olan Abşeron rayonu, Məmmədli kəndində 0.12 ha torpaq sahəsində inşa edilmiş 128,8 kvadrat metrdən ibarət olan fərdi yaşayış evindən istifadə etməsinə yaradılmış qanunsuz maneələrin aradan qaldırılması və evin açarlarının cavabdeh tərəfindən ona təhvil verilməsi, həmin mənzilə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin 2(012)-4321/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, İddiaçı Abşeron rayonu, Məmmədli kəndində 0.12 ha torpaq sahəsində inşa edilmiş 128,8 kvadrat mertdən ibarət olan fərdi yaşayış evinə köçürülməsi, evindən istifadə etməsinə yaradılmış maneələrin aradan qaldırılm ası və evin açarlarının cavabdeh tərəfindən ona təhvil verilməsi qət edilmişdir. (hakim Elman Məmmədov) Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-924/2020 saylı, xx xxxxxx 2020-ci iltarixli qətnaməsi ilə cavabdeh Əliyev X14 apellyasiya şikayəti təmin edilməmiş, Abşeron Rayon Məhkəməsinin 2(012)-4321/2019 saylı iş üzrə xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. (hakimlər Şəmsəddin Abasov(sədrlik edən və məruzəçi) Səyyad Qafari, Telman Məmmədov) Cavabdeh Əliyev X14və vəkili X2 şikayəti verərək iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsinin 2(105)-924/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə maddi və prosessual hüquq pozuntuları ilə qəbul edilmişdir. Cavabdeh apelyasiya şikayətində iddiaçının evə köçməsinə heç vaxt etiraz etmədiyini, bu səbəbdən məsələnin məhkəmə vasitəsilə həll edilməsinə ehtiyac olmadığını bildirsə də, məhkəmələr işin bu halına qiymət verməmişlər. Məhkəmə kollegiyasının iclasında İddiaçı və vəkili X1 şikayətinin dəlillərini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdilər. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbər verilsə də, cavabdeh və onun vəkili məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 415.3-cü maddəsinə cavabdeh və onun vəkilinin iştir akı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Mülki Prosessual Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Məhkəmə kollegiyası iddiaçın, onun vəkilini dinləyib,kassasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin kassasiya şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İddiaçı iddia tələbinin əsası kimi, Abşeron rayonu, Məmmədli kəndində 0,12 ha torpaq sahəsində inşa edilmiş 128,8 kvadrat metrdən ibarət olan fərdi yaşayış evinin ½ hissədə cavabdehlə onun mülkiyyətində olmasına baxmayaraq, həmin evdə yaşamasına cavabdehin m ane olmasına, bununla da mülkiyyət hüqularının pozulmasına istinad etmişdir. Tələbin hüquqi əsası kimi ididaçı Mülki Məcəllənin 152.1 və 157-ci maddələrini göstərmişdir. Cavabdeh iddiaya etirazında iddiaçının evə köçməsinə heç vaxt etiraz etmədiyini, bu səbəbdən məsələnin məhkəmə vasitəsilə həll edilməsinə ehtiyac olmadığını bildirmişdir. Qətnamədən görünür ki, apelyasiya instansiyası məhkəməsi iş materiallarına əsasən Abşeron rayonu, Məmmədli kəndində 0.12 ha torpaq sahəsində inşa edilmiş 128,8 kvadrat metrdən ibarət olan mübahisəli fərdi yaşayış evinin əvvəllər İddiaçı tam mülkiyyətində olmasını,Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsiilə cavabdeh Əliyev X9 da iddiaçı ilə bərabər həmin evə ½ hissədə mülkiyyət hüququnun tanınmasını, hazırda cavabdehin iddiaçının evdə yaşamasına mane olmasını müəyyən edərək, iddianı təmin edən birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlamış, gəldiyi nəticəni də Azərbaycan Respublikası Konstitusiyasının 29, Mülki Məcəllənin 152.1-152.3, 213.2, 215.1, 215.4-cü maddələri ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, apelyasiya instansiyası məhkəməsi işin müəyyən etdiyi hallarına uyğun olaraq maddi hüquq normalarını düzgün tətbiq etmişdir. İddia tələbi iddiaçının cavabdehlə bərabər paylı mülkiyyətdə olan evdən iddiaçının istifadəsinə cavabdehin yaratdığı maneələrin aradan qaldırılması ilə bağlı olub, neqator iddia (əmlakdan istifadəyə maneələrin aradan qaldırılması) tələbidir. İddia tələbi üzrə işin apelyasiya instansiyası tərəfindən müəyyən edilən halları da ondan ibarətdir ki, Abşeron ra yonu, Məmmədli kəndində 0.12 ha torpaq sahəsində inşa edilmiş 128,8 kvadrat metrdən ibarət olan mübahisəli fərdi yaşayış evi əvvəllər İddiaçı mülkiyyətində olmuş, Sumqayıt Apelyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh Əliyev X9 da iddiaçı ilə bərabər həmin evə ½ hissədə mülkiyyət hüququ tanınmışdır. Hazırda iddiaçının öz mülkiyyətindən istifadə etməsi ilə bağlı cavabdehlə mübahisəsi var. Cavabdeh iddiaçının mənzildə yaşamasına mane olur. Mülki Məcəllənin 152.1-152.3-cü maddələrinə görə mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Sahiblik hüququ-əmlaka (əşyaya) faktiki sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edil miş imkanıdır. İstifadə hüququ – əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. Mülki Məcəllənin 215.1-ci maddəsinə görə paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Mülki Məcəllənin 215.4-cü maddəsinə görəhər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Qeyd edilənlərdən göründüyü kimi, apelyasiya instansiyası işin müəyyən edilmiş hallarına uyğun olaraq iddi a tələbi üzrə mübahisəyə mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Çünki qeyd edilən maddi hüquq normalarının dispozitiv şərtləri hazırki işin müəyyən edilmiş hallarına uyğun gəlir. Apelyasiya instansiyası məhkəməsi işdə olan sübutları da Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq düzgün qiymətləndirmişdir. Bu baxımdan, apelyasiya instansiyası məhkəməsinin qətnaməni maddi və prosessual hüquq normalarının pozuntuları ilə qəbul etməsi barədə şikayətin dəlilləri əsassızdır. Hazırki işdə apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin kassasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 418-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Mülki Prosessual Məcəllənin 417.1.1-ci maddəsinə əsasən kass asiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh Əliyev X3 şikayətitəmin edilməməli, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Əliyev X3 şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli, 2(105)-924/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar