Məhkəmə qərarları › İş №2(102)-4047/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-4047/2022

10.10.2022 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Mane
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-4047/2022 10.10.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ İş № 2(102)-4047/2022 Açar sözlər: evə köçürülmə, evdən istifadəyə maneçiliyin aradan qaldırılması Bakı şəhəri 10 oktyabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı evə köçürülmə və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-615/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 10 oktyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə rəsmi nikaha girməklə ailə qurmuş, həmin tarixdən iddiaçı cehiz əşyaları ilə birlikdə Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li evə köçərək, qeydiyyata düşmüşdür.

2. Tərəflərin birgə nikahlarından 19 noyabr 2006-cı il təvəllüdlü X1 və 06 fevral 2008-ci il təvəllüdlü X3 adında uşaqları doğulmuşdur.

3. Abşeron rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(012)-371/2021 saylı qətnaməsinə əsasən tərəflərin nikahı pozulmuş, uşaqlar atalarının himayəsinə verilmişdir.

4. Abşeron r ayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li ev daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, onun Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 №-li evə köçürülməyi və istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçilik törədilməməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. İddiaçı tələbini belə əsaslandırmışdır ki, həmin mənzilə gəlin gəldiyi müddətdən pasport qeydiyyatına alınmış, orada yaşayaraq həmin mənzildə cavabdehlə birgə təsərrüfat aparmışlar. Gəlin köçdüyü və hazırki vaxta kimi qeydiyyatda olmaqla yaşadığı evi n ikinci mərtəbəsini gəlin gələndən sonra cavabdeh ilə nikah dövründə birgə inşa etmişdir. Ona məlum olmayan səbəblərdən son vaxtlar ailə daxili münasibətləri pozulmuş, cavabdeh nikahın pozulması tələbi ilə məhkəməyə müraciət etmiş və Abşeron Rayon Məhkəməsinin 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Cavabdeh onu evdən qovmuş, evə gəlməyə icazə vermir və məcbur olaraq anasının yanında müvəqqəti olaraq qalır.

7. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək, göstərmişdir ki, iddiaçı 205-ci ildən evə köçsə də, onunla mübahisəli evdən istifadə hüququ barədə notariat qaydasında yazılı razılaşma olmamışdır.

8. Abşeron Rayon Məhkəməsinin (hakim C.İ.Səfiyeva) 17 noyabr 2021-ci il tarixli, 2(012)-4335/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək İddia çı Abşeron rayonu, Xırdalan şəhəri, Ş.Əfəndizadə küçəsində yerləşən 80 nömrəli evə köçürülməsi və həmin evdən istifadə hüququnun həyata keçirilməsi ilə bağlı maneəçiliyin törədilməməsinin Cavabdeh üzərinə qoyulması qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər özbaşına tikintiyə dair sərəncam vermək, onu satmaq hüququ, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı olmasa da, MM-nin 180.2 və 180.4-cü maddələrinin məzmununa əsasən həmin özbaşına tikilinin mövcud olduğu müddətdə orada əvvəllər məskunlaşmış şəxslərin oradan istifadə hüququ müəyyən oluna bilməz, lakin həmin vətəndaşların oraya köçürülməsinə də qadağalar qoyula bilməz.

10. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsi, Mülki Məcəllənin 11.5, 1 80.2 və 180.4-cü maddələrinə, Mülki Prosessual Məcəllənin 4, 14, 88 və 106-cı maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

11. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilib, iddia ərizəsinin təmin edilməməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron Rayon Məhkəməsi 17 noyabr 2021-ci il tarixli qətnaməni qəbul edərkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1, 228.2, 228.5-ci maddələrinin, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin və prosessual hüquq normalarının tələbləri pozulmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verməmişdir.

13. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-615/2022 nömr əli iş üzrə 6 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – T.O.Quliyev(sədrlik edən və məruzəçi), G.F.Tağızadə və L.M.Məmmədova) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

14. Məhkəmə kollegiyası ilk növbədə qeyd etməyi zəruri hesab etmişdir ki, iş üzrə tərəflər arasında mövcud mübahisəyə hüquqi qiymət verilməsi üçün yaşayış sahəsinin statusunu müəyyən etmək zəruridir ki, bu hal iş üzrə yekun nəticəyə gəlinməsi üçün xüsusi önəm kəsb edir. Belə ki, iddiaçının mübahisələndirdiyi yaşayış sahəsi və həmin tikilinin yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyatından keçmədiyindən həmin yaşayış evinə hər hansı bir hüququn yaranması mümkün deyildir

15. Məhkəmə kollegiyası tərəfindən müəyyən edilmiş işin faktiki hall arından görünür ki, mübahisə predmeti olan qanunsuz tikili, həm də onun yerləşdiyi torpaq sahəsi rəsmi olaraq dövlət qeydiyyatına alınmamışdır. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, cavabdehin istifadəsində olmaqla faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunmuşdur. Tərəflər həmin yaşayış evinin ikinci mərtəbəsini birgə nikah dövründə inşa edərək orada yaşamışlar. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq uzun müddət həmin evdə yaşamış İddiaçı da həmin şərtlər daxilində bu evdə yaşamalıdır. İddiaçı evə köçürülməklə, orada yaşayan şəxsin yaşamış olduğu şərtlər daxilindən yaşamaq imkanına malikdir. Özbaşına inşa edilmiş mübahisəli ev tərəflərin birgə yaşayış yeri olduğ una görə iddiaçının hüquqlarına bu cür müdaxilə qanunsuzdur və iddiaçının qanunsuz müdaxilədən müdafiə olunmaq hüququ vardır.

16. Məhkəmə kollegiyası hesab etmiişdir ki, İddiaçı mübahisəli evdə cavabdehlə bərabər surətdə həmin evdə istifadə hüququna malik olduğundan onun həmin evdə yaşamasına məhdudiyyətlər yaradılması və iradəsinin ziddinə olaraq yaşayış hüquqlarından məhrum edilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü və İnsan Hüquqlarının və X2 Haqqında Konvensiyanın 8-ci maddəsinin tələbləri baxımından iddiaçının mənzil hüququna müdaxilə kimi qiymətləndirilərək pozulmuş hüququ bərpa edilməlidir

17. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 6, 14, 180-ci maddələrinə, Mənzil Məcəlləsinin 68.1-ci maddəsinə, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanu nun 2-ci maddəsinin 3-cü bəndinə, Mülki Prosessual Məcəllənin 14, 77, 88 və 217-ci maddələrinə istinad etmişdir.

18. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

19. Cavabdeh (Vəkil2) kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin hallarını tam və hərtərəfli araşdırmamış, işdəki sübutlara düzgün hüquqi qiymət verməmişdir. Aralarında olan nikaha xitam verildikdən sonra iddiaçının başqa yaşayış yeri olmuş və onun bu yaşayış sahəsinə heç bir tələbi olmamışdır. Məhkəmə iddiaçının mübahisəli evə rəsmi qeydiyyata alınması barədə dəlilini iddianın təmini üçün əsas hes ab etmişdir. Lakin bu tamamilə əsassızdır. Çünki şəxsin yaşayış yeri üzrə qeydiyyata alınması onun həmin yaşayış yeri üzrə istifadə hüququnun əmələ gəlməsinə əsas vermir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası

22. Maddə 43, 1-ci hissə. Heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi

23. Maddə 11.1. Mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə əgər bu, onların mahiyyətinə zidd deyildirsə oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası ).

24. Maddə

27. Fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır.

25. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla).

26. Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir.

27. Maddə 180.1 Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır.

28. Maddə 180.2 Özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək - onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi

29. Maddə 68.1. Sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvlərinə kirayəçi ilə birgə yaşayan əri (arvadı), habelə onun uşaqları və valideynləri aiddir. Digər qohumlar, əməк qabiliyyəti olmayan himayədə olanlar o halda sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilir ki, onlar kirayəçi tərəfindən yaşayış sahəsinə köçürülmüşlər və onunla birgə təsərrüfat aparırlar. Müstəsna hallarda digər şəxslər məhkəmə qaydasında sosial kirayə müqaviləsi üzrə yaşayış sahəsi kirayəçisinin ailə üzvləri hesab edilə bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

30. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

31. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

32. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

33. Maddə 407.2 Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

34. Madd ə 416.1 Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

35. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməm əlidir.

36. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası izah edir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 43-cü maddəsi ümumi norma olmaqla, şəxsin yaşadığı mənzildən qanunsuz m əhrum etməyə yönələn hər hansı hərəkəti qadağan edir. Bu normanı mənzilə köçürülmə dair tələblərə tətbiq edərkən 3 halın aydınlaşdırılması zəruridir: 1) şəxs köçmək istədiyi yaşayış sahəsində yaşamışdırmı?; 2) şəxs yaşadığı sahədən məhrum edilmişdirmi?; 3) məhrum edilmə qanuni olmuşdurmu?.

39. İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və iddiaçı nikaha daxil olduqdan sonra tərəflərin ailə münasibətləri faktiki pozulduğu tarixədək tərəflər həmin yaşayış evinin ikinci mərtəbəsini birgə nikah dövründə inşa edərək orada övladları ilə birgə yaşamışlar.

40. Həmçinin apelyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yaşadığı sahədən məhrum etmənin qanunsuz olması müəyyən olunmuşdur.

41. Belə ki, məhrum etmə o ha lda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın.

42. Lakin hazırki iş üzrə cavabdehlərin mübahisələndirilən evə iddiaçıya münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır.

43. Odur ki, apelyasiya instansiyası məhkəməsi iddiaçının mənzildə yaşamaq hüququnu bərpa etməklə, düzgün nəticəyə gəlmişdir.

44. Məhkəmə kollegiyası hesab edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan məhkəmələr tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır.

45. Mübahisəli tikili cavabdehin mülkiyyətində olmadığından Mülki Məcəllənin 228-ci maddəsinin məhkəmə tərəfindən pozulması barədə kassasiya şikayətinin dəlili əsassızdır.

46. Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

47. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, ape llyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(105)-615/2022 nömrəli iş üzrə 06 aprel 2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar