Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-2899/2024 11.09.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏRARİ Açar sözlər: mülkiyyətə qəsd və ya başqa maneələrin aradan qaldırılması (neqator tələb), mənzilə köçürülmə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Nurməmmədov Əhməd Güləhməd oğlu (məruzəçi hakim), Abbasov Aqil Əzizağa oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evin və onun yerləşdiyi torpaq sahəsinin ölçülməsinə yaradılan maneənin aradan qaldırılması, həmçinin evə köçürülmə tələbinə dair Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1016/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il t arixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 11 sentyabr 2024-cü il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. X5 və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş xx.xx.2009-cu il tarixli torpaq sahəsinin planı və ölçüsü sənədinin surətindən görünür ki, Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən 400 kv metr sahəsi bağ evi tikmək üçün İddiaçı verilmişdir;
2. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qey diyyatına alınmasından imtina edilməsi barədə bildirişindən görünür ki, “Farforist” bağçılıq yoldaşlığı tərəfindən ayrılmış torpaq sahəsinin arxiv sənədlərinin Ərazi İdarəsinə təhvil verilmədiyi müəyyən edilmiş, araşdırma zamanı torpaq sahəsinə baxış keçirilməsinə şərait yaradılmadığından müayinə aparılması mümkün olmamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a)Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsinində yerləşən evə köçürülməsi, Cavabdeh evin və torpaq sahəsinin ölçüsünü aparmaq üçün dəvət etdiyi şəxslərə maneə törətməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, onun Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəs ində yerləşən evi var. Həmin evin yerləşdiyi 0,04 ha torpağa dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmiş və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydə alınmış Kadastr sənədi mövcuddur. O, evini Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin vasitəsilə dövlət qeydiyyatına aldırmaq istəyi ilə həmin orqana ərizə vermişdir. Lakin Cavabdeh həmin orqanın mütəxəssislərinə evini ölçməyə imkan verməmişdir. Cavabdeh onun gəlinidir. Evi ona və oğluna ayrı (sərbəst) həyat yaşamaları üçün vermişdir. Amma evə sahibliyini özü etmiş, xərclərini öz vəsaiti hesabına ödəmişdir. Son zamanlar oğluna münasibətdə gərginlik olduğundan Cavabdeh onu evin sahibi kimi saymaqdan imtina etmiş, üstəlik zorakı hərəkətlərə yol verib, mütəxəssislərlə ya naşı onu da evə buraxmamışdır.
5. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Valya onun qonşusudur və eyni küçədə yaşayırlar. Heç bir ədavətləri yoxdur, münasibətləri yaxşıdır. 2009-cu ildə orada torpaq sahəsi alıb ev tikdirmiş, 2011-ci ildə oraya köçəndən sonra Valyanı tanımışdır. O, köçəndə, Valya uşaqlarıyla Rusiya Federasiyasından qayıtmışdır, sonuncunun ərinin həmin vaxt qayıdıb-qayıtmadığını dəqiq xatırlamır. Valya əri ilə həmin evdə çox iş görmüşdür, evin xərci ilə bağlı ikisi də çalışmışdır. Valya “Quran” oxuyaraq pul qazanırdı, əri İntiqam da Şəmkirdə işləyib pul qazanmışdır. Təxmini 7-8 il əvvəl Nəzakət toya gəlmişdi, orada Nəzakəti tanımışdır. Nəzakət toydan sonra qayıtmış və bir neçə ildən sonra ölkəyə birdəfəlik gəlmişdir. Keçən i lə kimi Valya evdə əsaslı təmir işləri görmüşdür. Boşananda Valyanın əri burada idi, boşanmadan sonra əri Rusiya Federasiyasına getmişdir. Arada gəlib qısa müddət qaldıqdan sonra yenə qayıtmışdır. Təxmini nə vaxt boşandıqlarını xatırlamır. Evin Valyanın olduğunu, lakin Nəzakətin adına olduğunu eşitmişdir;
6. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Valya və Nəzakət onun qonşularıdır, ədavətləri yoxdur, münasibətləri yaxşıdır. Torpaq alandan sonra oraya köçmüşdür, həmin vaxt Valya artıq orada ailəsiylə birgə yaşayırdı, 10 ildir qonşudurlar. Valya evlənəndən sonra ailəsi ilə birgə Rusiya Federasiyasına getmiş, sonradan qayıtmışdır. O, 2003-cü ildə torpaq almış, 2013-cü ildə ev hazır olmuş və oraya köçmüşdür. Nəzakətin ayrıca evi var idi. On lar torpağı alanda ev yox idi, evi Valya tikdirmişdir. Ustalardan biri də onun əri olmuşdur. Əri evin barısını çəkib, hörgü işini görüb. Nəzakət həmin vaxt Rusiya Federasiyasınnda yaşamış, qonaq kimi evə gəlib-getmişdir. Valya ev tikiləndə evli olmuşdur, evin tikildiyi tarixi dəqiq xatırlamır, təxminən 2000-ci ilin əvvəlləri olmuşdur. Valyanın əri evin tikintisi vaxtı Rusiya Federasiyasında yaşamışdır, arada gəlib-getmişdir. Evin tikintisində Valyanın zəhmət çəkdiyini görmüşdür, amma xərci kimin çəkdiyini dəqiq bilmir.
7. Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-382/2024 nömrəli qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Gəncə şəhəri, Sevinc (Məhsəti) qəsəbəsindəki evin yerləşdiyi torpaq sahəsinin ölçülməsinə maneələrin yaradılmasınin Cavabdeh q adağan edilməsi, iddianın qalan hissədə rədd olunması qət edilmişdir.
8. Məhkəmənin mövqeyi belə olmuşdur ki, iddiaçı mübahisəli evin tikintisinə xərc çəkməsini təsdiqləyən sübut təqdim etməməklə yanaşı, məhkəmə iclasında tədqiq edilmiş şahid ifadələri ilə də iddiaçının həmin yaşayış sahəsinin tikintisində maddi iştirakı müəyyən olunmur. Bundan başqa iddiaçının tələbinin əsaslandığı, mübahisəli evə dair texniki sənədlər daşınmaz əmlaka dair hüququ təsdiqləyən sənəd hesab edilmir, iddiaçının adına bağ sahəsi ayrılması və (ya) həmin sahənin mübahisəli yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi ilə eynilik təşkil etməsi müəyyən olunmur. Belə olan halda, evə köçürülmə hissəsində tələbin əsaslı olması sübuta yetirilmədiyindən iddia həmin hissədə təmin edilməməlidir. Həmçinin, mübahisəli torpaq sahəsi ilə iddiaçının ona ayrıldığını bildirdiyi torpaq sahəsinin eynilik təşkil edib-etmədiyi müəyyən olunmasa da, bağ evi tikmək üçün ayrılmış torpaq sahəsinin iddiaçının adına tərtib edilmiş plan və ölçüsünün tədiqlənmiş surəti məhkəməyə təqdim edilmişdir. Torpaq sahəsinə mülkiyyət hüququ müəyyən ediləcəyi halda orada yerləşən özbaşına tikili olan mübahisəli evə də mülkiyyət hüququnun tanına biləcəyi nəzərə alınmalıdır. Mübahisəli evin ölçülə bilməsi üçün əsaslar hazırda müəyyən edilmədiyindən iddia həmin hissədə təmin edilə bilməz.
9. Məhkəmə gəldiyi qənaətin əsaslandırması zamanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139, 157.2, 157.4, 157.8, 158.2, 180, 1091.1 və 1091.2-ci, MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinad etmişdir. b)Apellyasiya instansiyası məhkəməsində i craat
10. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin rədd olunması hissədə ləğv olunmasını və həmin hissədə iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi iddia tələbinin təmin olunmaması hissədə maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Həmin hissədə iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, Gəncə şəhəri Sеvinc (Məhsəti) qəsəbəsində yеrləşən еvinin tоrpаq sаhəsi Gəncə şəhər Fоrfоr zаvоdunun “Fоrfоr bаğçılıq yоldаşlığı”nın təşəbbüsü ilə ona аyrılmışdır. Həmin torpaq sаhəsində tikdirdiyi еvi döv lət rеyеstrində qеydiyyаtа аlmаq istəyi ilə Dаşınmаz Əmlаkın Dövlət Kаdаstrı və Rеyеstri publik hüquqi şəхsinə mürаciət еtmiş, lаkin cаvаbdеh İbrаhimоvа Vаlyа Аslаn qızı ilə iхtilаfdа оlduğundаn həmin orqandan gələn mütəхəssislərə еvi və torpaq sahəsini ölçməyə imkаn vеrilməmişdir. Məsələyə qаrışmаq istərkən isə Valya onun özünü еvə burахmаmışdır. İşdəki sənədlərdən tоrpаğın mübаhisəli оlmаsı görünmür, digər tərəfdən, bir kimsə, о cümlədən cаvаbdеh Valya İbrаhimоvа tоrpаğı mübаhisələndirməmişdir. Məhkəmə özü qəbul edir ki, “bаğ еvi üçün аyrılmış tоrpаq sаhəsinin iddiаçının аdınа tərtib еdilmiş plаn və ölçüsünün təsdiqlənmiş surəti məhkəməyə təqdim еdilmişdir.” Tоrpаq sаhəsi onundursa, təbii ki, оnun üzərindəki tikili də ona məxsusdur. Kimin оnlаrа iddiаsı vаr, qаldırа bilər. О zаmаn məhkəm ə yохlаyıb tоrpаğın kimə vеrilməsini, tikintinin kim tərəfindən аpаrılmаsını müəyyən еdib nəticə çıхаrа bilər. Ona qаrşı iddiа оlmаdığı hаldа məhkəmənin ikitərəfli yanaşmaya yоl vеrməsi mülkiyyət və sаhiblik hüququnun pоzulmаsı dеməkdir. Tоrpаğındа tikilmiş еvin mənsubiyyətinə dаir qаrşılıqlı iddiа qаldırılmаdığı hаldа məhkəmənin işdə оlаn sübutlаrа rəğmən еvin kimin tərəfindən tikilməsini müəyyən еtmək cəhdi, sübutlаr ахtаrmаsı, şаhidləri dindirməsi mübаhisənin prеdmеtindən dеyil, məhkəmənin qаnunsuz təşəbbüsündən, müstəsnа hаl оlmаdığı hаldа iddiаdаn kənаrа çıхmаsındаn irəli gəlir. Şəхsin tоrpаğındаn tikilmiş еvə (mənzilə) köçürülməsində isə müstəsnа hаl yохdur. Bu təbii hаldır, hüququn müdаfiəsidir. Məhkəmə еvə və tоrpаq sаhəsinə dair iddiа qаldırmаyаn cаvаbdеhin sözü ilə еvin kim tər əfindən tikilməsini müəyyən еtmək üçün şаhidlər dindirməsi əsassızdır. Bu işdə nə müstəsnа hаl, nə də şəхsin, аdınа rəsmi vеrilmiş tоrpаqdа yеrləşən binаyа köçürülməsini istisnа еdən (mаnе оlаn) hаllаr yохdur. Bеlə оlduğu hаldа tоrpаqdа yеrləşən еvə köçürülmə tələbinin rədd оlunmаsı qаnunsuzdur.
12. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(104)-1016/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi ilə (İ.Həsənov (sədrliyi və məruzəsi ilə), hakimlər L.Süleymanov və Ş.Rzaquliyevdən ibarət tərkibdə) İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilmiş, Gəncə Şəhər Məhkəməsinin 22 fevral 2024-cü il tarixli 2(125)-382/2024 nömrəli qətnaməsi yoxlanılan, yəni iddia tələbinin təmin edilməməsi hissədə ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tə ləbi həmin hissədə təmin edilməmiş, Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən İddiaçı bağ evi tikmək üçün ayrılmış Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 400 kv metr torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin ölçülməsinə maneələrin yaradılması Cavabdeh qadağan edilmiş, İddiaçı Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən ona bağ evi tikmək üçün ayrılmış Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsində yerləşən 400 kv metr torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir.
13. Apellyasiya instansiya məhkəməsi gəldiyi nəticə ilə bağlı aşağıdakıları qeyd etmişdir:
14. İşin mübahisəsiz halıdır ki, iddiaçının köçürülməsini tələb etdiyi ev Gəncə şəhəri Sevinc (Məhsəti) qəsəbəsindəki 400 kv metr torpaq sahəsi Kirovabad şəhər XDS İK-nin xx.xx.1986-cı il tarixli 13 saylı protokoluna və Həmkarlar təşkilatının xx.xx.1986-cı il tarixli 02 saylı protokolundan çıxarışa əsasən bağ evi tikmək üçün ona ayrılmış torpaq sahəsi üzərində inşa edilmişdir. Qeyd olunan hal həm iddiaçı tərəfin, həm də cavabdeh tərəfin apellyasiya baxışı zamanı məhkəmə iclasında verdiyi izahatla öz təsdiqini tapır.
15. Yuxarıda da göstərildiyi kimi mübahisə predmeti olan 400 kv metr torpaq sahəsinə iddiaçı Nəzakət Dəmirovanın qanuni gözlənilən mülkiyyət hüququ vardır. Məhkəmə qeyd edir ki, iddiaçı Nəzakət Dəmirovanın köçürül məsini tələb etdiyi fərdi yaşayış evi də qanuni gözlənilən mülkiyyət hüququ olan torpaq sahəsi üzərində inşa edildiyindən bilavasitə iddiaçının həmin fərdi yaşayış evinə də gözlənilən mülkiyyət hüququ yaranmış olur.
16. Bu qənaətinə uyğun olaraq məhkəmə hesab edir ki, iddiaçının həmin fərdi yaşayış evinə dair ölçmə işlərini həyata keçirtmək və buna yaradılan maneələrin aradan qaldırılmasını tələb etmək onun mülkiyyətçi hüquqlarından irəli gəlməklə qanuni əsaslara söykənir.
17. Apellyasiya məhkəməsi İddiaçı köçürülməsini tələb etdiyi fərdi yaşayış evinə və evin yerləşdiyi torpaq sahəsinə qanuni gözlənilən mülkiyyət hüququnun mövcudluğunu nəzərə almaqla iddia tələbinin evə köçürülməsi hissədə də təmin olunmasını qanuni və əsaslı hesab edir.
18. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusyasının 13 və 29-cu, Mülki Məcəllənin 139.1, 152.2, 152.3, 152.4, 152.5 və 157.4-cü, MPM-nin 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri
19. Cavabdeh kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
20. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, iş materiallarında olan İqtisadiyyat Nazirliyi yanında ƏMDKRX publik hüquqi şəxsi 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023cü il tarixli imtina məktubuna əsasən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin kötüyü mövcud olmadığından iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınm asından imtina edilmişdir. Mövcud vəziyyətdə isə iddiaçının mübahisəli evlə bağlı qanuni gözləntiləri də ola bilməz. Həmçinin iddiaçının təqdim etdiyi sənədlərin kökünün mövcud olmaması həmin sənədlərin mötəbərliyini şübhə altına alır. Bundan əlavə sübut növlərindən olan şahid ifadələri ilə mübahisəli mənzilin Cavabdeh nikahın dövründə onun və ərinin birgə vəsaiti hesabına tikildiyi öz təsdiqini tapmışdır. Belə olan halda Cavabdeh mübahisəli evlə bağlı qanuni gözləntiləri daha çoxdur, nəinki iddiaçının.
21. Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2024-cü il tarixli məhkəmə iclasının yekununda apellyasiya şikayətinin təmin edilməməsi, qətnamənin isə dəyişdirilmədən saxlanılması elan edilsədə, qətnamə təqdim edildikdən sonra apellyasiya şikayətinin təmin edildiyi, qətnamə t əmin edilməyən hissədə ləğv edilib, iddia tələbinin tam təmin edildiyi məlum olmuşdur. Məhkəmə qeyd edir ki, qətnamə əsaslılığı yalnız mübahisələndirilən hissədə, yəni şikayət edilən həddə yoxlanılmalıdır. Bunun əksinə olaraq məhkəmə, sonrada qətnaməni həm təmin edilən, həm də təmin edilməyən hissədə yoxlayacağını qeyd edir (qətnamə səh. 5 abzas 1,2). b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
22. Kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir. Kassasiya baxışının hədləri
23. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhk əmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
24. Cavabdeh kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsini bütövlüklə mübahisələndirdiyindən, hazırki kasassiya baxışının predmetini həmin məhkəmənin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
25. Maddə
13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.
26. Maddə
29. Hər kəsin mülkiyyət hüququ vardır. Həmin maddənin 2-ci bəndinə əsasən, xüsusi mülkiyyət hüququ qanunla qorunur. Konstitusiyanın qeyd olunan maddəsinin 3-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Həmin maddənin 4-cü bəndinə görə, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsi
27. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
28. Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sa hibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
29. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər.
30. Maddə 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır.
31. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istə nilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
32. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
33. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
34. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
35. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya instansiya məhkəməsinin mövqeyi
40. Məhkəmə kollegiyası məruzəçini dinləyib, iş materiallarını kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmi r. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
41. Cavabdehin kassasiya şikayətinin dəlilləri iddiaya etirazın dəlilləri ilə eyni məzmunludur, həmin dəlillər sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tam, hərtərfli, obyektiv və qərəzsiz araşdırılmaqla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinin tələblərinə uyğun qiymət verilmişdir, məhkəmə kollegiyası bu qiymətləndirmə ilə razılaşır, əlavə qiymətləndirməyə zərurət görmür.
42. Kassasiya şikayətinin işin faktiki hallarının düzgün müəyyən edilməməsinə, bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Prosessual Məc əllənin tələblərinə və Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmçinin, kassasiya instansiyası məhkəməsi yeni sübut qəbul etmir.
43. Beləliklə də, məhkəmə kollegiyası kassasiya ş ikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, hazırkı işə baxılarkən maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verilməmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuş, kassasiya şikayətlərinin dəlilləri qətnamənin ləğvinə əsas vermir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Gəncə Apellyasiya Məhkəməsi Mülki ko llegiyasının 2(104)-1016/2024 nömrəli iş üzrə 30 aprel 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.